Məhkəmə qərarları › İş №e-2(3-6)-1697/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1697/2026

13.05.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1697/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı Məhəmmədli İlkin Nazir oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Məhəmmədli İlkin Nazir oğlu cavabdeh Cavabdeh qarşı ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə dəbbə pulunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı Məhəmmədli İlkin Nazir oğlunun cavabdeh Cavabdeh qarşı ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə dəbbə pulunun tutulması barədə mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan Məhəmmədli İlkin Nazir oğlu tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Məhəmmədli İlkin Nazir oğlunun lehinə təmin olunan hissə, yəni Cavabdeh Məhəmmədli İlkin Nazir oğlunun xeyrinə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 manat məbləğində pulun tutulmasının əsasında dövr ilə hazırki işdə irəli sürülmüş iddianın əsasında dövr eyni deyildir. Belə ki, Səbail Rayon Məhkəməsinin qətnaməsində müəyyən edilmiş ##.##.2023– ##.##.2023-cü il dövrü üzrə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 manat məbləğində dəbbə pulu məbləği iddiaçının iddia ərizəsinə əlavənin təqdim etdiyi sonuncu hazırlıq iclasının keçirildiyi tarix- ##.##.2024-cü il tarixinədək hesablanmışdır. Həmin hissədə qətnamə qanuni qüvvəsini almışdır. Hazırki mübahisələndirilən məbləğ isə, ##.##.2024-cü il tarixdən (əmək haqqının ödənildiyi) ##.##.2025-ci il tarixlər arasındakı gecikmənin faktiki davam etdiyi növbəti dövr üzrə hesablanılmışdır. Bununla bağlı hər hansı məhkəmə icraatı olmamış, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı da olmamışdır. Göründüyü kimi, məhkəmə hazırki qərardadı çıxararkən müəyyən etdiyi halı mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu sübut edən heç bir dəlil olmamasına baxmayaraq, məhkəmə pozuntuya yol verərək qeyd olunan qərardadı çıxarmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, iddiaçı Məhəmmədli İlkin Nazir oğlu məhkəməyə vəsatət ünvanlayaraq, şikayətə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı Məhəmmədli İlkin Nazir oğlunun vəsatətini nəzərdən keçirərək, vəsatətin təmin edilməsini məqsədəuyğun hesab etməmişdir. Məhkəmə kollegiyası tərəfindən işə yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Birinci instansiya məhkəməsi mülki işin icraatına xitam verərkən ona istinad etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın (dəbbə pulu) tutulmasına dair iddiaçı İ.Məhəmmədlinin tələbinə hüquqi qiymət verilmiş, həmin hissələrdə tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, iddiaçı Məhəmmədli İlkin Nazir oğlu cavabdeh Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın, əmək haqqı gecikdirilməsinə görə dəbbə pulunun, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Məhəmmədli İlkin Nazir oğlu ilə Cavabdeh arasında bağlanılmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinə ##.##.2023-cü il tarixdən xitam verilməsi, Cavabdeh Məhəmmədli İlkin Nazir oğluna ##.##.2023- cü il tarixdən ##.##.2023-cü il tarixədək olan müddət üçün ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesab verilmə vəzifəsi həvalə edilməsi, Cavabdeh Məhəmmədli İlkin Nazir oğlunun xeyrinə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 manat məbləğində pul tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh Məhəmmədli İlkin Nazir oğlunun xeyrinə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 manat məbləğində pulun tutulmasının əsasındakı dövr ilə hazırki işdə irəli sürülmüş iddianın əsasında dövr eyni deyildir. Belə ki, Səbail Rayon Məhkəməsinin qətnaməsində müəyyən edilmiş ##.##.2023–##.##.2023-cü il dövrü üzrə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 manat məbləğində dəbbə pulu məbləği iddiaçının iddia ərizəsinə əlavənin təqdim etdiyi sonuncu hazırlıq iclasının keçirildiyi tarix-##.##.2024-cü il tarixinədək hesablanmışdır. Həmin hissədə qətnamə qanuni qüvvəsini almışdır. Hazırki mübahisələndirilən məbləğ isə, ##.##.2024-cü il tarixdən (əmək haqqının ödənildiyi) ##.##.2025-ci il tarixlər arasındakı gecikmənin faktiki davam etdiyi növbəti dövr üzrə hesablanılmışdır. Bununla bağlı hər hansı məhkəmə icraatı olmamış, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı da yoxdur. Göründüyü kimi əvvəl qanuni qüvvəsini almış qətnamə ilə təmin edilən mübahisənin predmeti ilə hazırkı iddia tələbinin predmeti tamamilə fərqlidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı Məhəmmədli İlkin Nazir oğlu cavabdeh Cavabdeh qarşı "ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə dəbbə pulunun tutulması" tələbinə dair iş üzrə icraatı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması əsası ilə xitam verməkdə haqlı olmamışdır. Bu səbəbdən iddiaçı Məhəmmədli İlkin Nazir oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Məhəmmədli İlkin Nazir oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar