Məhkəmə qərarları › İş №e-2(3-6)-1671/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1671/2026

20.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1671/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyinə qarşı iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyinin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Işin halları 1.

2. Iş üzrə İddiaçı tərəfindən “Azneft” IB-nin * saylı Ixtisaslaşdırılmış NeftMədən Xüsusi Texnika Idarəsinin baş mühəndis rəis müavini V.Cavadovun adına yazılmış ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, səhhəti ilə bağlı dəniz şəraitində işləyə bilmədiyi üçün ##.##.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verərək tutduğu peşədən azad edilməsini xahiş etmişdir.

3. Iş üzrə * saylı Ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika Idarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2025-ci il tarixədək SOCAR-ın “Azneft” Istehsalat Birliyinin * saylı Ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika Idarəsinin * saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsində sementləyici aqreqatın motorçusu peşəsində işləyib və öz təşəbbüsü ilə işdən azad olunub. Işlədiyi müddət ərzində İddiaçı özünü işgüzar, məsuliyyətli, nizam-intizamlı, bacarıqlı bir işçi kimi rəhbərliyin rəğbətini qazanmış, verilən tapşırıqların öhdəsindən layiqincə gələn bir işçi kimi tanınıb. İddiaçı heç bir intizam tənbehi almamışdır.

4. Iş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, ##.##.2006-cı il tarixdə “Azərdənizneftinşaat” tresti * saylı Ixtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına bağlanmış əmək müqaviləsinə əsasən müddətli olaraq 5-ci dərəcəli kran maşinisti peşəsinə qəbul olunmuş, ##.##.2007-ci il tarixdə AzDNI tresti və onun struktur bölmələri AR MMnin 55.1 və 56.2-ci maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq AR DNŞ-nin “Neftqaztikinti” testina verilmiş, AzDNI trestinin * saylı ITQTF-ı “Neftqaztikinti” trestinin * saylı Tikinti Quraşdırma Idarəsi adlandırılmış, ##.##.2007-ci il tarixdə * saylı sahəyə daimi olaraq 5-ci dərəcəli kran maşinisti keçirilmiş, ##.##.2008-ci il tarixdə Cavabdehan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ##.##.2008-ci il tarixdə “Neftqaztikinti” tresti xüsusi Texnika Idarəsinə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə əsasən əməyin ödənilmə dərəcəsi 5 olmaqla ekskovator kran maşinisti peşəsinə müvəqqəti qəbul edilmiş, ##.##.2009cu il tarixdə “Neft Daşları” sahəsinə 5-ci dərəcəli ekskovator kran maşinçısı peşəsinə keçirilmiş, ##.##.2011-ci il tarixdə həmin Idarədə 6-cı dərəcə verilmiş kran maşinisti, ##.##.2014-cü il tarixdə Cavabdehan Respublikası Əmək Məcəlləsinin 69-cu mad. 3-cü bəndinə əsasən başqa işə götürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 01.08. 2014-cü il tarixdə ARDNŞ Nəqliyyat Idarəsi * saylı texnoloji nəqliyyat departamentinin * saylı V və XTS-nin * saylı xüsusi texnika dəstəsinə 1-ci dərəcəli kran-maşinisti peşəsinə qəbul edilmiş, ##.##.2017-ci il tarixdə * saylı A və XTS-nin * saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu keçirilmiş, ##.##.2020-ci il tarixdə AR ƏM-nin 69.3-cu maddəsinə əsasən başqa işgötürənlə əmək müqaviləsi bağladığı üçün öz xahişi ilə işdən azad edilmiş, ##.##.2020-ci il tarixdə SOCAR “Azneft” Istehsalat Birliyi * saylı Texnoloji Nəqliyyat Departamenti * saylı A və XTS-nin * saylı avtomobil dəstəsinə 6-cı sementləyici aqreqatın motorçusu peşəsinə qəbul edilmiş, SOCARın ##.##.2020-ci il tarixli əmrinə əsasən Azneft IB-nin * saylı Texnoloji Nəqliyyat Departamenti yenidən təşkil edilərək maddi texniki bazasında Azneft IB-nin * saylı Nəqliyyat Idarəsi yaradılmış, ##.##.2021-ci il tarixdə “Azneft” IB-nin * saylı Nəqliyyat Idarəsinin * saylı A və XTSnin * saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə keçirilmiş, ##.##.2021-ci il tarixdə * saylı xüsusi texnika sahəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə keçirilmiş, ##.##.2022-ci il tarixdə * saylı A və XTS-nin * saylı xüsusi texnika dəstəsinə 6-cı dərəcəli kran maşinisti peşəsinə keçirilmiş, ##.##.2022-ci il tarixdə * saylı A və XTS-nin xüsusi texnika dəstəsinə 6-cı dərəcəli kran maşinisti peşəsinə keçirilmiş, ##.##.2023-cü il tarixdə * saylı A və XTS-nin texnoloji nəqliyyat dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçu peşəsinə keçirilmiş, ##.##.2025-ci il tarixdə Azərb.Respublikası Əmək Məcəlləsinin 69-cu mad 3-cü hissəsinə əsasən işçinin təşəbbüsü ilə işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

5. Iş üzrə “Azneft” Istehsalat Birliyinin * saylı Ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika Idarəsi ilə İddiaçı arasında bağlanmış *** nömrəli əmək müqaviləsinə əsasən İddiaçı “Azneft” Istehsalat Birliyinin * saylı Ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika Idarəsinin * saylı AXTS-nin texnoloji nəqliyyat dəstəsinin 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). Əmək müqaviləsi tərəflərin razılığına əsasən ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək 1 il müddətinə bağlanmışdır (bənd 2.3). Müqavilə şərtində işçiyə hər ay 1355,88 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir (bənd 4.1).

6. Iş üzrə Cavabdehan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyinin 14-2-1/3- *K-***/**** saylı, ##.##.2025-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdehan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsini rəhbər tutaraq və işçinin təşəbbüsünü nəzərə alaraq “Azneft” Istehsalat Birliyinin * saylı Ixtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika Idarəsinin * saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstisinin sementləyici aqreqatın motorçusu İddiaçı ilə ##.##.2023-cü il tarixli, *** nömrəli əmək müqaviləsinin ##.##.2025-ci il tarixdən ləğv edilməsi əmr verilmişdir. Əmrin verilməsi üçün əsas kimi İddiaçı şəxsi ərizəsi göstərilmişdir.

7. Iş üzrə *******0002X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi ##.##.2025-ci il tarixli bildirişindən görünür ki, Cavabdehan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” IB-nin ##.##.2025-ci il tarixli, **-*-*-**/*-*K-***/**** saylı əmri ilə İddiaçı ilə Cavabdehan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

8. Iş üzrə Bakı * saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (IMS) iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli, MŞB/*-***** saylı arayışından görünür ki, İddiaçı işə bərpa, buraxılmış iş müddəti üçün kompensasiyanın ödənilməsi və mənəvi zərərin ödənilməsi barədə tələblərə dair mübahisəsi üzrə ##.##.2025-ci il tarixdə saat 13.55-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyinin nümayəndəsi iştirak etməmişdir. IMS üçün ərizənin tarixi – ##.##.2025-ci il tarixi göstərilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyinə və * saylı Ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika Idarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 20 ilə yaxındır ki, SOCAR “Azneft” IB-nin * saylı Ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika Idarəsində müxtəlif vəzifələrdə, son olaraq isə sementləyici aqreqatın motorçusu vəzifəsində çalışmışdır. Onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilməsinə dair *******000209 nömrəli, ##.##.2025-ci il tarixli əmr qəbul edilmişdir. Iş ilə əlaqədar 15 gün Çilov adasında, 15 gün isə evdə olur. ##.##.2025-ci il tarixdə həmişəki qaydada işə gedərkən yoxlama zamanı mühafizə çantasından 2 ədəd 1 litrlik spirtli içki aşkar etmiş, içkini ondan alaraq kənara qoymuş gəmiyə minməsinə icazə verməmişdir. Ilk olaraq problem olmadığını qeyd etsə də, daha sonra şirkətin hüquqşünası ilə əlaqə saxlamışdır. Hüquqşünas gəldikdən sonra məsələ ilə bağlı izahat yazmalı olduğunu, narahat olmağa ehtiyac olmadığını, bunun adi prosedur qayda olduğunu bildirib. O, izahat yazdıqdan sonra hüquqşünas məsələnin ciddi olduğunu bildirmiş və onu səhhəti ilə əlaqədar işdən çıxmağı ilə bağlı əlavə ərizə yazmağa vadar etmişdir. Bunu etməyəcəyi təqdirdə isə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etməklə hədə qorxu gəlmişdir. O, ərizəni yazarkən hüquqşünas bu ərizənin də sadəcə üzrxahlıq anlamı ifadə etdiyini, izahatın yanında rəhbərliyə təqdim ediləcəyini dəfələrlə qeyd edirdi. Lakin təəssüf ki, nəticə dedikləri kimi olmamışdır. Elə həmin gün Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə işdən azad edildiyini öyrənmişdir. Məsələ orasındadır ki, bu bənd nə onun ərizəsində qeyd etdiyi bənd idi, nə də deyildiyi kimi iş ahəngini pozduğu üçün onu çıxartmaqla hədə-qorxu gəldikləri bənd. Eyni zamanda o, yazdığı izahatda spirtli içki aparmağının ciddi qanun pozuntusu olduğunu bilmədiyini, ilk dəfə belə bir hala yol verdiyini qeyd etmişdir. Nəzərə alsalar ki, o, artıq 19 ildir ki, həmin müəssisədə çalışır bunu bilməməsi mümkünsüzdür. Görünür o, bununla bağlı daxili nizam-intizam qaydaları və ya vəzifə təlimatı (daxili hər hansı normativ sənədlərlə) rəsmi şəkildə tanış edilməmişdir. Hadisələrin baş vermə anında keçirdiyi həyacan, düşdüyü vəziyyət adekvat qərar qəbul etmə və ya etiraz etmə qabiliyyətinə təsir etsə də, daha sona vəziyyəti dərindən anlamışdır. Belə ki, o, işə içkili vəziyyətdə getməmiş və ya iş yerinə içki aparmamışdır. Onun işlədiyi yerdə yaşayış var, bağça, məktəb, mağaza və s.fəaliyyət göstərir, spirtli içkini ordan da əldə edə bilərdi. O, orda hər ayın 15 günü yaşayır, gündə 12 saat çalışır. Digər 12 saatı isə ona verilən asudə vaxtdır, hansı ki, öz iradəsi ilə istədiyi kimi o vaxtı keçirə bilər. Digər nüans ondan ibarətdir ki, əgər belə bir daxili qayda var idisə, çalışdığı müddət ərzində niyə bir dəfə olsun məlumatlandırılmayıb. O, işləmək üçün yola düşdüyü vaxt mühafizə spirtli işçini gördükdən sonra sadəcə bunu keçirtməyə icazə olmadığını bildirib kənara qoya bilərdi. Hüquqşünas bununla bağlı izahat yazdırdırsa bununla bağlı hər hansı bir tədbir görə bilərdi. Çalışdığı 19 il ərzində həmişə nümunəvi işçi olub, ona qarşı görülən bu tədbiri qanunsuz və ədalətsiz hesab edir. Əmri əldə etdikdən sonra Mediasiya təşkilatına müraciət edilmişdir. * saylı mediasiya təşkilatının ##.##.2025-ci il tarixli arayışını əldə etdikdən sonra məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək tələbini yalnız cavabdeh qismində göstərdiyi Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyinə qarşı yönəldilməsini və təmin edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın təmin edilməsi, Cavabdehan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyinin * saylı Ixtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika Idarəsinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi ##.##.2025-ci il tarixli **-*-*/*-*K-***/**** saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə onun, Cavabdehan Respublikasının Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyinin * saylı Ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika Idarəsinin * saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsinin sementləyici aqreqatın motorçusu vəzifəsinə bərpa edilməsi, Cavabdehan Respublikasının Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyindən dövlət rüsumunun əvəzi kimi İddiaçı xeyrinə 60 (altmış) manatın, dövlət nəfinə 40 (qırx) manat məbləğində pulun tutulması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Cavabdehan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdehan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərarına, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 69-cu maddəsinin 3cü hissəsinə, 69-cu maddəsinin 4-cü hissəsinə, 69-cu maddəsinin 7-ci bəndinə, 300-cü maddəsinin 1-ci bəndinə, “AR Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2011-ci il tarixli qərarına, Cavabdehan Respulikası Milli Məclisinn 575-IIQ No-li ##.##.2004-cü il tarixli qanuni ilə təsdiq edilmiş “Dəyişdirilmiş Avropa Sosial Xartiyasının” 24-cü maddəsinə, Cavabdehan Respublikası MPM-nin 119.1, 216-220-cı maddələrinə, Dövlət rüsumu haqqında” Cavabdehan Respublikası Qanununun 8.2, 9.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh Cavabdehan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin nümayəndəsi X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçının iş yerinə spirtli içki aparmaqla əmək funksiyasını pozduğu üçün işdən azad olunması barədə başqa maddə ilə işdən çıxarılacağı qorxusu ilə ərizəni yazmasında öz-özlüyündə işəgötürənin təzyiqini deyil, işçinin rasional seçimini ifadə edir və ərizənin iddiaçının iradəsinə zidd tərtib edilməsi kimi qiymətləndirilə bilməz. Iş materiallarında da iddiaçının iradəsinə zidd hər hansı kənar müdaxilə və ya məcburi təsir təsdiqini tapmamışdır. Əgər iddia ərizəsində iddiaçı tərəfdən yazılanlar düz qəbul edilsə də, həmçinin məntiqlə yanaşdıqda da, iddiaçının intizam pozuntusuna görə işdən qovulmaq əvəzinə öz xahişi ilə azad olunması onun gələcək karyerası, yeni iş imkanları baxımından sırf işçinin yəni iddiaçının mənafeyinə xidmət edir. Bir daha qeyd edir ki, nə iddia ərizəsində, nə də məhkəmə iclasında işəgötürən tərəfindən iddiaçıya qarşı hər hansı zor işlədilməsi, qorxu gəlinməsinə dair heç bir sübut təqdim edilməmiş, məhkəmənin qətnaməsində də buna dair heç bir sübuta istinad edilməmişdir. Cavabdehan Respublikası Əmək Məcəlləsinin 2.3, 69.3, 69.4 və 69.7-cü maddələrinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmənin iddiaçının İddiaçı ## ###### 2025-ci il tarixli ərizəsini heç bir sübut olmadan onun iradəsinə zidd yazılmasına dair əsaslanması tam əsassızdır. Cavabdehan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki-prosessual qanunvericiliyin fundamental prinsipinə görə, hər bir tərəf öz iddialarınımötəbər sübutlarla əsaslandırmalıdır. Iddiaçının sadəcə "mən qorxdum" və ya "məni məcbur etdilər" deməsi hüquqi fakt yaratmır. Iş materiallarında İddiaçı ərizəni təhdid altında yazdığını təsdiq edən heç bir video-audio yazı, şahid ifadəsi və ya digər prosessual sübut mövcud deyil. Sübut olmadığı halda, məhkəmənin "ehtimal" üzərindən qərar verməsi obyektivlik və qərəzsizlik prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Məhkəmə qətnaməsinin qanuni hesab olunması üçün eyni zamanda onun MPM-nin 220.4-cü maddəsinin tələbinə uygun olması lazımdır. Həmin maddədə qeyd edilir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdehan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Cavabdehan RespublikasıAli Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * saylı qərarının 2.2-ci maddəsinə görə - məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Işdən göründüyü kimi, birinci instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyinin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Cavabdehan Respublikası Konstitusiyasının

18. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Cavabdehan Respublikası Əmək Məcəlləsinin

19. 2.3-cü maddəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

20. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər.

21. 69.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

22. 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır.

23. 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

24. Işçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımından daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“AR Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2011-ci il tarixli qərarı).

Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xaihş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, işçi ##.##.2025-ci il tarixdə işə gedərkən qadağan olunmuş spirtli içkiləri özü ilə aparılması müəyyən edilmiş, bununla bağlı ondan izahat alınmış və iddiaçı həmin tarixdə işdən azad olunma barədə ərizə yazmışdır.

34. Cavabdehan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

35. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır.

36. Göründüyü kimi, qanunvericilikdə hansı hallarda işçinin ərizədə yazdığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur.

37. Əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarılma haqqında ərizənin verilməsi onun öz iradəsinin könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsini bir başa nəticəsi olmalıdır. Işçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcburi etmək isə qanunvericiliklə qadağandır.

38. Işçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımından daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“AR Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2011-ci il tarixli qərarı)

39. Cavabdeh iddia ərizəsində qeyd edilənlərin düz qəbul edildiyi halda da, iddiaçının intizam pozuntusuna görə işdən qovulmaq əvəzinə öz xahişi ilə azad olunmasının onun gələcək karyerası, yeni iş imkanları baxımından mənafeyinə xidmət etdiyini bildirməklə həmçinin, iddiaçının iradəsinə zidd hər hansı kənar müdaxilə və ya məcburi təsirin iş materialları ilə öz təsdiqini tapmadığını qeyd etmişdir.

40. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri əsaslı hesab edilmədiyindən birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvinə əsas ola bilməz. Hazırki işin halları baxımından iş yerinə spirtli içki aparmaqla əmək funksiyasını pozduğu üçün işdən azad olunması barədə başqa maddə ilə işdən çıxarılacağını və həmin maddə ilə işdən çıxdıqdan sonra başqa işlə təmin olunmasında çətinlik yaranacağını əsas gətirərək iddiaçının işdən azad olunma barədə ərizəsinin onun iradəsinə zidd tərtib edilməsinin məntiqli hesab edilməsinə dair məhkəmənin qənaəti ağlabatan və ədalətli hesab edilir.

41. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi iddiaçının işdən azad olunma barədə ərizəsinin geri götürülməsinə dair işəgötürənə müraciət etməməsini bildirmişdir.

42. Qeyd edilməlidir ki, iddiaçı işdən azad olunma barədə ərizəsində işdən azad olunma tarixini ərizənin yazıldığı tarix hesab edilməsini xahiş etmiş və işəgötürən tərəfindən də həmin tarixdə əmr qəbul edilmişdir. Qanunvericilik isə yalnız müddət göstərilmədiyi və əmr qəbul edilmədiyi təqdirdə işçinin ərizəsinin geri götürülməsi barədə hüququnun olmasını müəyyən edir.

43. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının işdən çıxma barədə ərizəsinin təzyiq və məcburetmə altında yazılması halı işin fatiki halları ilə öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının işə bərpa edilməsi barədə tələbi və buna əsasən, məcburi işburaxmaya görə əmək haqqının tutulması tələbini də əsaslı hesab edərək təmin edilməsinə dair nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Cavabdehan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

46. Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdehan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar