Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2034/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Maddi ziyan, sübut etmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC də “ekspeditor” vəzifəsinə işə təyin (qəbul) edilmişdir.
2. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.
3. Iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2021-cü il tarixli “X2 haqqında” müqavilənin surətindən görünür ki, “işçi”- Cavabdeh “işəgötürən”- İddiaçı MMC-də “ekspeditor” vəzifəsində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”- İddiaçı MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür.
4. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “işəgötürən”- İddiaçı MMC-də “ekspeditor” vəzifəsində işləyən “işçi”- Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) ## ###### 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək ##.##.2022-ci il tarixli, MM*** saylı əmrə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı Cavabdeh dəymiş maddi ziyana görə 3782.39 (üç min yeddi yüz səksən iki manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı Cavabdeh əmək kitabçası İddiaçı MMCdən alınaraq iddiaçı Cavabdeh təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
6. * saylı, ## ###### 2023-cü il tarixli İddiaçı MMC-nin aktından görünür ki, “maddi məsul şəxs”- Cavabdeh tərəfindən ## ###### 2022-ci il tarixdən etibarən ## ###### 2022-ci il tarixədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda şəbəkə marketlər və “AL” marketlər şəbəkəsi ilə həyata keçirilmiş satış, iadə fəaliyyəti zamanı “işəgötürən”-İddiaçı MMC-yə ümumilikdə 15.357,17 manat məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Həmin aktdan görünür ki,- xxxxlərdə 158 mağazada Cavabdeh S. tərəfindən Logix sistemi üzrə satılan mallar 332113.57 manat olduğu halda, xxxx tərəfindən qəbul olunanlar 328389.6 manatı təsdiqləyiblər, nəticədə 6368.62 manat Cavabdeh S.-in kəmi var, eynilə xxxxlərdə mədaxili olan, lakin Cavabdeh S.-un satışı qeydiyyata almadığı 2644.65 manat artıq çıxır, bunu nəzərə alaraq xxxxlər üzrə cəmi kəmi 6368.62-2644.65=3723.97 manat təşkil edir.- xxxxlərdən eyni mağazalarda Cavabdeh S. tərəfində Logix sistemi üzrə geri götürülən-iadə 35.854,49 manat olduğu halda, xxxx tərəfindən bu rəqəm 37.124,03 manat təsdiqlənilib, nəticədə 1.424,35 manat cəmiyyətə artıq iadə hesablayıb, eyni ilə xxxxdə cox yazılan, 2.693,9 manat, lakin Cavabdeh az olan 1.269,54 manat iadələr 1.424,35 manat artıq çıxır, bunu nəzərə alaraq xxxxlər üzrə artıq iadəsi 2.693,9-1.424,35=1.269,54 yoxdur.- Cavabdeh S. tərəfindən ANC Qrup mağazaları üzrə Logix proqramı ilə 10.942,05 manat satış olduğu halda, ANC Qrup-da bu rəqəm 10.608,31 manat olub. Satış üzrə 110.942,05-10.608,31=333,74 manat kəmi var. Cavabdeh S. tərəfindən ANC Qrup mağazaları üzrə iadə-mal geri götürmə zamanı Logix proqramı ilə 2.134,82 manat iadə olduğu halda, ANC Qrup mağazalarmin təsdiqlədiyi rəqəm 2.035,13 manat olub. Beləliklə ANC Qrup mağazaları üzrə iadədən 2.134,82-2.035,13=99,69 manat kəmi var.- Cavabdeh S. özbaşına olaraq 7.889,19 manatlıq pay adı ilə cəmiyyətin mallarını güya mağazalara hədiyyə vermək adı ilə ona həvalə edilmiş maşın-anbardan silib.- Cavabdeh S. maşm-anbarin sayımı zamanı cəmi 1.391,04 manatlıq mal kəmi hesablanıb.- Cavabdeh S. İddiaçı MMC-yə məxsus, 650 manatlıq, 1 (bir) ədəd mobil telefon aparatını mənimsəyərək, təhvil verməyib.- xxxxlərdən eyni mağazalarda Abdullayev Ə.S tərəfindən Logix sistemi üzrə geri götürülən iadə 62.229,55 manat olduğu halda, xxxx tərəfindən bu rəqəm 68.022,78 manat təsdiqlənilmiş, nəticədə 6.360,44 manat cəmiyyətə artıq iadə hesablayıb, eynilə xxxxdə çox yazılan, lakin Abdullayev Ə.S. az olan iadələr 567,22 manat artıq çıxır, bunu nəzərə alaraq xxxxlər üzrə artıq iadəsi 567,22 6.360,44=5.793,23 yoxdur.- Abdullayev Ə.S özbaşına olaraq 4.872,11 manatlıq pay adı ilə cəmiyyətin mallarını güya mağazalara hədiyyə vermək adı ilə ona həvalə edilmiş maşın-anbardan silib.- Abdullayev Ə.S. maşın-anbarın sayını zamanı cəmi 1.180,84 manatlıq mal kimi hesablanıb.
7. Xətai rayon prokurorluğunun müstəntiqi Araz Tağıyev tərəfindən qəbul edilmiş ## ### 2023cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Ismayılov Fuad Nağı oğlu Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətdikdən sonra, zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi X4 ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin maddi ziyanı ödəməklə bununla əlaqədar cinayət məsuliyyətindən azad olunmağı üçün qanunla müəyyən edilmiş məbləği Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödədiyindən Ismayılov Fuad Nağı oğlu barəsində cinayət işinə xitam verilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmənin qərardadına əsasən verilmiş ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1. tədqiqat zamanı İddiaçı MMC-yə aid “Logix” proqram təminatına daxil olunaraq ekspeditor “Cavabdeh” məxsus ##.##.2022 ##.##.2022-ci il zaman intervalında bütün mağazalar və eyni zamanda “AL” marketlərə aparılmış bütün iadələrin, satışların dövriyyəsi, yararsız mallar, “pay” adı ilə yazılmış satışların mənimsənilməsinə dair bütün məlumatlar, ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli yararsız malların hesabatına dair cədvəllər əldə olunaraq, bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunub. Məlumat üçün bildirilir ki, “Logix” proqram təminatlarında yalnız admin səlahiyyətli şəxslər tərəfindən hər hansı dəyişiklər edilə bilir və sonuncu dəyişikliklər bütün mağazalar üzrə “Satış" və “PAY” üzrə məlumatların olduğu cədvəlin “Düzəliş edən” və Düzəliş tarixləri adlı sütunlarında öz əksini tapmışdır. Əldə edilmiş məlumatların “Düzəliş edən” və “Düzəliş tarixləri” adlı sütunlarında sonuncu dəfə düzəliş edən istifadəçinin adı və düzəlişin edildiyi tarix/zaman qeyd olunmuşdur. 2. Tədqiq olunan "Logix” proqram təminatına yerində baxış keçirilən zaman ##.##.2022- ##.##.2022-ci il zaman intervalına aid istifadəçi tərəfindən icra olunmuş əməliyyatlara dair hər hansı bir “log"lar müəyyən olunmayıb. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən ##.##.2023-cü il tarixli akt, ekspeditor H.S Abdullayevin mağazalarda ##.##.2022-##.##.2022-ci il tarixlərdə “pay” adı ilə yazılmış satışların mənimsəmə cədvəli (əvəzsiz “pay” şəklində hədiyyələrin verilməsi nəzərdə tutulur), həmin tarixlərdə satış üzrə müqayisə cədvəli, həmin tarixlərdə iadə üzrə müqayisə cədvəli, həmin tarixlərdə dövriyyə cədvəli, həmin tarixlərdə satış və iadə üzrə müqayisəli cədvəllər, ##.##.2022-ci il tarixli və ##.##.2022 ci il tarixli yararsız malların hesabatına dair cədvəllər, İddiaçı MMC və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında olan ##.##.2022- 31,08.2022-ci il tarixlərinə aid satış və iadə üzrə dövriyyəni əks etdirən CD-disk və sair iş materialları tədqiq edilərak İddiaçı ММС də Cavabdeh 15.357,17 manat məbləğində çatışmazlığı aşkar edilmişdir, o cümlədən pay adı ilə mənimsəmə- 7.889,19 manat, anbar sayımı zamanı yaranan fərq qaimə 1 - 981,72 manat, anbar sayımı zamanı yaranan fərq qaimə 2 409,32 manat, ANC (Satış fərq + Iadə fərq)– 433,43 manat, satışdan yaranan fərq AL (satışdan yaranan fərq) xxxx MMC (-6368,62 + 2644,65)– 3.723,97 manat, iadədən yaranan fərq AL (geri qaytarılmadan (iadə) yaranan fərq)– 1269,54 manat, telefon– 650 manat olmaqla, cəmi 15.357,17 manat təşkil etmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən bildirilir ki, iş materiallarında olan sənədlərin mötəbərliliyinə və həmin sənədlərdə öz əksini tapmış çatışmazlıq məbləğinə məhkəmə tərəfindən qiymət verilməlidir.
a)Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 15.357,17 manat pul məbləğinin, 50 manat mediasiya xərcinin, 87 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC nə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında ##.##.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, cavabdeh ekspeditor vəzifəsinə qəbul edilmişdir. Eləcə də, cavabdehlə ##.##.2021-ci il tarixli “X2 barədə” müqavilə imzalanmışdır. Cavabdehlə əmək müqaviləsinə ##.##.2022-ci il tarixdə xitam verilmişdir. Əmək faəliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. Həmin müddətdə cavabdeh müəssisəyə ümumilikdə 15.357,17 manat ziyan vurmuşdur. Bununla bağlı müəssisənin audit komissiyası tərəfindən ## ###### 2023-cü il tarixli * nömrəli akt tərtib olunmuşdur. Dəfələrlə şifahi qaydada sözügedən ziyan məbləğinin ödənilməsi tələb olunmasına baxmayaraq cavabdeh pulu ödəməmişdir. Işin mediasiya sessiyasında həlli ilə bağlı tərəflərindən Bakı şəhəri * saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin işin mediasiya qaydasında həlli mümkün olmamışdır.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim – Aynur Abdullayeva) iddia tələbinin təmin edilməməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza xərci təşkil edən 150 manat və 100 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat ekspertiza xərcinin iddiaçı İddiaçı MMC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cəmiyyətə ekspeditor vəzifəsinə işə qəbul olunmuş, ##.##.2021-ci il tarixdə cavabdehlə “X2” haqqında müqavilə imzalanmış, ##.##.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Iddiaçı ilə əmək münasibətlərində olan zaman, yəni ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək cavabdehin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və All marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyəti analiz etmək və həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar aparmaq məqsədi ilə iddiaçının əməkdaşlarından ibarət komissiya yaradılmış və həmin komissiya tərəfindən aparılmış araşdırma nəticəsində cavabdehin 15.357,17 manatlıq malları mənimsədiyi müəyyən edilmişdir. Bu barədə ##.##.2023-cü il tarixli, * saylı akt tərtib edilərək, komissiyanın üzvləri tərəfindən imzalanmışdır. Hazırda iddiaçı 15.357,17 manat məbləğində malların cavabdeh tərəfindən mənimsənilərək, cəmiyyətə həmin məbləğdə zərər vurduğunu, cəmiyyətlə X2 haqqında müqavilə bağlamış maddi məsul şəxs olaraq onun bu məbləği ödəmək öhdəliyi daşıdığını iddia edir və qeyd edilən məbləğin ondan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, ona iddia edilən malların təhvil verilmədiyini və bununla bağlı heç bir sübutun mövcud olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın işçi tərəfindən vurulması faktı iş materialları ilə sübuta yetirilməlidir. Iddiaçı cavabdehin mənimsəmə əməlləri ilə əlaqəli iddiaçı təşkilata maddi ziyan vurduğunu qeyd etsə də, bu əməllərin cavabdeh tərəfindən törədildiyini sübut edən materialları məhkəməyə təqdim etməmişdir. Cinayət tərkibi olduğu təqdirdə, həmin əməlin sübuta yetirilməsi mülki mühakimə deyil, ibtidai araşdırma zəruri olmaqla, cinayət mühakimə icraatı çərçivəsində müəyyənləşdirilir və bu halda dəymiş zərərin ödənilməsi tələbləri istisna olunmur. Hazırki işdən isə görünür ki, qeyd olunan hallarla bağlı tərəflərin iştirakı ilə hər hansı cinayət xarakterli hüquqi tədbirlər aparılmamış, cavabdehin mənimsəmə cinayətini törətdiyini sübuta yetirən hüquqi akt qəbul edilməmişdir. Digər tərəfdən, cavabdehin vurduğu maddi ziyanla bağlı tələblərə dair məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi maliyyə (mühasibatlıq) cədvəlləri iddiaçı təşkilatın özü tərəfindən tərtib edilməklə, digər əlaqəli sübutlarla (malların çatışmamazlığını və ya zəruri saydan azlığını təsdiq edən əlaqəli sahibkatlıq subyektlərinin hesabatları və ya üzləşmə akları və s.) əsaslandırılmamışdır. Iş üzrə keçirilmiş ##.##.2024-cü il tarixli ekspertiza rəyində qeyd edilmiş ziyan məbləği (15.357,17 manat) də bütövlüklə iddiaçının təqdim etdiyi məlumatlar əsasında hesablandığından və işdə olan digər əlaqəli sübutlarla (əlaqəli sahibkarlıq subyektləri ilə haqq-hesab zamanı malların çatışmamazlığının müəyyən edildiyini təsdiq edən sənədlər sair) tamamlanmadığından, həmin rəydə göstərilmiş məlumatlar əsas götürülməklə iddia tələbləri təmin edilə bilməz.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 425.1-ci; “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1-ci, 15-ci maddəsinin 1-ci; və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, və 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Iş materiallarına əlavə edilmiş aktdan və ekspert rəylərindən görünür ki, aparılmış araşdırma və üzləşmələr nəticəsində cavabdeh tərəfindən iddiaçıya 15.357,17 manat məbləğində zərər vurulduğu tam təsdiqini tapmışdır. Məhkəmə qeyd edilən sənədlərə və rəylərə əksini sübut edəcək heç bir sənəd olmadan tənqidi yanaşması qanunvericiliyin tələblərinə zidd olmuş və bu səbəbdən də məhkəmə qanunvericiliyin tələblərini pozaraq qanunsuz və ədalətsiz nəticəyə gəlmişdir. Iş materiallarında olan ekspert rəyindən görünür ki, məhkəmənin digər əlaqəli sübut deyərək nəzərdə tutduğu sənədlərin hamısını logix proqram təminatının əvəz etdiyini görmək mümkündür. Məhkəmənin məntiqi ilə yola çıxsaq, o zaman, məhkəmə qətnaməsinin həqiqiliyini müəyyən etmək üçün mütləq möhürün və hakimin imzasının olmasını tələb etməliyik. Bu səbəbdən də, hesab edir iddiaçı iddia tələbini kifayət qədər sübut etdiyi halda, məhkəmənin həmin dəlillərə inanmaması və əlavə olaraq sübutetmə yükünün onun üzərinə yükləməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Iddia tələbini rədd edən məhkəmə, prosessual qanunvericiliyin qeyd edilən normasını pozaraq məhkəmə iclasında müəyyən edilən hallara uyğun deyil, şəxsi mülahizələrinə uyğun qətnamə qəbul etmiş, bununla da iddiaçının Konstitusiya ilə qorunan hüquqlarını pozmuşdur. Iş materiallarından və qətnamənin məzmunundan da göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi işin faktiki halları üzrə işə baxmamış, cavabdehin heç bir sübutla təsdiqini tapmayan mülahizə və istəklərini əsas tutuaraq, gəldiyi nəticəni əsaslandırmağı da özünə vacib saymamış, maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş, həmin maddi hüquq normalarının mübahisə ilə bağlı əlaqəsini əsaslnadırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, Logix proqramı vasitəsi ilə xüsusi məhsulların online satışı həyata keçirilirdi. Qarşı tərəf bildirir ki, payı özbaşına mənimsəmişdir. Lakin bununla bağlı heç bir sübut təqdim edə bilməyiblər. Bu məsələ ilə bağlı prokurorluq orqanında araşdırma aparılarkən isə bildiriblər ki, pay özləri tərəfindən verilib. Logix proqramına ancaq şirkətin özü məlumat əlavə edə bilir, onların adına qeyd edilmiş heç bir məlumatı görmürlər. O, ekspeditor vəzifəsində işləmişdir. Cinayət işi ilə bağlı da araşdırma aparılıb, lakin heç birində sübut təqdim edə bilməyiblər.
20. Iddiaçı İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “ç” bəndinə görə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqəmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda. 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 203-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 24.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 26.Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cəmiyyətə ekspeditor vəzifəsinə işə qəbul olunmuş, ##.##.2021-ci il tarixdə cavabdehlə “X2” haqqında müqavilə imzalanmış, ##.##.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Iddiaçı ilə əmək münasibətlərində olan zaman, yəni ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək cavabdehin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və All marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyətini analiz etmək və həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar aparmaq məqsədi ilə iddiaçının əməkdaşlarından ibarət komissiya yaradılmış və həmin komissiya tərəfindən aparılmış araşdırma nəticəsində cavabdehin 15.357,17 manatlıq malları mənimsədiyi müəyyən edilmişdir. Bu barədə ##.##.2023-cü il tarixli, * saylı akt tərtib edilərək, komissiyanın üzvləri tərəfindən imzalanmışdır.
27. Hazırda iddiaçı 15.357,17 manat məbləğində malların cavabdeh tərəfindən mənimsənilərək, cəmiyyətə həmin məbləğdə zərər vurduğunu, cəmiyyətlə X2 haqqında müqavilə bağlamış maddi məsul şəxs olaraq onun bu məbləği ödəmək öhdəliyi daşıdığını iddia edir və qeyd edilən məbləğin ondan tutulmasını tələb etmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, ona iddia edilən malların təhvil verilmədiyini və bununla bağlı heç bir sübutun mövcud olmadığını bildirir və iddianın rədd edilməsini xahiş etmişdir.
28. Birinci instansiya məhkəməsinn mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
29. Hazırki işin faktiki halları baxımından işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın işçi tərəfindən vurulması faktı iş materialları ilə sübuta yetirilməlidir.
30. Iddiaçı cavabdehin mənimsəmə əməlləri ilə əlaqəli iddiaçı təşkilata maddi ziyan vurduğunu qeyd etsə də, bu əməllərin məhz cavabdeh tərəfindən törədildiyini təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
31. Cinayət tərkibi olduğu təqdirdə, həmin əməlin sübuta yetirilməsi mülki mühakimə deyil, ibtidai araşdırma zəruri olmaqla, cinayət mühakimə icraatı çərçivəsində müəyyənləşdirilir və bu halda dəymiş zərərin ödənilməsi tələbləri istisna olunmur. Hazırki işdən isə görünür ki, qeyd olunan hallarla bağlı tərəflərin iştirakı ilə hər hansı cinayət xarakterli hüquqi tədbirlər aparılmamış, cavabdehin mənimsəmə cinayətini törətdiyini sübuta yetirən hüquqi akt qəbul edilməmişdir.
32. Iddiaçının tələbinin əsası kimi istinad etdiyi maliyyə (mühasibatlıq) cədvəlləri iddiaçı təşkilatın özü tərəfindən tərtib edilməklə, digər əlaqəli sübutlarla (malların çatışmamazlığını və ya zəruri saydan azlığını təsdiq edən əlaqəli sahibkatlıq subyektlərinin hesabatları və ya üzləşmə akları və s.) əsaslandırılmamışdır. Iş üzrə keçirilmiş ##.##.2024-cü il tarixli ekspertiza rəyində qeyd edilmiş ziyan məbləği (15.357,17 manat) də bütövlüklə iddiaçının təqdim etdiyi məlumatlar əsasında hesablandığından və işdə olan digər əlaqəli sübutlarla (əlaqəli sahibkarlıq subyektləri ilə haqq-hesab zamanı malların çatışmamazlığının müəyyən edildiyini təsdiq edən sənədlər sair) tamamlanmadığından, həmin rəydə göstərilmiş məlumatlar əsas götürülməklə iddia tələbi təmin edilə bilməz.
33. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
34. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
35. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.
36. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
37. Hazırki işdə ziyanın mövcudluğu halında iddiaçı həmin ziyanın cavabdeh tərəfindən vurulduğunu sübut etmək yükü daşısa da, qeyd olunan maddi ziyanın məhz cavabdeh tərəfindən, sonuncunun əmək fəaliyyəti dövründə, əmək funksiyalarını pozması nəticəsində baş verdiyini sübut edə bilməmişdir. 38.Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbğləği apellyatora aid edilməldir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbəği iddiaçının özünə aid edisin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov