Məhkəmə qərarları › İş №e-2(3-6)-1586/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1586/2026

06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1586/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İskəndərova Cəmilə Sahib qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İskəndərova Cəmilə Sahib qızının cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə və 3-cü şəxslər Binəqədi rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X5rşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və s.” tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı İskəndərova Cəmilə Sahib qızının elektron qaydada verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və şikayət Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir. Tərəflər işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştiak etməmiş və səbəbləri barədə məlumat verməmişlər.Kollegiya MPM-in 376.2-ci maddəsini nəzərə almaqla məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, hazırki mülki iş Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmaqla baxışdan çıxarılmalı və apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur). MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, MPM-in 361-ci maddəsində apellyasiya şikayətinin forma-məzmununa dair tələblər göstərilmiş, 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Baxılan işdə müəyyən edilmişdir ki, apellyasiya şikayəti iddiaçı tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə * saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, iddiaçının şikayətində “şikayət verən şəxsin tələbi” adlanan qrafa mövcud deyildir. Belə olan halda iddiaçının apellyasiya şikayətində tələbini, yəni qətnaməni hansı hissədə mübahisələndirdiyini və mübahisələndirilən hissə ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməli olan məhkəmə aktı barədə mövqeyini müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçı hazırki iclasda iştirak etmədiyindən qeyd edilən məsələni izahatı vasitəsi ilə dəqiqləşdirmək də mümkün olmamışdır. Göründüyü kimi hazırki apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi göstərilməməklə, şikayət MPM-də nəzərdə tutulmuş formada və məzmunda tərtib edilməmişdir. Halbuki MPM-in Əlavə 2-nin “apellyasiya şikayəti verən şəxsin tələbi” adlı 12-ci bəndində göstərilmişdir ki, “bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.” Beləliklə, qətnamədən verilmiş apellyasiya şikayətində iddiaçının tələbi əks olunmadığından şikayət qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 366cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. MPM-in 384.0.6-cı maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İskəndərova Cəmilə Sahib qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Hazırki mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İskəndərova Cəmilə Sahib qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin **(*-*)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılsın və həmin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar