Məhkəmə qərarları › İş №e-2(3-6)-1874/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1874/2026

11.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1874/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-1874/2026 (Açar sözlər: əmrin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün orta aylıq əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün orta aylıq əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş onunla bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrin ləğv olunması, onun işlədiyi “İqtisadiyyat və uçot departamentinin rəisi” vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı, eləcə də hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqı və 50 manat mediasiya xərclərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ## ##### 2025-ci il tarixindən Cavabdeh QSC-də (bundan sonra cavabdeh və ya QSC) İqtisadiyyat və uçot departamentinin rəisi vəzifəsində 1 illik əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. O, uzun illər (17 ildən artıq) maliyyə və audit sahəsində peşəkar təcrübəyə malik olmaqla yanaşı, rəhbər vəzifələrdə də çalışmış, maliyyə intizamının təmin olunmasında və iri həcmli dövriyyəsi olan şirkətlərin idarə edilməsində öz səriştəsini sübut etmişdir. İşə başladıqdan qısa müddət sonra QSC-nin əvvəlki baş direktoru dövlət vəzifəsinə təyin olunaraq işdən ayrılmış, onun yerinə yeni rəhbər təyin olunmuşdur. Yeni baş direktor təyin edildikdən bir müddət sonra onun tərəfindən verilən bir sıra tapşırıq və göstərişlərin əsasnamə və vəzifə funksiyalarına zidd olduğu, bəzi hallarda isə qanunvericiliyə uyğun olmadığı səbəbindən, maliyyə sahəsinə cavabdeh şəxs kimi, bu hallara yazılı və şifahi şəkildə etiraz etmiş və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin rəhbəri olduğu departament üzrə onunla heç bir müzakirə aparılmadan və əsaslandırma təqdim edilmədən 3 əməkdaşın ixtisar siyahısına salınmasına qarşı rəy bildirmişdir. Bu və digər iradlarından sonra QSC rəhbərliyi tərəfindən onun çalışdığı vəzifənin guya struktur dəyişikliyi nəticəsində ixtisara salınacağı bildirilmiş və ##.##.2025-ci il tarixində əmək müqaviləsinə ##.##.2025 tarixindən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştatın ixtisarı) əsasən xitam veriləcəyi barədə rəsmi bildiriş təqdim edilmişdir. Belə bir mütəxəssisin fəaliyyəti hər bir iri müəssisə üçün vacibdir, çünki maliyyə nizam-intizamının, şəffaf uçotun və düzgün idarəetmənin olmaması müəssisənin gələcək fəaliyyətini ciddi risklər qarşısında qoyur. Buna görə də onun ixtisarı həm qanuna, həm də iqtisadi məntiqliliyə zidd olmuşdur. Hal-hazırda isə bu ştatın ixtisar olunması yalnız müəssisənin əsl niyyətini pərdələmək məqsədi daşıyıb, işçinin işdən uzaqlaşdırılmasına nail olmağa hesablanmış addımdır. Çünki müəssisənin fəaliyyət göstərdiyi sahə və dövriyyəsi maliyyə direktorunun olmasını səciyyələndirir və bu ştatın ləğv olunması faktiki olaraq müəssisənin fəaliyyətinin dayandırması ilə birbaşa əlaqədədir. Ona görə də müəssisə fəaliyyət göstərdiyi halda bu ştatın ixtisarı yalnız ona görə aparılır ki, qeyd olunan işçi ilə bağlanmış əmək müqaviləsi 1 il müddətinə olduğu üçün əmək müqaviləsinə müddət başa çatmamış başqa əsasla xitam vermək mümkün deyildir. Cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq bildirişində qanunvericiliyə zidd olaraq ştat ixtisarının hansı zərurətdən yarandığı əsaslandırılmamış, müvafiq ştat üzrə əmək funksiyalarının necə həyata keçiriləcəyi göstərilməmişdir Onun vəzifəsi formal olaraq ixtisara salınsa da, faktiki olaraq həmin vəzifənin funksiyaları saxlanılmış, yalnız başqa şəxsə həvalə edilmişdir. Müəssisənin daxili məktubu təsdiq edir ki, maliyyə departamentinin rəhbərlik funksiyaları başqa işçiyə müvəqqəti icraçı qismində tapşırılmışdır. Əgər real ixtisar baş vermiş olsa idi, həmin funksiyalar ləğv edilməli idi. Bu fakt göstərir ki, ixtisar yalnız formal xarakter daşımış, əslində isə onun əmək müqaviləsinə əsassız xitam verilməsi üçün bəhanə kimi istifadə edilmişdir. Ştat ixtisarının əsassız olması ilə birlikdə, ümumilikdə onun işdən çıxarılması qanunsuz və əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, onun peşəkarlıq səviyyəsi yerinə təyin olunan işçidən aşağı deyil ki, yuxarıdır. Belə ki, o, 17 ildən artıq əmək stajına malikdir, 8 ildən artıq isə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışmış, bu sahədə müxtəlif sertifikatlara malik olmuşdur. Bundan əlavə, ixtisar tədbirinin əsaslandırılması üçün şirkətin maliyyə çətinliklərinin də olması zəruri idi ki, maliyyə direktoru olaraq o bildirir ki, müəssisənin maliyyə göstəriciləri sübut edir ki, şirkətin gəlirliliyində azalma deyil, əksinə artım müşahidə olunmuşdur. Belə şəraitdə maliyyə rəhbərinin ixtisarı əsassızdır. Əksinə, iri həcmli dövriyyəsi olan şirkətlərin fəaliyyətində maliyyə departamentinin rəhbərinin rolu daha da əhəmiyyətlidir. Bu vəzifənin ixtisarı müəssisənin maliyyə intizamını və şəffaf idarəçiliyini risk altına qoyur. Ona görə də bu addım nə iqtisadi məntiqlə, nə də idarəetmə praktikası ilə izah oluna bilər. Eyni zamanda, xxxx Prezidentinin ## ###### 2024-cü il tarixli №***/**** saylı əmrinə görə, törəmə müəssisələrdə maliyyə rəhbərlərinin işdən çıxarılması yalnız Baş ofisin razılığı ilə mümkündür. Onun işdən çıxarılması bu normativ tələbin də pozulması ilə həyata keçirilmişdir. Belə ki, xəbərdarlıq bildirişində bu barədə hər hansısa qeyd mövcud deyildir. O, “Mediasiya haqqında” AR Qanununa əsasən mediasiya üçün müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya prosesində iştirak etməmişdir

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddianın təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 11.1-ci maddəsinin “a” bəndi, 42, 68, 70-ci maddəsinin “b” bəndi, 71.1, 71.3, 74.2, 78.1, 78.2, 80.1, 80.2, 80.3, 83.1, 154, 156, 294.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində ixtisarın ümumi xarakter daşıdığını əsaslandırmaq üçün qeyd etmişdir ki, iddiaçının işdən çıxarılmasından sonra, 2025-ci ilin noyabr ayında da əlavə ixtisarlar həyata keçirilmişdir. Halbuki iddiaçının əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdə xitam verilmişdir və bu tarixdən sonra baş verən hər hansı struktur dəyişiklikləri və ya ixtisarlar həmin xitamın hüquqauyğunluğunu əsaslandıra bilməz. İşəgötürənin sonrakı dövrdə qəbul etdiyi qərarların əvvəlki tarixdə verilmiş xitamın əsaslandırılması üçün istifadə olunması hüquqi baxımdan yolverilməzdir və məhkəmənin bu halı əsas kimi götürməsi düzgün deyildir. Bununla yanaşı, məhkəmə köhnə və yeni ştat cədvəllərini müqayisə edərək struktur dəyişikliklərinin real xarakter daşıdığı qənaətinə gəlmişdir. Lakin struktur vahidlərinin adlarının dəyişdirilməsi, bəzi departamentlərin şöbəyə çevrilməsi və ya şöbələrin sayının azaldılması faktı öz-özlüyündə ixtisarın real olduğunu sübut etmir. Əmək hüququ baxımından həlledici meyar vəzifənin adı deyil, onun funksional məzmunudur. İş materiallarından da göründüyü kimi, əvvəlki İqtisadi və uçot departamentinintərkibində mövcud olan mühasibat uçotu, maliyyə və vergi, eləcə də iqtisadi təhlil və planlaşdırma funksiyaları yeni yaradılmış Maliyyə departamenti çərçivəsində müxtəlif adlar altında davam etdirilmişdir. Mühasibat uçotu və vergi funksiyalarının saxlanılması, büdcə və hesabatlılıq istiqamətinin ayrıca struktur kimi formalaşdırılması, eləcə də maliyyə idarəetməsi ilə bağlı funksiyaların davam etdirilməsi bunu açıq şəkildə göstərir. Bu baxımdanaydın olur ki, struktur dəyişiklikləri nəticəsində vəzifənin mahiyyəti aradan qalxmamış, yalnız təşkilati forması dəyişdirilmişdir. Belə olan halda vəzifənin real ləğvindən deyil, formal dəyişiklikdən söhbət gedir. Məhkəmə isə yalnız struktur müqayisəsi ilə kifayətlənmiş, köhnə və yeni vəzifə təlimatlarının müqayisəsini aparmamış, iddiaçının icra etdiyi funksiyaların yeni struktur daxilində davam edib-etmədiyini araşdırmamışdır. Halbuki məhz bu hal ixtisarın real olub-olmamasının müəyyən edilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Nəticə etibarilə, məhkəmə tərəfindən struktur dəyişiklikləri ilə funksional dəyişikliklər eyniləşdirilmiş, vəzifənin faktiki mövcudluğunun davam etməsi nəzərə alınmamış və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Məhkəmə iddiaçının peşəkarlıq səviyyəsi, işgüzar keyfiyyətləri və öhdəsində 16 yaşınadək 3 uşağın olması halları ilə bağlı mövqeyə münasibət bildirərkən qeyd etmişdir ki, ixtisar zamanı daha yüksək ixtisaslı işçilər işdə saxlanılmalıdır və peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin səlahiyyətinə aiddir. Lakin məhkəmənin bu nəticəsi iş materialları ilə təsdiq olunmur və faktiki halların təhrif olunması ilə müşayiət olunur. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində sınaq müddəti nəzərdə tutulmuşdur və bu müddət ərzində işəgötürən işçinin peşəkarlıq səviyyəsini qiymətləndirmək imkanına malik olmuşdur. Əgər iddiaçının məhkəmədə göstərildiyi kimi “peşəkarlıq səviyyəsi işəgötürəni qane etmirdisə”, bu halda işəgötürən əmək münasibətlərinə məhz sınaq müddəti ərzində xitam verə bilərdi. Lakin belə bir addım atılmamış, əksinə sınaq müddəti başa çatdıqdan sonra işçi ilə əmək münasibətləri davam etdirilmişdir. Bu halın özü göstərir ki, iddiaçının peşəkarlıq səviyyəsi ilə bağlı sonradan irəli sürülən iddialar formal xarakter daşıyır və sonradan əsaslandırma məqsədi ilə irəli sürülmüşdür. Eyni zamanda, iddiaçının işlədiyi müddət ərzində onun fəaliyyətində hər hansı ciddi nöqsanların olması barədə nə yazılı, nə də şifahi formada hər hansı xəbərdarlıq, töhmət və ya digər intizam tədbiri tətbiq edilməmişdir. İş materiallarında belə sənədlər mövcud deyildir. Məhkəmə baxışının son mərhələsində cavabdeh tərəfindən təqdim edilmiş bir neçə epizodik hal isə işçinin peşəkarlıq səviyyəsini şübhə altına alan, onun vəzifə funksiyalarını yerinə yetirə bilməməsini sübut edən hallar deyildir və mahiyyət etibarilə təsadüfi və əhəmiyyətsiz xarakter daşıyır. Bu kimi epizodik hallar əsasında işçinin ümumi peşəkar səviyyəsi barədə nəticə çıxarılması hüquqi baxımdan yolverilməzdir. Məhkəmə həmçininqeyd etmişdir ki, iddiaçı ilə baş direktor arasında səmərəli koordinasiya formalaşmamışdır. Lakin bu hal hüquqi kateqoriya deyil və əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar sırasında yer almır. Subyektiv qiymətləndirmə xarakteri daşıyan belə ifadələr işçinin işdən çıxarılmasının hüquqi əsaslandırılması kimi qəbul edilə bilməz. Bundan əlavə,məhkəmə Qasımova İradə Əli qızının cavabdeh müəssisədə daha uzun müddət işləməsini və bu sahədə daha çox təcrübəyə malik olmasını əsas gətirərək onun yeni yaradılmış Maliyyə departamentinin rəisi vəzifəsinə təyin edilməsini qanuni hesab etmişdir. Lakin qeyd olunmalıdır ki, işçinin müəyyən müəssisədə daha uzun müddət işləməsi heç bir halda onun digər işçilərlə müqayisədə daha yüksək peşəkarlıq səviyyəsinə malik olmasının sübutu kimi çıxış edə bilməz. Əksinə, iş materiallarından da göründüyü kimi, iddiaçı həmin vəzifəyə təyin olunduğu dövrdə məhz maliyyə-iqtisadi sahə üzrə peşəkar mütəxəssis kimi işə götürülmüş, onun tabeliyində çalışan əməkdaşlardan biri kimi çıxış edən Qasımova İradə Əli qızı isə iddiaçının müavini statusunda fəaliyyət göstərmişdir. Bu faktın özü göstərir ki, işəgötürən tərəfindən ilkin qiymətləndirmə zamanı iddiaçının peşəkarlıq səviyyəsi daha yüksək hesab edilmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçı ilə Qasımova İradə Əli qızının peşəkarlıq səviyyələrinin müqayisəsini aparmamış, bu barədə heç bir sübutu araşdırmamış və müzakirə etməmiş, lakin buna baxmayaraq nəticə hissəsində sonuncunun daha üstün olması qənaətinə gəlmişdir. Bu isə sübutlara deyil, fərziyyəyə əsaslanan nəticədir və qətnamənin əsassızlığını göstərir. Məhkəmə tərəfindəniddiaçının öhdəsində 16 yaşınadək 3 uşağın olması faktına da yalnız formal qaydada istinad edilmiş, lakin bu halın hüquqi nəticələri qiymətləndirilməmişdir. Halbuki Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əsasən belə şəxslərəişdə saxlanmaq üçün üstünlük verilməlidir və bu norma işəgötürənin mülahizəsinə buraxılmış diskresion hüquq deyil, məcburi xarakter daşıyan hüquqi öhdəlikdir. Məhkəmə bu normanı tətbiq etməmiş və iddiaçının üstünlük hüquqununpozulub-pozulmamasını faktiki olaraq araşdırmamışdır. Bundan əlavə,məhkəmə İqtisadiyyat və uçot departamentinin rəisi və Maliyyə departamentininrəisi vəzifə təlimatlarını müqayisə etdiyini qeyd etsə də, bu müqayisə formal xarakter daşımışdır. Məhkəmə yalnız bəzi funksiyaların çıxarıldığını və bəzilərinin əlavə edildiyini qeyd etməklə kifayətlənmiş, lakin hər iki vəzifənin əsas mahiyyətinin - yəni müəssisənin maliyyə idarəetməsinə rəhbərlik funksiyasının eyni olduğunu nəzərə almamışdır. Vəzifə təlimatlarınınməzmunu göstərir ki, hər iki departamentin əsas funksiyası maliyyə və iqtisadi fəaliyyətin təşkili, uçotun aparılması, büdcələşdirmə və hesabatlılıq üzərində nəzarətin həyata keçirilməsidir. Bu isə onu göstərir ki, struktur dəyişikliklərinə baxmayaraq vəzifənin əsas funksional məzmunu saxlanılmışdır. Belə olanhalda, iddiaçının rəhbərlik etdiyi departamentin guya ləğv edildiyi barədə nəticə faktiki vəziyyətə uyğun deyildir. Departamentin adı dəyişdirilmiş və struktur yenidən təşkil edilmiş, lakin həmin funksiyalar davam etdirilmişdir. Bu isə real ixtisarın deyil, formal dəyişikliklərin həyata keçirildiyini göstərir. Bu kontekstdə xüsusi vurğulanmalıdır ki, əgər həqiqətən yeni yaradılmış vəzifə əvvəlki vəzifədən fərqli hesab olunursa belə, bu halda belə iddiaçıya həmin vəzifənin təklif edilməsi məsələsi araşdırılmalı idi. Halbuki məhkəmə bu halı ümumiyyətlə qiymətləndirməmişdir. Əgər Qasımova İradə Əli qızı əvvəl iddiaçının müavini olmuşdursa və sonradanhəmin vəzifəyə təyin edilmişdirsə, bu halda iddiaçıya həmin vəzifənin təklif edilməməsi izah edilməli idi. Lakin nə işəgötürən, nə də məhkəmə bu suala cavab verməmişdir. Nəticə etibarilə, məhkəmə iddiaçının peşəkarlıq səviyyəsinin aşağı olması, digər işçinin isə daha üstün olması barədə nəticəyə heç bir obyektiv və sübuta əsaslanan qiymətləndirmə aparmadan gəlmiş, iddiaçının üstünlük hüququnu nəzərə almamış və vəzifənin faktiki olaraq mövcudluğunu davam etdirməsini düzgün qiymətləndirməmişdir. Bu isə qətnamənin əsaslandırılmamış və qanunsuz olduğunu göstərir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəf “xxxx” şirkətinin rəyi əsasında iddiaçının işdən çıxma məsələsini qərarlaşdırdıqlarını bildirir. Bu mövqe onu deməyə əsas verir ki, iddiaçının şəxsiyyətindən asılı olmayaraq həmin vəzifədə olan istənilən şəxsin ştatı ixtisar olunacaqdı. Çünki “xxxx” şirkəti İqtisadiyyat və Uçot Departamentinin rəhbəri olmasına zərurət olmadığını qeyd edir. İxtisardan sonra müəssisədə eyni əməkhaqqı məbləğləri saxlanılıb və hətta artım da var. Bu halda maliyyə vəziyyətində optimallaşdırılma aparılması ağlabatan deyil.

9. Cavabdehin nümayəndəsi nümayəndə3 İsfəndiyar oğlu verilmiş apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ümumilikdə 48 nəfər ixtisar olunmuşdur. İxtisardan sonra yeni yaradılmış departamentə kimin işə götürülməsi tamamilə işəgötürənin səlahiyyətindədir.

10. Cavabdehin nümayəndəsi nümayəndə2 İlham oğlu verilmiş apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

11. Üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmasına etiraz etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin mövqeyini müdafiə edir. Oxşar işlər vardır. Dövlət Neft Şirkətinin daxili prosedur qaydaları vardır. Rəhbərlikdən şifahi razılıq əldə edilmişdir, Müşahidə Şurasının üzvləri məlumdur, vaxt baxımdan üzvlərin toplaşması hər dəfə mümkün olmur. İddiaçının yaxşı və ya pis işçi olması müzakirə obyekti deyildir. Onlar bildirmirlər ki, iddiaçı pis işçi olub, sadəcə ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi (mübahisənin mövcud olduğu tarixə uyğun olaraq yeni redaksiyada)

12. Maddə 11.1, “ə” bəndi. İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

13. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

14. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

15. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

16. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

17. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

18. Maddə 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

19. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

29. Ümumilikdə, işin halları ondan ibarətdir ki, İddiaçı ##.##.2025-ci il tarixdə Cavabdeh QSC-də “İqtisadiyyat və uçot departamentinin rəisi" vəzifəsinə təyin edilmişdir. ## #### 2025ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıqdan görünür ki, "xxxx” QSC-nin ##.##.2025-ci il tarixli *** nömrəli əmri ilə İddiaçı işlədiyi departamentin rəisi ştatı ixtisar edilmiş, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ##.##.2025-ci il tarixdə xitam veriləcəkdir. ##.##.2025-ci il tarixli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ştatların ixtisarı ilə əlaqədar olaraq xitam verilmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək "xxxx” QSC-nin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, onun işlədiyi İqtisadiyyat və uçot departamentinin rəisi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ona ödənilməsini xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək aparılan ixtisarın qanunvericiliyin tələblərinə uyğun aparıldığını bildirir.

30. Kollegiya iddiaçının iddianın təmini üçün çıxış etdiyi əsaslara ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir və ilk növbədə işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar ittifaqının iclasının keçirilməsinə dair prosedur pozuntularına dair mövqeyə münasibətdə aşağıdakıları qeyd edir.

31. Belə ki, iddiaçı həmkarlar ittifaqının onun işdən azad edilməsinə dair qərarının iclasın keçirildiyi gün verilməsini, bu barədə məktubun da iclas günü göndərilməsini və protokolu imzalayan şəxsin ona qarşı qərəzli mövqedə olmasını əsas gətirərək bu barədə qanunvericiliyin tələblərinin pozulduğunu bildirmişdir.

32. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

33. Əmək Məcəlləsinin 294.3-cü maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar İttifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul edildiyi gündən başlanır.

34. Qanunvericiliyin də tələblərindən göründüyü kimi işəgötürən tərəfindən müəyyən əsaslarla əmək müqaviləsinə xitam verilməsi zamanı həmkarlar ittifaqı təşkilatının bu prosesdə roluna dair yalnız razılığın alınması məsələsi ilə bağlı imperativ norma təsbit olunmuş, həmin razılığın alınması ilə bağlı keçirilən iclasın aparılması qaydaları, o cümlədən iclasda barəsində təqdimata baxılan şəxsin iştirakının mütləqliyinə dair isə hər hansı məcburi göstəriş mövcud olmamışdır. Həmçinin iddiaçı təqdimata onun daxil olduğu gün, yəni ##.##.2025-ci il tarixdə baxılaraq elə həmin gün də müvafiq qərar qəbul edilməsini də əsassız hesab etsə də, əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normasından göründüyü kimi, həmkarlar ittifaqı təşkilatı öz qərarını təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində işəgötürənə təqdim etməlidir və qərarın bu on günün içərisində istənilən gün verilməsi qanunvericiliyə uyğundur. Bundan əlavə iddiaçı tərəf öz izahatında da qeyd etmişdir ki, iclasın keçirilməsindən təxminən 1 həftə əvvəl bu barədə məlumatlı olmuşlar. Odur ki, iclasın keçirildiyi gün qərarın verilməsində hər hansı pozuntu mövcud deyildir.

35. Bundan əlavə Həmkarlar İttifaqı Komitəsi tərəfindən qəbul edilən qərarın iddiaçıya qarşı qərəzi olan rəhbər tərəfindən imzalandığını qeyd etsə də, bu qərəzin və aparılan ixtisarın iddiaçının birbaşa şəxsiyyəti ilə əlaqə olduğunu təsdiq edən hər hansı dəlil aşkar edilməmişdir.

36. Kollegiya ixtisarın aparılması ilə bağlı qanunvericiliyin normalarının düzgün tətbiqinə münasibətdə isə aşağıdakıları qeyd edir.

37. Belə ki, işəgötürənin effektiv iqtisadı fəaliyyətinin həyata keçirilməsi üçün kadr fəaliyyətini həyata keçirmək, o cümlədən işçiləri qəbul etmək, onları vəzifələrə təyin etmək və əmək müqavilələrinə xitam vermək hüququ vardır. Lakin o, bu hüquqdan işçinin Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatlarını gözləməklə istifadə etməlidir.

38. İşçilərinin sayının və ya ştatların ixtisarının aparılması müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi başa düşülür. Bu zaman konkret vəzifə ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılır, eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilər isə ixtisar olunur. Bu elə hallarda mümkün ola bilər ki, işəgötürənin fəaliyyətində baş verən dəyişikliklər nəticəsində mövcud olan vəzifəyə zərurət aradan qalxsın.

39. Belə ki, iddiaçı öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, cavabdeh müəssisədə iddiaçının vəzifə tutduğu ştatın şirkətin maliyyə göstəriclərinin qeyri-qənaətbəxş olması səbəbindən ixtisar olunması inandırıcı deyildir və o, maliyyə departamentinin direktoru olmaqla belə bir halın mövcud olmadığını bilir. Bu mövqeyə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh QSC-nin Həmkarlar İttifaqı Komitəsinin ## #### 2025-ci il tarixli, ** nömrəli protokolundan görünür ki, keçirilən yığıncaqda baş direktor cəmiyyətin maliyyə göstəricilərinin qənaətbəxş olmamasını bildirərək artıq xərclərin qarşısını almaq məqsədilə işçilərin sayının ixtisarına qərar verilmişdir. Həmin protokola ixtisar olan işçilərin siyahısı əlavə edilmişdir və siyahıya əsasən 49 nəfər əməkdaşın ixtisar edilməsi nəzərdə tutulmuşdur. Bu halda ixtisarın real olmayan, görüntü məqsədilə aparılmasını deməyə əsas mövcud olmur.

40. Bundan başqa, iddiaçı şirkətin maliyyə göstəriclərinin qeyri-qənaətbəxş olmasına dair sübutların olmadığını qeyd etsə də, bu barədə müvafiq hesabat cədvəlləri təqdim edilmiş, bu səbəbdən ixtisar aparılan şəxslərin dairəsində həm iddiaçı kimi yüksək vəzifəli şəxslərin, həm də digər inzibati və yardımçı vəzifələrin olması da öz əksini tapmışdır. O cümlədən müəssisənin qəbul etdiyi müvafiq qərar sadəcə maliyyə göstəriciləri ilə bağlı olmamış, idarəetmənin təkmilləşdirilməsi, istehsalatın inkişafı da bunun üçün əsas təşkil etmişdir.

41. Həmçinin qeyd edilməlidir ki, iddiaçı müəssisənin fəaliyyətini maliyyə departamentinin direktoru olmadan həyata keçirə bilməyəcəyini və həmin vəzifənin funksiyalarını faktiki olaraq başqa şəxsin icra etməsi ilə bu vəzifəyə ehtiyacın aradan qalxmadığını bildirmişdir. Kollegiya bu mövqeyə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi bir neçə struktur birləşdirilərək bir departamentin və onun rəhbəri altında vahidləşmişdir və funksiyaların faktiki başqa şəxsin rəhbərliyi altında icra edilməsinin mümkünlüyü ixtisarın qeyri-real deyil, əksinə, real olduğunu deməyə əsas verir.

42. Kollegiya iddiaçının vəzifəsi olan maliyyə departamentinin direktoru vəzifəsinin ixtisarının aparılması üçün yuxarı orqanın razılığının olmasına dair mövqeyə münasibətdə aşağıdakıları qeyd edir.

43. Belə ki, iş materiallarında olan “xxxx”-ın Nizamnaməsinin 5.23.7-ci bəndinə əsasən “xxxx”-ın prezidenti Müşahidə Şurası ilə razılaşdırmaqla Şirkətin Baş Ofisinin struktur bölmələrinin əsasnamələrini təsdiq edir, bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Şirkətin Baş Ofisinin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir. Həmin Nizamnamənin 5.23.12-ci maddəsinə əsasən Müşahidə Şurası ilə razılaşdırmaqla, Şirkətin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin, həmçinin onun strukturuna daxil olan qurumların rəhbərlərinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir.

44. Nizamnamənin tələblərindən göründüyü kimi, yalnız əsas müəssisənin Baş ofisinin işçiləri, həmçinin törəmə müəssisələrin yalnız rəhbərlərinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Müşahidə Şurasının razılığı ilə həyata keçirilir. Hazırki işin hallarından da göründüyü kimi iddiaçının əvvəl tutduğu vəzifə törəmə müəssisənin departamentlərindən birinin direktoru olmaqla bunların heç birinə aid deyil.

45. Həmçinin iddiaçı xxxx Prezidentinin ## ###### 2024-cü il tarixli №***/**** saylı əmrinə əsaslanaraq törəmə müəssisələrdə maliyyə rəhbərlərinin işdən çıxarılmasının yalnız Baş ofisin razılığı ilə olmasını iddia etsə də, iddiaçının tutduğu vəzifənin işdən çıxarılan zaman razılaşdırılmalı vəzifələr siyahısına daxil edilməsinə dair dəyişiklik cavabdeh müəssisəyə ##.##.2025-ci il tarixdə, yəni iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsindən sonra daxil olmuşdur.

46. Bundan əlavə qeyd edilməlidir ki, işçi ilə işəgötürən arasındakı münasibətlər əsas etibarilə Əmək Məcəlləsi ilə tənzimlənir. Bu halda Məcəllənin işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları ilə bağlı razılığın alınmasına dair tələbin yalnız müəssisənin Həmkarlar İttifaqı Təşkilatına aid olunması ilə bağlı norması da əsas götürülməli və yuxarıda qeyd olunan əsaslandırmaya əsasən bu razılığın mövcudluğu nəzərə alınmalıdır. Nəticə etibarilə qeyd olunan arqument də işin halları və qanunvericiliyin tələblərinə əsasən öz təsdiqini tapmamış olur.

47. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, Cavabdeh QSC-nin ##.##.2025-ci il tarixli ***/k saylı əmri qanunvericiliyin tələbinə əsasən qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.

48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar