Məhkəmə qərarları › İş №e-2(3-6)-1667/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1667/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1667/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Bank “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində Bank “xxxx” ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC cəlb edilməklə) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Bank “xxxx” ASC ilə borcalan İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, DEN-*****-**/**A nömrəli Əsas Kredit Müqaviləsinə əsasən Borcalana maksimal məbləği 500.000 manat olan kredit/qarantiya xətti açılmış, kredit üzrə maksimal faiz dərəcəsi 35 faiz müəyyən edilmiş və müqavilənin müddəti ##.##.2033-cü il tarixinədək, yəni 120 ay olaraq razılaşdırılmışdır. Müqavilənin şərtlərinə görə, bu çərçivədə verilən hər bir kredit və ya qarantiya ayrıca bağlanan və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə Razılaşmalarla rəsmiləşdirilir, konkret kredit üzrə illik faiz dərəcəsi, cərimə şərtləri və digər spesifik müddəalar həmin razılaşmalarla müəyyən olunur.

2. Bank xxxx ASC ilə borcalan İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, DEN-*****-**/**A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ##.##.2024-cü il tarixli RK-D****-**/**A nömrəli Əlavə razılaşmaya əsasən borcalana 396.500 AZN məbləğində kredit verilmiş, illik faiz dərəcəsi 20% müəyyən edilmiş, kreditin istifadə müddəti 60 ay, ödənilməsi üçün güzəşt müddəti isə 6 ay olaraq razılaşdırılmışdır. Kredit borcalanın *****-***-******-****-** saylı cari hesabına köçürülmüş və ödənişlər də həmin hesab vasitəsilə həyata keçiriləcəkdir. Kreditin və faizlərinin ödənilməsi isə Əlavə Razılaşmada göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq borcalan tərəfindən Borcverənə qaytarılacaqdır.

3. Bank “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, DENG- *****-**/**A nömrəli Ipoteka müqaviləsinə əsasən Bank tərəfindən verilmiş kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə borcalana məxsus ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir.

4. Bank “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, DENG- *****-**/**A nömrəli Ipoteka müqaviləsinə əsasən Bank tərəfindən verilmiş kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə borcalana məxsus ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir.

5. Bank xxxx ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli DENG*-*****- **/**A nömrəli Ipoteka müqaviləsinə əsasən Bank tərəfindən verilmiş kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə borcalana məxsus Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7 ünvanında yerləşən daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir.

6. Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli, RIED ****/**** nömrəli arayışına əsasən Bank ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli RK-D****- **/**A saylı Kredit Müqaviləsinə əsasən borcalana 396.500 manat məbləğində kredit verilmiş, borcalan tərəfindən müqavilə müddəti ərzində cədvəldə göstərilən tarixlər üzrə müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilsə də, kredit öhdəlikləri tam və vaxtında icra edilməmişdir. Arayışa görə ##.##.2025-ci il tarixə borcalanın Bank qarşısında 387.195,06 manat məbləğində əsas borc, 22.371,58 manat məbləğində hesablanmış faiz borcu və 3.098,19 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 412.664,83 məbləğində borcu mövcuddur.

7. Bank “xxxx” ASC-nin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli bildiriş ilə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində 387.195,06 AZN məbləğində əsas borc, 22.371,58 AZN məbləğində faiz borcu və 3.098,19 AZN məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 412.664,83 AZN məbləğində borcun yarandığı göstərilmiş, həmin məbləğin bildirişin təqdim edildiyi gündən etibarən 20 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda qanunvericiliyə uyğun olaraq notariat qaydasında icra qeydi aparılacağı və tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir.

8. “X6” Sürətli Poçt Xidmətinin ##.##.2025 ci il tarixli, ****** nömrəli qaiməsinə əsasən Bank xxxx ASC tərəfindən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7 ünvanına məktub göndərilmiş, məktub ##.##.2025-ci il tarixdə Nəsirli R.A. tərəfindən qəbul edilmişdir.

9. “X6” Sürətli Poçt Xidmətinin ##.##.2025 ci il tarixli, ****** nömrəli qaiməsinə əsasən Bank xxxx ASC tərəfindən İddiaçı ünvan 2 ünvanına məktub göndərilmiş, məktub ##.##.2025-ci il tarixdə Nəsirli R.A. tərəfindən qəbul edilmişdir.

10. “X6” Sürətli Poçt Xidmətinin ##.##.2025 ci il tarixli, ****** nömrəli qaiməsinə əsasən Bank xxxx ASC tərəfindən İddiaçı ünvan 2 ünvanına məktub göndərilmiş, məktub ##.##.2025-ci il tarixdə Nəsirli R.A. tərəfindən qəbul edilmişdir.

11. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin “xxxx” X7 ##.##.2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

12. Bank xxxx ASC ilə borcalan İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli RK- D****-**/**A nömrəli Əlavə Razılaşmaya * nömrəli əlavəyə əsasən borcalanın ümumi ödəniş məbləği 643.857.01 AZN olub, bunun 396.500 AZN-i əsas borc, 247.357,01 AZN isə hesablanmış faiz məbləğindən ibarətdir.

13. Bakı Şəhəri ** saylı Notariat Kontorunun ##.##.2025-ci il tarixli, *i-**** nömrəli icra qeydinə görə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küç., ev 7, mənzil-; Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küç., ev 9, mənzil-; ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi və müddət üçün vaxtında ödənilməmiş 387195.06 manat əsas, 22371.58 manat faiz borcu və 3098.19 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğin 412664.83 manat təşkil etdiyi qeyd edilmişdir.

14. Bakı Şəhəri Yasmal Rayon Icra Şöbəsinin ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı Şəhəri ** saylı Notariat Kontorunun ##.##.2025-ci il tarixli, *i-**** nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

15. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *** nömrəli vəkil soğusuna əsasən Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 15-ci maddələri rəhbər tutularaq, icraatında olan İddiaçı mülki işinin hazırlanması məqsədilə MMC tərəfindən Bank xxxx ASC-nin (göndərən) İddiaçı (alan) çatdırılması üçün 059543, 059547 və ****** nömrəli qaimələr tərtib edilmişdir. Qeyd olunan qaimələr üzrə cəmiyyətin məktubunu qəbul etmiş (qaimələrdə şərti olaraq “Ilham” kimi qeyd edilmiş) və çatdırmış (qaimələrdə şərti olaraq “Rəh…” kimi qeyd olunan) kuryerlərin adı, soyadı və atasının adı barədə dəqiq məlumat təqdim edilməsi, eyni zamanda, həmin qaimələr üzrə məktubların konkret olaraq kimə (çatdırılan şəxsin adı, soyadı və atasının adı, habelə qadın və ya kişi olması göstərilməklə) təqdim edilməsi barədə ətraflı məlumat verilməsi xahiş olunmuşdur.

16. “X6” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktlara əsasən Bank “xxxx” ASC tərəfindən (qaimə № ******, № ******, № ******) İddiaçı məktub göndərilmiş, texniki səhv olaraq məktub yanlış ünvana çatdırılmışdır.

17. ** saylı Mənzil Kommunal Istismar Sahəsi (MKIS) tərəfindən verilmiş ##.##.2026cı il tarixli arayışa əsasən T.Xəlil Rza oğlu küçəsi, * saylı evin mənzili 2018-ci ildən otel kimi fəaliyyət göstərir. İddiaçı həmin ünvanda 2018-ci ildən yaşamır.

18. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi 7 ünvanıdır.

a) Birinci instansiya məhkəməsində icraat

19. Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu nümayəndə2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri ** saylı Notariat Ofisinin Xüsusi Notariusu nümayəndə2 tərəfindən verilmiş 8I-7497 reyestr saylı, ## ###### 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında DEN-*****-**-**A saylı, ## ### 2023-cü il tarixli “Əsas kredit müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcalana verilən kreditin/qarantiyanın maksimal məbləğinin 500.000 manat təşkil etdiyini, Müqavilənin 1.2-ci bəndinə əsasən maksimal faiz dərəcəsi: Kredit (həmçinin qarantiya ilə bağlı yarana biləcək kredit) üzrə - 35% və Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin müddəti (həmçinin bütün kreditlərin qaytarılması üçün son müddət) ##.##.2033-cü tarixinədək (120 ay) olduğu qeyd olunmuşdur. Həmin kredit müqaviləsinin təminatı qismində iddiaçı ilə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış DENG*****-**/**A saylı, ##.##.2023-cü tarixli “Ipoteka müqaviləsi”nə əsasən Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9, Xəlilbəyli; DENG*-*****-**/**A saylı, ##.##.2023-cü tarixli “Ipoteka müqaviləsi”nə əsasən Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil 22 və DENG*-*****-**/**A saylı, ##.##.2024-cü tarixli “Ipoteka müqaviləsi”nə əsasən Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil--- çıxış etmişdir. Iddiaçı ilə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış DEN-00001 **/**A saylı, ## ### 2023-cü il tarixli Əsas kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan DEN-A****-**/**A saylı, ## ### 2023-cü il tarixli Əlavə Razılaşmanın 1.1-ci bəndin əsasən iddiaçıya 300.000 manat məbləğində kredit ayrılmış; 1.2-ci bəndinə əsasən kreditin illik faiz dərəcəsi 18 faiz təşkil etmiş və 1.3-cü bəndinə əsasən isə kreditin istifadə müddəti 48 ay təşkil etmişdir. Sonradan, iddiaçı ilə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış DEN-*****-**/**A saylı, ## ### 2023-cü il tarixli Əsas kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan DEN-B0001 **/**A saylı, ## ###### 2024-cü il tarixli Əlavə Razılaşmanın 1.1-ci bəndinə əsasən iddiaçıya 30.000 manat məbləğində kredit ayrılmış; 1.2-ci bəndinə əsasən kreditin illik faiz dərəcəsi 20 faiz təşkil etmiş və 1.3-cü bəndinə əsasən isə kreditin istifadə müddəti 36 ay təşkil etmişdir. Bundan sonra, iddiaçı ilə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış DEN-*****-**/**A saylı, ## ### 2023-cü il tarixli Əsas kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan DEN-C****-**/**A saylı, ## ###### 2024-cü il tarixli Əlavə Razılaşmanın 1.1-ci bəndinə əsasən iddiaçıya 115.000 manat məbləğində kredit ayrılmış; 1.2-ci bəndinə əsasən kreditin illik faiz dərəcəsi 22 faiz təşkil etmişvə 1.3-cü bəndinə əsasən isə kreditin istifadə müddəti 48 ay təşkil etmişdir. Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin müraciəti əsasında Bank “xxxx” Açıq Səmdar Cəmiyyəti ilə iddiaçı İddiaçı arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bakı Şəhəri ** saylı Notariat Ofisinin Xüsusi Notariusu nümayəndə2 ## ###### 2025-ci il tarixdə 8I-7497 reyestr saylı icra qeydi aparmışdır. Həmin icra qeydinə əsasən iddiaçıdan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 367.195,06 manat, faiz borcu üzrə 22.371,58 manat və 3.098,19 manat dəbbə pulu olmaqla ümumilikdə 412.664,83 manat tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Icra Şöbəsinin bildirişdən və ##.##.2025-ci il tarixli “Icraata başlamaq haqqında” qərarından iddiaçıya məlum olmuşdur ki, cavabdeh Bakı Şəhəri ** saylı Notariat Ofisinin Xüsusi Notariusu nümayəndə2 8I-7497 reyestr saylı, ##.##.2025-ci il tarixli icra qeydi aparmışdır. Ilk növbədə, cavabdeh Bakı Şəhəri ** saylı Notariat Ofisinin Xüsusi Notariusu nümayəndə2 tərəfindən iddiaçı barəsində icra qeydi aparılarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ## ######## 2000-ci il tarixli Qərarının və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ## ######## 2000-ci il tarixli Qərarının tələbləri kobud şəkildə pozulmuşdur. Mübahisə edilən icra qeydinə əsasən iddiaçıdan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 412.664,83 manat tutulmasına baxmayaraq onun tərəfindən ödənilən ödənişlər nəzərə alınmamışdır. Hazırkı icra sənədi üzrə mübahisənin mövcud olmasına baxmayaraq cavabdeh Bakı Şəhəri ** saylı Notariat Ofisinin Xüsusi Notariusu nümayəndə2 tərəfindən iddiaçı barəsində icra qeydi aparılmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən notariat ofisinə müraciət edərkən tələb olunan sənədləri natamam təqdim etmiş, “Ipoteka haqqında” Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim etməmiş, həmin bildiriş iddiaçıya təqdim olunmadığından iddiaçı həmin bildirişi alıdığı vaxtdan 21 təqvim günü ərzində mübahisələndirmək hüququndan məhrum olmuş, bununlada əsas və faiz borc məbləğinə münasibətdə, “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddiaçıya münasibətdə notariat ofisinə şişirdilmiş borc məbləği təqdim etmişdir. Bu isə öz növbəsində hazırkı icra sənədi üzrə işin mübahisəli olmasına dələt edir. Belə ki, iddiaçı tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə Kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda aparılan ödənişlər nəzərə alınmamışdır. Qanunvericiliyin tələbinə əsasən notariat orqanı borc müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi isə icra sənədinə bərabərdir.

21. Iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddia ərizəsində cavabdeh qismində Bakı Şəhəri ** saylı Notariat Ofisi kimi başa düşülməsini xahiş etmişdir.

22. Məhkəmə tərəfindən Bank “xxxx” ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

23. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.A.Oruclu) iddia təmin edilməmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.

25. Iş materiallarından görünür ki, icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclunun məlumatlandırılması barədə bildiriş və bildirişin borcluya çatdırılmasını təsdiq edən sənəd də notariat orqanına təqdim olunmuşdur.

26. Iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında icra qeydinin aparılacağı barədə bildirişi almadıqlarını, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu ünvanladığını, sorğusuna cavab olaraq ona müvafiq aktlar təqdim edildiyini, akta əsasən bildirişlərin texniki səhv olaraq yanlış ünvana çatdırıldığını, poçt şirkətinin cavabdeh tərəfin əməkdaşlıq etdiyi şirkət olduğunu bildirmişdir.

27. Lakin iş materiallarına əlavə edilmiş bildirişlərin məzmunundan və poçt qaimələrindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2018-ci il tarixli **-N nömrəli qərarı ilə təsdiq edilmiş “Icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forma və məzmununa uyğun Bank xxxx ASC tərəfindən İddiaçı ünvan 2 ünvanına məktub göndərilmiş, məktub ##.##.2025-ci il tarixdə Nəsirli R.A. tərəfindən qəbul edilmişdir.

28. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana sifarişli poçt göndərişi (məktubu) göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

29. Göründüyü kimi, tələbkarın üzərinə bildirişin borcluya çatdırılması deyil, göndərilməsi vəzifəsi qoyulur, hətta borclunun yaşadığı (olduğu) ünvanda olmaması ehtimalı nəzərə alınaraq bununla bağlı qeydin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunması tələb olunur. Iş materialları ilə müəyyən olunur ki, qeyd olunan müddət gözlənildikdən sonra tələbkar bank tərəfindən icra qeydinin aparılması ilə bağlı ərizə ilə notariat ofisinə müraciət edilmişdir.

30. Məhkəmə araşdırması zamanı icra qeydi aparılarkən qanunvericiliyin tələblərinə riayət olunduğu müəyyən edilmiş və icra qeydinin ləğvi üçün əsaslar aşkar edilməmişdir.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.6, 3.1, 34.1.1, 36.1, 37.1, 38.1, 38.2, 41.1, 41.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41, 76, 79-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 169-1-ci bəndlərinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ####### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun ## ###### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2025-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.4, 282-ci maddəsinə istinadla əsaslandırılmışdır.

32. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməllərində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmış və qərardadın təsviri hissəsində göstərilən hərəkətlər barədə Yasamal Rayon Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

33. Iddiaçı qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilən bildirişlə bağlı maddi hüquq normalarını düzgün təfsir etməyərək tətbiq etmişdir. Bir yandan birinci instansiya məhkəməsi düzgün olaraq qeyd edir ki, “qanunvericilik banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir”. Digər yandan isə məhkəmə ipoteka qoyana bildirişin təqdim edilməsi və 21 gündən sonra icra qeydi verilməsi üçün notariusa müraciət edilməsi barədə normaları formal tətbiq edir və qətnamədə qeyd edir ki, “tələbkarın üzərinə bildirişin borcluya çatdırılması deyil, göndərilməsi vəzifəsi qoyulur, borclunun yaşadığı (olduğu) ünvanda olmaması ehtimalı nəzərə alınaraq bununla bağlı qeydin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunması tələb olunur. Iş materialları ilə müəyyən olunur ki, qeyd olunan müddət gözlənildikdən sonra tələbkar bank tərəfindən icra qeydinin aparılması ilə bağlı ərizə ilə notariat ofisinə müraciət edilmişdir”. Bununla da birinci instansiya məhkəməsinin qətanmaəsi ilə qanunvericiliyin tələbkarın sadələşdirilmiş icraatdan istifadə edərkən borcluya verdiyi müdafiə mexanizmlərini formal xarakter daşıyan hüquqlara çevirmişdir. Qanunverici konkret olaraq göstərir ki, bildiriş təqdim edildikdən sonra tələbkarın 21 gün ərzində gözləməsi borclunun özünü müdafiə mexanizmlərinə müraciət edə bilməsi üçün nəzərdə tutulmuşdur. Lakin məhkəmənin bu maddi hüquq normalarını təsfiri zamanı bu müddətin formal müddət kimi təqdim edir və bildirişin borcluya çatdırılmasının əhəmiyyət daşımadığını qeyd etmişdir. Bununlada məhkəmə faktiki olaraq qanunvericinin borcluya verdiyi hüquqlarını “xəyali hüquqa” çevirmişdir. Bir yandan iş materialları ilə müəyyən edilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana təqdim edilməmişdir. Bu barədə “X6” MMC-nin aktlar tərtib etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi “X6” MMC əməllərində cinayət əlamətlərinin olub-olmamasını araşdırılması ilə bağlı xüsusi qərardad çıxarmışdır. Daha sonra isə birinci instansiya məhkəməsi işin bu hallarına zidd bildirişin çatdırılması və bildirişin çatdırılmasının zəruri olmaması barədə nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli süməyən üçüncü şəxs Bank “xxxx” ASC-nin nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

38. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

39. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 41. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı: Bənd 1-1. Ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. Icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112.1. Iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.11. tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda — barəsində mübahisə edilən məbləğlə. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Işdən müəyyən olunur ki, Bank “xxxx” ASC ilə borcalan İddiaçı arasında 120 ay müddətinə illik faiz dərəcəsi 35% hesablanmaqla, 500 000 manat məbləğində kreditin verilməsinə dair bağlanmış ##.##.2023-cü il tarixli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan və 60 ay müddətinə illik faiz dərəcəsi 20% hesablanmaqla, 396.500 manat məbləğində kreditin verilməsinə dair ##.##.2024-cü il tarixli RK-D****-**/**A nömrəli Əlavə razılaşmanın təminatı kimi ##.##.2023-cü il tarixli DENG-*****-**/**A nömrəli, ##.##.2023-cü il tarixli DENG*-*****-**/**A nömrəli və ##.##.2024-cü il tarixli DENG*-*****-**/**A nömrəli ipoteka müqavilələrinə əsasən ipoteka qoyana məxsus mənzillər (ünvan 3; ünvan 4; Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7) Bank “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

46. Iddiaçı bildirir ki, icra qeydi verilərkən onun tərəfindən həyata keçirilmiş ödənişlər nəzərə alınmamış, həmçinin, tutmanın yönəldilməsi haqqında bildiriş ona təqdim edilməmişdir.

47. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, notariusun verdiyi icra qeydindən şikayət verildikdə şikayətin əsasını yalnız icra qeydinin verilməsi prosedurunun pozulması təşkil edir.

48. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən: 1) Icra qeydi borclunun olduğu yerin notariat kontorunda (ofisində) aparılmalıdır; 2) Borcun mübahisəsiz olmasını təsdiq edən sənəd təqdim olunmalıdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən); 3) Tələbkar notariusa müraciət etmədən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir; 4) Həmin tələblər üzrə iddia müddəti keçməməlidir.

49. Həmin sənədlər təqdim olunduğu halda notarius icra qeydi aparır. Əməliyyatı aparan notarius borcun mübahisəsiz olub-olmamasını yoxlamaq imkanına malik deyildir və qanunla da onun üzərinə belə vəzifə qoyulmamışdır. Notariusun vəzifəsi borcun mübahisəsiz olmasını təsdiq edən sənədin təqdim olunmasını yoxlamaqdan ibarətdir.

50. Işdən həmçinin müəyyən edilir ki, Bank “xxxx” ASC tərəfindən “Icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” ##.##.2025-ci il tarixdə İddiaçı ipoteka predmeti olan hər üç ünvanına göndərilmişdir. Iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında bildirdiklərinə görə, həmin ünvanlar birləşdirilərək otel kimi fəaliyyət göstərir.

51. Cavabdeh Bakı Şəhəri ** saylı Notariat Kontorunun ##.##.2025-ci il tarixli, *i-**** nömrəli icra qeydinə əsasən İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küç., ev 7, mənzil-; Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küç., ev 9, mənzil-; ünvan 1 ünvanında yerləşən əmlaklara tutma yönəldilməsi və müddət üçün vaxtında ödənilməmiş 387.195,06 manat əsas, 22.371,58 manat faiz borcu və 3.098,19 manat dəbbə pulu olmaqla cəmi 412664.83 manat məbləğin Bank “xxxx” ASC-nin xeyrinə tutulması qərara alınmışdır.

52. Apellyasiya araşdırması zamanı 059546, 059543, ****** nömrəli qaimələr üzrə məktubların İddiaçı ünvanına çatdırılıb-çatdırılmaması barədə ətraflı məlumat əldə olunması məqsədilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd edilən nömrəli qəbzlər əsasında olan məktublar tərəfimizdən ünvana çatdırılmışdır. Lakin çatdırılma qəbzləri üç aydan artıq saxlanılmadığı üçün çatdırılma qəbzlərinin dublikatının sizə təqdim edilməsi imkanlarımız xaricindədir. Xalıiş edirik nəzərə alasınız.

53. Qanunvericiliyin tələbinə əsasən bankın üzərinə sözügedən bildirişin sifarişli poçt vasitəsilə iddiaçıya göndərilməsi öhdəliyi qoyulmuşdur ki, bu öhdəlik hazırki iş üzrə üçüncü şəxs Bank “xxxx” ASC tərəfindən icra edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının irəli sürdüyü dəlillər hazırki iş üzrə icra qeydinin ləğvi üçün əsas ola bilməz.

55. Kollegiyası hesab edir ki, cavabdeh Bakı Şəhəri ** saylı Notariat Kontoru tərəfindən icra qeydi aparılarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilmişdir.

56. O da qeyd edilməlidir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə görə icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

57. Göründüyü kimi, icra qeydi aparıldıqdan sonra da qanunvericilik borcluya icra qeydi aparılmış tələbi mübahisələndirmək hüququnu verir. Başqa sözlə, iddiaçı icra qeydinə əsasən ondan tutulmalı olan borcun məbləği ilə razı olmadığı halda bu barədə mübahisə aça bilər.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar