Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1610/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iddiaçı2, İddiaçı iddiaçı1 nümayəndəsi-vəkili vəkil2, Cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər Nəsimi rayonu ** saylı Notariat Ofisinə və cavabdeh1 qarşı “vərəsəlik işinin qismən etibarsız hesab edilməsi, dövlət reyestrindən müvafiq qeydin aparılması, miras əmlakın qəbulu faktının müəyyən edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçılarla cavabdeh arasında qohumluq münasibəti olmuşdur. Belə ki, cavabdeh cavabdeh1, iddiaçı iddiaçı2 əri və iddiaçı1 atası olan mərhum Bağırov Xəyyam Ağa oğlunun bacısıdır. İddiaçılar, Bağırov Xəyyam Ağa oğlunun və cavabdeh1 anasından qalmış miras əmlakın qəbulu barədə cavabdeh1 notariat ofisinə müraciət edərkən özündən başqa Bağırov İsgəndər Ağa oğlu adlı vərəsənin olduğunu bildirməsini, Bağırov Xəyyam Ağa oğlunun adını qeyd etməməsini, bununla da vəfat etmiş Bağırov Xəyyam Ağa oğlunun irsi transmissiya qaydasında vərəsələri olaraq öz hüquqlarının pozulmasını əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar iddiaçı2 və iddiaçı1 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Nəsimi rayonu ** saylı Notariat Ofisinə və cavabdeh1 qarşı “vərəsəlik işinin qismən etibarsız hesab edilməsi, dövlət reyestrindən müvafiq qeydin aparılması, miras əmlakın qəbulu faktının müəyyən edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 miras qoyan X3 yeganə vərəsəsi olmasına dair cavabdeh Nəsimi rayonu ** saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız sayılması, iddiaçılar iddiaçı2 və iddiaçı1 mərhum Bağırov Xəyyam Ağa oğlunun anası X3 ölümündən sonra mirası faktiki qəbul etməsi faktının tanınması, mərhum X3 məxsus olmuş ünvan 1 üzərində 1/3 payda iddiaçılar iddiaçı2 və iddiaçı1 mülkiyyət hüququnun tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılması, X3 ölümü ilə əlaqədar ünvan 1 üzərində 1/3 hissəsi üzərində iddiaçı iddiaçı2, 1/3 hissəsi üzərində isə iddiaçı iddiaçı1 mülkiyyət hüquqlarının tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 mərhum Bağırov Xəyyam Ağa oğlunun irsi transmissiya qaydasında vərəsələridirlər. ## ###### 2007-ci il tarixində vəfat etmiş Bağırov Xəyyam Ağa oğlu ## ######## 2021-ci il tarixində vəfat etmiş X3 oğludur. Mərhum X3 qalmış ünvan 1 ünvanında yerləşən mirasın qəbulu barədə cavabdeh1 ** saylı Notariat ofisinə ərizə ilə müraciət edərək ondan başqa yalnız qardaşı Bağırov İsgəndər Ağa oğlu adlı vərəsənin olduğunu bildirmişdir. Bu əsla belə deyildir, çünki mərhum X3 digər övladı mərhum Bağırov Xəyyam Ağa oğlunun oğlu iddiaçı1 və keçmiş arvadı iddiaçı2 irsi transmissiya qaydasında qanun üzrə vərəsələridirlər. Notarius tərəfindən vərəsəlik işi açılarkən mərhum X3 digər vərəsələrinin olub-olmaması yoxlanılmamışdır. İddiaçılar onların ailə başçıları olan mərhum Bağırov Xəyyam Ağa oğluna öz anası X3 qalmış payın onlar tərəfindən qəbul edilməsi üçün Notariat orqanına müraciət etdikdə onlara məlum olmuşdur ki, həmin əmlak iddiaçılardan iddiaçı1 bibisi cavabdeh1 tərəfindən vərəsəlik işi açılmış və əmlak tam şəkildə onun tərəfindən qəbul olunmuşdur. İddiaçılar məsələni ətraflı araşdırmağa və aidiyyəti qurumlara sorğular göndərməyə başlamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X3 ##.##.2021-ci il tarixində vəfat etdikdən sonra cavabdeh Nəsimi rayonu ** saylı Notariat Ofisində ## ##### 2022-ci il tarixli 2V-** reyestr nömrəli vərəsəlik işi açılmış və cavabdeh1 Notariat ofisinə düzgün olmayan məlumatlar verərək qanun üzrə tək vərəsə kimi tanınmağa nail olmuşdur. Göründüyü kimi vərəsəlik işi zamanı yalan məzmunlu sənəd əsasında iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. Vərəsəlik işi aparılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq qanun üzrə vərəsələr dairəsi notariat qurumu tərəfindən düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 104-cü bəndinə əsasən notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat ofisində yoxlayır. Lakin göründüyü kimi notariat qurumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərini kobud pozaraq, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını dəqiq aydınlaşdırmamışdır. Bundan sonra qeyd olunan vərəsəlik işi üzrə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən istifadə edərək, cavabdeh1 ünvan 1 ünvanına dair daşınmaz əmlakın dövlət reyestrindən qanunsuz və əsassız olaraq çıxarış almışdır. Göründüyü kimi vərəsəlik işi zamanı qanunsuzluğa yol verildiyi üçün qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış hüququ qüvvəsi yoxdur. Odur ki, Nəsimi rayonu ** saylı Notariat Ofisi tərəfindən açılmış ## ##### 2022ci il tarixli 2V-** reyestr nömrəli vərəsəlik işinin və həmin vərəsəlik işi ilə əlaqədar verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1-ə dair cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi zəruridir. Qeyd olunan vərəsəlik işi və həmin vərəsəlik işi ilə əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuz və əsassız olmaqla iddiaçıların mülkiyyət hüququnu pozur. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh cavabdeh1 miras qoyan X3 yeganə vərəsəsi olmasına dair cavabdeh Nəsimi rayonu ** saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız sayılması, iddiaçılar iddiaçı2 və iddiaçı1 mərhum Bağırov Xəyyam Ağa oğlunun anası X3 ölümündən sonra mirası faktiki qəbul etmə faktının tanınması, X3 məxsus olmuş ünvan 1 üzərində 1/3 payda iddiaçılar iddiaçı2 və iddiaçı1 mülkiyyət hüququ tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılması, X3 ölümü ilə əlaqədar ünvan 1 üzərində 1/3 hissəsi üzərində iddiaçı iddiaçı2, 1/3 hissəsi üzərində isə iddiaçı iddiaçı1 mülkiyyət hüquqlarının tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi zəruridir. İddiaçılar miras əmlakın qəbulu və vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh Nəsimi rayonu ** saylı Notariat Ofisinə müraciət etsələr də, notariat ofisi müraciətlərinin təmin olunmasından ## #### 2025-ci il tarixində imtina etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyan X3 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ## ##### 2022-ci il tarixdə verilməsini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarı hazırkı mübahisəyə şamil edilmir. Belə ki, mirasın açıldığı tarixdə qüvvədə olmuş Mülki Məcəllənin hazırkı işə tətbiq edilməli olan 1246-cı və 1273-1-ci maddələrinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi mirasın qəbulu institutu ilə bağlı mirasın açıldığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2014-cü il tarixli qərarı). Formalaşmış hüquqi mövqeyə əsasən mirasın formal və qeyri-formal qəbulu üsulları müəyyən olunur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından da müəyyən olunur ki, iddiaçılar miras əmlakı faktiki sahiblik yolu ilə qəbul etdiklərini və ya mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə ilə müraciət etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bu da iddiaçıların mirasın faktiki və rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürdüklərinə dəlalət edir. Beləliklə, baxılan iş üzrə müəyyən edilir ki, iddiaçılar, X3 qalan mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Bu da onların mübahisəli miras əmlakdan pay almaq hüququnun itirilməsinə səbəb olur və iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. İddiaçının mirası qəbul etməsi müəyyən olunmadığına görə, onun iddia ərizəsində irəli sürdüyü digər tələblər üzrə araşdırma aparılmasına zərurət qalmır. Çünki həmin tələblər, iddiaçının mirası qəbul etməsindən irəli gələn hüquqlara bağlıdır. Belə ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə iddiaçı iddiaçı1 nümayəndəsi-vəkili vəkil2 cavabdeh K.Bağırovanın və ** saylı Notariat Ofisinin əməllərində cinayətin tərkib əlamətlərinin olması əsası ilə xüsusi qərardad çıxarılması barədə dəlilləri ilə bağlı bildirmişdir ki, münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericiliyə əsasən mirasın qəbulu vərəsənin aktiv davranışı ilə şərtləşdirilmişdir. Həmin an qüvvədə olan qanunvericiliyə əsasən vərəsənin müəyyən edilməsi baxımından cavabdeh K.Bağırovanın və ** saylı Notariat Ofisinin notariusunun əməllərində cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən bu barədə vəsatətin təmin edilməsinə əsas mövcud deyildir. Həmin qətnamədən iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 məhkəmə iclasları zamanı dəfələrlə və kifayət qədər əsaslandırılmış formada vərəsəlik üçün müraciət etmə müddətinin hansı səbəbdən, yəni cavabdeh cavabdeh1 tərəfindən Nəsimi rayonu ** saylı Notariat Ofisinin tövsiyyəsinə məhəl qoymadan yalan məlumat verməklə qanun üzrə sağ vərəsənin bilərəkdən gizlədilməsi və iddiaçılara Notariat ofisinə dəvətlə bağlı vərəsəlik işinin açılması ilə bağlı heç bir məlumat vermədən vərəsəlik işinin açılması üçün müəyyən edilmiş 6 (altı) ay müddətin ötürülməsinə səbəb olması məhkəmənin nəzərinə çatdırsalar da, məhkəmə iddiaçıların mövqeyini nəzərə almamış və sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə çıxarmışdır. İddiaçılar birinci növbəli qanun üzrə vərəsə sayılırlar. İddiaçı iddiaçı1 nənəsi X3 ##.##.2021-ci il tarixində vəfat etdikdən sonra Nəsimi rayonu ** saylı Notariat Ofisində ## ##### 2022-ci il tarixli 2V-** reyestr nömrəli vərəsəlik işi açılmış və cavabdeh1 Notariat ofisinə düzgün olmayan məlumatlar verərək qanun üzrə tək vərəsə kimi tanınmağa nail olmuşdur. Göründüyü kimi vərəsəlik işi zamanı yalan məzmunlu sənəd əsasında iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. Vərəsəlik işi aparılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq qanun üzrə vərəsələr dairəsi notariat qurumu tərəfindən düzgün müəyyən edilməmişdir. İddiaçılar iddiaçı2 və iddiaçı1 mərhum Bağırov Xəyyam Ağa oğlunun irsi transmissiya qaydasında vərəsələridirlər. ## ###### 2007-ci il tarixində vəfat etmiş Bağırov Xəyyam Ağa oğlu ## ######## 2021-ci il tarixində vəfat etmiş X3 oğludur. Mərhum X3 qalmış ünvan 1 ünvanında yerləşən mirasın qəbulu barədə cavabdeh1 ** saylı Notariat ofisinə ərizə ilə müraciət edərək ondan başqa yalnız qardaşı Bağırov İsgəndər Ağa oğlu adlı vərəsənin olduğunu bildirmişdir. Bu əsla belə deyildir, çünki mərhum X3 digər övladı mərhum Bağırov Xəyyam Ağa oğlunun oğlu iddiaçı1 və keçmiş arvadı iddiaçı2 irsi transmissiya qaydasında qanun üzrə vərəsələridirlər. Notarius tərəfindən vərəsəlik işi açılarkən mərhum X3 digər vərəsələrinin olub-olmaması yoxlanılmamışdır. Vərəsəlik işi aparılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq qanun üzrə vərəsələr dairəsi notariat qurumu tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə yalnız cavabdehin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. İddiaçıların göstərdiyi sübutlara və məlumatlara ümumilikdə məhkəmə heç bir qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı1 aid hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: (əvvəlki redaksiya) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub olmadığına, habelə hüquqi şəxslər olub olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ##.##.2023-cü il tarizli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından da müəyyən olunur ki, iddiaçı miras əmlakı faktiki sahiblik yolu ilə qəbul etdiyini və ya mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə ilə müraciət etdiyini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu da iddiaçının mirasın faktiki və rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürdüyünə dəlalət edir. İddiaçının apellyasiya şikayətinin cavabdeh cavabdeh1 tərəfindən Nəsimi rayonu ** saylı Notariat Ofisinin tövsiyyəsinə məhəl qoymadan yalan məlumat verməklə qanun üzrə sağ vərəsənin bilərəkdən gizlədilməsi və iddiaçılara Notariat ofisinə dəvətlə bağlı vərəsəlik işinin açılması ilə bağlı heç bir məlumat vermədən vərəsəlik işinin açılması üçün müəyyən edilmiş 6 (altı) ay müddətin ötürülməsinə səbəb olması ilə bağlı Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Hazırda isə mirasın açıldığı tarixdə qüvvədə olmuş Mülki Məcəllənin hazırkı işə tətbiq edilməli olan 1246-cı və 1273-1-ci maddələrinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. İş materiallarından görünür ki, apellyatorun atası Bağırov Xəyyam Ağa oğlu ## ###### 2007-ci il tarixdə, nənəsi X3 isə ## ######## 2021-ci il tarixdə vəfat etmişlər. Sonuncunun vəfatı zamanı apellyatorun 16 yaşı var idi (apellyatorun doğum tarixi: ##.##.2005). Lakin 2023cü ildə onun 18 yaşı tamam olduqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətlər ( 3 ay və 6 ay) ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi-vəkili bu halı iddiaçının həmin müddətdən sonra mütamadi olaraq təhsillə bağlı gedib gəldiyi üçün Bakı şəhərində olmadığını və hüquqlarını bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla iddiaçı tərəf müddətin uzadılması ilə bağlı müraciət etməmiş, etmiş olsa idi belə hazırki işin faktiki halları bu müddətin üzürlü səbələrdən buraxılmasına dəlalət etmir. Göründüyü kimi hazırda iddiaçı tərəf notariat ofisinə düzgün məlumat verilməməklə mirasdan məhrum olmasını bildirsə də, ən azından miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə mirası qəbul etməmiş, bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı X3 qalan mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Bu da onun mübahisəli miras əmlakdan pay almaq hüququnun itirilməsinə səbəb olur və iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. Digər tərəfdən iddiaçının mirası qəbul etməsi müəyyən olunmadığına görə, onun iddia ərizəsində irəli sürdüyü digər tələblər üzrə araşdırma aparılmasına zərurət qalmır. Çünki həmin tələblər, iddiaçının mirası qəbul etməsindən irəli gələn hüquqlara bağlıdır. Belə ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Məhkəmə Kollegiyası iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı miras qoyanın vəfatından məlumatlı olmuş, lakin qanunla müəyyən edilmiş qaydada və müddətdə (mirasın açıldığı tarixdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən) mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə ilə müraciət etməmiş, eyni zamanda miras əmlakı faktiki sahiblik yolu ilə qəbul etməmişdir. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsasını təşkil edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, təqdim etdiyi sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı iddiaçı1 tərəfindən veriлmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.