Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1972/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh "Azərbaycan Dövlət Iqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci" X2rşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı, hüquqi yardım xərcinin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: işə bərpa) Hakimlər X10 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh "Azərbaycan Dövlət Iqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci" X2rşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı, hüquqi yardım və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. ## #### 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) Qida Sənayesi Kollecində “hüquqşünas” vəzifəsinə işə qəbul edilmişdir.
2. ##.##.2025-ci il tarixli, **/Ü-*** saylı intizam tənbehinin verilməsi barədə əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin "a" bəndinə əsasən kollecin hüquqşünası İddiaçı töhmət elan edilmiş və əmrdə İddiaçı nəzərinə gələcəkdə belə hallar təkrar baş verdikdə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyi çatdırılmış, İddiaçı əmrlə tanış edilməli olması nəzərdə tutulmuşdur.
3. ##.##.2025-ci il tarixli aktdan görünür ki, kollecin hüquqşünası İddiaçı ##.##.2025ci il tarixdə ##.##.2025-ci il tarixli, **/Ü-*** saylı tarixli intizam tənbehinin verilməsi barədə əmrlə tanış olmaqdan və əmrin çıxarışını təhvil almaqdan imtina etmişdir.
4. ##.##.2025-ci il tarixli, ***/** saylı İddiaçı ünvanlanan məktubdan görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kolleci tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, **/Ü-*** saylı, ##.##.2025-ci il tarixli “İntizam tənbehinin verilməsi” barədə əmrin surətinin kadrlar üzrə mütəxəssis G.V.Hacıyevadan götürülməsinin mümkün olduğu bildirilmişdir.
5. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) Qida Sənayesi Kollecinin Daxili İntizam Komissiyasının ##.##.2025-ci il tarixdə keçirilən iclasının * saylı protokolundan görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) Qida Sənayesi Kollecinin hüquqşünası İddiaçı kollecin daxili intizam qaydalarının 5.9.1, 5.9.2 və 5.9.3 maddələrini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən kollecin Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə əmək müqaviləsinə xitam verilməsinin tövsiyə edilməsi qərara alınmışdır. İddiaçı komissiyanın iclasında iştirak etməkdən imtina etməsi barədə akt tərtib olunmuşdur.
6. Kollecin direktoru S.M.Həmzəyevanın Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı ***/** nömrəli, ##.##.2025-ci il tarixli müraciət məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi xahiş olunmuşdur.
7. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) Qida Sənayesi Kollecinin Həmkarlar Ittifaqı Komitəsi iclasının ##.##.2025-ci il tarixli, ** nömrəli protokolundan və eyni tarixli, * nömrəli məktubundan görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) Qida Sənayesi Kollecinin hüquqşünası İddiaçı kollecin daxili intizam qaydalarının 5.9.1, 5.9.2 və 5.9.3-cü maddələrini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilmişdir
8. ##.##.2025-ci il tarixli, **/Ü-*** nömrəli əmrdən çıxarışa əsasən, “Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) Qida Sənayesi Kollecinin Daxili İntizam Qaydaları”nın 5.9-cu bəndi dəyişdirilərək, “Kollecdən xaric etmə direktorun əmri ilə rəsmiləşdirilir. Bu intizam qaydaları aşağıdakı hallarda tətbiq edilir” redaksiyasında verilməsi nəzərdə tutulmuşdur.
9. ##.##.2025-ci il tarixli, **/K-** saylı işçinin əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin surətindən görünür ki, "Bakı Qida Sənayesi Kolleci" bölməsində "Hüquqşunaskollecdə" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış *******000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70."ç"-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən ##.##.2025-ci il tarixdən xitam verilmiş, işçinin ##.##.2018-ci il tarixdən ##.##.2025-ci il tarixədək istifadə edilməmiş 9 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi baş mühasib M.Əsgərova həvalə edilmişdir.
10. ##.##.2025-ci il tarixli, **/K-** saylı əmrdən çıxarışda qeyd olunmuşdur ki, 2018-ci il tarixdən etibarən Kollecin hüquqşünası vəzifəsində çalışan İddiaçı işlədiyi müddət ərzində kollecdə ardıcıl olaraq pozuculuq fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o, müntəzəm şəkildə nizam-intizam qaydalarına riayət etmir, kollektivin üzvləri ilə peşəkar münasibət qura bilmir, inzibati və pedaqoji heyətlə səbəbsiz münaqişə yaradır, təhsil ocağına yaraşmayan, etik qaydalara uyğun olmayan davranışlar nümayiş etdirir və kollecin normal iş prosesinə xələl gətirir. Eyni zamanda, İddiaçı kollektiv daxilində intriqalar yaradır, əməkdaşların hüquqlarını pozaraq kollecdaxili iclaslarda onların səsini gizli şəkildə telefonuna yazır, kollecin fəaliyyəti barədə yalan məlumatları müxtəlif saytlara, sosial şəbəkələrə, KİV-lərə (xalqxeber.az, bakunews.az, meydan.tv, azad söz, soztv.az, icma.az, cebheinfo.az, tehsilmedia.az, 1xeber.media, dunyapress.info, aknews.az, mediatv.az, dogruxeber.az, teref.az, aztehsil.com, Bizim Xəbər.Tv, Operativ.x, xxxx və s. işıqlandırılmışdır) və dövlət qurumlarına göndərir. Bu hal uzun illərdir ki, davam etmiş və kollektivin bütün üzvlərinin haqlı narahatlığına səbəb olmuşdur. İddiaçı kollec rəhbərliyi, habelə bir sıra əməkdaşlar barədə dövlət strukturlarına böhtan xarakterli çoxsaylı ərizə və məktublar ünvanlamış, sosial şəbəkələrdə kollec barəsində yalan məlumatların və həqiqətə uyğun olmayan videogörüntülərin yayılmasını təşkil edərək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin və kollektivinin işgüzar nüfuzuna xələl gətirmişdir. İddiaçı kollecə qarşı qərəzli mövqeyi kollecin keçmiş rəhbərinin, sabiq direktor V.İ.İsmayılovun rəhbərliyi dövründən bu günə qədər davam edir. O, Qida Sənayesi Kolleci barəsində öz təsdiqini tapmayan əsassız məlumatları da ictimailəşdirməkdən çəkinmir. Kollecin hüquqşünası İddiaçı tərəfindən verilmiş və təhrif olunmuş materiallar əsasında 2023-cü ildə “Qafqazinfo.az” saytında "Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində imtahanlarda tələbə və valideynlərdən rüşvət alınıb, imtahanda cavablar telefon və dəftərlərdən köçürülür" başlığı adı altında yazı dərc olunmuş və videogörüntülər yayımlanmışdır. Kollecdə qış imtahan sessiyasında neqativ hallara yol verilməsi haqqında yayılan məlumatların araşdırılması məqsədi ilə UNEC rektorunun ##/#/2023 saylı, ## ###### 2023-cü il tarixli əmri ilə komissiya yaradılmışdır. Komissiya tərəfindən Qida Sənayesi Kollecində qış imtahan sessiyasında neqativ hallara yol verilməsi barədə İddiaçı əsassız iddiaları ilə əlaqədar araşdırma aparılmış, belə qənaətə gəlinmişdir ki, kollecin hüquqşünası İddiaçı sosial şəbəkələrə, saytlara, TV və KİV-lərə təqdim etdiyi videoda heç bir neqativ hal əks olunmur, yalnız imtahanın başlama vaxtı gecikmiş və imtahan prosesində Pedaqoji Şuranın ##.##.2022-ci il tarixli qərarı ilə imtahanqabağı 3 dəqiqə ərzində telefon və köməkçi vasitələrdən istifadəyə icazə verilmişdir. İddiaçı iştirakı ilə komissiyanın keçirdiyi görüşdə o, çəkilişdən başqa heç bir faktının olmadığını bildirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə Qida Sənayesi Kollecinin hüquqşünası İddiaçı tərəfindən çoxsaylı müraciətlər ünvanlanmışdır. Müraciətlərdən biri də Bakı şəhəri Nizami rayon Prokurorluğuna göndərilmişdir. İddiaçı şikayəti ilə bağlı araşdırma uzun müddət davam etmiş, kollektivin üzvləri, o cümlədən xanım müəllimlər dindirilmə üçün Prokurorluğa çağırılmış və onlar bundan mənəvi sarsıntı keçirmişlər. Bütün şikayətlər prokurorluqda araşdırılmış və heç biri öz təsdiqini tapmamışdır. İddiaçı ##.##.2025-ci il tarixdə "Doğruxeber.az" və bir sıra saytlarda Qida Sənayesi Kollecində rüşvət, saxtalaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının sistemli xarakter aldığı barəsində iddiaları özündə əks etdirən yazılar dərc olunmuş və video materiallar yayımlanmışdır. Bununla bağlı, UNEC rəbərliyinin göstərişi ilə ##.##.2025-ci il tarixdə UNEC-in Daxili audit şöbəsi tərəfindən Qida Sənayesi Kollecində araşdırma aparılmışdır. Aparılan araşdırma nəticəsində "Doğruxeber.az" və digər saytlarda yayımlanan məlumatların həqiqəti əks etdirmədiyi və heç bir faktın mövcud olmadığı məlum olmuşdur. İddiaçı kollec əməkdaşlarının əksəriyyəti ilə də iş vaxtı münaqişə yaratmış və bu əməkdaşlar işdə gərginlik və anlaşılmazlıqlarla üzləşmişlər. Qida Sənayesi Kollecində kollektivdə sağlam psixoloji mühitin bərpası məqsədilə Elm və Təhsil İşçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinin nümayəndələri İddiaçı davranışları ilə bağlı iclas keçirmiş, müzakirələr aparmış, lakin o, öz mövqeyini dəyişməmiş və təhqir, təhrif və şər-böhtan xarakterli əməllərini davam etdirmişdir. Kollecin hüquqşünası İddiaçı barədə Kollecdə fəaliyyəti dövründə müxtəlif intizam pozuntularına yol verdiyi üçün Kollec direktorunun ##.##.2023- cü il tarixli, **/Ü-** nömrəli əmri ilə şifahi xəbərdarlıq, ##.##.2023-cü il tarixli, **/Ü-** nömrəli əmri ilə yazılı xəbərdarlıq, ##.##.2023-cü il tarixli, **/Ü-** nömrəli əmri ilə töhmət, ##.##.2024-cü il tarixli, **/Ü-*** nömrəli əmri ilə yazılı xəbərdarlıq, ##.##.2025-ci il tarixli, **/Ü-*** nömrəli əmri ilə töhmət inzibati tənbeh tədbirləri görülmüşdür. İddiaçı illərdir davam edən heç bir fakta əsaslanmayan məntiqsiz, böhtan xarakterli şikayət ərizələri, müxtəlif saytlarda, sosial şəbəkələrdə, KİV-lərdə gedən yazılı və video materiallar kollektivdə haqlı narazılığa səbəb olmuş və dözülməz hala gətirib çıxarmışdır. Nəticədə, Azərbaycan Dövlət Iqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin kollektivinin 126 nəfər üzvü Elm və Təhsil Naziri Emin Əmrullayevə, UNEC rektoru prof. Ədalət Muradova və kollecin direktoru Sevinc Həmzəyevaya kollecin hüquqşünası İddiaçı kollecin və kollektivin işgüzar nüfuzuna zərər verməsi və kollecdə dözülməz hal yaratması barədə ##.##.2025-ci il tarixdə müraciət ünvanlamışdır. Həmin müraciət ilə bağlı UNEC rəhbərliyinin kollektivlə görüşü zamanı İddiaçı iclasın gedişatını pozmağa cəhd göstərərək iclas başlayandan bir neçə dəqiqə sonra etik davranışa uyğun olmayan hərəkətlərlə kollektivə qarşı hörmətsizlik edərək qərəzli və böhtan xarakterli ifadələr işlədərək iclası tərk etmiş, sonra qayıtmış, görüşü bir daha pozmağa çalışmış, icazəsiz çəkiliş aparmış və paylaşmışdır. Əvvəlki paylaşımlarında olduğu kimi Elm və Təhsil Nazirliyinin, Universitetin, Kollec rəhbərliyinin, eləcə də kollektivin nüfuzuna xələl gətirən uydurma, böhtan xarakterli ifadələr səsləndirərək "İnstaqram" və "Tik-tok" hesablarında video çəkilişləri paylaşmışdır. Bununla yanaşı, kollektivin qeyd olunan müraciətinə və onun digər pozuculuq hərəkətlərinə kollecin intizam komissiyasının ##.##.2025-ci il tarixli iclasında baxılmışdır. Müzakirələrdən sonra yekdilliklə Kollecin Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmaqla onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin hüquqşünası İddiaçı "Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin Daxili İntizam Qaydaları"nın 5.9.1. (Kolleclə bağlanmış müqavilənin şərtlərini pozduqda), 5.9.2. (Dövlətçiliyə və Kollecin nüfuzuna xələl gətirən tədbirlər keçirdikdə və təbliğat apardıqda), 5.9.3. (Tədris prosesi iştirakçılarına mənəvi zor göstərdikdə, sosial şəbəkələrdə və digər KİV vasitələrində açıq-aşkar onların şərəf və ləyaqətini alçaltdıqda, eləcə də bu qəbildən olan hərəkətlərlə onlara hədə-qorxu gələrək şantaj etdikdə), 5.9.11. (qanunvericilikdə qadağan edilmiş, eləcə də yolverilməz hesab edilən digər ciddi intizam pozuntusuna yol verdikdə) bəndlərini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "b", 11-ci maddəsinin "d" bəndlərini pozmuşdur. Əsas kimi UNEC nəzdində Qida Sənayesi Kollecinin kollektivinin ##.##.2025-ci il tarixli müraciəti, İntizam Komissiyası sədrinin ##.##.2025-ci il tarixli təqdimatı, İntizam Komissiyası * nömrəli ##.##.2025-ci il tarixli protokolu (təsdiqedici sənədlər və aktlar), Kollecin direktoru S.M.Həmzəyevanın Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı ***/** nömrəli, ##.##.2025-ci il tarixli müraciət məktubu, Həmkarlar İttifaqı Komitəsinin ** nömrəli, ##.##.2025-ci il tarixli protokolu və ** nömrəli, ##.##.2025-ci il tarixli razılıq məktubu, UNEC rəhbərliyinin kollektivlə görüşünün stenoqrafik hesabatı və akt göstərilmişdir.
11. ##.##.2025-ci il tarixli aktdan görünür ki, kollecin hüquqşünası İddiaçı ##.##.2025ci il tarixdə **/K-** nömrəli, ##.##.2025-ci il tarixli “İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə“ əmrin çıxarışını və əmək kitabçasını təhvil almaqdan imtina etmişdir.
12. ##.##.2025-ci il tarixli, ***/** saylı Bakı şəhəri ** saylı vəkil bürosuna ünvanlanan məktubdan görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecinin sabiq hüquqşünası İddiaçı ##.##.2025-ci il tarixdə "İntizam tənbehinin verilməsi" barədə **/Ü-*** nömrəli əmrlə tanış olmaqdan imtina etmiş (bununla bağlı akt tərtib edilmişdir), əmrin çıxarışını almaq üçün kollecə məktubla müraciət etmişdir. İddiaçı əmrin çıxarışını kadrlar üzrə mütəxəssisdən götürə biləcəyi barədə rəsmi şəkildə məlumat verilsə də, o bu istiqamətdə heç bir tədbir görməmişdir. ##.##.2025-ci il tarixində isə "İddiaçı əmək müqaviləsinə xitam verilməsi" barədə **/K-** nömrəli əmrlə tanış olmuş, lakin əmrin çıxarışını götürməkdən imtina etmişdir. (bununla bağlı akt tərtib edilmişdir).
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş İddiaçı, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməsi qərara alınmışdır.
14. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı izahat və ərizələrində Sevinc Həmzəyeva tərəfindən ona böhtan atılması və sonuncu tərəfindən Fəxrəndə Qəhrəmanova, Möhlət Yusubova və Kəmalə Seyfullayevanın adından İddiaçı barəsində şikayət ərizəsi yazdırılması barədə qeyd etdikləri öz təsdiqini tapmadığından toplanmış material üzrə həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “Qida sənayesi” kollecində müəyyən olunmuş qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrar olunmaması üçün müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Dövlət İqtisad Universitetinə təqdimat verilməsi nəzərə alınmış, İddiaçı izahat və ərizələrində “Qida Sənayesi” Kollecinin tələbələrinin imtahan vaxtı mobil telefonlardan istifadə edərək imtahan zamanı cavabları köçürmələri barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı izahat və ərizələrində ##.##.2025-ci il tarixdə imtahan zamanı tələbələr arasında sözlü mübahisə olması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ərizələrində X3 və X4 Sevinc Həmzəyeva tərəfindən qanunsuz olaraq “Qida sənayesi” kollecinə işə götürülməsi barədə göstərdikləri xüsusatlar üzrə cinayət hadisəsi müəyyən olunmadığından toplanmış material üzrə həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmiş, İddiaçı izahat və ərizələrində ona qarşı qanunsuz olaraq intizam komissiyası təşkil edilərək barəsində yazılı xəbərdarlıq edilməsi barədə göstərdiyi xüsusatlarda hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ərizələrində kollecin müəllimi X5 imtahan zamanı tələbələrin imtahan kağızlarını dəyişməsi barədə göstərdiyi xüsusatlarda hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı izahat və ərizələrində Sevinc Həmzəyevanın kollecdə şöbə müdiri işlədiyi vaxtda kollecin “Keşlə” korpusunun tələbələrinin ona Sevinc Həmzəyevanın hər semestr imtahanında imtahanları keçməsi üçün tələbələrdən 400-500 manat aralığında pul alması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ərizələrində Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati və təşkilati məsələlər üzrə prorektoru X1 onun müraciətlərinə saxta və əsassız cavablar yazması barədə göstərdiyi xüsusatlarda hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən qeyd olunan fakt üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ərizələrində Sevinc Həmzəyevanın öz adamlarına, bəzi işçi və müəllimlərə sosial şəbəkədə ona təhqir yazdırması barədə xüsusatlar öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində “Qida sənayesi” kollecində rüşvət və digər qanunsuzluq hallarının olmasını, qeyd olunanların sosial şəbəkələrdə yazılan şərhlərlə təsdiq olunması barədə müraciətlərində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı müraciətlərində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində “Qida sənayesi” kollecində tələbələrin payız semestr imtahanlarında süni şəkildə bilərəkdən kütləvi şəkildə kəsilib sonradan 25 faiz ödənişlə təkrar imtahana buraxılması və yaxşı nəticələr almaları barədə müraciətlərində qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı müraciətlərində X9 ##.##.2024-cü il tarixdə direktor təyin edildikdən sonra tender üsulu ilə şirkətlərlə müqavilə imzalayıb təmir və avadanlıq adı ilə kollecin büdcəsindən vəsaitlər silməsi barədə müraciətlərində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı müraciətində İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov və bir qrup əməkdaşın universitetin rektorunun göstərişi ilə kollektivin imzasını əsas götürülərək heç bir sübut olmadan işinə son verilmək üçün Qida Sənayesi Kollecində onun barəsində iclas təşkil edildiyi, onu şərləyərək töhmət verildiyi, hazırda isə şiddətli töhmət verib işdən çıxarılacağı barədə müraicətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı ilə İddiaçı Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Turqut Bayramlının ***c-** nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsinə dair ##.##.2025-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayətinin təmin edilməməsi qərara alınmışdır.
16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş Azərbaycan Dövlət Iqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin ##.##.2025-ci il tarixli, **/Ü-*** saylı intizam tənbehinin verilməsi barədə əmri ləğv edilmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir.
18. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ** saylı Vəkil Bürosuna 2000 manat məbləğində ödəniş edilmişdir.
19. İş materiallarına Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin kollektivi tərəfindən Sevinc Həmzəyevaya “təhsil müəssisəsinin nüfuzuna və iş mühitinə zərər vuran kollecin hüquqşünası İddiaçı” haqqında ünvanlanmış müraciət, UNEC rəhbərliyinin kollektivlə görüşünün ##.##.2025-ci il tarixli stenoqrafik hesabatı, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) Qida Sənayesi Kollecinin Daxili intizam qaydaları, İddiaçı şikayət ərizəsinin, habelə Kollecin direktoru Sevinc Həmzəyevanın fəaliyyəti ilə bağlı “DoğruXəbər.az” saytında yayılan məlumatların araşdırılması haqqında Azərbaycan Dövlət İqtisad Universitetinin rektroruna ünvanlanmış xidməti məlumatlar və iddiaçı tərəfindən sübut qismində 01 ədəd disk əlavə olunmuşdur.
20. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubla İddiaçı müraciəti ilə bağlı aparılmış araşdırma materialları məhkəməyə təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
21. İddiaçı İddiaçı cavabdeh "Azərbaycan Dövlət Iqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci" X2rşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ####### 2025-ci il tarixli, **/K-** nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Qida Sənayesi Kollecinin hüquqşünası vəzifəsinə bərpa olunmağı, işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti ərzində almadığı əmək haqqının, hüquqi yardıma görə ödədiyi 2.000 manat məbləğində və mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci il tarixdən ## ####### 2025-ci il tarixədək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində hüquqşünas vəzifəsində işlədiyi müddətdə heç bir intizam pozuntusu törətməmiş və vəzifəsi üzrə əmək funksiyasını layiqincə yerinə yetirmişdir. Lakin, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində hüquqşünas vəzifəsində işlədiyi dövrdə kollecin rəhbərliyi, xüsusilə də direktor X9 tərəfindən davamlı olaraq qanunsuz təzyiqlərə, əsassız cəzalara, böhtan və təhqirlərə məruz qalmışdır. Qeyd etmişdir ki, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə Nizam-İntizam Komissiyasının saxta iclasları təşkil olunaraq əsassız olaraq ona qarşı intizam tənbehləri tətbiq edilmişdir. O, imtahanların gedişində tələbələrin kütləvi şəkildə telefon vasitəsilə cavab köçürdüklərini qeydə alaraq sosial şəbəkələrdə paylaşdığı üçün S.Həmzəyeva tərəfindən əsassız xəbərdarlıq və töhmət verilmiş, bununla da onun peşə fəaliyyətinə və müəllim nüfuzuna ciddi xələl gətirilmişdir. Həmin tənbehi məhkəmə qaydasında mübahisələndirmək məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin direktoru X9 məhkəmə icraatının nəticəsini gözləmədən, onunla bağlanılmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə əmr vermişdir. Qeyd etməyi zəruri hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl ondan izahat alınmamışdır. Onun iştirakı ilə keçirilən Qida Sənayesi Kollecinin Həmkarların İttifaqının formal iclasında fikir bildirməsinə imkan verilməmiş və maneə yaradılmışdır. Əmr ona verilməmiş, beləliklə də, əmrin tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsinə süni maneələr yaradılmışdır. Əmrdən də göründüyü kimi, cavabdeh Qida Sənayesi Kolleci əmək pozuntusunun nədən ibarət olduğunu konkret göstərməmiş, sadəcə daxili intizam qaydalarına və Əmək Məcəlləsinə istinad edərək formal və əsassız əmr qəbul etmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin əsaslarından biri qeyd edilmişdir: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Qeyd etdiklərindən də göründüyü kimi ona töhmət verilməsi ilə bağlı əmri məhkəmə qaydasında mübahisələndirdiyi zaman cavabdeh onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi ilə bağlı əmr vermiş, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bundan əlavə, o, ailəməişət məsələləri ilə əlaqədar olaraq ##.##.2025-ci il tarixdə ona ödənişsiz məzuniyyət verilməsi barədə ərizə yazmışdır. Lakin, ##.##.2025-ci il tarixdə, saat 17:20–17:25 radələrində kollecin kadrlar üzrə mütəxəssisi onun otağına yaxınlaşaraq direktor tərəfindən “işin çoxluğu” bəhanəsi ilə onun qanuni hüququ olan ödənişsiz məzuniyyətin verilməsindən imtina edildiyini bildirmişdir. Ona bu barədə çox gec xəbər verildiyinə görə, həmin anda kadrlar mütəxəssisi olan Günel adlı şəxsə etirazını bildirmişdir. Bu hal da S.Həmzəyevanın ona qarşı süni maneələr yaratmaq, əmək hüquqlarını pozmaq və psixoloji təzyiq göstərmək siyasətinin bir hissəsi olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin “x” bəndinə əsasən, hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək işçinin əsas hüquqlarından biridir. ## ###### 2024-cü il tarixdə ona saxta və süni şəkildə yazılı xəbərdarlıq verilmiş, iclas zamanı halı pisləşmiş, “Bakı şəhəri Təcili və X13 Stansiyası” PHŞ-nin sahə həkimi gəlmiş və ona tibbi yardım göstərərək iynə vurmuşdur. ## ####### 2025-ci il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı ** saylı Mediasiya təşkilatına müraciət etmişdir. ## ###### 2025-ci il tarixli “İlkin medasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan da göründüyü kimi təyin olunan görüşdə cavabdeh Qida Sənayesi Kollecinin nümayəndəsi iştirak etməmişdir.
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim R.Əhmədov) iddia tələbi təmin edilməmişdir.
24. Birinci instansiya məhkəməsi iddia tələbinin “əmrin ləğvi, işə bərpa” hissəsində mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulan qaydalara riayət etməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, o, “Daxili İntizam Qaydaları”nı pozmuşdur. Belə ki, o kadrlar üzrə mütəxəssis Günel Hacıyevaya göstərdiyi psixoloji təzyiq nəticəsində, təcili tibbi yardım gəlmiş, kollecin iş fəaliyyəti pozulmuşdur. Bu səbəblərdən, onun barəsində ##.##.2025-ci il tarixdə, **/Ü-*** saylı intizam tənbehinin tətbiq olunması barədə əmr verilmişdir. Buna baxmayaraq, o, kollektivin üzvləri ilə peşəkar münasibət qura bilməmiş, inzibati və pedaqoji heyətlə səbəbsiz münaqişə yaratmış, təhsil ocağına yaraşmayan, etik qaydalara uyğun olmayan davranışlar nümayiş etdirmiş və kollecin normal iş prosesinə xələl gətirmişdir. Eyni zamanda, İddiaçı kollektiv daxilində intriqalar yaratmış, əməkdaşların hüquqlarını pozaraq kollecdaxili iclaslarda onların səsini gizlin şəkildə telefonuna yazmış, kollecin fəaliyyəti barədə yalan məlumatları müxtəlif saytlara, sosial şəbəkələrə, KİV-lərə və dövlət qurumlarına göndərmişdir. Beləliklə, o, bu hallara yol vermiş, əmək müqaviləsi üzrə işə qəbul edildiyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) Qida Sənayesi Kollecinin qanunla qorunan mənafeyinə uyğun olmayan hərəkətlər etmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin kollektivinin 126 nəfər üzvü Elm və Təhsil Naziri Emin Əmrullayevə, UNEC rektoru prof. Ədalət Muradova və kollecin direktoru Sevinc Həmzəyevaya kollecin hüquqşünası İddiaçı kollecin və kollektivin işgüzar nüfuzuna zərər verməsi və kollecdə dözülməz hal yaratması barədə ##.##.2025-ci il tarixində müraciət ünvanlamışdır.
25. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə və müqaviləyə əlavəyə (Vəzifə Təlimatı) əsasən, işçi daxili və əmək nizam-intizam qaydalarına riayət etməyi, əməkdaşlarla nəzakətli ünsiyyət yaratmağı, rəhbərliyin əmrlərini, tapşırıqlarını vaxtında yerinə yetirməyi və s. öhdəsinə götürmüşdür. İddiaçının məhkəmə iclasında verdiyi ifadəsindən aydın olur ki, iddiaçı heç bir qaydanı pozmadığını, onunla şəxsi qərəzlik edildiyini, işinə maneəçilik törədildiyini, işdə onu qıcıqlandırdıqlarını, digərlərinin qohumluq əlaqəsi olduğunu və onu uzaqlaşdırmaq istədiklərini bildirərək, bununla öz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, işçinin əmək nizamintizamını,
26. daxili qaydaları pozması, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən sonuncu dəfə ##.##.2025-ci il tarixdə barəsində intizam tənbehi verilmiş, lakin bundan sonra qanunla müəyyən edilmiş altı aylıq müddət keçməmiş işçi tərəfindən təkrarən eyni hərəkətlərə yol verilmişdir. Beləliklə, işəgötürən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) Qida Sənayesi Kolleci ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir.
27. Məhkəmə onu da qeyd etmişdir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir.
28. Eyni zamanda birinci instansiya məhkəməsi bildirmişdir ki, ##.##.2025-ci il tarixli, **/Ü-*** saylı intizam tənbehinin verilməsi barədə əmr ləğv olunduğunu qeyd etsə də, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə əmr yalnızca həmin akt ilə əsaslandırılmamışdır. Belə olan halda, bu fakta əsaslanıb əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması əsaslı deyil.
29. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər” hissəsinə münasibətdə belə qənaətə gəlmişdir ki, həmin tələb “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbindən törəmə tələbdir, “əmrin etibarsız hesab edilməsi və işə bərpa” hissəsində iddia tələbinin əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbi də təmin edilə bilməz. Belə olan halda, iddianın həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 7.2, 10, -cu maddələrinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b”, 70-ci maddəsinin “ç” bəndlərinə, 71.2, 72, 84.1, 84.2, 186.1, 186.2, 294 və 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
31. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi 2023-cü ildə keçirilən imtahanda tələbələrin cavabları köçürmələri barədə informasiyanı ##.##.2025-ci ildə verilən töhmətin yerinə yalan fakt kimi qətnaməyə əlavə etmişdir. Halbuki, işəgötürənin verdiyi töhmət ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Sevinc Həmzəyeva xüsusi ittiham qaydasında iddiaçı barəsində məhkəməyə şikayət etsə də, sübut təqdim edə bilmədiyi üçün ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli bəraət hökmü çıxarılmışdır. İntizam pozuntusu ilə bağlı saxta aktları imzayalan 126 nəfər işçinin azı 70 faizi İddiaçı tanımırlar və eləcə də, İddiaçı da onları tanımır. Bundan başqa, 42 nəfər şəxsin adından yazılan sözlər tamamilə əsassız mövzulardır. Kollecin ən azı 187 nəfər işçi və müəllim heyəti var. Nə aktları imzalayan 126 nəfər, nə də 42 nəfər şəxs şahid qismində məhkəməyə dəvət olunmamışdır.
33. Belə ki, iddiaçı 2018-ci ildən etibarən cavabdeh Azərbaycan Dövlət Iqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində hüquqşünas vəzifəsində çalışmışdır. İddiaçı əmək fəaliyyəti dövründə heç bir ciddi intizam pozuntusu törətməmiş, vəzifə öhdəliklərini lazımı qaydada yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən əsassız intizam tənbehləri verilmiş, psixoloji təzyiq göstərilmiş, qanunsuz olaraq əmək müqaviləsinə xitam verilmiş, kollektiv daxilində nüfuzu zədələnmişdir. Məhkəmə tərəfindən faktiki hallar, toplanmış sübutlar tam və obyektiv araşdırılmamış, yalnız cavabdehin mövqeyinə üstünlük verilmiş, tərəflərin bərabərliyi prinsipini pozulmuşdur. İşçinin əmək funksiyasını pozması ilə bağlı təqdim olunmuş sənədlərə düzgün hüquqi qiymət verilməmişdir.
34. İlk olaraq, məhkəmə cavabdehin mülahizələrinə əsaslanmış və nəticədə işin faktiki hallarına uyğun olmayan qanunsuz qətnamə qət etmişdir. Belə ki, məhkəmə öz qətnaməsində Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Qida Sənayesi Kollecinin “intizam tənbehinin verilməsi” barədə ## #### 2025-ci il tarixli, **/Ü-*** nömrəli əmrinə istinad etmişdir. Halbuki, həmin əmrin qanunsuz hesab edilərək ləğv edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddiaçının əmrdə qeyd edilən direktor X9 yüksək səs tonuyla təzyiq göstərməsi, kadrlar üzrə mütəxəssis Günel Hacıyevanın oturduğu otağa daxil olaraq yenidən aqressiv şəkildə, uca səs tonuyla icazə ərizəsini ona geri verilməsini tələb etməsi, əks təqdirdə 15 dəqiqə ərzində ərizə ona geri verilməzsə, “102 Polis” xidmətinə müraciət edəcəyi, kadrlar üzrə mütəxəssis Günel Hacıyevanı hədələməsi ona psixoloji təzyiq göstərməsi tam şəkildə sübut edilməmişdir. Əksinə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “CD” diskdən müəyyən olunmuşdur ki, İddiaçı normal səs tonu ilə danışmış və kadrlar üzrə mütəxəssis Günel Hacıyevadan yazdığı ərizənin ona verilməsini tələb etmişdir. Həmin səs yazısından iddiaçının kiməsə səs tonunu qaldırması, psixoloji təzyiq etməsi, hədələməsi müəyyən olunmur. Əmrdə həmçinin daxili intizam Qaydalarının 2.5; 2.9.1; 2.9.3; 2.9.5; 2.9.7; 2.9.14;2.9.16 2.9.18, 2.9.19, 2.9.20 və 3.2.20-ci bəndlərinin pozulması sübuta yetməmişdir. Kollektivin və Kollecin işgüzar nüfuzuna xələl gəlməsi barədə və ya ümumiyyətlə digər intizam qaydalarının pozulması barədə heç bir sübut və dəlil yoxdur. Göründüyü kimi hazırki iş üzrə məhkəmənin istinad etdiyi hallar başqa məhkəmə araşdırmasında sübuta yetirilməmiş və əsasız hesab edilmişdir. Məhkəmə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarını təsdiq edəcək heç bir sübutun olmamasına baxmayaraq, qətnamədə cavabdehin mülahizələrinə istinad etmişdir. Halbuki, iş yerində işin normal ahənginin pozulması hallarını göstərən heç bir sübut mövcud deyil.
35. Bundan əlavə, məhkəmə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə qeyd olunanların həqiqətəuyğun olub-olmamasını araşdırmamışdır. Hazırki işdə işçinin yol verdiyi pozuntunun Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən kateqoriyaya aid edildiyi müəyyən edilmişdir. Lakin işçi tərəfindən qanunun qeyd olunan tələblərinin pozulduğunu təsdiq edən sübut mövcud deyil. Göstərilən halların Əmək Məcəlləsinin 72-ci maddəsi üzrə əmək funksiyasının kobud şəkildə pozulması kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, işəgötürən əmrdə istinad etdiyi halları sübut etməlidir. İddiaçıya qarşı qərəzli münasibət olmuş, kollektiv tərəfindən təzyiq formalaşdırılmış, işdən azad olunması əvvəlcədən planlaşdırılmışdır. Bu hallar məhkəmə tərəfindən yetərincə qiymətləndirilməmişdir.
36. Həmçinin, iddiaçı hesab edir ki, məhkəmə Kollecdə hər iki iclasdan əvvəl planlaşdırılmış, İddiaçı qarşı böhtan xarakterli məlumatları əks etdirən çıxışların təşkil olunmasını və həmin gün İddiaçı halının pisləşməsi səbəbindən, Kollecə təcili tibbi yardım gəlməsini və ona psixoloji təsirlər nəticəsində keçirdiyi sarsıntı və iztirablara görə tibbi yardımın göstərilməsini nəzərə almamışdır. ## ###### 2024-cü il tarixdə ona saxta və süni şəkildə yazılı xəbərdarlıq verilmiş, iclas zamanı halı pisləşmiş, “Bakı şəhəri Təcili və X13 Stansiyası” PHŞnin sahə həkimi gəlmiş və ona tibbi yardım göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mənəvi zərər hissəsində də iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Digər tərəfdən, işəgötürənin qanunsuz və əsassız əmrinin mübahisələndirilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş hüquqi yardımla bağlı iki min manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını təmin etməmişdir.
37. Cavabdeh Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyevanın ## ####### 2025-ci il tarixli əmrdə istinad etdiyi halların heç bir hüquqi əsası yoxdur və tabeliyində olan işçilərdən topladığı imzalar əsasında tərtib etdiyi akt sübut hesab edilə bilməz. Hər iki əmrdə, yəni həm töhmət verilməsi, həm də əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə qeyd olunanlar əvvəlcədən planlaşdırılmış və qərəzli olaraq həyata keçirilmişdir. Belə ki, ## ####### 2025-ci il tarixli əmrdə 2-3 il əvvəl baş vermiş hadisələr göstərilmiş və bu məsələlər üzrə direktor Sevinc Həmzəyeva ilə İddiaçı arasında xüsusi ittiham qaydasında məhkəmə mübahisələri davam etdirilir. İşçinin əmək funksiyasını pozması ilə bağlı təqdim olunmuş sənədlərə düzgün hüquqi qiymət verilməmiş, əmrdə konkret hansı əmək funksiyasının pozulduğu göstərilməmiş, yalnız ümumi və qeyri-müəyyən ifadələrdən istifadə olunmuş, təkrar pozuntunun nədən ibarət olduğu sübuta yetirilməmişdir. Həmçinin, intizam tənbehi tətbiq edilərkən işçidən izahat alınmamış, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar (səs yazıları və s.) nəzərə alınmamış, cavabdehin təqdim etdiyi sənədlər formal şəkildə əsas götürülmüşdür. İntizam komissiyasının iclasları da formal olaraq keçirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
38. Cavabdehin nümayəndəsi vəkil1 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının yol verdiyi nöqsanlar barədə 126 nəfər şəxsin imzaladığı akt tərtib olunmuşdur. Lakin, həmin aktı imzalayan şəxslərdən 8 nəfər xüsusi ittiham qaydasında məhkəmə icraatı zamanı şahid qismində ifadə verərkən, hansı məqsədlə aktı imzaladıqlarını bilmədiklərini və iddiaçı ilə heç bir qərəzli münasibətlərinin olmadığını bildirmişlər. Halbuki, əmrin əsasında iddiaçının iş yerində intizam qaydalarını pozaraq, Kollecin nüfuzunu pozan hərəkətlərə yol verdiyi və həmin 8 nəfər daxil olmaqla, adları aktda sadalanan şəxslərə qarşı kobud rəftar etdiyi dayanır. Lakin, elə 8 nəfərin izahatından həmin halların ümumiyyətlə həqiqətəuyğun olmadığı məlum olur. Bundan əlavə, Kollecin nüfuzuna dair internet resurslarında yayılmış məlumatların məhz iddiaçı tərəfindən həyata keçirilməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Digər tərəfdən, internet resurslarında yayılmış məlumatlar isə ilkin olaraq iddiaçı ilə müəssisənin direktoru Sevinc Həmzəyeva arasında olan şəxsi ədavətlə əlaqədar olmuş, sonradan Kollecin müəllimləri kiminsə təkidi əsasında anonim hesablardan istifadə edərək, iddiaçı barəsində mənfi fikirlər yaymağa başlamışdır. Halbuki, Kollec daxilində heç bir müəllimin iddiaçı ilə hər hansı mübahisəsi olmamışdır. Həmçinin, müəllimlər tərəfindən iddiaçı barəsində internet resurslarında yayılan fikirlər eynilə Kollecin direktoru tərəfindən verilən müsahibə zamanı da səsləndirilmişdir. Belə ki, qeyd olunan məlumatlar sadəcə iddiaçıya olan qərəz əsasında qısa müddət ərzində Kollecin direktorunun təkidi ilə toplanmış məlumatlardır.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı vəkilinin izahatını təsdiq edərək, şikayətin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, Sevinc Həmzəyeva rəhbərlik etdiyi dövrdən etibarən o, bütün əmrlərin tərtib olunmasından kənarlaşdırmışdır. Bu barədə X7 Xidmətinə, Elm və Təhsil Nazirliyinə və Həmkarlar İttifaqı Təşkilatına tərəfindən edilən şikayət əsasında araşdırma aparılmışdır. Eyni zamanda, işdən azad olunma barədə əmrdə ümumiyyətlə 2025-ci ildə yaranan mübahisəyə aidiyyəti olmayan və 2023-cü ildə baş verən hadisələr və həmin zaman əsassız aldığı töhmət də göstərilmişdir. Digər tərəfdən, Sevinc Həmzəyeva ona şifahi və yazılı xəbərdarlıq olunduğunu iddia etsə də, iddiaçı həmin xəbərdarlıqlardan ümumiyyətlə məlumatsız olmuş və həmin xəbərdarlıqların mövcudluğu ona yalnız məhkəmə icraatı zamanı məlum olmuşdur. Bütün bu hallar Sevinc Həmzəyevanın tərbiyə müavini təyin olunduqdan sonra ona qarşı göstərdiyi qərəzli münasibətinin əksidir. Bundan əlavə, həm əvvəlki iş yerində, həm də cavabdeh müəssisədə işlədiyi müddətdə heç bir intizam pozuntusuna yol vermədən qüsursuz olaraq işləmişdir. O, işdən azad olunduğu zaman cavabdeh müəssisədə işləyən 187 nəfərdən 126 nəfər işçi barəsində tərtib olunan və guya yol verdiyi pozuntuları göstərən aktı imzalamışdır. Halbuki, 126 nəfər şəxsdən 70 nəfəri ümumiyyətlə tanımır, digər hissəsi isə müəssisənin başqa korpusunun işçiləridir. Belə olan halda, ümumiyyətlə tanımadığı işçilərin barəsində fikir bildirməsi ağlabatan deyil. Həmin aktı imzalayan şəxslərdən 8 nəfər xüsusi ittiham qaydasında məhkəmə icraatı zamanı şahid qismində ifadə verərkən, hansı məqsədlə aktı imzaladıqlarını bilmədiklərini və onunla heç bir qərəzli münasibətlərinin olmadığını bildirmişlər. Cavabdeh müəssisənin Aytən Ağayeva və Salahov Oqtay adlı işçiləri həmin aktı imzalayan şəxslərdən bəzilərini aldadaraq və guya onun başqa müəssisəyə işləmək üçün köçürüldüyünü bildirərək, aktı imzalamağa məcbur etmişlər. Eyni zamanda, guya onun Həmkarlar İttifaqı tərəfindən həyata keçirilən iclası qeydə alaraq, videogörüntüləri yaymağına dair göstərilən əsas da həqiqəti əks etdirmir.
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş və həmçinin bildirmişdir ki, iddiaçıya yol verdiyi pozuntular barədə 2023-cü ildə 8 dəfə xəbərdarlıq edilmiş və buna dair sübutlar təqdim edilmişdir. Həmçinin, prokurorluq orqanın iddiaçı barəsində tərtib etdiyi ##.##.2025-ci il tarixli qərarı da hazırda qüvvədədir. Bundan əlavə, xüsusi ittiham qaydasında məhkəmə icraatı zamanı iddiaçının göstərdiyi 25 nəfərdən yalnız 11 nəfəri şahid qismində iştirak etmiş və onlardan bəziləri iddiaçının iş prosesi müddətində işin ahəngini pozduğunu və problem yaratdığını bildirmişlər. Ümumiyyətlə, 11 nəfər şəxsin hamısı ifadə verərkən, iddiaçı barəsində hər hansı müsbət fikir bildirməmişdir. İddiaçı barəsində tərtib olunan aktı imzalayan şəxslər də iddiaçının şər və böhtan xarakterli məlumatlar yaymaqla (məsələn, “bura rüşvət mənbəyidir” kimi ifadələrə yol verdiyini), Kollecin nüfuzuna və səmərəli iş fəaliyyətinə mənfi təsir etdiyini təsdiqləmişlər. Eyni zamanda, iddiaçının işdən azad olunma barədə əmrə dair tərtib olunan protokoldan göründüyü kimi, iddiaçı iclas zamanı da etik davranışa uyğun olmayan hərəkətlərə yol vermiş, böhtan xarakterli ifadələr bildirmiş, icazəsiz videoçəkiliş aparmış və iclası tərk etmişdir. Həmçinin, iddiaçının işdən azad olunması ilə əlaqədar keçirilən iclasda da işçilərə Sevinc Həmzəyevanın təzyiqi olduğu təqdirdə, iclasdan çıxmalarının mümkünlüyü bildirilmişdir. Eyni zamanda, xüsusi ittiham qaydasında aparılan məhkəmə icraatı üzrə izahat verən şahidləri iddiaçı Sevinc Həmzəyevanın şahidləri olaraq adlandırsa da, həmin şəxslər onun özü tərəfindən dəvət olunmuşdur. İddiaçı dəfələrlə iş kollektivində, şəxsi yazışmalarda və internet resurslarına yaydığı məlumatlarda təhqiramiz ifadələrə yol verilmişdir. Hesab edir ki, iddiaçının işdən azad olunması qanuni və əsaslı olmuşdur.
42. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsin nümayəndəsinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
43. Azərbayan Respublikasının Əmək Məcəlləsi: Maddə 7.2. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək. Maddə 70, bənd “ç”. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Hazırkı işdə iddia tələbi təmin olunmadığından və apellyasiya şikayətinə əsasən, qətnamə iddiaçı tərəfindən tam şəkildə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, ##.##.2018-ci il tarixli əmək müqaviləsi ilə iddiaçı cavabdeh müəssisədə “hüquqşünas” vəzifəsinə işə qəbul edilmiş, ##.##.2025-ci il tarixli əmr əsasında o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutulmaqla işdən azad edilmişdir. İddiaçı Kollecin direktoru vəzifəsində işləyən Sevinc Həmzəyevanın ona qarşı olan qərəzli münasibəti nəticəsində sözügedən əmrin qəbul edilməsini əsas gətirərək, işə bərpa olunması, məruz qaldığı maddi və mənəvi zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsi məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddiaçı barəsində qəbul edilmiş əmrin əsaslı və qanuni olması səbəbindən, iddia tələbini qəbul etməmişdir.
49. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanılmış ##.##.2018-ci il tarixli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən, işçi Əmək Məcəlləsinə əsasən, vəzifə funksiyaları ilə və daxili əmək intizam qaydaları ilə üzərinə düşən vəzifənin yerinə yetirilməsi, əmək intizamına riayət olunması, Azərbaycan Respublikası qanunvericiliyi, kollecin nizamnaməsi və əmək müqaviləsində göstərilən digər vəzifələrin yerinə yetirilməsi və ADİU-nun nəzdində Qida Sənayesi Kollecinin daxili intizam qaydalarına əməl edilməsinin icra olunmasını öhdəsinə götürmüşdür.
50. Buna baxmayaraq, məhkəmə kollegiyası iş materiallarını tədqiq edərkən müəyyən etmişdir ki, iddiaçı əmək müqaviləsi və əmək qanunvericiliyindən irəli gələn xidməti vəzifələrinin icrası zamanı intizam xətalarına yol vermişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi üçün müvafiq hal mövcud olmuş və mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahənginin pozulması və işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə maddi ziyanın dəyməsi işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmışdır.
51. Belə ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan ##.##.2025-ci il tarixli “bakunews.az” xəbər portalı tərəfindən ünvanlanmış vəkil sorğusuna cavabda portalda dərc edilmiş ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixli məqalələrdə ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və Sevinc Həmzəyeva ilə bağlı qeyd edilən məlumatların, yəni foto video və audio səs yazılarının redaksiyaya Kollecin hüquqşünası İddiaçı tərəfindən təqdim edildiyi və təqdim olunan məlumatların müraciət əsasında hazırlandığı bildirilmişdir.
52. “xxxx” MMC media şirkəti rəhbəri tərəfindən ADİU-nun nəzdində Qida Sənayesi Kollecinin direktoru Həmzəyeva Sevincə ünvanlanmış məktubdan müəyyən olunmuşdur ki, “xxxx” saytına daxil olan məlumatlar Kollecin hüquqşünası İddiaçı tərəfindən təqdim edilmiş və araşdırılmış məlumatların nəticəsinə dair buraxılışın ##.##.2025-ci il tarixdə xəbər saytında dərc ediləcəyi bildirilmişdir.
53. ##.##.2025-ci il tarixdə “Cəbhə.info” xəbər portalı tərəfindən ünvanlanmış vəkil sorğusuna cavabda ##.##.2025-ci il tarixdə “cebheinfo.az” saytında “Kollecdə qalmaqal: Hüquqşünas direktordan şikayətçidir” başlığı altında dərc olunmuş ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və direktoru X9 barəsində olan məlumatların redaksiyaya İddiaçı tərəfindən təqdim edildiyi bildirilmişdir.
54. ##.##.2025-ci il tarixdə “Qafqazinfo.az” xəbər portalı tərəfindən ünvanlanmış vəkil sorğusuna cavabda ##.##.2023-cü il tarixdə “Qafqazinfo.az” saytında dərc edilmiş “İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” başlıqlı yazıda yer alan məlumatların və həmin mövzuya dair 29 saniyəlik videogörüntünün Kollecin hüquqşünası İddiaçı tərəfindən redaksiyaya təqdim edildiyi bildirilmişdir.
55. Bundan əlavə, ##.##.2025-ci il tarixdə “Doğruxəbər.az” xəbər portalı, ##.##.2025ci il tarixdə “Hürriyət” qəzeti, ##.##.2025-ci il tarixdə “Mediatv.az” xəbər portalı tərəfindən ünvanlanmış vəkil sorğularına cavab məktublarında ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və Sevinc Həmzəyeva ilə bağlı yayımlanmış məlumatların “bakunews.az” xəbər portalındakı məlumatlara istinadən dərc olunduğu bildirilmişdir.
56. Eyni zamanda, “bakunews.az” xəbər portalı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixli məqalələrdəki məlumatların hər birinin, habelə videogörüntü və səs yazılarının İddiaçı tərəfindən təqdim edildiyi və ictimailəşmiş sujetlərin heç birinə redaksiya və ya jurnalist tərəfindən hər hansı əlavənin edilmədiyi bildirilmişdir.
57. Bununla yanaşı, ##.##.2025-ci il tarixdə Kollecin 7 nəfər əməkdaşının iştirakı ilə tərtib olunan və direktor tərəfindən təsdiqlənmiş aktla 126 nəfər kollektiv üzvünün müraciətinin araşdırılması məqsədilə keçirilən iclas zamanı iddiaçı tərəfindən iclas iştirakçılarının mobil telefon vasitəsilə icazəsiz videogörüntü qeydə alması və həmin görüntünü sosial şəbəkədə yayımlaması müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası sözügedən cavab məktublarını iş materiallarında olan digər sübutlarla və tərəflərin izahatları ilə qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərini pozaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin Daxili İntizam Qaydalarının 2.9.1, 2.9.6, 2.9.7, 2.9.14, 2.9.16, 2.9.18, 2.9.19 və 2.9.20-ci bəndlərində müəyyən edilmiş vəzifələrə əməl etməmişdir. Belə ki, iddiaçı Kollecin və həmkarlarının nüfuzunun qorunmasına lazımi diqqət yetirməmiş, əsassız mühakimələrə yol vermiş, obyektivlik və qərəzsizlik prinsiplərinə riayət etməmiş, habelə Kollec daxilində kollektiv üzvlərinə münasibətdə və Kollecdən kənarda olduğu müddətdə təmkinli davranış nümayiş etdirməmişdir.
59. Yuxarıda qeyd olunan Daxili İntizam Qaydalarının 5.9-cu bəndində Kollecdən xaric etmənin əsasları qismində müqavilə şərtlərinin pozulması (5.9.1) və tədris prosesi iştirakçılarına mənəvi zor göstərilməsi, sosial şəbəkələrdə və digər KİV vasitələrində açıqaşkar onların şərəf və ləyaqətinin alçaldılma, eləcə də bu qəbildən olan hərəkətlərlə onlara hədə-qorxu gələrək şantaj edilməsi (5.9.3) göstərilmişdir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yuxarıda göstərilən hərəkətləri, o cümlədən işəgötürən və həmkarları barəsində təsdiqini tapmayan çoxsaylı mülahizələrini ictimailəşdirməklə yayması nəticəsində işəgötürənin, eləcə də kollektiv üzvlərinin qanuni mənafelərinə və işgüzar nüfuzuna ciddi xələl gətirmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində digər hallarla yanaşı nəzərdə tutulmuşdur ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddənin “e” bəndi). Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə isə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
61. Göründüyü kimi, iddiaçı tərəfindən Kollecdən xaric edilmənin əsasını təşkil edən hallara, yəni daxili intizam qaydalarının pozulması nəticəsində əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə, habelə sosial şəbəkələrdə və mediada müxtəlif mülahizələr irəli sürülməklə Kollecin və həmkarlarının nüfuzunun qorunmamasına yol verilmişdir. Bu baxımdan, işəgötürən qismində çıxış edən cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin əsasla xitam verməkdə haqlı olmuşdur.
62. İddiaçı apellyasiya şikayətində və izahatında dəfələrlə barəsində əsassız intizam tənbehlərinin tətbiq edildiyini, ona psixoloji təzyiq göstərildiyini, əmək müqaviləsinə qanunsuz xitam verildiyini və kollektiv daxilində nüfuzunun zədələndiyini bildirsə də, bu halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddia tələbinin “əmrin ləğv edilməsi” hissəsi yalnız iddiaçının formal xarakter daşıyan, hər hansı dəlil və sübutla təsdiq olunmayan mülahizələrinə əsaslanmış və qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir.
63. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində “##.##.2025-ci il tarixli intizam tənbehinin verilməsi barədə əmrin sonradan ləğv edilməsi” ilə bağlı dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin həmin məsələ üzrə mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı barəsində işdən azad edilmə haqqında əmrin qəbul edilməsinin əsasını yalnız ##.##.2025-ci il tarixli intizam tənbehinin tətbiq edilməsi təşkil etməmişdir. Belə ki, iddiaçı 2023-cü ildə baş verən halların xeyli müddət ötməsi səbəbindən, onun işdən azad olunmasına dair əmrin qəbul edilməsi üçün əsas təşkil etmədiyini iddia etsə də, ötən müddət ərzində yol verdiyi müxtəlif intizam pozuntularına dair barəsində tətbiq olunan tənbeh tədbirləri və iddiaçının həmin tənbeh tədbirlərindən nəticə çıxarmayaraq, eyni xarakterli hərəkətlərə təkrarən yol verməsi onun iş yeri və kollektiv daxilindəki davranışının işdən azad olunma barədə əmrdə əsaslandırılan formada olduğunu daha ağlabatan edir.
64. Həmçinin, iddiaçı apellyasiya şikayətində və izahatında Kollecinin direktorunun qərəzli münasibətinə istinad etsə də, əksinə, cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş vəkil sorğularına cavab məktublarından, Azərbaycan Dövlət Iqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin kollektivinin 126 nəfər üzvünün Elm və Təhsil Naziri Emin Əmrullayevə, UNEC rektoru prof. Ədalət Muradova və kollecin direktoru Sevinc Həmzəyevaya ünvanladığı “kollecin hüquqşünası İddiaçı kollecin və kollektivin işgüzar nüfuzuna zərər verməsi və kollecdə dözülməz hal yaratması” barədə ##.##.2025-ci il tarixli müraciətindən və ##.##.2025-ci il tarixli aktdan müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Kollecin və həmkarlarının nüfuzuna xələl gətirən hərəkətlərə yol verilmiş, habelə onun barəsində 2023-cü ilin fevral ayında intizam tənbehlərinin tətbiq olunması barədə, ##.##.2025ci il və ##.##.2025-ci il tarixli əmrlər qəbul edilməzdən əvvəl iş yerinin rəhbərliyinə və işəgötürəninə qarşı qərəzli münasibətini əks etdirən hərəkətlərə yol verilmişdir. Belə hərəkətlərə, o cümlədən ##.##.2023-cü il tarixdə “Qafqazinfo.az” saytında, ##.##.2025-ci il tarixdə “cebheinfo.az” saytında, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə isə “bakunews.az” xəbər portalında dərc edilməsi üçün materialların təqdim edilməsi aid olmuşdur. Digər tərəfdən, iddiaçı son dəfə barəsində intizam tənbehi tətbiq edildikdən sonra da təkrarən eyni xarakterli hərəkətləri nümayiş etdirməyə davam etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçı barəsində qəbul edilmiş ##.##.2025- 65.əmrin qanuniliyini qiymətləndirərkən müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış əmək ci il tarixli müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatının razılığının alınması məqsədilə iddiaçının iştirakı ilə iclas keçirilmiş və həmin iclasın nəticəsi olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.
66. Beləliklə, iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar mövcud olmaqla, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulmasına yol verilməmişdir.
67. Məhkəmə kollegiyası qeyd olunan halları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən müvafiq qanunvericiliyin tələblərinə tam riayət edildiyi və iddiaçı barəsində qəbul edilən əmr qanuni və faktiki cəhətdən tam əsaslandırıldığı üçün iddia tələbi təmin edilməməlidir.
68. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin digər hissələrində olan qənaətini də əsaslı hesab edərək bildirir ki, işə bərpa, məcburi işburaxmaya görə ödənilməyən əmək haqqının, hüquqi yardımla bağlı maddi zərər və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblər ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi tələbi ilə bilavasitə əlaqəlidir və həmin tələbin təmin edilib-edilməməsindən asılıdır. Əsas iddia tələbi rədd edildiyindən, digər hissələrdə iddia tələbinə münasibət bildirilməsinə zərurət qalmamışdır və həmin hissələrdə də iddia tələbi təmin olunmamalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Rəşid Səmədov Xumar Mərdanova Məmməd Məmmədov