Məhkəmə qərarları › İş №e-2(3-6)-2128/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2128/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2128/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin, debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı IB-nin cavabdeh Cavabdeh qarşı dəymiş maddi zərərinin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Istehsalat Birliyi ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixli, **/***** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır.

2. İddiaçı Istehsalat Birliyi tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbi ilə ##.##.2017-ci il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2020-ci il, ##.##.2020-ci il, ##.##.2020-ci il, ##.##.2020-ci il tarixli aktlar tərtib edilmişdir.

3. Abonentin saldosuna əsasən, Cavabdeh (abonent kodu 100472600500000) qalıq aktlar üzrə 2017-ci il üzrə 388,80 manat, 2019-cu il üzrə 1.884,60 manat, 2020-ci il üzrə 1.375,20 manat olmaqla, aktlar üzrə cəmi 3.648,60 manat borc hesablanmışdır. Həmçinin onun sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 949.57 manat debitor borc mövcuddur .

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı “maddi ziyanın əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 4.598,17 manat maddi zərərin və 65,99 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4.664,16 manat pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Iddiaçı İddiaçı Istehsalat Birliyi daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3.648,60 manat maddi zərərin, 949,57 manat debitor borcun və 65,99 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4.664,16 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Istehsalat Birliyi ilə abonent Cavabdeh arasında ##.##.2025-ci il tarixində **/***** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmış və tərəflər həmin müqavilə əsasında İddiaçı Istehsalat Birliyi abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Istehsalat Birliyinin Bakı X3 Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı Istehsalat Birliyinin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: ##.##.2017-ci il tarixli akt əsasında 388,80 manat, ##.##.2019-cu il tarixli əsasında 853,20 manat, ##.##.2019-cu il tarixli akt əsasında 133,20 manat, ##.##.2019-cu il tarixli akt əsasında 133,20 manat, ##.##.2019-cu il tarixli akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli akt əsasında 133,20 manat, ##.##.2019-cu il tarixli akt əsasında 295,20 manat, ##.##.2020-ci il tarixli akt əsasında 295,20 manat, ##.##.2020-cu il tarixli akt əsasında 295,20 manat, ##.##.2020-ci il tarixli akt əsasında 295,20 manat, ##.##.2020-ci il tarixli akt əsasında 489,60 manat məbləğində İddiaçı Istehsalat Birliyinə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Cavabdeh 2011-ci ilin mart ayında 5 manat, 2021, 2022, 2023, 2024, 2025-ci illər ərzində isə 115 manat olmaqla, ümumilikdə isə 120 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin ödəməli borc məbləği hazırda aktlar üzrə 3.648,6 manat, debitor borc üzrə 949,57 manat olmaqla, abonentin saldosu üzrə ümumi borcu 4.598,17 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində, iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 949,57 manat məbləğində sərfiyyat borcu və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı IB-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş abonentin saldosu adlı sənəddən müəyyən edilir ki, cavabdehin abonent hesabı üzrə sayğac göstəricilərinə əsasən istifadə edilmiş, lakin ödənilməmiş 949,57 manat məbləğində debitor borc mövcuddur. Cavabdeh tərəfindən həmin məbləğin ödənildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. MPM-in 88 ci maddəsinə uyğun olaraq sübutların məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə hesab etmişdir ki, 949,57 manat debitor borcun mövcudluğu mübahisəsiz sübuta yetirilmişdir və həmin məbləğin tutulması qanuni və əsaslıdır.

9. Iddiaçı qazdan qeyri-qanuni istifadə nəticəsində maddi zərərin tutulmasını tələb etsə də, məhkəmə müəyyən etmişdir ki, qanunsuz qoşulma faktı sübuta yetirilməmişdir. Belə ki, məhkəməyə qaz xəttinə texniki müdaxilə, kənar qoşulma nöqtəsi barədə mötəbər və təkzibolunmaz sübut təqdim edilməmişdir. Qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin cavabdehə təqdim edilməsi, ona poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsini təsdiq edən sənədlər təqdim edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslər tərəfindən cavabdehin aktı qəbul etməsindən imtina etməsi kimi qeyd yazılmışdır, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz.

10. Başqa sözlə, aktlar prosessual qaydalara zidd tərtib edilmişdir. Təqdim edilmiş aktlar abonentin iştirakı olmadan, abonentin və ya ailə üzvlərinin imzası olmadan, aktın abonentə təqdim edildiyini təsdiq edən sənəd olmadan birtərəfli qaydada tərtib edilmişdir. Bu isə həmin aktların sübut əhəmiyyətini aradan qaldırır. Təqdim edilmiş fotoşəkillərin çəkilmə vaxtı, ünvanı və mənbəyi müəyyən olunmadığından onlar da mötəbər sübut hesab edilə bilməz.

11. Bundan başqa, zərərin hesablanması elmi-texniki əsaslandırılmamışdır. Iddiaçı tərəfindən təqdim edilən itirilmiş qaz hesablamaları konkret müdaxilə tarixi ilə əlaqələndirilməmiş, müstəqil ekspertiza ilə təsdiq edilməmiş, istifadə edilmiş norma və iş rejimi sübuta yetirilməmişdir. Bu səbəbdən zərərin məbləği obyektiv meyarlara əsasən müəyyən edilməmişdir.

12. Digər tərəfdən, iddiaçı uzun müddət– 2017-2020-ci illər ərzində üç il müddətidə qanunsuz qoşulma olduğunu iddia etsə də, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Bu hal da aktların mötəbərliyinə əsaslı şübhə yaradır.

13. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən – cavabdeh tərəfindən istehlak edilmiş, lakin əvəzi ödənilməmiş qaz sərfiyyatına görə 949,57 manat məbləğində pulun iddiaçı İddiaçı Istehsalat Birliyinin xeyrinə tutulması hissəsində təmin edilməli, qalan hissədə isə sübuta yetirilmədiyi üçün rədd edilməlidir.

14. Məhkəmə hesab etmişdir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 425, 560.1, 560.2, 560.3 və 560.3.5.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” qanunun 13.8-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X5”nın 6.5-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. İddiaçı IBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehə məxsus ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” Aktla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarına əlavə edilmişdir). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmiş, həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Cavabdeh qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə qaz paylayıcı (iddiaçı İddiaçı IB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermədiyini, iddiaçının təbii X5nın pozulmasına dair akta əsasən dəymiş zərər kimi cavabdehin istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması məhz qeyd edilmiş qərarlar əsasında müəyyən edilməli olduğunu və yalnız bundan sonra, məhkəmə qanunsuz qoşulmaqla qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğunu və hazırkı işdə isə məhkəməyə cavabdehin təqsirini təsdiq edən belə bir sübut təqdim edilmədiyini göstərərək iddia tələbi üzrə təqdim edilən sübutları araşdırmadan iddianın qismən təmin edilməsi qərarına gəlmişdir. Eyni zamanda, oxşar mülki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarında (Elşanə Vəliyeva, Ispəndiyar Şəfiyev və Əhliman Xıdırov) məhkəmə kollegiyası hesab etmişdir ki, "X5"nda (həmin dövrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməmişdir və bu sübutlarla təsdiq olunmadan Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz. Beləliklə, cavabdehin illər ərzində qanunsuz qoşulmadan istifadə etdiyi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunur. Lakin məhkəmə iş materiallarını araşdırmadan mülki işə formal münasibət bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarında (Elşanə Vəliyeva, Ispəndiyar Şəfiyev və Əhliman Xıdırov) məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması mühüm məhkəmə baxışının mühüm prinsip olub, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında tərtib edilməli, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Iş üzrə təqdim edilmiş aktlar, onlara əlavə edilmiş şəkillər və cavabdehin saldosu qanunsuz qoşulma hallarını müəyyən edən sübutlar olmasına baxmayaraq məhkəmə sübutlara hüquqi qiymət verməmiş, eyni zamanda iddiaçı tərəfin yerində müayinə keçirilməsi barədə vəsatətini də təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərarında (Vüqar Həsənov, Əhməd Əhmədov və Ispəndiyar Şəfiyev) məhkəmə kollegiyası hesab etmişdir ki, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən belə qoşulmanın təsdiq edilməsinə dair iddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır. Belə ki, Paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktların həqiqəti əks etdirməsi baxımından mötəbərliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımdan mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisənin olması yoxlanılmalıdır. Bununla yanaşı işdəki digər dəlillər (izahat, qanunsuz qoşulma iddia olunan dövrdə abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatlar, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilərək (MPM, maddə 88), kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir. Birinci instansiya məhkəməsi qətnamədə müəyyən prosedur qaydalarına riayət edilmədiyini göstərərək digər maddi və prosesual hüquq normalarının tələblərini nəzərə almadan və təqdim edilən sübutlarla müəyyən oluna bilən faktları araşdırmadan iddianı rədd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “X5”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (##.##.2023-cü il tarixinədək olan redaksiya).

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırki işdə iddia qismən təmin olunduğundan və iddiaçı apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Işdən görünür ki, sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbindən tərtib edilmiş “Təbii X5nın pozulması” haqqında aktlara əsasən dəymiş ziyanın əvəzi olaraq 2017-ci il üzrə 388,80 manat, 2019-cu il üzrə 1884,60 manat, 2020-ci il üzrə 1375,20 manat məbləğində borc tələb edilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar özü-özlüyündə cavabdehin qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Belə ki, akt tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışdır.

29. Həmçinin aktlara elavə edilmiş fotoşəkillərdən qaz xəttinə qeyri-qanuni qoşulmanın cavabdeh tərəfindən onun ünvanında həyata keçirildiyini müəyyən etmək mümkün deyil.

30. Bununla yanaşı, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən hər hansı ekspertizanın keçirilməsi barədə vəsatət məhkəməyə verilməmişdir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi öz təsdiqini tapmadığından iddia tələbi təmin edilməməlidir.

32. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı Istehsalat Birliyinin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar