Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1621/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh “xxxx” MMC-yə vurduğu ziyan və zərər olaraq 24.982,72 manat pul vəsaitinin, 105 manat ödənilmiş dövlət rüsumunun və 60 manat mediasiya xərcinin “xxxx” MMCyə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinə baxılması üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi və dövlət rüsumunun ödənilməməsi səbəbilə Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin iddiaçıya geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ##.##.2025-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sonradan, iddiaçı tərəfindən rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edilmişdir. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi qərara alınmışdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı prosessual müddətin bərpası barədə ərizəni onunla əsaslandırmışdır ki, qətnamə qətnaməsi onların "Elektron məhkəmə” Informasiya Sistemində yaradılan elektron kabinetinə ## ###### 2025-ci il tarixində yerləşdirilmişdir. Şirkətin hüquqşünas-məsləhətçisi X1 ## ###### 2025-ci il tarixin ## ###### 2025-ci il tarixinədək şirkətin debitor borcları ilə əlaqədar olaraq ezimamiyyətdə olduğundan üzrlü səbəbdən diqqətdən yayınmışdır. Sonradan ##.##.2025-ci il tarixində göndərilən bildirişlə tanış olmuşdur. Bu səbəbdən də üzrlü olaraq ## ###### 2025-ci il kimi yadda qaldığı üçün ##.##.2025-ci il tarixində tərəflərindən apellyasiya şikayəti verilmişdir. Odur ki, müddətin üzrlü səbəbdən buraxılması nəzərə alınaraq, qanunamüvafiq olaraq müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməklə, mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki iş materiallarından görünür ki, rayon məhkəməsinin qətnaməsi iddiaçının elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Beləliklə də müəyyən olur ki, həmin qətnamədən apellyasiya şikayəti vermək üçün müddətin sonuncu günü ##.##.2025-ci il tarixi olmuşdur (##.##.2025-ci il tarixi bazar gününə təsadüf edir). Iddiaçı təərfindən apellyasiya şikayəti isə ##.##.2025-ci il tarixdə verilmiş, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Buraxılmış prosessual müddətin bərpasına dair ərizədən də göründüyü kimi iddiaçı üzrlü səbəb kimi qətnamənin ##.##.2025-ci il tarixdə elektron kabinetlərinə yerləşdirilsə də, şirkətin hüquqşünasıməsləhətçisi 19-23 dekabr tarixlərində ezamiyyətdə olduğundan müddəti ötürdüklərini qeyd etmiş, həm də bildirmişdir ki, yanlışlıqla qətnamənin elektron kabinetdə 27 noyabr tarixində yerləşdirildiyini zənn etdiklərindən, şikayət vermənin son günü kimi 27 dekabr tarixini yadda saxlamışlar. Buna görə də 23 dekabr tarixində apellyasiya şikayətini vermişlər. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi hallar onun tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər ola bilməz. Belə ki, qətnamə elektron kabinetə yerləşdirildikdən sonra onlar qətnamə ilə tanış olmuşlar və qətnamədən apellyasiya şikayəti vermənin sonuncu günü də məlum olmuşdur. Belə olan halda iddiaçının nümayəndəsi ezamiyyətə getməmişdən əvvəl də apellyasiya şikayəti verilə bilərdi. Eləcə də, hüquqi şəxs olan iddiaçının digər nümayəndəsi vasitəsilə də apellyasiya şikayətinin verilməsi mümkün olardı. Məhkəmə iddiaçının qətnamədən şikayət vermənin son müddəti kimi yanlışlıqla 27 dekabr tarixini yadda saxlamaları ilə bağlı isə qeyd edir ki, istinad edilən həmin səbəb də üzrlü səbəb kimi qəbul edilə bilməz. Belə olan halda müəyyən olur ki, hazırkı işin halları baxımdan hüquqi şəxs tərəfindən buraxılmış prosessual müddətin bərpası üçün üzürlü sayıla biləcək əsaslar yoxdur. Məhkəmə onu da qeyd edir ki, prosessual müddətin bərpası institutu daha çox fiziki şəxslərə münasibətdə üzrlü səbəblər olduqda müddətin bərpasını nəzərdə tutur. Belə hallar geniş olmaqla, əsasən şəxsin özünün və ya yaxınının xəstələnməsi, ölümü, ezamiyyətdə olması, hərbi xidmətdə olması və s. daxildir. Hüquqi şəxslərə münasibətdə isə prosessual müddətin bərpası üçün əsas kimi daha çox fövqəladə vəziyyət, təbii fəlakətlər, epidemiya, pandemiya və s. kimi hallar üzrlü səbəb kimi qəbul edilə bilər. Hazırkı işin hallarından və iddiaçının ərizəsindən isə görünür ki, onun istinad etdiyi səbəblər yuxarıda sadalanan halların təsir dairəsinə düşmür. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi hallar onun tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər ola bilməz və buna görə də ərizə təmin edilməməlidir. Buna görə də Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, iddiaçı “xxxx” MMC-nin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunsun və iddiaçı “xxxx” MMC-nin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1621/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1621/2026
28.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver