Məhkəmə qərarları › İş №e-2(3-6)-1696/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1696/2026

25.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1696/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı ilk, iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə bağlı mülki iş üzrə Açar sözlər: mənzilə köçürülmə, mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi Hakimlər X10 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2, İlk iddia üzrə cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. cavabdeh2 ilə cavabdeh1 ##.##.1994-cü il tarixli nikahından X1 və İddiaçı doğulmuşdur. Onların nikahları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. ****** nömrəli, ##.##.2001-ci il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzil 4 nəfər ailə üzvü ilə birlikdə (özü, arvadı və oğulları) cavabdeh2 verilmişdir. İlk iddiaçının özü, arvadı X7 və övladları, habelə valideynləri və qadaşı həmin ünvanda qeydiyyatdadırlar.

2. Hədiyyə verən X4 (ilk iddianın əmisi) ilə hədiyyə alan X1 arasında bağlanmış ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən * saylı evin, *** saylı mənzili (Yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 26, M17, m3) və Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən * saylı evin, *** saylı mənzili (Yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 26, M1, m4) tam hissədə X1 mülkiyyətinə verilmişdir.

3. Azərbaycan Respublikası “Binəqədi İnşaat” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışlara əsasən İddiaçı 2022-ci ilin aprel ayından 2024-cü ilin may ayına qədər, cavabdeh1 isə 2022-ci ilin aprel ayından cari tarixə qədər oğlu X1 məxsus Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 8, mənzil 123 və 124 (yeni qaydalarla: ünvan 4) ünvanında yerləşən mənzillərdə yaşayır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, anadan olduğu və bütün həyatı boyu yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən ** saylı evin, ** saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1998-ci ildə anadan olmuşdur. Ailələrində 2 qardaş olmuşlar. Atası iş adamıdır, anası Milli Elmlər Akademiyasında işləyir. Qeydiyyatda olduğu ünvanda anadan olandan yaşayır, həmin bina kooperativdir. Vaxtilə babası tikintisinə rəhbərlik etmişdir. Atası bildirmişdir ki, qardaşına ev alıb vermiş, bu mənzil də onundur. Təmir etsin, evlənərək köçüb yaşasın. O, həmin mənzilin təmirinə başlamış və ##.##.2024-cü il tarixdə * saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində ##.##.1997-ci il təvəllüdlü X8 ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Mənzilin təmirinin axıra çatdıra bilmədiyi üçün atası demişdir ki, müvəqqəti Şüvəlanda yerləşən bağ evində təmir yekunlaşanadək qalsın, təmirdən sonra mənzilə köçər. Evlilik dövründə arvadı ilə təmiri davam etdirmişlər. Təmir yekunlaşan zaman mənzilə daxil olarkən mənzilin qapısının kilid bağlanan hissəsinə açar daxil olmamışdır. Usta çağırmış, usta demişdir ki, həmin hissəyə yapışqan doldurublar ki, mənzilə daxil olmaq mümkün olmasın. O, anasına və atasına bu barədə narazılığını bildirəndə anası xəbəri olmadığını, yəqin atasının etdiyini, atası da onu mənzilə buraxmadığını demişdir. Heç bir səbəb deməmişdir. O, ailə üzvüdür, ##.##.2025-ci ildə anadan olmuş körpə uşaqları X2 və arvadı ilə çöllərdə qalmışdır. O, atasına heç nə deyə bilmir, onun üstünə hirslənib hədələyir. Hazırda Qazax rayonunda Şərab sexi işlədir. Odur ki, məcbur olub hüquqlarının bərpası üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edir. Onun pasport qeydiyyatı da təmir etdirdiyi mənzilədir. Anası, atası, qardaşı da həmin mənzildə qeydiyyatdadır. Atası onun sürətli avtomobil idarə etməyinə, restoranlarda ailəsi ilə gəzdiyinə görə onu qəbul etmir. Həmçinin, bildirir ki, valideynləri boşanandan sonra aralarında əmlak bölgüsü olmamış və atası başqa qadınla evlənərək, Şüvəlanda olan 2-ci bağ evində yaşayır və 2 yaşında Mədinə adlı qızı var. Ona görə də, ailəsi və azyaşlı uşağı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 16 ünvanındakı ** saylı mənzilə köçürülməsini istəyir. Həmin mənzili valideynləri birgə nikah dövründə almışlar,mənzil hər ikisinin mülkiyyətindədir və o da ailə üzvü olaraq orada yaşamış və təmir zamanı mənzildən çıxmışdır ki, təmiri axıra çatdırıb köçsün. Lakin atası maneələr yaratmağa başlamışdır. Hesab edir ki, yaşadığı və faktiki sahiblik etmiş olduğu mənzildən istifadəsinə yaradılan maneələrin aradan qaldırılmaqla, o, həmin mənzilə köçürülməlidir.

6. Bundan sonra, cavabdeh cavabdeh2 İddiaçı və cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, İddiaçı və cavabdeh1 Tofik qızının onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanındakı ** saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanındakı ** saylı mənzil onun mülkiyyətindədir. Cavabdehlər son 5 il ərzində həmin mənzildə yaşamamışlar. Hazırda, ilk iddiaçının mübahisə predmetini təşkil edən mənzildən istifadə hüququ olmadığı, onun həmin mənzilə yalnız pasport qeydiyyatı olduğu üçün, ilk iddia tələbi əsassızdır və təmin edilməməlidir. İlk iddianın digər cavabdeh cavabdeh1 yönəlməsi prosessual cəhətdən əsassızdır. Çünki, cavabdeh1 həmin mənzilə dair heç bir hüququ yoxdur. Bu səbəbdən, cavabdeh1 ilk iddiaçının həmin mənzilə köçürülməsi ilə cavabdeh ola, həmçinin, iddianın həll edilməsi ilə iradə ifadəsi bildirə bilməz. İlk iddianın rədd edilməsinin dəlilləri ilə qarşılıqlı iddianın dəlilləri eynilik təşkil etdiyi üçün, hər iki prosessual mövqeni aşağıdakı kimi əsaslandırmağı zəruri hesab edir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən onunla cavabdeh1 Tofik qızı arasındakı nikah ##.##.2022-ci il tarixdə pozulmuşdur. Həmin tarixdən xeyli əvvəl, onların arasında faktiki nikah münasibətləri pozulduğu üçün cavabdeh1 ona məxsus mənzildə yaşamamışdır. İddiaçı da son 5 il ərzində həmin ünvanda yaşamamışdır. Cavabdehdehlər mübahisə predmetini təşkil edən mənzilə istifadə hüquqlarını itirmişlər. Mübahisəli mənzildən istifadə hüququna dair onların arasında hər hansı yazılı razılaşma yoxdur.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, iddiaçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 16 ünvanında yerləşən ** saylı mənzilə köçürülmüş, qarşılıqlı iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir. (hakim X5)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, cavabdeh2 ilə cavabdeh1 birgə nikahda olmuşlar, birgə nikahdan onların övladları doğulmuşdur. Övladlarından İddiaçı ünvan 2 ünvanına qeydiyyatda düşmüş və altı aydan sonra təmir qurtarandan sonra həmin mənzilə köçmüş və orada yaşamışdır. Daha sonra ##.##.2024-cü il tarixdə ailə həyatı qurmuş və həmin mənzilin təmir edilməsi məqsədilə qardaşına məxsus ünvana müvəqqəti köçmüşdür. İddiaçı müvəqqəti olaraq başqa ünvanda yaşadığı müddət ərzində atası, yəni cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 16 ünvanında yerləşən ** saylı mənzilin açarlarını dəyişməklə, İddiaçı həmin mənzilə buraxmamışdır. Bu səbəbdən də, iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir.

10. Tərəflər arasında hüquq münasibəti hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi ## ####### 2009-cu il tarixdən əvvəl yarandığından, məhkəmə hesab etmişdir ki, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir.

11. Məhkəmə ilkin iddia ilə bağlı hesab etmişdir ki, ilkin iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı mübahisəli mənzildən təmir aparılması məqsədilə müvəqqəti başqa evə köçmüş, ilkin iddia üzrə cavabdeh cavabdeh2 da həmin mənzilin açarlarını dəyişərək, iddiaçını mənzilə buraxmamışdır. Bu səbəbdən də, iddiaçının həmin mənzildə yaşamaq hüququ məhdudlaşdırılmışdır. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Belə olan halda iddiaçı ilkin iddianı qaldırmaqda haqlı olmuşdur.

12. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, İddiaçı və cavabdeh1 mübahisəli mənzildən öz iradələrindən asılı olmayan səbəbdən çıxmaları onların həmin sahədə istifadə hüquqlarının itirilməsinə səbəb ola bilməz. Belə olan halda, qarşılıqlı iddia təmin edilə bilməz.

13. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab etmişdir ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ilkin iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia da rədd edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, ##.##.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-54-cü, 60-cı, 87-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3cü, 152.1-ci, 178.1-ci, 203.1-ci, 228-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 77.1-ci, 80-ci, 106.1-ci, 119.1-ci, 217-ci, 220.5-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.1999-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh1la faktiki olaraq 2021-ci ilin may ayında ayrılmışlar, aralarında bağlanmış nikah isə 2022-ci ilin yanvar ayında rəsmi qaydada pozulmuşdur. Bundan əvvəl cavabdehlər onun qardaşının böyük oğlu Anar Dilbazova bağışladığı mənzildə yaşamağa başlamışdılar. Boşanma ərəfəsində ondan tələb olunan əmlaklar əvəzinə qardaşı onların yaşaması üçün 2 mənzil bağışlamışdır. Həmin vaxtdan onlar həmin ünvanda yaşayırlar. Oğlunun mübahisə predmeti olan mənzilə ehtiyacı yoxdur. Mənzillərin ikisi birlikdə sahəsi 150 kv.metrdir. 2 oğlu və keçmiş arvadı orada yaşayıb. İddiaçı 2024-cü ilin aprel ayında evlənib, o, mübahisəli mənzildən çıxıbdır. Evlənəndən sonra onun bağında yaşayıb. 2025-ci ilin yayında onları bağdan çıxartmış, daha sonra onlar əşyalarını da aparmışdılar. Hazırda harada yaşadıqlarını bilmir. İddiaçı 2021-ci ilin iyun ayına qədər mübahisə predmeti olan mənzildə yaşamışdır. 2021-ci ilin iyun ayından toyu olanadək - 2024-cü ilin aprel ayına qədər qardaşının bağışladığı mənzildə yaşamışdır. Mübahisə mənzil yalnız onun olubdur. Oğlunun həmin mənzillə bağlılığı qalmayıbdır. Hazırda mübahisə predmeti olan mənzildə təmir gedir, təmir bitməyib, yaşayış üçün şəraiti yoxdur. İddiaçı bir müddət əvvəl gəlmiş və mənzildə yaşadığını göstərmək üçün həmin mənzilə girmişdir. Təmirdə oğlu iştirak etməyibdir. Hazırda təmir dayandırılıbdır. Müəyyən qədər təmir işləri aparılıbdır. Təmir barədə özü qərar vermişdir. Hazırda mənzilə ehtiyacı olmadığı üçün təmir etməyə tələsmir. İddiaçı cəmi 1 il əmək fəaliyyəti ilə məşğul olub, banka borcu var. Mənzili təmir etmək üçün resursu yoxdur. Oğlunun arvadı cehiz ala bilmədiyi üçün bağda yaşamağı xahiş etmişdir. İddiaçı mübahisə predmeti olan mənzildən öz xoşu ilə getmişdir. Təmir 2024cü ilin yanvar ayında başlamış, mübahisəli mənzillə bağlı 2001-ci ildə order verilmişdir. Təxminən 2013-2014-cü ildə mənzili özəlləşdirmişdir. Oğlu 2022-ci ilin aprel ayında qardaşının bağışladığı mənzilə köçmüşdür. Oğlu İddiaçı ona qarşı etik olmayan hərəkətlər olduğu üçün bağından çıxarmışdır. Mübahisə predmeti olan mənzil birgə gəlir hesabına əldə olunmayıb, maliyyə arayışı yoxdur. İş yerindən koorporativin verdiyi mənzildir. Oğlunun mübahisə predmeti olan mənzildə yaşamasına icazə vermişdir, lakin o, arvadı ilə gəlib yaşamaq istədi. O, buna razı olmadı. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin və qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın rədd edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisə predmeti olan mənzilə həmişə sərbəst giriş-çıxışı olub, orada yaşamışdır. Qarajın açarı da onda olubdur. Əşyaları hələ də o mənzildədir. Anası və qardaşının yaşadığı mənzilin ona aidiyyəti yoxdur. Həmin mənzili əmisi qardaşına bağışlayıbdır. Toy ərəfəsində toydan sonra mənzilə köçmək üçün mənzili təmir ediblər. Lakin təmiri bitirə bilməyiblər. Buna görə də, təmir bitənədək atasının bağında yaşamışlar. Hazırda o bağda heç kim yaşamır, atası başqa bağda yaşayır. 2022-ci ilin sonlarında təmir başladığı üçün mənzildən çıxmışdır. Qardaşına mənzil bağışlanandan sonra bəzən orada, bəzən də mübahisəli mənzildə yaşamışdır. Təmirlə əlaqədar mənzildə olan bütün əşyaları qaraja yığmışdır. Təmir zamanı mənzilə gəlib-getmişdir. Bəzi xərcləri o qarşılamışdır. Atası onun həmin mənzildə yaşamağını istəmədiyi üçün təmiri dayandırmışdır. Bağda yaşadıqları vaxt atası səs yazıcı cihazla ailə söhbətlərini dinləyib, onunla bağlı müəyyən fikirlərin səsləndiyini eşidib, eyni zamanda, bilib ki, avtomobili satmaq istəyir. Bu səbəbdən atası qərəzli şəkildə mənzildə yaşamağına mane olur. Mübahisə predmeti olan mənzildən qardaşının mənzilinə 2022-ci ilin oktyabr ayında köçmüşlər. Toy ərəfəsi idi, mənzil təmir edilməli idi. Bu səbəbdən mənzildən çıxıb qardaşının mənzilinə köçmüşlər. Qardaşına 2 mənzil bağışlanmayıbdır. 1 otaqlı və 2 otaqlı mənzillər bir mənzilə birləşdirilib, bir qapısı var. Onun başqa yaşayış yeri yoxdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında cavabdeh cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, oğlunun köçüb mənzildə yaşamasına etiraz etmir. Digər oğluna hədiyyə edilən mənzili əmisi deyil, atası alıb. 2 mənzil bağışlanmayıb. Mənzil 1 və 2 otaqlı, 2 mənzilin birləşməsindən ibarətdir. Mübahisə predmeti olan mənzil də digər oğluna qaldığı üçün əmlak bölgüsü üçün daha əvvəl müraciət etməmişdir. Mübahisə predmeti olan mənzildə hazırda yaşamaq mümkün deyil. Təmir üçün bir az iş görülüb. Lakin su xətləri və s. cavabdeh cavabdeh2 tərəfindən sındırılıb ki, orada heç kim yaşaya bilməsin. Oğlu evlidir, körpə uşağı var, yaşamağa heç bir yeri yoxdur. cavabdeh2la nikahları 2021-ci ilin dekabr ayında pozulub. 2022-ci ilin oktyabr ayında oğlu nişanlandı, mənzili təmir etmək üçün evdən çıxaraq digər oğlunun mənzilinə köçdülər. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. ##.##.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; 53-cü maddəsinin ikinci hissəsinə əsasən həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar; 53-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 53-cü maddənin dördüncü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir; 54-cü maddəsinin ikinci hissəsinə əsasən həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir; 54-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına görə ## ######## 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianı təmin edilməsi xahiş olunduğundan qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə hər hansı əsas yoxdur.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, cavabdeh2 ilə cavabdeh1 birgə nikahlarından X1 və İddiaçı doğulmuşdur. Mübahisəli mənzil ##.##.2001-ci il tarixli order əsasında ailə üzvləri ilə birlikdə (arvadı və oğulları) cavabdeh2 verilmişdir. İddiaçı doğulduğu gündən 2022-ci ilin sonlarına kimi həmin mənzildə yaşamışdır.

30. Məhkəmə kollegiyası ilk və qarşılıqlı iddia ilə bağlı ilk növbədə qeyd edir ki, hər iki tələb bir-birini istisna edən tələblərdir və bir iddianın təmin edilməsi, digərinin rədd edilməsini şərtləndirir.

31. Bu kontekstdə məhkəmə kollegiyası vurğulayır ki, mübahisəli mənzildən istifadə edilməsi ilə bağlı ilk və qarşılıqlı iddiaçı arasında münasibətlər ##.##.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından da bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir.

32. Bu baxımdan məhkəmə kollegiyası ilk idda üzrə iddiaçının mübahisəli mənzilə köçürülməsi məsələsinə qiymət verməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinin araşdırılmasının zəruriliyini, habelə mənzillə bağlı mübahisəli hüquq münasibətlərinin 2009-cu ildən əvvəl yaranmasını və bu baxımdan hazırki mübahisənin ##.##.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməli olmasını nəzərə alıb, vurğulayır ki, İddiaçı atası cavabdeh2 razılığı ilə həmin mənzildə yaşamışdır. Bu baxımdan onun mənzildən istifadə hüququ yaranmışdır.

33. İlk iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Mədinə Dilbazova ilə nikaha daxil olmuşdur. İlk idddiaçı nikahdan əvvəl mənzili təmir etmək məqsədi ilə əmisi tərəfindən qardaşına bağışlanılmış mənzilə köçmüş, mənzilin təmir edilməsi yekunlaşmadığı üçün nikahdan sonra atasına məxsus bağ evinə köçərək, orada yaşamış və 2025-ci ilin yay aylarında atası cavabdeh2 tərəfindən ailəsi ilə birlikdə bağ evindən çıxarılmışdır.

34. Onun nikaha daxil olduqdan sonra ailəsi ilə birlikdə atası cavabdeh2 razılığı ilə sonuncunun bağ evinə köçürülməsi onların arasında olan ailə bağlarının kəsilməməsinə, eyni zamanda, İddiaçı hər hansı başqa yaşayış sahəsinə malik olmamasına dəlalət edir. Mübahisəli mənzildə hazırda təmir işlərinin aparılması və bu işlərin yarımçıq qalaraq, dayandırılması (işin mübahisəsiz halı) İddiaçı məhz bu səbəbdən həmin mənzili tərk etməsini və mənzildə yaşaya bilməməsini təsdiq edir. Bunun əksini təsdiq edən hər hansı hal da müəyyən edilməmişdir.

35. Başqa sözlə, İddiaçı mübahisəli mənzili daimi əsaslarla, bu yaşayış sahəsinə olan ehtiyacının aradan qalxması səbəbindən deyil, həmin mənzildə təmir işlərinin aparılması səbəbindən tərk etmişdir. Həmin mənzilin mülkiyyətçisi olan atası cavabdeh2 da bu halı nəzərə alaraq, onu müvəqqəti olaraq mülkiyyətində olan başqa əmlaka – bağ sahəsinə köçürmüşdür. Bağ evini də yaşayış sahəsi ilə bağlı ehtiyacının aradan qalxması səbəbindən deyil, atasının, yəni mülkiyyətçinin təkidi ilə tərk etmişdir. Bunun həqiqi səbəbi də atası cavabdeh2 bağ evinə quraşdırılmış qulaq asma cihazı vasitəsi ilə oğlu İddiaçı və ailəsinin onun ünvanına müəyyən fikirlərin söyləməsi olmuşdur. Cavabdeh cavabdeh2 özü də izahatında oğlunun mübahisəli mənzildə yaşamasına icazə verdiyini, lakin onun arvadı ilə mənzildə yaşamaq istədiyi üçün buna razı olmadığını qeyd etmişdir. Qeyd edilənlər İddiaçı mübahisəli mənzildən istifadə hüquqlarının olduğunu, onun bu yaşayış sahəsini daimi əsaslarla deyil, təmir işlərin aparılması səbəbindən tərk etdiyini təsdiq edir. Bu da öz növbəsində belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən rədd edilməlidir.

36. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, digər cavabdeh, yəni İddiaçı anası cavabdeh1 oğlunun mübahisəli mənzildə yaşamasına etiraz etmir. Lakin yuxarıda göstərilənlər ilk iddianın əsaslı, qarşılıqlı iddianın isə əsassız olmasını təsdiq etdiyindən məhkəmə kollegiyası mübahisəyə bu prizmadan da hüquqi qiymət verilməsinə hər hansı zərurət görmür.

37. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar