Məhkəmə qərarları › İş №e-2(3-6)-1828/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1828/2026

11.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1828/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər:əmrin ləğv, işə bərpa, əmək haqqına əlavə və mənəvi zərər və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikasının Təhsil Nazirinin ##.##.2021-ci il tarixli K-*** saylı əmrin surətindən görünür ki, İddiaçı ##.##.2021-ci il tarixdən 1 il müddətinə Bakı Dövlət Universitetinin nəzdində xxxxinin direktoru vəzifəsinə təyin edilmişdir;

2. İddiaçı ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı Dövlət xxxxinin direktoru vəzifəsinə işə qəbul edilmişdir.Müqavilə 6 ay müddətinə bağlanmışdır. Işçinin əmək haqqısı 730 manat tarif haqqından, tarif haqqına 100 manat əlavədən ibarət olmuşdur.

3. ## #### 2025-ci il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmrin surətindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdən Bakı Dövlət xxxxinin direktoru vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir;

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə X12 Səhər Hidayət qızına ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ##.##.2025-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə Bakı Dövlət Universitetinin nəzdində xxxxin direktoru vəzifəsindən azad olunacağı ilə bağlı “Əmək və Məşğulluq” altsistemində məlumatlandırma bildirişi yerləşdirilmiş və həmin tarixdə qeyd olunan bildiriş poçt vasitəsilə rəhbərlik etdiyi Kollecə göndərilmişdir;

5. * nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, XV********** nömrəli sığorta olunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı vertebrobazilyar arterial sistem sindromu səbəbindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmiş, işə başlama tarixi ##.##.2025-ci il nəzərdə tutulmuşdur.

6. Mərkəzi Klinika tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, XV*********** nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı vertebrobazilyar arterial sistem sindromu səbəbindən ##.##.2025-ci il tarixdən ##.##.2025 ci il tarixədək əmək funksiyasının icrasından azad edilmişdir;

7. Mərkəzi Klinika tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, XV****OQN nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı ##.##.2025 ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmişdir;

8. İddiaçı stasionarda olmaması barədə ##.##.2025-ci il tarixli aktdan görünür ki, görüş təşkil edilmiş və görüş zamanı İddiaçı həmin stasionarda olmaması faktı müəyyən edilmişdir. Aktı S.Həmidov, Nümayəndə və İ.Ismayılova imzalamışdır. İddiaçı stasionarda olmaması faktını tibb bacısı aktı imzalamaqdan imtina etmişdir;

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin qanuna zidd olaraq xitam verilməsi ilə əlaqədar EATDAnın direktoru X4 ##.##.2025-ci il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmrinin ləğv edilməsi, onun tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma dövrü üzrə ödənişlərin ödənilməsi (işdən çıxarılma ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı məbləğində birdəfəlik ödəniş), 5 ay müddətində ödənilməmiş 7320 manat əmək haqqına əlavələrin, 5000 manat mənəvi zərərin, eləcə də mediasiya prosesi və hüquqlarının müdafiəsi ilə əlaqədar vəkil xidmətləri ilə bağlı 550 manat məbləğində çəkilmiş xərclərin qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Dövlət Universitetinin nəzdində “xxxx” X7 (bundan sonra– Kollec) direktoru vəzifəsinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin ##.##.2021 tarixli, K-*** saylı əmri ilə təyin edilmişdir. Əmək fəaliyyəti müddətində işini məsuliyyətlə və qüsursuz görmüş, barəsində hər hansı tənbeh tədbiri tədbiq edilməmişdir. Onun rəhbərliyi altında Kollecdə bir çox mühüm dəyişikliklər baş vermiş və təhsilin təşkili sistemində və yanaşmasında bir çox islahatlar aparılmışdır. Aparılmış islahatlar Kollecin bütün istiqamətlərində (akademik, təsərrüfat, kadrlar və sair) öz nəticəsini göstərməkdədir. Kollecin fəaliyyətində tam şəffaflıq təmin edilmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra Nazirlik) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (bundan sonra– EATDA) direktoru X4 ## #### 2025-ci il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir və o, tutduğu vəzifədən azad edilmişdir. Kollec ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam əsassızdır və bu səbəbdən qanuna ziddir. Belə ki, o, ## #### 2025-ci il tarixdən * nömrəli şəhər poliklinikasında ambulator müalicədə olmuş, xəstəliyi ilə əlaqədar həmin tarixdən iş yerində olmamışdır. Müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar həmin poliklinikada adına xəstəlik vərəqəsi açılmışdır. ## #### 2025-ci il tarixdən isə X17 stasionar müalicədədir. Müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar həmin xəstəxanada adına xəstəlik vərəqəsi açılmışdır. X17 stasionar müalicədə olduğu barədə EATDA-ya mütəmadi olaraq məlumat verilmiş və müvəqqəti olaraq əmək qabiliyyətini itirilməsi ilə əlaqədar həmin xəstəxanada adına açılan xəstəlik vərəqəsi EATDA-ya təqdim edilmişdir. Hazırda qüvvədə olan əmək qanunvericiliyinə əsasən (AR ƏM-in 73.2-ci maddəsi) işçi üzrlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddə ilə nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Qanunvericiliyə əsasən işçinin xəstələnməsi üzürlü səbəb hesab olunur və bu səbəbdən ## #### 2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Onun əmək müqaviləsinə daha öncə ##.##.2025ci il tarixdə eyni qaydada iş yerində olmadığı halda (xəstəliklə əlaqədar) EATDA-nın əmri ilə xitam verilmiş və həmin gün ##.##.2025-ci il tarixdə işdən çıxarılma əmri EATDA tərəfindən ləğv edilərək o, öz vəzifəsinə bərpa edilmişdir. Ona qarşı naməlum səbəblərdən qərəzli münasibət nümayiş etdirilir və ayrı-seçkiliyə yol verilmiş və bununla da nəinki hüquqları məhdudlaşdırılmış, hüquqlarından məhrum olmuşdur. Ona qarşı yönəlmiş qərəzli münasibətin və ayrı-seçkiliyin kök səbəblərini araşdırmaq və qarşısını tam olaraq almaq üçün Nazirlik tərəfindən lazımi tədbirlər görülməlidir. Eyni zamanda Kollecin nizamnaməsinin 4.11-ci maddəsinə əsasən Kollecin direktorunu yalnız Elm və Təhsil naziri vəzifəyə təyin və vəzifədən azad edir. Onun əmək müqaviləsinə xitam verilməsi EATDA nın direktorunun əmri əsasında həyata keçirilmişdir. Nə sözügedən əmrdə nə də ki, Kollecin nizamnaməsində, habelə digər sənədlərlə, o cümlədən EATDA-nın əsasnaməsində EATDA-nın direktoru bu səlahiyyətə malik olmasına dair hüquqi əsas müəyyənləşdirilməmişdir. EATDA-nın əsasnaməsinin 5.5.8-ci bəndinə əsasən EATDA-nın direktoru EATDA-nın strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir. Lakin Kollec EATDA-nın strukturuna daxil olmayan tabeliyindəki qurumlar deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında Kollecin adı qeyd edilməmişdir. Digər tərəfdən həmin qərara əsasən Nazirlik EATDA-nın strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin və digər qurumların siyahılarını təsdiq edir. Lakin o, Kollecin direktoru olaraq bu günədək Kollecin EATDA-nın strukturuna daxil olmayan tabeliyindəki qurum olması ilə bağlı Nazirliyin müvafiq qərarı ilə tanış deyil. Hətta belə qərar olsa belə, Kollecin nizamnaməsi həmin qərara uyğunlaşdıranadək onun Kollecə münasibətdə hüquqi qüvvəsi olmamalıdır. Belə ki, Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini və öz nizamanəməsini əsas tutmalıdır. Heç şübhəsiz ki, bu yanaşma Kollecin direktorunun vəzifəyə təyin olunması, eləcə də vəzifədən azad edilməsinə şamil edilir. Ümumiyyətlə EATDA Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında elm, ali və orta ixtisas təhsili sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, elmi müəssisə və təşkilatların, ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən qurumdur. Onun rəhbərinin Kollecin direktorunu vəzifəyə təyin etmək və ya vəzifədən azad etmək kimi səlahiyyəti yoxdur, bu birbaşa müəssisənin fəaliyyətinə müdaxilə və vəzifə səlahiyyətlərinin aşılması, eyni zamanda korporativ hüququn əsaslarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. EATDA-nın sözügedən əmri formasına görə əmək qanunvericiliyinə zidd olaraq rəsmiləşdirilmişdir. Əmrin mətnində işəgötürən hüquqi şəxsin adı və faktiki fəaliyyət göstərdiyi ünvanı, habelə işəgötürənin vəzifəsi doğru qeyd edilməmişdir. Belə ki, işəgötürən hüquqi şəxsin adı, yəni Kollecin adı- Bakı Dövlət Universitetinin nəzdində “xxxx” X5. Halbuki, əmrdə işəgötürən qismində EATDA qeyd olunur. Elə bu səbəbdən işəgötürən hüquqi şəxsin faktiki fəaliyyət göstərən ünvanı da səhv göstərilmişdir. Sözügədən əmrin ona çatdırılması qüvvədə olan prosessual qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir. Qanuna əsasən əmr rəsmi qaydada deyil elektron məktub vasitəsilə ##.##.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə” qaydalarına əsasən bizə ödənilən vəzifə maaşının 2 (iki) mislindən çox olmamaqla ödənilən aylıq əlavələr 2025-ci ilin yanvar ayından etibarən ödənilmir. Bu barədə yuxarı qurumlara məlumat verdikdə bildirilmişdir ki, Kollec artıq EATDAnın idarəetməsindədi və müvafiq əlavələr verilməyəcək. Bu barədə Elm və Təhsil Nazilriyinə məktubla müraciət etmiş və iyun ayında müsbət cavab verilmiş və əlavələrin ödənilməsinə etiraz edilmədiyi bildirilmişdir. Lakin əlavədə bütün vəzifələr üzrə əlavələr qeyd olunsa da direktor vəzifəsi üzrə müvafiq əlavələr nəzərdə tutulmamışdır. Bunun birbaşa onun şəxsinə edilən qərəzlə əlaqəli olduğu açıq-aşkar müşahidə olunur. Işlədiyi bütün dövr ərzində ona ödənilən əlavə idarəetmə dəyişdiyi üçün kəsilməməli, bu barədə müraciətinə müsbət cavab verildiyi halda ondan başqa bütün işçilərə verilib ona verilməməsi bunun göstəricisidir. Bu səbəbdən yanvar ayından etibarən ödənilməli olan 5 aylıq ümumilikdə 7320 manat (1464x5=7320) manatlıq əlavəni də cavabdeh ödəməlidir. Bu müddət ərzində mənəvi və psixoloji sarsıntılar keçirmiş, stress altında olmuş, bunun nəticəsində nevroloji tarazılığı pozulmuşdur. Belə ki, xəstəxanada müalicə aldığı dövrdə işdən çıxarılmağı barədə bildiriş təqdim olunmuş, bu da öz növbəsində qeyd olunan psixoloji sarsıntıya səbəb olmuşdur.

11. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh (bundan sonra- Agentlik) Əsasnaməsinin 5.5.8 ci yarımbəndinə əsasən Agentliyin direktoru Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2023-cü il ## ####### tarixli KQ-** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli əlavənin 1.12-ci bəndinə əsasən Bakı Dövlət Universitetinin nəzdində xxxx (bundan sonra- Kolleс) Agentliyin tabeliyinə verilmişdir. Agentliyin Əsasnaməsinə və Kollegiya qərarına uyğun olaraq Agentliyin direktorunun ## ###### 2024-cü il tarixli əmri ilə İddiaçı Kollecin direktoru vəzifəsinə təyin edilmiş, ## #### 2025-ci il tarixində Agentlik tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə İddiaçı rəhbərlik etmiş olduğu Kollecin direktoru vəzifəsindən azad olunacağı ilə bağlı "Əmək və Məşğulluq" altsistemində (bundan sonra- ƏMAS) məlumatlandırma bildirişi yerləşdirilmiş, eyni zamanda qeyd olunan bildiriş həmin tarixdə poçt vasitəsilə Kollecə göndərilmişdir. Kollec tərəfindən Agentliyə verilmiş şifahi məlumata əsasən ## #### 2025-ci il tarixində (həmin tarix qeyri-iş gününə təsadüf edir) İddiaçı Kollecdə vəziyyətinin pisləşməsi ilə əlaqədar təcili tibbi yardım çağırılmış və sonuncu ambulator olaraq bülletenə çıxmışdır. Növbəti iş günü, ## #### 2025-ci il tarixində ƏMAS da X6 elektron imzası ilə imzalanan Kollecin direktoru İddiaçı adına * nömrəli Şəhər Poliklinikasının XVB********** nömrəli xəstəlik vərəqəsinin açılmasına dair bildiriş yerləşdirilmiş və həmin bildiriş ## #### 2025-ci il tarixində bağlanmışdır. Daha sonra ## #### 2025-ci il tarixindən ## #### 2025-ci il tarixinədək yeni xəstəlik vərəqəsi açılmış və həmin xəstəlik vərəqəsi ## #### 2025-ci il tarixindən ## #### 2025-ci il tarixinədək uzadılmışdır. Yaranan vəziyyətlə əlaqədar olaraq Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq ƏMAS izlənilmiş və ## #### 2025-ci il tarixinədək həmin sistemə xəstəlik vərəqəsinin uzadılması barədə yeni bildiriş yerləşdirilməsi müşahidə olunmamışdır (bu halı təsdiq ədən sənədlər mövcuddur). Həmin tarixədək ƏMAS-a xəstəlik vərəqəsinin uzadılması barədə hər hansı bildiriş yerləşdirilmədiyindən İddiaçı əmək müqaviləsinə ## #### 2025-ci il tarixində xitam verilmişdir. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsinə əsasən elektron sənədin alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. ƏMAS müqavilə bağlayan tərəflərin (işəgötürən-işçi) müştərək qaydada daxil olub istifadə edə biləcəyi, həmçinin məlumatları əldə edə biləcəyi lazımi funksiyalara malik elektron sistemdir. Qanunvericiliyə uyğun olaraq qeyd olunan əmək müqaviləsinin xitamı barədə ## #### 2025-ci il tarixli əmr ƏMAS-a yerləşdirildikdə, artıq bu barədə İddiaçı məlumatı olmuş hesab edilməlidir. İddiaçı qeydiyyat ünvanına da əmək müqaviləsinin xitamı barədə məlumatlandırma məktubu ünvanlanmışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra ## #### 2025-ci il tarixində ƏMAS-da İddiaçı adına ## #### 2025-ci il tarixli və ## #### 2025-ci il tarixli xəstəlik vərəqələrinin açılmasına dair bildirişlərin yerləşdirilməsi müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq Agentliyin müvafiq əmri əsasında həmin əmrdə adları qeyd olunan Agentlik əməkdaşlarının iştirakı ilə İddiaçı müalicə aldığı stasionarda görüş təşkil edilmiş, lakin görüş zamanı İddiaçınin həmin stasionarda olmaması faktı müəyyən edilmiş və tibb bacısı tərəfindən xəstəlik tarixçəsinin bağlanıldığı bildirilmişdir. Qeyd olunan bu hallar aktlaşdırılmışdır. Həmçinin xəstəlik vərəqəsinin uzadılması ilə bağlı bildirişlərin daxil edilmədiyi dövrdə, 01- 02 iyul tarixlərində İddiaçı ona məxsus elektron imza ilə xəzinədarlıq altsistemində müəyyən maliyyə əməliyyatlarını icra etdiyi müəyyən edilmişdir. Təqdim olunan məlumatlar əsasında İddiaçı sağlamlığı və əmək qabiliyyətinin həqiqətən olmaması ilə bağlı Agentlikdə bir sıra suallar yaranmışdır. Belə ki, xəstəliyi ilə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair adına xəstəlik vərəqəsi açılmış şəxsin eyni dövrdə əmək funksiyalarının icrasını davam etdirməsi cəhdləri onun xəstəliyini şübhə altına alır. Məlum olduğu kimi xəstəlik vərəqələrinin elektronlaşdırılması geri tarixə xəstəlik vərəqələri açılmasının qarşısını almış və bu istiqamətdə şəffaflığın artırılmasına, sui-istifadə hallarının aradan qaldırılmasına yönəlmişdir. Lakin xəstəlik vərəqələrinin uzadılması ilə bağlı bildirişlərin geri tarixə əlavə olunması işəgötürən və işçi arasında mübahisəli məsələlərin yaranmasına gətirib çıxarır. Qeyd etmək istərdik ki, Agentlik tərəfindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitamı barədə qanunvericiliyə uyğun olaraq addımlar atılmış, İddiaçı ilə əmək münasibətlərinin davam etdirilməyəcəyi açıq şəkildə bəyan edilmiş və ## #### 2025-ci il tarixinədək müvafiq sistemə xəstəlik vərəqəsinin uzadılması barədə hər hansı bildiriş yerləşdirilmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar İddiaçı xəstəliyinin qiymətləndirilməsi, xəstəlik vərəqəsində qeyd olunmuş diaqnozların əmək qabiliyyətinə təsiri və iş buraxmağa əsas verib verməməsinin müəyyənləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərdə yerləşdirilmiş bildirişlərin və elektron imza (SIMA) ilə təsdiqlənməsinin tibbi və texniki baxımdan düzgün icra edilməsinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti qurumlara bir sıra sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X18 ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, "cari ilin 01 iyul tarixində əməkhaqqı və sosial ödənişlərlə bağlı maliyyə sənədləri Bakı Dövlət Universitetinin nəzdində xxxxin keçmiş direktoru İddiaçı və həmin Kollecin baş mühasibi X8 gücləndirilmiş elektron imzaları ilə təsdiq edilərək "X21 Portalına" göndərilmiş və həmin sənədlər elektron imza sahibləri tərəfindən təsdiq olunduğundan xəzinədarlıq orqanı tərəfindən icra edilmişdir". Iddiaçı iddia ərizəsində işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı məbləğində birdəfəlik ödənişin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Xəbərdarlıq edildikdən sonra ## #### 2025-ci il tarixinədək ƏMAS-a xəstəlik vərəqəsinin uzadılması barədə hər hansı bildiriş yerləşdirilmədiyindən Agentlik tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sonradan müvafiq sistemə yerləşdirilən sonuncu, yəni XV****OQN nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı işə başlama tarixi ## #### 2025-ci il tarixi qeyd edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsi ilə ## #### 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və həmin iddia ərizəsi məhkəmənin ## ###### 2024-cü il tarixli, e-2(005)-3668/2025 qərardadı ilə icraata götürülmüşdür. Agentliyin müvafiq əmrləri ilə (## ###### 2024-cü il tarixli 3-29- **/*-*-**F/**** nömrəli, ## #### 2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli, ## #### 2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli) Kollecin 2023-2024-cü illəri əhatə edən dövr üzrə fəaliyyətinin araşdırılması məqsədilə monitorinq təşkil olunmuşdur. Hər üç monitorinqin nəticələri aktlaşdırılmışdır. Ilkin monitoring nərticəsində Kollecdə tədris prosesinin və səndləşmənin düzgün aparılmaması, normativ hüquqi aktların tələblərinə riayət olunmaması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Kollecin direktoru İddiaçı əmək funksiyasını icra edərkən yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmiş, həmçinin İddiaçı tapşırılmışdır ki, 1 (bir) ay müddətində monitorinq nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirsin və nəticəsi barədə Agentliyə rəsmi məlumat versin. Buna baxmayaraq həmin nöqsanlar aradan qaldırılmamışdır. Nöqsanların aradan qaldırılmaması təşkil olunan növbəti monitorinqlərdə də öz təsdiqini tapmışdır. Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən isə əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Sonuncu monitorinqin nəticələrinə əsasən aşkar edilmiş nöqsanlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə müraciət edilmişdir. Hazırda iş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin icraatında olmaqla müvafiq araşdırma aparılır. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. Işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Həmçinin "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 5-ci bəndinə əsasən mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Lakin iş materiallarına iddiaçıya mənəvi zərər dəyməsini, mənəvi zərərin baş verdiyini, iddia ərizəsində qeyd edilən zərər məbləğini və həmin məbləğin hansı formada hesablanmasını təsdiq edən sənədlərin əlavə edilməsi müəyyən edilmir. Həmçinin iddiaçının iddia ərizəsində mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd etdiyi hallar əsassızdır. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normasının tələbləri baxımından işəgötürən tərəfindən işçinin əmək münasibətləri dövründə onun şəxsiyyətinə, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətə yol verilməmiş, böhtan xarakterli məlumatlar yayılmamış, işçi kollektiv arasında gözdən salınmamışdır. Mənəvi zərərin ödənilməsi üçün iddiaçının konkret faktları, dəlilləri və sübutları olmalıdır. Iddiaçı isə yalnız ümumi xarakterli fikirlər irəli sürmüş, lakin məhkəməyə əsaslandırılmış sübut təqdim etməmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək işə bərpa edilmiş hesab edilməsi və həmin müddət üçün əmək haqqının əmək qanunverciliyinin tələbinə uyğun olaraq ödənilməsinin təmin edilməsi, iddiaçı tərəfindən ödənilmiş 350 manat məbləğində vəkil xərcinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən tutularaq, iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər ##.##.2024-cü il tarixində əmək müqaviləsi bağlamış və müqavilənin 2.3-cü bəndində tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ##.##.2025-ci il tarixinədək, 6 ay müddətinə bağlanması şərtləşdirilmişdir. ## #### 2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya bildiriş göndərilmişdir. Lakin iddiaçının adına ##.##.2025-ci il tarixindən başlayaraq bir neçə dəfə uzadılmaqla xəstəlik vərəqəsi açılmış, həmin xəstəlik vərəqəsi ## #### 2025-ci il tarixindən ## #### 2025-ci il tarixinədək uzadılmışdır. ƏMAS-a xəstəlik vərəqəsinin uzadılması barədə hər hansı bildiriş yerləşdirilmədiyindən iddiaçının əmək müqaviləsinə ## #### 2025-ci il tarixində Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (işə üzrlü səbəb olmadan gəlməməsi) xitam verilmişdir. Lakin sonradan müvafiq sistemə xəstəlik vərəqəsinin müddətinin uzadılması (##.##.2025-ci ilədək) barədə məlumat yerləşdirilmişdir. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qabiliyyətini müvvəqəti itirdiyi dövrdə xitam verilmişdir. Göründüyü kimi işçi əmək qabiliyyətini müvəqqəti itirmiş, yəni üzrlü səbəbdən işə gəlməmişdir. Bu baxımdan qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi qanunvericilik tələblərinə zidd olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehin əmri ləğv edilməli, iddiaçı ## #### 2025-ci il tarixədək əvvəlki vəzifəsinə bərpa edilmiş hesab olunmalı və həmin dövr üçün əmək haqqı qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilməlidir.

14. Iddianın 5 ay müddətində ödənilməmiş 7320 manat əmək haqqına əlavələrin cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddənin 5ci hissəsinə əsasən əmək haqqına əlavə- əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, əmək haqqına əlavələrin yalnız ona deyil, bütün işçilərə verilməsi dayandırılmışdır. Belə ki, müəssissədə monitorinq aparılmış, müəyyən nöqsanlar aşkar edilmiş, pozuntuların araşdırılması ilə bağlı prokurorluq orqanına müraciət edilmişdir. Göründüyü kimi, işəgötürənin təşəbbüsü ilə verilmiş əlavələrin dayandırılmasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, qərəzli münasibət göstərilməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddianın həmin hissədə təmin edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir.

15. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbini əsassız hesab edərək qeyd etmişdir ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə əmək müqaviləsinə xitam verilməsində işəgötürənin birbaşa təqsiri olmadığından iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə sorğusuna cavab məktubundan da görünür ki, iddiaçının sistemdə işə başlama tarixi ##.##.2025-ci il tarix göstərilmiş, xəstəlik vərəqəsinin müddəti ##.##.2025-ci il tarixdən uzadılsa da, bu barədə məlumat sistemə ##.##.2025-ci il tarixdə daxil edilmişdir. Yəni cavabdehin əmək müqaviləsinə xitam verərkən iddiaçının bülletendə olduğu barədə məlumatı olmamışdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, 71-ci maddəsinin İ və II hissələri; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 76-cı maddəsinin 2-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 71.2, 72, 45, 73.1-ci maddələri;Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə və əlavə olaraq apellyasiya instansiyasında iddiaçının hüquqlarının müdafiəsi ilə əlaqədar vəkil xidmətlərinə görə əlavə 300 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı nə AR ƏM-in 73.1-ci maddəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir nə də ki, işçi iş yerində olmuşdur. Cavabdehin xəbərdar edilməklə bağlı qeyd etdiyi ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubuna istinad o baxımdan düzgün deyildir ki, iddiaçı artıq ##.##.2025-ci il tarixdə işdən çıxarılmış və yenidən işə bərpa edilmişdir. Beləliklə, sözügedən xəbərdarlıqla bağlı cavabdehin niyyəti onun ##.##.2025-ci il tarixli işdən çıxarılma və işə bərpa hərəkətləri ilə tamamilə aradan qaldırılıb. Belə ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam vermək niyyətindən iddiaçını işə bərpa etdiyi an əl çəkmişdir və beləliklə artıq yenidən əmək müqaviləsinə bu şərtlə xitam vermək hüququnu itirmişdir. Bu halın başqa istiqamətdə qiymətləndirmək doğru deyildir. Əks halda yeni bildiriş verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – AR MM) 2.3-cü maddəsinə əsasən əmək münasibətlər ilə bağlı münasibətlər, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. AR MM-in 324.1.-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bu baxımdan Cavabdehin xəbərdar edilməklə bağlı qeyd etdiyi ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubu əmək münasibətlərinə xitam vermək barədə birtərəfli əqddir, çünki ARMMnin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin məcəllənin 324.3-cü maddəsinə əsasən AR MM-ə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. AR MM-nin 326-cı maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Cavabdehin xəbərdar edilməklə bağlı qeyd etdiyi ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubu yalnız onun üçün öhdəlik yaratmışdır, o öhdəliyi ki, Cavabdeh ##.##.2025-ci il tarixdə icra etməli idi, lakin həmin tarixdə deyil ##.##.2025-ci il tarixdə icra edərək eyni tarixdə (##.##.2025-ci il) Iddiaçını işə bərpa etməklə ##.##.2025-ci il tarixədək mövcud olmuş vəziyyəti bərpa etmişdir. Bu da, o anlama gəlir ki, Iddiaçı eyni qaydada hərəkət etmək üçün yenidən qanunvericilikdə bunun (yəni müddətli əmək müqaviləsinin müddətinin bitməsi) üçün nəzərdə tutulmuş münasib halın yaranmasını gözləməlidir, belə ki ARƏM-nin 73.1-ci maddəsinə əsasən əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə, yəni altı (6) aya uzadılmış hesab edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən bu məsələyə düzgün qiymət verilməmişdir. Sözügedən məhkəmə Iddiaçını işə bərpa etmək əvəzinə faktiki olaraq onun işdən çıxarılma tarixinə düzəliş edərək maddi hüququ normanın tədbiqində yanlışlığa yol vermişdir. AR ƏM-nin 157.3-cü maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin maddənin 5ci hissəsinə əsasən əmək haqqına əlavə dedikdə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc başa düşülür. Göründüyü kimi, əmək haqqının tərkib hissəsini təşkil edən əlavələr əmək haqqının tərkib hissəsidir. Həmçinin, AR ƏM-nin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. AR ƏM-nin 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Göründüyü kimi, əmək haqqına əlavələr əmək haqqının tərkibi olaraq müqaviləsində əks olunmaldır. Lakin, onun əmək müqaviləsində əks olunmaması onun əmək haqqının bir hissəsinin olmasından məhrum etmir, əksinə işəgötürənin məsuliyyətini müəyyənləşdirir. Həmçinin, qeyd olunmalıdır ki, bu əlavələrin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə” qaydalarına əsasən həyata keçirirlir və Iddiaçıya ödənilən vəzifə maaşının 2 (iki) mislindən çox olmamaqla aylıq əsasla qeyd olunan tarixədək ödənilirmişdir. Iddiaçının əvvəlki dövrlər üzrə aldığı əmək haqqı məbləğlərindən açıq aydın görünür ki, Kollec tərəfindən ona ##.##.2025-ci il tarixədək daimi əsaslarla əmək haqqıya əlavələr ödənilir, lakin bəlli olmayan səbəbdən ##.##.2025-ci il tarixdən etibarən bu ödənişlər dayandırılmışdır. Məhkəmə yanlış olaraq belə nəticəyə gəlmişdir ki, sözügedən əlavələrin ödənilməsi ilə bağlı tələb təmin edilməməlidir. Aydın deyil hansı səbəbdən məhkəmə 157-ci maddənin 1-ci və 3-cü deyil məhz 2-ci hissəsinə istinad edir – burada ümumiyyətlə əmək haqqına əlavələr barədə hər-hansı bir qeyd yoxdur, əksinə bu hissədə söhbət mükafatdan gedir. Daha sonra sözügedən maddənin 5-ci hissəsinə istinad edərək onunla bağlı məsələyə münasibət bildirmir. Əksinə aydın olmayan səbəbdən qeyd edilir ki, əlavələrin ödənilməsi yalnız ona deyil, bütün işçilərə dayandırılmışdır, həmçinin keçirilən monitorinqin nəticəsində Cavabdeh Iddiaçı ilə bağlı prokurorluğa müraciət etmişdir. Bu məsələlərə ciddi şəkildə toxunmaq lazımdır. Birincisi, işəgötürən əlavələrin ödənilməsini birtərəfli qaydada dayandıra bilməz. Bu əlavələr işçilərə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ödənilir. Bu səbəbdən və əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən onların ödənilməsinin birtərəfli qaydada dayandırılması qanuna ziddir. Bununla əlaqədar Iddiaçı Elm və Təhsil Nazilriyinə məktubla müraciət etmişdir və 2025-ci ilin iyun ayında onlara müsbət cavab verilmiş və əlavələrin ödənilməsinə etiraz edilmədiyi bildirilmişdir. Bu barədə Iddiaçının müraciətinə müsbət cavab verildiyi halda ondan başqa bütün işçilərə əlavələrin verilməsi ona qarşı qərəzli münasibətin və ayrı-seçkiliyin bariz göstəricisidir. Bu səbəbdən Iddiaçı iddia ərizəsində 2025ci ilin yanvar ayından etibarən ona ödənilməli olan 5 aylıq ümumilikdə 7320 (yeddi min üç yüz iyirmi) manat (1464x5=7320) manatlıq əlavəni də cavabdehdən tələb etmişdir. Ikincisi, birinci instansiya məhkəməsi əmək haqqına əlavələrin iddiaçıya ödənilməsini dayandırılmasını daha sonra baş vermiş hadisə ilə, yəni Iddiaçlya münasibətdə prokurorluğa müraciət edilməsi ilə əlaqələndirir. Bunun hansı məntiqdən irəli gəldiyi aydın deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi müvafiq maddi normanın tətbiqində pozuntuya yol vermişdir. Birinci instansiya məhkəməsi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarmalı idi. Lakin, məhkəmə qanunun bu prosessual normasını pozaraq Iddiaçını işə bərpa edərək eyni zamanda onun iddiasında yer almayan digər məsələni həll edir - başqa tarixlə işdən çıxmış hesab edilməsi ilə bağlı əsassız qərar qəbul edir. Xüsusilə qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı hətta Cavabdeh öz etirazında və çıxışlarında hər hansı bir tələb irəli sürmür, qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim etmir. Belə olan halda məhkəmənin qərarı tamailə əsassız və qanuna ziddir. Bununla da, birinci instansiya məhkəməsi həm bu qeyd edilən maddi normanı, həmdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “ARMPM”) 218.3-cü maddəsinini tələblərini pozmaqla prosessual normanın tələblərinə zidd qərar verir (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır). Birinci instansiya məhkəməsi işə bərpa məsələsində ciddi pozuntuya yol verdiyindən təbii ki, Iddiaçının məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi ilə bağlı tələbinə də düzgün qiymət verməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi Iddiaçının məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı çəkdiyi xərcləri yalnız vəkilə ödənilən 350 manatlda görməklə sanki AR ƏM-nin 300-cü maddəsinin qeyd hissəsini formal olaraq hərfi mənada başa düşdüyü qənaətinə gəlir. Halbuki Iddiaçı məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesinə müraciət etmişdir. Belə ki, ARMPM-in 4.6-cı maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X13 iştirak tələb olunur. Həmçinin, ƏM-nin 294.5-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X13 iştirak tələb olunur. Bunu nəzərə alaraq Iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə Bakı * saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. ##.##.2025-ci il tarixdə saat 12:00-da X2 (M-00267) mediatorluğu ilə ilkin mediasiya prosesi təyin edilməsinə baxmayaraq qarşı tərəfin nümayəndəsi sessiyada iştirak etməmişdir və bununla bağlı mediator X13 iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixdə arayış təqdim etmişdir. Bununla əlaqədar qeyd etmək istərdi ki, Iddiaçı öz hüquqlarını müdafiə etmək məqsədilə tərəfindən mediasiya prosesisnin təşkilinə (50 manat) və vəkilin xidmətlərin göstərilməsinə görə (500 manat) ümumilikdə 550 (beş yüz əlli) manat xərc çəkilmişdir. MPM-in 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bütün bunlar onu deməyə əsas verir ki, məhkəmədə hüquqlarını müdafiə etmək dedikdə yalnız vəkilə xərclənən məbləğ deyil həmçinin mediasiya prosesi ilə bağlı xərclər də bura daxil edilir. Həmçinin, birinci instansiya məhkəməsi hansı səbəbdən Iddiaçının çəkdiyi 550 manat əvəzinə cəmi 350 manat məbləğin ödənilməsini Cavabdehdən tutlmasını qət etdiyi aydın deyildir. Bunları nəzərə alaraq tam əminliklə qeyd etmək olar ki, birinci instansiya məhkəməsi qanunun qeyd olunan maddi normalarını pozur. Yeri gəlmişkən apellyasiya instansiyasında hüquqi yardım xidmətləri ilə bağlı Iddiaçı tərəfindən əlavə 300 manat pul vəsaitinin xərclənməsini nəzərə alaraq hazırda hüquqlarının müdafiəsi ilə əlaqədar vəkil xidmətləri ilə bağlı Iddiaçının xərclədiyi ümumi məbləğ 850 manat təşkil edir. AR MM-nin 23-cü maddəsinə və ARƏM-nin 300-cü maddəsinin “Qeyd” hissəsində eyni zamanda mənəvi ziyanın ödənilməsi ilə bağlı müddəalar əks olunur. Qanuna əsasən məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş mənəvi ziyanın ödənilməsinə dair qərar qəbul edir. Lakin, məhkəmə öz qətnaməsində bu məsələyə yalnız bir cümlə ayıraraq qeyd etmişdir ki, Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi hissəsini təmin etməməlidir. Halbuki Iddiaçının xəstəliyinin əsas səbəbi ona qarşı uzun müddətdir ki, EATDA-nın yeni rəhbərliyi tərəfindən qərəzli münasibəti və bu münasibətin ən sərt və gözlənilməz təzahürü olan əmək müqaviləsinə xitam vermə haqqında xəbərdarlıq və əmək müqaviləsinə qanuna zidd olaraq xitam verməsidir. Qeyd olunan son davranışdan öncə digər xoşagəlməz və insan əsəblərinə toxunan hadisələr baş vermişdir. Belə ki, Iddiaçının əmək müqaviləsinin müddətsizə çevrilmənin qarşısını almaq məqsədilə EATDA rəhbərliyi onun əmək müqaviləsini qeyri-qanuni olaraq ##.##.2024-cü il tarixdə “yenilənmış”, Iddiaçıya illərlə ödənilən əmək haqqıya əlavələrin ödənilməsi xəbərdarlıqsız və birtərəfli qaydada dayandırılmışdır, Iddiaçıya qarşı yönəlmiş yoxlamaların aparılması təşkil edilmişdir və nəhayət ona qarşı əsassız olaraq cinayət işinin açılması istiqamətində tədbirlər görülmüşdür. Bütün bunlar qərəzli münasibətdən irəli gələn hərəkətlər hətta birinci instansiya məhkəməsinin qətnaməsində təsdiq edillir. Belə ki, qətnamənin 11-ci səhifəsinin sonunda qeyd olunur ki, “Göründüyü kimi, işəgötürənin təşəbbüsü ilə verilmiş əlavələrin dayandırılmasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, qərəzli münasibət göstərilməsi öz təsdiqini tapmışdır”. Aydın olmayan məqam ondan ibarətdir ki, məhkəmə təzadlı hal yaradaraq Iddiaçıya qarşı qərəzli münasibəti təsdiqlədiyinə baxmayaraq ona dəyən mənəvi ziyanı qərarın qət hissədə nəzərə almır. Halbuki Cavabdeh tərəfindən Iddiaçıya mənəvi ziyanın vurulması göz qabağındadır və hər-hansı sübuta ehtiyacı yoxdur. Iddiaçının xəstəlik vərəqəsində qeyd olunan diqanozu – vertebrobasilar arterial sistem sindromudur. Bu xəstəliyin səbəblərindən biri məhz yüksək qan təzyiqidir ki, bu da Iddiaçıda əvvəllər müşahidə olunmayan bir durumdur, hansı ki, məhz Cavabdehin ona qarşı qərəzli münasibətindən yaranmışdır. Heç şübhəsizdir ki, Iddiaçı hazırki öz hüquqlarınının bərpasına yönəlmiş məhkəməyə müraciətinin, yəni iddiasının əsas səbəbi Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində onun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirablar) aradan qaldırılmasıdır. ARMM-nin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi ARMM-nin 23 maddəsini və ARƏM-nin 300-cü maddəsinin müddəalarını pozaraq Iddiaçının 5000 (beş min) manat mənəvi zərər ilə bağlı tələbini yetərincə araşdırmayıb və ona düzgün qiymət verməmişdir. Iddiaçının əmək müqaviləsinin qanuna zidd olaraq xitam verildiyindən qanunsuz əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi tələbinə birinci instansiya məhkəməsi həmçinin düzgün qiymət vermədiyindən prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Iddia tələbində yalnız işə bərpa ilə bağlı olmasına baxmayaraq məhkəmə bu tələbdən kənaralaşaraq müvafiq prosessual hüquq normasının tətbiqində ciddi pozuntuya yol verilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi. Izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, 2021-ci ildə iddiaçı ilə Nazirlik arasında 1 illik əmək müqaviləsi bağlanılıb. 2021-ci ildən 2024-cü ilədək həmin müqavilənin müddəti 1 il uzadılıb. Müddətsiz əmək müqaviləsi olmayıb. Agentlik yaradılıb, orta ixtisas təhsil müəssisələri Agentliyin tabeliyinə verilib, rəhbər şəxslər dəyişib. Dəyişiklik olduğu üçün Nazirlik tərəfindən 2024-cü ildə iddiaçının əmək müqaviləsinə xitam verilir və yeni müddətli əmək müqaviləsi bağlanılır. 2 dəfə 6 ay müddətinə uzadılır. Sonuncu dəfə rəhbərlik əmək müqaviləsinin müddəti bitdiyi və nöqsanlı fəaliyyətinə görə həmin şəxslə işləmək istəməyib. Əmək müqaviləsinin müddətinin bitməsinə 1 həftə qalmış tərəfə xəbərdarlıq göndərilib. Əmri verdikdə də bildiriş sistemdə olmayıb. Əlavələrin verilməməsinin səbəbi ilə bağlı qeyd etmək istəyir ki, dekabr ayında yoxlamalar nəticəsində kollecdə maliyyə pozuntuları aşkarlandığı üçün heç bir kollec əməkdaşına əlavələr ödənilməyib. Maliyyə pozuntularının araşdırıldığı dövrdə işçilərə həmin əlavələr ödənilib, lakin rəhbər şəxslərə yenə də ödənilməyib. Əlavə olaraq qeyd edir ki, tərəf apellyasiya şikayətində Agentliyin səlahiyyəti olmadan əmr verildiyi qeyd edilmişdir. Lakin iddiaçı fəaliyyət dövrü ərzində məzuniyyətlə bağlı Agentliyin direktoruna yazılı müraciət edib. Işçi barəsində xəbərdarlıq göndərilib, özü də həmin xəbərdarlığa imza çəkib. Xəbərdarlıq və əmr ƏMAS vasitəsi ilə, ünvanına və kollecə göndərilib. 2024-cü ildən etibarən işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyidir.

Tətbiq edilən hüquq normaları:

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: -hüquq bərabərliyinin təmin edilməsi; -mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; -maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; -əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; -əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3-cü maddəsinin 5-ci hissəsi. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.. Maddə 68-ci maddəsinin 1-ci hissəsi. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73-cü maddəsinin 1-ci hissəsi. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 73-cü maddəsinin 2-ci hissəsi. Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157.2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Maddə 157.5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Maddə 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 290.3. Işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. Işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin qeyd hissəsi: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Maddə 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədlərini iddianın təmin edilməyən hissəsində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Işin halları odur ki, tərəflər ##.##.2024-cü il tarixində əmək müqaviləsi bağlamış və müqavilənin 2.3-cü bəndində tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ##.##.2025-ci il tarixinədək, 6 ay müddətinə bağlanması şərtləşdirilmişdir. ## #### 2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya bildiriş göndərilmişdir. Lakin iddiaçının adına ##.##.2025-ci il tarixindən başlayaraq bir neçə dəfə uzadılmaqla xəstəlik vərəqəsi açılmış, həmin xəstəlik vərəqəsi ## #### 2025-ci il tarixindən ## #### 2025-ci il tarixinədək uzadılmışdır. ƏMAS-a xəstəlik vərəqəsinin uzadılması barədə hər hansı bildiriş yerləşdirilmədiyindən əmək müqaviləsinə ## #### 2025-ci il tarixində Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (işə üzrlü səbəb olmadan gəlməməsi) xitam verilmişdir. Lakin sonradan müvafiq sistemə xəstəlik vərəqəsinin müddətinin uzadılması (##.##.2025-ci ilədək) barədə məlumat yerləşdirilmişdir.

29. Qeyd edilən əsasla əmək müqaviləsinə xitam verimləsinin qanunsuz olmasını nəzərə alan birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin əmri ləğv edilməli, iddiaçı ## #### 2025-ci il tarixədək əvvəlki vəzifəsinə bərpa edilmiş hesab olunmalı və həmin dövr üçün əmək haqqı qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilməlidir.

30. Iddiaçı apellyasiya şikayətində iddia tələbinin əmrin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa olunmasından ibarət olmasını bildirərək məhkəmənin iddiaçının ## #### 2025-ci il tarixədək əvvəlki vəzifəsinə bərpa edilmiş hesab olunmalı olması barədə qənaətini düzgün hesab etməmişdir. Iddiaçı qeyd etmişdir ki, o, artıq ##.##.2025-ci il tarixdə işdən çıxarılmış və yenidən işə bərpa edilmişdir. Cavabdehin iddiaçı ilə əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam vermək niyyətindən iddiaçını işə bərpa etdiyi an əl çəkmişdir və beləliklə artıq yenidən əmək müqaviləsinə bu şərtlə xitam vermək hüququnu itirmişdir.

31. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli bağlanıldığından birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən işçinin işə çıxdığı tarixdən sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmırdı.

32. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

33. Hazırki işin hallarına əsasən işəgötürən tərəfindən ## #### 2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya bildiriş göndərilmişdir.

34. Əmək Məcəlləsinin 4-1-ci maddəsində verilən tərifə əsasən, əmək münasibətləri – işəgötürənlə qarşılıqlı razılıq prinsipi əsasında işçi tərəfindən əmək funksiyasının yerinə yetirilməsinə əsaslanan münasibətlərdir. Başqa sözlə, əmək münasibətləri müstəsna olaraq tərəflərin razılığına əsasən yaranır və davam etdirilir. Çünki əmək münasibətləri əmək azadlığı və əmək müqaviləsi azadlığı prinsiplərindən irəli gəlir. Hazırki işdə isə tərəflər könüllü razılıq prinsipi əsasında müddətli əmək müqaviləsi bağlamış, həmin müqavilənin müddətinin bitməsi səbəbindən müqaviləyə xitam veriləcəyi barədə iddiaçıya xəbərdarlıq edilmişdir.

35. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, işə bərpa edilənədək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində təmin edilməməli, iddiaçı ancaq ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək işə bərpa edilmiş hesab edilməli və həmin müddət üçün əmək haqqı ödənilməlidir.

36. Iddianın 5 ay müddətində ödənilməmiş 7320 manat əmək haqqına əlavələrin cavabdehdən tutulması tələbi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya əmək haqqına əlavənin qərəzli olaraq ödənilməməsi iş materiallarının tədqiqi ilə öz təsdiqini tapmamışdır.

37. Iddiaçı tərəf öz izahatlarında da bildirmişdir ki, əmək haqqına əlavələr yalnız ona deyil, bütün işçilərə verilməsi dayandırılmışdır. Belə ki, müəssissədə monitorinq aparılmış, müəyyən nöqsanlar aşkar edilmiş, pozuntuların araşdırılması ilə bağlı prokurorluq orqanına müraciət edilmişdir.

38. Cavabdehin nümayəndəsi də məhkəmə kollegiyasının iclasında qeyd etmişdir ki, dekabr ayında yoxlamalar nəticəsində kollecdə maliyyə pozuntuları aşkarlandığı üçün heç bir kollec əməkdaşına əlavələr ödənilməyib. Maliyyə pozuntularının araşdırıldığı dövrdə işçilərə həmin əlavələr ödənilib, lakin rəhbər şəxslərə yenə də ödənilməyib.

39. Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

40. Həmin maddənin 5-ci hissəsinə əsasən Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, işəgötürənin təşəbbüsü ilə verilmiş əlavələrin dayandırılmasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, qərəzli münasibət göstərilməsi öz təsdiqini tapmadığından 5 ay müddətində ödənilməmiş əmək haqqına əlavələrin ödənilməsi hissəsində iddia düzgün olaraq təmin edilməmişdir.

42. Kollegiya mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddianın əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə əmək müqaviləsinə xitam verilməsində işəgötürənin birbaşa təqsiri müəyyən edilmir.

43. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə sorğusuna cavab məktubundan da görünür ki, iddiaçının sistemdə işə başlama tarixi ##.##.2025-ci il tarix göstərilmiş, xəstəlik vərəqəsinin müddəti ##.##.2025-ci il tarixdən uzadılsa da, bu barədə məlumat sistemə ##.##.2025-ci il tarixdə daxil edilmişdir. Yəni cavabdeh tərəfindən əmək müqaviləsinə xitam veriləkən iddiaçının bülletendə olduğu barədə məlumatı olmamışdır.

44. Digər tərəfdən Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. Işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

45. Həmin maddənin qeyd hissəsində şərh olunur ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

46. Hazırki işdə isə iddiaçı mənəvi zərərlə bağlı tələbini işdən çıxarıldığı müddət ərzində mənəvi və psixoloji sarsıntılar keçirməsi, stress altında olması, bunun nəticəsində nevroloji tarazılığının pozulması ilə əsaslandırmışdır. Lakin iddiaçının işdən azad edilməsinə əsas onunla bağlanmış müddətli əmək müqaviləsinin müddətinin uzadılmaması olmuşdur ki, bu da qanuna müvafiqdir.

47. Məhkəmə kollegiyası apellyasiya icraatında iştirakla bağlı vəkil xidmətlərinə görə ödənilmiş 300 manatın cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan məhkəmə xərcləri tərəfin özünə aid edilməlidir.

48. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

49. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar