Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1994/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh X4rşı “əmək müqaviləsinə xitamın qanunsuz hesab edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh X4rşı “əmək müqaviləsinə xitamın qanunsuz hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su X18 Su Meliorasiya Xidməti X4 X3 Sistemlərinin Istismarı Idarəsinin ## ##### 2025-ci il tarixli ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının həmin Idarənin nəqliyyat Istehsalat və X15 sürücüsü-minik maşını vəzifəsinə bərpa olunması, həmçinin iddiaçının ##.##.2025-ci il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ####### 2021-ci il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti Publik Hüquqi X1 X20 Idarəsi/Istehsalat nəqliyyat sahəsi bölməsində “Avtomobil sürücüsü-minik maşını” vəzifəsinə işə qəbul olunmuşdur. Işə qəbul olunduğu tarixdən etibarən hər il onunla əmək müqaviləsi bağlanılmışdır. Sonuncu müddətli əmək müqaviləsi ## ####### 2024-cü il tarixdə 6 ay müddətinə bağlanmışdır. ## ##### 2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə 1 gün qalmış, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh ## ##### 2025-ci il tarixdə isə ** nömrəli əmr ilə iddiaçını Azərbaycan Respublikası Əmək Məcələsinin 68.2 (b) əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən əmr verilmişdir. Əmrin verilməsini qanunsuz və əsassız hesab edir. Belə ki, Əmək Məcələsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsi ilə bağlı müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcələnin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Qanunun tələbindən göründüyü kimi, cavabdeh tərəfindən bir həftə əvvəl yazılı xəbərdarlıq edilməmiş və əmək müqaviləsinə müddət bitdikdən 5 gün sonra xitam verilmişdir. Hesab edir ki, cavabdeh - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti Publik Hüquqi X1 X20 Idarəsinin əmri qanunsuzdur və ləğv olunmalıdır.
3. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia tələbləri təmin edilməmişdir.
4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Cavabdeh tərəfindən işçilərə qarşı qanunvericiliyin tələblərinin pozulması artıq işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işdən çıxarılması ilə bağlı verilmiş əmrin ləğvi ilə əlaqədar iddiaçı tərəfindən X6 Xidmətinə şikayət edilmişdir. DƏMX-nin X7 şöbəsi ## #### 2025-ci il tarixdə Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin pozulması barədə protokol tərtib etmiş və ##.##.2025-ci il tarixdə X2 Sistemlərinin Istismarı Idarəsinin rəisi E.Süleymanov barəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması üçün 30 gün müddət müəyyən edərək MN ******* saylı qərar qəbul etmişdir. E. Süleymanov həmin qərardan Ağsu Rayon Məhkəməsinə şikayət etmiş, Ağsu Rayon Məhkəməsi işəgötürənin şikayətini təmin etməmişdir. Bundan sonra isə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilsədə təmin edilməmişdir. Göründüyü Kimi cavabdehin verdiyi əmrlə bağlı bir inzibati orqan, rayon və apelyasiya məhkəməsi əmək qanunvericiliyinin pozulması qərarına gəlsə də, mülki qanunvericiliyin tələblərinə görə artıq həmin qərarlarda müəyyən edilən halların əlavə olaraq sübut edilməsinə ehtiyac olmadığı halda rayon məhkəməsi buna əhəmiyyət verməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Iş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitmişdir. Cavabdeh tərəfindən xəbərdarlıq məktubu iddiaçıya yalnız ##.##.2025-ci il tarixdə çatdırılmışdır. Beləliklə, iddiaçı əmək müqaviləsinin müddətinin bitməsinə azı 1 həftə qalmış deyil, yalnız 5 gün qalmış xəbərdar edilmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə, yəni müqavilə müddəti bitdikdən sonra xitam verilmişdir. Müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verilməsi 68.2 (b) maddəsində nəzərdə tutulan əsasın tətbiq edilməsini hüquqi cəhətdən şübhə altına alır, çünki həmin maddə yalnız müqavilə müddəti başa çatdığı anda və qanunla müəyyən edilmiş prosedura riayət edilməklə tətbiq edilə bilər. Birinci instansiya məhkəməsi isə bu hallara baxmayaraq cavabdehin hərəkətlərini qanuni hesab etmiş və iddianı təmin etməmişdir. Halbuki əmək qanunvericiliyində nəzərdə tutulmuş xəbərdarlıq müddətinə əməl edilməməsi əmək müqaviləsinə xitamın qanunsuz hesab edilməsinə əsas verir. Bu səbəbdən də qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, iddiaçıya bildiriş ##.##.2025-ci il tarixində qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilməklə göndərilmiş, lakin poçt vasitəsi ilə göndərildiyindən iddiaçıya ##.##.2025-ci ildə çatdırılmışdır. Iddiaçıya həmçinin şifahi şəkildə də xəbərdarlıq edilmişdir. Bununla belə cavabdeh tərəf məhkəməyə həmin bildirişin məhz ##.##.2025-ci il tarixində göndərilməsini təsdiq edən mötəbər sübut verə bilməmiş, eləcə də işçiyə həmin xəbərdarlığı daha asan və əlçatan olan elektron poçt, sms və sair müasir texniki vasitələrdən istifadə etməklə çatdırılmamasının səbəblərini də ağlabatan şəkildə izah edə bilməmişdir.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 ərizə ilə müraciət edərək iddiaçının iştirakı olmadan işə baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
9. Iddiaçı ##.##.2021-ci il tarixli əmək müqaviləsindən müəyyən olur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti Publik Hüquqi X1 X20 Idarəsi/Istehsalat nəqliyyat sahəsi bölməsində "Avtomobil sürücüsü-minik maşını" vəzifəsinə işə qəbul edilmişdir, əmək haqqı 500 manatdır, əmək müqaviləsinə sonuncu dəyişiklik ##.##.2024-cü il tarixdə edilmiş, əmək müqaviləsi ##.##.2025-ci il tarixədək - 3 ay müddətinə uzadılmışdır.
10. Işəgötürən tərəfindən iddiaçıya ünvanlanmış ## ##### 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti ## ##### 2025-cı il tarixində bitir. Bununla əlaqədar, ## ##### 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-cü hissəsinə əsasən onunla bağlanmış ## ####### 2024-cü il tarixli əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. X14, alan Iddiaçı olan ********* nömrəli mədaxil qəbzindən müəyyən olur ki, xəbərdarlıq məktubu ##.##.2025-ci il tarixdə çatdırılmışdır.
12. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti Publik Hüquqi X1 X20 Idarəsinin ##.##.2025-ci il tarixli ** saylı əmrindən görünür ki, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti Publik Hüquqi X1 X20 Idarəsi/Istehsalat nəqliyyat sahəsi bölməsində "Avtomobil sürücüsü-minik maşını" vəzifəsində işləyən Iddiaçı Rasim oğlu ilə bağlanılmış *******000500 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2."b" - əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən ##.##.2025 tarixindən xitam verilməsi əmr edilmiş, işçinin ##.##.2021-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər istifadə edilməmiş 54 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Iqtisadiyyat və uçot şöbəsinə həvalə edilmişdir.
13. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X7 şöbəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-Ə-*****/**** nömrəli məktubundan müəyyən edilir ki, Iddiaçı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti Publik Hüquqi X1 X20 Idarəsi arasında ## ####### 2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti Publik Hüquqi X1 X20 Idarəsi/Istehsalat nəqliyyat sahəsi bölməsində “Avtomobil sürücüsü-minik maşını” vəzifəsinə işə qəbul edilmişdir. Bağlanmış müqavilə müddəti bir neçə dəfə əvvəlki müddətə uzadılaraq işə davam etmişdir. Bağlanılmış müddətli əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitdiyi halda əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə X3 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli ** nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Aşkar olunmuş pozuntulara əsasən tərəflərindən X3 Sistemlərinin Istismarı Idarəsinin işəgötürəni barəsində Inzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsinin tələblərinə uyğun olaraq ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və bu protokola uyğun olaraq IXM-nin 192.6-cı maddəsinə əsasən DƏMX-in X7 şöbəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə E.Süleymanov inzibati məsuliyyəət cəlb olunmuş, göstərilən hüquqpozmanın aradan qaldırılması üçün E.Süleymanova 30 (otuz) gün müddət müəyyən edilmiş, eyni zamanda ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi E.Süleymanovdan tələb olunmuşdur.
14. E.Süleymanov həmin qərardan Ağsu Rayon Məhkəməsinə şikayət etmiş, Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(016)-230/2025 nörməli qərarı ilə X12 AR ƏƏSMN yanında X11 Xidməti X7 şöbəsinin “Inzibati tənbeh vermə haqqında” ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə şikayəti təmin edilməmişdir.
15. Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(016)-230/2025 nörməli qərarından X12 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin *(***)- ***/**** nömrəli qərarı ilə təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(016)-230/2025 nörməli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Ağsu * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli, ***** saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasının davam etdirilməsi mümkün olmamış, 60 manat mediasiya xərci iddiaçı Iddiaçı tərəfindən ödənilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş *(*-*)-****/**** nömrəli oxşar mülki iş üzrə ##.##.2026-cı il tarixli qətnamədən müəyyən olur ki, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, ****/**** nömrəli məktubuna əsasən sistem üzərindən araşdırma zamanı müəyyən edilmişdir ki, “TT017090858AZ” ştix kodlu məktub X3 Sistemlərinin Istismarı Idarəsi tərəfindən ##.##.2025-ci il tarixdə AZ**** saylı Müştəri Xidmətləri Şöbəsinə təqdim edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
18. Maddə 2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
19. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
20. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
21. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
22. Maddə 47.f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
23. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
24. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. Işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
25. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
26. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
27. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarında xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
36. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
41. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
42. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
43. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
44. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
47. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbləri təmin edilməlidir.
48. Belə ki, hazırkı işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ##.##.2021-ci il tarixdən cavabdeh X8 Xidməti Publik Hüquqi X1 X20 Idarəsində müddətli əmək müqaviləsi ilə işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitəcəyindən, cavabdeh ##.##.2025-ci il tarixdə iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq göndərmiş, həmin xəbərdarlıq iddiaçıya ##.##.2025-ci il tarixdə çatdırılmışdır. ##.##.2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir.
49. Iddia tələblərini təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, işçiyə məhz ##.##.2025-ci il tarixdə göndərilmiş xəbərdarlığın ##.##.2025-ci il tarixə poçt rabitəsi vasitəsilə çatdırılması nəzərə alınmaqla məhz işəgötürən tərəfindən müddət gözlənilməklə müqaviləyə müddətin bitdiyi gündən 2 gün sonra xitam verilmişdir. Əmək qanunvericiliyinin tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsasən məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən hətta nəzarət orqanı tərəfindən aşkar edilmiş pozuntu işçinin mənafelərinin pozulmasına gətirib çıxarmamışdır. Belə ki, qanunverici eyni hüququ işçiyə münasibətdə də müəyyən etmişdir ki, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işçi də öz növbəsində işəgötürəni xəbərdar etməklə əmək münasibətlərini davam etdirməmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı əmrin qanunsuz olmasını sübuta yetirəcək hər hansı konkret dəlil və faktlar aşkar edilməmişdir. Belə ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsi müddətli olmaqla imzalanmış, işəgötürən də əmək müqaviləsində müəyyən edilmiş müddətin qurtarması əsası ilə işçini qabaqcadan xəbərdar etməklə əmək müqaviləsinə xitam vermişdir. Odur ki, əmrin qəbul edilməsində hər hansı qanunsuzluq aşkar edilməmiş, işçinin hüquqlarının pozulmasına səbəb olacaq hal müəyyən edilməmişdir. Bu səbəbdən işəgötürən əmək münasibətlərinə xitam verilməsi ilə bağlı sözügedən əmri qəbul etməkdə haqlı olmuşdur.
50. Iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qanunun tələbinə görə cavabdeh tərəfindən iddiaçıya müqavilənin müddətinin bitməsinə azı 1 həftə qalmış xəbərdarlıq edilməli olduğu halda, bu xəbərdarlıq yalnız ##.##.2025-ci il tarixdə edilmiş və əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə deyil, ##.##.2025-ci il tarixdə xitam verilmişdir.
51. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək və rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, iddiaçının əmək müqaviləsindən müəyyən olduğu kimi müqaviləyə sonuncu dəyişiklik ##.##.2024-cü il tarixdə olmuş, müqavilə ##.##.2025-ci il tarixədək, yəni 3 (üç) ay müddətinə uzadılmışdır. Eyni zamanda müəyyən olur ki, həmin 3 aylıq müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verilmədiyindən növbəti 3 ay müddətinə, yəni ##.##.2025-ci il tarixə təkrar uzadılmışdır, yəni əmək müqaviləsinin bitmə tarixi ##.##.2025-ci il tarixi olmuşdur.
52. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
53. Cavabdehin əmək müqaviləsinin müddətinin bitməsi barədə ## ##### 2025-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti ## ##### 2025-cı il tarixində bitir. Bununla əlaqədar, iddiaçı ##.##.2025-ci il tarixli məktubla ## ##### 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1cü hissəsinə əsasən onunla bağlanmış ## ####### 2024-cü il tarixli əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq məktubunun ##.##.2025-ci il tarixdə iddiaçıya çatdırılması hazırkı işin mübahisəsiz halıdır. Iddiaçı onun xəbərdar edilməsi barədə cavabdehin bildirişinin ##.##.2025-ci ildə göndərilməsini mübahisələndirir.
54. Apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh xəbərdarlıq məktubunun iddiaçıya həqiqətən də məhz ##.##.2025-ci il tarixində göndərilməsinə dair sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh tərəf öz işçisini daha asan və əlçatan vasitələr- elektron poçt, sms və sair formada xəbərdar etməməsinin səbəblərini də izah edə bilməmişdir. Bundan başqa, Cavabdeh PHŞ-nin cavabdeh olduğu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan *(*-*)-****/**** nömrəli oxşar iş üzrə ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun Ağsu regional poçt filialına nə vaxt təqdim edilməsi ilə bağlı sorğu göndərilmiş, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, ****/**** nömrəli məktubundan müəyyən olmuşdur ki, X3 Sistemlərinin Istismarı Idarəsi tərəfindən ##.##.2025ci il tarixli xəbərdarlıq məktubu ##.##.2025-ci il tarixdə Müştəri Xidmətləri Şöbəsinə təqdim edilmişdir. Hazırkı işdə və oxşar mülki işdə işçilərə göndərilən xəbərdarlıq məktubunun tarixi ##.##.2025-ci il tarixi olmuş və ##.##.2025-ci il tarixində çatdırılmışdır.
55. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
57. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
58. Xəbərdarlıq məktubu iddiaçıya ##.##.2025-ci il tarixdə - əmək müqaviləsinin vaxtının bitməsinə 1 gün qalmış çatdığından iddiaçı əmək qanunvericiliyinin tələbləri baxımından əmək müqaviləsinin vaxtının bitməsinə 1 həftə qalmış yazılı xəbərdar edilməmişdir. Buna görə də əmək müqaviləsinin müddətinin bitməsinə görə iddiaçı vaxtında xəbərdar edilmədiyindən ƏMin yuxarıda istinad edilən 73.1-ci maddəsinə əsasən həmin əmək müqaviləsi yenidən müqavilədə göstərilən müddətə, yəni 3 ay müddətinə uzadılmışdır.
59. Rayon məhkəməsi bu baxımdan maddi hüquq normasının tətbiqində və təfsirində səhvə yol vermişdir. Birincisi, rayon məhkəməsi işin faktiki hallarını, işdəki sübutları düzgün qiymətləndirməmiş və müqavilənin bitmə tarixini ##.##.2025-ci il tarixi kimi qeyd etmişdir, halbuki müqavilənin bitmə tarixi ##.##.2025-ci il tarixi olmuşdur. Bundan başqa, rayon məhkəməsi xəbərdarlığın iddiaçıya ##.##.2025-ci il tarixdə poçt rabitəsi vasitəsilə çatdırılması nəzərə alınmaqla məhz işəgötürən tərəfindən müddət gözlənilməklə müqaviləyə müddətin bitdiyi gündən 2 (iki) gün sonra xitam verilməsinə əsasən xəbərdarlığın gec çatdırılmasının işçinin hüquqlarının pozulmasına səbəb olacaq hal olmadığını, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini qeyd etmişdir.
60. Məhkəmə bununla bağlı qeyd edir ki, yazılı xəbərdarlığın iddiaçıya çatdığı ##.##.2025-ci il tarixdə artıq ##.##.2025-ci ildə xitam verilməsi nəzərdə tutulan müqavilə əmək qanunvericiliyinin tələblərinə əsasən ##.##.2025-ci il tarixində növbəti 3 (üç) ay müddətinə artıq uzadıldığından, cavabdehin 21 aprel və ya 23 və ya istənilən sonrakı tarixdə əmək müqaviləsinə müddətin bitməsinə görə xitam verilməsi barədə əmri hüquqi baxımdan təsirsiz olmuşdur. Çünki ƏM-in 73.1-ci maddəsinin imperativ tələbinə əsasən aprel ayının 11-dən tərəflər arasında artıq yeni müqavilə mövcud olmuşdur.
61. Hər bir halda əmək müqaviləsinin bitmə tarixinin ##.##.2025-ci il və ya rayon məhkəməsinin qeyd etdiyi kimi ##.##.2025-ci il tarixi olmasından asılı olmayaraq, iddiaçının əmək müqaviləsinin müddətinin bitməsinə bir həftə qalmış yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar edilmədiyi aşkardır.
62. Bundan başqa, X11 Xidməti X7 şöbəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-Ə-*****/**** nömrəli məktubundan görünür ki, X9 ilə bağlanış əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 73-cü maddəsinin (Işəgötürən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işçini müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməlidir) tələbləri pozularaq rəsmi xəbərdar edilmədiyi üçün X7 şöbəsi ##.##.2025-ci il tarixdə Inzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinin tələblərinin pozulması barədə protokol tərtib etmiş və bu Protokola uyğun olaraq IXM-nin 192.6-cı maddəsinə əsasən DƏMX-in X7 şöbəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə X2 Sistemlərinin Istismarı Idarəsinin rəisi E.Süleymanov inzibati məsuliyyətə cəlb olunmuş, göstərilən hüquqpozmanın aradan qaldırılması üçün E.Süleymanova 30 gün müddət müəyyən edilmiş, eyni zamanda ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi E.Süleymanovdan tələb olunmuşdur.
63. E.Süleymanov həmin qərardan Ağsu Rayon Məhkəməsinə şikayət etmiş, Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(016)-230/2025 nörməli qərarı ilə X12 AR ƏƏSMN yanında X11 Xidməti X7 şöbəsinin “Inzibati tənbeh vermə haqqında” ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə şikayəti təmin edilməmişdir.
64. Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(016)-230/2025 nörməli qərarından X12 tərəfindən veriliş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin *(***)- ***/**** nömrəli qərarı ilə təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(016)-230/2025 nörməli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozması yalnız hazırkı mülki iş üzrə toplanmış sübutlarla deyil, həm də səlahiyyətli dövlət orqanı tərəfindən aparılmış inzibati icraatın nəticələri ilə təsdiq edilmişdir.
65. Rayon məhkəməsi həmin qərarların preyudisial əhəmiyyət daşımadığını qeyd etsə də, Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından mühüm əhəmiyyət daşıyan sübutlar olmaqla, cavabdehin iddiaçını əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış yazılı qaydada xəbərdar etməməsi faktını təsdiq edir. Rayon məhkəməsi həmin sübutlara lazımi hüquqi qiymət verməmişdir. Halbuki Əmək Məcəlləsinin 73-cü maddəsinin 1ci hissəsinin tələblərinin pozulması təkcə hazırkı mülki iş üzrə toplanmış sübutlarla deyil, həm də səlahiyyətli dövlət orqanı tərəfindən aparılmış inzibati icraatın nəticələri ilə təsdiq edilmişdir.
66. Beləliklə, Məhkəmə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, rayon məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddiaçının iddia tələbləri təmin edilməlidir.
67. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən müddətin bitməsi əsası ilə xitam verilərkən xəbərdarlığın müqavilə müddətinin bitməsinə azı bir həftə qalmış təqdim edilməməsinin əmək münasibətlərinin qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsində göstərilən müddətə, yəni 3 ay müddətində davam etməsinə səbəb olduğu, yəni ##.##.2025-ci il tarixədək uzadıldığı müəyyən edilmişdir, həmin müddət isə artıq bitmişdir. Cavabdeh əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı xəbərdarlıq məktubu və ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə iddiaçı ilə əmək münasibətlərini davam etdirmək barədə iradəsinin olmadığını göstərmişdir. Buna baxmayaraq, hazırkı halda Məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli əmrin qanuniliyi yoxlanıldığından və əmrin əsassız olduğu müəyyən edildiyindən əmək müqaviləsinin ƏM-in 73.1-ci maddəsinə əsasən uzadıldığı ##.##.2025-ci il tarixindən sonrakı məsələlər qətnamənin icrası ilə bağlı olduğundan yeni yaranan münasibətlər kimi tərəflər arasında həll edilməlidir.
68. Odur ki, hazırkı halda ##.##.2025-ci il tarixli ** nömrəli əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Əmr ləğv edildiyindən və iddiaçı işə bərpa edildiyindən iddiaçının məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi barədə də tələbi təmin edilməli, ##.##.2025-ci il tarixdən müvafiq müddət üçün əmək haqqı ödənilməlidir.
69. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
71. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
72. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
73. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmadığından, sübutlara düzgün hüquqi qiymət vermədiyindən və maddi hüquq normasının tətbiqində və təfsirində səhvə yol verdiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbləri təmin edilməli, iddiaçı Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Dövlət Su X18 Su Meliorasiya Xidməti X4 X3 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli ** nömrəli əmri ləğv edilməli, iddiaçı Iddiaçı ##.##.2025-ci il tarixdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti Publik Hüquqi X1 X20 Idarəsi/Istehsalat nəqliyyat sahəsi bölməsində "avtomobil sürücüsü" (minik maşını üzrə) vəzifəsinə bərpa edilməli, iddiaçı Iddiaçı ##.##.2025-ci il tarixindən hesablanmaqla müvafiq müddət üçün məcburi iş buraxmağa görə əmək haqqı ödənilməlidir.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
75. Məhkəmə hesab edir ki, şikayət təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdeh Cavabdeh X4 tutularaq, dövlət büdcəsinə ödənilməlidir.
76. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbləri təmin edilsin. Iddiaçı Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Dövlət Su X18 Su Meliorasiya Xidməti X4 X3 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli ** nömrəli əmri ləğv edilsin. Iddiaçı Iddiaçı ##.##.2025-ci il tarixdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti Publik Hüquqi X1 X20 Idarəsi/Istehsalat nəqliyyat sahəsi bölməsində avtomobil sürücüsü (minik maşını üzrə) vəzifəsinə bərpa edilsin, Iddiaçı ##.##.2025-ci il tarixdən hesablanmaqla müvafiq müddət üçün məcburi iş buraxmağa görə əmək haqqı ödənilsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi bağlı ödənilməli olan dövlət rüsumları 100+50=150 (yüz əlli) manat cavabdeh Cavabdeh X4 tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.