Məhkəmə qərarları › İş №e-2(3-6)-1825/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1825/2026

02.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1825/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər X2, cavabdeh3, cavabdeh4, İsmayılova Sima Şirin qızına və Quliyev İsmayıl Şirin oğluna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbulu ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi) Hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər X2, cavabdeh3, cavabdeh4, İsmayılova Sima Şirin qızına və Quliyev İsmayıl Şirin oğluna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdehlər X2 (notarius), cavabdeh4, cavabdeh3, İsmayılova Sima Şirin qızına və Quliyev İsmayıl Şirin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən ##.##.2022-ci il tarixdə, 8İ-5364 nömrə ilə qeydiyyata alınmış cavabdeh3 ərizəsinin, ##.##.2022-ci il tarixli, V-63\**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ##.##.2022-ci il tarixli, V-**/*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evinin tam hissəsinə cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka daxil olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 101,5 kv.m olan bağ evinin və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 1/5 hissəsi üzərində İddiaçı, 1/5 hissəsi üzərində cavabdeh3, 1/5 hissəsi üzərində cavabdeh4, 1/5 hissəsi üzərində İsmayılova Sima Şirin qızının, 1/5 hissəsi üzərində Quliyev İsmayıl Şirin oğlunun hər birinin ayrıayrılıqda miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən ##.##.2022-ci il tarixdə 8İ-5364 nömrə ilə qeydiyyata alınmış cavabdeh3 ərizəsinin, ##.##.2022-cu il tarixli, V63\**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ##.##.2022-ci il tarixli, V-63\**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evinin tam hissəsinə cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka daxil olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 101,5 kv.m olan bağ evinin və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 1/5 hissəsi üzərində İddiaçı, 1/5 hissəsi üzərində cavabdeh3, 1/5 hissəsi üzərində cavabdeh4, 1/5 hissəsi üzərində İsmayılova Sima Şirin qızının, 1/5 hissəsi üzərində Quliyev İsmayıl Şirin oğlunun hər birinin ayrı-ayrılıqda miras paylarının müəyyən edilməsi, iddiaçı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,****A saylı bağ evinə köçürülməsi və bağ evindən istifadəsinə görə yaradılan maneənin cavabdehlərə qadağan edilməsi, miras qoyan Quliyev Şirin İsmayıl oğlunun “xxxx” ASC-nin hesabında olmuş, miras kütləsinə daxil olan, lakin cavabdehlər tərəfindən hesabdan çıxarılmış 9741,59 manat pul vəsaitinin 1/5 hissəsi olan 1948,31 manat üzərində iddiaçının miras paylarının müəyyən edilməsi və pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan Quliyev Şirin İsmayıl oğlu ##.##.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Miras qoyan Quliyev Şirin İsmayıl oğlunun X4 ilə birgə nikahından ##.##.1983-cü ildə iddiaçı İddiaçı doğulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi miras qoyan Quliyev Şirin İsmayıl oğlunun mülkiyyətində olmuşdur. ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı ünvanında yerləşən bağ evi və torpaq sahəsində cavabdeh3 tam miras payı almışdır. cavabdeh3 tərəfindən notariat ofisinə yazılmış ##.##.2022-ci il tarixli ərizədə digər vərəsələr gizlədilmişdir. Cavabdeh cavabdeh3 ərizəsində göstərmişdir ki, özündən başqa vərəsə sadəcə İsmayılova Sima Şirin qızı və Quliyev İsmayıl Şirin oğludur. Halbuki, miras qoyan Quliyev Şirin İsmayıl oğlunun vərəsələri sırasına övladları İddiaçı, cavabdeh4, İsmayılova Sima Şirin qızı, Quliyev İsmayıl Şirin oğlu və arvadı cavabdeh3 daxildir. İddiaçı miras qoyan şəxsin birinci növbəli vərəsəsidir, məcburi pay hüququna malik olan şəxs olmasına baxmayaraq, notarius təfərindən məcburi pay hüququ olan şəxslərin dairəsi yoxlanmamış, miras kütləsinə daxil olan əmlakın sənədləri və digər sənədlər iddiaçıdan gizlədilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddianın qismən təmin edilməsi, Bakı şəhəri ** saylı Notariat Ofisinin notariusu X2 tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, V**/**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ##.##.2022-ci il tarixli, V-**/**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evinə dair cavabdeh3 adına verilmiş ****** saylı çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 101,5 kv.m olan bağ evinin və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən 0,12 ha olan torpaq sahəsinin 1/5 hissəsi üzərində İddiaçı, 4/5 hissəsi üzərində cavabdeh3 miras paylarının müəyyən edilməsi, iddiaçı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1197A ünvanında yerləşən bağ evinə köçürülməsi və həmin bağ evindən istifadəsinə maneələr yaradılmasının cavabdehlər cavabdeh3, cavabdeh4, İsmayılova Sima Şirin qızına və Quliyev İsmayıl Şirin oğluna qadağan edilməsi, cavabdeh cavabdeh3 814,3 (səkkiz yüz on dörd manat, otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun cavabdehlər cavabdeh3, cavabdeh4, İsmayılova Sima Şirin qızı və Quliyev İsmayıl Şirin oğlundan tutularaq iddiaçı cavabdeh3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının mirasın açıldığı vaxt qüvvədə olan, miras əmlakın qəbulu ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürmüş olmasına baxmayaraq, məhkəmə hesab etmişdir ki, ##.##.2022-ci il tarixdə vəfat etmiş Quliyev Şirin İsmayıl oğlunun ölümündən uzun müddət keçməməsi, cavabdehlər tərəfindən digər birinci növbə vərəsənin mövcudluğunun gizlədilməsi və notarius tərəfindən mərhumun vərəsələrinin tam dairəsinin araşdırılmaması nəzərə alınarsa, iddiaçının vərəsəlik hüququndan məhrum edilərək bütün miras əmlakın digər vərəsələrə keçməsi ədalətli olmamaqla yanaşı, iddiaçının Konstitusiya ilə təminat altına alınan vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd edilənlər baxımından məhkəmə hesab etmişdir ki, miras əmlakın qəbulu ilə bağlı buraxılmış müddət üzrlü səbəblərdən ötürülmüşdür. Məhkəmə iddia tələbinin ##.##.2022-ci il tarixdə, 8İ-5364 nömrə ilə qeydiyyata alınmış cavabdeh3 ərizəsinin, Bakı şəhəri ** saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, V 63\**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh cavabdeh3 bəhsi gedən ərizədə özündən başqa Quliyev Şirin İsmayıl oğlunun vərəsələri qismində İsmayılova Sima Şirin qızını və Quliyev İsmayıl Şirin oğlunu göstərmiş, İddiaçı adını çəkməməklə, onun mövcudluğunu gizlətmişdir. Bütün övladları paylarından onun xeyrinə imtina etdiyindən, cavabdeh3 miras əmlak üzərində qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Göründüyü kimi notarius tərəfindən də vərəsələrin dairəsi düzgün müəyyən edilməmiş və digər vərəsə- İddiaçı nəzərə alınmamış, bununla da iddiaçı qanun üzrə vərəsə kimi tanınmadan vərəsəlikdən kənarda qalmışdır. Mövcud iş üzrə cavabdeh3 notariat orqanına təqdim etdiyi məlumatın, yəni İsmayılova Sima Şirin qızı və Quliyev İsmayıl Şirin oğlundan başqa vərəsənin olmaması haqqında məlumatın həqiqətə uyğun olmaması işin mübahisəsiz halıdır. Lakin ərizənin verilməsi və ya onun geri götürülməsi hüququ yalnız onu verən şəxsə məxsus olduğundan, iddiaçının ərizənin etibarsız hesab edilməsi tələbinin hər hansı hüquqi əsası mövcud deyildir. Cavabdeh ərizəsində İddiaçı mövcudluğunu gizlətməsi ilə notariat orqanını yanıldaraq vərəsəlik hüququnu təkbaşına rəsmiləşdirmiş, bu isə digər birinci növbə vərəsənin, yəni hazırki iş üzrə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. İş üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ sahəsinin tam hissəsinə dair cavabdeh3 ****** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi əsası qismində ##.##.2022-ci il tarixli, V-63\**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə çıxış etmişdir. Hazırda məhkəmə həmin şəhadətnamənin etibarsızlığı qənaətinə gəldiyindən, adı çəkilmiş əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas aradan qalxmış olur. Bu səbəbdən cavabdehin adına verilmiş çıxarış hüquqi qüvvəyə malik deyildir və ləğv olunmalıdır. Məhkəmə ilk növbədə miras aktivinə daxil olan və barəsində vərəsələrin paylarının müəyyənləşdirilməsi tələb olunan daşınmaz əşyaların, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 101,5 kv.m olan bağ evinin və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsini zəruri hesab edir. Çünki miras əmlaka daxil olan daşınar və ya daşınmaz əşyanın birgə nikah dövründə əldə edilməsi vərəsələrə çatacaq payların nisbətinə birbaşa təsir edir. Hazırki iş üzrə mübahisələndirilən bağ sahəsi Quliyev Şirin İsmayıl oğlu ilə cavabdeh3 birgə nikahda olduqları dövrdə Quliyev Şirin İsmayıl oğlunun adına özəlləşdirilmiş, Bakı şəhəri Bağlar İdarəsinə ünvanlanmış ərizəsində isə cavabdeh3 bağ sahəsinin həyat yoldaşı Quliyev Şirin İsmayıl oğlunun adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin, məhkəmə iclasında cavabdeh cavabdeh3 bağ sahəsi üzərində hər hansı tikili inşa etmədiklərini, 1990-cı illərdə hansı qaydada almışdılarsa həmin vəziyyətdə də qaldığını bildirmişdir. Sözügedən bağ sahəsi ər-arvadın birgə mülkiyyəti kimi deyil, mərhum Quliyev Şirin İsmayıl oğlunun fərdi mülkiyyəti kimi qiymətləndirilməlidir. Bu baxımdan vərəsələrin daşınmaz əşyalar üzərində payları əmlakın tam hissəsi üzərində müəyyən edilməlidir. ##.##.2022-ci il tarixdə vəfat etmiş miras qoyan Quliyev Şirin İsmayıl oğlunun övladları İddiaçı, cavabdeh4, İsmayılova Sima Şirin qızı, Quliyev İsmayıl Şirin oğlu və arvadı cavabdeh3 (5 vərəsə) mərhumun qanun üzrə birinci növbə bərabər pay hüquqlu vərəsələri sayılırlar. Vərəsələrdən cavabdeh4, İsmayılova Sima Şirin qızı və Quliyev İsmayıl Şirin oğlu miras paylarından anaları cavabdeh3 xeyrinə imtina etmişlər. Bu baxımdan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 101,5 kv.m olan bağ evi və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi üzərində iddiaçının 1/5 hissədə, cavabdeh cavabdeh3 isə 4/5 hissədə miras payları müəyyənləşdirilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdehlər X2, cavabdeh3, cavabdeh4, İsmayılova Sima Şirin qızına və Quliyev İsmayıl Şirin oğluna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürməklə məhkəmədə mülki iddia qaldırmasına düzgün hüquqi qiymət verməmiş, bu halı əsassız olaraq üzrsüz hesab etmişdir. Bundan əlavə, iddiaçı iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, güya iddiaçının atasının ölümündən gec məlumatlı olmuş, ona bu barədə yaxınları tərəfindən hər hansı məlumat verilməmiş və miras əmlakın olması barədə cavabdehlər tərəfindən ona məlumat verilməmişdir. Məhkəmə iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun təqdim edilməməsinə baxmayaraq, əsassız olaraq iddiaçı tərəfindən ötürülmüş iddia müddətini üzrlü hesab etmişdir. Məhkəmə müddətin ötürülməsi barədə mövqeyini hüquqi cəhətdən əsaslandırmamışdır. Yalnız iddiaçının əsas gətirdiyi fikri təkrarlamaqla qərar qəbul etmişdir. Hazırki mübahisədə iddiaçının atasının ölməsi barədə məlumatın olmaması və vərəsəlik işinin açılmasında xəbərsiz olması iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməzdi. Göründüyü kimi iddiaçı bir övlad kimi atasının sağlığında onunla maraqlanmamış, ona sağılığında qayğı, quluq göstərməmiş və bir övlad kimi atasının əziyyətini çəkməmişdir. Bu hal atası rəhmətə getdikdən sonra da davam etmiş, onun dəfnində iştirak etməmiş və dəfn xərclərini qarşılamamışdır. Bundan əlavə, məhkəmə tərəfindən iddiaçının atasının ölümündən nə vaxt xəbərdar olması barədə məhkəməyə sübut təqdim edə bilməməsi faktını da nəzərə almamışdır. İddiaçı atası Quliyev Şirin İsmayıl oğlunun ölümündən xəbərdar olmuşdur. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir, məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Məhkəmə, eyni zamanda, müddətin ötürülməsi barədə mövqeyini Mülki Məcəllənin 1248.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Mülki Məcəllənin həmin maddəsi Azərbaycan Respublikasının ## #### 2025-ci il tarixli, ***-VIQD nömrəli Qanunu ilə ləğv edilmişdir. Belə olan halda qanunvericiliyin bu norması hal-hazırda məhkəmədə olan mübahisəyə tətbiq edilə bilməzdi. Çünki mübahisə yaranan zaman bu norma qüvvədə olmuşdur. Məhkəmə iddia müddətinin ötürülməsini üzrlü hesab edib qərar qəbul etsəydi məhkəməyə təqdim edilən sübutları araşdırmalı və onun əsasında qərar qəbul etməli idi. Belə ki, miras qoyan Quliyev Şirin İsmayıl oğlu ##.##.1986-cı ildə cavabdeh3 ilə birgə nikaha daxil olmuşdur. Quliyev Şirin İsmayıl oğlu cavabdeh3 ilə birgə nikahda olduğu müddətdə Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə İdarə adlanacaq Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə ****a nömrəli bağ sahəsinə dair ***** nömrəli, ##.##.1993-cü il tarixli "Bağın icarəyə verilməsi haqqında" icarə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ****a nömrəli 0.12 ha bağ sahəsi "İcarədar" Quliyev Şirin İsmayıl oğlunun icarəsinə verilmişdir. Miras qoyan və onun ailə üzvləri 1993-cü ildən həmin bağ sahəsindən əvəzi ödənilməklə təsərrüfat ehtiyaclarının qarşılanması üçün istifadə etmişdilər. Bundan sonra, 2000-ci ildə miras qoyan Quliyev Şirin İsmayıl oğlu ***** nömrəli, ##.##.1993-cü il tarixli "Bağın icarəyə verilməsi haqqında" icarə müqaviləsi əsasında ona icarəyə verilmiş ****a nömrəli bağ sahəsini dəyərini ödəməklə özəlləşdirmiş və buna dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ***** nömrəli, ##.##.2004-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan miras qoyan Quliyev Şirin İsmayıl oğlu tərəfindən 1197a bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsində bağ evi tikilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1197 A saylı bağ evinə dair RX seriyalı, ******* nömrəli, ##.##.2017-ci il tarixli çıxarış alınmışdır. Göründüyü kimi, miras qoyan Quliyev Şirin İsmayıl oğlu yuxarıda qeyd olunan bağ sahəsini cavabdeh3 ilə birgə nikahda olduğu müddətdə dəyəri ödənilməklə əldə etmiş və sonradan isə həmin bağ sahəsində bağ evini tikmişdir. Bu fakt onu sübut edir ki, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir və sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Lakin bu sübutlar məhkəməyə təqdim olunsa da, məhkəmə bu sübutları araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız iddiaçı tərəfindən məhkəməyə verdiyi şifahi izahatlar əsasında qərar qəbul etmiş, sözügedən bağ sahəsini ər-arvadın birgə mülkiyyəti kimi deyil, mərhum Quliyev Şirin İsmayıl oğlunun fərdi mülkiyyəti kimi qiymətləndirmiş, bu baxımdan vərəsələrin daşınmaz əşyalar üzərində paylarını əmlakın tam hissəsi üzərində müəyyən edilməsi bardə qənaətə gəlmişdir. Məhkəmə bu mövqeyini belə əsaslandırmışdır ki, güya əmlak birgə nikah dövründə əvəzsiz olaraq əldə edilmişdir, lakin buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş və məhkəmə tərəfindən bu hal araşdırılmamışdır. Məhkəmə bu qənaətini hüquqi cəhətdən əsaslandırmamış, yalnız bir cümlə ilə yanlış mövqeyini nümayiş etdirmişdir. Nəzərə almaq lazım idi ki, həmin əmlak birgə nikah dövründə ailənin ümumi gəlirləri hesabına əldə olunmuş pul hesabına əvəzi ödənilməklə əldə edilmiş, sonrakı dövrlərdə özəlləşdirilmiş və üzərində tikili aparılmışdır. Lakin məhkəmə təqdim edilmiş bu sübutlara qərəzli yanaşmış və onları düzgün tədqiq etməmişdir. Bu da cavabdeh cavabdeh3 məhkəmə tərəfindən qorunmalı olan hüquqlarını kobud şəkildə pozmuş və onun vəziyyətini ağırlaşdırmışdır. Bundan başqa, məhkəmə qətnaməsinin cavabdeh cavabdeh3 814,3 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində də məhkəmə düzgün mövqeyə gəlməmişdir. Həmin hissədə də ədalətli qərar qəbul etməmişdir. Göründüyü kimi məhkəmə əsassız və qeyri-obyektiv qərar qəbul etməklə miras qalan ümumi birgə mülkiyyətə daxil olan əmlakdan cavabdeh cavabdeh3 çatası əmlak hissəsinə dair qərar qəbul etməklə cavabdehin konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bununla da məhkəmə Azərbaycan Respublikası Mülki Məcələsinin 1162-ci maddəsinin və Ailə Məcələsinin 32.1, 32.2.2 və 35-ci maddələrinin tələblərini kobud şəkildə pozmaqla qeyri-obyektiv qərar qəbul etmişdir. Qətnamə işə aid edilən və mötəbər hesab edilən sübutlarla təsdiq olunan faktlara əsaslanmamışdır. Halbuki, işdə olan sübutlarla aydın olur ki, mirasqoyan Quliyev Şirin İsmayıl oğlu miras qalan əmlakı birgə nikah dövründə, ailənin ümumi gəlirləri hesabına dəyəri ödənilməklə əldə edilmişdir. Bundan əlavə, iddiaçı qanunvericiliklə müəyyən olunmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bu fakta da məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı atası Quliyev Şirin İsmayıl oğlunun ölümündən xəbərdar olmuşdur. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, iddiaçının əsassız və yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Cavabdehin xeyrinə məhkəməyə təqdim edilmiş sübutlara isə ümumilikdə heç bir qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qanunvericilikdə ləğv olunan normaya istinad etməklə düzgün olmayan qətnamə çıxarmışdır. İddiaçı miras qoyanın birinci nikahından olan övladıdır və mütəmadi olaraq, atasının sağlığında onunla ünsiyyətdə olmuşdur. Belə olan halda, iddiaçının atasının ölməsindən məlumatlı olmaması ağlabatan deyil. İddiaçı hazırki tələbini iddia müddətini ötürməklə irəli sürsə də, birinci instansiya məhkəməsi bu hala düzgün qiymət verməmişdir. İddiaçı atasının vəfatından konkret olaraq nə vaxt məlumatlı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı mərhum atasının yas mərasimində iştirak etməmiş, hətta onun sağlığında da qayğısına qalmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində aparılan icraat üzrə məhkəmə iclasında şəxsən iştirak edərək, atasının ölümündən məlumatlı olmadığını təsdiq etmişdir. Miras əmlakın predmetini təşkil edən bağ evinə dair iddiaçının payı müqabilində ona pul vəsaiti ödənilməsi və bu məqsədlə bağ evinə dair qiymətləndirmə aparılması cavabdehlərə təklif olunsa da, bağ evinə baxış üçün şərait yaradılmamış və nəticədə heç bir razılıq əldə olunmamışdır. Hətta, cavabdehlər iddiaçının payı müəyyən olunduğu təqdirdə belə, ona həmin bağ evində yaşamağa şərait yaratmayacaqlarını da bildirmişlər. Cavabdeh cavabdeh3 mərhum həyat yoldaşının birinci nikahından və həmin nikahdan övladının olmasından məlumatlı olmasına baxmayaraq, o, vərəsəlik şəhadətnaməsi əldə etmək üçün notariusa müraciət etdiyi zaman başqa vərəsənin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdehə müraciətindən ötən 6 ay müddət ərzində də başqa vərəsənin olduğunu notariusa bildirməməsinin səbəbi barədə sual ünvalansa da, o, bu sualı cavablandırmaqdan imtina etmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

11. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Maddə 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Maddə 1325.1. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Maddə 1325.2. Notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir. Maddə 1325.3. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir. Maddə 1325.4. Hər bir miras şəriki bu Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və qətnamə cavabdeh cavabdeh3 tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə yoxlanılan hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

17. İşin halları ilə müəyyən edilir ki, IX-ЖГ seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ##.##.1983-cü il tarixdə anadan olmuşdur, atası Quliyev Şirin İsmayıl oğlu, anası X5r.

18. AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Quliyev Şirin İsmayıl oğlu ##.##.2022-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formalarından ölmüşdür.

19. ##.##.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrin surətlərindən görünür ki, cavabdeh4, Quliyev İsmayıl Şirin oğlu və İsmayılova Sima Şirin qızı atası Quliyev Şirin İsmayıl oğlundan qalmış miras payından anası cavabdeh3 xeyrinə imtina etmişlər.

20. cavabdeh3 ##.##.2022-ci il tarixli, 8İ-5364 nömrə ilə reyestrdə qeydə alınmış və notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, ##.##.2022-ci ildə cavabdeh3 əri- Quliyev Şirin İsmayıl oğlu ölmüşdür. cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ondan irs qalmış mirası qəbul etmişdir. İsmayılova Sima Şirin qızı və Quliyev İsmayıl Şirin oğlu adlı vərəsələri vardır. O, mirasın tərkibinə daxil olan bağ evindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

21. Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, V **/**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2022-ci il tarixdə vəfat etmiş Quliyev Şirin İsmayıl oğlunun vərəsəsi cavabdeh3dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 101,5 kv.m olan bağ evindən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir;- ##.##.2025-ci il tarixli AR DİN BDYPİ-nin məktubundan görünür ki, Qeydiyyat imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Quliyev Şirin İsmayıl oğlunun adında ##.##.1998-ci il tarixdən “Hyundai” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.

22. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 101,5 kv.m olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi və 0,12 ha torpaq sahəsi ##.##.2017-ci il tarixdə Quliyev Şirin İsmayıl oğlunun adına qeydiyyata alınmışdır.

23. ##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri ** saylı notariat kontorunda təsdiq edilmiş 2V-*** reyestr nömrəli, ##.##.2022-ci il tarixli daşınmaz əmlak qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ##.##.2022-ci il tarixdə cavabdeh3 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

24. “xxxx” ASC-nin Quliyev Şirin İsmayıl oğlunun adına olan hesabdan çıxarışdan görünür ki, ##.##.2022-ci il tarixdə Quliyev Şirin İsmayıl oğlunun ölümündən sonra kartına ##.##.2022-ci ildə 1492,75 manat, ##.##.2022-ci ildə 1005,34 manat, ##.##.2022-ci ildə 8190,59 manat və 75,77 manat pul mədaxil edilmişdir.

25. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ##.##.2022-ci il tarixdə vəfat etmiş Quliyev Şirin İsmayıl oğlunun “xxxx” ASC-də olan hesabına ##.##.2022ci il tarixdə 8190,59 manat məbləğində vəsait köçürülmüşdür. Həmin vəsaitin 2431,29 manat hissəsini istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, 89,30 manat hissəsini həmin ay işlənilmiş günlərin əmək haqqı, 5670 manat hissəsini isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin ölümü ilə əlaqədar orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət təşkil edir.

26. ***** nömrəli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ##.##.2004-cü il tarixdə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən bağ reyestr kitabında Quliyev Şirin İsmayıl oğlunun adına qeydiyyata alınmışdır;- Bakı şəhəri Bağlar İdarəsinə ünvanlanmış ərizələrdən görünür ki, Quliyev Şirin İsmayıl oğlu Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 1197 “a” saylı bağ evinin özəlləşdirilməsinə sərəncam verilməsini xahiş etmiş, cavabdeh3 isə bağ sahəsinin həyat yoldaşı Quliyev Şirin İsmayıl oğlunun adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.

27. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ##.##.2022-ci il tarixdə vəfat etmiş mirasqoyan Quliyev Şirin İsmayıl oğlunun ilk nikahından iddiaçı İddiaçı, sonrakı nikahından isə cavabdeh4, İsmayılova Sima Şirin qızı və Quliyev İsmayıl Şirin oğlu anadan olmuşdur. İkinci nikahdan olan övladları - cavabdeh4, İsmayılova Sima Şirin qızı və Quliyev İsmayıl Şirin oğlu atası Quliyev Şirin İsmayıl oğlundan qalmış miras payından anaları cavabdeh3 xeyrinə imtina etmişlər. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman cavabdeh3 və övladları digər vərəsənin, yəni İddiaçı olmasını gizlətdiklərini, həmçinin Bakı şəhəri ** saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən ona məlumat verilmədiyini, ümumiyyətlə atasının vəfat etməsindən məlumatlı olmadığını bildirərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, çıxarışın ləğv olunmasını və miras əmlak üzərində paylarının müəyyən edilməsini xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh3 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilir.

29. Cavabdeh cavabdeh3 mövqeyinə görə iddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüş, həmçinin mübahisəli bağ evi mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmişdir.

30. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iş üzrə iddiaçının mirasın açıldığı vaxt qüvvədə olan, miras əmlakın qəbulu ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürmüş olmasına baxmayaraq, ##.##.2022-ci il tarixdə vəfat etmiş Quliyev Şirin İsmayıl oğlunun ölümündən uzun müddət keçməməsi, cavabdehlər tərəfindən digər birinci növbə vərəsənin mövcudluğunun gizlədilməsi və notarius tərəfindən mərhumun vərəsələrinin tam dairəsinin araşdırılmaması nəzərə alınarsa, iddiaçının vərəsəlik hüququndan məhrum edilərək bütün miras əmlakın digər vərəsələrə keçməsi ədalətli olmamaqla yanaşı, iddiaçının Konstitusiya ilə təminat altına alınan vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur, miras əmlakın qəbulu ilə bağlı buraxılmış müddət üzrlü səbəblərdən ötürülmüşdür.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd edilir ki, “..Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin”.

32. Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqedən aydın olur ki, Qərar qüvvəyə minənədək yaranan vərəsəlik münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin müddəaları şamil edilir.

33. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

34. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

35. Hazırkı işin hallarından görünür ki, mirasqoyan – Quliyev Şirin İsmayıl oğlu ##.##.2022-ci il tarixdə vəfat etmiş, bundan sonra hazırda mübahisələndirilən Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, V **/**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

36. İddiaçı hazırkı ##.##.2022-ci il tarixli, V **/**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı ilə bağlı iddia tələbi ilə ##.##.2025-ci il tarixdə (3 ilə yaxın müddət keçdikdən sonra) məhkəməyə müraciət etmiş, mirasın açıldığı dövrdə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

38. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

39. Mübahisələndirilən hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələbindən görünür ki, məhkəmə, gecikdirmənin səbəbini üzrlü saydıqda mirasın qəbul edilməsi üçün müddəti uzada bilər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarında qeyd edir ki, “...Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.”

41. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi qənaətinə gəlsə də, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas olan halları qətnamədə qeyd etməmiş, belə bir qənaətə gəlməsini səbəblərini kifayət qədər əsaslandıra bilməmişdir.

42. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iş üzrə tələbi miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin bərpası barədə deyil, mərhum Quliyev Şirin İsmayıl oğlunun vəfatından sonra onun əmlakı ilə bağlı verilmiş ##.##.2022-ci il tarixli, V **/**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və sonrakı hərəkətlərin etibarsızlığı ilə bağlıdır.

43. Belə olan halda birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmaqla İddiaçı miras əmlakın qəbulu ilə bağlı müddətin ötürülməsinin üzrlü sayılaraq bərpa edilməli olması qənaətinə gəlməsi qanunvericiliyin tələbinə uyğun deyil.

44. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi ##.##.2022-ci il tarixli, V **/**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması qənaətinə gəlsə də, hazırkı işin halları ilə şəhadətnamənin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

47. Göründüyü kimi, hazırkı işin hallarından qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı qanunvericiliyin tələbinin pozulması müəyyən edilmədiyi üçün iddia tələbi həmin hissədə, həmçinin şəhadətnamənin verilməsindən sonra həyata keçirilmiş hərəkətlərin ləğvi (çıxarışın ləğvi, payların müəyyən edilməsi və s.) ilə bağlı hissədə əsassızdır.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən – yoxlanılan hissədə ləğv edilməli, iddia tələbi təmin olunan hissədə təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən - Bakı şəhəri ** saylı Notariat Ofisinin notariusu X2 tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, V**/**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ##.##.2022-ci il tarixli, V-**/**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evinə dair cavabdeh3 adına verilmiş ****** saylı çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 101,5 kv.m olan bağ evinin və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****A saylı bağ evi ünvanında yerləşən 0,12 ha olan torpaq sahəsinin 1/5 hissəsi üzərində İddiaçı, 4/5 hissəsi üzərində cavabdeh3 miras paylarının müəyyən edilməsi, iddiaçı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1197A ünvanında yerləşən bağ evinə köçürülməsi və həmin bağ evindən istifadəsinə maneələr yaradılmasının cavabdehlər cavabdeh3, cavabdeh4, İsmayılova Sima Şirin qızına və Quliyev İsmayıl Şirin oğluna qadağan edilməsi, cavabdeh cavabdeh3 814,3 (səkkiz yüz on dörd manat, otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun cavabdehlər cavabdeh3, cavabdeh4, İsmayılova Sima Şirin qızı və Quliyev İsmayıl Şirin oğlundan tutularaq iddiaçı cavabdeh3 ödənilməsi hissəsində (yoxlanılan hissədə) ləğv edilsin. İddia ərizəsi təmin olunan hissədə rədd edilsin. Apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar