Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1923/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdehlər Bakı şəhəri ** saylı Notariat Ofisi, cavabdeh3 və cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmə, miras əmlkda payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X8 oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı iddiaçı2, Iddiaçı iddiaçı1 və onun nümayəndəsi-vəkili vəkil1, Cavabdeh cavabdeh3, Cavabdeh cavabdeh2 və onun nümayəndəsi-vəkili vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. * saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli arayışının notarial təsdiq edilmiş surətindən görünür ki, cavabdeh3 ilə X3 nikahları haqqında ##.##.1973-cü il tarixdə ** №-li akt qeydi tərtib olunmuşdur;
2. Bakı şəhəri, XDS-nin IK-nin ##.##.1986-cı il tarixli ****** saylı dəyişmə orderinin surətindən görünür ki, cavabdeh3 Rusiya Federasiyanda olan 4 otaqlı mənzilini Bakı şəhəri B.Dadaşov küçəsi ** saylı evin 2 otaqlı ** saylı mənzilinə dəyişdirilmişdir.
3. B.Dadaşov küçəsi ** saylı evin ** saylı mənzilində yaşayan və qeydiyyatda olan Hacıyeva Gülarə Əhməd qızı, iddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, X6, ##.##.1998-ci ildə imzaları notarial qaydada təsdiq edilmiş ərizələri ilə həmin mənzilin cavabdeh3 adına özəlləşdirilməsinə heç bir etirazları olmamasını bildirmişlər.
4. xxxx Publik Hüquqi Şəxsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsində mövcud arxiv materiallarına əsasən ünvan 4 ünvanında yerləşən ** nömrəli mənzil ##.##.1998-ci il tarixində cavabdeh3 adına ilkin qeydiyyatdan keçmiş, ##.##.2005-ci il tarixli, 4Ə-02-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən 4 otaqlı mənzilin 1 otağı X4 adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən mənzil söküldüyü üçün vətəndaşların ərizəsinə əsasən mülkiyyət hüquqları ləğv edilmişdir;
5. Texniki Inventarlaşdırma və Mülkiyyət Hüqaqlarının qeydiyyat Idarəsinin ÖM seriyalı ****** saylı qeydiyyat vəsiqəsindən görnür ki, ÖM seriyalı ****** saylı ##.##.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ** saylı evin 66,9 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı ** saylı mənzilin 47.4 kv.m olan 3 otağı cavabdeh3, 19.5 kv.m olan 1 otağı isə X4 məxsusdur;
6. Nərimanov rayon Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli *** saylı «B.Dadaşov küçəsi ** saylı evin ** saylı mənzilinin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında» sərəncamı ilə mənzilin ümumi sahəsinin 87,2 kv.m, yaşayış sahəsinin isə 66,9 kv.m, k.məkçi sahəsinin 20,3 kv.m olmaqla 4 otaqlı hesab edilmişdir.
7. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyeva Gülarə Əhməd qızı ##.##.2018-ci il tarixdə ölmüşdür;
8. “xxxx” MTK ilə cavabdeh3 (“Mülkiyyətçi”) arasında bağlanmış ***-**D/** saylı, ##.##.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” MTK ünvan 3 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək, bu bunada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 3 otaqlı, 60 kv.m mənzili dövlət reyestrində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə, girişində 2-ci mərtəbədə (qeyri-yaşayış da sayılmaqla) tam təmirli 75 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, “Mülkiyyətçi” isə həmin mənzilləri qəbul etməyi öz öhdəsinə götürür;
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(005) ***/**** saylı qətnaməsindən görünür ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər “xxxx” MTK, cavabdeh3 və cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir.
10. Bakı Apellyasiya məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən görünür ki, ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
Iş üzə qəbul olunmuş məhkəmə aktları
11. Iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdehlər Bakı şəhəri ** saylı Notariat Ofisi cavabdeh3 və cavabdeh2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzil iddiaçıların anası Hacıyeva Gülarə Əhməd qızı cavabdeh (ataları) cavabdeh3 ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək ümumi əmlakın yarısına analarına düşən hissəsinə vərəsəlik üzrə miras pay hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların anası Hacıyeva Gülarə Əhməd qızı cavabdeh cavabdeh3 ilə ## ###### 1973-cü il tarixdə ** №-li akt qeydi ilə Qazax rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan iddiaçı1, X1, iddiaçı2, Əliyeva (Hacıyeva) Elmira Tahir qızı anadan olmuşlar. Hacıyeva Gülarə Əhməd qızı cavabdeh cavabdeh3 ilə birgə nikah dövründə Bakı şəhəri Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzili əldə etmişlər. Iddiaçılar ünvan 1 ünvanında 1989-cu ildən valideynləri ilə birlikdə yaşamağa başlamışlar və iddiaçılar iddiaçı1 ##.##.1991-ci ildə, iddiaçı2 isə ##.##.2000-ci ildə həmin ünvana qeydiyyatda düşmüşlər. ünvan 1 ünvanına dair *** saylı reyestr kitabında, 136381 səhifə, qeyda alma № **/*****, ##.##.1998-ci il tarixdə qeydiyyat aparılmaqla qeydiyyat vəsiqəsi verilmişdir. Hacıyeva Gülarə Əhməd qızı ## ### 2018-ci il tarixdə vəfat etmişdir. Iddiaçılar cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinə müraciət edərək ##.##.2018-ci il tarixdə vəfat etmiş X7 Əhməd qızının birgə nigah dövründə əldə edilmiş əmlaklardan ümumi əmlakındakı paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Cavabdeh Bakı şəhəri ** saylı notariat ofisi ##.##.2025-ci il tarixli *** №-li məktubla cavab verərək qeyd edilmişdir ki, “mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. Qanunverciliyin yuxarıda göstərilən normalarına əsasən, ##.##.2018-ci il tarixdə vəfat etmiş ananız Hacıyeva Gülarə Əhməd qızının ölümündən sonra birgə nigah dövründə əldə edilmiş əmlaklardan ümumi əmlakındakı paydan Sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün sağ qalmış ərin razılığı tələb olunur. Eyni zamanda bildiririk ki, ərizənizdə qeyd etdiyiniz məsələ ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır.” Mübahisə edilən Bakı şəhəri Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzil birgə nikah dövründə əldə olunmuşdur. Iddiaçılar ##.##.2018-ci il tarixdə vəfat etmiş X7 Əhməd qızının vərəsələridir. Iddiaçılar ünvan 2 ünvanında 1989-cu ildən valideynləri ilə birlikdə yaşamağa başlamışlar və iddiaçılar iddiaçı1 ##.##.1991-ci ildə, iddiaçı2 isə ##.##.2000-ci ildə həmin ünvana qeydiyyatda düşmüşlər. X7 Əhməd qızının ##.##.2018-ci il tarixdə vəfatından sonra faktiki həmin ünvanda yaşamaqla mirası qəbul etmişlər. Iddiaçılar onlara düşən paydan imtina etməmişlər.
13. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz ərizəsi daxil olmuş və göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzili cavabdeh birgə nikah dövründə əldə etməmişdir. Belə ki, sözügedən mənzil cavabdeh3 SSRI-də göstərdiyi xidmətlərə görə SSRI-da indiki Rusiya Federasiyası ərazisində verilmiş mənzilin Azərbaycan SSR ərazisində dəyişdirilməsi nəticəsində mülkiyyətinə keçmişdir. Bakı şəhəri Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzil birgə nikah dövründə əldə edilmədiyi üçün iddiaçıların ##.##.2018-ci il tarixdə vəfat etmiş X7 Əhməd qızının vərəsələri olması həmin mənzildən qanun üzrə vərəsə kimi pay almaq hüquqlarının mövcud olmasını istisna edir. Iddiaçılar ünvan 2 ünvanında anaları öləndən sonra deyil, 2024-cü ilin iyun iyul aylarından sonra qonaq qismində qalmaq şərtilə ilə sökülmüş evin yerində inşa edilmiş yeni evdə qalmışlar. Belə ki, iddiaçı2 15 ildən, iddiaçı1 isə 20 ildən çoxdur ki, həmin mənzildə yaşamamışlar və faktiki olaraq da miras əmlakı qəbul etməmişlər.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən – Mehriban Əfəndizadə) iddia tələbinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Iddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılara Bakı şəhəri Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzilin sökülməsi və əvəzində yuxarıda sadalanan müqavilələr üzrə cavabdehlərə yeni mənzillərin verilməsi faktı məlum olmuş və onlar ## ###### 2018-ci il və ## ##### 2019-cu il tarixli müqavilələrin etibarsız sayılması, həmin müqavilələr üzrə mənzillərə verilmiş çıxarışların ləğv edilməsi və “xxxx” MTK tərəfindən inşa edilmiş "Zümrüd Residence" 1-ci bina mənzil 7 ünvanına iddiaçıların istifadə hüquqlarının tanınması barədə iddia qaldırmışlar. Həmin iddianın rədd edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçıların artıq mövcud olmayan ünvan 4 ünvanında yerləşən ** nömrəli mənzilə istifadə hüquqlarının yaranmış olduğu mübahisəli deyildir. Iş materiallarından da aydın olur ki, həmin mənzil ##.##.1998-ci il tarixində cavabdeh3 adına ilkin qeydiyyatdan keçmişdir və onlar ailə olaraq birlikdə həmin mənzildə yaşamışlar. Tərəflərin mübahisə etdikləri hal, onların həmin mənzilə istifadə hüquqlarının qalıb-qalmaması ilə bağlıdır. Iddiaçılar mənzil üzərində bu hüquqlarının olmasına istinadən hazırkı iddianı qaldırdıqları halda, cavabdehlərin mövqeyinə görə, onlar daimi yaşamaq üçün başqa yerə getdikləri (digər yaşayış sahəsinə köçdükləri) üçün həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunur. Iş materialları, tərəflərin, xüsusilə də iddiaçıların izahatları ilə iddiaçı2 2005-ci ildə ölkə xaricinə getməsi, iddiaçı1 isə 2007-ci ildə ailə quraraq başqa ünvana gəlin köçməsi, həmin tarixlərdən sonra sözügedən mənzildə yaşamadıqları müəyyən edilmişdir. Bu mənada məhkəmələrin qənaətinə görə, cavabdehlərin “iddiaçıların mənzilə olan istifadə hüquqlarının itirilməsi” ilə bağlı dəlilləri əsaslıdır. Onların arasıra atalarının yaşadığı mənzilə gəlmələri, mənzil söküldükdən sonra 2023-cü ildə yeni verilmiş mənzilə köçərək orada yaşamaları mövcud vəziyyəti dəyişdirmir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab etmişdir ki, istifadə hüquqları itirilmiş hesab edildiyindən iddiaçılar iddiaçı2 və iddiaçı1 müqavilələrin etibarsız sayılması, həmin müqavilələr üzrə mənzillərə verilmiş çıxarışların ləğv edilməsi tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Iddiaçıların “sökülmüş mənzilin mərhum anaları Gülarə Hacıyevanın paylı mülkiyyətində olması, həmin paya münasibətdə onların vərəsə sayılması” haqqında arqumentlərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin əmlakın birgə əmlak hesab edildiyini cavabdehlər qəbul etməmiş, sökülmüş evin cavabdehin nikaha girənədək əldə etdiyi evin hesabına alındığını bildirmişlər. Həmçinin vərəsəlik işi açılmamışdır və mirasın faktiki qəbulu ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir.
16. Məhkəmə hazırki iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, hazırki tələb iki hissədən Bakı şəhəri Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzili birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi və ümumi əmlakın yarısına analarına düşən hissəsinə vərəsəlik üzrə miras pay hüquqlarının tanınmasından ibarətdir və tələbin İ hissəsi ilə bağlı hesab edir ki, cavabdeh tərəfin mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməməsinə dair dəlili əsassızdır.
17. Belə ki, sözügedən mənzil cavabdeh3 Rusiya Federasiyası ərazisində verilmiş mənzilin Azərbaycan SSR ərazisində dəyişdirilməsi nəticəsində mülkiyyətinə keçməsi məhz nikah dövrünə təsadüf edir və istər həmin vaxt, istərsə də 2018-ci ildə qüvvədə olan ailə qanunvericiliyinin tələbləri baxımından ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri nikahdır və nikah müddətində ər arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Eləcə də onların bu əmlakdakı payları bərabər hesab edilir.
18. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil 1998-ci ildə cavabdeh3 adına özəlləşdirilməsi ailə üzvlərinin razılıqlarına əsasında olmaqla həmin mənzilə mülkiyyət hüquqları əldə etməsinə baxmayaraq bu özü-özlüyündə faktiki olaraq ## ### 2018-ci il tarixdə vəfat etmiş Hacıyeva Gülarə Əhməd qızının da həmin əmlakın yarısına mülkiyyət hüququ olmasını da ehtiva etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əgər tək mülkiyyət hüququ qeydə alınmış şəxs vəfat edərsə birgə nikah dövründə əldə edilmiş əmlakda həmin ölən şəxsə münasibətdə miras açılır və mirasa birgə nikah dövründə əldə olunmuş əmlak aiddirsə onun əri (arvadı) İ növbəli vərəsəsi kimi yalnız ölmüş ərinin (arvadın) payına digər vərəsələr olduğu halda onlarla bərabər pay hüququ əldə edir və əldə etdiyi pay hüququ özünün mülkiyyət payına əlavə edilməklə bu hüquq dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınır.
19. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən, Ərarvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarışına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.
20. Lakin işin materiallarından görünür ki, cavabdeh3 arvadının ölümündən sonra mülkiyyət sənədinin tək özünün adına olmasından istifadə edərək ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etməmiş, mülkiyyət hüququna dair çıxarışdan istifadə edərək yuxarıda qeyd edilən hallar baş verərək mülkiyyətində olan mənzilin sökülməsi ilə əlaqədar yeni mənzillər əldə etmiş və onun birini də özünün təbirincə deyilsə ona baxıb qulluq edən qızı cavabdeh2 bağışlamışdır.
21. Müəyyən edilmişdir ki, ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə almaq niyyyəti mərhumənin 5 övladından yalnız ikisi, hazırki iş üzrə iddiaçılara aiddir və onlar ilk olaraq belə bir şəhadətnamə almaq üçün deyil, sökülmüş mənzilin əvəzinə əldə edilmiş mənzillərə istifadə hüquqlarının tanınmalı olmasını iddia etmişlər. Bu iddiaları istifadə hüquqlarının olmaması əsası ilə rədd edildikdən sonra ümumi əmlakındakı analarına düşən hissəsinə vərəsəlik üzrə miras pay hüquqlarının tanınmasını iddia etmişlər.
22. Məhkəmə Bakı şəhəri Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzilin iddiaçıların anası Hacıyeva Gülarə Əhməd qızı cavabdeh (ataları) cavabdeh3 ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi qənaətinə gəlmiş və tələbin II hissəsi ilə bağlı qeyd etmişdir ki, müəyyən edilmişdir ki, iddiaçılar İ növbəli vərəsələr sırasına aid olsalar da miras əmlakın qəbulu ilə bağı qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət etməyərək mirası qəbul etmə müddətlərini ötürmüşlər.
23. Məhkəmə idda tələblərinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Iddiaçıların iddia tələbinin əsaslı olmasına dair izahatı özü özlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
24. Məhkəmə hesab etmişdir ki, iddiaçıların tələbin II hissəsi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqla yanaşı, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı həm də öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
25. Məhkəmə göstərilən nəticələrə gələrkən həmçinin də iddia predmeti olan əmlakın artıq faktiki olaraq mövcud olmamasını da nəzərə almışdır.
26. Məhkəmə Bakı şəhəri Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzil iddiaçıların anası Hacıyeva Gülarə Əhməd qızı cavabdeh (ataları) cavabdeh3 ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi qənaətinə gəlsə də, tələbin digər hissəsi olan ümumi əmlakın yarısına analarına düşən hissəsinə vərəsəlik üzrə miras pay hüquqlarının tanınması hissəsinin əsassız olduğu üçün iddianın ümumilikdə rədd edilməsi qənətinə gəlmişdir. Belə ki, tələbin yalnız İ hissəsi əsaslı olsa da təmin edilməsinin qət olunması özü özlüyündə konkret hüquqi nəticə yaratmır və bu tələbin digər hissəsi üzrə hüquqi nəticə yaradılması üçün bir növ təməl rolunda çıxış edir. Lakin tələbin II hissəsinin əsassız olduğu müəyyən edildiyi üçün İ hissəsinin əsaslı olmasına baxmayaraq ayrıca formal təmin edilməsinin qət edilməsinə zərurət yoxdur.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1, 1159.1.1, 1146, 1243.1, 1246, 1147.1, 1151.1, 1133.1, 1272, 1273-cü; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarı; “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli qərarı; Mülki Prosesual Məcəllənin 82.3, 217.2, 88, 106.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
28. Qətnamədən iddiaçılar iddiaçı2 və iddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətləri eyni məzmunda əsaslandırılaraq qeyd edilmişdir ki, iddiaçılar ##.##.2018-ci il tarixində vəfat etmiş anası Hacıyeva Gülarə Əhməd qızının vərəsəsidir. Iddiaçılar ünvan 2 ünvanında 1989-cu ildən valideynləri ilə birlikdə yaşamağa başlamışdır və iddiaçı1 ##.##.1991-ci ildə, iddiaçı2 ##.##.2000-ci ildə həmin ünvana qeydiyyatda düşmüşdür. iddiaçı1 ona düşən paydan imtina etməmişdir. Nərimanov Rayon Məhkəməsi Bakı şəhəri Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzilin iddiaçının anası Hacıyeva Gülarə Əhməd qızı cavabdeh (atası) cavabdeh3 ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi qənaətinə gəlmişdir. Belə olan halda iddianın rədd edilməsi yolverilməzdir. Vərəsə mirası faktiki qəbul etməklə də vərəsə sayılır. Iddiaçılar anasının vəfatından sonra mübahisəli ünvanda yaşayıb. Həmçinin mirasdan imtina etməyib. Bu faktdır. Yəni hesab etmək olar ki, mirası faktiki qəbul etmişdir. Məhkəmə bu halı lazımi hüquqi qiymətləndirmədən kənarda saxlamışdır. Iddiaçıların qanun üzrə vərəsə olması heç bir şübhə doğurmur və mübahisələndirilə bilməz. Nərimanov Rayon Məhkəməsi bir tərəfdən hesab edir ki, sözügedən əmlak birgə nikah dövrundə əldə olunub, yəni məhrum Hacıyeva Gülarə Əhməd qızının həmin əmlakda payının olduğunu qəbul edir, digər tərəfdən isə məhrumun qanun üzrə vərəsəsi olan iddiaçıları mirasdan məhrum edir. Nərimanov Rayon Məhkəməsi qətnaməsində qeyd edir ki: müəyyən edilmişdir ki, iddiaçılar İ növbəli vərəsələr sırasına aid olsalar da miras əmlakın qəbulu ilə bağı qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət etməyərək mirası qəbul etmə müddətlərini ötürmüşlər. Məhkəmə qüvvədən düşmüş normaya istinad edir və nəzərə almır ki, vətəndaşın mirası qəbul etmək üçün artıq hər hansı bir müddət tətbiq edilə bilməz. Müddətlə bağlı normanın qüvvədən düşməsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırır və bu səbəbdən onun xeyrinə qiymətləndirməlidir. Nərimanov Rayon Məhkəməsi bir tərəfdən iddiaçıları vərəsə kimi tanıyır, digər tərəfdən formal əsaslarla ona miras payını verməkdən imtina edir və faktiki olaraq Dövlətin Konstitusiya ilə verdiyi təminatı ləğv etmiş olur. Nərimanov Rayon Məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün sübutları kompleks və obyektiv şəkildə araşdırmamışdır. Xüsusilə iddiaçının mirası faktiki qəbul etməsi, mübahisəli əmlakın sökülməsi nəticəsində hüquqların əvəz əmlaka transformasiya olunması və vərəsəlik hüququnun notariat razılığından asılı olmaması ilə bağlı sübutlar lazımi qiymətləndirilmədən kənarda saxlanılmışdır. Mühüm əhəmiyyət kəsb edən faktlara seçmə yanaşma nümayiş etdirmişdir. Nərimanov Rayon Məhkəməsi qətnamədə mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu və mərhum Gülarə Hacıyevanın həmin əmlakda 1/2 pay hüququnun mövcudluğunu müəyyən etsə də, bu faktlardan irəli gələn hüquqi nəticəni tətbiq etməmiş, iddianı rədd etmişdir. Bu hal qətnamənin faktiki hissəsi ilə nəticə hissəsi arasında açıq ziddiyyət yaradır. Nərimanov Rayon Məhkəməsi iddiaçının iş üzrə mühüm əhəmiyyət kəsb edən hüquqi arqumentlərinə– mirasdan imtina etməməsi, sökülmüş əmlak üzrə hüquqların qorunması və notariat razılığının hüquqi əhəmiyyətsizliyi ilə bağlı dəlillərə qətnamədə münasibət bildirməmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları formal yanaşma ilə tətbiq edilmiş, mülkiyyət hüququnun müdafiəsi, hüquqi müəyyənlik və ədalət prinsipləri nəzərə alınmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
31. Məhkəmə kollegiyasının iclasında Iddiaçı iddiaçı1 nümayəndəsi-vəkili vəkil1 qətnamənin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, işin mübahisəsiz halı odur ki, iddiaçı iddiaçı1 atası və anası əmlakı birgə nikah dövründə əldə etmişlər. Mənzil Rusiyada əldə ediləndə belə onlar nikahda olublar. iddiaçı1 ona düşən paydan imtina etməyib. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin hakimi mövcud olmayan normaya, yəni Azərbaycan Republikasının Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinə istinad etmiş, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinin pozuntusuna yol verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsində ziddiyyətlər var. Belə ki, məhkəmə əmlakı birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirir. Bu da o deməkdir ki, mənzilin yarısı iddiaçıların anasına məxsus olmuş və onların həmin hissədə məcburi payları var.
32. Məhkəmə kollegiyasının iclasında Iddiaçı iddiaçı1 izahatında qeyd etdi ki, o, nə yazılı, nə də şifahi şəkildə imtina etmişdir. Öz payını istəyir. 1998-ci ildə ev kiminsə adına özəlləşdirilməli idi. 2005-ci ildə evin bir hissəsi satılarkən onlar yenə də razılıq verdilər. Onlar həmin dövrdə hüquqlarını bilmirdi.
33. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı2 qeyd edilərlərlə razı olduğunu, imtina etmədiyini, anasının payını istədiyini bildirdi.
34. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndəsi-vəkili vəkil2 iddiaçılar ilk olaraq sökülmüş mənzildən istifadə hüququn dair iddia vermişdilər. Məhkəmə tərəfindən araşdırılmış və məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar həmin əmlaka istifadə hüququnu itirmişdir. Cavabdeh cavabdeh3 nikahdan əvvəl SSRI-də xidməti əmlak kimi almışdır. Lakin, həmin əmlakın xidməti əmlak olmasını təsdiq edən sənədləri Azərbaycan Respublikasının Arxiv idarəsindən əldə edə bilmədilər. iddiaçı2 həmin mənzildə bir müddət yaşamış və daha sonra Rusiya Federasiyasına getmişdir. iddiaçı1 isə faktiki ailə münasibətlərində olduğu şəxsin mənzilinə köçərək orada yaşamışdır. Hazırda son 6 aydır ki, həyat yoldaşı vəfat etdiyi və ona məxsus əmlakda yaşaya bilmədiyi üçün mübahisəli mənzildə müvəqqəti sığınacaq verməsi üçün bacısına müraciət etmişdir. Onlar hesab edir ki, məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. Iddiaçılar sökülmüş əmlaka yox, həmin əmlakın əvəzində verilmiş mənzilə mübahisə başlamamışdan 6 ay əvvəl qonaq kimi gəlmiş və anaları vəfat etdikdən sonra mirasa sahiblik etməmiş və əmlakla bağlı heç bir hərəkət etməmişlər. Apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 izahatında və ona verilən suala cavab olaraq qeyd etdi ki, onun yoldaşı xəstə olanda onların heç birisi ona baxmayıb. O özü də hazırda xəstədir. Onun xidmətlərinə görə dövlət tərəfindən ona ev verilib. Ev orderlidir.
36. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
38. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
44. Işin mübahisəsiz halı odur ki, Hacıyeva Gülarə Əhməd qızı ilə cavabdeh3 ilə ## ###### 1973-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan iddiaçı1, Hacıyev Rafiq, iddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Hacıyeva Elmira anadan olmuşlar.
45. Iş materiallarında olan Bakı şəhəri, XDS-nin IK-nin ##.##.1986-cı il tarixli ****** saylı dəyişmə orderinin surətindən görünür ki, cavabdeh3 Rusiya Federasiyanda olan 4 otaqlı mənzili Bakı şəhəri B.Dadaşov küçəsi ** saylı evin 2 otaqlı ** saylı mənzilinə dəyişdirilmişdir.
46. Razılıq ərizəsinin surətindən görünür ki, B.Dadaşov küçəsi ** saylı evin ** saylı mənzilində yaşayan və qeydiyyatda olan Hacıyeva Gülarə Əhməd qızı (və övladları) ##.##.1998-ci ildə notarial qaydada təsdiq edilmiş ərizə ilə həmin mənzilin cavabdeh3 adına özəlləşdirilməsinə heç bir etirazı olmamasını bildirmişdir (İ cild, i/v 126) .
47. Mübahisə predmeti olan B.Dadaşov küçəsi ev 19, ** saylı mənzil özəlləşdirilərək ##.##.1988-ci il tarixdə cavabdeh3 adına ilkin qeydiyyatdan keçmişdir. 48.Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyeva Gülarə Əhməd qızı ##.##.2018-ci il tarixdə vəfat etmişdir. 49.Iddiaçılar iddiaçı2 və iddiaçı1 mübahisə predmeti olan B.Dadaşov küçəsi ev 19, ** saylı mənzilin valideynlərinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi və analarının payına vərəsəlik hüququnun tanınmasını tələb edirlər.
50. Iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 32-ci maddəsi ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiya müəyyən edir.
51. Normanın mənasına görə, hər hansı əmlakın nikah dövründə əvəzli əldə olunması sübuta yetirilirsə, həmin qanuni ehtimala əsasən əşya ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş əmlak hesab edilir.
52. Bununla belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
53. Həmin qərarda şərh olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1.əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2.əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.
54. Ikinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ərarvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
55. Şərh edilənlərdən göründüyü kimi mənzilin ailə başçısının adına özəlləşdirilməsinə digər tərəfin notarial qaydada rəsmi razılıq verməsi, onun mülkiyyət hüququ əldə etmək imkanından könüllü imtinası kimi qiymətləndirilir. Bu hüquqi akt mənzilin adından rəsmiləşdirildiyi şəxsin fərdi mülkiyyət hüququnu formalaşdırır və həmin əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti kimi tanınmasını istisna edir.
56. Beləliklə, Kollegiya qeyd edir ki, iddiaçıların anası Hacıyeva Gülarə Əhməd qızı Bakı şəhəri B.Dadaşov küçəsi ** saylı evin, ** saylı mənzilin cavabdeh3 adına özəlləşdirilməsinə heç bir etirazı olmadığını bildirərək könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayılmır və Hacıyeva Gülarə Əhməd qızının həmin mənzildə payı mövcud deyil.
57. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan mənzili cavabdeh3 ilə Hacıyeva Gülarə Əhməd qızının birgə mülkiyyəti kimi qiymətləndirməklə işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
58. Belə ki, işə baxan birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov rayonu Balaəmi Dadaşov küçəsi 19, ** saylı mənzilin iddiaçıların anası Hacıyeva Gülarə Əhməd qızı cavabdeh (ataları) cavabdeh3 ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi qənaətinə gəlmiş və iddiaçıların İ növbəli vərəsələr olaraq miras əmlakın qəbulu ilə bağı qanunvericilikdə müəyyən edilmiş mirası qəbul etmə müddətlərini ötürdüklərindən iddia tələbini rədd etmişdir.
59. Halbuki, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti kimi tanınması barədə əsas iddia tələbi əsassız olduğundan, ondan törəmə xarakter daşıyan vərəsəlik qaydasında miras payının müəyyən edilməsi tələbi də hüquqi əsasdan məhrum olduğdan təmin edilə bilməz. Belə ki, həmin mənzil miras kütləsinə daxil deyil.
60. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Iddiaçılar iddiaçı2 və iddiaçı1 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli