Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1682/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi Hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı nümayəndəsi X3, habelə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin ##.##.1989-cu il tarixli, **/* saylı qərarına əsasən kirayəçi Muradov Əliağa Bağır oğlunun vəfat etməsi ilə əlaqədar olaraq, Ketsxeveli küçəsi, 15/17 ünvanında yerləşən, sahəsi 14,5 kv.m olan bir otaqlı mənzilin kirayə müqaviləsi X1 (bundan sonra iddiaçı) adına rəsmiləşdirilmişdir. Ailə tərkibi: özü X1, oğlu Əliağa və qızı Xəyalə Muradova.
2. Cavabdeh (bundan sonra cavabdeh) ilə iddiaçı arasında bağlanmış nikah ##.##.1995ci il tarixdə pozulmuşdur.
3. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** saylı sərəncamına əsasən iddiaçının müraciətinə əsasən Ş.Əzizbəyov küçəsi, **/** saylı ev barədə tərtib edilmiş akt təsdiq edilmiş, həmin evdə yaşayan iddiaçının mənzilinin yaşayış sahəsi 27 kv.m, 1 otaq olaraq qəbul edilmişdir.
4. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, ****** saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, 27 kv.m yaşayış sahəsindən ibarət ev iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə **** saylı reyestr kitabının 192981 səhifəsində **/***** saylı qeydəalma nömrəsi ilə ##.##.2003-cü il tarixdə qeydiyyat aparılmışdır.
5. İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2003-cü il tarixli, ****** saylı müqaviləyə əsasən iddiaçı ünvan 2 ünvanında yerləşən evin ½ hissəsini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 28.000.000 manata satmışdır.
6. * saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, ##.##.2026-cı il tarixli arayışa əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
7. ##.##.2020-ci il tarixli akta əsasən ünvan 1 ünvanında qeydiyyada olmaqla yaşayan digər şəxslər-qonşular cavabdehin 1986-cı ildən mübahisəli ünvanda yaşamadığını, ailəsi ilə heç bir əlaqəsinin olmadığını təsdiq etmişlər. ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2020-ci il tarixli və ##.##.2020-ci il tarixli arayışlarına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 15/17 ünvanında qeydiyyatdadır, lakin akta əsasən 1986-cı ildən ünvanda yaşamır.
8. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (üçüncü şəxs: Cavabdeh) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respubliasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin ##.##.2026-cı il tarixli arxiv arayışına əsasən “Bakı şəhəri Oktyabr rayon X14 İcraiyyə Komitəsinin maliyyə şöbəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1935-ci ilə dair kitablarında ** nömrəli 1 mərtəbəli, 4 otaqlı daş evin **** nömrəli Mənzil Kommunal Təsərrüfatının nəzdində olduğu və Əli Muradovun (sənəddə olduğu kimi) bu evdə yaşayığı qeyd olunur.
10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2026-cı il tarixli Arayışa əsasən cavabdeh ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsində yerləşən **/** saylı evə pasport qeydiyyatına alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evdən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, hazırda mənzilin 1/2 hissəsi onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş əridir və onların nikahı 1995-ci ilin dekabr ayında pozulub. Cavabdeh 1986-cı ildən həmin mənzildə yaşamayıb. Hazırda onun bu evə dair heç bir hüququ yoxdur. Cavabdeh ##.##.1996-cı ildə başqa şəxslə nikaha daxil olub və ayrı ünvanda yaşayıb. O, cavabdehin xahişi ilə ##.##.2005-ci il tarixdə onu öz mənzilinə qeydiyyata alınmasına razılıq verib və cavabdeh mənzilə qeydiyyata alınıb. Qeydiyyata alındıqdan sonra da heç vaxt onun mənzilində yaşamayıb. O, Yasamal RPİ-nə ərizə ilə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanına qeydiyyatının ləğv olunmasını xahiş etmiş, lakin ##.##.2025-ci il tarixli məktubda onun ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdeh ##.##.2005-ci ildə onun mənzilinə qeydiyyata alınarkən həm həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə onun (mənzil mülkiyyətçisinin) ailə üzvü olmayıb. Bu tarixdə cavabdeh başqa şəxslə nikahda idi və başqa ünvanda yaşayırdı. Odur ki, onun mənzilindən istifadə hüququ əldə etməyib.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 15/17 ünvanında yerləşən evə istifadə hüququnun itirilmiş hesab edilməsi, bu Qətnamənin Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 15/17 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması üçün əsas olması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X10)
14. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətləri ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətləri ##.##.2000-cu ildən qabaq yaranmışdır. Cavabdeh Cavabdeh mübahisəli mənzildə istifadə hüququ yarandığı vaxt və hazırda mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilir və bu səbəbdən qüvvədə olan Mülki Məcəllənin normalarını bu mübahisəyə tətbiq edilməsi mümkün deyil. Belə ki, tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir.
15. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə daimi yaşamaq üçün gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçmələri ilə izah oluna bilər. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikasında ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü, 87-ci, 123-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, 228.5-ci, 262.2-ci, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü, 119.1-ci, 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi ilkin olaraq onun ailəsinə məxsus olmuş, o, həmin mənzildə uzun müddət yaşamış və bu mənzil onun daimi yaşayış yeri olmuşdur. O, 1950-ci ildən etibarən ailəsi ilə birlikdə həmin mənzildə yaşamış, sonradan iddiaçı həmin ailəyə gəlin gəlmişdir. Bu hal onun mənzil üzərində ilkin və qanuni istifadə hüququnun mövcudluğunu təsdiq edir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan yalnız onu qəbul edir ki, onların arasında nikah ##.##.1995-ci il tarixdə pozulmuş və o, uzun müddət həmin mənzildə faktiki yaşamamışdır. Lakin o, bu halın onun yaşayış sahəsinə olan istifadə hüququnun avtomatik olaraq itirilməsi kimi qiymətləndirilməsi ilə razılaşmır. Belə ki, onun mənzildə yaşamaması könüllü şəkildə həmin hüquqdan imtina etməsi ilə deyil, obyektiv səbəblərlə bağlı olmuşdur. O cümlədən, onun azadlıqdan məhrum olunması, sonradan isə mənzilə qayıtmaq istədikdə iddiaçı tərəfindən buna imkan verilməməsi onun faktiki olaraq həmin mənzildə yaşamamasına səbəb olmuşdur. Bu hallar məhkəmə tərəfindən kifayət qədər araşdırılmamış, onun mənzildən kənarda qalmasının səbəblərinə hüquqi qiymət verilməmişdir. Eyni zamanda, məhkəmə onun başqa yaşayış sahəsinə malik olması və ya daimi olaraq başqa ünvanda yaşaması barədə nəticəyə gəlmiş, lakin bu nəticə iş materialları ilə tam təsdiq olunmamışdır. Onun başqa yaşayış sahəsi əldə etməsi, yaxud daimi yaşayış üçün başqa yerə köçməsi barədə konkret və mötəbər sübutlar mövcud deyil. Bu baxımdan məhkəmənin “başqa yaşayış sahəsinə köçməsi” ilə bağlı gəldiyi nəticə ehtimallara əsaslanır və sübutlarla təsdiqlənmir. Bundan əlavə, o, 2005-ci ildə iddiaçının razılığı ilə mübahisəli mənzilə yenidən qeydiyyata alınmışdır. Bu fakt onun həmin mənzillə hüquqi bağlılığının davam etdiyini və istifadə hüququnun onların iradəsi ilə faktiki olaraq tanındığını göstərir. Məhkəmə bu halı düzgün qiymətləndirməmiş, qeydiyyatın hüquqi nəticələrinə lazımi əhəmiyyət verməmişdir. Onun qeydiyyatının “formal xarakter” daşıması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Çünki qeydiyyatın mövcudluğu özü-özlüyündə şəxsin həmin yaşayış sahəsi ilə hüquqi əlaqəsini təsdiq edən mühüm haldır və bu hal yalnız formal kimi qiymətləndirilə bilməz. Məhkəmə bu məsələdə hüquqi və faktiki əsasları kifayət qədər araşdırmamışdır. Bundan başqa, məhkəmə tərəfindən işin düzgün həlli üçün əhəmiyyətli olan bir sıra mühüm hallar araşdırılmamış, işin faktiki hallarını tam və düzgün müəyyən etməmiş, mövcud sübutlara birtərəfli qiymət vermiş, həmçinin mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan bir sıra mühüm halları nəzərdən qaçırmışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən bir sıra maddi hüquq normaları düzgün tətbiq edilməmiş, bəzi hallarda isə ümumiyyətlə tətbiq edilməli olan normalar nəzərə alınmamışdır. Bu isə nəticə etibarilə iş üzrə yanlış hüquqi nəticəyə gəlinməsinə səbəb olmuşdur. İlk növbədə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsini formal şəkildə tətbiq etmiş, lakin həmin normanın mahiyyətini və tətbiq şərtlərini düzgün qiymətləndirməmişdir. Həmin maddəyə əsasən yaşayış sahəsindən istifadə hüququnun saxlanılması və ya ona xitam verilməsi məsələsi yalnız formal meyarlarla deyil, konkret halların – xüsusilə də şəxsin həmin hüquqa ehtiyacının olub-olmaması, alternativ yaşayış sahəsi ilə təmin olunub-olunmaması, eləcə də istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri nəzərə alınmaqla həll edilməlidir. Lakin məhkəmə bu halları tam araşdırmadan, yalnız onun uzun müddət mənzildə yaşamaması faktına əsaslanaraq istifadə hüququnun itirildiyi qənaətinə gəlmişdir ki, bu da normanın düzgün tətbiq edilməməsidir. Hazırki işdə isə onun başqa yaşayış sahəsi ilə təmin olunması və ya onun bu mənzilə ehtiyacının aradan qalxması məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Buna baxmayaraq, məhkəmə istifadə hüququna xitam vermişdir ki, bu da göstərilən hüquqi mövqenin və müvafiq maddi hüquq normasının pozulmasıdır. O, uzun müddət həmin mənzildə yaşamış, ailə üzvü kimi bu hüququ əldə etmişdir. Məhkəmə isə bu hüququn davamlılığını təmin edən hüquqi mexanizmləri və qanunun qoruyucu mahiyyətini nəzərə almadan, yalnız faktiki yaşamama halına əsaslanaraq hüququn itirildiyini qəbul etmişdir ki, bu da maddənin məqsəd və məzmununa ziddir. Lakin hazırki işdə onun daimi olaraq başqa yaşayış sahəsinə köçməsi faktı mötəbər sübutlarla təsdiq edilməmişdir. Buna baxmayaraq, məhkəmə bu halı sübuta yetirilmiş kimi qəbul edərək nəticəyə gəlmişdir ki, bu da maddi hüquq normasının yanlış tətbiqidir. Məhkəmə isə onun istifadə hüququnun əsası olan hallar, yəni onun bu mənzilə bağlılığı, orada əvvəllər yaşaması və həmin mənzilə qayıtmaq niyyətinin olub-olmaması məsələlərini araşdırmadan, sadəcə uzun müddət istifadə edilməməsini əsas götürmüşdür. Halbuki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə istifadə hüququnun uzun müddət həyata keçirilməməsi özlüyündə həmin hüququn xitamı üçün kifayət edən əsas deyil. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən bir sıra prosessual hüquq normaları pozulmuş, bəzi normalar düzgün tətbiq edilməmişdir. Bu pozuntular işin faktiki hallarının tam və obyektiv araşdırılmasına mane olmuş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. İlk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbləri pozulmuş, onun mənzildə yaşamamasının səbəblərini, o cümlədən onun azadlıqdan məhrum olunması, sonradan isə mənzilə qayıtmasına iddiaçı tərəfindən maneələrin yaradılması kimi mühüm halları araşdırmamış, bu xüsusatlara hüquqi qiymət verməmişdir. Bu isə işin faktiki hallarının natamam araşdırılması ilə nəticələnmişdir. Məhkəmə iddiaçının mövqeyini üstün tutmuş, onun mövqeyi isə formal şəkildə nəzərə alınmışdır ki, bu da onların prosessual hüquqlarının bərabərliyinin pozulmasına səbəb olmuşdur. Lakin mübahisələndirilən qətnamədə bəzi hüquqi nəticələr ümumi və qeyri-müəyyən formada əsaslandırılmış, konkret hallarla əlaqələndirilməmişdir. Onun başqa yaşayış sahəsinə malik olması və ya daimi olaraq başqa ünvanda yaşaması barədə nə daşınmaz əmlak reyestrindən çıxarış, nə qeydiyyat arayışı, nə də digər hüquqi sübut təqdim olunmuşdur. Buna baxmayaraq, məhkəmə bu halı sübuta yetirilmiş kimi qəbul etmişdir ki, bu da sübutetmə qaydalarının kobud şəkildə pozulmasıdır. Məhkəmə onun mübahisəli mənzildə uzun müddət yaşamamasını onun istifadə hüququnun itirilməsi üçün əsas kimi qəbul etmişdir. Lakin bu halın hüquqi nəticə doğurması üçün onun səbəbləri araşdırılmalı və sübut edilməli idi. Məhkəmə bu məsələ ilə bağlı hər hansı obyektiv sübutlara deyil, yalnız ümumi mülahizələrə əsaslanmışdır. Məhkəmə onun mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı qənaətinə gəlmişdir. Lakin bu nəticə də konkret sübutlarla təsdiq edilməmişdir. Onun sosial vəziyyəti, yaşayış şəraiti, alternativ yaşayış imkanlarının olub-olmaması araşdırılmadan onun bu mənzilə ehtiyacının olmadığı barədə nəticəyə gəlmək mümkün deyil. Bu hal nə yazılı sübutlarla, nə şahid ifadələri ilə, nə də digər sübut növləri ilə təsdiq edilməmişdir. Məhkəmə onun qeydiyyatının formal xarakter daşıdığı qənaətinə gəlsə də, qeydiyyat faktı dövlət tərəfindən tanınan hüquqi haldır və onun formal hesab edilməsi üçün əsaslı sübutlar təqdim olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən onun qeydiyyatının formal olmasını təsdiq edən hər hansı konkret sübut göstərməmiş, yalnız ehtimallara əsaslanmışdır. Bu isə sübutların qiymətləndirilməsi qaydalarına ziddir. Məhkəmə onun mənzilə qayıtmamaq niyyətində olduğu barədə nəticəyə gəlsə də, onun belə niyyətinin olmaması heç bir sübutla təsdiq edilməmişdir. Əksinə, o, izahatlarında mənzilə qayıtmaq istədiyini, lakin buna imkan verilmədiyini bildirmişdir. Bu ziddiyyət məhkəmə tərəfindən aradan qaldırılmamış, onun mövqeyi nəzərə alınmadan birtərəfli nəticə çıxarılmışdır. Məhkəmə onun uzun müddət istifadə hüququnu həyata keçirməməsini həmin hüququn itirilməsi kimi qiymətləndirsə də, bu halın özü-özlüyündə hüququn itirilməsi üçün əsas olması qanunvericilikdə nəzərdə tutulmur və bu barədə konkret hüquqi və faktiki əsaslar sübut olunmalıdır. Məhkəmə isə bu nəticəni hər hansı normativ və ya faktiki əsas olmadan qəbul etmişdir. Məhkəmə onun mənzillə bağlı hüquqi əlaqəsinin zəiflədiyi və ya aradan qalxdığı qənaətinə gəlsə də, onun 2005-ci ildə iddiaçının razılığı ilə yenidən həmin mənzilə qeydiyyata alınması faktı bu nəticə ilə ziddiyyət təşkil edir. Bu mühüm hal mövcud olduğu halda, məhkəmə onun əksinə nəticəyə gəlmiş, lakin bu ziddiyyəti aradan qaldıracaq hər hansı sübut təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsi haqlı olaraq qərarında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan əmlaka 3-cü şəxsin istifadə hüququnun mövcud olub olmaması, yəni ailə münasibətlərindən irəli gəlmiş, əvvəllər və hazırda mövcud olan istifadə hüququna xitam və itirilmə əsaslarının mövcud olub-olmadığı müəyyən edilmədən məsələyə hüquqi qiymət verilməsi mümkün olmamaqla həmin məsələlərin araşdırılması səlahiyyəti inzibati məhkəməyə aid deyil. Məhkəmə qətnaməsi ancaq mənzilin iddiaçının mülkiyyətində olması faktına və hazırda onun orada yaşamamasına istinad edilməklə çıxarılmışdır. Belə ki, o, məhkəmə iclasında, iddia tələbini qəbul etmədiyini bildirərək göstərmişdir ki, qeyd edilən mənzil onun atasına verilmiş 1950-ci ildə həmin evdə anadan olmuş və həmin vaxtdan etibarən orada yaşamışdır. 1977-ci ildə iddiaçı ilə ailə quraraq iddiaçını həmin mənzilə gətirmiş, onu pasport qeydiyyatına aldırmış və orada birgə yaşamışlar. Həmin mənzildə birgə nikahdan övladları dünyaya gəlmişdir. 1985-ci ildə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və ona görə də, müəyyən müddət həmin mənzildə yaşamamışdır. 1992-ci ildə amnistiya aktına əsasən cəzaçəkmədən azad edilmiş və evə qayıtdıqdan sonra iddiaçı ilə münasibətləri normal olmamış, iddiaçı həmişə dava-dalaş salmış və 1995-ci ildə aralarında olan nikah pozulmuşdur. Orada fasilələrlə yaşamağa davam etmiş və bir müddət sonra ona məlum olmuşdur ki, onu saxta sənədlərlə qeydiyyatdan çıxartmış və sonradan onun qeydiyyatın bərpa edilmişdir. Atası Muradov Əliağa Bağu oğlunun vəfatından sonra evə o rəhbərlik etmiş, hətta orada yaşamadığı dövrdə, yəni cəzaçəkmə müəssisəsində olduğu vaxtda, 1989-cu ildə İddiaçı öz adına həmin evə dair kirayə müqaviləsi bağladığından xəbərsiz olmuşdur. Sonradan nikah pozulduqdan sonra onu saxta sənədlərlə qeydiyyatdan çıxararaq mənzili öz adına özəlləşdirmiş, həyətdə ola onun tərəfindən inşa edilmiş mənzilin bir hissəini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı şəxsə satmışdır. Aralarında olan dava-dalaş və iddiaçının ona qarşı qərəzli münasibəti nəticəsində orada-burada yaşamağa məcbur olmuşdur. Məhkəmənin qətnaməsində guya onun 1986-cı ildən bu günə qədər həmin ünvanda yaşamaması və özünə başqa yaşayış sahəsi seçməsini göstərilməsi real həqiqətə uyğun deyil. Son bir neçə ildir ki, o çox pis şəraitdə, onun-bunun küncündə yaşamağa məcbur olmuşdur. Onun qeydiyyatdan çıxarılması Konsitutsiya ilə qorunan yaşayış hüququnu və digər təminat hüquqlarını pozmaqla yanaşı gələcəkdə hətta pensiya almasında belə məhdudiyyətlər yaradacaqdır. Eyni zamanda bir halın da qeyd edilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, həmin evə dair real bölgü aparılmadığından orada qeydiyyatdan olan şəxslər hamısı konkret mənzilə deyil, həmin ünvana qeydiyyata alınıblar. * saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda hazırda yaşayış yeri üzrə 33 şəxs pasport qeydiyyatındadır. Belə bir vəziyyətdə həmin şəxslərin içərisindən seçmə qaydası ilə onun qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldırması ona qarşı qərəzdən başqa bir şey deyildir. Həmçinin qeyd edilməlidir ki, onun bu evdə qeydiyyatda olması iddiaçının hər hansı bir hüququnu pozmur və onun tərəfindən iddiaçıya qarşı atasından qalmış evə dair hər hansı bir iddia tələbi irəli sürülməmişdir. Doğma uşaqlarının da qeydiyyatda olduğu evdə onun istifadə hüququnun itirilməsinə dair hüquqi əsaslar mövcud deyil. Həmin məsələ ilə bağlı ##.##.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək, onların məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, qeydiyyatdan çıxsa, yaşamağa yeri yoxdur, pensiyanı ala bilməyəcək, ayrı gəlir yeri yoxdur. Hazırda kirayə evdə qalır. Nəvəsi doğulanda təbrik etmək üçün, habelə ondan sonra bir neçə dəfə evə getmişdir. İddiaçı ora getməyini istəmir. Mübahisə predmeti olan evdə gecələməmişdir, qalmağa yer vermirlər. Evdə 4 otaq var. Həbsdən qayıdanda iddiaçının bacısı ailəsi ilə birgə yuxarı otaqda yaşadığını müəyyən etmiş, sahə polisi isə ona həyətdə qalmamasını məsləhət görmüşdür. Həbsdən qayıdandan sonra orada yaşamamış, bağda yaşamışdır. Başqa qadınla qeyri-rəsmi münasibəti olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlu apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək, onların məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 22 may tarixdə arxiv arayışı əldə etmişdir. Həmin arayışın məzmununa əsasən mübahisə predmeti olan ev Mənzil Kommunal Təsərrüfatının nəzdində olub, cavabdehin atası həmin evdə yaşayıb, 1992-ci ildə cavabdeh həbsdən azad olunduqdan sonra iddiaçı ilə bir ailə kimi mübahisə predmeti olan evdə yaşayıbdır. Münasibətləri əvvəlki kimi olmayıb. Sonrada həmin yeri tərk edib, həmin yerdə yaşamasa da, gəlib-gedib. Daha sonra cavabdehə məlum olub ki, onu qeydiyyatdan çıxarıblar, bir neçə quruma müraciət edərək, cavabdeh 1995-ci ildə təkrar həmin evdə qeydiyyata alınıb. Cavabdeh həbsdə olan zaman iddiaçı mübahisə predmeti olan evə dair kirayə müqaviləsi bağlayıb. Daha sonra həmin müqavilə əsasında 2003-cü ildə evi özəlləşdiribdir. Cavabdehin bu prosedurlardan məlumatı olmayıb. İddiaçı evin bir hissəsini Elçin adlı şəxsə satıb. Ev cavabdehin atasına məxsus olsa belə cavabdehin evə dair iddiası yoxdur. Həmin ünvanda 33 şəxs qeydiyyatdadır. Cavabdeh pensiya təminatı üçün qeydiyyatının qalmasını istəyir. Lazım gəlsə evə dair heç bir tələbinin olmamasına dair notarial ərizə verməyə hazırdır. Sadəcə qeydiyyat ünvanının qalmasını istəyir.
22. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X3 və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
23. Məhkəmə kollegiyası tərəfindən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ərizə ilə məhkəmə müraciət edərək, cavabdehi tanımadığını, mənzilin ½ hissəsini alanda cavabdehin qeydiyyatda olmadığını və hazırda onun mülkiyyətində olan hissəsinə qeydiyyata düşmədiyini bildirmiş və göstərilənlərin nəzərə alınmasını və məhkəmə iclasının iştirakı olamadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. ##.##.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsinə görə, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına görə ## ######## 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin mövqeyini, o cümlədən tətbiq edilmiş maddi və prossesual hüquq normalarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.
32. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəllilərinə istinadən qeyd edir ki, cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) iddiaçının keçmiş əridir, onlar arasında nikah 1977-ci ildə bağlanmış və ##.##.1995-ci il tarixdə pozulmuşdur. Tərəflər nikaha daxil olan zaman mübahisəli evin icarədar iddiaçının qayınatası (cavabdehin atası) olmuş və iddiaçı həmin evə köçərək, bugünə kimi orada yaşayır. 1985-ci ildə cavabdeh azadlıqdan məhrum etmə çəzasına məhkum olunmuş və 1992-ci ildə azadlığa buraxılmışdır. Mübahisəli mənzillə bağlı kirayə müqaviləsi cavabdehin atasının vəfatından sonra 1989-cu ildə iddiaçı ilə bağlanmış, həmin vaxtdan etibarən mənzilin icarədarı iddiaçı olmuş, ailə tərkibi 3 nəfərdən (iddiaçı, oğlu və qızı) ibarət olmuşdur. ##.##.2003-cü ildə isə özəlləşdirmə qaydasında (oğlunun və qızının razılığı ilə) mənzil üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan sonra iddiaçı əmlakın ½ hissəsini ##.##.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır. Cavabdeh isə 2005-ci ildə iddiaçının razılığı ilə həmin evə pasport qeydiyyatına alınmışdır. 1992-ci ildə azadlığa buraxıldıqdan sonra cavabdehin həmin evdə yaşaması müəyyən edilmir.
33. Bununla belə, həmin mənzildən istifadə edilməsi ilə bağlı tərəflər arasında münasibətlər ##.##.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından da bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir.
34. Bu kontekstdə məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinin araşdırılmasının zəruriliyini, habelə mənzillə bağlı mübahisəli hüquq münasibətlərinin 2000-ci ildən əvvəl yaranmasını və bu baxımdan hazırki mübahisənin ##.##.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməli olmasını nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, evin əvvəlki icarədarı cavabdehin atası, onun ölümündən sonra isə 1989-cü ildən isə iddiaçı olmuş, cavabdeh iddiaçı ilə nikaha daxil olduqdan əvvəl və sonra, azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu 1985-ci ilədək həmin evdə yaşamış və bu səbəbdən onun evdən istifadə hüququ yaranmışdır. 1985-1992-ci illərdə həmin evdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ilə bağlı yaşamaması səbəbindən onun bu hüququ 1992-ci ildə azadlığa buraxılanadək mövcud olmuşdur.
35. Lakin azadlığa buraxıldıqdan sonra cavabdeh həmin evdə yaşamamış, 1995-ci ildə isə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Cavabdehin azadlığa buraxıldığı 1992-ci ildən mübahisəli evdə yaşamaması işin halları ilə öz təsdiqini tapır. Cavabdeh iddiaçı ilə ailədaxili münaqişələrinin olması və evə buraxılmaması (bununla bağlı maneələrin yaradılması) səbəbindən 1992-ci ildə həmin evə qayıtmadığını qeyd etsə də, hazırki vaxtadək onun məhz bu səbəbdən mənzildə yaşaya bilməməsi hər hansı formada (cavabdehin mənzilə köçürülməsi tələbi ilə məhkəmə müraciət etməsi, tərəflər arasında əşyaların çıxarılması və ya tələb edilməsi ilə bağlı məhkəmə mübahisəsinin olması və sair) öz təsdiqini tapmır. Cavabdeh iddiaçının mövqeyinə uyğun olaraq nikahları pozulduqdan sonra başqa bir qadınla faktiki münasibətlərdə olduğunu etiraf edir və özü də nəticə etibarı ilə sosial hüquqlarının həyata keçirilməsi üçün (məsələn, pensiya alması ilə bağlı pasport qeydiyyatının zəruriliyi və sair) mənzildə qeydiyyatda qalmaq istədiyini bildirir, mənzillə bağlı başqa hər hansı tələbinin olmadığını qeyd edir.
36. Cavabdehin bu mövqeyini nəzərə alaraq, məhkəmə kollegiyası mübahisənin məhkəmədən kənar qaydada barışıq sazişinin bağlanması yolu ilə həll edilməsi məsələsini də müzakirəyə çıxartmış və cavabdehin yalnız pasport qeydiyyatında qalması, mənzilə dair başqa hər hansı tələbinin, o cümlədən orada yaşaması niyyətinin olmaması barədə şərtləri özündə əks etdirən sazişin bağlanmasının mümkünlüyü ilə bağlı tərəflərin fikrini öyrənmişdir. Tərəflər oxşar məzmunda barışıq sazişinin bağlanmasının mümkün olduğunu bildirdiklərindən, məhkəmə kollegiyası onlara öz aralarında müzakirələr aparmaq üçün vaxt vermiş və bu əsasla işə baxılmasını təxirə salmışdır. Lakin nəticə etibarı ilə razılıq əldə edilməmiş və iddiaçı iddia ərizəsini, cavabdeh isə apellyasiya şikayətini müdafiə etmişdir.
37. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh iddiaçı ilə nikahları pozulduqdan əvvəl də, yəni azadlığa buraxıldığı 1992-ci ildən mübahisəli mənzildə yaşamamış, hüquqi nəticə etibarı ilə mənzili daimi əsaslarla tərk edərək, başqa yaşayış yerinə köçmüş və həmin vaxtdan başqa yaşayış sahəsində (sahələrində) yaşayır. Başqa sözlə, cavabdeh kifayət qədər uzun zaman kəsiyi hesab edilən 30 ildən artıq müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə etmir. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan cavabdeh mübahisəli evə olan fiziki və hüququ bağlılığını, o cümlədən evdən istifadə hüququnu itirmişdir. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə mövcud olmaqla bu sahəni tənzimləyən hüquq normaları bu hüququn hər hansı məbləğdə kompensasiya ödənilməsi müqabilində itirilməsini təsbit etməmiş, lakin məhkəmə kollegiyasının müəyyən etdiyi bu haldan bilavasitə asılı etmişdir.
38. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, ev 2003-cü ildə iddiaçının adına özəlləşdirilən zaman ##.##.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdeh evə olan istifadə hüququnu artıq itirmişdir. Onların arasında nikahın 1995-ci ildə pozulması da nəzərə alındıqda, artıq həmin vaxt (2003cü ildə) qüvvədə olan Mülki Məcəllənin bu sahəni tənzimləyən aidiyyəti müddəalarının tələbləri baxımından cavabdeh evin mülkiyyətçisi olan iddiaçıya münasibətdə “digər şəxs” statusunda olmuşdur. Bu baxımdan da cavabdehin həmin evdən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunurdu. Lakin cavabdehin bu evə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair iddiaçı ilə onun arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma da olmamışdır.
39. Məhkəmə kollegiyası cavabdehin 2005-ci ildə iddiaçının razılığı ilə evə pasport qeydiyyatına alınması ilə bağlı qeyd edir ki, cavabdehin mübahisəli evə pasport qeydiyyatına alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin evdən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və cavabdehin iddiaçının mülkiyyətində olan evdən istifadə hüququnu itirilmiş hesab etməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaldır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.