Məhkəmə qərarları › İş №e-2(3-6)-1837/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1837/2026

18.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1837/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadından cavabdeh1 Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda inşa edilmiş yeni yaşayış binasından 3 otaqlı 80 kv.m sahəsi olan mənzilin cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 MTK tərəfindən iddiaçı İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 25 ünvanda inşa edilmiş yeni yaşayış binasından 3 otaqlı 80 kv.m sahəsi olan mənzilin dəyərinə uyğun olaraq 320.000 (üç yüz iyirmi min) manat (4.000 manat x 80 kv.m = 320.000 manat) pul vəsaiti və həmçinin 2024-cü ilin noyabr ayından ödənilməmiş kirayə haqqının (hər ay 500 manat olmaqla) qətnamənin qəbul olunduğu tarixədək hesablanmaqla cavabdehlər cavabdeh2 MMC və " xxxx” MTK-dan alınaraq iddiaçı İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı cavabdeh cavabdeh1 Mənzil-Tikinti Kooperativi məhkəməyə elektron kabinet vasitəsi ilə vəsatət göndərərək, iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsasladırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** nömrəli Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti başçısının ##.##.2019-cu il tarixli, *** saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Əliəşrəf və Əliağa Vahid küçələrinin kəsişməsində pilot layihə çərçivəsində qəzalı binaların yerləşdiyi sahədə yaşayış binalarının tikintisi üçün cavabdeh1 MMC-yə, 0,884 ha torpaq sahəsi daimi istifadəsinə verilmişdir. Cavabdeh cavabdeh1 Mənzil- Tikinti Kooperativinin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonudur. Qeyd olunanlara əsasən hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh1 Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən şikayətin 3 və 4-cü bəndində göstərilən işin hallarını nəzərə almamış, bununla da qəbul edilmiş qərardad iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından Mülki Prosessual Məcəllənin 35, 39, 217-ci maddəsinin tələbləri pozulmuş, bu pozuntu isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Növbəti prosessual pozuntu ondan ibarətdir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərini nəzərə almadan Mülki Prosessual Məcəllənin 36-cı maddəsinə istinad etməsi ümumiyyətlə yolverilməzdir. Belə ki, prosessual qanunvericilik ehtiva edir ki, yanlışlıqla ərazi aidiyyatı üzrə qəbuledilən iş aidiyyat qaydalarına uyğun olaraq başqa məhkəməyə göndərilməlidir. Əks halda Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin mənası itirir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş materiallarından görünür ki, cavabdehlərdən biri cavabdeh2 MMC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonudur. Belə olan halda Məhkəmə Kollegiyası iddiaçının seçiminə görə aidiyyat qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdehlərdən cavabdeh2 MMC-nin hüquqi ünvanı Binəqədi rayonu ərazisi olduğundan iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, hazırki iş üzrə iddia tələbi rəsmi qeydiyyat ünvanı müxtəlif olan bir neçə cavabdehə yönəldiyindən, prosessual qanunvericiliyin tələbləri baxımından da iddiaçının seçiminə görə aidiyyat qaydaları müəyyən edildiyindən və iddiaçının da cavabdehlərdən cavabdeh2 MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etdiyindən, hazırki mülki işin ərazi aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsi icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddiaların müqavilənin icra yerinə görə verilməsini nəzərdə tutsa da, hazırki iddia tələbi cavabdehin hüquqa zidd əməli nəticəsində iddiaçıya dəymiş zərərin (ziyanın) əvəzi barədədir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisənin məhkəmə aidiyyatı ilə bağlı hər hansı razılıq əldə edilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin vəsatətin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: cavabdeh1 Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(001) ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar