Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1993/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı İddiaçı (sifarişçi) ilə cavabdeh Cavabdeh İlham oğlu - “Hope Academy” (icraçı) arasında ##.##.2024-cü il tarixli ***-*** saylı müqavilə bağlanmış, müqaviləyə əsasən, müqavilənin müddəalarını nəzərə almaq şərti ilə, icraçı kollec və universitetlərdə və ya dil kurslarında təhsil proqramının seçilməsi, və təhsil alınan ölkədə, təhsil aldığı müddətdə tələbə yataqxanası məsələləri ilə əlaqədar sifarişçiyə məsləhət xidmətləri göstərir, həmçinin, həmin təhsil müəssisəsində sifarişçi üçün müvafiq kursu rezervasiya etməklə, təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin siyahısını təqdim edir. Müqavilə imzalandığı anda Sifarişçinin qəbul prosesi üçün, Avropa, Amerikada yerləşən Kolleclər ilə danışıqlar aparılır və proses sonunda Sifarişçinin doktorantura təhsil proqramına qəbulu alınacaqdır. Sifarişçi, şirkətin xidmət haqqı olan 1600 AZN (bir min altı yüz manat) məbləği ##/##/2024 tarixində tam olaraq şirkətə ödəyir. Şirkətin xidmət haqqı tam ödənildikdən sonra, sənədləşmə prosessinə start verilir. Sifarişçi müqaviləni imzaladığı anda bu şərtlə razılaşır. Ödənilən məbləğə təhsil haqqı, qeydiyyat rüsumu, viza rüsumu və ya digər xərclər daxil deyildir.
2. ##.##.2024-cü il tarixli deposit qəbulu ərizəsindən görünür ki, iddiaçı, Cavabdeh - Hope Academy ilə aralarında bağlanmış müqaviləyə əsasən qeydiyyat rüsumu olaraq ##.##.2024-cü il tarixdə 946 manat ödəniş etmişdir.
3. Təqdim edilən qəbzlərin surətindən görünür ki, ##.##.2024-cü il tarixdə 3.200 manat, ##.##.2024-cü il tarixdə 546.05 ABŞ Dolları, ##.##.2024-cü il tarixdə 412.98 ABŞ Dolları (700 manat) məbləğində vəsait cavabdeh Cavabdeh İlham oğlunun kart hesabına köçürülmüşdür. X1, X4 və İddiaçı Yasamal RPİ-yə ərizə ilə müraciət edərək "Hope Academy" təşkilatının rəhbəri Cavabdeh İlham oğlunun onları Avropa və ABŞ-da doktorantura təhsili alması üçün köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq pul vəsaitlərini ələ keçirdiyini bildirmişlər. Aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh İlham oğlu bildirmişdir ki, İddiaçı eyni qaydada şirkətə müraciət edərək xidmətlərdən yararlanmaq istəmiş, ## #### 2024-cü il tarixində aralarında xidməti müqavilə imzalanmış və bunun müqabilində müqavilə imzalanan tarixdə onun bank kartının hesabına 1600 (bir min altı yüz) manat ödəniş etmişdir. Bundan sonra ## ###### 2024-cü il tarixində universitetlərin qeydiyyat rüsumları üçün 500 avro pul ödəməli olduğunu bildirmiş və ## ###### 2024-cü il tarixdə İddiaçı eyni qaydada onun bank kartının hesabına 500 avro pul köçürmüşdür. Onun tərəfindən xidmət haqqı müqabilində vətəndaşlar üçün universitet siyahısının hazırlanması, motivasiya və tövsiyə məktublarının yazılması işlərini icra edib özlərinə göndərmişdir. ## #### 2024-cü il tarixində İddiaçı universitet qeydiyyatları üçün müəyyən sənədlər dəfələrlə tələb olunduğu halda, ## ###### 2024-cü il tarixinədək tələb olunan sənədləri ona təqdim etmədiyinə görə universitet qeydiyyatları və digər proseslərə davam edə bilməmişdir. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı pоlis Rı X5 tərəfindən ## #### 2024-cü il tarixdə Cavabdeh İlham oğlunun əməlində cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
4. Tərəflər arasında mobil tətbiq üzərində aparılmış yazışmaların ekran görüntüsündən müəyyən edilir ki, tərəflər aralarında bağlanmış müqavilə şərtərinə uyğun olaraq zəruri sənədlərin toplanması barədə,habelə müqavilənin icrasından irəli gələn məsələləri və nəticədə aralarında yaranan mübahisənin həlli ilə bağlı danışıqlar aparmışlar.
5. İddiaçı tərəfindən cavabdeh Cavabdeh İlham oğluna ünvanlanmış ## ###### 2024cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən ona dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə borcun qaytarılmasını məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehi xəbərdar etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh İlham oğlu arasında olan ##.##.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 3878 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5% hissəsi olan 194 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 7,5% hissəsi olan 271 manat, vəkilə ödənilən 320 manat, cəmi 4663 manat pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 66,63 manat pul vəsaitin cavabdeh Cavabdeh İlham oğlundan tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı bakalavr və magistr dərəcəsini bitirdikdən sonra doktorantura təhsilini xarici ölkədə davam etdirmək üçün 2024cü ilin iyun-iyul aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh İlham oğlunun idarə etdiyi “Hope Academy” adlı quruma müraciət etmişdir. Özünü onlara, yəni dostları Kamran Rzayevə və Mustafa Aslanova həmin şirkətin rəhbəri kimi təqdim edən Cavabdeh İlham oğlu onları Avropa və ya ABŞ-da yerləşən kolleclər və ya universitetlərdə doktorantura təhsili ilə təmin edəcəyinə köməklik göstərəcəyini bildirmişdir. Bu səbəblə iddiaçı İddiaçı ilə “Hope Academy”-nin rəhbəri Ülvi Mahmudov arasında ## #### 2024-cü il tarixli ***-*** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 1 il müddətində yəni ##.##.2025ci il tarixədək İddiaçı Avropa və ya Amerika universitetlərində doktorantura təhsilinə qəbul etdirəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin tarixdə İddiaçılə birlikdə onun tanışları Mustafa Aslanov və Kamran Rzayev də müqavilə bağlamışdır. Məhkəməyə təqdim edilən ##.##.2024-cü il tarixli *********** №-li qəbzdən görünür ki, Mustafa Aslanov özünün və iddiaçı İddiaçı müqavilə üzrə hər birinin ayrı-ayrılıqda 1600 manat ödənişini (cəmi 3200 manat) Cavabdeh kart hesabına göndərmişdir. Bundan sonra 2024-cü ilin avqust ayında Cavabdeh İddiaçı müraciət üçün universitetə ayrıca 500 avro ödəniş etməli olduqlarını bildirmişdir. Məhkəməyə təqdim edilən ##.##.2024-cü il tarixli *********** №-li qəbzdən görünür ki, İddiaçı Cavabdeh kart hesabına Mustafa Aslanovun kart hesabı vasitəsilə 546 ABŞ dolları (həmin günün məzənnəsinə əsasən 500 avro) göndərmişdir. Qeyd edilən hadisədən 2-3 ay müddət ərzində Cavabdeh iddiaçıya narahat olmamasını, işlərin davam etdiyini bildirmiş, 2024-cü ilin noyabr ayında universitetlərə müraciət üçün ayrıca niyyət məktubunun (proposal letter) yazılmalı olduğunu və buna görə ayrı 350 manat ödəniş edilməli olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilən ##.##.2024-cü il tarixli *********** №-li qəbzdən görünür ki, Mustafa Aslanov özünün və iddiaçı İddiaçı hər birinin ayrı-ayrılıqda 350 manat (cəmi 700 manat) pul vəsaitini Cavabdeh kart hesabına göndərmişdir. Daha sonra İddiaçı Cavabdehla telefonda danışdıqları zaman ona sənədlərin toplanması və göndərilməsi üçün hərəsinin əlavə 1000 manat pul ödəməli olduqlarını bildirmişdir. Onlar isə artıq müəyyən qədər pul ödədikləri üçün həmin pulların batmamasından ötrü Ümidin tələbi ilə məcburən razılaşmışlar. İddiaçı dostları Kamran Rzayev, Mustafa Aslanov və X2 ilə birlikdə təxminən 2024-cü ilin noyabr ayında Cavabdeh fəaliyyət göstərdiyi Yasamal rayonu Tbilisi prospekti 27 ünvanında yerləşən "ASK" Plazaya getdikdə onlara işlərin uğurla davam etdiyini bildirmiş, bu zaman İddiaçı Mustafa Aslanov, Kamran Rzayevlə birlikdə hər biri ayrı-ayrılıqda 1000 manat, cəmi 3000 manat pul vəsaitini nağd şəkildə Cavabdeh vermişlər, həmin vaxt yanlarında tanışları X2 da olmuşdur. 2025-ci ilin fevral ayında İddiaçı məlum olmuşdur ki, Cavabdeh 546 ABŞ dolları (hazırki məzənnəyə əsasən 928 manat) və 2950 manat pul vəsaiti ödəməsinə baxmayaraq, Ümid pulları alandan sonra heç bir iş görməmiş, İddiaçı cavabdehə zəng edib hər dəfə işin gedişatı ilə maraqlananda müxtəlif bəhanələrlə onu aldatmağa və vaxtı uzatmağa başlamışdır. Beləliklə, bir müddət sonra o, dostları ilə birlikdə Cavabdeh tərəfindən aldadıldığını başa düşmüş, sonuncu ilə əlaqə saxlayaraq pullarını geri qaytarmasını tələb etmişlər. Cavabdeh əvvəlcə üzrxahlıq edərək və onları arxayın edərək pullarını geri qaytaracağını bildirsə də, sonradan yenə onları müxtəlif bəhanələrlə aldadaraq pullarını geri qaytarmamışdır. Məhkəməyə təqdim edilən Yasamal RPİ-nin ## #### 2025-ci il tarixli qərarından görünür ki, Mustafa Aslanov, Kamran Rzayev və İddiaçı dələduzluqla üzləşdiklərini düşünərək Yasamal RPİ-yə müraciət etmişlər, Cavabdeh aldığı pulları və müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini etiraf etmiş, cinayət işinin başlanmasından imtina edilmişdir. Məhkəməyə təqdim edilən Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2024-2025-ci illər arasında ortalama bank uçot dərəcəsi 7.5 %-dir.
8. Cavabdeh Cavabdeh İlham oğlu iddia tələbinə etiraz edərək iddianın əsassız olduğunu bildirirək onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, bildirdi ki, iddia ərizəsində qeyd edilən məsələlərin heç biri reallığı əks etdirmir və həm ibtidai istintaq, həm də məhkəmə müddətində yalançı şahidlik və yalan ifadələr verilməsinin yeganə səbəbi onun məhkəmə qarşısında etibarını sarsıtmaq və ədalət mühakiməsinə birbaşa müdaxilə etmə motivini özündə əks etdirir. İddiaçı şəxsən özünün cavabdehə təqdim etdiyi 27 dekabr tarixli Pretenziya məktubu və sonrasında 14 yanvar tarixində özünün və şirkət əməkdaşlarının olduğu WhatsApp tətbiqi qrupunda ona dəydiyini iddia etdiyi maddi ziyanı geri tələbini yazdığı mesajda qeyd etdiyi məbləğlər sadəcə 1600 manat xidmət haqqı, 500 Avro qeydiyyat rüsumu ödənişi və 350 manat research proposal letter adlanan sənəd üçün göndərdiyi ödənişlərdir. Bundan əlavə, məhkəməyə təqdim etdiyi 03 fevral tarixli ofis görüşməsinin 1 saat 7 dəqiqə 46 saniyəlik səsyazmasında da bütün məbləğləri geri tələb edən qarşı tərəf qeyd olunan 1000 manat məbləğdən bəhs etmir. İddia ərizəsinin 5 və 6-cı punktlarında qeyd edilən “Bundan sonra 2024-cü ilin avqust ayında Cavabdeh İddiaçı müraciət üçün universitetə ayrıca 500 avro ödəniş etməli olduqlarını bildirmişdir.” və “Məhkəməyə təqdim etdiyimiz ##.##.2024-cü il tarixli *********** №-li qəbzdən görünür ki, İddiaçı Cavabdeh kart hesabına Mustafa Aslanovun kart hesabı vasitəsilə 546 dollar (həmin günün məzənnəsinə əsasən 500 avro) göndərmişdir.” reallığın təhrifidir. Qeyd edilən məbləğ bir universitetin yox, bütün xarici universitetlərə müraciət zamanı ödənilməli olan və vətəndaşa müqavilə bağlandıqdan həm öncə, həm də proses ərzində göndərilən universitet araşdırması siyahılarında bildirilən qeydiyyat rüsumunun ödənişidir və sadəcə depozit olaraq alınmışdır. Alınan məbləğ haqqında vətəndaşa depozit qəbulu ərizəsi göndərilmiş və sözügedən sənəddə bu məbləğin özündə şirkətin heç bir qazancını ehtiva etmədiyi qeyd edilmişdir. Sözügedən məbləğin geri qaytarılmasından heç bir zaman boyun qaçırmamışdır. Hətta 31 yanvar tarixində ilk dəfə ofisə gələn və onu axtaran vətəndaş Xeybər Məmmənağıyev və dostları cavabdehin yeni ofisə köçdüyündən xəbərsiz olduqları üçün cavabdeh bu haqda həmin ofisin resepşn heyətindən xəbər almış və şəxsən özü onlara zəng edib yeni ofisimə dəvət etmişdir. 03 fevral tarixində ofisə gələn İddiaçı, Mustafa Aslanov, Kamran Rzayev və dostları Fəridə Əliyevaya həmin günki görüşdə də qeydiyyat rüsumu ödənişini xitam ərizəsi imzalayan kimi geri qaytaracağını bildirmişdir. Amma hər 3 şəxs xitam ərizəsi imzalamaq istəmədiyini və ödədikləri ödənişlərin hamısını geri tələb etdiklərini bildirdilər. İddia ərizəsinin 7-ci punktunda qeyd edilən “Qeyd edilən hadisədən 2-3 ay müddət ərzində Cavabdeh iddiaçıya narahat olmamasını işlərin davam etdiyini bildirmiş, 2024-cü ilin noyabr ayında universitetlərə müraciət üçün ayrıca niyyət məktubunun (proposal letter) yazılmalı olduğunu və buna görə ayrı 350 manat ödəniş edilməli olduğunu bildirmişdir.” məlumat da tamamən reallığa ziddir. Sözügedən research proposal sənədinin barəsində məlumat vətəndaş İddiaçı və müqaviləni birlikdə imzaladığı, hətta hər ikisinin cavabdehlə birgə WhatsApp qrupunun olduğu Mustafa Aslanova hətta müqavilə imzalanmazdan 2 gün öncə belə verilmişdir. Bununla bağlı Mustafa Aslanovun whatsapp yazışmalarında özünün və dostu Xeybərin haqqında 6 iyul tarixində yazdığı “Hal-hazırda ikimiz də spring semestri tərcih edirik ki, research proposal üçün vaxtımız olsun deyə” mesaj hər ikisinin öncədən məlumatlandırıldığının sübutudur. Qeyd edilən sənəd doktorantura qəbulu proseduru üçün ən vacib və əvəzolunmaz sənəd olduğu üçün vətəndaşların bu sənədi təqdim etməməsi qəbul prosesinin özlərinin günahı və səhlənkarlığı səbəbilə ləngiməsinə və dayanmasına səbəb olmuşdur. Vətəndaşla aralarında imzalanan xidməti müqavilənin 2.3-cü bəndində qeyd olunduğu kimi “Əgər Sifarişçi göstərilən zamanda tələb olunan sənədləri təqdim edə bilməzsə, İcraçı bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir.” və 3.3-cü bənddə qeyd olunan “Bu müqavilənin 3.2-ci bəndinə əsasən ödənilən məbləğ, İcraçının xidmət haqqıdır və şirkətdən asılı olmayan səbəblərdən, Sifarişçi müqavilədən hər hansı bir səbəbə görə imtina edərsə, ödənilən xidmət haqqı geri qaytarılmır.” müddəalara əsasən vətəndaşın ödədiyi 1600 manat xidmət haqqı geri qaytarılmamalıdır. İddia ərizəsinin 12-ci punktunda qeyd edilən “Məhkəməyə təqdim etdiyimiz Yasamal RPİ-nin ## #### 2025-ci il tarixli qərarından görünür ki, Mustafa Aslanov, Kamran Rzayev və İddiaçı dələduzluqla üzləşdiklərini düşünərək Yasamal RPİ-yə müraciət etmişlər, Cavabdeh aldığı pulları və müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini etiraf etmiş, cinayət işinin başlanmasından imtina edilmişdir.” məhkəməyə təqdim olunan dəlilin yanlış təfsiri və təhrifidir. Məhkəməyə sübut olaraq təqdim etdiyi Yasamal Rayon Polis İdarəsinə (bundan sonra Yasamal RYPİ) verdiyi izahatında da # ###### 2024 tarixində göndərilən siyahıdan Kamran Rzayevin heç bir seçim etmədiyini və 4 dekabradək əlaqə saxlamadığını, bundan əlavə dostları İddiaçı və Mustafa Aslanovun 8 iyulda tələb olunan sənədləri 11 noyabradək təqdim etmədikləri barədə və hər 3 şəxsin öz səhlənkarlığı ucbatından proseslərin yubanmasına səbəb olmalarına baxmayaraq əsassız şəkildə barəsində şikayət edərək ödədikləri pulu geri almaq niyyətində olduqlarını qeyd etmişdir. Yəni, nə izahatlarında, nə məhkəmə proseslərində, nə vətəndaşlarla olan zəng və mesajlarında, nə də üzbəüz görüşlərdə hər 3 vətəndaşa hər hansısa etiraf etməmişdir, çünki etiraf edəcək heç bir nüans yoxdur. Odur ki, iddiaçının ödədiyi 350 manat proposal letter adlı sənəd və qeydiyyat rüsumları kimi ödənilmiş 546 ABŞ dollarının iddiaçılara qaytarılmasına ilk gündən razıdır, lakin müqavilə üzrə ödənilmiş 1600 manat pulun tutulması tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh İlham oğlundan 350 manat və 546 ABŞ dollarının Azərbaycan Respublikası manatı ekvivalentində 928 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş müddət üçün hesablanmış 39,4 manat, göstərilən hüquqi xidmətə görə ödənilmiş vəsaitin 160 manatının və dövlət rüsumunun 19,98 manatınım tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinim qalan hissədə rədd edilməsi, dövlət rüsumunun 46,65 manat hissəsinin iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir (hakim X3)
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması və öhdəliyin icra edilməməsi halı müəyyən edilməmişdir. Belə ki, müqavilədə göstərilən xidmətin dəyəri olaraq 1600 manat vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, cavabdeh də müqavilə üzrə öhdəliklərinin icrasına başlamışdır. Lakin iddiaçının müqavilədə qeyd edilən şərtlərə müvafiq olaraq tələb edilən sənədləri təqdim etməməsi nəticəsində cavabdeh öhdəliyini tam şəkildə icra edə bilməmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş səs yazılarında da cavabdehin iddiaçıdan rəsmiləşdirməni tamamlamaq üçün niyyət məktubunun onun tərəfindən hazırlanaraq təqdim edilməli olduğunun iddiaçının nəzərinə çatdırıldığı müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, əgər Sifarişçi göstərilən zamanda tələb olunan sənədləri təqdim edə bilməzsə, İcraçı bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir. Həmçinin, müqavilənin 3.3-cü bəndinə görə bu müqavilənin 3.2-ci bəndinə əsasən ödənilən məbləğ (1600 manat), İcraçının xidmət haqqıdır və şirkətdən asılı olmayan səbəblərdən, Sifarişçi müqavilədən hər hansı bir səbəbə görə imtina edərsə, ödənilən xidmət haqqı geri qaytarılmır. Odur ki, məhkəmə müqavilədə göstərilən 1.600 manat vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını əsaslı hesab etmir. Tələb olunan digər məbəğlərə - 928 manat (546 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvivalenti) və 350 manat pulun ödənilməsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin məbləğlərin verilməsi tərəflər arasında bağlanmış müqavilədə şərtləndirilmədiyindən həmin hissədə iddianın hüquqi əsasını əsassız varlanma ilə bağlı Mülki Məcəllənin normaları təşkil edir. Qeyd edilməlidir ki, cavabdeh həmin hissədə iddianı etiraf etmişdir və həmin pul vəsaitlərinin iddiaçıya qaytarmağa hazır olduğunu bildirmişdir. Belə olan halda məhkəmə 928 manat və 350 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. İddia tələbinin “1000 manatın cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi həmin pul vəsaitini cavabdehə verdiyini sübut etməlidir. İddiaçı 1000 manat pulu nağd şəkildə cavabdehə pulu verdiyini bildirsə də, tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da hazırki iş üzrə cavabdehin izahatı, habelə pulu almasını etiraf etməsi öz əksini tapmamışdır. Məhkəmə iclasında da cavabdeh həmin hissədə iddianı qəbul etməmişdir. Məhkəmə cavabdehin iddiaçıdan universitetə müraciət üçün ayrıca aldığı 500 avro, yəni 546 ABŞ dolları (iddiaçının özünün də tələb etdiyi kimi Azərbaycan manatı məzənnəsində) və universitetlərə müraciət üçün ayrıca niyyət məktubunun (proposal letter) yazılması üçün aldığı 350 manata münasibətdə belə qənaətə gəlir, iddia məhz bu hissədə təmin edilməlidir. İddia tələbinin “pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5% hissəsi olan 194 manatın ödənilməsi” hissəsinə gəldikdə, məhkəmə həmin hissəni qismən əsaslı hesab etməklə, cavabdehdən iddiaçının xeyrinə tutulan 928 manat (546 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvivalenti) və 350 manat pulun ödənilməsinin gecikdirilməsinə görə qanuni faizin cavabdehdən tutulması qənaətinə gəlir. Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddiaçının pul vəsaitinin qaytarılmasına dair cavabdehə ünvanladığı pretenziya məktubunun ##.##.2024-cü il tarixli olmasını nəzərə almaqla, cavabdehin, iddiaçının tələbi əsasında həmin tarixdən pulu qaytarmadığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, məhz həmin tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi tarixədək olan dövr üzrə 1278 manatın (350+928) gecikdirilməsinə görə 39.4 manat (1278manat x 0.05 faiz/365 gün x 225 gecikmə günlərinin sayı) gecikmə məbləği cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, iddia irəli sürmüş şəxs öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetirməlidir. Lakin iddiaçı cavabdehin öhdəliyini gec icra etməsinin səbəbləri, yəni cavabdehin qərəzli olaraq öhdəliyi gec icra etdiyini, öhdəliyin icrasından yayınmasını, təqsirli olaraq hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmə iddia tələbinin vəkilə ödənilən 320 manat pulun cavabdehdən tutulmasına münasibətdə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli və ödənilmiş 320 manatın 160 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dövlət rüsumu qismində ödənilmiş 66,63 manata münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş 66.63 manat dövlət rüsumunun 19.98 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 46.65 manatı iddiaçının özünə aid edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı, 385.1ci, 386.1-ci, 407-ci, 439-cu, 442-ci, 445-ci, 448-ci, 449-cu, 1091-ci, 1092-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-ci, 81-ci, 119.1ci, 214-cü, 218-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, cavabdeh məhz həmin "proposal letter"in yazılması və hazırlanması xidmətinə görə iddiaçıdan ödəniş almışdır. Əgər ödəniş bu xidmətə görə alınıbsa, deməli sənədin hazırlanması məsuliyyəti birbaşa cavabdehin üzərində olmuşdur. Məhkəmə 1600 manat məbləğində xidmət haqqının cavabdehdə qalmasını qanuni hesab etmişdir. Lakin tərəflər arasındakı müqavilənin mahiyyəti "nəticəyə nail olmaq" (universitetə qəbul) üzərində qurulmuşdur. Müvafiq xidmət göstərilməmiş, qarşıya qoyulan məqsədə çatılmamış və iddiaçının təhsil almaq imkanları itirilmişdir. İcra edilməyən, hətta gecikməsinə görə əsassız bəhanələr gətirilən bir xidmət üçün haqq ödənilməsi Mülki Məcəllənin 442-ci maddəsinin ruhuna ziddir. Cavabdeh həm pulu mənimsəmiş, həm də öhdəliyin icra edilməməsində əsassız olaraq iddiaçını günahlandıraraq məhkəməni yanıltmağa nail olmuşdur. Faizlərin və digər xərclərin hesablanması: İddiaçı tərəfindən ödənilmiş vəsaitlərin cavabdehin sərəncamında qaldığı müddət ərzində iddiaçıya dəymiş zərər (inflyasiya və vəsaitdən istifadə imkanının itirilməsi) tam qarşılanmamışdır. Məhkəmənin hesabladığı 39,4 manat faiz real zərərlə mütənasib deyil və Mülki Məcəllənin 445.7-ci və 449-cu maddələrinin tələblərinə cavab vermir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, tək mübahisələndirdikləri hissə 1600 manatdır. Apellyasiya şikayəti də məhz 1600 manat təmin edilməyən hissəyə münasibətdədir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi həmin səs yazısı mübahisədən sonra olub. İki tərəfin də xəbəri var. Tərəfi pulları geri qaytarmasını tələb edəndə qarşı tərəf bildirib ki, niyyət məktubunu siz yazmalı idiniz. Halbuki niyyət məktubu üçün qarşı tərəf 350 manat pul alıb.
16. Cavabdeh qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etmir, səbəbi barədə məlumat daxil olmamışdır. Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada suiistifadə edilməsinə yol verilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçəşəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühümşərtləriəks olunmalıdır”. 408.2. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvətsayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yənişərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkətetməlidir. 439.2ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində iddia tələbinin təmin edilməyən hissələri mübahisələndirilsə də, məhkəmə iclasında iddiaçının nümyəndəsi və vəkili yalnız 1600 manat xidmət haqqının tutulması hissəsinin təmin edilməsini xahiş etdiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən mübahisələndirilən hissədə qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
23. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
24. Hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı xarici ölkədə doktorantura təhsili almaq üçün cavabdehin rəhbərlik etdiyi quruma müraciət etmiş, tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçının xaricdə təhsil alması üçün müəyyən prosedurların həyata keçirilməsi ilə bağlı, iddiaçı isə bu xidmətin qarşılığı olaraq pul vəsaiti ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Həm təqdim edilmiş qəbzlərlə, həm də təhqiqatçı tərəfindən aparılmış araşdırma zamanı tərəflərin verdiyi izahatlarla cavabdehin iddiaçıdan pulu alması öz təsdiqini tapmışdır.
25. Göründüyü kimi, iddiaçının cavabdehə ödəniş etməsi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi zamanı cavabdeh verdiyi izahatda pulu aldığını, lakin iddiaçının xaricdə doktorantura təhsili almasının məhz cavabdehin tələb olunan sənədləri vaxtında təqdim etməməsi, yəni cavabdehin özünün təqsiri ucbatından baş tutmamasını bildirmişdir. Hal-hazırda iddiaçı xidmət haqqı kimi onun tərəfindən ödənilən 1600 manat pulun geri qaytarılmasını mübahisələndirir.
26. Belə ki, iddiaçı İddiaçı (sifarişçi) ilə cavabdeh Cavabdeh İlham oğlu - “Hope Academy” (icraçı) arasında bağlanılmış ##.##.2024-cü il tarixli ***-*** saylı müqavilənin 2.3cü bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, əgər Sifarişçi göstərilən zamanda tələb olunan sənədləri təqdim edə bilməzsə, İcraçı bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir. Həmçinin, müqavilənin 3.3-cü bəndinə görə bu müqavilənin 3.2-ci bəndinə əsasən ödənilən məbləğ (1600 manat), İcraçının xidmət haqqıdır və şirkətdən asılı olmayan səbəblərdən, Sifarişçi müqavilədən hər hansı bir səbəbə görə imtina edərsə, ödənilən xidmət haqqı geri qaytarılmır.
27. Müqavilədə göstərilən xidmətin dəyəri olaraq 1600 manat vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, cavabdeh də müqavilə üzrə öhdəliklərinin icrasına başlamışdır. Lakin sonradan cavabdeh iddiaçı tərəfindən rəsmiləşdirməni tamamlamaq üçün niyyət məktubunun təqdim edilməməsini əsas gətirərək öhdəliyini tam şəkildə icra etməmişdir. Məhkəmə iclasında cavabdehin Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin ## #### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında verdiyi izahatı qeyd edilənləri təkzib edir. Belə ki, cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsində izahat verərək bildirmişdir ki, “.....Bundan sonra ## ###### 2024-cü il tarixində universitetlərin qeydiyyat rüsumları üçün hər birinin 500 avro pul ödəməli olduqlarını bildirmiş və ## ###### 2024-cü il tarixdə Mustafa Aslanov və İddiaçı eyni qaydada onun bank kartının hesabına hər biri ayrı-ayrılıqda 500 avro pul köçürmüşlər. Onun tərəfindən xidmət haqqı müqabilində vətəndaşlar üçün universitet siyahısının hazırlanması, motivasiya və tövsiyyə məktublarının yazılması işlərini icra edib özlərinə göndərmişdir.”
28. Göründüyü kimi cavabdeh tərəfindən rəsmiləşdirmənin tamamlanması üçün lazım olan niyyət məktubunun da icra edilməsi öhdəliyi cavabdeh Cavabdeh İlham oğluna məxsus olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması və öhdəliyin icra edilməməsi halı müəyyən edilməmiş, əksinə cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik icra edilməmişdir. Odur ki, məhkəmə kollegiyası öhdəliyin cavabdeh tərəfindən icra edilməməsinə görə müqavilədə göstərilən 1.600 manat vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını əsaslı hesab edir.
29. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi qismən, 1600 manat xidmət haqqının ödənilməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilməli, cavabdeh Cavabdeh İlham oğlundan 1600 manat məbləğində ödənilən xidmət haqqı tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
30. Hazırkı iş üzrə iddianın qiyməti mübahisələndirilən hissədə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi qismən, 1600 manat xidmət haqqının ödənilməməsi hissəsində ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilsin. Cavabdeh Cavabdeh İlham oğlundan 1600 manat məbləğində xidmət haqqı tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.