Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2087/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və “İnşaat Konstruksiyaları” MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması, hüquqlara müdaxilənin aradan qaldırılması, mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması, hüquqlara müdaxilənin aradan qaldırılması, mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 İmran oğlunun, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə1, Cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nin nümayəndəsi vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və “İnşaat Konstruksiyaları” MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması, hüquqlara müdaxilənin aradan qaldırılması, mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh “İnşaat Konstruksiyaları” MMC yə qarşı “sahiblik və istifadə hüquqlarının tanınması, hüquqlara müdaxilənin aradan qaldırılması, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının blok 2, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 121 kv.metr olan ** nömrəli izolə olunmuş 3 otaqlı mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması, həmin hüquqlara maneənin aradan qaldırılması, cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi həmçinin ödənilmiş dövlət rüsumuna görə 120 manat və hüquqi xidmət göstərilməsi ilə bağlı ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və “İnşaat Konstruksiyaları” MMC-yə qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının blok 2, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 121 kv.metr olan ** nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilə dair cavabdeh cavabdeh1 adına verilmiş ## ###### 2017-ci il tarixli müqavilənin, eyni mənzilin nömrəsi “108” göstərilməklə verilmiş ## ###### 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması, həmin hüquqlara maneənin aradan qaldırılması, cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə köçürülməsi, həmçinin ödənilmiş dövlət rüsumuna görə 120 manat və hüquqi xidmət göstərilməsi ilə bağlı ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub İddiaçı qızına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “İnşaat Konstruksiyaları” MMC ilə iddiaçı arasında bağlanmış ## ##### 2017-ci il tarixli müqaviləyə əsasən, MMC (direktor R.S.Əhmədov) Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının blok 2, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 121 kvm olan ** nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili iddiaçıya satmışdır. (pay kimi vermişdir) Həmin mənzilin dəyərini təşkil edən 72.600 (yetmiş iki min altı yüz) manat (1 kv.m-600 AZN) iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilmişdir. Bu həm müqavilədə, həm də cavabdeh tərəfindən verilmiş ## ##### 2017-ci il tarixli arayışda öz əksini tapmışdır. Yuxarıda qeyd edilən mənzili aldığı vaxtdan iddiaçı mütəmadi olaraq yaşayış binasının tikilməsini, aparılan işləri izləmiş, icraçı (cavabdeh) ilə əlaqələr saxlamışdır. Bina tikildikdən sonra mənzil iddiaçıya göstərildikdə, divarlara mobil nömrələrini də yazmışlar. Cavabdehin bir mənzili bir neçə ayrı-ayrı vətəndaşa satması, bununla bağlı cavabdeh və digər məsul şəxslər barəsində mülki və cinayət icraatı qaydasında işlərin olması haqqında məlumatı olduğu üçün iddiaçı da mənzilinin başqa şəxslərə satılacağından ehtiyat etmişdir. Son ilə qədər hazırki mənzillə bağlı iddiaçı hər hansı çətinliklə qarşılaşmamışdır. Hətta cavabdehin razılığını alıb 2024-cü ilin iyun ayında mənzilə dəmir seyf qapı qoydurmuşdur. Hər dəfə cavabdehdən artıq təhvil-təslim işlərini aparmağı tələb etdikdə bir az gözləmələrini, mənzildə və binada bir sıra işlərin cavabdeh tərəfindən görülüb qurtarmasından sonra mənzili təhvil verəcəklərini bildirirmişlər. İddiaçı da cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü digər tikinti-təmir işlərinin aparılmasını gözləmişdir ki, mənzil ona təhvil verilsin və ailəsi ilə birlikdə mənzilə köçsün. Lakin bir neçə vaxt (təxminən 2-3 ay) bundan öncə iddiaçıya məlum olmuşdur ki, onun mənzilinə başqa qapı qoyulub. Qapını döydükdə bir nəfər qapını açmışdır. Həmin şəxs usta idi və mənzildə təmir işləri görürdü. Ondan gördüyü işlərin kim tərəfindən tapşırıldığını soruşduqda bilmədiyini demişdir. Sonradan iddiaçı öyrənmişdir ki, guya mənzili Qabil adlı şəxs almışdır. Çox çətinlikə həmin şəxsin mobil nömrəsini tapıb ailə üzvləri vasitəsilə onunla əlaqə saxladıqda həmin şəxs bildirmişdir ki, guya mənzili 1 il əvvəl alıb. Sənədləri göstərməsini istədikdə isə onları get-gələ salmışlar. Qabil adlı şəxs isə onlara məsələni cavabdeh MMC ilə həll etmələrini deyib onunla bir daha əlaqə saxlamamalarını bildirmişdir. Cavabdehin mənzili başqasına satması mümkün deyil. Çünki iddiaçı həmin mənzili ilk alan şəxsdir. Hələ binanın özülü atılmamışdan o, qeyd edilən məzilə dair cavabdehlə müqavilə bağlamışdır. Həmçinin sonradan ona bildirmişlər ki, guya mənzilin satıldığı adam bir qadındır. Ancaq yenə də ona heç bir sənəd təqdim edilmədiyi üçün iddiaçı mənzilinin satıldığına inanmır. Bununla bağlı o, Yasamal rayon Polis idarəsinə şikayətlə müraciət etmişdir. Şikayəti üzrə toplanmış material Yasamal RPİ-nin 28-ci PŞ tərəfindən xxxx Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verilməsi məsələsinə baxılması üçün Yasamal rayon prokurorluğuna, oradan isə xxxx Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Tural Yaqubovun icraatında olan cinayət işinə əlavə olunması məsələsinə baxılmasından ötrü Bakı şəhər prokuroruna göndərilmişdir. Bundan sonra həmin şikayət ilə bağlı iddiaçıya başqa heç bir məlumat verilməmiş, özləri əlaqə saxlayıb aidiyyəti şəxslərdən məlumat almağa çalışsalar da bu mümkün olmamışdır. İddiaçı və ailə üzvləri binanın iş icraçısı Filman müəllimlə (*** *** ** ** mobil nömrə ilə) və Rauf Əliyevlə mənzilin təhvil verilməsi ilə əlaqədar mütəmadi əlaqə saxlamışlar. Onlar mənzildə baş verənlərdən xəbəri olmadıqlarını bildirmişlər. Hansı ki, iş icraçısı binada olan hər şeydən xəbərdardır və onun icazəsi olmadan iddiaçı öz mənzilinə belə daxil ola bilmirdi. Hətta bu hadisələrdən təxminən bir ay öncə bir divan aparıb mənzillərinə qoymaq istədikdə, onlara icazə verməmişlər, həmin divan hələ də binanın həyətindədir. İddiaçı uzun illər mənzilin lazımı şəkildə təhvil verilmədiyini görüb dəfələrlə xahiş etmişdir ki, mənzili təhvil versinlər özləri təmir etdirib köçsünlər. Çünki həmin mənzilə çox böyük ehtiyacları var. Mənzili alarkən iddiaçı düşünmüşdür ki, bir oğlu ailəsi ilə həmin mənzildə yaşayar. Lakin əllərində olan illərdir topladıqları pul vəsaitini cavabdehə verdiklərindən başqa ev almaq imkanları olmadığından onlar darısqal mənzildə yaşamaq məcburiyyətində qalmışlar. Bu isə iddiaçı və ailəsi üçün narahatlıq yaradır. Cavabdeh tərəfindən mənzilinin uzun illərdə ona təhvil verilməməsi səbəbindən iddiaçının və ailə üzvlərinin yaşamaq hüquqları pozulmuş, illərdir nigarançılıq və gözlənti ilə yaşayırlar. Cavabdehlər barəsində Bakı Ağır Cinayətlər məhkəməsində inşa etdikləri bir çox mənzillərlə bağlı cinayət işinin olması onları qorxudur. Bununla bağlı məsuləlaqələndirici şəxlərlə dəfələrlə əlaqə saxlanılsa da, onlar hər dəfə müxtəlif bəhanələrlə vaxt qazanmağa, iddiaçını və ailə üzvlərini sakitləşdirməyə çalışırlar. Hesab edirlər ki, cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkətlərinə məhkəmə qaydasında son qoyulmalıdır. Artıq iddiaçının 73 yaşı var, hələ də cavabdehdən dəyərini ödəyib aldığı mənzilə sahib ola bilmir. Qeyd edilənlərə görə artıq iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, hazırda cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə müqavilə ünvanlayaraq, guya mübahisəli mənzilin cavabdeh cavabdeh1 məxsus olduğunu bildirmişdir. Tərəflərindən vəsatət verilərək, cavabdeh1 iş üzrə cavabdeh kimi cəlb edilməsi xahiş olunmuşdur. Cavabdeh cavabdeh1 adına verilmiş ##.##.2007-ci il tarixli müqavilə saxtadır, buna görə də etibarsız hesab edilməlidir. Belə ki, müqavilə sonradan arxa tarixlə yazılmış, müqavilə üzrə “maliyyə arayışı” verilməmişdir. Həmin müqavilənin surəti iddiaçının şikayəti üzrə polis idarəsində material toplanılarkən, iddiaçının tərkidi və tələbi ilə 2-3 aydan sonra təqdim edilsə, də “maliyyə arayışı” və müqavilənin əsli təqdim edilməmişdir. Cavabdehlər başqa bir müqavilə üzərində, ya da hansısa vasitə ilə sonradan arxa tarixlə, guya iddiaçı ilə bağlanan müqavilə tarixindən əvvəlki tarixi göstərməklə saxtakarlıq etmişlər. Bunun da nəticəsində iddiaçı həqiqi şəkildə aldığı mənzilə olan hüquqlarından süni şəkildə məhrum edilmişdir. Həmçinin, cavabdeh1 sonradan yenə eyni mənzilə eyni tarixlə 2019-cu ildən sonra bağlanan müqavilə formasına uyğun müqavilə şəklində “müqavilə” və “maliyyə arayışı” verilmiş, həmin müqavilədə mənzilin nömrəsi 2018-ci ildə tikilməsinə icazə alınmış 16 mərtəbəli binanın sonradan qeyri-qanuni 18 mərtəbəyə dəyişdirilməsi nəticəsində artırılmış mənzillərə görə sıralanmış mənzil nömrəsi verilmişdir. Cavabdeh MMC-nin məsul şəxsləri barədə bu cür saxtakarlıqlara yol verməsi ilə bağlı Bakı Ağır Cinayət Məhkəməsində hal-hazırda da cinayət işi vardır. Göstərilənlərə əsasən, hesab edirlər ki, faktlar kifayət qədər əsas verir ki, mübahisə predmeti olan mənzilə dair cavabdeh1 adına verilmiş müqavilələr etibarsız hesab edilməklə cavabdehlər tərəfindən iddiaçının qanuni şəkildə dəyərini ödəməklə aldığı mənzilə dair sahiblik və istifadə hüquqları tanınmalı, həmin hüquqların həyata keçirilməsinə edilən maneələr aradan qaldırılmalı, mənzil iddiaçıya təhvil verilməli, iddiaçı həmin mənzilə köçürülməlidir.
5. Cavabdeh cavabdeh1 iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh “İnşaat Konstrusiyaları” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunmuş yaşayış binasının blok 2, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121 kvm olan ** nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilə dair İddiaçı Məhəmməd qızının sahiblik və istifadə hüququnun tanınması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ## ##### 2017-ci il tarixdə cavabdeh MMC-nin direktoru R.S.Əhmədovla müqavilə bağlamış və mənzilin dəyəri olan 72 000 manatı (1 kv.m- nin qiyməti 600 AZN olmaqla) ödəyərək mübahisəli mənzili almışdır. Cavabdehlər barəsində cinayət xarakterli işlərin olmasını və mənzili başqa şəxslərə satacaqlarını nəzərə alaraq, 2024-cü ilin iyun ayında cavabdehlərin razılığı ilə həmin mənzilə dəmir seyf qapı da qoymuşdur. 2-3 ay əvvəl ona məlum olmuşdur ki, mənzil başqa şəxsə satılmışdır. Bundan sonra, o, Yasamal RPİ-nin 28-ci PB-nə şikayətlə müraciət etmişdir. İddiaçı məhkəmə baxışı davam etdiyi zaman cavabdeh1 cavabdeh qismində cəlb edilməsi barəsində vəsatət və iddia tələbinin həcminin artırılması barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının müraciətini nəzərə alaraq, cavabdeh1 cavabdeh qismində cəlb etmişdir. İddia həcminin artırılması barəsindəki ərizənin məzmunu iddia ərizəsinin məzmunu ilə eynidir. İddiada göstərilir ki, mübahisəli mənzilin ilk alıcısı odur. Lakin, iddiada mənzilin ona verilməsinin əsasları göstərilməmiş və mənzilin ona məxsus olmasını sübut edən əsaslı sübutları təqdim etməmişdir. İddiaçı İddiaçı Məhəmməd qızının cavabdehlərə qarşı verdiyi iddia ərizəsi aşağıda göstərilənlərə görə təmin edilməməlidir. Belə ki, iddia ərizəsində iddia tələbinin əsaslandırılmaması, iddianın təmin edilməsi üçün yetərli sübutların təqdim edilməməsi və eləcə də işdə olan və məhkəmə vasitəsi ilə əldə edilmiş rəsmi sənədlər iddiaçının iddiasının əsassız olduğunu tam olaraq sübuta yetirir. İş materialları ilə sübut olunur ki, iddiaçı qanunvericiliyin ona verdiyi prosessual hüquqlardan vicdanlı istifadə etməyərək, əsassız və qanunsuz olaraq öz xeyrinə qətnamə çıxarılmasına nail olmağa çalışır. İş materialları ilə müəyyən olunaraq sübuta yetirilir ki, iddiaçı qeyd edilən mənzili iddiasında göstərdiyi kimi vicdanlı olaraq əldə etməmişdir. Aşağıda qeyd edilən rəsmi sənədlər və sübutlar iddiaçının birinci cavabdehdən mənzil almaq niyyətinin olmadığını birmənalı olaraq sübut edir. Belə ki, iddiaçı İddiaçı müxtəlif dövtət orqanlarının ünvanlarına 2024-cü ilin avqustunda yazdığı ərizə və müraciətlərində göstərilir ki, birinci cavabdehlə 2009-cu ildən mübarizə aparır. Belə ki, 2009cu ildə özü və digər ailə üzvləri ilə birlikdə Rauf Əliyevin qohumu cavabdehlərdən, onların tikdiyi “xxxx” MTK-dan 4 mənzil almışlar. Lakin, cavabdeh mənzilləri vaxtında təhvil vermədiyi üçün 2014-cü ildə məhkəməyə müraciət edərək cavabdehlə bağladıqları müqavilələrin etibarsız hesab edilməsi və müqavilədə göstərilən vəsaitin onlara qaytarılmasını tələb etmələri barəsində iddia ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçı İddiaçı və digər ailə üzvlərinin iddiaları Yasamal rayon məhkəməsinin ## ##### 2014-cü il tarixli, (İş № *(004)-431/14) qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamənin 2-ci səhifəsində iddiaçıların izahatına uyğun olaraq, göstərilir ki, İddiaçı və onun ailə üzvləri tərəfindən cavabdeh “xxxx” MTK-dan müqavilə ilə aldıqları mənzillərin dəyərinin ödənilməsi barəsində MTK-dan rəsmi ödəniş arayışları olmamışdır. Yəni mənzillərin onlara satılması barəsində müqavilələri olmasına baxmayaraq, mənzillərin dəyərinin ödənilməsi barəsində sübutları olmamışdır. (praktikada və yaranmış adətə görə mənzil alan şəxsə ödədiyi vəsaitin verilməməsi mümkün deyildir. Çünki müqavilə və ödəniş arayışı eyni vaxtda tərtib edilir). Həmin qətnamədən görünür ki, İddiaçı, Bayramov İmran Əmirxan oğlu və Bayramov Azər İmran oğlu ilə MTK-dan mənzillərin alınması ilə əlaqədar bağlanmış 4 ədəd müqavilələr ləğv edilmiş, həmin müqavilələr əsasında, ümumilikdə, 271.085 manat “xxxx” MTK-dan alınaraq iddiaçılara ödənilməsi qət edilmişdir. Qeyd edilən sübutla məlum olur ki, iddiaçı və ailə üzvlərinin cavabdehlərlə arasında ciddi mübahisələr olmuşdur. İddiaçılar 4 ildən sonra iddia ilə məhkəməyə müraciət edərək onların aldıqları mənzilin onlara verilməsi barəsində deyil, müqavilədə göstərilmiş pul vəsaitinin onlara ödənilməsi barəsində iddia qaldırmışdırlar. Cavabdeh “xxxx” MTK məhkəmədə iştirak etməmiş və qətnamədən də şikayət verilməmişdir. İddiaçının özünün də təsdiq etdiyi kimi, “xxxx” MTK və “İnşaat Konstrusiyaları” MMC eyni şəxslərə məxsus olmuşdur. Məhz buna görə iddialarında, müxtəlif orqanlara yazdıqları ərizə və şikayətlərində bu səbəbə görə 9 ildir ki, onlarla mübarizə apardıqlarını dəfələrlə göstərərək təsdiq edir. İddia ərizəsinin məzmunundan və eləcə də, məhkəməyə təqdim edilmiş yazılı sübutlarla müəyyən edilir ki, iddiaçı qeyri səmimidir. Belə ki, iddiaçı 2014-cü ildə məhkəmə qətnaməsi ilə cavabdehlərə məxsus olan “xxxx“ MTK-dan 271.085 manat vəsaitin alınaraq ona və digər ailə üzvlərinə ödənilməsi barəsində bir kəlmə də yazmamışdır və həmin məbləğin onlara ödənilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bunun da ciddi səbəbləri var ki, cavabdeh gizlətməyə çalışır. İddiaçı cavabdehlərə aid olan “xxxx” MTK-dan guya 2009-cu ildə ödədiyi vəsaitin qaytarılması barəsində müqavilə bağlandıqdan 4 il sonra məhkəməyə müraciət edir və xeyrinə qətnamə çıxarılır. Sual olunur ki, hansı səbəbə görə iddiaçı 3 il sonra 2017-ci ildə, iddiaçının sözlərinə inansaq, iddiaçının etibar etmədiyi və 9 il mübarizə apardığı cavabdehlərə məxsus “İnşaat Konstruksiyaları” MMC-yə yenidən müraciət edir və yenidən ailə üzvlərinin adına mənzillər alırlar. Göründüyü kimi, iddiaçı iddiasında səmimi deyildir və işin həqiqi hallarını qəsdən gizlədir. Maraqlı hal ondan ibarətdir ki, iddiaçı cavabdehlərdən 2009-cu ildə aldıqları mənzilə görə 4 il sonra məhkəməyə müraciət edir. Həmin iddialarında mənzillərin onlara verilməsini deyil, 4 müqavilədə göstərilən məbləğin onlara qaytarmasını tələb edirlər. 2009-cu ildə adlarına mənzil almaları barəsində müqavilələr olmasına baxmayaraq, həmin mənzillərin dəyərinin ödənilməsi barəsində maliyyə arayışları olmamışdır. Bununla da sübut olunur ki, 2009-cu ildə də iddiaçılarla cavabdeh MTK arasında bağlanmış müqavilələr onların arasında olan borc müqaviləsinin ört-basdır edilməsi niyyəti ilə bağlanmışdır. İddiaçı İddiaçı iddiasının məzmunu və müxtəlif orqanlara etdiyi çoxsaylı şikayətlərinin məzmunundan belə nəticə çıxarmaq olar ki, onlar uzun müddət gözləmədən məhkəməyə müraciət etməli idilər. Lakin, iddiaçının göstərdiyi kimi cavabdehlərdən 2017-ci ildə aldıqları mənzillərə görə isə alındığı vaxtdan 7 il keçməsinə baxmayaraq, məhkəməyə müraciət etmirlər. Baxmayaraq ki, iddiaçılar cavabdeh təşkilata etibarlarının olmadığını, onlarla üzun illərdir ki, mübarizə apardığını dəfələrlə təsdiq edirlər. Qeyd edilənlərlə sübut olunur ki, iddiaçı səmimi deyildir və mübahisələndirdiyi mənzil və müqavilə ilə bağlı məhkəməyə doğru olmayan məlumat verir. İddiaçının iddia tələbinin əsassız olması işdə olan digər rəsmi sənədlərlə də tam təsdiq edilir. Belə ki, iddiaçı iddiasında göstərir ki, 2024-cü ilin iyun ayında mübahisəli mənzilə başqa şəxslərin daxil olmaması və cavabdehin mənzili başqa şəxslərə satmaması üçün mənzilə dəmir seyf qapı qoymuşdur. Lakin, Yasamal RPİ-nin 28-ci PB-nə etdiyi ##.##.2024cü il tarixli şikayət ərizəsində isə mənzilə 2024-cü ilin may ayında başqa şəxs tərəfindən giriş qapısının qoyulduğunu və təmir işlərinin aparıldığını göstərir. İddiaçı Yasamal RPİ nin 28-ci PB-nə etdiyi şikayəti əsasında bir çox şəxslərin o cümlədən, “İnşaat Konstruksiyaları“ MMC-nin direktoru Nəcəfov Zahir Vahid oğlunun izahatı alınmışdır. Zahir Nəcəfov ##.##.2024-cü il tarixdəki izahatında göstərmişdir ki, MMCnin təsisçisi olan X1 2015-ci ildə Bayramov İmran Əmirxan oğlundan (İddiaçı həyat yoldaşı) faiz şəklində 3 il müddətinə ödəmə şərti ilə 150 000 manat borc pul almışdır və girov kimi ödənilməməsi ehtimalına qarşı Bayramov İmran Əmirxan oğluna, İddiaçı Məhəmməd qızına və nümayəndə2 İmran oğluna başqalarına satılmış ümumilikdə 3 mənzil yazılmışdır. Lakin, cavabdeh1 mübahisəli mənzilin dəyərini ödəyərək mənzili almış və mənzilə qapı qoyaraq mənzili təmir etdirmişdir. Nəcəfov Zahirin izahatında göstərilir ki, Bayramovların faizlə verdikləri pul vəsaiti ödənilmişdir. Ona verilən suala cavab olaraq bildirmişdir ki, İddiaçı adına girov kimi yazılmış əslində faizlə olan borc pul vəsaiti şirkət tərəfindən qarşılanacaqdır. Qeyd edilənlərlə sübut olunur ki, iddiaçı və onun ailə üzvləri MMC-dən mənzil almaq niyyətində olmamışlar. MMC-nin təsisçisi Rauf Əliyevə faizlə borc pul vermişlər və pulun ödənilməməsi ehtimalına qarşı başqalarına satılmış mənzillər girov kimi iddiaçı və onun ailə üzvlərinin adına müqavilələr yazılmışdır. Yasamal RPİ-nin 28-ci PB-də toplanmış materialdan görünür ki, iddiaçının əri Bayramov Əmirxan və oğlu nümayəndə2 İmran oğlu da cavabdeh MMC-dən mənzil barəsində müqavilələr almışdırlar. Lakin həmin şəxslərin də mənzillərinə yazılmış müqavilələr borc müqaviləsini gizlətmək niyyəti ilə başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. İmran və nümayəndə2lar adlarına yazılmış müqaviləni mübahisləndirmirlər. Çünki, onların faizlə verdiklər pul vəsaiti ödənilmişdir. Zahir Nəcəfovun ifadəsi qeyd edilənləri təsdiq edir. Məhz bu səbəbə görə də məhkəməyə iddia ilə müraciət etməyiblər. Bununla da sübut olunur ki, faizlə borc verilmiş pul vəsaitinin bir qismi, çox güman ki, iddiaçının ailə üzvünə faizlə qaytarılmışdır. Lakin, bir qismi faizlə bilrlikdə iddiaçıya qaytarılmamışdır. Məhz girov kimi göstərilən mənzil barəsində məhkəmədə iddia qaldırılmışdır. Məhkəməyə təqdim edilmiş ##.##.2009-cu il tarixli, “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış müqavilədə göstərilir ki, 3 otaqlı mənzilin 1 kv.m sahəsinin qiyməti 600 AZN olmaqla, 125.5 kv.m sahəsi olan mənzil 75.300 manata İddiaçı satılıb. İddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləsində də eyni qaydada mənzilin 1 kv.m dəyəri 600 manat göstərilmişdir. Lakin, cavabdeh1lə bağlanmış müqavilədə isə 1 kv.m sahəsinin dəyəri 919 AZN göstərilmişdir ki, bu da həmin dövrün bazar qiymətinə uyğundur. Hamıya məlum olan faktdır ki, Bakı şəhərində yeni tikilən binalardakı mənzillərin 1 kv.m sahəsinin dəyəri daimi olaraq artımla müşahidə olunur. Belə olan halda, mənzilin İddiaçı aid 2009 və 2017-ci illərdə eyni qiymətlə göstərilməsi bir daha sübut edir ki, Bayramovlar cavabdehdən mənzil almaq niyyətində olmamışlar. MMC-nin sahibinə faizlə borc verilmiş pul müqabilində onlara başqa əqdi pərdələmək məqsədi ilə guya mənzil almaları barəsində tərəflərin niyyətini əks etdirməyən mənzillərə dair müqavilələr yazılmışdır. Yuxarıda qeyd edildiyi kimi, adlarına yazılmış 3 mənzildən 2-nə görə hesablanmış vəsait Bayramovlara qaytarılmışdır. Bundan başqa, iddiaçının iddiasında göstərdiyi “guya mənzilə daim baş çəkdikləri, mənzilə dəmir seyf qapı qoyduqları” tamamilə yalandır. İddiaçı borc pul verdiyinə görə mənzillə ümumilikdə maraqlanmamışdır. Əgər iddiaçı iddiasında göstərdiyi kimi mənzil almış olsaydı və mənzillə maraqlanmış olsaydı aşağıda göstərilənlərdən xəbəri olardı. Belə ki, “İnşaat Konstruksiyaları” MMC-nin verdiyi ##.##.2025-ci il tarixli arayışda göstərilir ki, onların tikdiyi evdəki mübahisə edilən mənzil cavabdeh1 məxsusdur. Həmin yaşayış binasında sonradan 2 mərtəbə əlavə inşa edildiyi üçün ** saylı mənzilin nömrəsi dəyişdirilərək *** saylı olmuşdur. İddiaçının qeyd edilənlərdən məlumatı yoxdur. Əgər həqiqətən də mənzil almış olsaydı bu barədə də məlumatı olardı. İddiaçı iddiasında göstərir ki, guya mənzilin onlara verilməsi və onların təmir işləri aparmasına cavabdeh MMC imkan yaratmamışdır, guya mənzilə dəmir seyf qapı qoymuşdurlar. İddiaçının göstərdiyi bu hal da həqiqətəuyğun deyildir. Belə ki, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 119,7 kv.m olan *** saylı mənzilin təmirə buraxılması barəsində ## ### 2023-cü ildə MMC tərəfindən icazə verilmişdir. “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli təmir arayışı bunu sübut edir. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi hallar tam təkzib edilir.
Birinci instansiya məhkəməsində icraat:
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim S.Əliyeva) iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 121 (119.7) kv.metr olan ** nömrəli izolə olunmuş mənzilə dair cavabdeh cavabdeh1 ilə "İnşaat Konstruksiyaları" MMC arasında bağlanmış ## ###### 2017-ci il tarixli müqavilə, eyni mənzilin nömrəsi “108” göstərilməklə bağlanmış ## ###### 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok , 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 121 (119.7) kv.metr olan 98 (faktiki *** nömrəli) nömrəli mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması, həmin hüquqlara maneə aradan qaldırılması, cavabdehlər tərəfindən mənzilin iddiaçı İddiaçı təhvil verilməsi və iddiaçı İddiaçı qızının həmin mənzilə köçürülməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdeh “İnşaat Konstruksiyaları” MMC-dən tutulub iddiaçı İddiaçı qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nin vəkil və nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən müqavilənin bağlanılması zamanı iddiaçının niyyəti real alqı-satqı münasibətlərinə daxil olmaq, mənzil almaq olmamışdır. Belə ki, iddiaçının əri tərəfindən MMC-nin sahiblərinə 2007-2009-cu illərdə faizlə ödənilmək şərtilə pul vəsaiti verilmiş və həmin pul vəsaitinin təminatı olaraq iddiaçının ailə üzvlərinə “xxxx” MTK tərəfindən 4 müqavilə verilmişdir. Daha sonra iddiaçı tərəfin iddiası üzrə məhkəmə qətnaməsi ilə mənzillərin dəyəri “xxxx” MTK-dan tutulmuşdur. Məhkəmə qətnaməsi üzrə ödənilməli olan pul vəsaitinin təminatı olaraq iddiaçı tərəfin təkidi ilə hazırkı mənzilə dair müqavilə təminat olaraq verilmişdir. Məhkəmə qeyd etmişdir ki, belə olan halda cavabdeh MMC tərəfindən məhkəməyə ilk növbədə iddiaçı ilə aralarında borc münasibətlərinin olduğu, hazırki müqavilənin məhz həmin borc müqaviləsi üzrə öhdəliyin təminatı olaraq bağlanıldığı, iddiaçının müqavilə bağlanılan zaman iradəsinin real alqı-satqı münasibətlərinə daxil olmağa, mənzil sahibi olmağa deyil, cavabdeh MMC tərəfindən ödənilməli olan pul vəsaitinin ödənilməsinin təmin etməyə yönəldiyi sübuta yetirilməlidir. Lakin cavabdeh MMC tərəfindən məhkəməyə iddiaçı ilə MMC (rəhbər vəzifəli şəxsləri) arasında borc münasibətlərinin olduğu, hazırki müqavilənin həmin borc öhdəliyinin ödənilməsinin təminatı olaraq bağlanıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh MMC-nin məhkəməyə bildirdiklərinin faktiki əsası olaraq istinad etdiyi dəlillər isə iddiaçı və onun ailə üzvləri ilə “xxxx” MTK arasında bağlanılmış müqavilələr, həmçinin həmin müqavilələr üzrə MTK tərəfindən iddiaçı və onun ailə üzvlərinə verilmiş maliyyə arayışının olmaması olmuşdur. Cavabdeh MMC-nin vəkil-nümayəndəsinin məhkəməyə bildirdiklərinə əsasən müəyyən edilir ki, MMC ilə iddiaçı arasında borc münasibətləri olmamışdır. Belə ki, cavabdeh MMCnin vəkil-nümayəndəsi iddiaçı ilə MMC arasında deyil, “xxxx” MTK (təsisçisi) arasında borc münasibətlərinin olduğunu bildirmişdir. Nəzərə alınmalıdır ki, hazırki mülki iş üzrə iddiaçı ilə MMC arasında müqavilə bağlanılmış və tələb MMC-yə qarşı irəli sürülmüşdür. İddiaçı tərəfin cavabdeh MMC ilə arasında müqavilə münasibətlərinin olmasını təsdiq edən müqaviləsi və edilmiş ödənişi təsdiq edən maliyyə arayışı olması nəzərə alınaraq iddiaçı ilə bağlanılmış müqavilənin borc öhdəliyinin icrasının təminatı olaraq bağlanıldığını sübut etmək yükü cavabdehin üzərinə düşsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də qeyd edilən hal müəyyən edilməmişdir. Yəni iddiaçı və onun ailə üzvləri ilə “xxxx” MTK arasında bağlanılmış müqavilələrin hər hansı öhdəliyin icrasının təminatı üçün bağlanması, müqavilələrin etibarsız olması sübuta yetirilməmişdir. Əksinə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qeyd edilən hal inkar edilir. Cavabdeh MMC-nin vəkil-nümayəndəsinin bildirdikləri həqiqəti əks etdirir, yəni iddiaçı ilə MTK arasında 2009-cu il tarixində bağlanılmış müqavilə borc öhdəliyinin təminatı olaraq bağlanmışdır. Belə olan halda ağlabatan deyildir ki, iddiaçı tərəf 2009-cu ildən ala bilmədiyi pul vəsaitinin təminatı olaraq 2017-ci il tarixində yenidən eyni şərtlər ilə müqavilə bağlasın. Daha ağlabatan olar ki, həmin pul vəsaitinin əvəzi qismində mənzil təklifi ilərazılaşıb, mənzil əldə etmək niyyəti ilə müqavilə bağlasın. Qeyd edilən hal isə müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Müqavilə qətnamə üzrə ödənilməli olan pul vəsaitinin əvəzləşdirilməsi nəticəsində bağlanılmışdır, belə olan halda ödənilməyən və icrası təmin edilməyən pul vəsaitinin əvəzi qismində iddiaçı tərəfin pul tələbini mənzil ilə əvəzləşdirilməsi ağlabatandır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
9. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı iddiasının rədd edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh “İnşaat Konstruksiyaları” MMC ilə ##.##.2017-ci il tarixli aralarında bağlanmış müqaviləni əsas gətirərək iddia ilə məhkəməyə müraciət etmişdir ki, cavabdeh tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 121 kv.m olan 3 otaqlı, ** saylı mənzili pay kimi almışdır və həmin mənzilin dəyəri kimi 72.600 manatı cavabdehə ödəmişdir və ödəniş barəsində müvafiq arayış almışdır. İddiaçının iddiasında göstərilir ki, cavabdeh MMC-dən mənzili aldıqdan sonra, daima mənzilin şirkət tərəfindən başqasına satılacağından ehtiyat etmişdir. Yəni cavabdeh, mənzili ona satan MMC-yə ilk gündən etibarı olmamışdır. Cavabdeh iddiasında etiraf edir ki, cavabdeh etibarsız tərəfdir. Belə olan halda əvvəllər etibarsız tərəf kimi tanıdığı cavabdehdən nəyə görə mənzil aldığının səbəbini izah edə bilməmişdir. İddiaçının cavabdehi etibarsız tərəf kimi əvvəlcədən tanımasının iş materiallarında ciddi səbəblərinin olmasını təsdiq edən sübutlar vardır. İddiaçının bu xarakterli mövqeyi, yəni cavabdehə inamsızlığı, iddia ərizəsindən başqa digər iş materiallarında olan iş üzrə mühüm əhəmiyyətə malik olan yazılı sübutlarda da öz əksini tapır ki, məhkəmə həmin sübutlara və işin hallarına doğru qiymət verməmişdir. Qeyd edilənlər aşağıdakı sübutlara istinad edilməklə ətraflı göstəriləcəkdir. İddiaçı ilkin iddiasında cavabdeh kimi “İnşaat Konstruksiyaları” MMC-ni qoymuşdur. Baxmayaraq ki, mənzil faktiki olaraq həmin vaxt cavabdeh1 sahibliyində olmuşdur və sonuncu tərəfindən mənzildə təmir işləri sona yaxınlaşmışdır və bu hal ona əvvəlcədən məlum olmuşdur. İddiaçı sonradan iddiaya əlavə edərək cavabdeh1 da cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. İddia tələbi eyni qalmışdır. Cavabdeh cavabdeh1 ilə “İnşaat Konstruksiyaları” MMC arasında ##.##.2017-ci il tarixdə ünvan 1 ünvanda inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 2- ci blok, 6-cı mərtəbədə yerləşən ümumi sahəsi 119,7 kv.m olan 3 otaqlı, ** saylı mənzilin ona satılması barəsində müqavilə bağlanmışdır. Mənzilin dəyəri 110.000 manat müəyyən edilmişdir və həmin məbləğ MMC-yə ödənilmişdir. Sonradan, cavabdeh1 ilə MMC arasında eyni mənzilə dair, lakin mənzilin *** saylı olması ilə bağlı yeni müqavilə tərtib edilmiş və maliyyə arayışı verilmişdir. Eyni mənzil barəsində ikinci müqavilənin bağlanmasının təşəbbüskarı “İnşaat Konstruksiyaları” MMC olmuşdur. Səbəbi isə binanın əlavə iki mərtəbə artıq tikiləcəyi olmuşdur ki, bu da mənzillərin nömrələrinin dəyişməsinə səbəb olmuşdur. İş materialları ilə də müəyyən edilir ki, cavabdeh cavabdeh1 qeyd edilən mənzilin təmiri üçün 2023-cü ildə MMC-dən rəsmi icazə almış və külli miqdarda (60.000 manatdan artıq) vəsait xərcləyərək, mənzili tam təmir etmiş, mənzil zəruri mebellərlə təmin edilmişdir və artıq bir ildən çoxdur ki, mənzildə yaşayır. Qətnamədə Bakı şəhəri Yasamal rayon məhkəməsinin ##.##.2024-cü il tarixli, e-**(***)-***/**** saylı qərardadına istinad edilir. Lakin, qətnamədə qərardadın tarixi səhvən ##.##.2024-cü il kimi deyil, ##.##.2024-cü il kimi göstərilmişdir. Həmin qərardadda göstərilir ki, İddiaçı müvəqqəti təminat tədbiri kimi məhkəməyə müraciət etmişdir. Lakin, ##.##.2024-cü il tarixdə Yasamal rayon məhkəməsi ərizənin təmin edilməməsi barəsində qərardad qəbul etmişdir. Həmin qərardaddan şikayət verilmiş və məhkəmə ##.##.2024-cü il tarixdə şikayəti təmin edərək, ərizəni qismət təmin etmiş və A.M.Şərifzadə küçəsi 33 ünvanda inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının blok 2, 6-cı mərtəbəsində yerləşən ** saylı mənzildə söküntü-tikinti, quraşdırma, təmir işlərinin aparılmasının “İnşaat Konstruksiyaları”MMC-yə və qeyrilərinə bir ay müddətində qadağan edilməsi barədə qərardad qəbul etmişdir. Qərardadda təminat tədbirinin müddəti bir ay müəyyən edilmişdir. İddiaçı Nizami rayon məhkəməsinə isə 2024cü ilin oktyabr ayında müraciət etmişdir. Nizami rayon məhkəməsi həmin qərardadı cavabdeh cavabdeh1 əleyhinə sübut kimi qiymətləndirmişdir ki, bu da sübuta doğru qiymət verilməməsidir. İşin faktiki halı kimi, eyni zamanda Nizami rayon məhkəməsinin ##.##.2024-cü il tarixli, **(***)-***/**** saylı mübahisəli mənzildə söküntü-tikinti, təmir işlərinin aparılmasının cavabdehə və digərlərinə qadağan edilməsi qərardadına istinad edilir. Lakin, həmin qərardaddan maraqlarına toxunan cavabdeh1 tərəfindən şikayət verilmiş və məhkəmənin həmin qərardadı Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. Məhkəmə həmin qərardadın ləğv edilməsi barəsindəki qərardada qəsdən istinad etməyibdir ki, bu da qətnamənin işin hallarına qiymət verildiyi hissəsində cavabdeh1 əleyhinə istifadə edilmişdir. Cavabdeh “İnşaat Konstruksiyaları” MMC həm şifahi, həm də yazılı olaraq bildirmişdir ki, mübahisəli mənzili qanuni yolla cavabdeh1 110.000 manata satmışdır və 2023-cü il tarixdə isə ona mənzilinin təmirinə rəsmi icazə vermişdir. İddiaçı İddiaçı ilə müqavilə isə sonuncudan aldığı borcun təminatı kimi vermişdir ki, borc qaytarıldıqdan sonra müqavilə şirkətə qaytarılmalıdır. Xüsusilə qeyd etmək lazımdır ki, uzun müddətdir ki, yüksəkmərtəbəli binaların tikintisində belə bir adət yaranmışdır. Şirkət binanın tikintisində müəyyən şəxslərdən borc pul alırlar və borcun təminatı kimi də həmin şəxslərə borcun müqabilində mənzillərə dair müqavilələr verilir. Borc qaytarıldıqdan sonra isə həmin müqavilələr şirkətlərə qaytarılır. Qətnamədə göstərilir ki, cavabdeh MMC iddiaçı ilə aralarında borc öhdəliyinin olması və borca görə mübahisəli mənzilin təminat kimi ona müqavilə verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. MMC ilə iddiaçı arasında borcun “xxxx” MTK arasında yarandığı göstərilmiş olduğu, lakin hazırda isə müqavilənin iddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlandığına istinad edilir ki, bununla da borc öhdəliyi ilə bağlı olmadığı qənaətinə gəlinir. Məhkəmənin iş materallarında olan sübutlarda, o cümlədən iddiaçının müxtəlif orqanlara yazdığı şikayətlərdə, Yasamal rayon məhkəməsinə (##.##.2024-cü il tarixli Qərardad) yazdığı ərizəsində və şikayətində, eləcə də Yasamal RPİ-nin 28-ci PB-də toplanmış sübutlara qəsdən istinad etməməsinə görə tamamilə səhv nəticəyə gəlinmişdir. Qeyd edilən sənədlərdə iddiaçı ilə cavabdeh arasında borc öhdəliyinin olduğu birmənalı olaraq təsdiq olunur. Daha doğrusu, həmin sübutlar görməzdən gəlinmişdir. Eyni zamanda, məhkəmə tərəfindən Yasamal rayon məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsində iddiaçı İddiaçı və ailə üzvlərinə 271.085 manatın “xxxx” MTK-dan alınaraq ödənilməsi barəsindəki qətnaməsinin icra olunub-olunmaması və həmin məbləğin İddiaçı ödənilməsi barəsində dəfələrlə verdiyi sorğuya cavab alınmamışdır. Cavabdeh MMC məhkəmədə bildirmişdir ki, Yasamal rayon məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsində müəyyən edilmiş məbləğin iddiaçıya və ailə üzvlərinə ödənilmədiyini göstərmişdir. “xxxx” MTK və “İnşaat Konstruksiyaları” MMC-nin təsisçiləri eyni şəxslərdir. Bu işin mübahisə olunmayan tərəfidir. Hər iki tərəf bunu qəbul edir və mübahisələndirmir. İddiaçı İddiaçı Yasamal rayon məhkəməsinə müvəqqəti təminat tədbiri barəsində müraciət etdiyi ərizəsində və eləcə də məhkəmə tərəfindən qəbul edilmiş müvəqqəti təminat tədbiri barəsindəki qərardadda göstərilir ki, cavabdehlərlə, yəni MMC və onun sahibləri ilə 2009cu ildən mübahisələrdədirlər. Belə ki, 2009-cu ildə cavabdeh Rauf Əliyevin yaxın qohumu S.R.Əhmədovun direktor olduğu “xxxx” MTK ilə müqavilə bağlayaraq mənzil almışlar. Lakin şirkət mənzili vaxtında təhvil vermədiyi üçün və təhvil verməməsinin arxasında yenə məkirli niyyətinin anlayıb məhkəməyə müraciət etmişdirlər. Yasamal rayon məhkəməsi ##.##.2014-cü il tarixli qətnaməsi ilə onların iddialarını təmin etmişdir. Həmin qətnamə ilə cavabdehdən tutulub iddiaçılara verilməsi qət edilən pul ilə Rauf Əliyevin başqa bir qohumu Rəsul Süleymanovun direktoru olduğu hazırki cavabdeh “İnşaat Konstruksiyaları” MMC ilə müqavilə bağlayaraq mübahisəli mənzili almışlar. Hər iki şirkətin sahibi iddiaçıların göstərdiyi Rauf Əliyevdir və borc pul da faizlə ona verilmişdir. Bu dəfə də şirkət tərəfindən aldadıldıqlarını təsdiq edirlər. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçınını da dəfələrlə təsdiq etdiyi kimi, iddiaçı və onun ailə üzvlərinin 2009-cu ildən cavabdeh MTK ilə aralarında çəkişmələr vardır. Qeyd edilən ərizədə MMC-dən aldıqları mənzilin pulunu Yasamal rayon məhkəməsinin ##.##.2014-cü il tarixlə qətnaməsi ilə əldə etdikləri vəsait hesabına əldə etdiklərini göstərirlər. 2014-cü il tarixli qətnamə ilə müəyyən edilmiş məbləğin ona və ailə üzvlərinə ödənilməsi öz təsdiqini tapmır və qətnamə də İcra Xidməti tərəfindən icra edilməmişdir. Bu sübut olunan hal da iddiaçının yalan izahat verdiyini sübut edir. Lakin, həmin qətnamə ilə iddiaçı və ailə üzvünə veriləcək 271.085 manatın cavabdehlər tərəfindən onlara ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdirlər. Cavabdeh isə həmin məbləğin iddiaçıya və ailə üzvlərinə birmənalı olaraq ödəmədiyini bildirmişdir. Yasamal İcra Xidməti tərəfindən də 271.085 manatın cavabdeh MTK-dən alınaraq iddiaçıya ödənilməsi halı olmamışdır. Nizami rayon məhkəməsi də dəfələrlə Yasamal İcra Xidmətinə sorğular vermiş olsa da, qətnamənin icra edilməsi müəyyən edilməmişdir. İşin bu halı birmənalı olaraq sübut edir ki, iddiaçılar 2009-cu ildəki mübahisə ilə aralarında yaranmış pul vəsaitini cavabdehdən ala bilmədiyinə görə, mənzilin alınmasına nəğd pul vəsaiti ödəməmişdirlər. Onların arasında yaranmış pula görə MMC tərəfindən mənzil girov kimi qoyularaq cavabdehlərlə aralarında olan başqa öhdəliyin ört-basdır edilməsidir. Qeyd edilənlər barəsində MMC həm şifahi, həm də yazılı olaraq məhkəməyə təqdim edilmişdir. MMC-nin qeyd edilən mövqeyini təkzib edən sübut müəyyən edilməmişdir. Əksinə, qeyd edilən məhkəmə qərardadı və işdə olan digər yazılı sənədlər sübut edir ki, iddiaçı ilə MMC sahibinin arasında 2009-cu ildən faizlə borc öhdəliyi olmuşdur. Qeyd etmək lazımdır ki, ##.##.2017-ci il tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə də mənzilin dəyərinin ödənilməsinin borcla əvəz edilməsi göstərilməmişdir. Bundan başqa, iddiaçının şikayəti əsasında Yasamal rayon Pİ-nin 28-ci PB-də toplanmış materialda da iddiaçı ilə cavabdeh arasında borc öhdəliyinin olduğu müəyyən edilmişdir. İddiaçı Yasamal RPİ-nin 28-ci PB-nə etdiyi şikayəti əsasında bir çox şəxslərin izahatları alınmışdır. O cümlədən, “İnşaat Konstruksiyaları” MMC-nin direktoru X3 izahatı alınmışdır. Zahir Nəcəfov ##.##.2024-cü il tarixdəki izahatında göstərmişdir ki, MMC-nin təsisçisi olan X1 2015-ci ildə Bayramov İmran Əmirxan oğlundan (İddiaçı həyat yoldaşı) faiz şəklində 3 il müddətinə ödəmə şərti ilə 150.000 manat borc pul almışdır və girov kimi ödənilməməsi ehtimalına qarşı Bayramov İmran Əmirxan oğluna, İddiaçı və nümayəndə2 İmran oğluna başqalarına satılmış ümumilikdə 3 mənzil yazılmışdır. Onlardan fərqli olaraq, cavabdeh1 mübahisəli mənzilin dəyərini nağd qaydada ödəyərək mənzili almış və mənzilə qapı qoyaraq mənzili təmir etdirmişdir. Nəcəfov Zahirin izahatında göstərilir ki, Bayramovların faizlə verdikləri pul vəsaiti ödənilmişdir. Ona verilən suala cavab olaraq bildirmişdir ki, İddiaçı adına girov kimi yazılmış əslində faizlə olan borc pul vəsaiti şirkət tərəfindən qarşılanacaqdır. Bundan başqa, məhkəməyə təqdim edilmiş ##.##.2009-cu il tarixli, “xxxx” MTK ilə İddiaçı Məməmməd qızı arasında bağlanmış müqavilədə göstərilir ki, 3 otaqlı mənzilin 1 kv.m sahəsinin qiyməti 600 AZN olmaqla, 125, 5 kv.m sahəsi olan mənzil 75.300 manata İddiaçı satılıb. İddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləsində də eyni qaydada mənzilin 1 kv.m dəyəri 600 manat göstərilmişdir. Qeyd edilən yazılı sübutlar bir daha sübut edir ki, iddiaçı ilə mənzilə dair bağlanmış ##.##.2017-ci il tarixli müqavilə borcun ödənilməsinin təminatıdır ki, bu da öz növbəsində hüquqi baxımdan girov və ipoteka xarakterindədir. Hamıya məlumdur ki, Bakı şəhərində tikilən yeni binalarda mənzillərin qiymətləri mütəmadi olaraq yüksəlir. İddiaçının müqaviləsindəki qiymət bazar qiymətinə uyğun deyildir. Lakin, cavabdeh1lə bağlanmış müqavilədə 1 kv.m sahəsinin dəyəri 919 AZN göstərilmişdir ki, bu da həmin dövrün bazar qiymətlərinə uyğundur. Hamıya məlum olan faktır ki, Bakı şəhərində yeni tikilən binalardakı mənzillərin 1 kv.m sahəsinin dəyəri daimi olaraq artımla müşahidə olunur. Belə olan halda, mənzilin İddiaçı aid 2009 və 2017-ci illərdə eyni qiymətlə göstərilməsi bir daha sübut edir ki, Bayramovlar cavabdehdən mənzil almaq niyyətlərində olmamışlar. MMC-nin sahibinə faizlə borc verilmiş pul müqabilində onlara başqa əqdi pərdələmək məqsədi ilə guya mənzil almaları barəsində tərəflərin niyyətini əks etdirməyən mənzillərə dair müqavilələr yazılmışdır. Məhkəmə tərəfindən qeyd edilən hallara doğru qiymət verilmədiyinə və eləcə də qeyd edilən hallara ümumiyyətlə, istinad edilməməsinə görə qətnamə obyektiv, əsası və qanuni deyildir. Qeyd edilənlər birmənalı olaraq sübut edir ki, iddiaçı ilə müqavilə MMC tərəfindən borca görə bağlanmışdır və bu da, öz növbəsində, əsas niyyət mənzilin alınması deyil, borcun qaytarılması olmuşdur. Ona görə də həmin müqavilə mahiyyət etibarı ilə girov və ipoteka xarakterli müqavilədir. Göründüyü kimi, məhkəmə işin hallarına və eləcə də iddiaçı ilə cavabdehin arasındakı münasibətlərin mahiyyətinə uyğun olmayaraq, işin hallarına doğru qiymət vermədiyinə görə səhv nəticəyə gəlmişdir. Məhkəmənin iddiaçı ilə cavabdeh MMC-nin təsisçiləri arasında faizlə borc öhdəliyinin olmasını təsdiq edən qeyd edilən yazılı sənədlərin, eləcə də iddiaçının 15 ildir cavabdehlə mübarizə aparması barəsindəki izahatının olması faktını nəzərə almayaraq, iddiaçının borcla bağlı hər-hansı sübutun təqdim edilməməsi barəsində gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, “xxxx” MTK və “İnşaat Konstruksiyaları” MMCnin təsisçilərinin və faktiki sahiblərinin olması nəzərə alınmış olsa hansı ki, iddiaçı özü də bunu təsdiq edir, belə bir hal ortaya çıxmış olur ki, iddiaçı qeyd edilən şəxslərin etibarlı olmadığını bildiyi halda, yəni 2009-cu ildə onlardan 271.085 manat guya mənzil aldığını və cavabdehlərin onları aldatdığını bildiyi halda, yenidən özü və oğluna həmin şəxslərdən 2017-ci ildə mənzil alırlar. Eyni zamanda iddiaçı qeyd edir ki, cavabdehlərin mənzili başqalarına satacaqlarına daimi şübhə etmişdir. Belə olan halda iddiaçının həqiqətən də cavabdehə nağd pul ödəyərək mənzil alması inandırıcı deyildir. Qətnamənin 81-ci bəndində məhkəmə borc öhdəliyinin olmasını, Yasamal rayon məhkəməsinin 2014-ci il tarixli qətnaməsinin icra olunmadığını dolayısı ilə qəbul etmiş olsa da, həmin hala doğru olmayaraq belə qiymət vermişdir ki, cavabdehin həmin borca görə iddiaçı ilə mənzilə dair müqavilə bağlanılması əsaslı hesab edilə bilər. Lakin, qətnamədə nəzərə alınmamışdır ki, iddiaçı həmin halı qəbul etmir və mənzilin dəyərini nağd qaydada ödədiyini bildirir. Beləliklə, iddiaçı ilə məhkəmənin mövqeyi arasında ziddiyyət yaranır. Eyni zamanda, cavabdeh MMC də birmənalı olaraq bildirir ki, iddiaçıya borc öhdəliyi var və həmin borca görə təminat kimi iddiaçıya müqavilə vermişdir. Qətnamənin 85-ci bəndində də eyni nəticəyə gəlinir. Lakin qeyd edildiyi kimi iddiaçı həmin halı qəbul etmir. Belə olan halda, cavabdeh MMC-nin mövqeyi daha inandırıcıdır. 91-ci bənddə nümayəndə2 ilə MMC arasında müqavilə bağlandığı və həmin mənzilin başqa şəxsə satıldığına görə o zərərçəkmiş kimi tanındıqdan sonra ona müqavilədə göstərilən məbləğin qaytarıldığı sübut kimi qiymətləndirilməsi də doğru deyildir. Belə ki, nümayəndə2la da bağlanmış müqavilə borcun təminatı olaraq bağlanmışdır. nümayəndə2 müqavilədəki məbləğin qaytarılması özlüyündə borcun iddiaçının ailəsinə olan 271.085 manatın bir hissəsidir. İddiaçı tərəfindən borcun ona qaytarılması barəsində təkzib edilən izahatı da bunu sübut edir. Məhkəmə iclasında dəfələrlə borcun qaytarılıb-qaytarılmaması və qaytarılıbdırsa hansı hissəsinin MMC rəhbərliyi tərəfindən qaytarılmasına iddiaçı aydınlıq gətirməmişdir və dəfələrlə bu barədə ona verilən suallara da aydınlıq gətirə bilməmişdir. Lakin MMC borcun olduğunu etiraf etmiş və iddiaçıya qaytaracağını yazılı surətdə bildirmişdir. Göründüyü kimi, məhkəmə işin hallarına və axıra qədər müəyyən edilməyən hallara öz mülahizəsinə uyğun qiymət vermişdir ki, bu da iş materialları ilə və eləcə də yuxarıda qeyd edilən yazılı sübutlarla tam təkzib edilir. Qətnamənin 105-ci bəndində də məhkəmə konkret sübutlara deyil, ehtimala əsaslanaraq işin halına qiymət verir. Belə ki, cavabdeh1 qeyd edilən mənzil ** saylı mənzil kimi satılmışdır. Lakin sonradan binada əlavə iki mərtəbənin artırılması nəzərə alınaraq, binadakı mənzillərin nömrələrində dəyiklik edilmişdir. Məhz bu səbəbə görə də mənzil 108ci mənzil kimi nömrələnmiş və ona görə də mənzilə eyni tarixlə ikinci müqavilə bağlanmışdır. Yəni, məhkəmə tez-tez cavabdeh1 adına iki müqavilənin olmasına istinad edərək, səbəbsiz olaraq, həmin müqaviləni əsassız şübhə altına alır və səhvən, ehtimalla belə nəticə çıxarılır ki, ya cavabdehlər arasında əvvəlcə *** nömrəli mənzilə dair müqavilə bağlayıblar və sonradan cavabdeh MMC həmin mənzilə dair öhdəliyi yerinə yetirə bilmədiyinə görə ** saylı mənzilə dair müqavilə bağlayıblar. Məhkəmənin müəyyən edə bilmədiyi hallar barəsində ehtimallara əsasən qətnamə çıxarması tamamilə qanunsuz və əsassız olmaqla yanaşı işə qərəzli yanaşmadır. Məhkəmənin əsassız ehtimalını əsas götürmüş olsaq, belə nəticəyə gəlmək olar ki, cavabdeh cavabdeh1 cavabdeh MMC tərəfindən dəyərini ödədiyi mənzilə dair etdiyi saxtakarlığa göz yumub və razılaşmışdır. Xüsusi qeyd etmək lazımdır ki, cavabdeh1 adına mənzilin alınmasının danışıqlarını onun atası nümayəndə1 aparmışdır. nümayəndə1 ölkədə tanınan şəxsdir. Bakı Dövlət Universitetinin professorudur. Məhkəmənin qənaəti əsas götürülsə professorun saxtakarlıq etdiyi qənaətinə gəlinir ki, bu da ən azından hörmətsizlikdir. Nəyə görə professor, tanınmış şəxs bilərəkdən arxa tarixə müqavilə bağlayıb, dəyərini ödəməlidir. Bu isə mümkün olan deyildir. Belə ki, məhkəmənin də özünün mübahisəsiz hal kimi qəbul etdiyi hallardan biri budur ki, 98 və *** saylı mənzillər eyni mənzillərdir. Ona görə də cavabdeh MMC-nin məhkəmənin ehtimal etdiyi qaydada saxtakarlıq etməsi mümkün deyildir. Göründüyü kimi, məhkəmə ehtimallara istinad etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Tərəflər arasında 98 və *** saylı mənzillərin eyni mənzil olduğu mübahisələndirilməmişdir və məhkəmə də bu halı mübahisəsiz qəbul etmişdir. Bundan sonra, MMC cavabdeh1 ilə əvvəlcə *** saylı mənzilə dair müqavilə bağlaması və sonradan da həmin müqavilədə eyni tarixdə mənzilin 98 olması nəticəsinə gəlməsi tamamilə əsassızdır. cavabdeh1 ilk gündən hansı mənzil müqavilə əsasında təqdim edilmişdirsə, sonra da həmin mənzil ona təhvil verilmişdir. Əgər cavabdeh1 əvvəlcə 108-ci mənzilə dair və başqa mərtəbədə mənzil verilmiş olsa idi və sonradan, həmin mənzilin verilməsinin mümkünsüz olduğu nəzərə alınaraq ona ** saylı mənzili vermiş olsa idilər, bu halda məhkəmənin ehtimalı doğru olmuş olardı. Göründüyü kimi məhkəmənin gəldiyi ehtimal sübuta yetirilmir və hətda ehtimala da yaxın deyildir. Qətnamədə belə bir nəticəyə gəlinir ki, mübahisəli mənzilə dair cavabdeh1 adına iki müqavilə olmuşdur. Müqavilənin birində ** saylı mənzil, digərində isə *** saylı mənzil göstərilmişdir. cavabdeh1 ** saylı mənzilin göstərilən müqaviləni məhkəməyə təqdim etməmiş, həmin müqaviləni MMC məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin hala belə qiymət verir ki, mənzilə dair xeyli miqdarda pul ödəyən şəxsdə necə ola bilər ki, ** saylı mənzil yazılan müqavilə olmasın, yalnız *** saylı mənzil yazılan müqavilə olsun. Görünür ki, məhkəmə ilkin iddianın məzmunu və cavabdehin kim olduğunu yaddan çıxarmışdır. İş materiallarından görünür ki, iddiaçının ilkin iddiasında cavabdeh kimi yalnız MMC göstərilir və bu səbəbdən də sənədlər ondan tələb edilməlidir. cavabdeh1 isə sonradan cavabdeh qismində tanınmışdır. Qeyd edilən halın cavabdeh1 əleyhinə yönəldiməsi tamamilə doğru deyildir və əsassızdır. İş üzrə mübahisəsiz halıdır ki, mübahisəli mənzilə dair müqavilə cavabdeh1 ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmışdır. Müqavilə bağlanan gündən də cavabdeh1 təqdim edilən və təhvil verilən mənzil eyni mənzildir. Cavabdeh MMC də həm yazılı, həm də şifahi olaraq bütün məhkəmə iclaslarında təsdiq etmişdir ki, mənzil cavabdeh1 satılmışdır və müqavilədə göstərilən 110.000 manat şirkətə ödənilmişdir. cavabdeh1 mənzilə görə ödədiyi pul məbləği real bazar qiymətinə uyğundur və realdır. İddiaçının isə mənzilə görə “ödədiyi” məbləğ bazar qiymətinə uyğun deyildir. İş materialları ilə birmənalı olaraq sübut olunur ki, iddiaçı ilə MMC və onun sahibləri arasında 15 ildir ki, mübahisə davam edir. İddiaçı bildirir ki, mübahisə mənzillə bağlıdır, cavabdeh MMC isə mübahisənin borcla bağlı olduğunu bildirir. Tərəflər arasında borc mübahisəsinin olduğu yuxarıda qeyd edildiyi kimi təsdiq edilir. Əgər tərəflər arasında (MMC və iddiaçı) 15 il mübahisə olunduğu qəbul olunsa, bu halda MMC iddiaçıya satılmış mənzili başqasına satmalı deyildir. İstənilən digər mənzili ikinci adama sata bilmə ehtimalı daha çoxdur nəinki, iddiaçının mənzilini. Çünki MMC 15 il davam edən mübahisəni bitirmək məsələsinə daha çox üstünlük vermiş olardı. cavabdeh1 ** saylı mənzilə dair müqavilə bağlayanda da və həmin müqaviləyə yalnız mənzilin nömrəsinin zərurət yarandığına görə dəyişdirilməsi zamanı da cavabdeh1 vicdanlı alıcı olmuşdur. Qətnamədə MM-nin 452.1-ci maddəsi də düzgün şərh edilməmişdir. İş materiallarından görünür ki, mənzil cavabdeh1 müqavilə öhdəliyi əsasında verilmiş və cavabdeh1 əmlakı əldə etdikdən sonra mənzilin təmir edilməsinə 60.000 manatdan artıq vəsait xərcləmişdir. Mənzilin təmirinə xəclənən vəsait elə vəsaitdir ki, mənzilin, yəni daşınmaz əmlakın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu isə cavabdeh1 mülkiyyətini təşkil edən pul vəsaitidir. Mənzilin alınması və mənzilin təmirinin əsasının cavabdeh1 mülkiyyəti təşkil edir ki, bu da öz növbəsində mənzilin mülkiyyət hüququ ilə əldə edilməsi deməkdir. Mənzilin 2023-cü ildən təmir edilməsinin şübhə altına alınması da düzgün mövqe deyildir. Belə ki, mənzilin təmiri dedikdə, ilk növbədə elektrik və digər əhəmiyyətli işlərin görülməsin başa düşülə bilər ki, bu da təmirin əsas hissəsi sayılır. Mənzilin kapital təmiri isə daha çox gözə görünən işlər olur, məsələn divar kağızlarının vurulması və sair. Ona görə də mənzilin təmir edilməsi şübhə altına alınması doğru deyildir. Yasamal rayon məhkəməsinin qərardadı (MTT barədə) 1 ay müddətində qüvvədə olmuşdur. Həmin vaxta qədər təmir işlərinin əksər hissəsi başa çatmışdır. Qətnamədə Nizami rayon məhkəməsinin ##.##.2024-cü il tarixli müvəqqəti təminat tədbirinə də istinad edilməsi doğru deyildir. Belə ki, həmin qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və həmin qərardadda mənzilə baxış keçirilməsinin zəruri olduğu göstərilmişdir. Nizami rayon məhkəməsi də məhz bu səbəbdən 2025-ci ilin mart ayında mənzilə baxış keçirmişdir. Baxış zamanı mənzilin tam təmirli olduğu müəyyən edilmişdir. Nizami rayon məhkəməsinin 2024-cü ilin oktyabr ayında müvəqqəti təminat təmiri barəsində qərarından şikayət verilmişdir. Həmin qərardaddan verilmiş şikayətə isə apellyasiya məhkəməsində baxılması və qərardadın ləğv edilərək birinci isnstansiya məhkəməsinə qaytarılmasından iki aydan çox vaxt keçmişdir. Həmin dövrdə mənzildə heç bir təmir işi aparılmamışdır. Göstərilənlərdən belə çıxır ki, mənzilin tam təmiri təxminən 1,5 aya başa çatmışdır ki, bu da realığa uyğun deyildir. Hər kəsə məlumdur ki, mənzilin tam təmirinin başa şatmasını 1,5-2,5 il vaxt lazımdır. Bu da onu sübut edir ki, mənzilin təmiri 2023-cü ildən başlanmışdır. Məhkəmənin mənzilin təmirini şübhə altına salan və yuxarıda qeyd edilən hallara istinad etməsi tam təkzib edilir. Qətnamədə cavabdeh1 vicdanlı alıcı olmadığı qənaətinə gəlinir. Lakin, onun vicdanlı alıcı olmadığının əsasları göstərilmir. MM-nin 182-ci maddəsində göstərilir ki, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İş materiallarında cavabdeh1 vicdanlı alıcı olmasını təkzib edən hər-hansı bir sübut müəyyən edilməmişdir və bu səbəbə görə də qətnamədə cavabdeh1 vicdanlı alıcı olmaması qənaətinə gəlinməsi işin hallarına doğru qiymət verilməməsidir. Qətnamənin 96-cı bəndində göstərilir ki, cavabdeh MMC-nin 2007-2009-cu ildən iddiaçı ilə aralarında yaranan borc öhdəliyinə görə mənzilə dair müqavilə bağlamışdırsa, öhdəliyin təminatı kimi, verilmiş mənzili cavabdeh1 satmazdı və ona görə də MMC hər iki tərəfə (B.Roza və Ə.Könülə) qarşı vicdanlı olmamışdır. Məhkəmə həmin hala şəxsi mülahizəsi əsasında belə nəticəyə gəlmişdir və MM-nin 182-ci maddəsini düzgün təfsir etməmişdir. Həmin normada satıcının deyil, alıcının vicdanlı olması nizama salınır. Məhkəmə yenə də ziddiyyətli mövqe nümayiş etdirir. Belə ki, ya iddiaçıya mənzilin borc öhdəliyinə görə verildiyi qənaətinə gəlməlidir, ya da ki, digər təsdiq edilən hala uyğun doğru nəticəyə gəlməlidir. Xüsusilə qeyd etmək lazımdır ki, hər-hansı bir vətəndaş, bu halda cavabdeh1 mənzil tikintisi ilə məşğul olan MMC-dən mənzil aldıqda, əvvəlcə təqdim edilmiş mənzilə baxırlar, mənzil və qiymət barəsində anlaşdıqdan sonra, müqavilə bağlayarlar. Bu zaman mənzil alan satıcının hansı möhürdən istifadə etdiyini, əvvəllər başqa möhürünün olub-olmamasını və digər halları yoxlamasına əsası yoxdur və yoxlaması da mümkün deyildir. Nəzərə alınsa ki, mənzil müqavilədən sonra alıcıya təqdim edilir və mənzilin təmirinə rəsmi icazə verilir. cavabdeh1 da eyni qaydada davranmışdır. Belə olan halda, cavabdeh1 vicdansız alıcı olmasına hər hansı bir şübhənin də yaranması mümkün deyildir. İş materialları və iddiaçının özünün də etirafından məlum olur ki, o cavabdehlə 2007- 2009-cu illərdən mübarizə aparır. Belə ki, iddiaçının Yasamal rayon məhkəməsinə 2014-cü ildə verdiyi iddiası və həmin iş üzrə çıxarılmış qətnamə ilə məlum olur ki, iddiaçı ilə “xxxx” MTK arasında mənzillərə dair müqavilə 2009-cu ildə bağlanmışdır və iddiaçılara mənzilin dəyərinin ödənilməsi barəsində arayış verilməmişdir. Belə olan halda sual yaranır. İddiaçı ilə cavabdeh arasında 2007-ci ildən yaranmış mübahisənin əsası nə olmuşdur? Qeyd edilən hal sübut edir ki, iddiaçı cavabdehə (MTK-ya) 2007-ci ildə faizlə pul vermiş və sonradan pulunun təminatı kimi, iddiaçıya “xxxx” MTK tərəfindən 4 mənzilə dair müqavilə verilmişdir. Lakin borc qaytarılmadığına görə iddiaçı məhkəməyə müraciət edərək müqavilə əsasındaki adlarına yazılmış mənzilləri istifadə edərək, faizlə verilmiş pul vəsaitini faktiki mənzilə ödəniş pulu kimi leqallardırmışdılar. İş materialları ilə də sübut olunur ki, Yasamal rayon məhkəməsinin qətnaməsində göstərilən məbləğ iddiaçıya ödənilməmişdir. Belə olan halda, iddiaçının guya etibar etmədiyi, inanmadığı, əvvəllər “mənzilə” görə aralarında məhkəmə çəkişməsi olan şəxslərə 2017-ci ildə yenidən nağd pul ödəyərək mənzil alması ümumiyyətlə inandırıcı olmamaqla yanaşı, eyni zamanda həqiqəti əks etdirmir. 11.Cavabdeh “İnşaat Konstruksiyaları” MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd olunan mübahisəli mənzili həqiqətən almış olduğuna dair sübut qismində maliyyə sənədi mövcud olmamışdır. Təsadüfi deyildir ki, bununla bağlı qətnamədə və işin materiallarında hər hansısa sənədə rast gəlinmir. Məhkəmənin fikrincə, qətnaməyə əsasən müəyyən edilir ki, MTK ilə iddiaçılar arasında bağlanılmış müqavilələrin 4.2-ci bəndində mənzillərin dəyərinin iddiaçılar tərəfindən ödənilməsi göstərilmişdir. Yəni MTK iddiaçılar tərəfindən müqavilələrin dəyərinin ödənilməsini müqavilənin özündə təsdiq etmişdir. Məhkəmənin gəldiyi nəticə əsassız və natamam araşdırmaya əsaslanır. Belə ki, məhkəmə yalnız müqavilənin 4.2-ci bəndində ödənişin göstərilməsini əsas götürərək, iddiaçı tərəfindən mənzilin dəyərinin faktiki olaraq ödənildiyi qənaətinə gəlmişdir. Digər tərəfdən, əgər həqiqətən ödəniş həyata keçirilmiş olsaydı, bu hal mütləq şəkildə maliyyə sənədləri ilə rəsmiləşdirilməli idi. Belə sənədlərin mövcud olmaması ödənişin baş vermədiyini göstərən ciddi şübhə yaradır və məhkəmə bu şübhəni aradan qaldırmadan nəticəyə gəlmişdir. Bununla da, cavabdeh MMC tərəfindən iddiaçı ilə arasında bağlanılmış müqavilənin etibarsız olması, həmin müqavilə bağlanılan zaman iddiaçının əsl niyyətinin real alqı-satqı münasibətlərinə daxil olmağa deyil, cavabdehin ona olan borcunun ödənilməsini təmin etmək üçün girov olaraq mənzili qəbul etməsi sübuta yetirilir. Birinci instansiya məhkəməsi "İnşaat Konstruksiyaları" MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilələrin etibarsızlığı qənaətinə gələrkən fundamental maddi hüquq normalarını – xüsusilə hüquqi şəxsin təmsilçiliyi və iradə ifadəsi institutunu, habelə Məhkəmə Ekspertizası Mərkəzinin rəyindəki həlledici faktları tamamilə gözardı etmişdir. Məhkəmə özü qətnamənin 123 və 125-ci bəndlərində açıq şəkildə təsdiq edir ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində 98 və *** nömrəli mənzillərə dair müqavilələrin əslində "İcraçı" qrafasındakı imza birmənalı olaraq "İnşaat Konstruksiyaları" MMC-nin rəhbəri, qanuni təmsilçisi və icraedici orqanı olan X6 tərəfindən icra edilmişdir. MM-in 331.1-ci maddəsinə əsasən, yazılı əqdin etibarlılığı üçün onu həyata keçirən səlahiyyətli şəxsin imzası həlledicidir. Hüquqi şəxsin qanuni təmsilçisi olan direktor (orqan) sənədə şəxsən qol çəkərək şirkətin iradəsini ifadə edibsə (MM md. 324), vurulmuş möhürün ştampındakı hər hansı texniki fərqlilik və ya əvvəlki klişedən istifadə olunması vətəndaşla bağlanmış əqdi etibarsız edə bilməz. Vətəndaşın vicdanlılığı və Şirkətin Daxili Məsuliyyət Sərhədləri: MM-in 49-cu maddəsinin tələblərinə görə, hüquqi şəxs adından çıxış edən şəxsin vəzifələrini yerinə yetirərkən yol verdiyi pozuntular (o cümlədən kargüzarlıq qaydalarının pozulması, köhnə və ya qeydiyyata alınmamış möhürdən istifadə) MM-in 49.3 və 49.4-cü maddələrinə əsasən həmin rəhbər şəxsin hüquqi şəxs qarşısında daxili, intizam və ya maddi məsuliyyətini yaradır. Vətəndaş (cavabdeh1) şirkətin daxili kargüzarlığına, rəhbərliyin neçə fərqli möhür saxladığına nəzarət etmək və ya bunu audit etmək vəzifəsi daşımır. Müqavilə şirkətin rəsmi ofisində, şirkətin səlahiyyətli orqanı (direktoru) tərəfindən imzalanıb təqdim edildiyi üçün vətəndaş mütləq şəkildə vicdanlıdır. Direktorun şirkətdaxili hərəkətləri (möhür seçimi) üçüncü vicdanlı şəxsin əldə etdiyi mülkiyyət və sahiblik hüququnu məhdudlaşdırmaq və ya əqdi etibarsız etmək üçün əsas deyil. Cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nin iddiaçı ilə arasında bağlanılmış müqavilə iddiaçı tərəf qarşısında olan borc öhdəliyinin təminatı olaraq bağlanılmışdır. Mənzil cavabdeh cavabdeh1 təhvil verilməli, iddiaçı İddiaçı isə borc qaytarılmalı idi. Belə ki, iddiaçının əri tərəfindən MMC-nin sahiblərinə 2007-2009-cu illərdə faizlə ödənilmək şərtilə pul vəsaiti verilmiş və həmin pul vəsaitinin təminatı olaraq iddiaçının ailə üzvlərinə “xxxx” MTK tərəfindən 4 müqavilə verilmişdir. Daha sonra iddiaçı tərəfin iddiası üzrə məhkəmə qətnaməsi ilə mənzillərin dəyəri “xxxx” MTK-dan tutulmuşdur. Məhkəmə qətnaməsi üzrə ödənilməli olan pul vəsaitinin təminatı olaraq iddiaçı tərəfin təkidi ilə hazırkı mənzilə dair müqavilə təminat olaraq verilmişdir. Göründüyü kimi, bu müqavilənin bağlanılmasında əsas məqsəd başqa olmuşdur. Qeyd olunan normanın məzmunundan bir daha aydın olur ki, bu müqavilə etibarsız hesab olunmalı idi. Çünki bağlanılmış müqavilənin nəticəsi əmlakın əldə olunması deyil, başqa razılaşmanın, yəni borc öhdəliyinin təminat altına alınmasından ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, belə olan halda cavabdeh MMC tərəfindən məhkəməyə ilk növbədə iddiaçı ilə aralarında borc münasibətlərinin olduğu, hazırki müqavilənin məhz həmin borc müqaviləsi üzrə öhdəliyin təminatı olaraq bağlanıldığı, iddiaçının müqavilə bağlanılan zaman iradəsinin real alqı-satqı münasibətlərinə daxil olmağa, mənzil sahibi olmağa deyil, cavabdeh MMC tərəfindən ödənilməli olan pul vəsaitinin ödənilməsinin təmin etməyə yönəldiyi sübuta yetirilməlidir. Qeyd olunan fikirlərlə bağlı X3 tərəfindən Yasamal RPİ-nin 28-ci PŞ-də verilmiş ##.##.2024cü il tarixli izahatından görünür ki, 2017-ci ildən etibarən A.M.Şərifzadə 33 ünvanında “İnşaat Konstruksiyaları” MMC-nin yüksək mərtəbəli binası inşa edilməyə başladı. 2015-ci ildə şirkətin təsisçisi X1 İmran Əmirzan oğlundan faizli şəkildə 3 illik müddətə ödənilməsi şərti ilə 150.000 manat pul almış və bunun qarşılığından girov kimi pulun ödənilməməsi ehtimalına qarşılıq A.M.Şərifzadə 33 ünvanında tikilən yüksək mərtəbəli binanın 2-ci blok, 6-cı mərtəbəsində Bayramov İmran Əmirxan oğluna, İddiaçı və nümayəndə2 İmran oğluna ümumilikdə 3 ədəd mənzil verilmişdir. “İnşaat Konstruksiyaları” MMC olaraq onlara məhkəməyə verdiyi rəsmi arayış və izahatlarla (o cümlədən ##.##.2024-cü il tarixli məktubla) dəfələrlə təsdiq ediblər ki, cavabdeh1 ilə bağlanmış müqaviləni, onun məzmununu və hüquqi şəxs olaraq bu müqavilədəki iradəni tam olaraq tanıyırlar və qəbul edirlər. Tərəflər (MMC və alıcı) arasında əqdin həqiqiliyi və iradənin bəyan edilməsi ilə bağlı heç bir mübahisə olmadığı halda, məhkəmənin yalnız kənar bir şəxsin (iddiaçının) subyektiv fərziyyələri və ekspertizanın belə vaxtını təyin edə bilmədiyi möhür fərqi əsasında etibarlı müqaviləni ləğv etməsi həm MM-in 49-cu maddəsindəki təmsilçilik, həm də müqavilə azadlığı prinsiplərinin kobud şəkildə pozulmasıdır. Məhkəmə qətnamənin 129-cu bəndində "möhür 2021-ci ildə götürülmüş möhürlə eyni deyil deyə, müqavilə 2021-ci ildən sonra yazılıb" kimi heç bir hüquqi və ya elmi əsası olmayan bir nəticəyə gəlmişdir. Halbuki, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində (qətnamənin 28-ci bəndi) qəti şəkildə vurğulanmışdır ki: "Sənədlərin tərtib edilməsinin, möhürün, imzanın və tarixin icra olunmasının müddətini müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası yoxdur". MPM-in 103-cü maddəsinin tələblərinə rəğmən, xüsusi biliyə malik ekspertin təyin edə bilmədiyi sənədin "yaşını" birinci instansiya məhkəməsi öz subyektiv mülahizəsi ilə təyin edərək səlahiyyət həddini aşmışdır. MPM-in 217.4-cü maddəsinə görə qətnamə ehtimallara və fərziyyələrə əsaslana bilməz. Nüsxələr arasındakı X17, məhkəmə qətnamənin 118-ci bəndində müqavilənin əsli ilə surəti arasında şrift, sətir aralığı və imzanın yerləşmə mövqeyindəki fərqləri "saxtakarlıq" kimi qiymətləndirmişdir. Lakin kargüzarlıq praktikasında, xüsusən də tikinti şirkətlərində eyni məzmunlu sənədin müxtəlif vaxtlarda fərqli printerlərdə və ya fərqli ofislərdə çap edilərək imzalanması nəticəsində texniki uyğunsuzluqların (vərəqdə mətnin bir neçə santimetr yuxarı-aşağı düşməsi) yaranması qaçılmaz və adi haldır. Hüquqi şəxs (MMC) olaraq tərəfindən bu müqavilənin məzmunu tam təsdiq edildiyi halda, məhkəmənin bu cür cüzi texniki fərqlərə söykənərək sənədi etibarsız sayması sübutların hərtərəfli tədqiqi prinsipinə ziddir. Birinci instansiya məhkəməsi qətnamənin 130-cu bəndində cavabdeh cavabdeh1 mənzilə yalnız 2024-cü ildə maraq göstərdiyini, buna görə də onun vicdanlı alıcı olmadığını iddia edərkən, MMC-nin briqadirinin polis idarəsində verdiyi, dəqiqliyi şübhə doğuran şifahi izahatına əsaslanmışdır. Halbuki, iş materiallarında cavabdehə MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli rəsmi "Təmir Arayışı" mövcuddur. MPM-in 89.3-cü maddəsi yazılı sübutlara xüsusi əhəmiyyət verir. Məhkəmə şirkətin möhürü və rəhbərliyi tərəfindən təsdiqlənmiş rəsmi arayışı (2023-cü il) kənara qoyub, bir işçinin şifahi izahatını (2024-cü il) mütləq həqiqət kimi qəbul etməklə sübutların qiymətləndirilməsi qaydalarını pozmuşdur. Mülkiyyətçinin Davranışının Təhrifi: Məhkəmə vətəndaşın aldığı mənzili dərhal deyil, bir neçə il sonra (2017-də alıb, 2023/24-də) təmir etməsini qeyri-adi hal kimi qiymətləndirərək müqavilənin sonradan bağlandığı qənaətinə gəlmişdir. Bu cür analitik yanaşma məhkəmə praktikası üçün yolverilməzdir. Vətəndaşın öz şəxsi büdcəsinə, planlarına və ya yaşayış şəraitinə görə mənzilin təmirini illərlə təxirə salması onun qanuni mülkiyyət və ya sahiblik hüququnu, o cümlədən müqavilənin bağlandığı tarixi şübhə altına ala bilməz. Məhkəmənin bu arqumenti hüquqi məntiqdən məhrumdur. İddiaçı İddiaçı 72.600 manat ödəniş etdiyini iddia etsə də, məhkəməyə bu ödənişi təsdiq edən heç bir mötəbər ilkin mühasibat sənədi (bank çıxarışı, kassa mədaxil orderi və s.) təqdim etməmişdir. Məhkəmə isə qətnamənin 89-cu bəndində absurd bir hüquqi mövqe sərgiləyərək "İddiaçı tərəf müqavilə üzrə edilmiş ödənişin mənbəyi barədə sübut təqdim etmək vəzifəsi daşımır" kimi qanunazidd bir nəticəyə gəlmişdir. Ödəniş faktı yalnız müqavilədəki quru bir cümlə ilə deyil, real maliyyə hərəkətini sübut edən sənədlərlə təsdiqlənməlidir. Məhkəmə iddiaçını sübut təqdim etmək vəzifəsindən azad etməklə MPMin 77-ci maddəsini kobudcasına pozmuşdur. Mötəbərliyə ikili standartla yanaşma: Məhkəmə iddiaçının ödənişini heç bir maliyyə sənədi olmadan, sadəcə müqavilənin 4.2-ci bəndinə əsasən "sübuta yetirilmiş" hesab etdiyi halda, cavabdeh cavabdeh1 qanuni yolla əldə etdiyi, üzərində şirkətin rəsmi təmsilçisinin şəxsi imzası olan müqaviləni texniki detallara görə etibarsız saymışdır. Bu, məhkəmənin sübutlara obyektiv və qərəzsiz deyil (MPM md. 88.1), açıq-aşkar birtərəfli yanaşdığını sübut edir. Birinci instansiya məhkəməsi mülki işin ədalətli həlli üçün ən mühüm əhəmiyyət kəsb edən faktı – cavabdeh cavabdeh1 mənzili tam təmir edərək ailəsi ilə birlikdə orada faktiki yaşaması (məskunlaşması) faktını hərtərəfli aydınlaşdırmaqdan qəsdən yayınmışdır. Məhkəmə diqqəti süni şəkildə "təmirin hansı tarixdə başlanması" kimi ikinci dərəcəli bir polemikaya yönəltmişdir. Halbuki, ikili satışlarda (MM md. 452.1) aydınlaşdırılmalı olan əsas faktiki hal mənzilin "boş dörd divar" statusundan çıxaraq, vətəndaşın daimi yaşayış yerinə çevrilməsi, oraya çəkilən külli miqdarda maliyyə xərcləri və hazırkı mülkiyyət vəziyyəti (status-kvo) idi. Məhkəmə mənzilin faktiki olaraq mənimsənilməsi (təhvil alınması) və orada bir ailənin yaşadığı faktının miqyasını hüquqi cəhətdən aydınlaşdırmadan, vətəndaşın konstitusion yaşayış hüququnu qaranlıq saxlamışdır. Məhkəmə iddiaçının ##.##.2017-ci il tarixli müqavilə üzrə mənzilin dəyərini (72.600 manat) "tam şəkildə ödəməsi" qənaətinə yalnız müqavilənin mətninə (4.2-ci bənd) əsasən gəlmişdir. Lakin bu məbləğin həqiqətən şirkətin kassasına və ya hesabına daxil olmasını təsdiq edən hər hansı mötəbər və rəsmi ilkin mühasibat sənədinin (bank çıxarışı, kassa mədaxil orderi, vergi hesab-fakturası) mövcudluğu məhkəmə tərəfindən ümumiyyətlə aydınlaşdırılmamışdır. "İnşaat Konstruksiyaları" MMC olaraq onlara məhkəməyə bu sənədləşmənin real alqı-satqı deyil, köhnə borcun təminatı xarakteri daşıdığını və şirkətə pul ödənilmədiyini bildirsələr də, məhkəmə real pul hərəkətinin olub-olmadığını aidiyyəti qurumlardan (Dövlət Vergi Xidməti və s.) aydınlaşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.
15. Cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə1 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.
16. Cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nin nümayəndəsi vəkil2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.
17. İddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. İddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 İmran oğlu məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
20. xxxx Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir; Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 390.1 və 390.5-ci. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.
21. xxxx Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə qətnamə cavabdehlər tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
25. Belə ki, iddiaçı İddiaçı ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 121 kv.m olan 98 №li mənzil izolə olunmuş, 3 otaqdan ibarət olub, bir pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 600 manat, cəmi 121 kv.m üçün 72.600 manat təşkil edir.
26. “İnşaat Konstruksiyaları” MMC-nin direktoru Əhmədov R.S tərəfindən verilmiş ##.##.2017-ci il tarixli arayışa əsasən İddiaçı “İnşaat Konstruksiyaları” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli, mansardlı yaşayış binasının 2-ci blok, 6-cı mərtəbədə, ümumi sahəsi 121 kv.m olan 3 otaqlı ** saylı mənzilin dəyərini tam ödəmişdir.
27. cavabdeh1 ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6 cı mərtəbə, ümumi sahəsi 119.7 kv.m olan 98 №li mənzil izolə olunmuş, 3 otaqdan ibarət olub, bir pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 919 manat, cəmi 119,7 kv.m üçün 110.000 manat təşkil edir.
28. cavabdeh1 ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli, ****** saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 119,7 kv.m olan 108 №li mənzil izolə olunmuş, 3 otaqdan ibarət olub, bir pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 919 manat, cəmi 119,7 kv.m üçün 110.000 manat təşkil edir.
29. “İnşaat Konstruksiyaları” MMC tərəfindən cavabdeh1 verilmiş ##.##.2017-ci il tarixli arayışa əsasən “İnşaat Konstruksiyaları” MMC-nin Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbədə, ümumi sahəsi 119,7 kv.m olan, 3 otaqlı, *** saylı mənzilin dəyərini tam ödəmişdir.
30. Bayramov İmran Əmirxan oğlu ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6 cı mərtəbə, ümumi sahəsi 93.3 kv.m olan 100№li mənzil izolə olunmuş, 2 otaqdan ibarət olub, bir pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 600 manat, cəmi 93,3 kv.m üçün 55.980 manat təşkil edir.
31. “İnşaat Konstruksiyaları” MMC tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilir ki, “İnşaat Konstruksiyaları” MMCnin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 119,7 kv.m olan 3 otaqlı, ** saylı mənzil ## ###### 2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh1 məxsusdur.
32. İşin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC arasında ##.##.2017-ci il tarixində müqavilə bağlanılmış, müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 121 kv.m olan ** saylı mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməsi müəyyən olunmuşdur. Mübahisə obyekti olan mənzilə dair cavabdeh “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh cavabdeh1 arasında da müqavilə bağlanılmışdır. Məhkəməyə cavabdehlər arasında bağlanılmış ##.##.2017-ci il tarixli olmaqla iki müqavilə təqdim edilmişdir. Müqavilələrdən birinə əsasən cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən cavabdeh cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 119,7 kv.m olan ** saylı mənzil iddiaçıya təhvil verilməli, iddiaçı isə mənzilin dəyərini təşkil edən 110.000 manat məbləğində pul vəsaitini ödəməli, həmin tarixli, ****** nömrəli olan müqaviləyə əsasən isə *** nömrəli mənzili təhvil verilməlidir.
33. Hazırkı iddia tələbində iddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının blok 2, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 121 kv.metr olan ** nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilə dair cavabdeh cavabdeh1 adına verilmiş ## ###### 2017-ci il tarixli müqavilənin, eyni mənzilin nömrəsi “108” göstərilməklə verilmiş ## ###### 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi; 2) Mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması; 3) Hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması; 4) cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi;
34. Cavabdehlərin mövqeyi ondan ibarətdir ki, İddiaçı ilə “xxxx” MTK-nın direktoru Əhmədov R.S arasında ##.##.2009-cu il tarixli müqavilə imzalanmış, müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 125.5 kv.m olan 41 №li 3 otaqdan ibarət olan mənzil pay kimi verilməli, İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməlidir. Müqavilə üzrə öhdəliklər “xxxx” MTK tərəfindən yerinə yetirilmədiyinə görə İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhər Yasamal rayon məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/** saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Bayramov Azər İmran oğlu və Bayramov İmran Əmirxan oğlu ilə ##.##.2009cu il tarixdə ayrı-ayrılıqda “xxxx” MTK arasında bağlanmış müqavilələrin ləğv edilməsi, ##.##.2009-cu il tarixdə İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış müqavilənin ləğv edilməsi, ##.##.2009-cu ildə Bayramov İmran Əmirxan oğlu ilə “xxxx” MTK arasında bağlanmış müqavilənin ləğv edilməsi, həmin müqavilələr əsasında ödənilmiş 271.085 manat məbləğində pul “xxxx” MTK-dan alınaraq iddiaçılara qaytarılması qət edilmişdir. Qanuni qüvvəyə minmiş qətnaməyə əsasən “xxxx” MTK-nın iddiaçıya ödənilməli borcu olduğu üçün eyni şəxslər tərəfindən təsis edilən “İnşaat Konstruksiyaları” MMC ilə İddiaçı arasında formal olaraq (yaranmış borcun təminatı olaraq) ixtiyari mənzilin alqı-satqısı ilə bağlı müqavilə imzalanmış, mənzilin dəyəri iddiaçı tərəfindən ödənilməmiş, əslində mənzil cavabdeh1 satılmışdır. Bu səbəbdən İddiaçı mülkiyyət hüquqlarının pozuntusu baş vermədiyi üçün iddia tələbinin təmin edilməsinə əsas yoxdur.
35. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən – Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 121 (119.7) kv.metr olan ** nömrəli izolə olunmuş mənzilə dair cavabdeh cavabdeh1 ilə "İnşaat Konstruksiyaları" MMC arasında bağlanmış ## ###### 2017-ci il tarixli müqavilə, eyni mənzilin nömrəsi “108” göstərilməklə bağlanmış ## ###### 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 121 (119.7) kv.metr olan 98 (faktiki *** nömrəli) nömrəli mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması, həmin hüquqlara maneənin aradan qaldırılması, cavabdehlər tərəfindən mənzilin iddiaçı İddiaçı təhvil verilməsi və iddiaçı İddiaçı qızının həmin mənzilə köçürülməsi qət edilmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, “S.Ələkbərovanın şikayəti üzrə xxxx Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının xxxxnın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xxxx Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2015-ci il tarixli Qərarında qeyd edilir ki, “....Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə ## ###### 2012-ci il tarixli Qərarları)”
37. Hazırkı iddiasında iddiaçı mübahisə predmeti olan mənzillə bağlı hüququnun cavabdeh “İnşaat Konstruksiyaları” MMC ilə aralarında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən yarandığını, mübahisəli mənzillə bağlı “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh1 arasında müqavilə imzalanmaqla və mənzilin cavabdeh1 təhvil verilməsi ilə onun mülkiyyət hüquqlarının pozulduğunu iddia edir, bu səbəbdən cavabdeh1 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş edir.
38. xxxx Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda etibarlı olub-olmaması müəyyən edilməli olan 2 əqd mövcuddur: iddiaçı İddiaçı ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilə və mübahisəli mənzillə bağlı cavabdeh1 ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC arasında imzalanmış ##.##.2017ci il tarixli müqavilələr;
40. Mülki Məcəllənin 144-1.1-ci maddəsinə əsasən xxxxnın Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir.
41. Məcəllənin 144-1.4-cü maddəsinə əsasən bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. Məcəllənin 144- 1.5-ci maddəsinə əsasən bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir.
42. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
43. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda qiymət verilməli olan məsələ iddiaçı İddiaçı ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilənin etibarlı əqd olub-olmaması, əqdin tələblərinin iddaçı və cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən yerinə yetirilib-yetirilməməsinin yoxlanılması ilə bağlıdır.
45. İddiaçı İddiaçı ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilənin etibarlı olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mövqeyinə görə sözügedən müqavilə Bakı şəhər Yasamal rayon məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/** saylı qətnaməsi ilə “xxxx” MTK-dan tutulmalı olan 271.085 manat məbləğində pulun ödənilməsinin təminatı olaraq bağlanmışdır.
46. “xxxx Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xxxx Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında qeyd edilir ki, “....Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı) .... Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.”
47. Məhkəmə kollegiyası qeyd edir ki, xxxx Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında yalan əqdin xüsusiyyətləri və onun hüquqi nəticələri qeyd edilmişdir. Qərarın təhlilindən belə qənaətə gəlmək olur ki, əqdin etibarlılığını şərtləndirən hallardan biri iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətidir, yalan əqdlərdə bu vəhdət pozulur və yalan əqddə tərəflər həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən uyğunsuzluq yaradırlar.
48. Hazırkı işin faktiki hallarından məlum olur ki, İddiaçı ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC ilə eyni təsisçiləri olan “xxxx” MTK arasında 2009-cu ildə yaranmış münasibətlər nəticəsində mübahisə olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə “xxxx” MTK tərəfindən iddiaçının xeyrinə 271.085 manat məbləğində pulun tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən və həmçinin izahatlarından da müəyyən edilir ki, iddiaçı ilə MTK-nin rəhbərliyi arasında uzun illər mübahisələr olmuş, iddiaçı şikayətlər edib, həmçinin izahatlarında iddiaçı hazırda sözügedən müqavilə üzrə mənzilin digər şəxsə satılmasından ehtiyyat etdiyini qeyd edir.
49. Belə olan halda məhkəmə kollegiyası cavabdehlərin dəlilləri ilə razılaşaraq qeyd edir ki, İddiaçı uzun illər mübahisəsi olduğu şəxslərin təsis etdiyi digər şirkətdən yenidən mənzil alınması ilə bağlı razılığa gəlməsi məntiqli və ağlabatan deyil. Bu ən azından ona görə inandırıcı deyil ki, iddiaçı sözügedən şəxslər tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyinə şahid olmuş, bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, MTK rəhbərliyinin əvvəlki müqavilələrlə bağlı öz üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Qeyd olunan qətnamənin icra olunması ilə bağlı hər hansı sübut işin materiallarında mövcud deyildir.
50. İddiaçı İddiaçı işə birinci instansiya və apellyasiya instansiya məhkəmələrində baxılması zamanı verdiyi izahatlarında 271.085 manat məbləğində pulun müəyyən hissəsinin ödənildiyini, ödənilmiş pul məbləği ilə mübahisəli mənzili aldığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edə bilməmiş, cavabdeh “İnşaat Konstruksiyaları” MMC isə yazılı şəkildə borcun odənilməmiş olduğunu təsdiq etmişdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı Yasamal rayon İcra Şöbəsinə sorğular göndərilməsinə baxmayaraq Bakı şəhər Yasamal rayon məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/** saylı qətnaməsinin icra edilməsini müəyyən etmək mümkün olmamışdır.
51. Belə ki, bu günkü günədək “xxxx” MTK tərəfindən iddiaçıya olan borcun ödənilməsi təsdiq edilmir, bununla bağlı hər hansı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
52. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı İddiaçı ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilədə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 121 kv.m olan 98 №li mənzilin 1 kv.m qiyməti 600 AZN olmaqla, 125, 5 kv.m sahəsi olan mənzil 75.300 manat məbləğində qiymətləndirilərək iddiaçıya satılmışdır. Lakin eyni ildə cavabdeh1 ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış müqavilədə isə mənzilin 1 kv.m 919 manat olmaqla, cəmi 119,7 kv.m üçün 110.000 manat məbləğində qiymətləndirilmişdir. Eyni ildə eyni mənzilin 1 kv.m üçün 300 manatdan çox fərqin olması ağlabatan deyil. Qeyd olunmalıdır ki, iddiaçı ilə “xxxx” MTK arasında 2009-cu ildə bağlanmış müqavilədə də mənzilin 1 kv.m-nin qiyməti 600 manat müəyyən olunmuşdur. Bakı şəhərində tikilən yeni binada 8 il müddətində qiymətin dəyişməməsi (artmaması) ağlabatan deyildir.
53. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə bağlanmış müqavilədə mənzilin 1 kv.m-nin 600 manat məbləğində qiymətləndirilməsi onun real qiymətini əks etdirmir. Sadalanan hallar iddiaçı İddiaçı ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilənin “xxxx” MTK-nin borcunun təminatı olaraq bağlanması faktının daha real olması qənaətini, sözügedən müqavilənin yalan əqd olması ehtimalını gücləndirir.
54. “xxxx Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xxxx Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında qeyd edilir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olubolmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olubolmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.”
55. Məhkəmə kollegiyası xxxx Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022ci il tarixli qərarında göstərilən hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, hazırkı halda ##.##.2017-ci il tarixli müqavilə üzrə müqavilənin subyekt tərkibinə dair, forma və məzmuna dair şərtlərin ödənilməsi onun etibarlı əqd olması qənatinə gəlməsinə əsas vermir, tərəflərin iradə ifadəsi ilə bağlı şərtin tələbləri pozulduğu üçün, həmçinin əsl iradənin gizlədilməsi halı müəyyən edildiyi üçün onun yalan əqd olmaqla əhəmiyyətsiz olduğu qənaətinə gəlməyə əsas verir. Bu səbəbdən əqd əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticə yaratmır, iddiaçıya cavabdehdən müqavilə üzrə verilməsi nəzərdə tutulmuş mənzilin tələb edilməsi hüququnu istisna edir.
56. Hazırkı halda iddiaçı tələbində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının blok 2, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 121 kv.metr olan ** nömrəli mənzilə dair cavabdeh cavabdeh1 adına verilmiş ## ###### 2017-ci il tarixli müqavilənin, eyni mənzilin nömrəsi “108” göstərilməklə verilmiş ## ###### 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, “İnşaat Konstruksiyaları” MMC ilə iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 arasında bağlanılmış müqaviləyə əsasən onlara təhvil verilməli olan mənzilin eyni mənzil olması işin mübahisəsiz (tərəflərin mübahisələndirmədiyi) halıdır.
58. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq qeyd olunmuşdur ki, tədqiq edilmiş “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2017-ci il tarixli ****** nömrəli müqavilə və maliyyə arayışının (*** nömrəli mənzilə dair), ##.##.2017-ci il tarixli müqavilənin (** nömrəli mənzilə dair) üzərində olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “İNŞAAT KONSTRUKSIYALARI” məzmunlu möhür əksi eyni məzmunlu eksperimental əks nümunələr ilə eynilik təşkil etmirlər.
59. Belə ki, “İnşaat Konstruksiyaları” MMC-nə məxsus üzərində hər hansı nömrə olmayan bir ədəd möhür ##.##.2021-ci il tarixli qərarla xxxxnın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürülmüş, “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh1 arasında bağlanılmış ##.##.2017-ci il tarixli ****** nömrəli müqavilə və maliyyə arayışın (*** nömrəli mənzilə dair), ##.##.2017-ci il tarixli müqavilənin (** nömrəli mənzilə dair) üzərlərində olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “İNŞAAT KONSTRUKSIYALARI” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil etsə də, xxxxnın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürülmüş möhürlə eynilik təşkil etmir. Yəni birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh cavabdeh1 ilə bağlanmış müqavilələrdə fərqli möhürdən istifadə edilmişdir.
60. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda cavabdeh1 ilə bağlanmış müqavilədə fərqli möhürdən istifadə edilməsi müqavilə ilə müəyyən edilmiş pul vəsaitini ödəyərək mənzili əldə etmiş vətəndaşın səhvi səbəbindən baş verməmişdir, bu hal onun ziyanına şərh edilməməlidir. Hazırkı halda mənzilin dəyəri cavabdeh1 tərəfindən MTK-ya ödənilmiş, həmçinin mənzildə təmir işləri həyata keçirilmiş və cavabdeh cavabdeh1 həmin mənzilə köçüb yaşayır.
61. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “İnşaat Konstruksiyaları” MMC ilə iddiaçı arasında bağlanmış ## ##### 2017-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd olması iddiaçını cavabdeh1 ilə MTK arasında imzalanmış müqavilənin etibarsızlığını tələb etməklə bağlı subyektiv hüququnu aradan qaldırır.
62. Belə ki, hazırki halda iddiaçının mübahisəli mənzillə bağlı mülkiyyət hüququ (sahiblik, istifadə və sərəncan vermə hüququ) yaranmadığı üçün cavabdehlər tərəfindən ##.##.2017-ci il tarixli ****** nömrəli müqavilə (*** nömrəli mənzilə dair), ##.##.2017-ci il tarixli müqavilənin (** nömrəli mənzilə dair) imzalanması ilə hansı hüquqlarının pozulmasını müəyyən etmək də mümkün deyildir.
63. Eyni qayda iddiaçının mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması, hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması və cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi barədə tələblərinə də tətbiq edilir.
64. Qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakla bağlı sahiblik və istifadə hüququ həmçinin tərəflər arasında imzalanmış notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və ya hər hansı əqd əsasında, sərəncam vermə hüququ hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından sonra yaranır.
65. Hazırkı halda İddiaçı mübahisəli mənzillə bağlı sahiblik və istifadə hüquqlarının yaranması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada bağlanmış etibarlı əqdin olması iş materialları ilə müəyyən edilmir.
66. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavabdehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır. Məcəllənin 157.8-ci maddəyə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. (158.2.)
67. İşin hallarından göründüyü kimi, iddiaçının mübahisəli mənzillə bağlı hər hansı mülkiyyət və ya əmlak hüquqlarının olması müəyyən edilmədiyindən bu hüquqların üçüncü şəxslər tərəfindən pozulmasından müdafiəsi ilə bağlı hər hansı tədbirlərin həyata keçirilməsi mümkün deyildir.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər cavabdeh1 və “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və xxxx Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər cavabdeh1 və “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə xxxx Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov