Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2122/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, həmçinin iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2122/2026 (Açar sözlər: mənzildən çıxarılma; mənzildə payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil3, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İlkin iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “mənzilin nikah dövründən kənar əldə edilmiş əmlak hesab edilməsi, birgə nikah dövründə ödənilmiş məbləğə mütənasib olaraq cavabdehin payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İlkin iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılması, mənzil üzrə yaşayış və qeydiyyat hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. O, cavabdeh Cavabdeh ilə Bakı şəhəri, “* saylı Bakı Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə ##.##.2013-cü il tarixində rəsmi nikaha girərək ailə qurmuş, bu barədə AZ-II № ****** saylı nikah haqqında şəhadətnaməsi ilə **** nömrəliaktla qeydiyyata alınmışdır. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 2(005)- ***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı onun ilə cavabdeh Cavabdeh arasında ##.##.2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 anaları X2 yanında qalmaları qət edilmişdir. Bundan sonra o, övladları ilə birgə qeyd olunan mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Cavabdeh Cavabdeh hələ də onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatdadır və orada yaşamağa davam edir. Qeyd etmək lazımdır ki, ünvan 4 ünvanda yerləşən mənzil ##.##.2011-ci il tarixdə, yəni nikah dövründən əvvəl onun adına Dövlət qeydiyyatına alınmışdır. Cavabdehin mənzildə qeydiyyatda qalması və faktiki yaşaması onun mülkiyyət hüququnu məhdudlaşdırır, mənzil üzərində sərbəst istifadə, sərəncam vermə və digər hüquqlarını həyata keçirməyinə ciddi əngəl yaradır. Mənzilin mülkiyyətçisi olaraq şəxsi əmlakından tam hüquqlu istifadə edə bilmir. Cavabdeh tərəfindən mənzilin tərk edilməməsi, qeydiyyatdan çıxmaqdan imtina olunması nəticəsində onun konstitusion hüquqlarını həyata keçirə bilmir. Həmçinin bildirmək istəyir ki, onun və cavabdeh Cavabdeh nikahları ləğv ediləndən bəri birlikdə yaşamırlar. O, övladları ilə birgə yaşayır. Bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 135.4, 135.10-cu maddələrini rəhbər tutub hesab edir ki, cavabdeh Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzildə hər hansı istifadə hüququnun qalması mənasızdır və onun bu evə olan bütün hüquqlarının ləğv edilməsini istəyir.
3. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərinə iddiaçının tam pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## #### 2011-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinin cavabdeh X2 hissəsində etibarsız hesab edilməklə, sonuncunun adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ** saylı evin *** saylı mənzilin nikah dövründən kənar əldə edilmiş əmlak kimi iddiaçının adına tam pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ilə tanışlığı 2009-cu il tarixdən başlamışdır. Daha sonra bu tanışlıq aralarında ciddi münasibətlərin yaranmasına səbəb olmuşdur. Belə ki, 2011-ci ilin ilkin aylarında cavabdeh X2 ilə nişan mərasimi olmuşdur. Nişan mərasimindən sonra cavabdeh X2 ona məxsus olan ünvan 2 ünvanında yaşamaq istəmədiyini bildirmişdir. Səbəb kimi isə əvvəllər onun həmin məzildə birinci nikahdan olan ailəsi ilə yaşamağı olmuşdur. O isə cavabdehin fikri ilə razılaşaraq özünə məxsus olan Bakı şəhəri, F.X.Xoyski küçəsi, *** saylı evin, ** saylı mənzili sataraq başqa mənzil almaq qərarına gəldi. Həmin ərəfələrdə yeni mənzil axtarmağa başladı. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ** saylı evin, *** saylı mənzili bəyəndiyindən sahibi X7 bəy qızı ilə danışıqlar apardı. Satdığı mənzilin pulunu X7 ödədikdən sonra sonuncu mənzil ilə bağlı bütün rəsmi hərəkətlərin həyata keçrilməsi üçün ona ümumi etibarnamə vermişdir. Bütün notarial hərəkətləri mənzilin sahibi X7 adından ona verilmiş ümumi etibarnamə əsasında o həyata keçirtmişdir. Mənzil təmirsiz vəziyyətdə olduğu üçün və eləcə də toy qabağı əlavə pula ehtiyacı oldu. Həmin zaman ailə qurmaq istədiyi cavabdeh X2 ona bildirdi ki, o “xxxx” KB ASC-də işlədiyi üçün bankın işçisi kimi onun adına illik 8 faiz dərəcəsi ilə kredit götürmək olar. O da cavabdeh X2 ilə ailə quracağından və eləcə də ona olan etibarına əsasən güvənərək mənzili onun adına keçirərək “xxxx” KB ASC-yə girov qoyaraq 50000 manat kredit götürdü. Hətta başqa dostlarından da bir günlük banka 25000 manat pul qoymaq üçün borc almışdır. Qeyd edir ki, bütün rəsmiləşmələrdə evin sahibi adından o etibarnamə əsasında çıxış etmişdir. Daha sonra cavabdeh ##.##.2013-cü il tarixli X2 nikaha daxil olaraq Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən *** saylı nikah akt qeydi ilə rəsmiləşdirmişlər. Rəsmi nikahdan ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. 2024-cü ilin əvvəlləri ailə münasibətləri pozulduğu üçün cavabdeh Nərimanov Rayon Məhkəməsinə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024 - cü il tarixli qətnaməsi ilə iddiaçı X2 ilə arasında ##.##.2013- cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəlüdlü X4 anaları X2 yanında qalmaları qət edilmişdir. Daha sonra cavabdeh X2 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, əsilində faktiki onun olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ** saylı evin, *** saylı mənzilindən onun çıxarılmağı barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Yaranmış vəziyyətdə isə hesab edir ki, X2 ona qarşı belə bir iddia irəli sürdüyü üçün o da haqlı olaraq ona hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Çünki ## #### 2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi formal bağlanılmış uydurma əqddir. Həmin müqavilənin bağlanılmasına səbəb isə cavabdeh X2 bankda işləməsi və illik 8 faiz dərəcəsi ilə kredit almağı olmuşdur. Eyni zamanda qeyd edir ki, həmin zaman üçün mənzilin faktiki dəyəri 150.000 manat idi. Belə bir mənzilin 75000 manata qiymətləndirilməsi isə onu göstərir ki, həqiqətən də, bağlanılmış əqd formal əqddir. Hazırkı iş üzrə də məhz qeyd edilən sözügedən ## #### 2011-ci il tarixli alğı-satqı müqaviləsi də uydurma əqd olmaqla, görünüş üçün bağlanmış, əslində isə illik 8 faiz dərəcəsi ilə kredit verildiyi üçün cavabdehin adına alqı-satqı edilmişdir, hər hansı bir real alq-satqı müqaviləsi həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.4 337.1, 337.2, 340.1, 390.1, 425.1, 340.1-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir.
5. Məhkəmə baxışı dövründə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə ** saylı evin, *** saylı mənzilinin nikah dövründən kənar əldə edilmiş əmlak hesab edilməsi, birgə nikah dövründə ödənilmiş məbləğə mütənasib olaraq X2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadları ilə ilkin iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərinə tam pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki işlər bir icraatda birləşdirilməsi qərara alınmışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddianın təmin edilməsi, Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılması, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “mənzilin nikah dövründən kənar əldə edilmiş əmlak hesab edilməsi, birgə nikah dövründə ödənilmiş məbləğə mütənasib olaraq cavabdehin payının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 225.1-ci maddələlərinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsinə, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “mənzilin nikah dövründən kənar əldə edilmiş əmlak hesab edilməsi, birgə nikah dövründə ödənilmiş məbləğə mütənasib olaraq cavabdehin payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Həmçinin əlavə olaraq apelyator tərəfindən qeyd olunmuşdur ki, iş üzrə Cavabdeh izahatlarında göstərilmişdir ki, mübahisəli mənzilin əldə olunmasına ilkin ödənişlər, əvvəlki mənzilinin satışından əldə edilən vəsait, borc alınmış pullar və sonrakı təmir xərcləri onun tərəfindən qarşılanmış, İddiaçı adına rəsmiləşdirmə isə əsasən bank krediti əldə etmək məqsədi daşıyıb. Bu hallar iş materiallarında geniş əks olunub. Şahid ifadələri də bu mövqeni təsdiqləyib. Keçmiş mülkiyyətçinin qızı, X5 evi Cavabdeh satdıqlarını, Cavabdeh etibarnamə verildiyini, ilkin ödəniş olduğunu və razılaşdırılmış məbləği təsdiq edib. Digər şahidlər də mənzilin təmiri və maliyyələşdirilməsində onun iştirakını göstəriblər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili vəkil1 bildirmişdir ki, paylarının müəyyən edilməsi üçün brinci instansiya məhkəməsinə müraciət edilmişdir, odur ki, bu iş üzrə icraatın dayandırılmasını xahiş edirlər. Samir nikahdan əvvəl mübahisə predmeti olan əmlakda qeydiyyata düşmüşdür, elə həmin vaxtdan da orada yaşamışdır. Hətta yataq otağında da tərəflərin adlarının baş hərfləri dekor edilmişdir. Mübahisəli mənzil nikahdan əvvəl Cavabdeh vəsaiti əsasında alınmışdır və nikah dövründə ödənilən kredit məbləğinə uyğun olaraq İddiaçı oğlunun 6/1, Cavabdeh 6/5 hissədə olmaqla pay hüququnun müəyyən edilməsini xahiş edirlər.
13. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətini qəbul etməyərək qeyd etmişdir ki, qarşı tərəfin əsas məqsədi prosesi uzatmaqdır, müvafiq iddia süni iddiadır. 2 ilə yaxındır ki, proses davam edir. Digər iddianın qaldırılması hazırki iş üzrə icraatın dayandırılması üçün əsas deyildir. Tərəf özü də etiraf edib ki, evə toydan sonra köçüblər. Samir təmir işləri aparmamış, toydan sonra evdə yaşamışdır. Həmin mənzil alınanda Samir texniki cəhətdən köməklik göstərmişdir, buna görə də orada qeydiyyata düşmüşdür. Nigarın atası da Samirə etibar etmişdir. Samir də Moskvadan gəldikdən qeydiyyata düşməli olub. Səmayənin Samirə etibarnamə verdiyini danmırlar, Samir evi tapıb, alqı-satqıda texniki köməklik göstərmişdir. Səmayə sağ olanda öz övladlarına belə etibar etməyib, çünki onlarla vərəsəliklə əlaqədar mübahisəsi olub. Səmayə Samiri real alıcı bilib, etibarnamə verib. Birgə nikah dövründə birgə təsərrüfat olmuşdur, Samir kreditin ödənilməsində müəyyən qədər iştirak edib. Artıq tərəflərin nikah münasibətləri yoxdur. Aralarında mübahisə olduğu üçün polisə də müraciət edilib. Nigar 2 uşaqla başqa-başqa evlərdə qalır, heç kim öz arzusu ilə evindən çıxmaz. Nigarın çöldə qalmasına əsas səbəb qarşı tərəfdir. Buna görə də qarşı tərəfin mənzildən çıxarılmasını istəyirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
15. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyət orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir
16. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
22. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
23. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
24. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.
25. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
26. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
27. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.
28. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.
29. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
32. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən mənzil ##.##.2011-ci il tarixdən İddiaçı mülkiyyətindədir.
42. ##.##.2011-ci il tarixli yaşayış sahəsinin alqı-satqısı və ipotekası müqaviləsindən görünür ki, Kreditor-İpoteka saxlayan adlandırılacaq “xxxx”xxxx” ASC bir tərəfdən, İddiaçı ikinci tərəfdən, irəlidə Satıcı adlandırılacaq Bakı şəhəri, H.Əliyev prospekti, ev. 73/3, m. 13 ünvanı üzrə qeydiyyata alınmış X7 üçüncü tərəfdən aralarında yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən Satıcı, AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2011-ci il tarixli **/***** nömrəli arayışa əsasən, yaşayış sahəsi 64.1 m, 2 ümumi sahəsi 98,5 m, 2 yardımçı sahəsi 34.4 m, 2 olan, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev.** nömrəli binada yerləşən *** nömrəli mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Satılan mənzil AR DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı Çıxarışa əsasən Satıcıya məxsusdur. Müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Mənzilin satış iyməti 75.000 manatdır, mənzilin dəyərinin 25.000 manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 50.000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən ## #### 2011- i il tarixli 039İK/1* saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş redit vəsaiti hesabına ödənilir. Alıcı- İpoteka qoyan satılan mənzili (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış ## #### 2011-ci il tarixli 039İK/1* saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. İpoteka predmeti ilə aşağıdakı öhdəliklər təmin edilir: Kreditin məbləği 50.000 manat; Kreditin qaytarılma tarixi Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı- İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən 300 ay müddətinə ## #### 2036-cı il tarixinədək. Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 8%. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5dək aylıq 385.91 manat məbləğində hissələrlə bərabər ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği ## #### 2011-ci il tarixli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti 75 000 manat dəyərində qiymətləndirilir.
43. ##.##.2011-ci il tarixli kredit müqaviləsindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ASC bir tərəfdən və: İddiaçı digər tərəfdən bağladıqları müqavilənin şərtlərinə görə Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 50000 manat məbləğində 300 ay müddətinə kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Kredit Borcalana ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir.
44. Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 ilə cavabdeh Cavabdeh arasında ##.##.2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 anaları X2 yanında qalmaları qət edilmişdir.
45. Məhkəmə kollegiyası ilk növbədə apelyatorun birləşdirilmiş iş üzrə iddia tələbinin olunması barədə şikayətinin dəlillərinə münasibət bildirməyi məqsədəuyğun hesab edir. Çünki hazırki halda birləşdirilmiş iş üzrə iddia tələbinin təmini ilkin iddianın təminini istisna edəcəkdir.
46. Belə ki, ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir.
47. Əmlakın ümumiliyi dedikdə isə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Ona görə də, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın ümumi əmlakı qanuni rejimə tabe olan ümumi birgə mülkiyyət sayılır (Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələri).
48. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
49. Hazırda birləşdirilmiş iş üzrə iddiaçı mübahisəli əmlakın, əslində, özünə məxsus digər bir mənzili satması nəticəsində əldə etdiyi gəlirlə aldığını, həmin mənzili girova qoyaraq bankdan pul götürə bilmək üçün formal olaraq qarşı tərəfin adına rəsmiləşdirdiyi, əslində, həmin əqdlərin yalan olduğunu bildirmiş, bankdan götürdüyü pulu isə evin təmirinə və toy xərclərinə sərf olunduğunu qeyd etmişdir. Buna görə də hesab edir ki, həmin mənzil nikahdan əvvəl məhz Cavabdeh tərəfindən əldə edilmiş nikah sayılması, bununla bərabər kreditin ödənilmiş hissəsinə uyğun olaraq tərəflərin paylarının müəyyən edilməsini xahiş etmişdir.
50. Kollegiya ilk növbədə qeyd edir ki, birləşdirilmiş iş üzrə iddiaçının bu iki tələbi bir-biri ilə ziddiyət təşkil etməkdədir. Belə ki, mənzilin nikahdan öncə əldə edilməsinin təsbiti barədə iddia təmin olunacağı halda onun üzərində tərəflərin hansısa hissədə paylarının müəyyən edilməsi qeyri-mümkündür. Bundan əlavə apellyator mənzilin onun özü tərəfindən nikahdan əvvəl əldə olunmasının təsbitini xahiş etsə də, alqı-satqı müqaviləsi İddiaçıla bağlanmışdır və həmin müqavilə mübahisələndirmədən (birinci instansiya məhkəməsində iddia qaldırılarkən əqdin etibarsızlığı tələbi mövcud olsa da, sonradan tələb dəqiqləşdirilərək bu hissədə çıxarılmışdır) belə bir tələbin irəli sürülməsi düzgün olmamışdır. Bununla belə kollegiya tələbə ümumi prizmadan yanaşaraq aşağıdakıları qeyd edir.
51. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli ünvan 1 (bundan sonra yaşayış sahəsi) ünvanında yerləşən yaşayış sahəsi birgə nikahdan əvvəl, yəni ##.##.2011-ci il tarixində əldə edilmişdir. Apellyator həmin mənzilin alınması ilə bağlı müqavilənin yalan əqd olduğunu, müqavilə tərəfinin əslində özü olduğunu və bütün rəsmiləşdirmələri özünün apardığını, mənzili bankda girov qoya bilmək üçün formal olaraq İddiaçı adına rəsmiləşdirdiklərini qeyd etmişdir. Kollegiya qeyd edilənlərə münasibətdə bildirir ki, müqavilənin etibarsızlığına dair iddialara baxılarkən sübutetmə yükü bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Lakin hazırki iş üzrə apelyator ilk növbədə mübahisəli mənzilin alınmasında istifadə edilən məbləğin məhz özünə məxsus olan mənzilin satılması və satışdan əldə olunan gəlir hesabına bu mənzilin artmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
52. Əqdin tərəfinin, əslində, Cavabdeh olmasına dair aqumentə münasibətdə isə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli plenum qərarı) əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. eləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
53. Lakin xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Belə ki, hazırki iş üzrə müqavilə tərəflərinin heç biri bağlanılmış alqı-satqı müqaviləsinin pərdələnməsi niyyətlərinin olması təsdiq edilməmiş, yuxarıda qeyd edildiyi kimi bu niyyətin varlığı heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bu zaman da Konstitusiya Məhkəməsinin də bu barədə yuxarıda göstərilən mövqeyinə uyğun olaraq əqdin yalan əqd kimi qiymətləndirilməsinə dair mötəbər əsas mövcud olmuş olmur.
54. Bundan əlavə məhkəmə apelyatorun digər məhkəmədə payların müəyyən edilməsinə dair iddia qaldırması ilə əlaqədar hazırki icraatın dayandırılmasına dair vəsatətinə münasibətdə onun diqqətinə çatdırır ki, kollegiyanın apelyatorun nümayəndə və vəkili ilə apardığı dəqiqləşməyə əsasən hazırki tələb üzrə də İddiaçı oğlunun 6/1, Cavabdeh 6/5 hissədə olmaqla pay hüququnun müəyyən edilməsi məhkəmədən xahiş olunur. Kollegiya da yuxarıda göstərilən əsaslar üzrə bu cür pay bölgüsünün mümkün olub-olmamasını artıq bu məhkəmə icraatında araşdırmışdır. Buna görə də icraatın dayandırılması barədə vəsatətin təmini üçün hər hansı zərurət mövcud deyil.
55. Apelyator daha sonra bankdan götürülən pulun isə evin təmirinə və toy xərclərinə sərf olunduğunu qeyd etsə də, bu barədə hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. Həmçinin kredit İddiaçı adına rəsmiləşdirilmişdir və həmin kredit məbləği evin təmirinə sərf olunsa idi belə, bu, İddiaçı verilmiş kredit məbləğindən həyata keçirilmişdir.
56. Beləliklə, göstərilənlərə əsasən kollegiya birləşdirilmiş iş üzrə iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas təşkil etmir.
57. Məhkəmə ilkin iddianın təmin olunması və cavabdehin mənzildən çıxarılması hissəsinə dair isə aşağıdakıları qeyd edir.
58. Belə ki, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
59. Hazırda işin mübahisəsiz halıdır ki, mübahisə predmetinin əsasını təşkil edən ünvan 1 (bundan sonra yaşayış sahəsi) ünvanında yerləşən yaşayış sahəsi ##.##.2011-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən, İddiaçı adına rəsmiləşdirilmişdir. Bundan savayı, tərəflər arasında nikah ##.##.2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.
60. Ona görə də həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından ##.##.2009-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
61. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya * saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.
62. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya * saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
63. “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Eyni zamanda bu maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur.
64. Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı ##.##.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır.
65. Bu zaman yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında həmçinin vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
66. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
67. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən mənzil ##.##.2011-ci il tarixdən İddiaçı mülkiyyətindədir və nikahın bağlanması mənzilin əldə edilməsindən sonra baş vermişdir. Nəticə etibarilə mübahisəli mənzillə bağlı iddiaçının hər hansı pay hüququ olmaması və mənzilin bütövlükdə ilkin iddia üzrə iddiaçının mülkiyyətində olması bəlli olur.
68. Həmçinin, tərəflər arasında nikah münasibətləri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
69. Həmçinin istər iş materialları, istərsə də tərəflərin izahatları ilə təsdiq olunmuşdur ki, cavabdeh qeyd olunan mənzildə yaşasa da, 2024-cü ildə nikahın pozulması ilə əlaqədar ailə münasibətlərinə xitam verildiyindən cavabdehin həmin mənzilə dair istifadə etmək hüquqları da qalmamışdır. Lakin buna baxmayaraq müəyyən edilir ki, Cavabdeh nikahın pozulmasından sonra uzun müddətdir ki, həmin mənzildə yaşamaqdadır.
70. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə əlaqədar düzgün qənaətə gəlmişdir və hazırda apelyator tərəfindən qeyd olunan hallar qətnamənin ləğvi üçün hər hansı əsas təşkil etmir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
72. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
73. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
74. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
75. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev