Məhkəmə qərarları › İş №e-2(3-6)-2069/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2069/2026

20.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2069/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı ##.##.2024-cü il tarixində *** saylı körpələr evi-uşaq bağçasına bağça müdiri vəzifəsinə işə qəbul olunmuşdur. MÜTDA MTTŞ baş məsləhətçisi X14, aparıcı məsləhətçisi X3, məsləhətçisi X7, BŞTİ MTTŞ aparıcı məsləhətçisi X4, Sabunçu rayon *** nömrəli MTM müdiri İddiaçı tərtib edilərək imzalanan aktdan müəyyən olunur ki, bu akt öna görə tərtib edilmişdir ki, qeyd olunan tarixdə bağçada olarkən aşağıdakılar aşkar edilmişdir: ## #### 2025-ci il tarixində Sabunçu rayonu Bakıxanov qəsəbəsi *** nömrəli körpələr evi uşaq bağçasına monitoring keçirilmişdir. Monitoring səhər saat 10:00-da müəssisə rəhbərinin iştirakı ilə başlamaışdır. Monitoringdə sanitar-gigiyenik vəziyyət, MTİS-dən kənar uşaqların olubolmaması, uşaq sayına görə yemək sifarişi və ümumi davamiyyətin yoxlanılması həyata keçirilmişdir. MTM-də olan qidanın vizual vəziyyətinə baxış keçirildi, qidanın vəziyyəti (vizual) qənaətbəxş idi, istifadə müddəti bitmiş qida məhsulu yox idi. Lakin uşaqlara verilən yeməklərin porsiyalarında ciddi uyğunsuzluqlar olmuşdur. Mətbəxin anbar tərəfdən dəhlizində antisanitar vəziyyət mövcud idi (süpürgə, pol taxtası, təmizləyici vəsitələri açıq şəkildə divar kənarına yığımışdır.) Gün ərzində 170 (yüz yetmiş) nəfər uşaq üçün yemək hazırlandığı bildirilsə də faktiki olaraq müəssisədə 138 nəfər uşaq vardır və bunlardan 27 uşaq MTİS-dən kənar idi. Monitoring zamanı bağçada MTİS-də qeydiyyatda olan uşaqlardan 111( yüz on bir) nəfəri iştirak edirdi. Sistemdən kənar uşaqlar 1-2 yaş qrupları üzrə 6 uşaq (Emilya, Muhəmməd, Əli, Zabit, Səma, Berat); 2-3 yaş kiçik qruplarda 5 uşaq (Məryəm, Melisa, Dilək, Qədir, Banu); 3-4 yaş orta qruplarda 7 uşaq (Məmməd, Murad, Leyla, Aydan, Hüseyn, Songül, İlknur); 4-5 yaşlı böyük qruplarda 5 uşaq (Dəniz, Ədalət, Eytam, Uğur, Aysu); 5- 6 yaşlı məktəbə hazırlıq qruplarında 4 uşaq (Camal, Kamil, Yusif, Hüseyn) var idi. Davamiyyət jurnallarına baxış keçirilərkən bir neçə halda əməkdaşlar tərəfindən imzalanmadığı aşkarlanmışdır. 2 nəfər pedaqoji işçilərindən Quliyeva Leyla (##.##.2025-ci il tarixindən) və Əliyeva Könül (##.##.2025-ci il tarixindən) məzuniyyətdə olmadıqları halda qeyd olunan tarixlərdən işə gəlmədiyi məlum olmuşdur. Əmr kitabına baxış keçirilərkən məlum olmuşdur ki, iyul ayı üzrə əmrlər kitaba işlənməmişdir. Qrup jurnallarında məlumatları (uşaqlar haqqında məlumatlar, buraxılmış məşğələlərin sayı, həftəlik qrup saatlarının uçotu və s.) işlənməmişdir. Qeydlər əvvəlki illərdən qalmış BŞİU-nə aid jurnallara yazılmışdır. Müəssisənin dəhlizində müəssisəyə aid mal-material dəyərləri səliqəsiz formada toplanmışdır ki, bu da sanitar-gigiyenik normalara ziddir. Həmin mal-material dəyərlərinin dəhlizdən götürülməsinə dair təsərrüfat müdiri Ofelya Əzimzadəyə tövsiyə verilmişdir. Qeyd edək ki, eyni vəziyyət (səliqəsizlik) anbarda (təsərrüfat anbarı) da müşahidə olunmuşdur. X5 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova ünvanladığı ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, saat 10:00 bağçaya baxış keçirilmiş koridorda, dəhlizdə təsərrüfat malları yığılmışdır, çünki həmin malları anbarda saxlaya bilmirlər, axıb, daşıb, tökülür, saxlama yerləri yoxdur. Bağçada MTİS-dən kənar uşaqlar aşkarlanmış, 20 iyulda valideynlər qeydiyyatdan keçmişdir. Uşaqlar sistemə yerləşdirəcəkdir. Qab-qacaq qırıqları isə yeşiklərə yığlaraq dəhlizdə silgi ilə əlaqədər saxlamışlar. Verilən ətin sümüklü olması ilə əlaqədar verilən ət bişəndə xırdalaşır, çəkiyə təsir edir. Qızlar qeyd jurnalında imza çəkməmişdir. Uşaqların adları olan jurnal işlənmişdir. Dövlətə aid silinməmiş, köhnəlmiş malları saxlamışlar, çünki silgiyə qədər saxlanılmalıdır. MTİSdən kənar uşaqların qidalarını fondla təmin edirlər. Çalışırlar ki, yazılan iradlar aradan qaldırılsın. Əmr kitabında iyul ayının tabeli ilə bağlı əmrləri mühasibatlığa təhvil vermədiyi üçün, yoxlanış olmadığı üçün kitaba işlənilməmişdir. İzahatı özü yazmış, imzası ilə təsdiq edir. X9 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova ünvanladığı ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, o, ##.##.2025-ci il tarixdə saat 08:00-da işə gəlmiş, adəti üzrə qrupları gəzib, mətbəxdə ərzağın verilməsinə nəzarət etmiş, imza çəkmək üçün dəhlizə çıxdıqda əməkdaşla qarşılaşmış, işdə olduğu halda imzanı gec çəkməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Qrup otaqlarındakı silinməli malları xadimə, dayələr dəhlizə yığmış, bu hal isə səliqəsiz görüntüyə səbəb olmuşdur. Öz imzası ilə yazdıqlarını təsdiq edir. X1 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova ünvanladığı ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə işlədiyi *** saylı körpələr evi uşaq bağçasında yoxlama nəticəsində onun 08, 09, 10, 11 iyul tarixində işçilərin gündəlik davamiyyət kitabında imzasının olmaması ilə bağlı bildirir ki, həmin günlərdə işdə olmuşdur. Demək olar ki, o, həmişə işdə olur. Sadəcə o günləri başı qarışıq olduğundan imza etməmişdir. Xahiş edir, üzrlü hesab edilsin. Doğruluğunu öz imzası ilə təsdiq edir. Təhsil İşçiləri Azad Həmkərlar İttifaqı Sabunçu rayon Komitəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanmış ** №-li ## #### 2025-ci il tarixli məktubla müəyyən olunur ki, *** nömrəli körpələr evi-uşaq bağçası üçün yazılmış təqdimatla bağlı ##.##.2025-ci il tarixdə ilk həmkarlar təşkilatının komitə üzvlərinin yığıncağı keçirilmiş, yaranmış vəziyyət bir daha geniş müzakirə olunmuş və *** nömrəli körpələr evi-uşaq bağçasının müdiri Elyanə Əzimovanın əmək funksiyasını yerinə yetirməməsi, əmək müqaviləsi üzrə öhdəlikləri pozması və müəssisə rəhbəri kimi səlahiyyətləri aşması aşkarlanmışdır. Deyilənləri nəzərə alaraq ilk həmkarlar təşkilatının komitə üzvləri *** nömrəli körpələr evi-uşaq bağçasının müdiri Elyanə Əzimova özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verir. Həmkarlar təşkilatının komitə üzvlərinin ## #### 2025-ci il tarixli növbədənkənar protokolundan çıxarışla müəyyən olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin *-**-**/*-****/**** nömrəli ## #### 2025-ci il tarixli təqdimatına baxılaraq *** nömrəli körpələr evi-uşaq bağçasının müdiri X13 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə Məktəbəqədər və ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən təqdimatın nəzərə alınması, *** nömrəli körpələr evi-uşaq bağçasının müdiri X13 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-***K/**** saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrindən müəyyən olunur ki, "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri /Məktəbəqədər təhsil müəssisələri/ Bakı şəhəri *** saylı körpələr evi-uşaq bağçası" bölməsində "bağça müdiri" vəzifəsində işləyən İddiaçı Rasim qızı ilə bağlanılmış İddiaçı000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən ##.##.2025 tarixindən xitam verillməsi, işçinin ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə ##.##.2025-ci il tarixdə daxil edilmiş İddiaçı0003X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə ##.##.2025-ci il tarixli, *-**-**/*-*-***K/**** saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir. Sabunçu rayon prokurorunun ## ####### 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhər prokurorluğundan rayon prokurorluğuna daxil olmuş materialda göstərilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən *** saylı körpələr evi-uşaq bağçasında aparılmış monitorinq zamanı bir sıra pozuntuların olması aşkar edilmişdir. Araşdırma nəticəsində *** nömrəli körpələr evi-uşaq bağçasının direktoru X5 əməlində özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ilə bağlı halların cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması, eləcə də ona etibar edilmiş əmlakın israf edilməsi kimi hər hansı halın olmadığı müəyyən edilmişdir. Odur ki, aparılmış araşdırma zamanı X5 əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qərardan müəyyən olunur ki, araşdırma zamanı X5 izahatında göstərmişdir ki, 2000-ci ildən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 40-94 ünvanında yerləşən *** saylı körpələr evi uşaq bağçasının tərbiyəçisi işləmiş, 2011-ci ildən isə həmin bağçanın müdiri vəzifəsində işləmişdir. ## #### 2025-ci il tarixdə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müdiri olduğu *** nömrəli körpələr evi-uşaq bağçasında monitorinq keçirilmişdir. Monitorinq zamanı yoxlamaya gəlmiş şəxslər tərəfindən yoxlamanın nəticəsinə dair akt tərtib edilmişdir. Aktda göstərilən pozuntularla bağlı ona verilən suallara cavabında bildirmişdir ki, bağçada olan uşaqların valideynləri bəzi hallarda uşaqları dərslərdən kənar aparırlar. Bağçada nəzərdə tutulmuş dərs və yemək saatlarından tez uşaqlar valideynləri tərəfindən kurslara və digər məşğuliyyət yerlərinə aparılırlar. Buna görə də gündəlik qida rasionunda bu kimi uyğunsuzluqlar baş verə bilir. Bundan əlavə göstərmişdir ki, hazırda bağçada monitorinq aparılan zaman qeydə alınmış uşaqlardan daha çox, yəni 235 uşaq vardır. Monitorinq zamanı isə 170 uşaq olması qeyd olunmuşdur. Aktda MTİS-dən kənar 27 nəfər uşağın olması ilə bağlı aktda göstərilənə əsasən bildirmişdir ki, bağçaya gəlmək istəyən uşaqların valideynləri elektron olaraq MTİS-ə müraciət edirlər, cavab alana kimi uşaqlarını öyrəşmələri üçün bir neçə gün müddətinə bağçaya gətirirlər. Bunula bağlı o, MÜTDA-nin müvafiq vəzifəli şəxsləri ilə danışmış, ona uşaqların bağçaya gəlmələrinin mümkün olması bildirilmişdir. Aktda göstərilən uşaqlardan ikisi onun öz nəvəsi, digərləri də bağçada işləyən tərbiyəçilərin uşaqları, nəvələri, MTİSə müraciət edən valideynlərin uşaqları olmuşdur. Həmin uşaqlara görə bağçada hər hansı maddiyat sərf edilməmiş, qazan təminatına əlavə olunmamışlar. Həmin uşaqların bir neçəsi MTİSdən keçmişdir və hazırda bağçada qeydiyyatdadırlar. Aşkar edilmiş sanitar vəziyyətə dair nöqsanlarla bağlı bildirmişdir ki, monitorinq zamanı bağçada təmizləyici məhsullar istifadəyə yararslz vəziyyətdə olduğuna görə aktda qeyd olunmuşdur. Məhsullar MÜTDA tərəfindən bağçaya göndərildikdən sonra onun tərəfindən istifadəsi məqsədəmüvafiq hesab olunumadığına görə anbara tapşırmışdır ki, istifadə olunmasın, uşaqlar qoxusundan zəhərlənə bilər. Lakin həmin məhsullar anbarda olduğuna görə yoxlamaya gələn şəxslər tərəfindən əsassız olaraq aktda bununla bağlı qeydiyyat aparmışlar. Tərbiyəçi müəllimə işləyən Leyla Gülüyeva və Könül Əliyevanın davamiyyət jurnalına imza etməmələri ilə bağlı bildirmişdir ki, hər iki müəllimə vaxtıvaxtında işə gəlmişlər, bəzi hallarda şəxsi həyatları ilə bağlı işə gəlmədikləri zaman ondan şifahi olaraq icazə almışlar. Davamiyyət jurnalına imza etməmələri onlarının özünü səhlənkarlığıdır. Aktda qeyd olunan tarixlərdə hər iki müəllimə işdə olmuşlar. İşə davamiyyət jurnalına nəzarət onun tərəfindən, hər ayın sonunda həyata keçirilir. Monitorinq zamanı ayın ortaları olduğuna görə kitaba baxış keçirməmişdir. MÜTDA tərəfindən bağçaya yalnız davamiyyətlə bağlı jurnal verilmişdir. Bağçalar əvvəllər rayon icra hakimiyyətlərinə tabe olmuşdur. Onun məlumatları və əmrləri qeyd etdiyi jurnallar da MÜTDA tərəfindən yeni jurnal verilmədiyinə görə həmin dövrdən qalmış jurnallara yazılmışdır. Onun barəsində heç vaxt intizam tənbehi tətbiq edilməmişdir, MÜTDA tərəfindən qanunsuz olaraq işdən çıxarılmışdır. Bununla bağlı məhkəməyə müraciət edəcəkdir. Araşdırma zamanı izahatı alınmış X2 göstərmişdir ki, 2023-cü ildə imtahan üsulu ilə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən ** saylı bağçaya tərbiyəçi müəllimə olaraq işə qəbul olunmuşdur. Cari ilin may ayınadək həmin bağçada işləmişdir. May ayında isə yenidən imtahan vermiş və Bakıxanov qəsəbəsində yerləşən *** saylı bağçaya işə qəbul olunmuşdur. İşi bağçada olan uşaqların təlim tərbiyəsi ilə məşğul olmaq, onlara lazımi dərsləri keçirilməsindən ibarətdir. Bağçada iki rejimli iş fəaliyyəti vardır. İş saatı səhər 07:00-dan 13:00-dək və 13:00-dan 19:00dəkdir. Gündəlik olaraq işə gedən zaman pedoqoji işçilərin işə davamiyyət jurnalında imza edir. Lakin bəzi hallarda jurnala bir neçə gün imza etmir, boş qalan xanaların hər birinə eyni gündə imza edir. Bunun konkret səbəbi yoxdur. İşçilərin davamiyyət jurnalına imza etmələrinə nəzarət bağçanın müdiri tərəfindən həyata keçirilir. Davamiyyət jurnalı dəhlizdə yerləşdirilir və işçilər jurnala dəhlizdə imza edirlər. Könül Əliyeva izahatına əlavə olaraq ona verilən suallara cavabında göstərmişdir ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş monitorinq zamanı aşkar edilmiş pozuntulara dair aktla tanış edilmişdir. Aktda qeyd olunan tarixlərdə işdə olmuşdur. Həmin vaxt yay ayları olduğuna görə tədrisdə uşaqların sayı da olmuşdur. O, səhlənkarlıq edərək kitaba imza etməmiş, daha sonra toplu halında imza etmişdir. Həmin günlərdə işdə olmuşdur. Aylıq 444 manat əmək haqqı alır, əmək haqqı kartı “xxxx” ASC-ə məxsusdur. Bağçda dəqiq olaraq hansı sayda işçi olmasını bilmir. Uşaqların sayı barədə bildirmişdir ki, bağça ümumilikdə 250 nəfər üçün nəzərdə tutulmuşdur. Bağçada olan faktiki uşaqların sayı gündəlik olaraq dəyişir. Çünki bəzi hallarda uşaqların valideynləri onları bağçaya gətirmir, bəzi hallarda uşaqlar kurslara aparılır, uşaqların valideynləri onları bağçaya yazdırmaq üçün elektron müraciət etsələr də cavab alanadək uşaqları öyrəşdirmək üçün bağçaya gətirirlər. O, *** saylı körpələr evi-uşaq bağçasının işçilərindən işə gəlmədən əmək haqqı alan işçi yoxdur, bu barədə heç vaxt eşitməmişdir. Araşdırma zamanı X10 izahatında göstərmişdir ki, X5 onun anasıdır. X8 1 yaşındadır. ## #### 2025-ci il tarixdə o özü də, əri də işdə olduğuna görə anasının müdiri olduğu bağçaya yerləşdirmiş ki, işdən gələnə qədər uşağa baxsınlar. Həmin gün bağçada monitorinq həyata keçirilmiş və Beratın guya qanunsuz olaraq bağçada olması ilə bağlı akt tərtib edilmişdir. Beratın bağçaya yerləşdirilməsi ilə bağlı həmin vaxt elektron qaydada müraciət etmişlər. Lakin müraciətinə monitorinqin həyata keçirildiyi vaxtadək cavab verilməmişdir. Hazırda isə Berat MTİS-də qeydiyyata alınmışdır. Beratdan başqa aktda qeyd olunan uşaqların valideynlərini tanımır. Araşdırma zamanı *** saylı körpələr evi-uşaq bağçasının sanitarı işləyən X11 izahatında göstərmişdir ki, 2016-cı ilin fevral ayından *** nömrəli körpələr evi uşaq bağçasında sanitar dayə işləyir. İşi bağçada olan uşaqların rejim üzrə davranışlarına nəzarət etmək, sanitar-gigiyenik vəziyyətə baxmaqdır. Onun iş rejimi səhər saat 08:00-dan axşam saat 17:00-dəkdir. Bağçanın pedoqoji işçiləri isə iki rejim əsasında işə gəlirlər. Birinci iş rejimi saat 07:00-dan 13:00-dək, ikinci iş rejimi isə 13:00-dan axşam saat 19:00-dəkdir. Bağçanın texniki işçiləri də, pedoqoji işçiləri də gündəlik olaraq tabel kitabına imza edirlər. Lakin bəzi hallarda işçilər tabel kitablarına həftənin sonunda iş günlərinin hər birinin qarşısında imza edirlər. Bağçada tərbiyəçi müəllimə işləyən Leyla Gülüyeva və Leyla Əliyevanı tanıyır. Yay aylarında Leyla Gülüyeva da, Könül Əliyeva da işdə olmuşlar. O, hər iki müəlliməni işə gəlib getmələrini görmüşdür. Ona təqdim olunan aktla tanış edilmişdir. Həmin aktda göstərilən tarixlərdə Leyla Əliyeva da, Könül Əliyeva da işdə olmuşlar. Bağçanın qaydalarına görə pedoqoji işçilər bir gün səhər rejimi ilə, digər gün isə axşam rejimi ilə işə gəlirlər. Nuranə Kərimova izahatında əlavə olaraq ona verilən suallara cavabında göstərmişdir ki, aylıq 382 manat əmək haqqı alır, əmək haqqı kartı “xxxx” ASC-ə məxsusdur. Uşaqların sayı barədə bildirmişdir ki, bağça ümumilikdə 250 nəfər üçün nəzərdə tutulmuşdur. Bağçada olan faktiki uşaqların gündəlik olaraq dəyişir. Çünki bəzi hallarda uşaqların valideynləri onları bağçaya gətirmir, bəzi hallarda uşaqlar kurslara aparılır, uşaqların valideynləri onları bağçaya yazdırmaq üçün elektron müraciət etsələr də cavab alanadək uşaqları öyrəşdirmək üçün bağçaya gətirirlər. O, *** saylı körpələr evi-uşaq bağçasının işçilərindən işə gəlmədən əmək haqqı alan işçi yoxdur, bu barədə heç vaxt eşitməmişdir. Elyanə Əzimova tərəfindən MTİS-dən kənar bağçaya gələn uşaqlara görə hər hansı maddi nemət tələb edilməsi, alınması barədə heç vaxt eşitməmişdir. Bağçada sanitar-gigiyenik vəziyyət kifayət qədər normaldır, qənaətbəxşdir. Sanitar vəziyyətlə bağlı hansısa problemin olması barədə Elyanə Əzimovaya heç vaxt bildirməmişdir. Araşdırma zamanı X6 izahatında göstərmişdir ki, aktda adı göstərilmiş Zabit onun oğludur. Zabitin 2 yaşı var. O, oğlunu evinin yaxınlığında yerləşən *** saylı bağçaya 1-2 gün müddətinə yerləşdirmiş ki, bağçaya öyrəşə bilsə müraciət etsin. Lakin Zabit heç cürə bağçada qalmaq istəmədiyinə görə onu bağçaya aparmamışdır. Onun bağçaya getməsi cəmi 2-3 gün olmuşdur. Yeməyini də özü evdən aparmışdır. Zabitin bağçada olması ilə bağlı bağçanın müdiri vəzifəsində işləyən Elyanə Əzimova tərəfindən ondan pul və ya digər maddi nemət tələb edilməmişdir. Sadəcə olaraq bununla bağlı ondan xahiş etmişdir. Əvvəlki uşaqları da həmin bağçaya getdiklərinə görə Elyanə xanım onu tanıyırmış və Zabitin 2-3 gün müddətinə bağçaya gələ bilməsinə buna görə icazə vermişdir. Qərardan daha sonra görünür ki, *** nömrəli körpələr evi-uşaq bağçasında keçirilmiş yoxlama zamanı işçilərin davamiyyətinə nəzarətin zəif olması, antisanitariya vəziyyətinin aşkar edilməsi kimi aşkar edilmiş nöqsanlar cinayət əməli hesab edilmədiyindən həmin nöqsanlar üzrə intizam icraatı qaydasında müvafiq tədbir görülməlidir. Araşdırma nəticəsində *** nömrəli körpələr evi-uşaq bağçasının direktoru X5 əməlində özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ilə bağlı halların cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması, eləcə də ona etibar edilmiş əmlakın israf edilməsi kimi hər hansı halın olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə *-**-**/*-*-***K/**** nömrəli, ##.##.2025-ci il tarixli əmrin ləğvini, məcburi iş buraxma müddəti üçün işə bərpa edildiyi tarixədək əmək haqqı ödənilməklə iddiaçının əvvəlki vəzifəsinə qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsini, iş üzrə mediasiya xərci qismində ödənilmiş 60 manat xərcin əvəzinin cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı, 2000-ci il tarixdən Bakı şəhəri *** nömrəli bağçada əmək fəaliyyətinə başlamış, 2011-ci il tarixdən isə bağça müdiri vəzifəsinə keçirilmişdir. ## ######## 2025-ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə əsassız olaraq xitam verilmişdir. Əmr ##.##.2025-ci il tarixində verilsə də, elektron kabinetə yerləşdirilməmiş və bu barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Əmrin surəti iddiaçıya təqdim edilməməklə yanaşı, bu barədə o məlumat almağa çalışdıqda da ona hər hansı bir rəsmi məlumat da verilməmişdir. Belə ki, iddiaçı sentyabr ayı ərzində, 29 sentyabra qədər faktiki olaraq işdə olmuş, əmək funksiyalarını yerinə yetirmiş və həmin ay üzrə əməkhaqqını da almışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Həmçinin əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Halubki nə əmrin surəti, nə də əmək kitabçası ona verilməmişdir. Cavabdeh ##.##.2025-cİ il tarixdə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ## #### 2025-ci il tarixində Bakı şəhəri *** nömrəli körpələr evi uşaq bağçasında monitorinq keçirilmiş və aşağıda qeyd olunan hallar aşkarlanmışdır. Məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qruplarında uşaqların davamiyyəti üzrə aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, faktiki olaraq həmin gün müəssisədə 138 nəfər uşaq iştirak etmiş, lakin ümumi gün ərzində “xxxx MMC” yə 170 nəfər uşaq üçün yemək hazırlanması barədə məlumat təqdim edilib. Həmçinin müəyyən edilmişdir ki, faktiki mövcud olan bu 138 uşağın 111 nəfəri MTİS üzərindən qeydiyyatda olduğu halda, qalan 27 uşağın qeydiyyatsız formada müəssisəyə qəbul edilərək tərbiyə prosesində iştirak etmişdir. Qeydiyyatsız uşaqların adları monitorinq nəticəsində müvafiq qaydada tərtib edilmiş aktda öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## #### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh Əsasnaməsi"nin 3.1.25-ci yarımbəndinə əsasən tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun həyata keçirilməsini təşkil etmək Agentliyin vəzifəsidir. Belə ki, Cavabdeh tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu yalnız "Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi" vasitəsilə həyata keçirildiyi halda İddiaçı elektron qəbul sistemindən kənar qaydada, Agentliyin məlumatı olmadan gizli olaraq 27 uşağı bağçaya qəbul edərək öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmişdir. Eyni zamanda bu faktlar göstərir ki, qeyri-qanuni şəkildə müəssisəyə əlavə ərzaq sifariş olunmuş, dövlət büdcəsindən ayrılmış vəsaitlər real uşaq sayına uyğun xərclənməmiş, qida məhsullarının uçotunda saxtalaşdırma əlamətləri müşahidə olunmuşdur. Qida təminatı üzrə menyu-sifariş formaları, uşaq siyahısı və monitorinq aktı həmin uyğunsuzluğu açıq şəkildə sübut edir. Bu hal müəssisədə ciddi inzibati və maliyyə intizamı pozuntusuna yol verildiyini açıq şəkildə göstərir. Yuxarıda qeyd olunan hallar, həmçinin, "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasınının Qanununun 14.5-ci və 17.2.5-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilir. Müəssisə rəhbərliyinin bu cür hərəkətləri maliyyə intizamının, idarəetmə prinsiplərinin və dövlət təhsil siyasətinin tələblərinə zidd olmaqla, həm intizam, həm də zərurət yarandığı halda hüquqi məsuliyyət doğura biləcək ciddi pozuntu halı kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il # ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" nin 3.16-cı bəndinə əsasən uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir və pozuntu halında məsuliyyət daşıyır. Monitorinq aktına əsasən, təhsil müəssisəsinin müəyyən yerlərində anti-sanitar vəziyyətin mövcud olduğu təsbit edilmişdir. Belə ki müəssisənin mətbəx hissəsinin anbar tərəfdən olan dəhlizində bir sıra əşyalar təmizləyici vasitələr, süpürgələr və digərləri açıq vəziyyətdə saxlanılmış, məktəbəqədər müəssisəyə aid mal-material dəyərləri dəhlizdə səliqəsiz formada yığılmışdır ki, bu da sanitargigiyenik qaydalara ziddir. Qeyd etmək lazımdır ki, eyni vəziyyət müəssisənin anbarında da müşahidə olunub. Monitorinq zamanı müəssisənin davamiyyət jurnalları araşdırılmış və bir sıra ciddi uyğunsuzluqlar aşkarlanmışdır. Belə ki, bir neçə işçi tərəfindən davamiyyət cədvəlində imzalar atılmamış, həmçinin pedaqoji işçilər Quliyeva Leyla (##.##.2025 tarixindən) və Əliyeva Könül (##.##.2025 tarixindən) tarixlərdən etibarən məzuniyyətdə olmadan, əsaslı səbəb olmadan işə gəlmədikləri müəyyən edilmişdir. Lakin müəssisə rəhbəri (iddiaçı) tərəfindən bu barədə heç bir intizam tədbiri görülməmiş, akt tərtib olunmamış, işçilərlə bağlı inzibatı və ya intizamla bağlı yazılı reaksiya verilməmişdir. Bu isə müəssisədə əmək intizamının pozulmasına və işəgötürənə qarşı etimadın sarsılmasına gətirib çıxarmışdır. Bu fakt Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinə (əmək intizamının təmin edilməsi və işə gəlməməyə görə məsuliyyət) birbaşa ziddir. Müəssisə rəhbəri işçilərin davamiyyətinə gündəlik nəzarət etməli, pozuntu aşkarlanarsa, akt tərtib edib intizam tədbiri görməlidir. Lakin bu öhdəliklər icra edilməmiş, nəticədə müəssisədə intizam qaydaları pozulmuş, əməkdaşlar arasında məsuliyyətsizlik mühiti formalaşmışdır. Bu, rəhbərin vəzifə səlahiyyətlərini lazımi səviyyədə həyata keçirmədiyini və daxili nəzarəti təmin etmədiyini göstərir. İddiaçının bu vəzifəni icra etməməsi nəticəsində müəssisədə əmək intizamı pozulmuş, işçilər arasında məsuliyyətsizlik və sistemsizlik halları yaranmışdır. Əmr kitabına və qrup jurnallarına baxış zamanı məlum olmuşdur ki, iyul ayı üzrə əmrlər ümumiyyətlə işlənməmiş, qrup jurnallarında uşaqların dərsə davamiyyəti, buraxılmış məşğələlərin sayı, həftəlik tədris saatları barədə məlumatlar daxil edilməmişdir. Bundan başqa, bəzi qeydlər BŞTİ-nə aid əvvəlki illərin jurnallarında aparılmışdır, bu isə sənəd dövriyyəsinin və uçotun rəsmi qaydada aparılmamasını göstərir. Həmçinin Dövlət məktəbəqədər müəssisələrinin sənəd dövriyyəsi qaydalarına ziddir, çünki həmin qaydalara əsasən rəhbər şəxs bütün rəsmi əmrlərin qeydiyyatına və uşaqların uçot sənədlərinin düzgün aparılmasına şəxsən cavabdehdir. Bu cür səhlənkarlıqlar müəssisənin fəaliyyətində idarəetmə boşluğu yaratmış, nəticədə həm tədris, həm maliyyə, həm də intizam sahəsində pozuntular müşahidə olunmuşdur. Yuxarıda qeyd olunanlardan görünür ki, bağçanın müdiri İddiaçı əmək funksiyasını vicdanla yerinə yetirməmiş, əmək müqaviləsi üzrə öhdəliklərini pozmuş və müəssisə rəhbəri kimi səlahiyyət və imkanlarından sui-istifadə etmişdir. Beləliklə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Buna görə də İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmr qanuni və əsaslıdır. Daha bir arqument kimi, iddiaçı qeyd edir ki, əgər işəgötürən, həqiqətən, onun vəzifə öhdəliklərimi kobud formada pozduğunu düşünürdüsə, ondan yazılı izahat almalı idi və bunun əsasında intizam tənbeh tədbiri tətbiq etməli idi. Doğrudur ki, Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, işəgötürən intizam tənbehi verməzdən əvvəl işçidən yazılı izahat tələb etməlidir. Ancaq bu tələbin tam icra olunduğu təsdiq olunur. Belə ki, monitorinq nəticəsində aşkar edilmiş pozuntular barədə iddiaçıya ##.##.2025-ci il tarixində yazılı şəkildə məlumat verilmiş, ondan izahat təqdim etməsi tələb olunmuşdur və iddiaçı həmin izahatı imzası ilə qəbul etmişdir. Onu da qeyd etmək lazımdır ki, yazılı izahat təkcə rəhbər şəxsdən deyil, həmçinin digər işçilərdən də yazılı formada alınıb imzalanmışdır. Bakı şəhəri *** saylı körpələr evi - uşaq bağçasının müdiri İddiaçı təhsil müəssisəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə, təhsil müəssisəsində təhsil və təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəydiyinə, əmək qanunvericiliyini, o cümlədən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğuna görə o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Bakı şəhəri *** saylı körpələr evi - uşaq bağçasının müdiri vəzifəsindən azad edilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı cavabdehin etirazına münasibətdə ##.##.2026-cı il tarixdə elektron qaydada ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmrlə əmək müqaviləsinə xitam verilməsi həm maddi, həm də prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə həyata keçirilmişdir və cavabdehin təqdim etdiyi etiraz hüquqi baxımdan əsaslandırılmamışdır. Əvvəla, xitam əmri ## ######## 2025-ci il tarixində verilsə də, həmin tarixdə iddiaçı ilə son haqq-hesab aparılmamış, əmək kitabçası təqdim edilməmiş, əmrin elektron sistemdə yerləşdirilməsi təmin edilməmişdir. Ən vacibi isə, iddiaçı sentyabr ayı ərzində faktiki olaraq işdə olmuş, əmək funksiyalarını yerinə yetirmiş və həmin ay üzrə tabel sənədini şəxsən təsdiqləmişdir. Əgər əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilmişdirsə, işəgötürən hansı hüquqi əsasla iddiaçını sentyabr ayı ərzində işə buraxmış və onun təsdiqi ilə tabel sənədlərini rəsmiləşdirmişdir? Bu fakt özü göstərir ki, xitam əmri faktiki olaraq icra edilməmiş və əmək münasibətləri davam etmişdir. Bu isə xitamın hüquqi qüvvəsini şübhə altına alır. Cavabdeh öz etirazında ## #### 2025-ci il tarixli monitorinq aktına istinad edərək iddiaçının guya kobud pozuntuya yol verdiyini bildirir. Lakin monitorinq aktının məzmununa diqqət yetirdikdə görünür ki, orada əsasən MTİS-dən kənar uşaqların mövcudluğu, davamiyyət jurnallarında imza məsələsi və sənəd dövriyyəsində bəzi uyğunsuzluqlar qeyd edilmişdir. Həmin aktda dövlətə vurulmuş konkret maddi ziyan göstərilməmiş, mənimsəmə və ya vəsaitin israf edilməsi barədə hər hansı maliyyə hesablaması aparılmamışdır. Qida keyfiyyətinin yararsız olması və ya uşaqların sağlamlığı üçün təhlükə yaradan hal barədə də sübut yoxdur. Monitorinqdən sonra iddiaçı və digər əməkdaşlar tərəfindən verilmiş izahatlarda açıq şəkildə göstərilmişdir ki, MTİS-dən kənar uşaqlar əsasən elektron müraciət mərhələsində olan valideynlərin uşaqları, eləcə də müəssisə əməkdaşlarının övladları və nəvələri olmuşdur. Bu uşaqlara görə əlavə vəsait alınmadığı, əlavə maddi nemət tələb edilmədiyi izahatlarla təsdiq olunmuşdur. Davamiyyət jurnallarında imza məsələsi isə faktiki işə gəlməmək deyil, imzanın gec atılması ilə bağlı səhlənkarlıq xarakterli hal kimi izah edilmişdir. Bu hallar kobud pozuntu kimi qiymətləndirilə bilməz. Əgər həqiqətən cavabdehin iddia etdiyi kimi dövlət vəsaitinin israfı və ya maliyyə saxtalaşdırılması faktı mövcud olsaydı, bu artıq intizam yox, cinayət məsuliyyəti doğuran hal olardı. Lakin Sabunçu rayon prokurorluğunun ## ####### 2025ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən hər hansı cinayət tərkibi müəyyən edilməmişdir. Bu fakt cavabdehin “kobud pozuntu” və “israf” iddialarını hüquqi baxımdan tam zəiflədir. Bundan əlavə, “xxxx” MMC tərəfindən ##.##.2025 və ##.##.2025 tarixlərində tərtib edilmiş arayışlarda müəssisədə qidanın keyfiyyətinin və istifadə müddətinin normativlərə uyğun olduğu, sanitargigiyenik vəziyyətin qənaətbəxş olduğu, qaimələrin təqdim edildiyi və uyğunsuzluq müşahidə edilmədiyi açıq şəkildə göstərilmişdir. Qeyd olunmalıdır ki, bu arayışlar monitorinq tarixindən əvvələ aiddir və monitorinqdən sonra qida və ya maliyyə sahəsində əlavə pozuntu təşkil edən hər hansı arayış məhkəməyə təqdim edilməmişdir. Əgər sistemli maliyyə və ya qida pozuntusu mövcud olsaydı, bu, sonrakı sənədlərdə öz əksini tapmalı idi. MTİS-dən kənar uşaqlar məsələsinə gəldikdə isə, bu hal inzibati xarakterli məsələ olub, sonradan aradan qaldırılmış və uşaqlar sistemə daxil edilmişdir. Dövlətə maddi ziyan vurulduğu sübut edilməmişdir. Belə olan halda, bu fakt əmək müqaviləsinin ən ağır nəticə ləğv edilməsi ilə nəticələnməsinə əsas verə bilməz. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam yalnız kobud pozuntu halında mümkündür. 72-ci maddəyə görə isə bu, adətən təkrar pozuntu və ya ağır nəticə ilə müşayiət olunmalıdır. İddiaçıya qarşı əvvəl intizam tənbehi tətbiq edilməmişdir. Dövlətə ziyan sübuta yetirilməmişdir. Qəsd və ya ağır səhlənkarlıq müəyyən edilməmişdir. Belə olan halda, xitam tədbiri proporsionallıq prinsipinə ziddir. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz isə əsasən monitorinq aktının ümumi qeydlərinə istinad etməklə kifayətlənmiş, lakin nə prokurorluğun qərarına, nə “xxxx” arayışlarına, nə də xitamın faktiki icra edilməməsi ilə bağlı hallara hüquqi qiymət verməmişdir. Etirazda irəli sürülən arqumentlər sübuta əsaslanmır və əmək qanunvericiliyinin tələblərini dolğun şəkildə əsaslandırmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(005)-4917/2025 qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə *-**-**/*-*-***K/**** nömrəli, ##.##.2025-ci il tarixli əmrin ləğvini, məcburi iş buraxma müddəti üçün işə bərpa edildiyi tarixədək əmək haqqı ödənilməklə iddiaçının əvvəlki vəzifəsinə qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi, iş üzrə mediasiya xərci qismində ödənilmiş 60 manat xərcin əvəzinin cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri *** saylı körpələr evi-uşaq bağçası bölməsində "bağça müdiri" vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra cavabdehin ##.##.2025-ci il tarixli *-**- **/*-*-***K/**** saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırki iş üzrə iddiaçı İddiaçı iddia tələbi 3 hissədən ibarətdir: işəgötürənin əmrinin ləğv edilməsi; iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbi. Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etmişdir. Əmək qanunvericiliyi maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi, qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin mübahisələndirilən *-**-**/*-*-***K/**** nömrəli, ##.##.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, həmin halların kobud pozuntu olması aydınlaşdırılmalıdır. Belə ki, aparılmış monitorinq zamanı məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qruplarında uşaqların davamiyyəti üzrə aparılmış və yoxlama nəticəsində müəyyən edilmişdir ki, faktiki olaraq həmin gün müəssisədə 138 nəfər uşaq iştirak etmiş, lakin ümumi gün ərzində xxxx MMC-yə 170 nəfər uşaq üçün yemək hazırlanması barədə məlumat təqdim edilib. Həmçinin müəyyən edilmişdir ki, faktiki mövcud olan bu 138 uşağın 111 nəfəri MTİS üzərindən qeydiyyatda olduğu halda, qalan 27 uşağın qeydiyyatsız formada müəssisəyə qəbul edilərək tərbiyə prosesində iştirak etmişdir. Qeydiyyatsız uşaqların adları monitorinq nəticəsində müvafiq qaydada tərtib edilmiş aktda öz əksini tapmışdır. Həmçinin monitorinq zamanı təhsil müəssisəsinin müəyyən yerlərində antisanitar vəziyyətin mövcud olduğu təsbit edilmişdir. Belə ki müəssisənin mətbəx hissəsinin anbar tərəfdən olan dəhlizində bir sıra əşyalar - təmizləyici vasitələr, süpürgələr və digərləri açıq vəziyyətdə saxlanılmış, məktəbəqədər müəssisəyə aid mal-material dəyərləri dəhlizdə səliqəsiz formada yığılmışdır ki, bu da sanitar-gigiyenik qaydalara ziddir. Qeyd olunan akt iddiaçı da daxil olmaqla, digər işçilər tərəfindən imzalanmışdır. Aktla bağlı işçinin – müdirin eyni tarixdə izahatı alınmışdır. Həmin izahatdan görünür ki, iddiaçı bu pozuntuların bir qismini etiraf edərək sadəcə ondan asılı olmayan səbəbdən (saxlama yerinin olmaması, qab-qacaq qırıqlarının yeşiklərə yığılaraq saxlamaları, uşaqların qeydiyyat keçməsi, onların sistemə yerləşdiriləcəyi və s.) baş verdiyini bildirmişdir. Həmçinin monitorinq zamanı müəssisənin davamiyyət jurnalları araşdırılmış və bir sıra ciddi uyğunsuzluqlar aşkarlanmışdır. Belə ki, bir neçə işçi (anbardar və təsərrüfat müdirinin) tərəfindən davamiyyət cədvəlində imzalar atılmamışdır. Lakin müəssisə rəhbəri (iddiaçı) tərəfindən bu barədə heç bir intizam tədbiri görülməmiş, akt tərtib olunmamış, işçilərlə bağlı inzibatı və ya intizamla bağlı yazılı reaksiya verilməmişdir. Qeyd olunan işçilərin Agentlik tərəfindən izahatları alınmış, onlar bildirmişlər ki, müxtəlif səbəblərdən işdə olmalarına baxmayaraq davamiyyət jurnalına imza çəkməmişdirlər. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək qanunvericiliyinin əsas prinsip və tələblərini pozması, aparılmış yoxlama nəticəsində qanunla müəyyən edilmiş qaydalara riayət edilmədiyi aşkar olunduğundan işəgötürən tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tam qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı həmkarlar ittifaqından razılıq alınmışdır. *** nömrəli körpələr evi-uşaq bağçası üçün yazılmış təqdimatla bağlı ##.##.2025-ci il tarixdə ilk həmkarlar təşkilatının komitə üzvlərinin yığıncağı keçirilmiş, yaranmış vəziyyət bir daha geniş müzakirə olunmuş və *** nömrəli körpələr evi-uşaq bağçasının müdiri Elyanə Əzimovanın əmək funksiyasını yerinə yetirməməsi, əmək müqaviləsi üzrə öhdəlikləri pozması və müəssisə rəhbəri kimi səlahiyyətləri aşması aşkarlanmışdır. Qeyd edilənlər nəzərə alınaraq ilk həmkarlar təşkilatının komitə üzvləri *** nömrəli körpələr evi-uşaq bağçasının müdiri Elyanə Əzimova özünün əmək funksiyasını və ya Əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq vermişlər (## #### 2025-ci il tarixli növbədənkənar protokolu ilə). Məhkəmə hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddiaçının “əmək müqaviləsinə xitam verilməsi barədə *-**-**/*-*-***K/**** nömrəli, ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi“ barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin ikinci (işə bərpa) və üçüncü (məcburi işburaxmaya görə əmək haqqı) hissələri ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Belə ki, qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə, mediasiya xərcinə görə ödənilmiş 60 (altmış) manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə hesab etmişdir ki, iddiaçının hazırki tələbi təmin edilmədiyindən, onun tərəfindən ödənilmiş mediasiya xərclərinin də cavabdehdən onun xeyrinə tutulması əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 11, 62, 70 maddəsinin “ç” bəndinə, 71, 80, 83, 186, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin numunəvi nizamnaməsi”nin 3.9, 3.16, 5.6.4, 6.6.5-ci bənlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə, əmək müqaviləsinə xitam verilməsi barədə *-**-**/*-*-***K/**** nömrəli, ##.##.2025-ci il tarixli əmrin ləğvini, məcburi iş buraxma müddəti üçün ##.##.2025-ci il tarixindən işə bərpa edildiyi tarixədək əmək haqqı ödənilməklə iddiaçının əvvəlki vəzifəsinə qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsini, iş üzrə mediasiya xərci qismində ödənilmiş 61 manat məbləğin cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı uzun illər Bakı şəhəri *** nömrəli körpələr evi uşaq bağçasında əmək fəaliyyəti ilə məşğul olmuş, 2011-ci ildən etibarən isə həmin müəssisədə müdir vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli, *- **-**/*-*-***K/**** nömrəli əmrlə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə xitam verilmişdir. İddiaçı həmin əmrin qanunsuz hesab olunaraq ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin mövqeyini əsas götürərək, ##.##.2025-ci il tarixli monitorinq aktına və həmin akt əsasında irəli sürülən pozuntu iddialarına istinad etməklə iddianı rədd etmişdir. Lakin qətnamə nə faktiki hallar, nə sübutlar, nə də tətbiq edilməli olan hüquq normaları baxımından qanuni sayıla bilməz. Birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsinin qanuni olduğunu hesab edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etmişdir. Həmin norma işçinin əmək funksiyalarını kobud şəkildə pozduğu hallarda əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. Bu işdə cavabdeh və məhkəmə aşağıdakı halları dəqiq müəyyən etməmişdir: iddiaçının konkret hansı hərəkəti və ya hərəkətsizliyi kobud pozuntu hesab olunmuşdur; həmin hərəkət nəticəsində hansı ağır nəticə yaranmışdır; dövlətə hansı konkret maddi ziyan vurulmuşdur; həmin ziyanın məbləği nə olmuşdur; iddiaçının təqsiri qəsd, ağır səhlənkarlıq, yoxsa adi təşkilati nöqsan səviyyəsində olmuşdur. Monitorinq aktında göstərilən hallar ümumi xarakterli təşkilati və sənəd dövriyyəsi nöqsanları ilə yanaşı bəzi inzibati uyğunsuzluqları əhatə edir. Lakin bu hallar öz-özlüyündə əmək funksiyalarının kobud şəkildə pozulması faktını tam sübut etmir. Məhkəmə isə “kobud pozuntu” anlayışını müstəqil hüquqi təhlil etmədən, monitorinq aktında göstərilən halları avtomatik olaraq həmin anlayışla eyniləşdirmişdir. Bu isə maddi hüquq normasının yanlış tətbiqidir. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi işin əsas sübutu kimi ##.##.2025-ci il tarixli monitorinq aktına istinad etmişdir. Həmin aktda aşağıdakı hallara yer verilmişdir: müəssisədə faktiki iştirak edən uşaqlarla sistemdə qeydiyyatda olan uşaqlar arasında fərqlər, 27 uşağın MTİS-dən kənar qalması, davamiyyət jurnallarında və digər sənədlərdə uyğunsuzluqlar, bəzi hallarda sanitariya və saxlanma qaydaları ilə bağlı nöqsanlar, eləcə də işçilərin davamiyyətinə dair nəzarətdə boşluqlar. Lakin məhkəmə monitorinq aktını qiymətləndirərkən aşağıdakı mühüm məsələləri nəzərə almamışdır: aktda qeyd edilən hallardan hansılarının birbaşa iddiaçının şəxsi hərəkətindən irəli gəldiyi, hansılarının struktur xarakterli, ümumi təşkilati və ya texniki nöqsanlar olduğu, hansı halların həqiqətən “kobud pozuntu” səviyyəsinə çatdığı, eləcə də aktda göstərilən hər bir hal üzrə ayrıca sübutetmə aparılıbaparılmadığı müəyyən edilməmişdir. Monitorinq aktı yalnız işəgötürənin daxili yoxlama sənədidir və məhkəmə onu tənqidi yanaşma ilə qiymətləndirməli idi. Halbuki birinci instansiya məhkəməsi aktı faktiki olaraq yekun hüquqi nəticə doğuran, mübahisəsiz sübut kimi qəbul etmişdir ki, bu, sübutların obyektiv qiymətləndirilməsi prinsipinə ziddir. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, MTİS-dən kənar uşaqların müəssisədə olması və qida uçotu ilə bağlı uyğunsuzluqlar dövlət vəsaitlərinin düzgün xərclənməməsinə səbəb olmuşdur. Lakin belə bir iddianın hüquqi qüvvə daşıması üçün konkret maddi zərərin mövcudluğu, həcmi, məbləği, yaranma mexanizmi və iddiaçı ilə səbəbli əlaqəsi sübuta yetirilməli idi. Bu iş üzrə konkret maliyyə hesablaması aparılmamış, dövlətə vurulmuş zərərin məbləği göstərilməmiş, iddiaçının şəxsi maddi maraq güddüyü sübut edilməmiş, mənimsəmə və ya israf faktı barədə mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə, iş materiallarında göstərilmişdir ki, Sabunçu rayon prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərar birbaşa olaraq göstərir ki, aparılmış araşdırma zamanı iddiaçının əməlində cinayət tərkibi müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi bu mühüm sənədin sübut əhəmiyyətinə lazımi qiymət verməmişdir. Halbuki əgər doğrudan da dövlət vəsaitinin mənimsənilməsi, israfı və ya saxtalaşdırılması faktı mövcud olsaydı, bu, mütləq daha ciddi hüquqi nəticələr doğurmalı idi. Bu hal cavabdehin “kobud pozuntu” barədə iddiasını ciddi şəkildə zəiflədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71ci maddəsinə əsasən əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verilməsi yalnız qanunda nəzərdə tutulmuş əsaslar mövcud olduqda və həmin əsaslar işəgötürən tərəfindən sübuta yetirildikdə mümkündür. Bu iş üzrə isə cavabdeh tərəfindən iddiaçının əmək funksiyalarını kobud şəkildə pozduğunu təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim edilməmişdir. Məhkəmə isə sübutların yetərliliyini və inandırıcılığını lazımi qaydada qiymətləndirmədən xitamın qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsi nə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Halbuki nə əmrin surəti, nə də əmək kitabçası iddiaçıya verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Belə ki, peşəkar və öz vəzifə öhdəliklərinə vicdanla və peşəkarlıqla yanaşan bir işçi kimi iddiaçının kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi nəzərə alınmadan intizam tənbeh tədbirinin ən sərt forması tətbiq olunmuşdur. İddiaçı çalışdığı müddət ərzində heç bir nöqsana yol verməmiş, öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir. X23 *** saylı “Employment Termination” Konvensiyasının 11-ci maddəsi işəgötürən əmək müqaviləsinə xitam verməzdən əvvəl işçiyə münasibətdə adekvat xəbərdarlıq təmin etməli, işçiyə müqavilə müddətinin bitməsi və ya xitam səbəbləri barədə vaxtında məlumat verməlidir. Konvensiya belə bir mövqe nümayiş etdirir ki, tərəflər arasında bağlanan müqaviləyə xitam verilərkən işçiyə xəbərdarlıq olunmalıdır. Bu xəbərdarlıq işçiyə yeni iş imkanları əldə etməsi üçün də lazımi və zəruri addımdır. İşçiyə heç bir xəbərdarlıq etmədən onun əmək müqaviləsinə xitam verilməsi işçini psixoloji təzyiqə məruz qoymaqla yanaşı onu bu müddət ərzində yeni iş axtarmaq imkanından da məhrum etmişdir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəflər arasındakı mübahisəni mötəbər sübutlar əsasında deyil, yalnız özünün subyektiv mülahizəsinə əsasən həll etmişdir. Bununla məhkəmə sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan mülahizəsinə əsasən qiymət vermişdir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi xahiş olunur. İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən ##.##.2026-cı il tarixli əlavəsi ilə apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, Onu haqsız yerə işdən çıxarmışlar. Barəsində prokurorluq tərəfindən araşdırma aparılmış, heç bir yeyinti halı aşkar olunmamışdır. Yazılanların heç biri öz əksini tapmamış, Təhsil Nazirliyinə rədd cavabı verilmişdir. Uşaqlar baxçaya elektron sistemlə qəbul edilir. Uşaqların sayının artıq olması onunla əlaqədar idi ki, şəhidlərin və müharibə veteranlarının uşaqları var idi. Yeddi uşaq da R və R uşaqları idi. Onları da özləri göndərsələr də, bu barədə heç bir sənəd yox idi. Ona zəng olunub deyilirdi ki, uşaqları götürün, sonra yerləşdirəcələr. Sonradan yerləşdirilməmişdir. O, uşaqların yerləşdirilməsi üçün iki ay vaxt istəmiş, lakin ona vaxt verilməmiş, səhv ona aid edilmişdir. Ona ayrılan ərzağın 50% verildiyindən o, 138 uşağa görə 170 uşaq üçün sifariş vermişdir. O, 2011-ci ildən bağça müdirəsi vəzifəsində çalışır, həmin vaxtdan qeyd etdiyi faktlar barəsində nazirliyə rəsmi məlumat verməmiş, bu məlumatlar elektron qaydada götürülmüşdür. O, bir neçə dəfə Anar müəllimin yanına gedib vəziyyətin necə olduğunu izah etsə də ona sakitcə yerində otur deyilmişdir. Artıq yazılan ərzaq məhsulları onlara verilməmiş, onlara ərzaqın 50% verilmiş, bu ərzaq uşaqlara çatmamışdır. Onlara sümüksüz ət yazıb, sümüklü ət verdiklərindən, ətin çoxu sümüyə çıxırdı. 10 kiloqramdan 4 kiloqramlıq ət çıxardı. Ondan rəsmi qaydada məlumat qəbul etmədiklərindən digər qaydada etirazını bildirməmişdir. O, bu barədə məlumatları prokurorluğa vermiş, iki aydan çox araşdırma aparılmışdır. Ona xəbərdarlıq, töhmət belə vermədən işdən azad etmişlər. Bağçada işə gəlməyən işçi olmamış, bütün işçilər işdə olmuşdur. Bağçada işçilər növbə ilə işləmişlər. Nazirlikdən gələnlər qayda-qanunu bilmirlər. Bağçada səhər saat 07:00-da işə gələn işçi günorta 13:00-da evə getməlidir, yaxud ən gec getsə 13:30-da getməlidir. Cavabdeh isə gəldikləri vaxt işçinin yerində olmamasını işdə olmayan kimi qəbul edirlər. Cavan kadrlar olduğundan o, izah etsə də onu başa düşməmişlər. İşçilərin əmək müqavilələrində iş rejimi 07:00-dan 19:00-a kimidir. Onların 12 saat iş rejimləri vardır. Bir müəllimə 6 saat işləyir, yəni tezdən gəlir və günorta gedir, digər müəllimə isə günorta gəlir və axşam saat 19:00-da gedir. O, izahatında yeyinti olmadığını, uşaqların nazirlik tərəfindən göndərildiyini, təsərrüfat mallarını daşıb töküldüyü üçün anbarda saxlaya bilmədiklərini, qırılan qab-qacaqları sübut etmək üçün dəhlizdə saxladığını qeyd etmişdir. Mühasibatlığa məlumatları ayın 20-nə qədər verilir, onlar həmin məlumatları yoxlayır, sonra onlar əmr kitabına işləyirlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 11.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Maddə 76. 1.İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 186.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 30.1. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir. Maddə 30.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir Maddə 33.3.5-1. Daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək təhsilverənlərin vəzifəsidir. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.03-04. Təhsil müəssisəsinin rəhbəri və təhsilverənlər (pedaqoji işçilər) – tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar məktəbəqədər təhsil prosesinin iştirakçılarıdırlar: Maddə 18. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri; 18.1.Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır: 18.1.1.təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq; 18.1.2.təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək; 18.1.3.şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 18.1.4.təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək; 18.1.5.mükafatlandırılmaq və təltif olunmaq. Maddə 18.2. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır: 18.2.1.məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 18.2.2. ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və sertifikatlaşdırmadan keçmək; 18.2.3. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etmək; 18.2.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək; 18.2.5. təhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək; 18.2.6.uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 18.2.7.uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq; 18.2.8.uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək; 18.2.9.təhsilalanları müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamaq; 18.2.10.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi” Maddə 3.9. Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən pedaqoji şura tərəfindən müəyyənləşdirilir. Maddə 3.16. Uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir. Maddə 5.6.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək təhsilverənin vəzifəsidir. Maddə 6.6.5. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti barədə təsisçiyə hesabat vermək məktəbəqədər təhsil müəssisəsi müdirinin vəzifəsidir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı ##.##.2024cü il tarixində Bakı şəhəri *** saylı körpələr evi-uşaq bağçasına bağça müdiri vəzifəsinə işə qəbul olunmuşdur. İşə götürən tərəfindən Bakı şəhəri *** saylı körpələr evi-uşaq bağçasında ##.##.2025-ci il tarixdə aparılmış monitorinq zamanı müəyyən edilmişdir ki, faktiki olaraq həmin gün müəssisədə 138 nəfər uşaq iştirak etmiş, lakin ümumi gün ərzində xxxx MMC-yə 170 nəfər uşaq üçün yemək hazırlanması barədə məlumat təqdim edilmişdir. Faktiki mövcud olan 138 uşağın 111 nəfəri MTİS üzərindən qeydiyyatda olduğu halda, qalan 27 uşağın qeydiyyatsız formada müəssisəyə qəbul edilərək tərbiyə prosesində iştirak etmişdir. Qeydiyyatsız uşaqların adları monitorinq nəticəsində müvafiq qaydada tərtib edilmiş aktda öz əksini tapmışdır. Həmçinin monitorinq zamanı təhsil müəssisəsinin müəyyən yerlərində anti-sanitar vəziyyətin mövcud olduğu təsbit edilmişdir. Belə ki, müəssisənin mətbəx hissəsinin anbar tərəfdən olan dəhlizində bir sıra əşyalar - təmizləyici vasitələr, süpürgələr və digərləri açıq vəziyyətdə saxlanılmış, məktəbəqədər müəssisəyə aid malmaterial dəyərləri dəhlizdə səliqəsiz formada yığılmışdır ki, bu da sanitar-gigiyenik qaydalara ziddir. Həmçinin monitorinq zamanı müəssisənin davamiyyət jurnalları araşdırılmış və bir sıra ciddi uyğunsuzluqlar aşkarlanmışdır. Belə ki, bir neçə işçi (anbardar və təsərrüfat müdirinin) tərəfindən davamiyyət cədvəlində imzalar atılmamışdır. Lakin müəssisə rəhbəri olan iddiaçı tərəfindən bu barədə heç bir intizam tədbiri görülməmiş, akt tərtib olunmamış, işçilərlə bağlı inzibati və ya intizamla bağlı yazılı reaksiya verilməmişdir. Qeyd olunan işçilərin Agentlik tərəfindən izahatları alınmış, onlar bildirmişlər ki, müxtəlif səbəblərdən işdə olmalarına baxmayaraq davamiyyət jurnalına imza çəkməmişlər. Kollegiya qeyd edir ki, tərəflər arasında mövcud olmuş müddətsiz əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsinin əsası olaraq qeyd edilən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əlaqədar aşağıdakılara diqqət yetirilməlidir. Qeyd olunan norma onun məzmunundan da aydın olduğu kimi iki müstəqil tərkib hissəyə malik olduğundan bunların hər biri bir-biri ilə vəhdətdə təhlil edilməlidir. Belə ki, hazırki iş üzrə işçi barəsində adıçəkilən normanın tətbiqi üçün: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli; 2) bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması kimi faktlar mövcud olmalıdır. Kollegiya hər iki hissəyə iş üzrə tədqiq olunan sübutlara uyğun nəzər yetirərək, qeyd edir ki, işəgötürən tərəfindən ## #### 2025-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi *** nömrəli körpələr evi uşaq bağçasında sanitar-gigiyenik vəziyyətin, MTİS-dən kənar uşaqların olub-olmamasının, uşaq sayına görə yemək sifarişinin və ümumi davamiyyətin yoxlanılması məqsədi ilə keçirdiyi monitorinq nəticəsində aşağıda qeyd olunanlar müyyən olunmuşdur: MTM-də olan qidanın vizual vəziyyətinə baxış keçirildi, qidanın vəziyyəti (vizual) qənaətbəxş idi, istifadə müddəti bitmiş qida məhsulu yox idi. Lakin uşaqlara verilən yeməklərin porsiyalarında ciddi uyğunsuzluqlar olmuşdur. Mətbəxin anbar tərəfdən dəhlizində antisanitar vəziyyət mövcud idi (süpürgə, pol taxtası, təmizləyici vəsitələri açıq şəkildə divar kənarına yığımışdır.) Gün ərzində 170 (yüz yetmiş) nəfər uşaq üçün yemək hazırlandığı bildirilsə də faktiki olaraq müəssisədə 138 nəfər uşaq vardır və bunlardan 27 uşaq MTİS-dən kənar idi. Monitoring zamanı bağçada MTİS-də qeydiyyatda olan uşaqlardan 111( yüz on bir) nəfəri iştirak edirdi. Sistemdən kənar uşaqlar 1-2 yaş qrupları üzrə 6 uşaq (Emilya, Muhəmməd, Əli, Zabit, Səma, Berat); 2-3 yaş kiçik qruplarda 5 uşaq (Məryəm, Melisa, Dilək, Qədir, Banu); 3-4 yaş orta qruplarda 7 uşaq (Məmməd, Murad, Leyla, Aydan, Hüseyn, Songül, İlknur); 4-5 yaşlı böyük qruplarda 5 uşaq (Dəniz, Ədalət, Eytam, Uğur, Aysu); 5- 6 yaşlı məktəbə hazırlıq qruplarında 4 uşaq (Camal, Kamil, Yusif, Hüseyn) var idi. Davamiyyət jurnallarına baxış keçirilərkən bir neçə halda əməkdaşlar tərəfindən imzalanmadığı aşkarlanmışdır. 2 nəfər pedaqoji işçilərindən Quliyeva Leyla (##.##.2025-ci il tarixindən) və Əliyeva Könül (##.##.2025-ci il tarixindən) məzuniyyətdə olmadıqları halda qeyd olunan tarixlərdən işə gəlmədiyi məlum olmuşdur. Əmr kitabına baxış keçirilərkən məlum olmuşdur ki, iyul ayı üzrə əmrlər kitaba işlənməmişdir. Qrup jurnallarında məlumatları (uşaqlar haqqında məlumatlar, buraxılmış məşğələlərin sayı, həftəlik qrup saatlarının uçotu və s.) işlənməmişdir. Qeydlər əvvəlki illərdən qalmış BŞİU-nə aid jurnallara yazılmışdır. Müəssisənin dəhlizində müəssisəyə aid mal-material dəyərləri səliqəsiz formada toplanmışdır ki, bu da sanitar-gigiyenik normalara ziddir. Həmin mal-material dəyərlərinin dəhlizdən götürülməsinə dair təsərrüfat müdiri Ofelya Əzimzadəyə tövsiyə verilmişdir. Qeyd edək ki, eyni vəziyyət (səliqəsizlik) anbarda (təsərrüfat anbarı) da müşahidə olunmuşdur. ## #### 2025-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi *** nömrəli körpələr evi uşaq bağçasında aparılmış monitorinq nəticəsi olaraq MÜTDA MTTŞ baş məsləhətçisi X14, aparıcı məsləhətçisi X3, məsləhətçisi X7, BŞTİ MTTŞ aparıcı məsləhətçisi X4 və Sabunçu rayon *** nömrəli MTM müdiri İddiaçı iştirakı ilə akt tərtib olunaraq imzalanmışdır. İddiaçı X5 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova ünvanladığı ##.##.2025-ci il tarixli izahatından, eləcə də, məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, o, rəhbərlik etdiyi bağçada monitorinq zamanı kənar uşaqların olması, uşaqların sayıdan artıq ərzaq məhsulları sifariş verilməsi, bağçada işçilərin işə davamiyyəti ilə bağlı sənədləşmə işlərinin düzgün aparılmaması, bağçada sanitar-gigiyenik qaydalara əməl edilməməsi faktlarının mövcud olmasını etiraf etsə də, bu faktların yaranma səbəblərini özünə uyğun vəziyyətdə izah edir. Belə ki, iddiaçının özünün də dediyi kimi Sabunçu rayon prokurorluğunda 2 aya yaxın davam edən araşdırma zamanı verdiyi izahatında bağçada monitorinq zamanı aşkar olunan kənar uşaqlara onun nəvəsi, bağçanın digər əməkdaşlarının uşaqlarının daxil olmasını bildirsə də, məhkəmə iclasında verdiyi izahatında həmin uşaqların cavabdehin tapşırığı ilə bağçaya tərəfindən qəbul edilmiş şəhid və müharibə iştirakçılarının uşaqları olmasını, sifariş verilən ərzaq məhsullarının yarısının bağçaya verildiyi üçün sifarişlərin artıq uşaq sayına uyğun miqdarda verməyə məcbur olduğunu, işçilər faktiki olaraq işə gəlsələr də, müəssisədə əmək müqavilələri ilə müəyyən olunmayan qaydada növbəli iş rejimi olduğundan manitorinq zamanı işdə olmadıqlarını, sənədləşmə aparılması məqsədi ilə yarasız məhsulların dəhlizə yığılmasını bildirmişdir. Kollegiyanın qənaətinə görə Sabunçu rayonu Bakıxanov qəsəbəsi *** nömrəli körpələr evi uşaq bağçasının maliyyə-təsərrüfat fəaliyyətinə birbaşa nəzarət etmək vəzifəsi olan iddiaçının əmək qanunvericiliyinin əsas prinsip və tələblərini pozması aparılmış yoxlama nəticəsində aşkar olunduğundan işgötürən tərəfindən onunla bağlanan əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən tam qanuni və əsaslı qərar (əmr) qəbul edilmişdir. Belə ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair normanın tələblərinə müvafiq olaraq müvafiq tələbin əsaslı olması üçün ilk növbədə işəgötürən (indiki halda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi) işçinin öhdəliklərini icra etməməsi barədə faktların hansı hallardan irəli gəldiyini sübuta yetirməlidir. Aşkar olunmuş faktlara qarşı etirazında istinad etdiyi halları isə sübut etmək vəzifəsi iddiaçıya aiddir. Məhkəmə iclasında verdiyi izahatında isə iddiaçı aşkar olunmuş nöqsanların yaranmasına əsas kimi gətirdiyi dəlilləri ilə bağlı sübutlarının olmadığını bildirmişdir. Kollegiya iddiaçının barəsində aparılan araşdırma nəticəsində əməlində cinayət tərkibinin olmaması ilə bağlı qərar qəbul edilməsinə dair dəlili üzrə qeyd edir ki, hazırki işin mahiyyəti üzrə mübahisə tərəflər arasındakı əmək münasibətlərindən irəli gəldiyindən iddiaçının əməllərindəki pozuntuya da məhz əmək qanunvericiliyinə əsasən tərəflərin öz vəzifələrinə nə dərəcədə düzgün riayət edib-etməməsinin araşdırılmasından ibarətdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsi cavabdeh Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən iddiaçının rəhbərlik etdiyi uşaq bağçasında işəgötürənin aşkar etdiyi qanun pozuntuları uzun müddət həmin bağçada rəhbər vəzifədə işləyən iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin qanuni mənafeyinə ciddi xələl gətirməsinə kifayət qədər əsas verən hallar olduğundan işəgötürən tərəfindən iddiaçıya münasibətdə, intizam tənbehi olaraq, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsi barədə əmrin verilməsinə dair əsasları mövcud olmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan halların birinin mövcud olması isə işçi ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi

İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar