Məhkəmə qərarları › İş №e-2(3-6)-1700/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1700/2026

07.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1700/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı3, X4 və iddiaçı1 cavabdeh Cavabdeh X5rşı “söküntü işlərinin dayandırılması, binanın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə, iddiaçı Cavabdeh X10 cavabdehlər X4 və iddiaçı3 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və əvəzində yeni mənzil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayətdən imtina edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh X5 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Iddiaçılar iddiaçı3, X4 və iddiaçı1 cavabdeh Cavabdeh X5rşı “söküntü işlərinin dayandırılması, binanın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə və iddiaçı Cavabdeh X10 cavabdehlər X4 və iddiaçı3 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və əvəzində yeni mənzil verilməsi tələbinə dair mülki iş üzrə məhkəməyə müraciət etmişlər. Hər iki mülki iş bir icraatda birləşdirilmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat iddiaçı X4 cavabdeh Cavabdeh X5rşı “tikintikinin aparılması ilə bağlı sərəncamın ləğv edilməsi” tələbinə dair *-*(***)- *****/**** saylı inzibati iş üzrə yekun qərar qüvvəyə minənədək dayandırılmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh X5 tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Şikayət üzrə apellyasiya icraatı mümkün hesab edilərək şikayətə yazılı icraat qaydasında baxılması ## ### 2026-cı il tarixə təyin olunmuşdur.

Tətbiq edilən hüquq normaları:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur.

6. Həmin Məcəllənin 398.0.4-cü maddəsində qeyd edilir ki, qərardaddan verilmiş şikayətdən imtina olunduqda apellyasiya instansiyası məhkəməsinin apellyasiya icraatına xitam vermək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh X5 tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.

8. Belə ki, cavabdeh QuliCavabdeh X5 ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq hazırki iş üzrə qarşı tərəflə məhkəmədən kənar qaydada razılığa gəldiklərini, eyni zamanda iddiaçıya məxsus mənzilin özgəninkiləşdirildiyini, qeyd olunanları nəzərə alaraq şikayətini geri götürürdüyünü bildirmiş, məhkəmənin qərardadından verdikləri şikayətə baxılmadan şikayət üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.

9. Göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh X5 tərəfindən verilmiş şikayətdən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir.

10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh X5 tərəfindən verilmiş şikayətdən onun imtinası qəbul edilsin apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar