Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1612/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1rşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, əmək haqqı) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, X17, İddiaçı İddiaçı, onun nümayəndələri nümayəndə1, eyni zamanda vəkili nümayəndə2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" X1 ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı İddiaçı yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun böyük məsləhətçisi vəzifəsinə işə götürülmüşdür.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilməsi,. Q-****-* nömrəli, ##.##.2024 tarixli qərarda müvafiq dəyişikliklər edilərək, iddiaçı Mehdizadə Nigar İsmayıl qızına BA1 sertifikatının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə həvalə edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, X18 İdarə Heyətinin sədri M.M.Abbaszadəyə məlumat verilir ondan ötrü ki, həqiqətən ##.##.2025-ci il tarixində Dövlət qulluğu imtahanında istifadə edilmiş İnformatika üzrə 20392775 ID kodlu test tapşırığının tərtibində səhvə yol verilmişdir və bu tapşırıq namizədlərin xeyrinə hər kəsə doğru hesablana bilər. Bu fənnin aparıcısı (kuratoru) İddiaçıdir. Testin tərtibçisi Məmmədov Kənandır. X22, Seyidzadə Etibar və Qasımov Vahidir.
4. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadəyə verilmiş ##.##.2025-ci il tarixli təqdimatdan görünür ki, ##.##.2025-ci il tarixində keçirilən dövlət qulluğunun BB vəzifə qrupu üzrə qəbul imtahanından sonra daxil olmuş müraciətlər araşdırılaraq təhlil olunmuşdur. Tərtibatında yanlışlıq olduğu iddia olunan bir test tapşırığı (informasiya texnologiyaları üzrə) barədə mütəxəssis-ekspertlərin rəyi soruşulmuşdur. Məlum olmuşdur ki, həmin test tapşırığının tərtibi qüsurludur, belə ki, tapşırıqda qoyulan sualın düzgün cavabına cavab variantlarının heç birini tam uyğun hesab etmək olmaz. Həmin sual üzrə bütün imtahan iştirakçılarının cavablarının düzgün cavab kimi qiymətləndirilməsi məsələsinə münasibət bildirməyi xahiş edilmişdir.
5. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ##.##.2025-ci il tarixli əmri ilə ## ###### 2025-ci il tarixdə keçirilmiş magistraturaya qəbul imtahanı və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında istifadə olunmuş test materiallarının hazırlanması prosesində əmək və icra intizamını pozaraq səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını və vəzifə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun böyük məsləhətçisi İddiaçı intizam tənbehi - töhmət verilməsi əmr edilmişdir.
6. “Əmək intizamının pozulması və izahat verməkdən imtina” barədə ##.##.2025-ci il tarixli aktdan görünür ki, yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun böyük məsləhətçisi X13 fevral-iyun 2025-ci il tarixlərini əhatə edən dövrdə işə gecikmə və iş vaxtını əsaslandırılmamış şəkildə tərk etmə kimi əmək intizamı və davamiyyət qaydalarının pozulması ilə bağlı ona izahat təqdim etmək üçün dəvət olunması, lakin izahat yazmaqdan imtina etməsi faktını təsbit etmək məqsədilə tərtib edilmişdir. Yuxarıda göstərilən məqsədlə, ## #### 2025-ci il tarixində, Insan resurslarının idarə edilməsi şöbəsində İddiaçı müvafiq qaydada şöbə əməkdaşları tərəfindən dəvət olunmuşdur. Ona əmək intizamının pozulmasına dair izahat verməsi təklif edilmiş, lakin o,izahat yazmaqdan rəsmən imtina etmişdir. Bu halın obyektiv şəkildə sənədləşdirilməsi məqsədilə aşağıda imzası olan əməkdaşlar tərəfindən şahidlik edilərək təsdiq olunur.
7. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadəyə verilmiş ## #### 2025-ci il tarixli “İddiaçı iş qrafikinə əməl etməməsi ilə bağlı monitorinq nəticələrinə” dair təqdimatdan görünür ki, Dövlət İmtahan Mərkəzində tətbiq edilən Turniket nəzarət sistemi vasitəsilə 2025-ci ilin fevral-iyun ayları ərzində əməkdaşların işə davamiyyətinə dair aparılmış müntəzəm monitorinqin nəticələri əsasında bəzi hallarda nizam-intizam qaydalarının pozulduğu müşahidə olunmuşdur. Belə ki, qeyd olunan dövr ərzində Yoxlamaölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun böyük məsləhətçisi X13 işə gecikmə, qrafikə əsasən təyin edilmiş 8 saatlıq iş vaxtı normasını doldurmadan iş yerini vaxtından əvvəl tərk etmə və fərdi iş qrafikinə uyğun olmayan şəkildə fəaliyyət göstərmə halları qeydə alınmışdır. Müvafiq məlumatlar Turniket proqramı vasitəsilə formalaşdırılmış elektron hesabatlarda əksini tapmışdır. Xüsusilə vurğulamaq istərdi ki, İddiaçı tərəfindən öncədən imzalanaraq təsdiqlənmiş fərdi iş qrafiklərində iş saatlarının səhər saat 09:00-dan axşam saat 18:00dək olduğu qeyd olunsa da, monitorinq nəticələrinə əsasən, faktiki çıxış və giriş saatları bu qrafikə uyğun gəlmir. Belə ki, bir çox hallarda İddiaçı 09:00-dan sonrakı vaxtalarda daxil olaraq işdən 18:00-dan sonrakı dəqiqələrdə (ortalama giriş-çıxış vaxtları 09:20-18:20 radələri) çıxaraq bu gecikməni özbaşına kompensasiya etməyə çalışmışdır. Qeyd edir ki, cəmləmiş uçot sistemi çərçivəsində əməkdaşlara müəyyən elastiklik tanınsa da, bu, yalnız əvvəlcədən razılaşdırılmış və rəsmiləşdirilmiş qrafiklərə uyğun şəkildə mümkündür. Lakin qeyd olunan hallarda belə razılaşdırma və ya təsdiqedici sənəd təqdim edilməmişdir. Monitorinq aparılmış fevral-iyun ayları üzrə Turniket nəzarət sistemi üzərində alınmış məlumatlara (əlavə olunur) əsasən aparılmış qısa təhlil aşağıda təqdim olunur: fevral ayı üzrə: fevral ayında əməkdaşın işə başlama saatları əksər hallarda 09:00-dan gec olmuşdur. Xüsusilə 11 və 17 fevral tarixlərində müvafiq olaraq 10:21 və 10:41-də işə gəlmişdir. Bu isə iş rejiminə ciddi şəkildə ziddir. Eyni zamanda, 27 fevral tarixində əməkdaş günün ortasında, saat 13:36-da iş yerini tərk etmişdir. Ay ərzində bir neçə dəfə 09:40-dan sonra işə başlanılması halları da qeydə alınmışdır. Davamiyyət baxımından fevral ayında mütəmadi gecikmələr və bir gün isə natamam iş saatı müşahidə olunmuşdur. Mart ayı üzrə: mart ayında işə davamiyyətlə bağlı intizam pozuntuları davam etmişdir. Xüsusilə 5 mart tarixində əməkdaş cəmi 4 saat iş yerində olmuşdur. Ay ərzində digər günlərdə də işə giriş saatı əsasən 09:09-09:37 aralığında qeydə alınmışdır ki, bu da sistematik gecikmələrin davam etdiyini göstərir. Aprel ayı üzrə: aprel ayında əməkdaşın işə gec gəlmələri demək olar ki, hər iş günündə müşahidə olunmuşdur. Giriş saatları əsasən 09:12-09:29 aralığında dəyişmişdir. Bu ayda erkən çıxış halları qeydə alınmasa da, işə başlama vaxtına ardıcıl şəkildə riayət edilmədiyi aydın şəkildə görünür Əməkdaş işə mütəmadi olaraq rəsmi başlanğıc vaxtından gec gəlmişdir. May ayı üzrə: may ayında da davamiyyətlə bağlı qeyrimüntəzəmlik müşahidə olunmuşdur. 12 may tarixində əməkdaş saat 17:33-də, yəni rəsmi iş saatından təxminən yarım saat əvvəl iş yerini tərk etmişdir. Ayın digər günlərində də işə gəlmə saatları 09:12-09:21 aralığında dəyişmişdir. Beləliklə, bu ayda həm gec gəlmə, həm də erkən çıxma hallarına rast gəlinmişdir. lyun ayı üzrə: işə giriş saatlarında gecikmələr olub (09:10-09:24 arası). Bu da göstərir ki, əməkdaşın iş rejiminə uyğun şəkildə işə davamiyyəti iyun ayında da təmin olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq. İddiaçı əmək müqaviləsinin şərtlərini pozaraq fərdi iş qrafikinə əməl etməməsi və əmək intizamının pozulması hallarına dair münasibət bildirməyinizi və müvafiq qaydada intizam tədbiri görülməsini məsələsinə baxılmasını xahiş edir.
8. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadəyə verilmiş ## #### 2025-ci il tarixli təqdimatdan görünür ki, böyük məsləhətçi İddiaçı işə gecikməsi, iş vaxtından əmək funksiyalarını yerinə yetirmək üçün səmərəli istifadə etməməsi haqqında dəfələrlə tərəfindən xəbərdarlıq edilmiş, yoxlama-ölçmə materiallarının işlənibhazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə zəif nəzarət etməsi, ekspertiza işini pis təşkil etməsi və özünün də sualların qapalı şəraitdə həm kompüter, həm DIM-in vəsaiti ilə tutuşdurulması haqqında təlimata əməl etməməsi səbəbindən imtahan sualında səhv olduğu üçün ## #### 2025-ci ildə töhmət verilmişdir. Bundan sonra da İddiaçı işə gecikməyə davam etmiş, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlərin cəlb edilməsi, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasının təşkil edilməsi, mövcud olan test tapşırıqları banklarının mütəmadi olaraq təftişinin təşkil edilməsi işlərini lazımınca yerinə yetirməmiş, tərtibçi və ekspertlərlə işi zəif aparmış, Dövlət qulluğuna qəbulda 2025-ci ilin 7 ayı ərzində İnformatika üzrə 234 test tapşınğı istifadə olunmasına baxmayaraq, ona dəfələrlə yoxlama-ölçmə materiallarının işlənibhazırlanmasına ekspertləri cəlb edib, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasını təşkil etməsi işini gücləndirib ən azı istifadə olunan sayda yeni test tapşırıqlarının banka daxil edilməsi tələb olumuşdur. Bundan sonra İddiaçı tələb olunandan iki dəfə az, yəni 106 test tapşırığının banka daxil olunmasını bildirmiş, araşdırma nəticəsində məlum olmuşdur ki, yalnız bir tərtibçidən 21 test tapşırığı qəbul etmiş və əsasən həmin müəllifin tapşırıqlannın analoqlarını tərtib edərək banka daxil olan test tapşırıqlarının sayını bu asan yolla artiraraq 85 sayda ehtiyac olmayan test tapşırıqlarını tərtib edib banka daxil etmişdir. Dövlət qulluğuna qəbul imtahanlarının materiallarının qapalı şəraitdə hazırlanmasında yalnız özü hər ay iştirak etmiş, kənar ekspert cəlb etməyərək test bankında heç bir zənginləşdirma aparmadığını ört-basdır etməyə çalışmış, nəticədə son imtahanlarda kasad test bankından çıxan birbirinə oxşar, məzmunca təkrar olunan suallar istifadə olunmuş, bu isə imtahanın məzmununun qoyulan məqsədə tam nail olunmamasına, statistik göstəricilərin texniki tapşırığa uyğun gəlməməsinə gətirib çıxarmışdır. Beləliklə, Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin böyük məsləhətçisi İddiaçı mütəmadi olaraq işə gecikməsi, əmək funksiyalarına aid olan yoxlama-ölçmə materiallarının işlanib hazırlanmasına ekspertlərin cəlb edilməsi, yoxlama-ölçmə materiallarının işlənib hazırlanmasının təşkil edilməsi, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət edilməsi, mövcud olan test tapşırıqları banklarının mütəmadi olaraq təftişinin təşkil edilməsi işlərini qənaətbəxş yerinə yetirməməsi səbəbindən onun əmək müqaviləsinə Əmək məcəlləsinin müvafiq maddəsi ilə xitam verilməsinə münasibət bildirməyi xahiş edilmişdir.
9. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi X1n ilk HİK iclasının ##.##.2025-ci il tarixli protokolundan görünür ki, iclasın gündəliyi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılması olmuşdur. İclas zamanı sədr Sevinc Seyfulla, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən Komitəyə təqdim edilmiş müvafiq müraciət əsasında iştirakçıları məlumatlandırmışdır. Insan Resurslarının İdarə Edilməsi Şöbəsinin müdiri Günəş Qədimova isə əməkdaş İddiaçı son aylarda əmək intizamına riayət etməməsi, işə gecikməsi və vaxtından əvvəl iş yerini tərk etməsi kimi halları qeyd etmişdir. Bu hallara dair aktlar tərtib edilmiş, əməkdaşa izahat verməsi təklif olunsa da, o, bundan imtina etmişdir. Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev əməkdaşın iş fəaliyyətində sistematik olaraq səhlənkarlığa yol verdiyini, vəzifə öhdəliklərini vaxtında və dəqiq yerinə yetirmədiyini qeyd etmişdir. ## ###### 2025-ci il tarixində keçirilmiş magistratura və dövlət qulluğuna qəbul imtahanlarında istifadə edilmiş test materiallarının hazırlanması zamanı yol verilmiş səhlənkarlıq və məsuliyyətsizlik səbəbilə, əməkdaşa ##.##.2025-ci il tarixli **/K nömrəli əmrlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət verilmişdir. İddiaçı çıxış edərək iradlara əsaslı cavab verməmiş, işindəki nöqsanları izah edə bilməmişdir. Onun izahları əmək münasibətinə qeyri-ciddi yanaşma kimi qiymətləndirilmişdir.
10. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov tərəfindən İdarə Heyətinin sədri Məleykə Abbaszadəyə verilmiş ##.##.2025-ci il tarixli təqdimatdan görünür ki, ##.##.2017-ci il tarixində Mərkəzdə əmək fəaliyyətinə başlamış İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərinin icrası zamanı kobud və mütəmadi pozuntulara yol verdiyi müəyyən edilmişdir. Belə ki, İddiaçı ##.##.2025-ci il tarixində keçirilmiş magistraturaya qəbul imtahanında və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında istifadə olunmuş test materiallarının hazırlanması prosesində əmək və icra intizamını kobud şəkildə pozmuşdur. İddiaçı əmək funksiyalarının icrasına səhlənkarlıq və ehtinasızlıqla yanaşdığı nəzərə alınaraq onun barəsində ##.##.2025-ci il tarixli **/K nömrəli əmrlə töhmət intizam tənbehi tətbiq edilmişdir. Bununla yanaşı, İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri G.Qədimovanın *-*/*-****/**** nömrəli təqdimatında bildirilmişdir ki, Turniket proqramı vasitəsilə formalaşdırılmış elektron hesabatlarda İddiaçı mütəmadi olaraq işə gecikdiyi və gündəlik normal iş vaxtının müddəti - 8 saat tamam olmadan iş yerini vaxtından əvvəl tərk etdiyi müəyyən edilmişdir. Bununla da, İddiaçı əmək müqaviləsinin şərtlərini pozaraq fərdi iş qrafikinə əməl etməmiş və əmək intizamının pozulması hallarına yol vermişdir. İddiaçı işlədiyi struktur bölmənin rəhbəri - Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri N.Əliyevin *-*/*-****/**** nömrəli təqdimatında qeyd edilmişdir ki, onun tərəfindən İddiaçı işəgecikməsi və əməkfunksiyalarını yerinə yetirmək üçün iş vaxtından səmərəli istifadə etməməsi haqqında dəfələrlə xəbərdarlıq edilmiş, buna baxmayaraq, o xəbərdarlıqlardan nəticə çıxarmamış və mütəmadi olaraq işə gecikməyə davam etmişdir. Həmçinin İddiaçı birbaşa qulluq funksiyalarına aid olan yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlərin cəlb edilməsi, yoxlamaölçmə materiallarının işlənib-hazırlanmasının təşkil edilməsi, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət edilməsi, mövcud olan test tapşırıqları banklarının mütəmadi olaraq təftişinin təşkil edilməsi işlərinidə tam və keyfiyyətlə yerinə yetirməmişdir. Göründüyü kimi, İddiaçı əməkfunksiyasını pozduğuna görə ##.##.2025-ci il tarixində ona verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək və icra intizamını pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu hal əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır. HəminMəcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və“ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd olunanlara əsasən İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri G.Qədimovanın 9- */*-****/**** nömrəli və Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri N.Əliyevin *-*/*-****/**** nömrəli təqdimatlarını nəzərə alaraq İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğu üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla onunla bağlanmış ## ###### 2025-ci il tarixli *******000210 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi təklif edilmişdir.
11. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ***/K nömrəli, ##.##.2025-ci il tarixli əmri ilə yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun böyük məsləhətçisi İddiaçı barəsində əmək və icra intizamının pozulması ilə bağlı Idarə Heyəti sədrinin **/K nömrəli # #### 2025-ci il tarixli Əmri ilə intizam tənbeh tədbiri olaraq töhmət tətbiq edilmişdir. Intizam tənbehinin qüvvədə olduğu 6 (altı) ay müddət ərzində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı işə mütəmadi olaraq gecikmiş, əmək müqaviləsində qeyd olunmuş əmək funksiyalarının icrasını layiqincə və məsuliyyətlə yerinə yetirməmiş, tərəfindən yenidən əmək funksiyalarının icrasında nöqsanlara yol verilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə, 72-ci maddəsinin "ə" bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzi X1n Nizamnaməsi"nin 4.24.10-cu yarımbəndini rəhbər tutaraq, 1. Mərkəzin Yoxlamaölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun böyük məsləhətçisi İddiaçı ## ###### 2025-ci il tarixli *******000210 nömrəli əmək müqaviləsinə # ###### 2025-ci il tarixindən xitam verilməsi, İddiaçı ##.##.2023 - ##.##.2024-cü iş ilinə görə istifadə edilməmiş 3 (üç) əmək məzuniyyəti, ##.##.2024 - ##.##.2025-ci iş ilinə görə istifadə edilməmiş 24 (iyirmi dörd) əmək məzuniyyəti gününə görə pul əvəzinin ödənilməsi 2025-ci ilin yanvar ayında yaranmış və istifadə edilməmiş bir əvəzgünün (səkkiz saat hesablanmaqla), həmçinin 2025-ci ilin fevral ayından etibarən tətbiq edilən cəmlənmiş uçotu dövrü ərzində iş normasından artıq vaxtda işlənmiş 36 (otuz altı) iş saatına görə (imtahan prosesinə cəlb edildiyi istirahət günləri) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq bir saatlıq vəzifə maaşının ikiqat məbləğində əlavə əmək haqqı ödənilməsi, istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin və iş vaxtı normasından artıq vaxtda görülmüş işlərə görə əlavə əmək haqqının ödənilməsi Maliyyə departamentinin müdirinə (R.Allahverdiyev) tapşırılması əmr edilmişdir.
12. “BB vəzifə qrupu üzrə ## ######## 2025-ci il tarixində keçirilmiş test imtahanında informasiya texnologiyaları üzrə istifadə olunmuş ** saylı tapşırıq” barədə rəydən görünür ki, test tapşırığında elmi-metodik cəhətdən səhv mövcuddur, belə ki, düzgün cavab kimi Reading View (Oxu Görünüşü) görünüş rejimi göstərilsə də, əslində testin düzgün cavabı yoxdur. Reading View rejimi təqdimata slayd nümayişi kimi baxmağa imkan yaradır və bu rejimdə tablar görünmür. Reading View (Oxu Görünüşü) görünüş rejimindən başqa digər görünüş rejimlərində isə ekranda Lent interfeysinin tabları göründüyü üçün File tabından Print əmrini yerinə yetirməklə slaydı çapa göndərmək olar. Reading View rejimi də daxil olmaqla bütün rejimlərdə isə klaviaturadan Ctrl+P düymələr kombinasiyasını basmaqla da slaydı çap etmək olur. Buradan belə nəticə alınır ki, bütün görünüş rejimlərindən slaydı çap etmək mümkündür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı İddiaçı cavabdeh “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ##.##.2025-ci il tarixli ***/K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, mediasiya sessiyasında ödənilmiş 60 manat pulun və vəkil xidməti üçün ödənilmiş 600 manat məbləğində pulun ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, iddiaçı uzun illər qüsursuz əmək funksiyalarını yerinə yetirmişdir. Sonuncu əmək müqaviləsi ##.##.2024-cü il tarixdə müddətsiz bağlanmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahan sektorunda böyük məsləhətçi vəzifəsində çalışırdı (dövlət qulluqçusu deyildir). Uzun müddət iddiaçının departamenti müdiri olan Natiq Əliyevin iddiaçıya ##.##.2025-ci il tarixdən dəyişməsidir. Belə ki, həmin vaxtdan departament müdiri iddiaçının guya müəssisəyə maddi ziyan vuruduğunu bildirmiş. Lakin araşdırma aparıldıqdan sonra müəyyən olunmuşdur ki, hadisə baş verən zaman iddiaçı bunkerdə olmamışdır. Buna aydınlıq gətirildikdən sonra iddiaçını gah işə gecikməsi, gah işə səhlənkar yanaşması kimi iradlar bildirilmiş və öz ərizəsi ilə işdən çıxaması təklif olunmuşdur. İddiaçıya “şans” verdiklərini, maddə ilə işdən azad etmək istəmədiklərini bildirmişlər. Heç bir günahım olmadan hər hansı bir sübut təqdim etmədən barəsində Həmkarlar ittifaqı Komitəsinə təqdim verilmişdi. ##.##.2025-ci il tarixdə keçirilən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi X1n ilk HİK iclasında iddiaçının işə gecikmə, iş yerini vaxtından əvvəl tərk etməsi, işə səhlənkar yanaşması kimi ümumi sözlərdən ibarət müzakirə aparılmışdır. İddiaçı iclasda qeyd edilənlərlə bağlı hər hansı sübutların olub-olmamasını soruşsa da, iclas üzvləri Natiq Əliyevi çoxdan tanıdıqlarını və onun sözlərinə inandıqlarını qeyd edərək, təqdimatı əsaslı saymışdılar. Bununla bağlı ##.##.2025-ci il tarixdə ***/K nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə haqsız olaraq xitam verilmişdir. Hesab edir ki, əmr qanunsuzdur, ona görə ləğv edilməlidir.
15. Cavabdeh "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" X1 iddia ərizəsinə etiraz (mülahizə) ilə məhkəməyə müraciət etmişdir. Etiraz (mülahizə) onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi X1n Nizamnaməsi"nin 4.24.10-cu yarımbəndinə əsasən bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək vəzifəsi X7 sədrinə məxsusdur. Hazırki iş üzrə iddiaçı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əsasən iddiaçının əmək funksiyaları aşağıdakılardır: 1) Ali təhsilin magistratura səviyyəsinə qəbul, dövlət qulluğuna (eyni zamanda xüsusi növ dövlət qulluğuna) qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, müxtəlif dövlət orqanlarına və təşkilatlarına işə qəbul, müxtəlif növ sertifikatların verilməsi və s. məqsədi ilə keçirilən imtahanlar üzrə (sektrorun əməkdaşları arasında iş bölgüsünə uyğun olaraq) qəbul proqramlarının hazırlanması; 2) Yoxlamaölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlərin cəlb edilməsi, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasının təşkil edilməsi; 3) Mövcud olan test tapşırıqları banklarının mütəmadi olaraq təftişinin təşkil edilməsi; 4) Ixtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak edilməsi; 5) Test kitabçalarının məxfi şəraitdə hazırlanmasında və imtahanda istifadə olunacaq test tapşırıqlarının yekun ekspertizasında iştirak edilməsi; 6) Yoxlamaölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət edilməsi; 7) Imtahan verəcək şəxslərə elmi-metodik kömək məqsədilə metodik vəsaitlərin və topluların hazırlanmasında iştirak edilməsi; 8) Səlahiyyətləri daxilində sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması; 9) Qapalı rejimdə işlərdə iştirak; 10) Mərkəzin keçirdiyi imtahan və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.). Lakin iddiaçı İddiaçı qeyd olunan əmək funksiyalarını keyfiyyətlə və layiqincə yerinə yetirməmiş, əmək intizamını kobud və mütəmadi şəkildə pozmuşdur. Belə ki, Mərkəz tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin 2023-cü il ## ###### tarixində keçirilmiş test imtahanı mərhələsində iddiaçı İddiaçı birbaşa kuratoru olduğu "Informatika" proqramına aid olan ** saylı test tapşırığı ilə namizədlərin imtahana hazırlaşmaları üçün Mərkəzin rəsmi internet saytında yerləşdirilmiş ədəbiyyat siyahısındakı dərslik arasında uyğunsuzluq aşkarlanmışdır. Həmin sualla bağlı imtahan iştirakçılarından 2 nəfər iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmiş və uzun sürən məhkəmə proseslərindən sonra Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı və ##.##.2024-cü il tarixli *- *(***)-****/**** saylı Qərarları ilə imtahan iştirakçılarının iddiası təmin edilmiş və İddiaçı birbaşa kuratoru olduğu "Informatika" proqramına aid olan ** saylı test tapşırığı imtahan iştirakçılarının xeyrinə hesablanmış, həmin şəxslərin imtahan nəticələrində müvafiq dəyişiklik edilmişdir (sual, dərslikdən çıxarış və məhkəmə qərarları əlavə olunmuşdur). "Informatika" proqramına aid olan test tapşırıqlarının, o cümlədən ** saylı test tapşırığının yekun ekspertizanın həyata keçirilməsi vəzifəsi birbaşa iddiaçıya aid olduğu üçün N.Əliyev tərəfindən ona şifahi xəbərdarlıq edilmiş və ondan işlərinə daha məsuliyyətli yanaşması tələb edilmişdir. Bundan başqa, 2025-ci il ## ###### tarixində keçirilmiş magistraturaya qəbul imtahanı və dövlət qulluğuna qəbul üzrə müsabiqənin BB vəzifə qrupu üzrə test imtahanları mərhələsində istifadə olunan "Informatika" proqramına aid 1 test tapşırığında da eyni mahiyyətli səhv aşkarlanmışdır. Belə ki, sözügedən test tapşırığı ilə imtahan iştirakçılarının imtahana hazırlaşmaları üçün Mərkəzin rəsmi internet saytında yerləşdirilmiş ədəbiyyat siyahısında göstərilən dərslik arasında uyğunsuzluq aşkar edilmişdir. Nəticə etibarilə, imtahanda istifadə olunan test tapşırığı ədəbiyyat siyahısında qeyd edilmiş dərslikdən fərqli məzmunlu olduğu üçün həmin test tapşırığı bütün imtahan iştirakçılarının xeyrinə düzgün cavab kimi hesablanmış və onların imtahan nəticələrində müvafiq düzəliş edilmişdir. Təbii ki, iddiaçının əmək funksiyalarının icrası zamanı dəfələrlə yol verdiyi bu cür etinasızlıq kütləvi imtahanların təşkili və keçirilməsi sahəsində böyük təcrübəyə malik olan Mərkəzin işgüzar nüfuzuna da əhəmiyyətli dərəcədə mənfi təsir göstərmişdir (sual, dərslikdən çıxarış, onun düzgün hesab olunması ilə bağlı struktur bölmə rəhbərinin təqdimatı və arayış əlavə olunur). Imtahanların təşkili və keçirilməsi prosesi proses iştirakçılarından yüksək dəqiqlik, operativlik və şəffaflıq tələb etdiyi, 2023- cü ildə keçirilən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində yol verdiyi kobud pozuntudan sonra artıq dəfələrlə eyni hal təkrarlandığı üçün N.Əliyev iddiaçı İddiaçı intizam tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması ilə bağlı X7 sədrinə əsaslandırılmış təqdimat vermişdir. Iddiaçı İddiaçı qeyd edilən məsələ ilə bağlı izahat alınmış və X7 sədrinin 2025-ci il # #### tarixli **/K nömrəli əmri ilə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və Mərkəzin Nizamnaməsinin 4.24.10-cu yarımbəndinə əsasən intizam tənbehi - töhmət verilmişdir (N. Əliyevin təqdimatı, iddiaçının izahatı və intizam tənbehin tətbiq edilməsi barədə əmr əlavə olunur). Bundan başqa, işlədiyi struktur bölmənin rəhbəri tərəfindən iddiaçıya dəfələrlə işə gecikdiyi və əmək funksiyalarını yerinə yetirmək üçün iş vaxtından səmərəli istifadə etmədiyi haqqında xəbərdarlıq edilsə də, o xəbərdarlıqlardan nəticə çıxarmamış və mütəmadi olaraq işə gecikməyə davam etmişdir. Qeyd edilən hal Mərkəzdə tətbiq edilən "Turniket" nəzarət sistemi vasitəsilə formalaşdırılmış elektron hesabatlarda da müəyyən edilmişdir. Belə ki, 2025-ci ilin fevral iyun ayları ərzində əməkdaşların işə davamiyyətinə dair aparılmış monitorinqin nəticələrinə əsasən müəyyən olunmuşdur ki, qeyd edilən dövrdə iddiaçı İddiaçı tərəfindən işə gecikmə, qrafikə əsasən təyin edilmiş 8 saatlıq iş vaxtı normasına əmək etmədən iş yerini vaxtından əvvəl tərk etmə və fərdi iş qrafikinə uyğun olmayan şəkildə fəaliyyət göstərmə halları qeydə alınmışdır. Bununla bağlı, iddiaçıdan izahat tələb olunsa da, o izahat verməkdən imtina etmiş və onun bu hərəkəti Insan resurslarının idarə edilməsi şöbəsinin əməkdaşları tərəfindən aktlaşdırılmışdır (İddiaçı Turniket proqramından çıxarışı və izahat verməkdən imtina etməsi aktı əlavə olunur). Qeyd olunanlarla yanaşı, iddiaçı İddiaçı birbaşa əmək funksiyalarına aid olan yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlərin cəlb edilməsi, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasının təşkil edilməsi, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət edilməsi, mövcud olan test tapşırıqları banklarının mütəmadi olaraq təftişinin təşkil edilməsi işlərini də tam və keyfiyyətlə yerinə yetirməmişdir. Iddiaçı işlədiyi struktur bölmənin rəhbəri N.Əliyevin ardıcıl iradlarından sonra cəmi bir eksperti (Əzizova Reyhanı) yoxlama-ölçmə materiallarının işlənib-hazırlanması prosesinə cəlb edərək ondan 21 test tapşırığı almışdır. Iddiaçı həmin ekspertdən aldığı test tapşırıqlarının üzərində mahiyyəti dəyişmədən müəyyən texniki dəyişikliklər etmiş və test bankına daxil ediləcək test tapşırıqlarının sayında süni artım yaradaraq öz adından 34 test tapşırığı təqdim etmişdir. Məsələn, ekspert R. Əzizova "Klaster" mövzusuna dair 4 test tapşırığı hazırlamış və iddiaçı həmin test tapşırıqlarında istifadə edilmiş ədədləri dəyişərək test bankına öz adından əlavə 5 test tapşırığı təqdim etmişdir. Bundan başqa, həmin ekspert "Microsoft Excel" mövzusuna dair 7 test tapşırığı hazırlamış və iddiaçı həmin test tapşırıqlarında xırda texniki dəyişikliklər edərək öz adından 4 test tapşırığı təqdim etmişdir. Iddiaçı İddiaçı əmək funksiyalarından biri də yoxlama-ölçmə materiallarının işlənibhazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət edilməsidir. İddiaçı İddiaçı sözügedən funksiyanı ümumiyyətlə icra etməmiş, ekspertlər tərəfindən suallar qəbul edilərkən onların keyfiyyəti və düzgünlüyü yoxlanılmamışdır. Məsələn, "Elektron hökumət" portalı" mövzusu ilə bağlı 1-2 test tapşırığı tələb olunduğu halda, ekspertin həmin mövzuya dair 10 test tapşırığı təqdim etməsinə "Informatika" proqramı üzrə kurator İddiaçı heç bir etiraz bildirməmişdir. Bu isə Mərkəz tərəfindən büdcənin səmərəli istifadə edilməməsinə gətirib çıxarmaqla yanaşı, test bankında imtahanda istifadə edilməyən lüzumsuz sualların sayının artmasına gətirib çıxarmışdır. "Microsoft Office" proqramlarının 2025-ci il ## ####### tarixindən etibarən "Windows 10" əməliyyat sistemini dəstəkləməyəcəyi elan edilmişdir. Bununla bağlı bir neçə ay əvvəl struktur bölmə rəhbəri N. Əliyev tərəfindən iddiaçıya imtahan proqramlarının və test bankının yenilənməsi, test tapşırıqlarının "Windows 11" əməliyyat sistemi ilə bağlı hazırlanması tapşırılmışdır. Lakin iddiaçı İddiaçı verilən tapşırığa yenə də etinasız yanaşmış və imtahan proqramlarının, o cümlədən test bankına daxil edilmiş test tapşırıqlarının yenilənməsi istiqamətində heç bir iş görməmişdir. Iddiaçı İddiaçı işinə məsuliyyətsiz yanaşmasına və tapşırığı icra etməməsinə görə hazırda Mərkəz tərəfindən keçirilən imtahanlarda "Windows 11" əməliyyat sisteminə aid test tapşırıqları yalnız "Windows 10" əməliyyat sistemi ilə eyni olan hissələrdən salınır. Əlavə olaraq, Mərkəz tərəfindən 2025-ci il ## ######## tarixində keçirilən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iddiaçı İddiaçı tərəfindən test bankına salınan "Informatika" proqramına aid test tapşırığında yenidən səhv aşkarlanmışdır. Bu səbəbdən həmin test tapşırığı bütün imtahan iştirakçılarının xeyrinə hesablanacaqdır. Uzun müddət əvvəl imtahan proqramlarında dəyişiklik edilərək "Office 2013" proqramdan çıxarılmış və "Office 2019" proqrama daxil edilmişdir. Imtahan proqramında edilmiş dəyişikliklərlə bağlı iddiaçı İddiaçı proqram üzrə test bankının təftiş edilməsi və ekspertizasının keçirilməsi tapşırılmışdır. Lakin göründüyü kimi, bu iş də natamam və etinasız icra edildiyi üçün hazırda test bankında proqrama uyğun olmayan və elmi-metodik cəhətdən qüsurlu test tapşırıqları mövcuddur (sual, sualın səhv olması ilə bağlı rəy və təqdimat əlavə olunur). Qeyd olunanlara əsasən, iddiaçı İddiaçı əmək müqaviləsi üzrə qulluq funksiyalarını lazımınca və keyfiyyətlə icra etməməsi, o cümlədən əmək və icra intizamında ardıcıl olaraq yol verdiyi pozuntular nəzərə alınaraq, barəsində tətbiq edilmiş intizam tənbehindən 6 ay keçmədiyi üçün onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və 72-ci maddəsinin ə bəndinə əsasən X7 sədrinin 2025-ci il # ###### tarixli ***/K nömrəli əmri ilə xitam verilmişdir (əmək müqaviləsinə xitam verilməsi barədə əmr əlavə olunur). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məcəllənin tələbləri və iddiaçı İddiaçı həmkarlar ittifaqının üzvü olması əsas götürələrək, X7 sədrinin müraciəti əsasında 2025-ci il ## #### tarixində onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı özünün, İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri G.Qədimovanın və iddiaçının işlədiyi struktur bölmənin rəhbəri N.Əliyevin iştirakı ilə Mərkəzdə fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin iclası keçirilmişdir. X23 İttifaqı Komitəsinin 9 üzvündən 7 üzvü iştirak etdiyinə görə iclasın keçirilməsi üçün yetərsay təmin olunmuşdur. Komitə üzvləri yekdilliklə iddiaçı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə və 72-ci maddəsinin "ə" bəndinə əsasən xitam verilməsinə etiraz etməmişlər (2025-ci il ## #### tarixli iclas protokolu və iclasın videoyazısı əlavə olunur). Daha sonra Mərkəzin İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri G.Qədimovanın *-*/*-****/**** nömrəli və Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri N.Əliyevin 9-3/3- ****/**** nömrəli təqdimatlarını nəzərə alaraq, İddiaçı əmək funksiyalarını kobud şəkilkdə pozduğu üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla iddiaçı İddiaçı ilə bağlanmış 2025-ci il ## ###### tarixli *******000210 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi ilə bağlı təqdimat vermişdir (G.Qədimovanın, N.Əliyevin və B.Xəlilovun təqdimatları əlavə olunur). Göründüyü kimi, İddiaçı əmək müqaviləsində qeyd olunan əmək funksiyalarını icra etməmiş və ya məsuliyyətsiz formada icra etmiş, etməli olduğu işlərə etinasız yanaşmışdır. Eyni zamanda iddiaçı əmək və icra intizamını ardıcıl və kobud şəkildə pozmuşdur. Iddiaçı İddiaçı yol verdiyi kobud nöqsanların Mərkəz tərəfindən keçirilən əhəmiyyətli və kütləvi imtahanlarda baş verdiyini, həmin səhvlərin ictimaiyyətdə böyük narazılıq meydana gətirdiyini nəzərə alaraq, ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq əmək funksiyalarının icrasını lazımınca və keyfiyyətlə icra etməmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçinin iş vaxtının konkret olaraq 09:00–18:00 müəyyən edilmədiyi barədə mövqeyi məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, müəssisədaxili qaydalarla iş vaxtının başlanma və bitmə saatları müəyyən edilmişdir. Əmək münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, işçi müəyyən edilmiş iş vaxtı çərçivəsində əmək funksiyalarını yerinə yetirməlidir. Müqavilədə saatların ayrıca göstərilməməsi işçiyə iş vaxtına sərbəst və nəzarətsiz yanaşmaq hüququ vermir.
18. İddiaçıya gecikmələrlə bağlı izahat vermək imkanı yaradılmış, lakin o, bu imkandan istifadə etməmişdir. Mülki iş materiallarından görünür ki, “əmək intizamının pozulması və izahat verməkdən imtina” barədə ##.##.2025-ci il tarixli akt tərtib edilmiş və həmin aktdan görünür ki, ## #### 2025-ci il tarixində, Insan resurslarının idarə edilməsi şöbəsində İddiaçı müvafiq qaydada şöbə əməkdaşları tərəfindən dəvət olunmuşdur. Ona əmək intizamının pozulmasına dair izahat verməsi təklif edilmiş, lakin o,izahat yazmaqdan rəsmən imtina etmişdir. Məhkəmə hesab etmişdir ki, işçinin öz mövqeyini vaxtında bildirmək imkanından imtina etməsi sonradan həmin faktların mövcudluğunu ümumilikdə inkar etməsi ilə uzlaşmır və onun prosessual davranışı ilə faktiki mövqeyi arasında ziddiyyət yaradır.
19. İddiaçıya yol verilmiş nöqsanlarla bağlı dəfələrlə şifahi xəbərdarlıqlar edilmiş, iddiaçı İddiaçı özü bu halı məhkəmə iclasında inkar etməmiş, lakin o, davranışında dəyişiklik etməmişdir. Əvvəllər tətbiq olunmuş intizam tənbehinin profilaktik və tərbiyəvi təsir göstərməməsi, qısa müddət ərzində analoji pozuntuların yenidən baş verməsi əmək münasibətlərinin davam etdirilməsinin real və səmərəli olmadığını göstərir. Əmək münasibətləri qarşılıqlı etimada əsaslanır və işçinin sistemli şəkildə vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi həmin etimadı sarsıdır.
20. İddiaçının departament rəhbərinin ona qarşı qərəzli münasibət göstərilməsi barədə iddiaları isə sübuta yetirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, subyektiv ehtimallar və fərziyyələr konkret sübutlarla təsdiq olunmadıqda hüquqi qiymətləndirmə üçün əsas ola bilməz. Əksinə, iş materialları göstərir ki, intizam tədbirləri konkret sənədləşdirilmiş faktlara əsaslanmış, məsələ həmkarlar ittifaqının iştirakı ilə müzakirə edilmiş və qərar kollegial qaydada qəbul olunmuşdur.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən əmək funksiyalarının keyfiyyətsiz icrası, nöqsanların sistemli xarakter alması, iş vaxtına riayət edilməməsi, əvvəl tətbiq olunmuş intizam tənbehindən nəticə çıxarılmaması və işəgötürənin etimadının obyektiv əsaslarla sarsılması əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsas təşkil etmişdir.
22. Məhkəmə həmçinin iddianın digər hissələri olan işə bərpa edilmə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissələri ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən əmrin ləğv edilməsi hissəsi rədd edildiyindən iddia tələbi bu hissələrdə də prosessual qənaət prinsipini nəzərə alaraq təmin edilməməlidir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 2.3, 4.1, 9-cu maddənin “q” bəndi, 10, 11.1, 12-ci maddənin “c” bəndi”, 68.1, 70-ci maddənin “ç” bəndi, 71.2, 71.3, 72, 186.2, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
24. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh tərəf məhkəmə icraatı zamanı işçinin əmək funksiyalarını lazımincə icra etməməsini iddia etməsinə baxmayaraq, onun qeyri peşəkarlığı ilə bağlıməhkəməyə hər hansı sübut təqdim etməmiş, şifahi olaraq onun işə səhlənkar yanaşdığını, peşəkarlığının zəif olmasını, işdə yeniliklər etməməsini bildirmişdir. Belə olan halda uzun illər ərzində bir neçə dəfə vəzifəsində məhz “İşəgötürən” tərəfindən yüksəlmiş şəxsin peşəkarlığının bu zaman kəsiyində “İşəgötürən” tərəfindən hansı şəkildə qiymətləndirilməsi təzad yaradır. İşçinin qeyri peşəkarlığı, işə səhlənkar yanaşması halı mövcud idisə, buna qanunvericiliklə nəzərdə tutulmuş qaydada intizam tənbeh tədbiri tətbiq edilərək qiymət verilməli idi. Həmkarlar iİttifaqının iclasındakı çıxışlardan da müəyyən edilir ki, işçiyə öz əmək funksiyasında nəzərdə tutulmuş işlərdən əlavə işlərin icra edilməsi də tapşırılmışdır. İşçiyə əlavə işlərin tapşırılması da özü-özlüyündə işçinin öz əmək funksiyalarının öhdəsindən uğurla gəlməsi ilə əlaqədar olaraq ona əlavə tapşırıqların (əmək funksiyasında nəzərdə tutulmayan) verilməsilə göstərilən etimad kimi qiymətləndirilə bilər. Əmək qanunvericliyinin tələblərinə əsasən, İşəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən və ya işəgötürəntərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir (ƏM maddə 57).İddiaçı Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun işçisiolmasına baxmayaraq ##.##.2025-ci ildə departament müdiri Natiq Əliyevin təqdim etdiyi təqdimat dövlət qulluğu şöbəsinin işi ilə əlaqədardır. Dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsini təşkil edən və cavabdeh olan Səriştələrinvə peşəkar potensialın qiymətləndirilməsi şöbəsi və Funksional səriştələrin qiymətləndirilməsi sektorudur. İddiaçı dövlət qulluğuna qəbul imtahanlarının təşkilindəki fəaliyyətinə Funksional səriştələrin qiymətləndirilməsi sektorunun müdiri Süraya Cəfərova ## #### 2025-ci ildə Səbinəyə qarşı təzyiqlərinbaşladığı ilk günlərdə İnsan Resurslarının İdarə edilməsi şöbəsinin müdiriGünəş Qədimovaya ünvanladığı elektron məktubunda münasibət bildirmiş, qiymət vermişdir. Bundan əlavə, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır (ƏM maddə 65).Cavabdehiddiaçının qeyri peşəkarlığını onun intizamlı olmaması, 26 fevral tarixində ##.##.2025-ci il tarixli töhmətin verilməsinə əsas olmuş nöqsan və imtahan suallarının sayı ilə əlaqələndirir. Həmin töhmətin verilməsi zamanı belə qanunun tələblərinə əməl edilməmiş, rəhbər şəxsin təqdimatı olmamış, töhmət vaxtında işçiyə təqdim edilməmişdir. Sözügedən halların əmrin hazırki əsasla verilməsinə səbəb olduğunu vurğulayır, lakin peşəkarlıq səviyyəsinə, sözügedən sualların keyfiyyətinin hansı şəkildə qiymətləndirilməsinə, ümumiyyətlə keyfiyyət amilinin necə müəyyən edilməsinə, keyfiyyətsiz olduğunun nə ilə sübut edilməsinə aydınlıq gətirmir. Həmkarlar İttifaqı isə işçinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə yaradılmış təşkilat olmasına baxmayaraq iclasın görüntüləri ilə də təsdiqini tapır ki, iclası sadəcə formal xarakterli keçirmiş, işçinin hüququnun müdafiəsi istiqamətdə hər hansı hərəkət etməmiş, fikir bildirməmiş, sadəcə “İşəgötürən” dəstək istiqamətində davranış nümayiş etdirmişdir. Bu da öz növbəsində mübahisələndirilən əmrin əsasını təşkil edən qərarın qanunsuz olaraq qəbul edildiyini göstərir. Məhkəmə qətnaməsində qeyd edilir ki, Həmkarlar İttifaqının iclasında İddiaçı özünü müdafiə etmək üçün tutarlı əsaslargətirə bilməmişdir. Həmkarlar İttifaqı iclasının videoyazısına baxarkəngörünür ki, İddiaçı 45 dəqiqə ərzində cəmi 45 saniyə vaxt ayrılmışdır. Hər cümlədən sonra İddiaçı sözü kəsilmiş, Həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc Seyfulla tərəfindən müdaxilələr edilmişdir. İddiaçı bildirəndə ki, ona əmək funksiyasına aid olmayan işlərtapşırılır Həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc Seyfulla işçinin mənafeyinimüdafiə etmək əvəzinə işəgötürənin vəkili qismində çıxış edərək onun özünün də əmək funksiyasına aid olamayan işləri yerinə yetirdiyini bildirmişdir. Departament müdiri də əlavə xərcləri çıxmasın deyə belə işlərin işçilərə tapşırıldığını və beləliklə Əmək Məcəlləsinin tələblərini pozduqlarını təsdiq etmişdir. İddiaçı qapalı şəraitdə (bunker) gecə saatlarında fasiləsiz olaraq 15-17 saat işlədiyini bildirdikdə isə Həmkarlar İttifaqı Komitəsinin sədriSevinc Seyfulla onun sözünü kəsərək ümumiyyətlə fikrini sona qədər çatdırmasına imkan verməmişdir. 45 saniyə ərzində sözü iki dəfə kəsilən şəxs özünü necə tutarlı əsaslarla müdafiə edə bilər. 27ci dəqiqə ilə 34- cü dəqiqə arasında İddiaçı iki cümlə deməyə imkan vermişlər. Qalan vaxt ərzində isə işçilərə əmək funksiyasına aid olmayan işlər həvalə etdiklərini və qapalı şəraitdə (bunker) gecə saatlarınadək qeyri-qanuni işə cəlb olunma hallarınının normal bir praktika olduğunu sübut etməyə çalışmışlar. Təəssüf ki, Nəsimi Rayon Məhkəməsi qapalışəraitdə (bunker) gecə saatlarınadək qeyri-qanuni işə cəlb olunma faktlarının təsdiq olunması üçün həmin bunker videoyazılarının məhkəməyə təqdim olunması barədə vəsatəti təmin etməmişdir. Ümumiyyətlə məhkəmə qətnaməsində iddiaçının gətirdiyi əsaslara, iddiaçınınxeyrinə olan hallara, cavabdeh tərəfindən əmək funksiyalarından kənar işlərin görülməsi hallarına, o cümlədən iş vaxtı ilə bağlı normaların cavabdeh tərəfindən pozulmasına hallarına toxunulmamış, heç bir münasibət bildirilməmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndində göstərilir ki, Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin Həmkarlar İttifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müracit edir və təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Buna baxmayaraq nə Həmkarlar İttifaqı təşkilatı bu sənədləri tələb İntizamlılıq məsələsinəgəldikdə isə iddiaçı tərəfin məhkəmə iclaslarında dəfələrlə vurğuladığı kimi, tərəflər arasında bağlanılmış əmək müqaviləsində işə başlama və bitmə saatları qeyd edilməmişdir. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı daxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativhüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Cavabdeh tərəfindən təqdim edilmiş və 2025-ci ilin fevral-iyul aylarını əhatə edən qanunvericiliyə əsasən işəgötürən tərəfindən təsdiq edilməyən işçilərin işə gəlmə və işdən çıxma saatları qeyd edilmiş cədvəllər heç bir hüquqi əsasa söykənmir. Həmin cədvəllər sırf mühasibin işinin yüngülləşdirilməsi məqsədilə əmək haqlarının hesablanması üçün tərtib edilmiş, ona görə də sübut kimi qiymətləndirilməməlidir. Həmin cədvəllərin hüquqi əsasının olmadığını sübut edən bir faktlardan biri də odur ki, 2025-ci ilin aprel ayını əhatə edən cədvəl aprelin 10-nundan başlanmışdır. Cədvəlin tam ayı əhatə etməməsi onu göstərir ki, cədvəl istənilən şəxs tərəfindən, ayın istənilən günü tərtib edilə bilərdi. Sözügedən cədvəllər tərəflər arasında bağlanılmış əmək müqaviləsindən üstün hüquqi qüvvəyə malik deyil. Bundan əlavə daxili intizam qaydalarını əsas gətirərək əmək müqaviləsinin şərtlərini pozan işçilərin imza atdığı sənədin kimin tərəfindən və hansı əsaslarla tərtib olunması məlum deyil. Sənədi təsdiq edən rəhbər işçinin ad, soyad, vəzifəsi məlum deyil. İşə gecikmə ilə günahlandırılan İddiaçı əməyin cəmlənmiş uçotuna uyğun olaraq nəinki iş vaxtı normasından az işləmiş, əksinə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən də göründüyü kimi 44 saat daha çox işləmişdir. Bundan davamlı pozuntu olduğu hada işçiyə bununda bağlı intizam tənbeh tədbiri tətbiq edilməli idi ki, cavabdeh tərəfindən məhkəməyə hər hansı əmr təsdiq edilməmişdir. Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin cavabdeh tərəfindən səhlənkarlıq faktı, dəymiş ziyanın nədə ifadə edilməsi əsaslandırılmır. İddiaçı hesab edir ki, barəsində verilmiş təqdimatlar ##.##.2025-ci ildə yazılsa da, ona qarşı təzyiqlər ##.##.2025-ci il tarixindən, 18- ## #### 2025-ci il tarixlərində qapalı şəraitdə (bunker) olduğu günlərdən dərhal sonra başlamışdır. Belə ki, həmişəki kimi 18-## #### 2025-ci il tarixli bunkerdə də qeyri-qanuni işə cəlb olunmaya yol verilmiş, gecə saat 02:00-a kimi işdə olmuşlar. Ayın 21-də bu barədə narazılığını departament müdiri Natiq Əliyevə bildirdikdən dərhal sonra ona qarşı təzyiqlər başlamış, öz ərizəsi ilə işdən çıxmaq tələbi qoyulmuşdur. O, işdən çıxmayacağını bildirdikdə isə məsul işçilər ona hədə-qorxu gəlmiş, haqqında araşdırmalar aparacaqlarını, hətta sosial şəbəkələrini araşdıracaqlarını bildirmişdirlər. Bütün bunlar haqqında ##.##.2025-ci ildə DİMin İdarə Heyətinin sədri Məleykə Abbaszadəyə ərizə iləmüraciət edilib ona qarşı olan bu təzyiqlərə son qoyulması xahiş olunsa da, nəinki təzyiqlərə son qoyulmuş, əksinə daha da artmışdır. Qeyd edilənlərdən əlavə, qətnamədə ##.##.2025-ci ildə İddiaçı tərəfindən DİM sədri Məleykə Abbaszadəyəünvanlanmış əmək normasından artıq işlədiyi və Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun aylıq əmək normasından artıq vaxtda görülən işlərə görə əmək haqqı hesablanmadığı üçün Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq həmin günlər üçün istirahət (əvəzgün) günləri verilməsi xahişi ilə yazdığı ərizəyə münasibət bildirilməmişdir. Belə ki, İddiaçıbeş əvəzgün üçün ərizə yazmış və departament müdiri Natiq Əliyev tərəfindən“Mövcud qanunvericiliyə uyğun baxılsın” dərkənarı qoyulmuşdur. Buna baxmayaraq ərizəyə münasibət bildirməmişdir. Eyni zamanda İnsan Resurlarının İdarə edilməsi şöbəsinin əməkdaşı Səadət İbrahimova tərəfindən əlyazısı ilə təsdiq olunan 2023-cü ildən istifadə edilməyən bir istirahət (əvəzgün) günün nədən üstündə iki ildən artıq vaxt keçməsinə baxmayaraq nə əmək haqqı ödənmiş, nə də əvəzgün kimi istifadə edilməsinə şərait yaradılmamışdır. Məhkəmə icrastı zamanı da münasibət bildirilməmişdir. Həmçinin məhkəmə ##.##.2025-ci ildə yazılmış növbəti məzuniyyət ərizəsinə tamamilə laqeyd yanaşmış, faktiki olaraq diqqətə almamışdır. Belə ki, ##.##.2025-ci ildə yazılmış və qrafiklə haqqı olan məzuniyyət ərizəsinə əməkdaşı olduğu Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri Çingiz Rüstəmov tərəfində “Etiraz etmirəm” dərkənarıqoyulsa da, İddiaçı qrafiklə haqqı olan məzuniyyət verilməmişdir.Qeyd edilən halların hər biri mübahisələndirilən əmrin qanuni əsaslara söykəndiyinin deyil, İşəgötürən yəni cavabdeh tərəfin iddiaçıya qarşı qərəzli mövqeyinin əyani sübutudur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin eilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
27. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndələri, eyni zamanda vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın mahiyyətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
29. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
30. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
31. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
32. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.
33. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
34. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
35. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
36. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
37. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.
38. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
39. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Maddə 115.0.6. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
44. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
49. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
51. İşin hallarından göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir, iddiaçı isə həmin əmri mübahisələndirərək onun ləğv olunmasını xahiş edir.
52. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində böyük məsləhətçi vəzifəsində işləmiş, fəaliyyəti isə imtahan proqramlarının hazırlanması, test tapşırıqları bankının formalaşdırılması və təkmilləşdirilməsi, ekspertlərin cəlb olunması və onların fəaliyyətinə nəzarət, test materiallarının yekun ekspertizası və qapalı rejimdə hazırlanması kimi xüsusi məsuliyyət, dəqiqlik və peşəkar yanaşma tələb edən funksiyaları əhatə etmişdir.
53. İş materiallarından görünür ki, daha əvvəl birbaşa vəzifə funksiyalarının icrası ilə bağlı pozuntulara görə iddiaçı barəsində intizam tənbehi tətbiq edilərək, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ## #### 2025-ci il tarixli əmri ilə ona töhmət verilmişdir.
54. Cavabdeh etirazında bildirir ki, turniket-nəzarət sisteminin elektron məlumatları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 2025-ci ilin fevral–iyun ayları ərzində mütəmadi gecikmələrə yol verilmiş, bəzi günlərdə isə iş yerində faktiki olaraq bir neçə saat olması qeydə alınmışdır. Bu hallar epizodik deyil, davamlı xarakter daşımışdır.
55. Halbuki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində iş vaxtı göstərilməmişdir, apelyasiya baxışında cavabdehin nümayəndəsinin izahatından isə belə aydın oldu ki, həqiqətən də, iddiaçının bildirdiyi kimi, işə davamiyyət “İş vaxtının cəmlənmiş uçotu” qaydasında aparılmış və iddiaçının işə başlama saatı 09:18 qeyd olunmuşdur.
56. Digər tərəfdən, iddiaçının fəaliyyətinin bir hissəsi bunkerdə keçdiyindən, onun müəyyən saatlarda işdə olmaması normal hal kimi qəbul olunmalıdır.
57. Kollegiya ilk növbədə Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyevin ## #### 2025-ci il tarixli təqdimatına münasibət bildirirərək qeyd edir ki, təqdimatda iddiaçının göstərişləri yerinə yetirmədiyi qeyd edilsə də, göstərişlərin hansı tarixlərdə verilməsi, bunların yazılı və ya şifahi olması barədə fikir bildirilmir. Göstərişlərin nə vaxt verilməsi və hansı xarakterdə olması qeyri-müəyyən olduğundan kollegiya təqdimatı departament müdirinin formal mülhaizəsi kimi qiymətləndirir.
58. İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Günəş Qədimovanın ## #### 2025-ci il tarixli təqdimatına münasibətdə isə kollegiya qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi, təqdimatda iş vaxtının 09:00-18:00 olması barədə göstərilənlər həqiqətə uyğun olmadığından, təqdimatın özünün də obyektiv olması mümkün deyil. Məsələn, təqdimatda göstərilir ki, iyun ayında iş qrafikində gecikmələr olub (09:10-09:24). Halbuki, iddiaçı üçün iş vaxtı saat 09:18-də başladığı üçün, saat 09:10-09:24 aralığında işə gəlmə işə gecikmə hesab oluna bilməz.
59. Qeyd olunan hallar iddiaçıya qarşı işəgötürən tərəfindən ayrı-seçkilik və qərəzli münasibət nümayiş etdirildiyini göstərir. Halbuki, Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə, işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
60. İddiaçı bir neçə dəfə ona göstərilən qərəzli münasibətdən PHŞ İH-nin sədrinə narazılığını ifadə etsə də, onun müraciətinə cavab belə verilməmişdir.
61. Göstərilənləri qeyd etməkdə Kollegiyanın məqsədi ##.##.2025-ci il tarixli əmrin verilməsinə əsas olmuş hallara – iddiaçı tərəfindən intizam xətasına (xətalarına) yol verilibverilməməsinə qiymət vermək deyil, çınki hazırkı halda iddiaçının iş qrafifikinə əməl edibetməməsi müzakirə predmeti ola bilməz.
62. Belə ki, ##.##.2025-ci il tarixli əmr iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən barəsində **/K nömrəli # #### 2025-ci il tarixli Əmrlə verilmiş töhmət intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması - işə mütəmadi olaraq gecikməsi, əmək müqaviləsində qeyd olunmuş əmək funksiyalarının icrasını layiqincə və məsuliyyətlə yerinə yetirməməsi, tərəfindən yenidən əmək funksiyalarının icrasında nöqsanlara yol verməsi ilə əsaslandırılmışdır.
63. Əvvəla qeyd olunmalıdır ki, əmrdə “əmək müqaviləsində qeyd olunmuş əmək funksiyalarının icrasını layiqincə və məsuliyyətlə yerinə yetirməməsi və yenidən əmək funksiyalarının icrasında nöqsanlara yol verməsi” kimi əsasların mahiyyəti açıqlanmamışdır. Aydın olmur ki, həmin məzmun altında iddiaçı konkret olaraq hansı intizam xətasına yol vermişdir. Yəni həmin əsaslar mücərrəd xarakter daşıyır.
64. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
65. Bundan başqa, həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, habelə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməlidir.
66. ##.##.2025-ci il tarixli əmrdə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasını nəzərdə tutan norma kimi yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “ə” bəndi göstərilmişdir (yəni işçinin daha əvvəl verilmiş intizam xətasından nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması). Əmrin verilməsinin əsası kimi də Natiq Əliyev və Günəş Qədimovanın təqdimatları, habelə HİK-in ##.##.2025-ci il tarixli protokolu və iclasın videoyazısı göstərilmişdir.
67. Beləliklə, müəyyən olunur ki, əmrdə “əmək müqaviləsində qeyd olunmuş əmək funksiyalarının icrasını layiqincə və məsuliyyətlə yerinə yetirməməsi və yenidən əmək funksiyalarının icrasında nöqsanlara yol verməsi” kimi ifadələr heç bir əhəmiyyət kəsb etmir və iddiaçının işdən çıxarılması üçün əsas hesab oluna bilməz.
68. Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasını onun 2025-ci il fevral ayından iyunun 30-dək davamlı olaraq işə davamiyyət qaydalarına riayət etməməsi olmuşdur (işə gecikməsi, vaxtından tez çıxması, bir neçə saat işdə olmaması).
69. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi turniket məlumatlarının həmin gün ərzində aşkar olunduğunu bildirmişdir. Yəni, turniket məlumat bazasının oxunması dərhal baş verir, hər hansı əlavə addımlar atılmasına zərurət yoxdur.
70. Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
71. Belə olduqda kollegiya hesab edir ki, cavabdehin iddiaçı barəsində intizam təbehinin tətbiq edilməsi barədə 0# ###### 2025-ci il tarixli ***/K nömrəli əmri ləğv edilməlidir.
72. Belə ki, işçinin intizam xətası törətməsi (işə gecikməsi) sonuncu dəfə ##.##.2025-ci il tarixdə qeydə alınsa da, bu intizam xətasına dair intizam təbhehi 0# ###### 2025-ci il verilmişdir ki, bununla da cavabdeh intizam tənbehi tətbiq edilməsi müddətini ötürmüşdür.
73. İddiaçıya intizam tənbehi bir ay keçdikdən sonra verilmişdir ki, bu da qanunla yolverilməzdir. Göstərilən hal iddianın təmin olunmasının müstəqil əsası hesab olunur. Yəni, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən hər hansı pozuntuya yol verilmədiyi qəbul olunsa belə, ən azı bir aylıq müddətin keçməsinə görə iddiaçıya hər hansı intizam tənbehi verilə bilməzdi. Bu da o anlama gəlir ki, iddia təmin olunmalıdır.
74. İddia tələbinin əsas hissəsi olan əmrin ləğv edilməsi və işə bərpa tələbi təmin edildiyindən, ondan törəyən digər tələblər də təmin edilməlidir.
75. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır.
76. Bakı * saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə ##.##.2025-ci il tarixli, MŞB/*-**** nömrəli arayışından görünür ki, ##.##.2025-ci il tarixdə 09:30-da keçirilən ilkin mediasiya sessiyasında Dövlət İmtahan Mərkəzinin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir.
77. Kollegiya hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
78. Hüquqi yardım göstərilməsi haqqında EM-****VK-****/** nömrəli ## ###### 2025-ci il tarixli müqavilədən görünür ki, iddiaçının “Arbitrium” Vəkil Bürsounun müdiri ilə balğanmış müqavilə dəyəri 600 manat təşkil edir.
79. Kollegiya bu hissədə də iddianın təmin edilməsini zəruri hesab edir.
80. Belə ki, iddiaçının tələbi əsas və törəmə hissələrdə tam təmin edilmiş, müqavilənin dəyəri isə ağlabatan olduğundan 600 hüquqi yardıma görə ödənilmiş pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı İddiaçı cavabdeh “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair” iddiası təmin edilsin. İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla ləğvi barədə “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1 idarə heyətinin sədri Məleykə Abbaszadə tərəfindən 05 vaqust 2025-ci il tarixdə qəbul edilmiş ***/K nömrəli əmr ləğv edilsin. İddiaçı “Yyoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun böyük məsləhətçisi” vəzifəsinə bərpa edilsin. İddiaçı 0# ###### 2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1 tərəfindən hesablanaraq ödənilsin. İlkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 manatın əvəzi cavabdeh “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1 tutularaq iddiaçı İddiaçı ödənilsin. Hüquqi yardıma görə ödənilmiş 600 manatın əvəzi cavabdeh “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1 tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.