Məhkəmə qərarları › İş №e-2(3-6)-1680/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1680/2026

27.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1680/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” MMMC-yə qarşı “liftlərdə üz tanınma sisteminin quraşdırılmasının qadağan edilməsi və liftlərdən bütün mərtəbələr üzrə maneəsiz istifadənin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə “apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası” barədə cavabdeh “xxxx” MMMC tərəfindən verilmiş ərizəyə dair (Açar sözlər: prosessual müddətin bərpası) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh “xxxx” MMMC (vəkili və nümayəndəsi vəkil1) tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69,71,73,75,77,79,81,83,85,87, mənzil 37 (Yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında quraşdırılmış bütün liftlərdən iddiaçı İddiaçı istifadəsi üçün üz tanınma sisteminin quraşdırılmasının “xxxx” MMMC-yə qadağan edilməsi, Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69,71,73,75,77,79,81,83,85,87, mənzil 37 (Yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə iddiaçı İddiaçı maneəsiz istifadəsinin təmin edilməsi vəzifəsinin “xxxx” MMMC-nin üzərinə qoyulması, Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69,71,73,75,77,79,81,83,85,87, mənzil 37 (Yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə iddiaçı İddiaçı istifadəsinə “xxxx” MMMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69,71,73,75,77,79,81,83,85,87, mənzil 37 (Yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə iddiaçı İddiaçı istifadəsinə maneələrin yaradılmasının “xxxx” MMMC-yə qadağan edilməsi, 320 manat məbləğində hüquqi yardım xərcinin “xxxx” MMMC -dən alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” MMMC-dən alınaraq iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir.

2. Cavabdeh “xxxx” MMMC həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə rəsmi qaydada “xxxx” MMMC-yə təqdim edilməmişdir. Cavabdeh qətnamənin qəbul edilməsi və məzmunu barədə vaxtında rəsmi qaydada məlumatlandırılmadığından apellyasiya şikayəti vermək imkanından faktiki olaraq məhrum olmuşdur. Cavabdeh qətnamənin mövcudluğundan yalnız icra məmurunun mobil telefon vasitəsilə verdiyi məlumatdan sonra xəbərdar olmuşdur. Həmin vaxta qədər cavabdehdə qətnamənin qəbul edildiyi və məzmunu barədə real məlumat olmayıb. Yalnız bundan sonra ərizəçi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində elektron məhkəmə kabineti açılmış və qətnamə ilə tam variantda tanış olmaq mümkün olmuşdur. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində e-2(011)- 6384/2025 işi üzrə bildirişləri görməsi ilə bağlı ekran görüntüsündə bildirişlərin ##.##.2026 və ##.##.2026 tarixlərində sistemdə formalaşdığı və statusun “oxunmayıb” olduğu görünür. Bu hal, qətnamənin cavabdehə vaxtında rəsmi təqdim edilmədiyini və yalnız sonradan elektron kabinet vasitəsilə tanış olma imkanı yarandığını təsdiqləyir. Beləliklə, prosessual müddətin buraxılması ərizəçinin təqsiri nəticəsində deyil, qətnamənin rəsmi qaydada təqdim edilməməsi və faktiki tanışlığın yalnız sonradan mümkün olması səbəbindən baş vermişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları:

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərardadı ilə (hakim S.Hacıyeva) cavabdeh “xxxx” MMMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi, cavabdeh “xxxx” MMMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür.

Şikayətin dəlilləri:

6. Cavabdeh “xxxx” MMMC (vəkili və nümayəndəsi vəkil1) tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi və “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

7. Şikayət onunla əsaslandırılmışdılr ki, birinci instansiya məhkəməsi qərardadda göstərmişdir ki, mübahisəli qətnamə ##.##.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir və bu hal qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməsi kimi qiymətləndirilməlidir. Lakin iş materiallarında cavabdehin həmin sənədlə vaxtında tanış olduğunu təsdiq edən hər hansı sübut mövcud deyildir. “Elektron məhkəmə” informasiya sistemində sənədin yerləşdirilməsi həmin sənədin proses iştirakçısı tərəfindən faktiki olaraq qəbul edilməsi və ya onunla tanış olunması faktını sübut etmir. Bundan başqa, təqdim edilmiş ekran görüntülərindən görünür ki, elektron sistemdə formalaşmış bildirişlərin statusu “oxunmayıb” olaraq qalmışdır. Bu isə cavabdehin qətnamə ilə vaxtında tanış olmadığını göstərir. Belə olan halda məhkəmənin qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməsi barədə gəldiyi nəticə sübutlarla təsdiq olunmur. Birinci instansiya məhkəməsi prosessual müddətin cavabdeh tərəfindən üzrsüz səbəbdən ötürüldüyü nəticəsinə gəlmişdir. Lakin işin faktiki halları bu nəticə ilə uyğun gəlmir. Belə ki, cavabdeh qətnamənin mövcudluğu barədə yalnız icra məmurunun məlumatından sonra xəbərdar olmuş və bundan dərhal sonra “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə qətnamə ilə tanış olaraq apellyasiya şikayəti vermişdir. Bu hal göstərir ki, cavabdeh tərəfindən prosessual müddətin ötürülməsi onun iradəsindən asılı olmayan səbəblərlə bağlı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və nəticədə işin faktiki hallarına uyğun olmayan qərardad qəbul etmişdir.

Tətbiq edilən hüquq normaları:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; - Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; - Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır; - Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; - Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; -Maddə 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. -Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminindən görünür ki, cavabdeh “xxxx” MMMC-nin ##.##.2025-ci il tarixdən elektron kabineti mövcuddur.

11. İş materiallarından həmçinin görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdeh “xxxx” MMMC-nin elektron kabinetinə yüklənmişdir.

12. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur.

13. Cavabdeh “xxxx” MMMC-nin qərardaddan verdiyi şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisələndirilən qətnamə ##.##.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilsə də, lakin cavabdehin həmin sənədlə vaxtında tanış olduğunu təsdiq edən hər hansı sübut mövcud deyildir. “Elektron məhkəmə” informasiya sistemində sənədin yerləşdirilməsi həmin sənədin proses iştirakçısı tərəfindən faktiki olaraq qəbul edilməsi və ya onunla tanış olunması faktını sübut etmir. Bundan başqa, təqdim edilmiş ekran görüntülərindən görünür ki, elektron sistemdə formalaşmış bildirişlərin statusu “oxunmayıb” olaraq qalmışdır. Bu isə cavabdehin qətnamə ilə vaxtında tanış olmadığını göstərir.

14. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

15. Həmin Məcəllənin 135.5.-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

16. Göründüyü kimi, cavabdeh “xxxx” MMMC-nin “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud olduğundan və məhkəmə tərəfindən mübahisəli məhkəmə qətnaməsi həmin kabinetə yerləşdirildiyi üçün rəsmi qaydada verilmiş sayılır.

17. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş qətnaməni oxumaması, həmin sənədin ona çatdırılmaması anlamına gəlmir.

18. Beləliklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” MMMC-yə ##.##.2025-ci il tarixdə çatdırıldığından və qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə veridliyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün 1 aylıq müddət üzrsüz səbəbdən ötürülmüşdür.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayəti əsassızdır və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Cavabdeh “xxxx” MMMC (vəkili və nümayəndəsi vəkil1) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar