Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2017/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İlkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri * saylı Notariat Ofisi və cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə sayılaraq miras əmlaka hüquqlarının itirilmiş hesab olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, ləyaqətsiz vərəsə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: X8 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Hacıyev İntiqam Məcid oğlunun iştirakı ilə, İlkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri * saylı Notariat Ofisi və cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə sayılaraq miras əmlaka hüquqlarının itirilmiş hesab olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri * saylı notariat ofisi cəlb edilməklə) “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 miras qalmış ünvan 5 ünvanında yerləşən ** nömrəli mənzilə vərəsə İddiaçı 1\2 nisbətində olan pay hüququ üzrə iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixində vəfat etmiş mərhum X4 miras qalmış ünvan 5 ünvanında yerləşən ** nömrəli mənzil ilə bağlı ##.##.2024-cü il tarixində vərəsəlik şəhadətnaməsinin verilməsi üçün adiyyəti üzrə Bakı şəhəri * saylı Notariat ofisinə müraciət edilmiş və bunun əsasında **/**** saylı vərəsəlik işi açılmışdır. X7 ana bir ata ayrı bacısı cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək X4 adına qeydə alınmış ünvan 5 ünvanında yerləşən ** nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün rəsmiləşdirmə aparılmasının Bakı şəhəri * saylı Notariat ofisinə müvəqqəti olaraq dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh2 ərizəsi təmin olunmuş və X4 adına qeydə alınmış ünvan 5 ünvanında yerləşən ** nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün rəsmiləşdirmə aparılmasının Bakı şəhəri * saylı Notariat ofisinə 1 ay müddətinə qadağan edilmişdir. Hansı ki, müvəqqəti təminat tədbirinə dair sözügedən qərardad ## ##### 2025-ci il tarixdə qüvvədən düşmüşdür. Bakı şəhəri * saylı notariat ofisinə həmin qərardad qüvvədən düşdükdən sonra vərəsəliklə bağlı müvafiq hüquqi prosedurların həyata keçirilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, sözügedən notariat ofisi tərəfindən hərəkətsiz mövqe nümayiş etdirilmişdir. Belə ki, həmin qərardad əsas göstərilərək iddia ərizəsinin verildiyi günə kimi notarial hərəkətlər icra olunmamışdır. Hansı ki, mövcud qanunvericiliyə görə vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. İşin hallarından aydın olduğu kimi sözügedən notariat ofisi miras qalmış əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün notarial hərəkətləri icra etməkdən yayınmaqdadır. Qeyd edilən xüsusatlar və müvafiq hüquq normalarının qarşılıqlı təhlili miras qalmış əmlakın notariat qaydasında deyil, məhkəmə qaydasında bölünməsi üçün ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini zəruri edir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Hacıyev İntiqam Məcid oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhəri * saylı notariat ofisi və cavabdeh2 qarşı iddia ərizəsinin “xahiş edirəm” hissəsini “iddiaçı İddiaçı ünvan 5 ünvanında yerləşən ** nömrəli mənzil üzərində ½ nisbətində olan miras pay hüququnun müəyyən edilərək, mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edirəm” redaksiyasına uyğun qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra cavabdeh cavabdeh2 iddiaçı İddiaçı qarşı “ləyaqətsiz vərəsə sayılaraq miras əmlaka hüquqlarının itirilmiş hesab olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək cavabdeh İddiaçı ##.##.2024-cü ildə vəfat etmiş X4 münasibətdə ləyaqətsiz vərəsə hesab olunmaqla miras əmlak olaraq müəyyən edilən Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 179, giriş 1 ünvanında yerləşən ** saylı mənzilə qanun üzrə vərəsəlik hüququ olmayan şəxs qismində tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Bağırova (Asnun) Ayşa Tufik qızı ##.##.1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Anası X4 ##.##.2024-cü ildə ürək çatışmazlığından qəfil vəfat etmişdir. Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 179, giriş 1 ünvanında yerləşən ** saylı, ümumi sahəsi 132.8 kv.m. olan mənzil cavabdehin əmlakıdır. Tikinti şirkətinin pulunu o, öz şəxsi vəsaiti ilə ödəmişdir və orada oğlu və qızı ilə birgə yaşayırlar. Lakin o vaxtlar Bakıda anası tək yaşadığından mənzili mərhum anası X4 adına rəsmiləşdirmişdir. Ondan başqa xarici ölkədə yaşayan, bu əmlakla bağlı heç bir əlaqəsi olmayan, maddi xərc qoymayan, anasının sağlığında ona baxmayan, onu incidən, hüzürünə belə gəlməyən, ana bir ata ayrı İddiaçı adlı qardaşı da vardır. İddiaçı onun ana bir, ata ayrı ögey qardaşıdır. Həmin şəxs heç bir faydalı əməklə məşğul olmayaraq cavabdehin imkanlı atasının vəsaiti ilə həyatını təmin edən anası X4 hesabına yaşamış, pul və maddi imkanlar üzündən daim anası ilə münaqişə etmişdir. Nazim bu əmlakı miras qismində qəbul edib ona yiyələnmək istəyir. Bu məqsədlə ünvan 7 ünvanında yerləşən Bakı şəhər * saylı Notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq niyyətindədir. Halbuki, o yaxşı bilir ki, mənzili cavabdeh almışdır və anasından ona heç nə çatmır. Anası vəfat edəndə yasına gəlməyərək cavabdehin və oğlunun ünvanına təhqirlər yağdıraraq, aylar sonra bu əmlakla bağlı işləmlərə başlamışdır. Bu əsassız varlanmaya gətirib çıxarır və onların əmlak və digər hüquqları pozulur. Hazırki vəziyyətdə iddiaçı daim anası ilə münaqişə etmiş, onunla pul, mal-mülk mübahisəsi aparmış, onu daim gərgin stress vəziyyətində saxlayaraq ölümünün tezləşməsinə səbəb olan nalayiq hərəkətlər etməkdə davam etmişdir. Bunu bütün qonşular və qohumlar təsdiq edə bilir. Telefon səs yazıları vardır. Bu isə o deməkdir ki, gələcək mirasda vərəsə hesab edilən şəxsin vərəsəlik açılmazdan öncə miras qoyanın mirasla bağlı son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud miras qoyanın son iradəsini istədiyi kimi həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına şərait yaratması və ya miras qoyana və gələcəkdə ola biləcək digər vərəsələrə qarşı qəsdən hüquqazidd və əxlaqsız hərəkət törətməsi faktı ortadadır. Ona görə də, cavabdeh İddiaçı anası X4 münasibətdə ləyaqətsiz vərəsə hesab olunmaqla miras əmlak olaraq müəyyən edilən ünvan 3 ünvanında yerləşən ** saylı mənzilə qanun üzrə vərəsəlik hüququ olmayan şəxs qismində tanınması haqqında qətnamə çıxarılmalıdır. Bundan əlavə, məhkəmə xərcləri və vurulmuş maddi, mənəvi zərər da ödənilməlidir.
Birinci instansiya məhkəməsində icraat:
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026cı il tarixli qətnaməsi ilə (hakim A.Oruclu) ilkin iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 179, giriş-1, mənzil 30 ünvanında yerləşən mənzil üzərində X4 qanun üzrə vərəsəsi kimi İddiaçı 1/2 (ikidə bir) hissədə pay hüququnun müəyyən edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə sayılaraq miras əmlaka hüquqlarının itirilmiş hesab olunması” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsi, bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə olunmuş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halları iş materialları və təqdim edilmiş sübutlarla təsdiq olunmamışdır. Bu səbəbdən onun ləyaqətsiz vərəsə hesab olunmasına əsas verən hallar müəyyən edilməmişdir. Həmçinin, qanunvericiliyin tələbinə əsasən miras qoyan vəsiyyətnamə qoymadıqda, miras qoyanın əmlakı vərəsələrə qanun üzrə keçir. Birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 179, giriş 1 ünvanında yerləşən ** nömrəli mənzil tam mülkiyyət hüququ ilə miras qoyan mərhum X4 məxsus olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, miras qoyan mərhum X4 öldüyü məqamadək mülkiyyətində olan və miras əmlak hesab edilən mənzil üzərində onun uşaqları- iddiaçı və cavabdehin qanun üzrə vərəsələr kimi bərabər pay hüquqları müəyyən edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
8. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsinin ləğv edilməklə əsas iddia tələbi üzrə icraatın xitam olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması şəraitində çıxarılmışdır. Əsaslar tam araşdırılmamış və cavabdeh-qarşılıqlı iddiaçının hüquqi mövqeyi onun iştirakı təmin edilmədən baxılaraq dəlillər araşdırılmamışdır. Məhkəmə hazırlıq mərhələsində şahidlər siyahısı təqdim edilmiş və baxış zamanı onların dindirilməsi xahiş olunmuşdur. Şahidlər miras qoyana iş üzrə iddiaçı-cavabdeh İddiaçı təsir və təzyiqləri, əmlaka dair vəsiyyətnamənin verilməsinə mane olması, anasını incitməsi və ona qarşı etdiyi qanunsuzluqlar barədə ifadələr verəcəkləri bildirilmiş və məhkmə tərəfindən də bu siyahı qəbul edilmişdir. Lakin işə tərəfin iştirakı olmadan baxıldığından cavabdeh-iddiaçı tərəfin öz mövqeyinə dair sübutların təqdim olunmasına imkanı məhdudlaşmışdır. Qanunvericiliyin mənasına görə isə bu qəbildən olan işlərin prosessual məkanı hazırlıq mərhələsi hesab olunur və yalnız o mərhələdə bütün mövqelər müəyyənləşməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə iddiaçının miras qoyanın birbaşa qanun üzrə vərəsəsi olması halını qəbul etməsi ilə kifayətlənərək onların dəlillərinin təqdim olunması məqsədilə prosesi təxirə salmaq imkanını göz ardına qoymuşdur. Lakin anasının sağlığında ona qarşı mənfi mövqedə olmaqla yalnız anadan bəhrələnmək və onun əmlakı hesabına varlanaraq yaşamaq istəyində olan şəxsin hüquqi mövqeyinə qiymət verilməli və miras əmlaka münasibətdə onun hüquqlarının məhdudlaşdırıla biləcəyi düzgün dəyərləndirilməlidir. Notariat orqanının hərəkətlərindən şikayət verilməsi kimi bu qəbildən olan işlər aidiyyət qaydasına riayət edilməklə inzibati məhkəmələrin yurisdiksiyasına aiddir və mülki məhkəmə icraatı qaydasında baxılmamalıdır. Məhkəmələr vərəsəliyin açılmasının qeydə alınmasına baxan səlahiyyətli orqan deyildirlər və bu işlər notariat orqanında aparılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. İlkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Hacıyev İntiqam Məcid oğlu məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Bakı şəhəri * saylı Notariat Ofisinin notariusu məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdeh isə məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. - 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. - 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. - 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. - 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. - 1143-cü maddəsinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər - 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. -1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. -1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. -1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
14. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı” “....Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.”
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən və qətnamə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. X2 (İddiaçı əvəzinə) ##.##.2024-cü il tarixli notariat ofisinə ünvanlanmış ərizəsinə əsasən onun anası– X4 ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun ölümünədək qeydiyyatda olduğu ünvan Bakı şəhəri, M.F.Axundov küçəsi, ev 30 olmuşdur. Ərizəçi mərhumdan qalmış miras əmlaka– ünvan 1 ünvanında yerləşən mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mərhumun digər vərəsəsi X1r.
21. cavabdeh2 ##.##.2025-ci il tarixli notariat ofisinə ünvanlanmış “mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə vərəsənin ərizəsi”nə əsasən onun anası– X4 ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi mərhumdan qalmış miras əmlaka– ünvan 1 ünvanında yerləşən mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mərhumun digər vərəsəsi İddiaçıdur.
22. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, AZ-IV ****** nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Şəfi Nazim Əli oğlu ##.##.1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Şəfiyev Əli Nüsrət oğlu, anası X11r.
23. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, AZ-V ****** nömrəli doğum haqqında şəhadətnamənin surətinə Asnun Ayşa Tufik qızı ##.##.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası X4r.
24. AZ-İ ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X10 ilə cavabdeh2 nikahları Yasamal Rayon Məhkəməsinin qətnaməsi əsasında ##.##.2017-ci il tarixdə pozulmuşdur.
25. cavabdeh2 ##.##.2025-ci il tarixli ərizəsinə əsasən ##.##.2024-cü il tarixdə vəfat etmiş anası X4 miras qalmış əmlakla bağlı qardaşı X6 ilə aralarında mübahisə yarandığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir.
26. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadına əsasən X4 adına qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 179, giriş 1 ünvanında yerləşən ** nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün rəsmiləşdirmə aparılması Bakı şəhəri * saylı Notariat Ofisinə qadağa olunması qərara alınmışdır.
27. Bakı şəhəri * saylı notariat ofisinin xüsusi notariusu Azər Hacıyevin sorğuya cavab məktubuna əsasən ##.##.2024-cü il tarixdə vəfat etmiş X4 miras əmlakına ##.##.2024-cü il tarixdə V-**/**** saylı açılmış vərəsəlik işi ilə əlaqədar notariat hərəkətinin dayandırılması icra edilmişdir.
28. Azərbaycan Respublikası Əmlak X16 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 132.8 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə X4 adına ##.##.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
29. İşin halları ilə müəyyən edilir ki, miras qoyan mərhum X4 ##.##.2024-cü il tarixdə vəfat etmişdir, onun 2 övladı – ##.##.1976-cı il təvəllüdlü oğlu İddiaçı və ##.##.1984-cü il təvəllüdlü qızı cavabdeh2 qanun üzrə birinci növbə vərəsələr hesab olunur. Mirasın qəbulu ilə bağlı vərəsələr tərəfindən vərəsəlik işinin açılması üçün Bakı şəhəri * saylı Notariat Ofisinə müraciət edilmişdir. cavabdeh2 vəfat etmiş anası X4 miras qalmış əmlakla bağlı qardaşı İddiaçı Ali oğlu ilə aralarında mübahisə yarandığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadına əsasən X4 adına qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 179, giriş 1 ünvanında yerləşən ** nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün rəsmiləşdirmə aparılması Bakı şəhəri * saylı Notariat Ofisinə qadağa olunması qərara alınmış və müvəqqəti təminat tədbirinin ##.##.2025-ci il tarixdə qüvvədən düşəcəyi qeyd olunmuşdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan əmlak Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 179, giriş 1 ünvanında yerləşən ** nömrəli mənzil tam mülkiyyət hüququ ilə mərhum X4 mülkiyyətində olmuşdur.
31. İlkin iddia üzrə iddiaçı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 179, giriş 1 ünvanında yerləşən ** nömrəli mənzil üzərində ½ nisbətində olan miras pay hüququnun müəyyən edilərək, mülkiyyət hüququnun müəyyən edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 isə İddiaçı ləyaqətsiz vərəsə hesab edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyası ilkin iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından mübahisə predmeti olan əmlakın mərhum X4 mülkiyyətində olması müəyyən edilir. cavabdeh2 mənzilin onun özü tərəfindən alınmasını, müəyyən səbəblərdən anasının adına qeydiyyatın həyata keçirildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdm edə bilməmişdir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
34. Qanunvericiliyin tələbindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 179, giriş 1 ünvanında yerləşən ** nömrəli mənzilin X4 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış mübahisələndirilmədiyi üçün mənzil mərhum X4 mülkiyyəti kimi qiymətləndirilir və miras əmlak hesab edilir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarına əsasən mərhum X4 birinci növbə vərəsə hesab edilən – 2 övladının (cavabdeh2 və İddiaçı) olması və digər vərəsəsinin olmaması müəyyən edilir.
37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qanun üzrə vərəsə olaraq cavabdeh2 ilə miras əmlakdan bərabər pay almaq hüququ vardır.
38. İddiaçı ləyaqətsiz vərəsə hesab olunması ilə bağlı cavabdeh2 qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “...Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.”
39. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən şəxsin ləyaqətsiz vərəsə hesab olunmasına əsas verən hallar göstərilmişdir. Hazırkı işdə bu hallarla bağlı sübutlar cavabdeh2 tərəfindən təqdim edilməmiş, bununla da qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməmişdir.
40. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 apellyasiya şikayətinin dəlili odur ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı şahidlərin siyahısı təqdim edilmiş və baxış zamanı onların dindirilməsi xahiş olunmuşdur. Şahidlər miras qoyana İddiaçı təsir və təzyiqləri, əmlaka dair vəsiyyətnamənin verilməsinə mane olması, anasını incitməsi və ona qarşı etdiyi qanunsuzluqlar barədə ifadələr verəcəkləri bildirilmiş və məhkmə tərəfindən də bu siyahı qəbul edilmişdir. Lakin işə tərəfin iştirakı olmadan baxıldığından tərəfin öz mövqeyinə dair sübutların təqdim olunmasına imkanı məhdudlaşmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə ona məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, istinad etdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.
43. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov