Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2095/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı cavabdeh “xxxx” X3 * saylı Bakı Ərazi Idarəsinə qarşı «istifadə və sahiblik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə ##.##.2021-ci il tarixli, **/**** nömrəli texniki pasportla (plan üzrə) ölçüləri və koordinantları müəyyən edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 449 ünvanında yerləşən 0.169 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi qərara alınmış, iddiaçıya həmin iddia tələbi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.
3. Iddiaçı həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının yekun məqsədi 0,169 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək olsa da bunun üçün iddiaçının həmin torpaq sahəsinə dair ən azı ilkin hüquqmüəyyənedici sənədlər olmalıdır. Həmin hüquqmüəyyənedici sənədlər olduğu halda müvafiq inzibati orqana müraciət edilməklə qanunla müəyyən olunmuş qaydada torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını tələb edə bilər. Lakin, belə bir tələbin yerinə yetirilməsi inzibati orqan tərəfindən əsassız olaraq imtina edilərsə, bu halda iddiaçı müvafiq inzibati məhkəməyə torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını inzibati orqanın üzərinə vəzifə olaraq qoyması üçün iddia ərizəsi ilə müraciət etmək hüququna malik olur. Hazırki işdən isə (iddia ərizəsinin məzmunundan da) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda, 0,0102 ha torpaq sahəsinin üzərində yerləşən yalnız ümumi sahəsi 81 kv.metr olan *** saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir, amma həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 1690 kv.metr (0,169 ha), o cümlədən fərdi yaşayış evinin altındakı sahəsi 0,0102 ha torpaq sahəsi hələ də iddiaçı İddiaçı mülkiyyətinə keçməmiş və hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsində (sərəncamında) olmaqla onun sahibliyindədir. Göründüyü kimi iddiaçının istifadəsində və sahibliyində ümumilikdə 1690 kv.metr torpaq sahəsi vardır və həmin torpaq sahəsi vaxtilə sovxoz torpağı olmuş və 1996-cı ildə X2 istifadəsinə (sahibliyinə) verilmiş və sonradan, yəni 2005-ci ildə H.Seyidov torpağı və üzərindəki evi iddiaçının atası X1, lakin, evin altındakı torpağın (1000 kv.metr (0,100 ha) hisəssinə aid sərəncamdan başqa) sənədi olmadığından notariat qaydada deyil, şifahi razılaşma (alqı-satqı) edilməklə satılmışdır. 2005-ci ildən 2021-ci ilədək həmin 1690 kv.metr torpaq sahəsi evlə birlikdə iddiaçının atası Isa Əliyevin sahibliyində (istifadəsində) olmuş və 2021-ci ildə həmin Isa Əliyev evi və torpağı oğluna, iddiaçıya bağışlamışdır. Lakin, 1690 kv.metr torpağın tamına (690 kv. metrə (0,69 ha) dair hüquqmüəyyənedici sənəd olmadığından şifahi şəkildə oğlu İddiaçı hədiyyə etmişdir. Rayon məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hazırki iddia tələbinin mülkiyyət hüququnun tanınması deyil, sahiblik və istifadə hüququnun tanınması tələbləri barədə iddiaçının təqdim etdiyi iddia ərizəsinin məzmununa, o cümlədən iddia tələblərinə, nəticə hissəsinə, yəni iddiaçının mülki məhkəmə qaydasında baxılmalı olan torpaq sahəsinə sahiblik və istifadə hüququnun tanınması tələbinə və eləcə də bunları təsdiq edən iş materiallarına lazımi diqqət yetirməmiş, işin bütün faktiki hallarını aydınlaşdırmamışdır.
5. Məhkəmənin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin olunmamış və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
8. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ##.##.2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Rayon məhkəməsi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, hazırki iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 449 ünvanında yerləşən 0.169 ha torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq şıxarış əldə etməkdir. Məhkəmə hesab etmişdir ki, tərəf torpaq sahəsinə mülkiyyət hüqüqunu dair müvafiq sənədləşdirmə aparılması üçün rayon məhkəməsinə deyil, adiyyəti üzrə Inzibati məhkəməyə müraciət etməlidir.
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
12. Həmin məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə ## ##### 2015- ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM- in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
15. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının mübahisələndirdiyi məsələ - sahibliyində olan torpaq sahəsinə dair müvafiq sənədləşdirmənin aparılması inzibati xarakterli münasibətlərə aid olmaqla, həmin iddia tələbinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalıdır.
17. Belə olan halda məlum olur ki, MPM-in tələblərinə görə, iddia ərizəsində göstərilən tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan rayon məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur.
18. Rayon məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçıya həm də müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququnu da izah etmişdir.
19. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
21. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
22. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
23. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.