Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1906/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı "yeni mənzilin verilməsi və sair" tələbinə dair mülki iş üzrə (Açar sözlər: yeni mənzilin verilməsi, kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi və kompensasiya ) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkil1, Cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 iştirakları ilə, Işin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219 ünvanında yerləşən ümumi sahəsi 23 kv.m olan * saylı mənzil Cavabdeh xüsusii mülkiyyətindədir.
2. Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2017-ci il tarixli, *** saylı Sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov və C.Hacıbəyov küçələrinin kəsişməsində “xxxx” MMC-yə yaşayış binalarının Baş plan üzrə 1 (bir) saylı blokun tikintisinə icazə verilmişdir.
3. “Torpaq sahəsinin icarəyə veriməsi” haqqında ##.##.2016-cı il tarixli, **** nömrəli müqavilədən görünür ki, Bakı şəhər Icra Hakimiyyəti adından çıxış edən Bakı şəhər Icra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbov ilə “xxxx” MMC arasında Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2015-ci il tarixli, *** saylı Sərəncamı və ##.##.2015-ci il tarixli, ***** saylı inşaat pasportuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır.
4. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abdullayeva Səbinə Qaraca qızına ünvanlanan ##.##.2024-c il tarixli bildirişdən görünür ki, ona məxsus mənzilin sökülməsi və əvəzində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16 ünvanında yerləşən “28 Residence” yaşayış binasının 3-cü mərtəbəsində təmirli ümumi sahəsi 40 kv.m olan mənzilin verilməsi təklif edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli məhkəmə-texniki obyektlərin tədqiqi ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219 ünvanındakı mənzilin faktiki sahəsinin 29.4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219 ünvanındakı mənzilin tikintialtı sahəsinin 39.4 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı "yeni mənzilin verilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən ərazidə yeni yaşayış binasının tikilməsi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən, ünvan 2 ünvanında ümumi sahəsi 23 kv.m olan mənzilin sökülməsi əvəzində mülkiyyətçi Abdullayeva Səbinə Qaraca qızının, ona Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16 ünvanında yerləşən “28 Residence” yaşayış binasının 3-cü mərtəbəsində təmirli ümumi sahəsi 40 kv.m olan mənzil verilməsi və ya həmin ünvanda tikiləcək yaşayış kompleksində eyni sahəli təmirli mənzil verilməsi və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməsi şərti ilə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Abdullayeva Səbinə Qaraca qızı ünvan 2 ünvanında faktiki sahəsi 23 kv.m olan mənzilin mülkiyyətçisidir. Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219 ünvanında yerləşən tikili XX əsrin əvvəllərində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon Icra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmuş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2015-ci il tarixli, *** saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyriyaşayış tikililərinin layihələndirilməsi üçün torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Beləliklə İddiaçı MMC həmin ərazidə layihənin həyata keçirilməsi məqsədi ilə müvafiq işlər görmüş, həmin binada cavabdehlərdən başqa digər mənzil mülkiyyətçiləri və onların ailələri ilə razılığa gəlmiş və sökülən mənzil əvəzində artıq kv.m-li ümumi sahəsi olan mənzillərin verilməsi öhdəliyini götürmüşdür. Belə ki, İddiaçı MMC tərəfindən cavabdeh Abdullayeva Səbinə Qaraca qızına məxsus ümumi sahəsi 23 kv.m olan mənzilin sökülməsi əvəzində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16 ünvanında yerləşən “28 Residence” yaşayış binasının 3-cü mərtəbəsində təmirli ümumi sahəsi 40 kv.m olan mənzil verilməsi, mənzili qəbul etmədiyi təqdirdə isə həmin ünvanda tikiləcək yaşayış kompleksində eyni sahəli təmirli mənzil verilməsi və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməsi təklif edilmişdir. “28 Residence” yaşayış binası cavabdehin yaşadığı ünvanın yaxınlığında yerləşir, hətta cavabdehin yaşadığı ünvanda daha əlverişli ərazidə yerləşir. “28 Residence” yaşayış binasında mənzillərin bazar dəyəri cavabdehin hazırda yaşadığı binada yerləşən mənzillərin bazar dəyərindən çoxdur. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən ona edilmiş ədalətli təklifləri qəbul etmir və qeyri-real (yalnız pul) kompensasiyanın verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edir və qəzalı vəziyyətdə olan mənzildən çıxmayaraq özünün və həmin mənzildə yaşayanların həyatlarını təhlükəyə atır. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Bakı şəhər Icra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Sonradan iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini dəqiqləşdirərək, mübahisənin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli məqsədilə: 29.4 kv.m yaşayış sahəsinə 20% əlavə edilməklə yeni, təmirli mənzil verilməsi, və ya alternativ olaraq 90.000 manat məbləğində pul kompensasiyası ödənilməsi, yeni mənzil təhvil verilənədək aylıq 500 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı "yeni mənzilin verilməsi və sair" tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli manat) manatın iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 AZ34CTRE00000000000002088501 hesabına köçürülməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.3, 28.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Insan Hüquqularının və X4 Haqqında» Avropa Konvensiyasının müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” ## #### 2006-cı il tarixli * saylı Qərarının 2-ci bəndinə, «Insan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasına * saylı Əlavə protokolun 1-ci maddəsinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə ## ###### 2009-cu il tarixli Qərarının 64 və 65-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Ona görə də ləğv edilməlidir. Məhkəmə ikinci əsas kimi kompensasiyanın ədalətli olmadığını göstərmişdir. Lakin iş materiallarından görünür ki, ekspertiza ilə cavabdehə məxsus mənzilin faktiki sahəsi 29.4 kv.m tikintialtı sahəsi 39.4 kv.m müəyyən edilmişdir. Iddiaçı tərəfindən isə cavabdehə daha artıq sahəli təmirli daha əlverişli ərazidə yerləşən bazar dəyəri daha yüksək olan yeni mənzil təklif edilmişdir. Hətta iş materiallarında “28 Residence” yaşayış binasında yerləşən 40 kv.m mənzilin verilməsi təklifinin mövcudluğu təsdiq edilmişdir. Beləliklə, kompensasiya həm sahə, həm keyfiyyət, həm də yerləşmə baxımından cavabdehin əvvəlki mənzilindən daha üstün olmaqla Konstitusiyanın 29-cu maddəsində və AIHM-in formalaşmış presedent hüququnda nəzərdə tutulan ədalətli balans meyarına tam cavab verir. Məhkəmə bu maddi hüquqi meyarları nəzərə almadan kompensasiyanı qeyri-ədalətli hesab etməklə maddi hüquq normalarının pozulmasına yol vermişdir. Məhkəmə iddianı onunla rədd etmişdir ki, cavabdehə veriləcək mənzilin blok, giriş, mərtəbə və nömrəsi dəqiq göstərilməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, hazırkı mübahisə qəzalı vəziyyətdə olan tikilinin sökülərək yerində yeni çoxmənzilli yaşayış binasının inşası ilə bağlıdır və həmin yeni binanın layihəsi yekun şəkildə hələ təsdiq olunmamışdır. Qətnamənin özündə də qeyd edilir ki, bu cür tikililər üzrə əvvəlcə ərazi planlaşdırma sənədlərinin hazırlanması və şəhərsalma orqanı ilə razılaşdırılması tələb olunur. Belə olan halda, gələcəkdə inşa ediləcək binada blok və mənzil nömrəsinin əvvəlcədən göstərilməsini tələb etmək tikinti və şəhərsalma münasibətlərinin hüquqi təbiətinə uyğun deyildir. Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli, ** saylı Qərarının 1.3-cü bəndində məhz sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bu norma gələcək tikilidən mənzil ayrılmasının hüquqi baxımdan mümkünlüyünü birbaşa təsdiq edir. Bu səbəbdən məhkəmə kompensasiya mexanizmini yalnız hazırda mövcud olmayan texniki rekvizitlərlə məhdudlaşdırmaqla maddi hüququ düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iddianı gələcək tikilidə veriləcək mənzilin blok, giriş və nömrəsinin hazırda dəqiq göstərilməməsi əsası ilə rədd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, bu formada qəbul edilmiş rədd qətnaməsi gələcəkdə layihə təsdiq olunduqdan və mənzilin bütün rekvizitləri müəyyənləşdirildikdən sonra belə iddiaçının eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət imkanını ciddi şəkildə məhdudlaşdırır. Belə ki, MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə olduqda sonrakı iş üzrə icraata xitam verilməlidir. Deməli, məhkəmənin layihə hələ yekunlaşmadığı mərhələdə iddianı rədd etməsi iddiaçını gələcəkdə hüququnu ümumiyyətlə müdafiə edə bilməmək vəziyyətinə salır və bu da Konstitusiyanın 60-cımaddəsində nəzərdə tutulan səmərəli məhkəmə müdafiəsi hüququna zidd nəticə yaradır. Bu səbəbdən məhkəmə mübahisənin tikinti münasibətlərinin xüsusiyyətlərini nəzərə alaraq daha çevik hüquqi qiymətləndirmə aparmalı, formal olaraq rədd yolu seçməklə iddiaçının gələcək hüquq müdafiəsini mümkünsüz edən nəticə yaratmamalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. ##.##.2026-cı il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə iclasında mübahisənin həlli imkanları müzakirə edilmiş və cavabdeh tərəf tərəfindən mübahisənin yeni mənzilin təqdim edilməsi yolu ilə həllinə razılıq verildiyi məhkəmənin diqqətinə çatdırılmışdır. Iddiaçı İddiaçı MMC də öz növbəsində mübahisənin qarşılıqlı razılaşma əsasında həllində maraqlıdır. Bu baxımdan, iddiaçı ilkin iddia tələbini dəqiqləşdirərək bildirir ki, cavabdehə məxsus mənzilin əvəzində həmin mənzilin ümumi sahəsinə 20 faiz əlavə edilməklə, ümumi sahəsi 49 kv.m olan, təmirli yeni mənzilin verilməsini təklif edir. Yeni mənzilin iddiaçı tərəfindən inşa ediləcək yaşayış kompleksində yerləşməsi nəzərdə tutulur. Konkret olaraq, cavabdehə yeni inşa ediləcək binanın 1-ci blokunun 4-cü mərtəbəsindən, ümumi sahəsi 49 kv.m olan, təmirli mənzilin təqdim edilməsi təklif olunur. Yeni mənzil cavabdehə faktiki təhvil verilənədək onun yaşayışla təmin edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi, habelə cavabdehin köçürülməsi ilə bağlı əsaslı xərclərin iddiaçı tərəfindən qarşılanması nəzərdə tutulur. Beləliklə, iddiaçı tərəfindən cavabdehin əmlak hüquqlarının təmin edilməsi məqsədilə onun hazırkı mənzilinin əvəzində 20 faiz əlavə edilməklə 49 kv.m sahəsi olan, yeni inşa ediləcək binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, təmirli mənzilin təqdim edilməsi, yeni mənzil faktiki təhvil verilənədək aylıq 500 manat kirayə haqqının ödənilməsi və köçürülmə ilə bağlı əsaslı xərclərin qarşılanması qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi ilə bağlı müddəalarını nəzərə alaraq, iddiaçı İddiaçı MMC-nin iddia tələbinin dəqiqləşdirilməsi barədə hazırkı ərizəsinin qəbul edilməsini və iş materiallarına əlavə edilməsini, cavabdeh Abdullayev Elsəvər Elcan oğluna məxsus mənzilin əvəzində həmin mənzilin ümumi sahəsinə 20 faiz əlavə edilməklə, ümumi sahəsi 49 kv.m olan, yeni inşa ediləcək binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, təmirli yeni mənzilin verilməsinin müəyyən edilməsi, yeni mənzil cavabdehə faktiki təhvil verilənədək cavabdehə iddiaçı tərəfindən hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsinin müəyyən edilməsi, cavabdehin yeni mənzilə köçürülməsi ilə bağlı əsaslı xərclərin iddiaçı tərəfindən qarşılanmasının müəyyən edilməsi, dəqiqləşdirilmiş iddia tələbinin nəzərə alınmaqla, cavabdeh Abdullayev Elsəvər Elcan oğlunun hazırda yerləşdiyi mənzildən çıxarılması və həmin mənzilin iddiaçı İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişidir.
15. ##.##.2026-cı il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, xxxx MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun kirayə haqları təklif olunur. xxxx MMC Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2015 il tarixli 368 N-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 1 mülkiyyətçisi olan cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39 kv.m olan mənzilin əvəzinə 20 faiz əlavə edilməklə yeni inşa ediləcək binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 49 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 (beş yüz) manat kirayə haqqı təklif olunur. xxxx MMC iddiaçının mənzilinin yerləşdiyi binanın 3 sakinindən başqa bütün sakinləri ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər Icra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. xxxx MMC Bakı Şəhər Icra Hakimiyyəti Başısının sərəncamına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına, Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, elektron sistemə ##.##.2026-cı ildə yüklənən sənədlər diqqətə alınmaqla iş materiallarına əlavə edilməsi və ##.##.2026-cı il tarixli ərizə nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 məhkəməyə təqdim etdiyi ərizədə qeyd etdiyi kimi, hesablanmış ölçülərə uyğun, evinin yerləşdiyi ərazidə ( mövcud ev şəraitinə uyğun) 2 (iki) otaqlı, qonaq otağı, yataq otağı , sanuzel qovşağı, ayrıca mətbəxi və koridoru olan hazır təmirli ev təqdim edildiyi halda evini şirkətə təhvil verəcəyini qeyd etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
17. 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
18. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
19. 13-cü maddəsinin III hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;
20. 29-cu maddəsinin IV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;
21. 43-cü maddəsinin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 16.1 fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir;
23. Maddə 18 mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir;
24. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
25. Maddə 152.2 sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 152.3 istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
27. Maddə 152.4 sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 152.6 hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;
29. Maddə 560.1 mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
30. Maddə 560.2 hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır;
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin
31. 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
32. 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
33. 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
34. 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
35. 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.
36. 4.1-ci və 4.2-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.
37. 17-ci maddəsinə əsasən ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.
38. «Insan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasına * saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Fortis-Bayıl» Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli 392- IVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Hazırki halda qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən, bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Abdullayev Elsəvər Elcan oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219-da yerləşən çıxarış üzrə 23 kv.m, faktiki sahəsi 29.4 kv. m olan * saylı mənzilin əvəzində həmin mənzilin ümumi sahəsinə 20 faiz əlavə edilməklə, ümumi sahəsi 49 kv.m olan, yeni inşa ediləcək binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, təmirli yeni mənzil verilməli, yeni mənzil cavabdehə faktiki təhvil verilənədək cavabdehə iddiaçı tərəfindən hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməli, cavabdehin yeni mənzilə köçürülməsi ilə bağlı əsaslı xərclər iddiaçı tərəfindən qarşılanmalı, cavabdeh Abdullayev Elsəvər Elcan oğlu Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219-da yerləşən * saylı mənzildən çıxarılaraq həmin mənzil iddiaçı İddiaçı MMC-yə təhvil verilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
48. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. Işin hallarından görünür ki, Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2017-ci il tarixli, *** saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov və C.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən 0.3301 ha torpaq sahəsi üzərində yaşayış binalarının Baş plan üzrə 1 (bir) saylı blokun tikintisi ilə bağlı “xxxx” MMC-yə (hazırkı İddiaçı MMC) icazə verilmişdir. Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2015-ci il tarixli, *** saylı Sərəncamı və ##.##.2015-ci il tarixli, ***** saylı inşaat pasportuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin 49 il müddətinə “xxxx” MMC-nin (hazırkı İddiaçı MMC) istifadəsinə verilməsi haqqında Bakı Şəhər Icra Hakimiyyəti ilə “xxxx” MMC arasında ##.##.2016-cı il tarixli, **** nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə" bağlanmışdır. Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən ərazidəki evlərdə yaşayan sakinlərə kompensasiya ödənilməklə köçürülməsi barədə həmin sakinlərlə razılıq əldə edilmişdir.
50. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il # ####### tarixli *** nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il ## ###### tarixli * nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016- cı il 25 fevral tarixli ** nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin ##.##.2019-cu il tarixli, *** saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon Icra Hakimiyyəti, Binəqədi Rayon Icra Hakimiyyəti, Qaradağ Rayon Icra Hakimiyyəti, Suraxanı Rayon Icra Hakimiyyəti, Nəsimi Rayon Icra Hakimiyyəti, Xətai Rayon Icra Hakimiyyəti, Nərimanov Rayon Icra Hakimiyyəti, Nizami Rayon Icra Hakimiyyəti, Yasamal Rayon Icra Hakimiyyəti, Səbail Rayon Icra Hakimiyyəti, Pirallahı Rayon Icra Hakimiyyəti və Xəzər Rayon Icra Hakimiyyəti, bu Qərarın 1 -ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il ######un #-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər.
51. Kollegiya qeyd edir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququnun kompensasiyası mümkündür. Bununla yanaşı, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür. Məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə mülkiyyətçi əvəz kimi verilən əmlakın əlamətləri konkret şəkildə fərdiləşdirilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olubolmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehlərin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz.
52. Belə ki, bu qəbildən olan islərə baxılan zaman mənzili boşaldılaraq təhvil veriləcək olan vətəndaşa veriləcək mənzilin məlumatları dəqiq müəyyən edilməli, mənzilin rekvizitləri və digər fərdiləşdirici əlamətləri məhkəmənin yekun qərarında öz əksini tapmalıdır.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, «...mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır».
54. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təklifində konkret mənzilə dair göstəricilərinin qeyd edilməməsi, mənzilin hansı ünvandakı binada yerləşməsinin dəqiq göstərilməməsi, qətnamənin nəticə hissəsində də Nəsimi rayonu, Azadlıq prospekti 16 ünvanında yerləşən “28 Residence” yaşayış binasının 3-cü mərtəbəsində təmirli qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər.
55. Bununla belə, iddiaçı apellyasiya məhkəməsində icraat zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Abdullayev Elsəvər Elcan oğluna məxsus mənzilin əvəzində həmin mənzilin ümumi sahəsinə 20 faiz əlavə edilməklə, ümumi sahəsi 49 kv.m olan, yeni inşa ediləcək binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, təmirli yeni mənzilin verilməsi, yeni mənzil cavabdehə faktiki təhvil verilənədək cavabdehə iddiaçı tərəfindən hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi cavabdehin yeni mənzilə köçürülməsi ilə bağlı əsaslı xərclərin iddiaçı tərəfindən qarşılanması dəqiqləşdirilmiş iddia tələbi nəzərə alınmaqla, cavabdeh Abdullayev Elsəvər Elcan oğlunun hazırda yerləşdiyi mənzildən çıxarılması və həmin mənzilin iddiaçı İddiaçı MMCyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
56. Cavabdeh isə öz növbəsində məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, mübahisənin həlli məqsədilə hesablanmış ölçülərə uyğun, evinin yerləşdiyi ərazidə ( mövcud ev şəraitinə uyğun) 2 (iki) otaqlı, qonaq otağı, yataq otağı , sanuzel qovşağı, ayrıca mətbəxi və koridoru olan hazır təmirli ev təqdim edilməsinə razıdır. Iddiaçı İddiaçı öz növbəsində mübahisənin məhkəmədənkənar və qarşılıqlı razılaşma əsasında həllində maraqlıdır və cavabdehə yeni inşa ediləcək yaşayış binasından 49 kv.m sahəsi olan, 2 otaqlı, təmirli mənzil təqdim etməyə razıdır.
57. Kollegiya qeyd edir ki, cavabdehə məxsus yaşayış sahəsi qəzalı vəziyyətdədir və binanın hazırkı vəziyyətdə istismarının davam etdirilməsi orada yaşayan sakinlərin həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükəlidir. Artıq iddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi ərazidə yaşayan digər sakinlərlə razılıq əldə olunmuşdur. Lakin cavabdehlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin (sakinlərin) hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Digər tərəfdən, cavabdehə məxsus mənzilin sökülməsi onun mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnməyəcəkdir. Belə ki, cavabdehin yaşadığı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır. Cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi yaşayış binası mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir.
58. Kollegiya işin hallarını, iddiaçı tərəfindən verilmiş ərizənin cavabdehlərin vəziyyətinin yaxşılaşdırması xüsusatını, tərəflərin məhkəmə iclasında ifadə etdikləri mövqelərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Abdullayev Elsəvər Elcan oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219-da yerləşən çıxarış üzrə 23 kv.m, faktiki sahəsi 29.4 kv. m olan * saylı mənzilin əvəzində həmin mənzilin ümumi sahəsinə 20 faiz əlavə edilməklə, ümumi sahəsi 49 kv.m olan, yeni inşa ediləcək binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, təmirli yeni mənzil verilməli, yeni mənzil cavabdehə faktiki təhvil verilənədək cavabdehə iddiaçı tərəfindən hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməli, cavabdehin yeni mənzilə köçürülməsi ilə bağlı əsaslı xərclər iddiaçı tərəfindən qarşılanmalı, cavabdeh Abdullayev Elsəvər Elcan oğlu Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219-da yerləşən * saylı mənzildən çıxarılaraq həmin mənzil iddiaçı İddiaçı MMC-yə təhvil verilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
59. Nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il ## ###### tarixli Qərarı)
60. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «Insan hüquqlarının və X4 haqqında» Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007-ci il ## ### tarixli Qərar).
61. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il ## #### tarixli Qərar, §148, 150; «Skordino Italiyaya qarşı» iş üzrə 2006-cı il ## #### tarixli Qərar, § 93)
62. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
63. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.
64. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından suiistifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
65. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.
66. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.
67. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, ocümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.
68. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.
69. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə cavabdehin hərəkətləri məhz hüquqdan sui-istifadədir. Həmçinin digər sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur.
70. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməli, bu zaman Insan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
72. Kollegiya hesab edir ki, hazırkı halda tələb olmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia təmin edilsin. Cavabdeh Abdullayev Elsəvər Elcan oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219-da yerləşən çıxarış üzrə 23 kv.m, faktiki sahəsi 29.4 kv. m olan * saylı mənzilin əvəzində həmin mənzilin ümumi sahəsinə 20 faiz əlavə edilməklə, ümumi sahəsi 49 kv.m olan, yeni inşa ediləcək binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, təmirli yeni mənzil verilsin. Yeni mənzil cavabdehə faktiki təhvil verilənədək cavabdehə iddiaçı tərəfindən hər ay 500 manat məbləğində kirayə haqqı ödənilsin. Cavabdehin yeni mənzilə köçürülməsi ilə bağlı əsaslı xərclər iddiaçı tərəfindən qarşılansın. Cavabdeh Abdullayev Elsəvər Elcan oğlu Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219-da yerləşən * saylı mənzildən çıxarılaraq həmin mənzil iddiaçı İddiaçı MMC-yə təhvil verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.