Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1981/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 12.000 (on iki min) manat kompensasiya verilməklə cavabdehlər cavabdeh2 və cavabdeh1 ilə birlikdə mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1, mənzil 40 ünvanında yerləşən mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdeh cavabdeh3 mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101) ****/**** nömrəli qərardadı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə e-*(*-***)-****/**** nömrəli mülki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı cavabdeh2 (İddiaçı üçüncü şəxs kimi cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilə dair İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatı təsdiq edən çıxarışın qanunsuz hesab edilərək ləğv olunması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, qərardadın ləğv edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 mübahisəli mənzilin ilkin qeydiyyata alınması zamanı verdiyi razılıq ərizəsi üzrə məlumatı düzgün hesab etmədiyini əsas gətirərək hüququnun pozulduğunu iddia edir. Lakin iş üzrə icraatın dayandırılması barədə ərizəni onun oğlu cavabdeh cavabdeh3 imzalamış və təqdim etmişdir. Əgər cavabdeh2 inzibati məhkəmədə qaldırdığı iddia üzrə hüququnun pozulduğunu hesab edirsə və iddiaçı İddiaçı ona qarşı iddiası üzrə mülki işin nəticəsi inzibati məhkəmənin icraatında olan işin nəticəsindən asılıdırsa, mülki iş üzrə icraatın dayandırılması barədə ərizə də məhz cavabdeh2 imzası ilə məhkəməyə təqdim edilməli idi. Digər tərəfdən, inzibati məhkəmənin icraatında olan işin uğurlu olacağı güman edildiyi hesab olunsa belə, bu hal mülki iş üzrə icraatın dayandırılmasına əsas deyildir. Çünki sözügedən mənzil İddiaçı tərəfindən ****** nömrəli 1975-ci il tarixli orderə müvafiq olaraq əldə edilmiş və həmin orderdə İddiaçı ailə üzvləri qismində cavabdehlərin adları qeyd olunmamış, cavabdeh2 2017-ci ildən həmin mənzildə yaşamır, mənzilə dair hər hansı hüquqlara malik deyildir və gələcəkdə də hər hansı bir hüquqa malik olacağı istisna edilir. İddiaçı mülki iş üzrə cavabdehlərə qarşı iddia tələbi yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi olsa belə, qanunverici ona iddia tələbinin həcmini artırmağa və ya azaltmağa, habelə iddia tələbinin predmetini dəyişməyə imkan verir. Mülki iş məhkəmənin hazırlıq mərhələsində olduğu üçün iddiaçının həmin hüquqlardan istifadə edə bilməsi tükənməmişdir. cavabdeh2 inzibati məhkəmədə qaldırdığı iddia üzrə işin nəticəsinin uğurlu olacağanı hesab edilsə belə, bu hal gələcəkdə İddiaçı cavabdehlərə qarşı iddia qaldırmaq hüququnun itirilməsinə səbəb deyildir. Bu mənada hesab edir ki, iş üzrə icraatın dayandırılması üçün hüquqi əsas mövcud olmamışdır. Sözügedən mənzilə dair iddiaçı İddiaçı 1975-ci il tarixdə ****** nömrəli order verilmiş və daha sonra həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Həmin order üzrə cavabdehlər iddiaçının ailə üzvləri qismində qeydiyyata alınmamışdır. Mənzil iddiaçının adına ilkin hüquqi qeydiyyata alınarkən cavabdeh cavabdeh2 notarial qaydada razılıq ərizəsi alınmış və bu hal onun imzası ilə məhkəməyə təqdim edilmiş iddia ərizəsinin surəti ilə də təsdiq olunur. Həmin iddia ərizəsi üzrə cavabdeh2 əsas gətirdiyi dəlil ondan ibarətdir ki, o, mənzilin İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmasına dair razılıq ərizəsi verdiyini qəbul edir, lakin verdiyi ərizə üzrə göstərilən məlumatın düzgün olmadığını hesab edir. Göründüyü kimi, məhkəmə iddiaçının hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə iş üzrə təqdim olunmuş orderin surətini nəzərə almamış, halbuki, mənzil həmin order əsasında iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmış, iddiaçının həmin order əsasında cavabdehlərə qarşı iddia qaldırmaq hüququnun olduğu nəzərə alınmamış, beləliklə də nəticə etibarı ilə iddiaçının qanunla qorunan hüquqları, o cümlədən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 6-cımaddəsində təsbit olunan əadələtli məhkəmə araşdırması hüququ pozulmuşdur. İnzibati məhkəmədə qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur, cavabdeh iddiaçının ona qarşı iddia qaldırdığını gördükdən sonra belə bir iddianı qaldırmaq yadına düşmüş və cavabdehin həmin iddianı qaldırmaqda məqsədi mülki işə tez baxılmasına maneçilk törətmək və əsassız yerə işin uzanmasına səbəb olmaqdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101) ****/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 12.000 (on iki min) manat kompensasiya verilməklə cavabdehlər cavabdeh2 və cavabdeh1 ilə birlikdə mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1, mənzil 40 ünvanında yerləşən mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdeh cavabdeh3 mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə cavabdehlərdən biri olan cavabdeh2 isə iddiaçı qismində (İddiaçı üçüncü şəxs kimi cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilə dair İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatı təsdiq edən çıxarışın qanunsuz hesab edilərək ləğv olunması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ilə ##.##.2026-cı il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iddia icraata qəbul edilmişdir Göründüyü kimi hazırkı mübahisənin mahiyyəti iddiaçının xüsusi mülkiyyətdə olan mənzillə bağlı iddia tələbləridir. Cavbdehlərdən biri isə həmin mənzilin mülkiyyətə verilməsini inzibati qaydada mübahisələndirir və mübahisəli mənzilə dair İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatı təsdiq edən çıxarışın ləğv olunmasını xahiş etmişdir. Bu isə o deməkdir ki, inzibati icraatda olan iddia tələbi təmin ediləcəyi halda, mübahisə edilən mənzilin hüquqi statusu və iddianın düzgün həll edilməsinin maddi-hüquqi əsasları dəyişir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin mübahisə tam həll edilməyənədək hazırkı işə baxıla bilməz. Odur ki, həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək bu iş üzrə icraat dayandırılmalıdır. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə baxarkən şikayətinin dəlillərini araşdırmaqla müfəssəl qiymət vermişdir və Məhkəmə Kollegiyası həmin əsaslandırma ilə razılaşaraq prosessual qənaət baxımından yenidən həmin əsaslandırmanın təkrarlanmasına zərurət görmür. Bununla belə Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin əsasını cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdeh cavabdeh3 mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi təşkil edir və iş materiallarından görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Bununla belə cavabdeh cavabdeh2 iddiaçının adına verilmiş çıxarışı mübahisələndirir. Göründüyü kimi inzibati icraatda olan iddia tələbi təmin ediləcəyi halda, mübahisə edilən mənzilin hüquqi statusu və iddianın düzgün həll edilməsinin maddi-hüquqi əsasları dəyişir. Digər tərəfdən əgər mülki işin həlli digər işin nəticəsindən asılıdırsa, məhkəmə icraatı dayandıra bilər. Bu halda, mülki işin nəticəsi birbaşa inzibati məhkəmədə baxılan çıxarışın qanuniliyindən asılıdır, çünki çıxarışın ləğv edilməsi halında, iddiaçının iddiasının hüquqi əsası da ortadan qalxacaqdır. Həmçinin qeyd edilməlidir ki, əsas hüquqi sənədin taleyi müəyyən edilmədən mülki işin davam etdirilməsi ədalətli mühakiməyə zidd olardı, eyni zamanda inzibati məhkəmədə çıxarışın ləğvi halında, mülki işdə də iddianın rədd edilməsi məntiqi nəticə olardı. Əks halda, məhkəmə resurslarının səmərəsiz istifadəsinə səbəb ola bilər. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki mülki iş inzibati işin nəticəsindən birbaşa asılıdır və həmin iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi baxımından şikayətin dəlilləri əsassız olmuşdur. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*- ***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 399 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı Cəfərova Böyükxanım Həmzə qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1981/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1981/2026
25.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver