Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1851/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İmaməliyeva Səbinə Eldar qızına qarşı mülki iş üzrə (açar sözlər: qəzalı vəziyyətdə olan yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi Nümayəndə Ruhulla qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh İmaməliyeva Səbinə Eldar qızına qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh İmaməliyeva Səbinə Eldar qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin ##.##.2019-cu il tarixli, **** nömrəli məktubu əsasında vətəndaş İmaməliyeva Səbinə Eldar qızı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında boş olan otaqların birinə işlədiyi dövr ərzində müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Azərinşaatlayihə Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ## #### 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, İddiaçı ##.##.2025-ci il tarixli məktubuna və Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin tapşırığına əsasən “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitununun Texniki şöbəsinin müdir müavini və * nömrəli Memarlıq-inşaat şöbəsinin inşaat mühəndisi tərəfindən qeyd edilən ünvanda yerləşən “Turan” hərbi yataqxanasının binasına keçirilmiş baxışın nəticəsində binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında aşağıdakı bərpa və gücləndirmə işləri aparılmalıdır.
1. Dam örtüyü və şaxtalar əsaslı təmir olunmalı;
2. Binanın daxilində bütün asma tavanlar, keramik tavacıqlar sökülməli;
3. Kommunikasiya sistemləri (elektrik enerjisi, su və kanalizasiya xəttləri) əsaslı təmin olunmalı-yenilənməli;
4. Bütün mərtəbələrdə beton-mühafizə qatı tökülmüş örtük panellərində təmir-bərpa və gücləndirmə işləri yerinə yetirilməli;
5. Zirzəmidə divarların köhnə suvaq qatı qaşınıb təmizlənməli, yuyulmalı, yenidən sementqum məhlulu ilə suvanmalı və boyanmalı;
6. Mərtəbələrdə aşınmış-qopmuş suvaq qatları bərpa olunmalı və bütün divarlar boyanmalı;
7. Keramik tavacıqlar sökülmüş döşəmə və divarlarda suvaq qatı bərpa olunmalı və izolyasiya tədbirləri görülməli;
8. Keramik tavacıqlar sökülmüş döşəmə və divarlar yenidən keramik tavacıqlarla üzlənməli;
9. Otaqların döşəmələrində təmir-bərpa işləri yerinə yetirilməli;
10. Binanın fasadında və eyvanlarında təmir-bərpa işləriyerinə yetirilməlidir. İmaməliyeva Səbinə Eldar qızına ünvanlanmış Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin ##.##.2025-ci il tarixli **** nömrəli məktubundan müəyyən olunur ki, İmaməliyeva Səbinə Eldar qızından Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında yaşadığı *** nömrəli otağı ##.##.2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna aid olan xidməti yaşayış sahəsi olan “Turan” hərbi yataqxanasından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası ##.##.1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin ##.##.2019-cu il tarixli **** nömrəli məktubu əsasında cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında boş olan otaqların birinə (216) müvəqqəti yerləşdirilmişdir. Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan ##.##.2025-ci il tarixli ****/** nömrəli rəyindən görünür ki, Nazirliyin Tikintidə X1 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hazırda insanların yaşaması üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Müdafiə Nazirliyinin Əsaslı-Tikinti İdarəsi tərəfindən cavabdehə müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan *** nömrəli xidməti otağı Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilərək Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna aid olan xidməti yaşayış sahəsi olan “Turan” hərbi yataqxanasından çıxarılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının balansında olan “Turan” hərbi yataqxanada yaşaması işin mübahisəsiz halıdır. “Turan” hərbi yataqxanası Mənzil Məcəlləsinin tələbləri baxımından xüsusi təyinatlı yaşayış sahəsi hesab edilir. Hazırkı işin halları baxımından xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi – səlahiyyətli dövlət orqanı olan iddiaçı tərəfindən yaşayış sahəsinin verilməsi barədə müvafiq qərarın verildiyi, yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlandığı müəyyən edilmir. Yaşayış sahəsinin verilməsinə dair müvafiq qərar və yazılı kirayə müqaviləsi mövcud olmadığından cavabdehin yataqxanada məskunlaşması qanunsuz olmuşdur ki, iddiaçının hazırda onların yaşayış sahəsindən çıxarılmaları barədə tələbi bu baxımdan əsaslıdır. Nəzərə alınmalıdır ki, xüsusi təyinatlı yaşayış sahəsi olan xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Yaşayış sahəsinin əldə edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq qaydalara riayət edilmələdən yaşayış sahəsinə faktiki yiyələnmək xidməti yaşayış sahəsini əldə etmək hüququ olan şəxslərin kateqoriyasına aid digər şəxslərin yaşayış sahəsi ilə təmin edilməsinin qarşısını alır ki, bu da bu sahədə qanunvericiliyin məqsədlərinə və dövlət siyasətinə ziddir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin yaşayış sahəsinə həmin vaxt iddiaçı dövlət orqanının səlahiyyətli şəxslərinin yazılı və ya şifahi razılığı əsasında müvəqqəti köçürülmələri də hazırkı iddianın təmin edilməsinin qarşısını almır. Bunlardan əlavə, iş materiallarına əlavə edilmiş yataqxananın texniki vəziyyəti haqqında rəydən görünür ki, təmir-bərpa və gücləndirilmə işləri aparılmalıdır. Yataqxananın əsaslı təmirinin həyata keçirilməsi üçün də oranın boşaldılması zəruridir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna aid olan xidməti yaşayış sahəsi olan “Turan” hərbi yataqxanasından çıxarılmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10.0, 10.0.2, 10.0.5, 10.0.6, 10.0.7, 17.1, 17.3, 17.3.2, 91.1, 91.1.1, 91.1.2, 91.2, 92, 93.1, 93.2, 98.1, 98.2, 99.1, 99.2, 102.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 119.1, 217.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qayda”larının 1.5-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İmaməliyeva Səbinə Eldar qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı inzibati orqan olan Müdafiə Nazirliyinin iddia tələbi təmin edilmiş, onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna daxil olan xidməti yaşayış sahəsi olan “Turan” hərbi yataqxanasından çıxarılmaları qət edilmişdir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, məhkəmə bildirişi ona gec daxil olmuşdur. O, qeyd olunan yataqxanada növbətçi vəzifəsində işləyir. Müdafiə Nazirliyində elə həmin yataqxananın özündə mülki işdə əmək müqaviləsi əsasında işləməsi, himayəsində tək ana kimi iki azyaşlı uşağının olması, yaşamağa başqa yerinin olmaması kimi faktlara məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. İddiaçı tərəf məhkəmədə yataqxanada müqavilə əsasında yox, MN-nin mənzil-istismar idarəsinin rəisinin məktubu əsasında yerləşdirildiklərini bildirmişdir. Halbuki, kirayə müqaviləsinin bağlanılmasına onun heç bir etirazı olmamış, həmin müqaviləni bağlamağa razı olduğunu bildirmişdir. O, ailəsi ilə birgə 2018-ci ildən həmin yataqxanada yerləşdirilərək yaşamış, bütün kommunal ödənişləri vaxtlı-vaxtında ödəmişdir. İddiaçı nazirliyin nümayəndəsi yataqxananın əsaslı təmir olunacağını, binanın boşaldılmalı olduğunu bildirsə də, onun və ailəsini başqa yerə yerləşdirmək barədə iddiaçı heç bir öhdəlik götürməmiş, onları taleyin ümidinə buraxaraq, nəticə olaraq küçədə, evsiz-eşsiz yaşamalarına qərar vermişdir. Yataqxanadan çıxarıldığı təqdirdə o, işini də itirmiş olacaq, bu da iki qat ona çətindir. "Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur." O və digər ailə üzvləri qeyd olunan-ünvanda 2018-ci ildən məskunlaşmış, yaşayış sahəsinə tam qanuni əsaslarla sahiblik və istifədə etmişlər. İddiaçı heç bir kompensasiya təklifi olmadan, başqa yaşayış sahəsi təklif etmədən yaşayış sahəsindən çıxarılma ilə bağlı iddia qaldırmışdır. Onun qeyd olunan ünvandakı yaşayış sahəsində yaşamaq və istifadə etmək hüququ vardır, məhkəmə qanunsuz və əsassız olaraq onun və digər ailə üzvlərinin mənzildən çıxarılmasını qərara almışdır. Məhkəmə qətnaməsində maddi hüquq normaları qeyd olunsa da iş üzrə düzgün tətbiq olunmamışdır. Birinci, iddiaçı inzibati orqan onları qeyd olunan yataqxanada yerləşdirərkən onunla müqavilə bağlamamışdır. Halbuki, o və ailə üzləri özbaşına şəkildə həmin ünvanda məskunlaşmamışlar, əksinə rəsmi qaydada verilmiş məktub əsasında Mənzil Tikinti İdarəsinin əməkdaşlarının iştirakı ilə mənzil ona və ailəsinə təhvil verilmişdir. O, hər ay “Turan” yataqxanasının kommendatına kirayə pulu ödəmişdir. Həmin ödənişin qəbuluna dair qəbzlər də vardır. Azərbaycan Respublikası Mənzil Məccəlisirin 98-ci maddəsinə uyğun kirayə müqaviləsi faktiki olaraq onunla bağlanmış hesab edilməli idi. Məhkəmə bu məsələyə münasibət bildirməmişdir. Mənzil kirayə müqaviləsinin xitamı halı qanunvericiliyə əsasən baş verməmişdir. Məcəllənin həmin maddəsinə əsasən hesab edir ki, yaşayış sahəsi üçün hər ay ödənişlər etdiyindən bu da kirayə münasibətlərinin faktiki olaraq mövcud olduğunu göstərir. Kirayə münasibətlərinin xitamı üçün əsas olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 101-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Belə olan halda onun azyaşlı uşaqları ilə birgə mənzildən çıxarılması əsaslı ola bilməz. Hesab edir ki, hal-hazırkı iş üzrə qəbul edilmiş qətnamə ilə onun hüquqları pozulmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Ancaq məhkəmə göstərilən maddənin tələblərini pozmuş işin hərtərəfli tədqiqinə lazımi şərait yaratmamış, işə baxılarkən onun və ailə üzvlərinin yeni yaşayış sahəsi ilə təmin edilməməsi, “Turan” yataqxanasına ödədiyi ödənişlər, himayəsində azyaşlı uşaqlarının olması, həmin yataqxanada işləməsi, onun iştirakı təmin edilmədən aparılan araşdırma nəticədə nəzərə alınmamışdır. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh İmaməliyeva Səbinə Eldar qızına rəsmi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh İmaməliyeva Səbinə Eldar qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Maddə 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Maddə 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Maddə 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Maddə 99.8. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə 103.1. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. Maddə 103.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: 103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”. Bənd 1.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Bənd 2.1.Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. Bənd 2.2. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar).
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan aydın müəyyən olunur ki, Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin ##.##.2019-cu il tarixli, **** nömrəli məktubu əsasında İmaməliyeva Səbinə Eldar qızı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olmaqla dövlət mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında boş olan otaqların birinə işlədiyi dövr ərzində müvəqqəti yerləşdirilsə də, otağın cavabdehə ayrılmasına dair iddiaçının səlahiyyətli şəxsi tərəfindən hər hansı bir qərar qəbul edilməmiş, kirayə müqaviləsi bağlanmamışdır. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Azərinşaatlayihə Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ## #### 2025-ci il tarixli rəyi ilə qəzalı vəziyyətdə olması müəyyən olunan yaşayış sahəsini boşaltması iddiaçı tərəfindən cavabdehə təklif olunsa da, cavabdeh himayəsində olan iki yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə qəzalı vəziyyətdə olan yataqxanada yaşamaqda davam edir. Nəticədə özü ilə yanaşı iki yetkinlik yaşına çatmayan uşağının həyatı üçün də təhlükə yaradır. Kollegiya qeyd edir ki, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mənzil qanunvericiliyinin tələblərinə əsasən, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsindən irəli gələn hüquq münasibətlərində olsa da, tərəflər arasında cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan övladları ilə birlikdə yaşadığı xüsusi təyinatlı yaşayış sahəsi ilə bağlı qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilməklə bağlanan kirayə müqaviləsi mövcud deyildir. Mövcud olmayan, yaranmayan hüquq münasibətlərinə istinad edib iddiaçının tələbinə qarşı etiraz edən cavabdehin etirazı kimi, apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, yaranmış hüququn pozulması və müdafiəsi mümkün ola bilər. Bundan başqa iddiaçının cavabdeh qarşısında kirayə müqaviləsi bağlamaq kimi öhdəliyi yaranmamışdır. Belə ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə müvafiq olaraq müqavilə bağlamaq vəzifəsinin MM-də və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərinin tam həcmdə təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh İmaməliyeva Səbinə Eldar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.