Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2125/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (dəqiqləşdirilmiş) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli, ***K saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi; iddiaçı İddiaçı Cavabdeh MMC-də Kommersiya Departamentinin direktoru vəzifəsinə işə bərpa edilməsi; cavabdeh tərəfindən aylıq əmək haqqının 7000 (yeddi min) AZN olması nəzərə alınmaqla ##.##.2025-ci il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə əmək haqqının iddiaçı İddiaçı birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-nin iddiaçı İddiaçı barəsində ##.##.2025-ci il tarixli ***K saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki işinə, yəni Cavabdeh MMC-də Kommersiya Departamentinin direktoru vəzifəsinə işə bərpa edilməsi, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçının aylıq əmək haqqı nəzərə alınmaqla ##.##.2025-ci il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqının cavabdehdən tutularaq iddiaçı İddiaçı birdəfəlik ödənilməsi, iş üzrə ödənilməli olan 50 manat dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Iddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti ilə bərabər buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verərək qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilən müddətin buraxılması səbəbini üzürlü hesab edərək müddətin bərpa edilməsini və işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qətnaməsi ##.##.2026-cı il tarixdə rəsmi şəkildə qəbul edilmiş və ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayəti verilmişdir. Lakin tərəflərindən verilmiş apellyasiya şikayəti hansısa texniki səbəblərdən natamam imzalanmış və buna görə də apellyasiya şikayəti sistem vasitəsilə məhkəməyə çatmamışdır. Səbəb isə elektron məhkəmə informasiya sistemində aparılan təkmilləşdirmə ilə əlaqədar tez-tez baş verən texniki xətalar olmuşdur. Nəzərə çatdırır ki, mütəmadi olaraq bu kimi hallarla rastlaşır. Apellyasiya şikayətinin texniki səbəblərlə əlaqədar olaraq sistemə yüklənməsi mümkün olmadığından, ##.##.2026-cı il tarixində poçt vasitəsilə göndərilmişdir. Göstərilən səbəbdən prosessual müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsini xahiş edir. Sabunçu Rayon Məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavabdehin ərizəsi (vəsatəti) təmin edilməmişdir. Cavabdehin həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmənin qərardadında göstərilənlər həm maddi, həm də prosessual hüquq normalarının mahiyyətindən uzaqdır. Tərəflərin apellyasiya şikayətinin vaxtında təqdim edilməməsi cavabdehin iradəsindən asılı olmayan səbəblərlə-elektron sistemdə yaranmış texniki nasazlıq və sənədin sistem tərəfindən natamam imza kimi qəbul edilməsilə bağlı olmuşdur. Müasir dövrdə məhkəmə sənədlərinin elektron qaydada təqdim edilməsilə bağlı texniki xətaların baş verməsi istisna edilmir və belə xətalar hər zaman sənədləşdirilə bilən formada olmur. Həmçinin, texniki xətalarla bağlı istifadəçilərin bu tip arayışları əldə etmək imkanları məhduddur və praktiki olaraq hər zaman mümkün olmur. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Cavabdeh ##.##.2026-cı il tarixdə ərizə ilə Məhkəməyə müraciət edərək müvafiq tarixdə elektron məhkəmə sistemində problem olub-olmaması ilə bağlı sorğu ünvanladıqlarını, həmin sorğuya cavab gələnədək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh müvafiq sorğunun göndərilməsinə dair sübutları ərizəsinə əlavə etməmişdir. Eləcə də cavabdehin daha əvvəl həmin sorğunu göndərmək üçün kifayət qədər vaxtı – imkanı olduğundan həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli və ya apellyasiya şikayətinə əlavə edilməli idi. Odur ki, məhkəmə iclasının təxirə salınması üçün əsaslar müəyyən edilmir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməsinin səbəblərinin üzrlü olubolmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Azemis” X2 görünür ki, cavabdehin elektron kabineti var. Hazırkı iş materiallarından görünür ki, rayon məhkəməsinin qətnaməsi ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemində yerləşdirilməklə elektron kabinet vasitəsilə tərəflərə təqdim edilmişdir. Cavabdeh isə qətnamədən elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermiş və şikayəti müddət ötürməklə verməyinin səbəbi kimi ##.##.2026-cı il tarixdə şikayətinin natamam imzalandığını və sistemdə aparılan təkmilləşdirmələrlə əlaqədar yaranmış texniki xəta ilə bağlı şikayətin sistemə vaxtında yüklənməsinin mümkün olmaması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, yenilənmiş “Elektron məhkəmə” Informasiya Sisteminə keçidlə əlaqəli sistem 22-## #### 2026-cı il tarixlərində texniki işlər səbəbindən müvəqqəti olaraq fəaliyyət göstərməmiş, yeni sistemə keçid həmin tarixdən sonra baş tutmuşdur. Cavabdehin qeyd etdiyi dövrdə - ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində hər hansı nasazlıq olmamış, fasiləsiz olaraq fəaliyyət göstərmişdir. Məhkəmənin icraatında olan digər işlər üzrə proses iştirakçıları tərəfindən həmin dövrdə sənədlərin yüklənməsində, elektron imzalanmasında problem yaşanmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinin sistemdə natamam imzalanmasına, baş vermiş texniki xətaya dair hər hansı mötəbər sübut (elektron kabinetdən çıxarış) da təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, prosessual müddətin bərpası institutu daha çox fiziki şəxslərə münasibətdə üzrlü səbəblər olduqda müddətin bərpasını nəzərdə tutur. Belə hallar geniş olmaqla, əsasən şəxsin özünün və ya yaxınının xəstələnməsi, ölümü, ezamiyyətdə olması, hərbi xidmətdə olması və s. daxildir. Hüquqi şəxslərə münasibətdə isə prosessual müddətin bərpası üçün əsas kimi daha çox fövqəladə vəziyyət, təbii fəlakətlər, epidemiya, pandemiya və s. kimi hallar üzrlü səbəb sayıla bilər. Hazırkı işin hallarından və cavabdehin ərizəsindən isə görünür ki, onun istinad etdiyi səbəblər öz təsdiqini tapmamaqla yanaşı, həmin dəlillər heç yuxarıda sadalanan halların təsir dairəsinə də düşmür. Məhkəmə hesab edir ki, cavabdehin prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində qeyd etdikləri üzrlü səbəb kimi qiymətləndirilə bilməz, buna görə də rayon məhkəməsi haqlı olaraq müddətin bərpa edilməsindən imtina etmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2125/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2125/2026
26.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver