Məhkəmə qərarları › İş №e-2(3-6)-1628/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1628/2026

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1628/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC-nin xeyrinə 479,48 manat əsas borc, 208,15 manat penya borcu olmaqla, ümumilikdə 687,63 (altı yüz səksən yeddi manat altmış üç qəpik) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadına əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmədiyindən iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır.

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti kommersiya qurumu olduğundan büdcə təşkilatı hesab oluna bilməz. Bu səbəbdən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman ümumi qaydada dövlət rüsumu ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.23-cü maddələrinə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5-ci bəndinə istinadla əsaslandırmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

4. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azaddırlar. Məhkəməyə təqdim edilən normativ hüquqi aktların dövlət reyestrinə daxil edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 1.2- ci bəndində birbaşa göstərilir ki, Cəmiyyətin bütün payları dövlətə məxsusdur. İddia ərizəsinin qeyd hissəsinə də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normasından çıxarış əlavə olunmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü bəndinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.30-cu bəndinə görə dövlət müəssisəsi paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət, digər təşkilati formada fəaliyyət göstərən hüquqi şəxslər və publik hüquqi şəxslərdir. Məhkəmənin müvafiq qərardadının 2-ci səhifəsinin 4-cü abzasına münasibətdə qeyd edirik ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-kommersiya hüquqi şəxsdir. Belə ki, Mülki Məcəllənin 43.5 və 43.6-cı maddələrinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Qeyd edilən normaların sistematik təhlili göstərir ki, dövlətin təsis etdiyi və sosial məqsədlər üzrə fəaliyyət göstərən qurum klassik sahibkarlıq subyekti kimi qiymətləndirilə bilməz və buna görə də “xxxx MMC-nin hüquqi mahiyyəti kommersiya təşkilatlarından fərqlənir. Bu baxımdan da qeyd edilməlidir ki, İddiaçı MMC dövlət tərəfindən yaradılmış, əhalinin sosial mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə fəaliyyət göstərən qurumdur və fəaliyyəti mənfəət əldə edib payçılar arasında bölüşdürülməsi məqsədi daşımır və əldə olunan vəsait məhz sosial məqsədlərin həyata keçirilməsinə yönəldilir. Mülki Məcəllənin 43.5 və 43.6-cı maddələrinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-kommersiya hüquqi şəxsdir. Dövlətin təsis etdiyi və sosial məqsədlər üzrə fəaliyyət göstərən qurum klassik sahibkarlıq subyekti kimi qiymətləndirilə bilməz və buna görə də “xxxx MMC-nin hüquqi mahiyyəti kommersiya təşkilatlarından fərqlənir. Birinci instansiya məhkəmələrinin icraatında analoji mübahisələrlə bağlı çoxsaylı mülki işlər var və qaldırılan iddialar üzrə işlərə dövlət rüsumu ödənilmədən baxılmış və iddia tələbləri təmin olunmuşdur. Bu proseslər hazırda da davam etdirilir. Nəticə etibarilə digər məhkəmələr də iddiaçı “xxxx MMC-nin dövlətin məqsədini və funksiyalarını həyata keçirən orqan kimi dövlət rüsumunun ödənilməsindən azad olunmasının düzgünlüyü qənaətində olmuşlar.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə): -151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. -152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

8. İş materialları əsasında müəyyən olunur ki, iddiaçı İddiaçı MMC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman iddia tələbinin qiymətinə uyğun dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz ərizəyə əlavə edilməmişdir.

9. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə istinad edərək, Cəmiyyətin bütün payları dövlətə məxsus olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman dövlət rüsumu ödəməkdən azad olduğunu qeyd etsə də, məhkəmə iddiaçının bu dəlilləri ilə razılaşmır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14cü maddəsinə

10. əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

11. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.23-cü maddəsinə əsasən büdcə təşkilatı dedikdə maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar nəzərdə tutulur.

12. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.

13. Qeyd edilənlənlərdən göründüyü kimi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində yaradılmış, çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirən, mülki hüquq normaları əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus olan kommersiya hüquqi şəxsi, təsərrüfat subyektidir.

14. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 1.2-ci bəndində qeyd edildiyi kimi, Cəmiyyətin bütün paylarının dövlətə məxsus olması, onun dövlət büdcəsi hesabına maliyyələşən büdcə təşkilatı olması demək deyildir. Yəni, İddiaçı MMC sadəcə olaraq mülkiyyətçisi dövlət olan kommersiya qurumudur. Lakin, büdcə təşkilatı dedikdə isə, büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatı başa düşülür.

15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqi şəxs dövlətə məxsus təsis payı ilə yaradılmış məhdud məsuliyyətli cəmiyyət olmaqla, mülki dövriyyənin müstəqil iştirakçısıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən, məhdud məsuliyyətli cəmiyyət kommersiya hüquqi şəxsidir və onun əsas məqsədi mənfəət əldə etməkdir. Bu baxımdan, cəmiyyət öz öhdəliklərinə görə müstəqil cavabdehlik daşıyır və təsisçisinin (o cümlədən dövlətin) öhdəliklərinə görə məsuliyyət daşımır.

16. Digər tərəfdən, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, büdcə təşkilatları dövlət büdcəsindən maliyyələşdirilən və gəlir əldə etmək məqsədi güdməyən qurumlardır. Həmin təşkilatların fəaliyyətinin maliyyə təminatı birbaşa dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir. İddiaçı olan hüquqi şəxs isə, kommersiya fəaliyyəti həyata keçirir, mənfəət əldə etməyi əsas məqsəd kimi müəyyən edir, fəaliyyətini dövlət büdcəsindən deyil, öz gəlirləri hesabına maliyyələşdirir, müstəqil balans və hesablaşma hesablarına malikdir. Bu səbəbdən, yalnız təsis payının dövlətə məxsus olması həmin hüquqi şəxsin hüquqi təbiətini dəyişdirmir və onu büdcə təşkilatı kimi xarakterizə etməyə əsas vermir.

17. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxs təşkilatı hüquqi formasından asılı olmayaraq, yəni istər kommersiya hüquqi şəxsləri, istər qeyri-kommersiya hüquqi şəxsləri, istərsə də publik hüquqi şəxsləri olsa da, məhkəməyə müraciət edilən zaman istənilən halda dövlət rüsumunu ödəməlidir. Çünki yuxarıda qeyd olunan qanunvericilik normaları yalnız büdcə təşkilatları olan idarə və təşkilatları məhkəmələrə iddia ərizələri verən zaman dövlət rüsumunu ödəməkdən azad etmişdir.

18. Habelə qeyd olunmalıdır ki, “Büdcə sistemi haqqında”xxxx“dövlət müəssisəsi”nə ayrıca anlayış verilərək onlar büdcə təşkilatından fərqləndirilmişdir. Bu da yuxarıda göstərilən nəticəni təsdiq edir ki, təsis payları dövlətə məxsus olan MMC-lər büdcə təşkilatı sayılmır, həmin hüquqi şəxslər sadəcə dövlət müəssisəsi hesab olunur. 19.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti təsis payları dolayısı ilə dövlətə məxsus olan kommersiya təşkilatı olduğu üçün, dövlət rüsumunu ödəməkdən azad edilmiş büdcə təşkilatı hesab oluna bilməz.

20. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir:

1. Dövlət rüsumunun ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə: - iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır -bu tələb imperativ xarakter daşıyır Azərbaycan Respublikasının Dövlət Rüsumu haqqında Qanununa əsasən isə yalnız qanunla birbaşa müəyyən edilmiş subyektlər dövlət rüsumundan azaddır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC kommersiya hüquqi şəxsidir və publik hüquqi şəxs olan Mənzil İnşaatı Dövlət Agentliyidən fərqli olaraq müstəqil hüquqi statusa malikdir. Bu səbəbdən İddiaçı MMC dövlət rüsumu ödəməkdən azad edilən subyektlər sırasına daxil deyildir.

2. Prosessual qaydanın tətbiqi MPM-ə əsasən: - iddia ərizəsi qanunun tələblərinə uyğun olmadıqda məhkəmə onu hərəkətsiz saxlamalı və çatışmazlıqların aradan qaldırılması üçün müddət verməlidir -çatışmazlıqlar aradan qaldırılmadıqda isə ərizə geri qaytarılır İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi təqdim edilərkən dövlət rüsumu ödənilməmişdir və iddiaçı tərəfindən bu çatışmazlıq aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iddia ərizəsinin prosessual baxımdan qəbul edilməməsi üçün əsasdır. İddiaçının dövlət rüsumundan azad olması barədə arqumenti qanuni əsasını tapmır, prosessual pozuntuya dair iddiası isə iş materialları ilə təsdiq olunmur (və ya əhəmiyyətli sayılmır). Kollegiya qeyd edir ki, prosessual qaydaların məqsədi məhkəmə icraatının düzgün və səmərəli həyata keçirilməsidir, bu qaydaların pozulması iddianın icraata qəbulunu mümkünsüz edir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, dövlət rüsumunun ödənilməsi məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı şikayətində qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 21.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar