Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1631/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı İlyasov Həsən Eyvaz oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İlyasov Həsən Eyvaz oğlu cavabdeh Cavabdeh İB-yə qarşı “əmrin ləğvi, işə bərpa və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İlyasov Həsən Eyvaz oğlu cavabdeh Cavabdeh İB-nə qarşı həmçinin “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı İlyasov Həsən Eyvaz oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı maddi və mənəvi ziyan tələbinə dair e-*(***)-****/**** saylı mülki iş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı İlyasov Həsən Eyvaz oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair e-*(***)-****/**** saylı mülki işin bir icraatda birləşdirilməsi və mülki işə e-2(011)- 8947/2025 nömrə verilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh İB-nin verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Xətai Rayon Məhkəməsindən sorğu daxil olmuş və Məhkəmənin e-*(***)- ****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İlyasov Həsən Eyvaz oğlu tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sorğuda qeyd edilən məsələ ilə əlaqədar mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Həmin normaya müvafiq olaraq, kollegiya hesab edir ki, hazırki mülki iş Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İB-nin apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin Məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(3-6)-1631/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1631/2026
10.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver