Məhkəmə qərarları › İş №e-2(3-6)-1855/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1855/2026

12.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1855/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(001) -****/**** saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən *** nömrəli bağ sahəsinin 2,4 kvadrat metr hissəsinin iddiaçı İddiaçı öz hesabına boşaldılaraq ona geri qaytarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə ##.##.2026-cı il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. ##.##.2026-cı il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış və cavabdehə izah edilmişdir ki, o, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində və “Əlavə 2” də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş apellyasiya şikayətini gücləndirilmiş elektron imzadan istifadə edərək imzalamaqla və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə etməklə apellyasiya şikayəti ilə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. ##.##.2026-cı il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən təkrar apellyasiya şikayəti və buraxılmış prosesual müddətin bərpa edilməsi barədə vəsatət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti və buraxılmış prosesual müddətin bərpa edilməsi barədə vəsatət geri qaytarılmış, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izah edilmişdir ki, o, Mülki Prosessual Məcəllənin 361 ci maddəsinin tələblərinə uyğun şəkildə tərtib etməklə apellyasiya şikayəti ilə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Daha sonra ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 təkrar apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və ərizəni onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında *(***)- ****/**** saylı mülki iş vardır. Həmin mülki iş üzrə ##.##.2026-cı il tarixli qətnamə qəbul edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Qətnamə elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Həmin tarixə elektron imza (ASAN imza) sahibi olmadığı üçün apellyasiya şikayəti sadə yazılı formada poçt vasitəsi ilə göndərilmişdir. Hesab edirlər ki, qətnamədən şikayət verilmə müddətinin ötürülməsi cavabdehin səhhətinin bu iş səbəbindən pisləşməsi, mənəvi sarsıntı keçirməsi, müalicə xərclərinə görə maddi durumu çətin olduğundan və vəkil ilə müqavilə bağlamaq imkanın olmaması səbəbindən, yəni, üzürlü səbəblərdən ötürülmüş hesab edilə bilər. Qeyd edir ki, ##.##.2026-cı il tarixli qətnamə elektron sistem vasitəsi ilə ##.##.2026-cı il tarixdə daxil edilmişdir. Nümayəndə və vəkil tərəfindən sistemdən çıxarış edilərək elektron qaydada və kağız daşıyıcıda təqdim edilmişdir. Cavabdeh 1947-ci il təvəllüdlüdür və təqaüd alır, səhhəti ilə bağlı narahatlıqlar, bu barədə xərclərin qarşılanması və maddi vəziyyətinin həmin vaxt əlverişli olmadığından, vəkil ilə müqavilə bağlaya bilmədiyi üçün, ##.##.2026-cı il tarixdə sadə yazılı formada apellyasiya şikayətini, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməklə poçt vasitəsi ilə təqdim etmişdir. Bununla o, faktiki olaraq apellyasiya şikayətini prosessual müddət ərzində vermiş hesab edilər bilər. Lakin prosessual qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən bu proses elektron sistem üzərindən həyata keçirilməli olduğundan, apellyasiya şikayəti qəbul edilməmiş, bu barədə qərardad çıxarılmışdır. Məlumdur ki, elektron sistem vasitəsi ilə ilk əlavə edilməsi tələb olunan sənəd vəkil orderi, onun nömrəsi və tarixidir. Əks halda elektron qaydada apellyasiya şikayətinin verilməsi mümkün deyil. Hazırda, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə qeyd etdiyi nöqsan aradan qaldırılmış, vəkil tərəfindən elektron order əsasında hazırda prosessual qanunvericiliyin tələblərinə tam uyğun elektron qaydada apellyasiya şikayəti təqdim olunur. Belə olan halda isə prosessual müddətlər ötürülmüş hesab edilə bilər. Bu səbəbdən buraxılmış müddətin ötürülməsinin hansı səbəblərdən baş verməsini izah edərək və üzürlü hesab edilməli olduğunu vurğulayaraq, əlavə olaraq vəsatətlə müraciət edilir. Hesab edirlər ki, şəxsin faktiki olaraq ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinin yazılı formada təqdim etdiyini, şikayət verən şəxsin yaşını və səhhətini, o cümlədən maddi vəziyyətinin aşağı olduğunu nəzərə alaraq və apellyasiya şikayəti vermə hüququnun məhdudlaşdırılmaması, şəxsin konstitusion hüquqlarının pozulmaması məqsədi ilə prosessual müddətin ötürülməsi üzürlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməli, prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti icraata qəbul edilməlidir. Qeyd olunanlara əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzürlü səbəbdən olduğu üçün bərpa edilməsini, apellyasiya şikayətinin qəbul edilməsini və aidiyyatı üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin -*(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.4, 133.5, 135.6, 363.1.1-1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilməmişdir. Məhkəmə verilmiş ərizənin dəlillərini, habelə mülki işin materiallarını nəzərdən keçirərək qeyd edir ki, mülki iş materiallarından görünür ki, məhkəmənin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır. Belə olan halda da, qətnamə ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirildiyindən, onun qətnamədən məlumatı olmuşdur. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərardadının ləğv olunmasını, vəsatətinin təmin olunmasını, buraxılmış prosessual müddətin bərpa edilməsini ##.##.2026cı il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin üzrlü səbəblərdən ötürülməsi barədə Qərardad çıxarılmasını, qətnamədən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 133.1, 133.5, 133.6, 387.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qərardad əsasızdır və prosessual qanunvericiliyin tələblərinə zidd qəbul edildiyindən və prosessual normaların düzgün tədbiq edilməməsi nəticəsində məhkəmənin yanlış qənaətə gəlməsi səbəbindən ləğv edilməlidir. Prosessual müddətin buraxılmasının səbəblərinin tam olaraq üzürlü olması barədə əsaslandırılmış ərizə təmin edilməlidir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi üzürlü hesab edilməlidir. ##.##.2026-cı il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən səbəblərin üzürlü hesab edilməsindən imtina edilməsi barədə obyektiv nəticəyə gəlmək üçün prosessual qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Məhkəmə tərəfindən ərizəyə (vəsatət) mahiyyəti üzrə baxılarkən və imtina edilərkən AR Mulki-Prosessual Məcələsinin tələblərinə riayət edilməməsinə Apelyasiya instansiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilməlidir. Buraxılmış Prosessual müddətin hansı şəraitdə, hansı səbəblər nəticəsində və müddəti ötürmüş şəxsin yaş həddi, maddi vəziyyəti və xəstəliyi barədə və qeyd olunanlara dair ərizənin mahiyyəti ilə hərtərəfli baxılmalı idi. Belə ki, Cavabdeh faktiki olaraq ##.##.2026-cı il tarixdə apelyasiya şikayətini yazılı formada təqdim etdiyini, onun yaşını və səhhətini, o cümlədən maddi vəziyyətinin aşağı olduğunu nəzərə alaraq və Apelyasiya şikayəti vermə hüququnun məhdudlaşdırılmaması, şəxsin Konstitusiyon hüquqlarının pozulmaması məqsədi ilə prosessual müddətin ötürülməsi üzürlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməli, prosessual müddət bərpa edilməli və qətnamədən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməlidir. Bu barədə kifayət qədər dəlillər, xəstəlik barədə məhkəməyə təqdim edilmiş yanvar-fevral ayları ərzində ciddi xəstə və köməksiz vəziyyətdə olması barədə sübutların olmasına baxmayaraq məhkəmə tərəfindən bir cümlə ilə, ərizənin təmin edilməsinin qeyd edilməsi Mülki Prosessual Məcələsinin və ümmumiyyətlə Prosessual Qanunvericiliyin tələblərinə uyğun deyildir və ziddir. Qanunverici Prosessual normaları təsbit edərkən Məhkəmənin üzərinə qoymuş olduğu əsas vəzifələrdən biri, Məhkəmə tərəfindən qəbul edilmiş aktların əsaslandırılmasından ibarətdir. Məhkəmə qəbul etmiş olduğu qərarda hər hansı tələbin təmin edilməsini əsaslandırdığı kimi, tələbdən imtina edilməsini də eyni ilə əsaslandırmalıdır. Hansı səbəblərdən belə qənaətə gəlməsini açıq formada izah etməlidir. Halbuki, hazırkı qərardadda Məhkəmə yalniz ərizəyə geniş istinad etmiş, tam əsaslı üzürlü səbələri sadalamış, istinadlar etmiş, lakin sonda imtinası barədə, hansı səbəbdən imtina edilməsi, nə üçün qeyd olunan səbələrin üzürlü hesab edilməməsi barədə heç bir qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcələsinin 133.1 və 133.5-ci maddələrində qeyd olunanlara məhkəmə tərəfindən lazımi qiymət verilməmiş, maddələrin tələbləri və qeyd edildiyi kimi Prosessual Qanunvericiliyin tələbləri pozulmuşdur. Bir daha qeyd edir ki, Cavabdeh 69 yaşı vardır. Mahiyyət üzrə hazırki mübahisədə haqsız olan, iddia etdiyi və əsaslandığı tələblərə dair heç bir sübut təqdim etməyən şəxsin tələblərinin, qismən də olsa, təmin edildiyini bilməsi onun səhhətində ciddi əks edildi və daha sonra səhhətində problemlər yarandı. Həqiqətən xanım mənəvi sarsıtı keçirdi. Yaşlı və tək qadın, maddi imkanın aşağı olması səbəbindən, özünün müalicə xərcləri arasında Vəkil ilə müqavilə bağlamaq imkanının olmadığı üçün bu müddət ərzində prosessual müddətin ötdüyünün görərək, apelyasiya şikayətini sadə yazılı formada, imza edilməklə, dövlət rüsumu barədə qəbz əlavə edilməklə, poçt vasitəsi ilə ##.##.2026-cı il tarixdə göndərmişdir. 3 dəfə 50 manat 40 qəpik dövlət rüsumu ödənilmişdir. Bu halın özü şəxsin apelyasiya şikayəti vermək hüququndan istifadə etmək niyyətini, lakin üzürlü olaraq etmək iqtidarında olmamasını kifayət sübut edir. Hazırki qərardaddan apellyasiya şikayəti AR Mülki- Prosessual Məcəlləsinə “Əlavə 2” də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmişdir. Bu barədə qeyd etmək lazımdır ki, hazırki apelyasiya şikayətinin ümumi mətnində səbələrin üzürlü olması və Qərardadın əsassız olması barədə kifayət qədər geniş məlumat əks edilmişdir və elektron sistemdə şikayət məlumatları bölməsinin ərizənin mətni hissəsinə apelyasiya şikayətinin geniş mətni ilə bərabər, alt hissələrdə də müvafiq qeydlər əlavə edilir. Əlavə olaraq qeyd etmək istəyir ki, qərardaddan qanunla müəyyən edilmiş 10 gün müddət keçməmişdir və ##.##.2026-cı il tarixi üçün şikayət verilmə müddəti ötürülməmişdir. Ərizədə bir neçə üzürlü səbəb, 1. şəxsin maddi çətin durumu və buna görə Vəkil ilə müqavilə bağlaması imkansız olmuşdur. 2. Şəxsin 1947-ci il təvəllüdlü olması. 3. Şəxsin təqaüdçü olması. 4. yanvar -fevral aylarında çox pis vəziyyətdə xəstə olması. göstərilməsinə baxmayaraq məhkəmə heç birini üzürlü hesab etmədən maddənin dispozisiyasına zidd olaraq, ərizə təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin tələblərinə əsasən: 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: 136.0.1. məhkəmənin adı və ünvanı; 136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair); 136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 60, 72 (III), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, 399 ,“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı mərhələdə müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Iş materialları ilə müəyyən edilir ki, sözügedən qətnamə ilk idda üzrə cavabdehin vəkilinin elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, ilk dəfə şikayət ##.##.2026-cı il tarixdə verilmiş, sonradan da gecikmələr davam etmişdir. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsinin tərəfin səlahiyyətli nümayəndəsinə çatdırılması, artıq cavabdehin özü tərəfindən qətnamənin qəbul edilməsinə bərabər tutulur. Cavabdehin elektron kabinetinin, yaşlılığı, vəkillə müqavilə bağlamağa kifayət qədər vəsaitinin olmaması, mənəvi sarsıntı keçirməsi və s bu kimi səbəblər isə müddətin bərpa edilməsi üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar