Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2149/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı Mənzil Tikinti Kooperativi (“Kooperativ”) ilə X3 (“payçı”) arasında bağlanmış ##.##.2007-ci il tarixli Koorperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən, İddiaçı MTK ünvan 1 məhəllə ünvanında yerləşən tikilməkdə olan ümumi sahəsi 97,82 m2 olan yaşayış binasının 2-ci yaşayış mərtəbəsiydə * №-li mənzili Cavabdeh verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən göstərilən sahənin ümumi dəyəri 52264 ABŞ dolları məbləğində müəyyən olunmuş və ödənişin məzənnəyə uyğun manatla aparıldığı qeyd edilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən müqavilə bağlanan günü payçı tərəfindən göstərilən sahənin dəyərinin bir hissəsi, yəni 42585 ABŞ dolları ödənilir, payçı öhdəsinə götürür ki, pulun qalan hissəsini kooperativə tikinti başa çatana kimi ödəyəcəkdir.
2. Iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi təqdim edilmiş kassa mədaxil orderi qəbzlərindən görünür ki, cavabdeh tərəfindən MTK-ya * nömrəli mənnzilin dəyərindən ##.##.2007-ci il tarixdə 36879 manat, ##.##.2009-cu il tarixdə 820 manat, ##.##.2009-cu il tarixdə 1600 manat olmaqla, ümumilikdə, 39299 manat (45585 ABŞ dolları) məbləğində pul ödənilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixlinə əsasən İddiaçı MTK-dan 2254,70 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
4. İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən X3 ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıqda qeyd olunmuşdur ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ## ###### 2007-ci il tarixli "Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə"yə əsasən Kooperativ ünvan 1 məhəllə ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci yaşayış mərtəbəsində * nömrəli mənzili Payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzil 2 otaqdan ibarət, ümumi sahəsi 97.82 kv.m, ümumi dəyəri 51845 ABŞ dolları müəyyən olunmuşdur. Ödəniş məzənnəyəuyğunmanatlaaparılmalı, müqavilə bağlandığı gün Payçı tərəfindən mənzilin dəyərinin 42585 ABŞ dolları ödənilməsi müəyyən edilmişdir. Qalan məbləğin tikinti başa çatana kımı Kooperativə ödənilməsı Payçı tərəfindən öhdəsinə götürülmüşdür. Müqavilə bağlandığı gün olan ## ###### 2007-ci il tarixində 36879 manat tərəfindən Kooperativə ödənilmişdir. Məzənnəyə uyğun 1 ABŞ dolları 0,8660 manatla hesablanmış (36879 manat- 42585 ABŞ dolları) və 42585 ABŞ dollar ödəniş kimi qəbul edilmişdir. ## #### 2009-cu il tarixdə 820 manat (1000 ABŞ dolları), ## #### 2009-cu il 1600 manat (2000 ABŞ dolları) ödəniş etmişdir. Beləliklə o, əldə etdiyi mənzilin dəyərindən toplamda 45585 ABŞ dolları ödəniş etmişdir. Sahibləndiyi mənzilin 6260 ABŞ dollarını (bu günə olan məzənnə ilə 10.642 manat) bu günə qədər ödəməmişdir. ## ######## 2013-cü il tarixli bildirişlə mənzillə bağlanmış müqaviləyə əsasən 4660 manat (həmin günün məzənnəsi ilə 6260 ABŞ dolları 4660 manat) borcunun olduğu bildirilmiş, ödəniş etməyəcəyi təqdirdə müqaviləni birtərəfli şəkildə ləğv edəcəyi qeydedilmişdir. Lakin mənzilə görə borc olan 6260 ABŞ dolları bu günə qədər ödənilməmiş qalmışdır. Qeyd olunanları nəzərə alaraq və tərəflər arasında bağlanmış müqavilənin 5-ci maddəsini rəhbər tutaraq İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ## ###### 2007-ci il tarixli "Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə" birtərəfli qaydada (İddiaçı MTK tərəfindən) ləğv edilmişdir. Mənzil üçün bu günə qədər ödəmiş olduğu pul müqavilənin 5-ci maddəsinə əsasən Payçıya qaytarılacaqdır. Bu səbəbdən dəmüqavilə predmeti ünvan 1 məhəllə tikilmiş binanın 2-ci mərtəbə 8-ci mənzili 5 gün müddətində boşaldaraq İddiaçı MTK-ya təhvil verilməsi tələb olunur. Əks təqdirdə tərəflərindən məhkəməyə müraciət olunacaqdır. Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ünvan 1 məhəllə tikilmiş binanın 2-ci mərtəbə 8-ci mənzilindən (ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binasının * saylı mənzili) ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmaqla mənzilin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MTK ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2007-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə”yə əsasən Kooperativ ünvan 1 məhəllə ünvanda tikilməkdə olan yaşayış binasının 2ci yaşayış mərtəbəsində * nömrəli mənzili Payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzil 2 otaqdan ibarət, ümumi sahəsi 97.82 kv.m, ümumi dəyəri 51845 ABŞ dolları müəyyən olunmuşdur. Ödəniş məzənnəyəuyğunmanatlaaparılmalı, müqavilə bağlandığı gün Payçı tərəfindən mənzilin dəyərinin 42585 ABŞ dolları ödənilməsi müəyyən edilmişdir. Qalan məbləğin tikinti başa çatana kimi Kooperativə ödənilməsi Payçı tərəfindən öhdəsinə götürülmüşdür. Müqavilə bağlandığı gün olan ## ###### 2007-ci il tarixində 36879 manat Payçı tərəfindən Kooperativə ödənilmişdir. Mərkəzi Bankın məzənnəsinə görə həmin gün 1 ABŞ dollarının məzənnəsi 0.8688 manat təşkil etmişdir (36879 manat=42448 ABŞ dolları). Payçının ödənişi onun özü üçün daha sərfəli məzənnə olan 1 ABŞ dolları 0,8660 manatla hesablanmış (36879 manat=42585 ABŞ dolları) və 42585 ABŞ dollar ödəniş kimi qəbul edilmişdir. Payçı ## #### 2009 cu il tarixində 820 manat (820 manat=1000 ABŞ dolları), ## #### 2009-cu il tarixində 1600 manat (1600 manat=2000 ABŞ dolları) ödəniş etmişdir. Beləliklə Payçı əldə etdiyi mənzilin dəyərindən toplamda 45585 ABŞ dolları ödəniş etmişdir. Payçı sahibləndiyi mənzilin 6260 ABŞ dollarını (bu günə olan məzənnə ilə 10642 manat) bu günə qədər ödəməmişdir. ## ######## 2013-cü il tarixli bildirişlə mənzillə bağlanmış müqaviləyə əsasən 4660 manat (həmin günün məzənnəsi ilə 6260 ABŞ dolları=4660 manat) borcunun olduğu bildirilmiş, ödəniş etməyəcəyi təqdirdə müqvilənin 6-cı bəndinə əsasən MTK rəhbərliyinin müqaviləni bir tərəfli şəkildə ləğv edəcəyi qeyd edilmişdir. Payçının mənzilə görə borcu olan 6260 ABŞ dolları bu günə qədər ödənilməmişdir. Payçıya ünvanlanmış ## #### 2025-ci il tarixli xəbərdarlıqla Payçının mənzilə görə borcu olan 6260 ABŞ dolları 7 gün ərzində ödəməyəcəyi təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi barədə xəbərdar edilmişdir. Payçıya ünvanlanmış ## ###### 2025-ci il tarixli bildirişlə tərəflər arasında bağlanmış müqavilənin 5-ci maddəsini rəhbər tutaraq İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ## ###### 2007-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə” birtərəfli qaydada (İddiaçı MTK tərəfindən) ləğv edildiyi bildirilmiş, mənzil üçün bu günə qədər ödənilmiş pulun müqavilənin 5-ci maddəsinə əsasən Payçıya qaytarılacağı, bu səbəbdən dəmüqavilə predmeti ünvan 1 məhəllə tikilmiş binanın 2-ci mərtəbə 8-ci mənzilinin 5 gün müddətində boşaldaraq İddiaçı MTK-ya təhvil verilməsi tələb olunmuşdur. Lakin Payçı mənzili boşaltmamış və bu günə qədər MTK-ya təhvil verməmişdir. İddiaçı MTK ilə iş üzrə çavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2007-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə”nin 5-ci maddəsinə əsasən, Payçı ilk ödəmədən sonra qalan ödənişləri 30 gündən artıq gecikdirərsə Kooperativin ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il ## ####### tarixli Qərarına əsasən Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Kooperati üzvünün kooperativin verdiyi mənzilə mülkiyyət hüququ-əmlaka sahiblik, istifadə etmək hüququ, reyestrdə qeydə alındıqdan sonra sərəncam vermək hüququnu əldə etmək üçün pay haqqını tam ödəməlidir. Beləliklə kooperativ üzvünün kooperativin verdiyi mənzilə görə pay haqqını tam ödəmədiyi müddət ərzində mənzilə mülkiyyət hüququnu əldə etmir, həmin mənzilə mülkiyyət hüququ kooperativdə qalır. Deməli İddiaçı MTK hal-hazırda Yasamal rayonu, Yeni Yasamal massivi 2836 məhəllə tikilmiş binanın 2-ci mərtəbə 8-ci mənzilin (ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binasının * saylı mənzilin) mülkiyyətçisidir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
8. Qətnamənin əsaslarına görə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Mənzil-Tikinti Kooperativi (“Kooperativ”) ilə X3 (“payçı”) arasında bağlanmış ## ###### 2007ci il tarixli Koorperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən, İddiaçı MTK ünvan 1 məhəllə ünvanında yerləşən tikilməkdə olan ümumi sahəsi 97,82 m2 olan yaşayış binasının 2-ci yaşayış mərtəbəsidə * №-li mənzili Cavabdeh verməyi, Cavabdeh isə həmin mənzili qəbul etmməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən göstərilən sahənin ümumi dəyəri 52264 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Cavabdeh tərəfindən müqavilə bağlarkən 36879 manat (42585 ABŞ dolları) ödəniş edilmiş, ## #### 2009-cu il tarixdə 820 manat, ## #### 2009-cu il tarixdə 1600 manat olmaqla, ümumilikdə 32299 manat məbləğində pul ödənilmişdir. Qalan məbləğ isə hazırki vaxtadək ödənilməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərinin əsaslı hissəsini yerinə yetirmişdir, lakin öhdəliyin cüzi bir hissəsi icra edilməmiş qalmışdır. Iş materiallarından və tərəflərin izahatından görünür ki, cavabdeh mənzilin ümumi dəyəri olan 51845 ABŞ dolları məbləğindən 45585 ABŞ dollarını ödəmişdir. Cavabdeh iddia tələbini qəbul etməsə də, onun tərəfindən qeyd olunan mənzillə bağlı qalan məbləğin ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Iş materiallarına iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş 2007-2009-cu illəri əhatə edən ödənişləri əks etdirən kassa mədaxil orderləri isə tərəflər arasında bağlanmış 13 B nömrəli mənzillə əlaqədar müqavilənin əsasında edilmiş ödənişləri təsdiq edir və hazırki işə aid edilə və sübut qismində qəbul edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərinin əsaslı hissəsini yerinə yetirmişdir, lakin öhdəliyin cüzi bir hissəsi icra edilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, öhdəliyin pozulması əhəmiyyətsizdirsə, müqavilədən imtina edilməsinə yol verilmir. Məhkəmə hesab etmişdir ki, mənzil haqqının böyük hissəsinin ödənilməsi fonunda 6260 ABŞ dolları məbləğində qalıq borcun qalması müqavilənin ləğvi və şəxsin yaşayış yerindən çıxarılması üçün əsas deyildir və iddiaçının müqavilədən bir tərəfli imtina etməsi əsassız hesab edilməlidir. Bundan başqa iddiaçı iddia edir ki, cavabdehin borc öhdəliyi hələ 2013-cü ildə yaranmışdır. Lakin iddiaçı tərəfindən müqavilənin ləğvi barədə bildiriş yalnız 2025-ci ildə, yəni aradan 12 il keçdikdən sonra göndərilmişdir. Iddiaçının 12 il ərzində cavabdehin mənzildə yaşamasına göz yumması və heç bir hüquqi addım atmaması cavabdehdə müqavilənin qüvvədə qalmasına dair haqlı inam yaratmışdır. Hazırda bu hüququn tətbiqi cavabdeh üçün ağır nəticələrə səbəb olduğu halda, iddiaçının bu davranışı hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 10 ildən çoxdur ki, mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə faktiki yaşayır, mənzili təmir etmiş və ora xərc çəkmişdir. Konstitusiya Məhkəməsinin ## ####### 2010-cu il tarixli Qərarında qeyd edildiyi kimi, pay haqqı tam ödənilənədək münasibətlər öhdəlik xarakterli olsa da, payçının mənzilə sahiblik və istifadə hüququ qanunla qorunur. Iddiaçının müqavilənin 5-ci bəndinə istinad edərək müqaviləni birtərəfli qaydada ləğv etməsi əsassızdır. Çünki müqavilənin ləğvi üçün əsas olan gecikmə faktı iddiaçı tərəfindən 12 il ərzində hərəkətsizliklə qarşılanmış və bu müddət ərzində mənzil faktiki olaraq cavabdehin istifadəsinə olmuşdur. Belə olan halda müqavilədən imtina hüququ artıq öz əhəmiyyətini itirmişdir. Qeyd olunanlarla yanaşı iddiaçıya izah edilir ki, onun cavabdehə qarşı qalan borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 385.1, 386.1, 389.1, 389.2, 397.1, 421.2, 423.2, 424.2, 424.3, 425.1, 425.2, 442, 445.5, 447.1, 447.3, 448.1, 560.1, 560.2, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və ədalətli olmamış, maddi hüquq normalarının tələbləri pozulmuş, qətnamə üzrə gəlinən nəticə işin halları və maddi hüquq normaları ilə uyğunluq təşkil etmir, istinad olunan Kanstitusiya Məhkəməsinin qərarındakı qeydin işlə əlaqəsi yoxdur. Beləliklə, kooperativ üzvünün kooperativin verdiyi mənzilə görə pay haqqını tam ödəmədiyi müddət ərzində mənzilə mülkiyyət hüququnu əldə etmir, həmin mənzilə mülkiyyət hüququ kooperativdə qalır. Yəni iddia ərizəsi ilə iddiaçı İddiaçı MTK iş üzrə çavabdeh CavabdehMoşu qızından mülkiyyətini tələb edir. Birinci instansiya məhkəməsi əsassız mövqeyi ilə iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsinin “cavabdeh 10 ildən çoxdur mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə faktiki yaşayır, mənzili təmir etmiş və ora xərc çəkmişdir. Konstitusiya Məhkəməsinin ## ####### 2010-cu il tarixli Qərarında qeyd edildiyi kimi, pay haqqı tam ödənilənədək münasibətlər öhdəlik xarakterli olsa da, payçının mənzilə sahiblik və istifadə hüququ qanunla qorunur. Iddiaçının müqavilənin 5-ci bəndinə istinad edərək müqaviləni birtərəfli qaydada ləğv etməsi əsassızdır. Çünki müqavilənin ləğvi üçün əsas olan gecikmə faktı iddiaçı tərəfindən 12 il ərzində hərəkətsizliklə qarşılanmış və bu müddət ərzində mənzil faktiki olaraq cavabdehin istifadəsinə olmuşdur. Belə olan halda müqavilədən imtina hüququ artıq öz əhəmiyyətini itirmişdir” mövqeyinin də hüquq ədəbiyyatında yeri yoxdur. Konstitusiya Məhkəməsinin ## ####### 2010-cu il tarixli Qərarının iddiaçının iddia tələbinə nə aidiyyatı var ki, anlamaq mümkün deyil. Konstitusiya Məhkəməsi pay haqqını tam ödəməyənin, pay haqqını tam ödəməsə belə mənzilə sahiblik və istifadə hüququ qanunla əbədi qorunacaq mövqeyini bizə təqdim etməyib. Pay haqqının tamamını ödəmədiyi müddət ərzində mənzilə mülkiyyət hüququnu əldə etməyib, mənzili təmir edib ailəsi ilə 10 il həmin mənzildə yaşayan birisinin, həmin mənzildən istifadə edərkən ödənilməmiş pay haqqının qaldığını bilirdi. Həmin pay haqqını da ödəməli idi ki, mənzilə mülkiyyət hüququnu qazansın. Həmin pay haqqı ödənilmədiyi müddət ərzində həmin mənzilə mülkiyyət hüququ payçıya keçməyəcək və MTKnın mülkiyyətiolaraq qalacaq. 1-ci instansiya məhkəməsi də iddiaçı MTK-nın mülkiyyəti barəsində hüquqla əlaqəsi olmayan səbəbləri əsas gətirərək sərəncam vermişdir. Kooperativ üzvünün kooperativin verdiyi mənzilə görə pay haqqını tam ödəmədiyi müddət ərzində mənzilə mülkiyyət hüququnu əldə etmir, həmin mənzilə mülkiyyət hüququ kooperativdə qalır. Deməli İddiaçı MTK hal-hazırda Yasamal rayonu, Yeni Yasamal massivi 2836 məhəllə tikilmiş binanın 2-ci mərtəbə 8-ci mənzilin (ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binasının * saylı mənzilin) mülkiyyətçisidir. Payçıya ünvanlanmış ## #### 2025-ci il tarixli xəbərdarlıqla Payçının mənzilə görə borcu olan 6260 ABŞ dolları 7 gün ərzində ödəməyəcəyi təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi barədə xəbərdar edilmişdir. Payçıya ünvanlanmış ## ###### 2025-ci il tarixli bildirişlə tərəflər arasında bağlanmış müqavilənin 5-ci maddəsini rəhbər tutaraq İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ## ###### 2007-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə” birtərəfli qaydada (İddiaçı MTK tərəfindən) ləğv edildiyi bildirilmiş, mənzil üçün bu günə qədər ödənilmiş pulun müqavilənin 5ci maddəsinə əsasən Payçıya qaytarılacağı, bu səbəbdən də müqavilə predmeti ünvan 1 məhəllə tikilmiş binanın 2-ci mərtəbə 8-ci mənzilinin 5 gün müddətində boşaldaraq İddiaçı MTKya təhvil verilməsi tələb olunmuşdur. İddiaçı MTK ilə iş üzrə çavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2007-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə” maddə 5. Payçı ilk ödəmədən sonra qalan ödənişləri 30 gündən artıq gecikdirərsə Kooperativin ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Azərbaycan Respublikasının 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müqavilə bağlandığı gün olan ## ###### 2007-ci il tarixində 36879 manat Payçı tərəfindən Kooperativə ödənilmişdir. Mərkəzi Bankın məzənnəsinə görə həmin gün 1 ABŞ dollarının məzənnəsi 0,8688 manat təşkil etmişdir (36879 manat = 42448 ABŞ dolları). Payçının ödənişi onun özü üçün daha sərfəli məzənnə olan 1 ABŞ dolları 0.8660 manatla hesablanmış (36.879 manat=42.585 ABŞ dolları) və 42.585 ABŞ dollar ödəniş kimi qəbul edilmişdir. Payçı ## #### 2009 cu il tarixində 820 manat (820 manat=1000 ABŞ dolları), ## #### 2009-cu il tarixində 1600 manat (1600 manat=2000 ABŞ dolları) ödəniş etmişdir. Beləliklə, Payçı əldə etdiyi mənzilin dəyərindən toplamda 45.585 ABŞ dolları ödəniş etmişdir. Payçı sahibləndiyi mənzilin 6260 ABŞ dollarını (bu günə olan məzənnə ilə 10642 manat) bu günə qədər ödəməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutlara obyektiv tədqiq etməmiş, əsassız və hüquqi dayanağı olmayan sübyektiv mülahizələrindən yol alaraq mülkiyyət hüququnu görməzdən gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu şikayət verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 447.3. Aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.
20. Apellyasiya şikayətinin ödənişlərlə bağlı dəlilinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilərək qeyd olunmuşdur ki, cavabdeh iddia tələbini qəbul etməsə də, onun tərəfindən qeyd olunan mənzillə bağlı qalan məbləğin ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Iş materiallarına iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş 2007-2009-cu illəri əhatə edən ödənişləri əks etdirən kassa mədaxil orderləri isə tərəflər arasında bağlanmış 13 B nömrəli mənzillə əlaqədar müqavilənin əsasında edilmiş ödənişləri təsdiq edir və hazırki işə aid edilə və sübut qismində qəbul edilə bilməz.
21. Digər dəlillərə münasibətdə də birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
22. Həmçinin, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə əlaqədar yekun nəticəyə gələrkən haqlı və düzgün olaraq qeyd etmişdir ki, mənzil haqqının böyük hissəsinin ödənilməsi fonunda 6260 ABŞ dolları məbləğində qalıq borcun qalması müqavilənin ləğvi və şəxsin yaşayış yerindən çıxarılması üçün əsas deyildir və iddiaçının müqavilədən bir tərəfli imtina etməsi əsassız hesab edilməlidir. Bundan başqa iddiaçı iddia edir ki, cavabdehin borc öhdəliyi hələ 2013-cü ildə yaranmışdır. Lakin iddiaçı tərəfindən müqavilənin ləğvi barədə bildiriş yalnız 2025-ci ildə, yəni aradan 12 il keçdikdən sonra göndərilmişdir. Iddiaçının 12 il ərzində cavabdehin mənzildə yaşamasına göz yumması və heç bir hüquqi addım atmaması cavabdehdə müqavilənin qüvvədə qalmasına dair haqlı inam yaratmışdır. Hazırda bu hüququn tətbiqi cavabdeh üçün ağır nəticələrə səbəb olduğu halda, iddiaçının bu davranışı hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 10 ildən çoxdur ki, mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə faktiki yaşayır, mənzili təmir etmiş və ora xərc çəkmişdir. O cümlədən, iddiaçı tərəfin müqavilənin 5-ci bəndinə istinad edərək müqaviləni birtərəfli qaydada ləğv etməsi əsassızdır. Çünki müqavilənin ləğvi üçün əsas olan gecikmə faktı iddiaçı tərəfindən 12 il ərzində hərəkətsizliklə qarşılanmış və bu müddət ərzində mənzil faktiki olaraq cavabdehin istifadəsinə olmuşdur. Belə olan halda müqavilədən imtina hüququ artıq öz əhəmiyyətini itirmişdir. Qeyd olunanlarla yanaşı iddiaçıya izah edilir ki, onun cavabdehə qarşı qalan borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.