Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2159/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi-vəkili nümayəndə3 iştirakı ilə, İddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğvi, dəymiş zərərin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “xxxx Mənzil Tikinti Kooperativi” ilə cavabdeh Cavabdeh arasında ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında İddiaçı MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının **** saylı mənzili ilə bağlı kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanılmış, müqaviləyə əsasən iddiaçı “xxxx Mənzil Tikinti Kooperativi” Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş və ya inşa olunmaqda olan yaşayış binasında 11-ci giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 95.0 kv.m olan 2 otaqlı **** saylı mənzili cavabdeh Cavabdeh (xxxx) təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə mənzili qəbul etməli və müqavilədə müəyyən edilmiş dəyəri ilkin ödəniş 10.000 manat olmaqla, qalıq borcu 108.750 manat 48 ay müddətinə aylıq 2.266 manat olmaqla ödəməyi üzərinə götürmüşdür. Hazırda iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi cavabdeh Cavabdeh ilə bağlanmış ##.##.2022-ci il tarixinli **** nömrəli müqavilənin ləğv edilməsi, cavabdeh Cavabdeh mənzilin ümumi dəyərinin 20% məbləğində 23.750 manat dəbbə pulu məbləğinin, 19.200 manat kirayə haqqının və 219 manat dövlət rüsumu məbləğinin, cəmi 43.169 manat pul vəsaitinin cavabdehdən tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğvi, dəymiş zərərin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış ##.##.2022-ci il tarixinli **** nömrəli müqavilənin ləğv edilməsinin, mənzilin ümumi dəyərinin 20% məbləğində 23750 manat dəbbə pulu məbləğinin, 19200 manat kirayə haqqı məbləğinin və 219 manat dövlət rüsumu məbləğinin, cəmi 43.169 (qırx üç min yüz altmış doqquz) manat pul vəsaitinin cavabdehdən tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə cavabdeh Cavabdeh arasında kooperativin Bakı şəhəri,Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 11-ci giriş 4-cü mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan 2 otaqlı **** nömrəli mənzilinə dair ## ### 2022-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin dəyəri olaraq xxxx tərəfindən müqavilə bağlanan gün 10.000 (on min) manat ilk ödəniş edilmişdir. Qalan 108.750 (yüz səkkiz min yeddi yüz əlli) manat borcun isə 48 ay müddətinə aylıq 2.266 (iki min iki yüz altmış altı) manat olaraq ödənilməsi razılaşdırılmışdır. Lakin götürülmüş öhdəlik xxxx tərəfindən tam yerinə yetirilməmiş və müqavilə ilə müəyyən edilmiş aylıq ödənişlər tam ödənilməyərək öhdəliyin icrası gecikdirilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 5.2ci bəndinə əsasən, “xxxx” müqavilənin 3.2-ci bəndində qeyd olunan ödənişi 10 gündən artıq gecikdirildikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur, 2 ay gecikdirdikdə, “xxxx”ya xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, “xxxx”müqavilənin 3.3-cü bəndində qeyd olunan müddətədək mənzilin dəyərini tam ödəməzsə, mənzilin qiymətinə yenidən baxılır və “xxxx” həmin günə olan qiymətlərlə ödəniş aparır. Həmçinin, müqavilənin 5.5-ci bəndinə əsasən, “xxxx” mənzili yeni qiymətə almaqdan imtina etdikdə, müqavilə MTK tərəfindən bir tərəfli qaydada pozulur və mənzilin dəyərinin 20% məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra “xxxx”ya qaytarılır və mənzil azad olunur. Göründüyü kimi, müqavilə üzrə üzərinə düşən öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməməklə müqavilə əhəmiyyətli dərəcədə pozulmuş, nəticədə kooperativ müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kooperativin ## ####### 2025-ci il tarixli *** nömrəli pretenziya məktubu ilə müqavilənin 5.5-ci bəndinə əsasən, müqavilənin kooperativ tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20% məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 (səkkiz yüz) manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı xəbərnaməli məktubla xxxxya bildirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən “xxxx” müqavilə üzrə ödənişi 2 ay gecikdirdikdə, “xxxx”ya xəbərdarlıq edilmədən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Həmin müqavilənin 5.5.-ci bəndinə əsasən müqavilə birtərəfli qaydada pozulduqda mənzilin dəyərinin 20% məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı tutulur və mənzil boşaldılır. Göründüyü kimi cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur. Göstərilən əsaslara və müqavilə şərtinə görə, müqavilənin ləğv edilməsi və cavabdeh Cavabdeh mənzilin ümumi dəyərinin 20% məbləğində cərimə və kirayə haqqı məbləğinin tutulub kooperativə ödənilməsi zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ### 2022-ci il tarixli **** nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi, cavabdeh Cavabdeh 19.200 (on doqquz min iki yüz) manat kirayə haqqı və 2.800 (iki min səkkiz yüz) manat cərimə olmaqla, cəmi 22.000 (iyirm iki min) manat, dövlət rüsumu olaraq ödənilmiş 156 (yüz əlli altı) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinə ödənilməsi, cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən 11-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 95 kv.m olan **** nömrəli mənzildən çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında həmin mənzilə dair ##.##.2022-ci il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən xxxxnın üzvlüyə xitam verildikdə, ödədiyi məbləğ mənzil digər xxxxya satılıb dəyəri tam ödənildikdən sonra, mənzilin ümumi dəyərinin 20% məbləğində dəbbə pulu çıxılmaqla qaytarılır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən xxxx ödənişi 10 gündən artıq gecikdirdikdə mənzilin ümumi dəyərinin 2% həcmində cərimə tətbiq edilir. Gecikmə 2 ayı keçdikdə MTK xəbərdarlıq etmədən müqaviləni birtərəfli qaydada ləğv edib mənzili başqa şəxsə sata bilər. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən 5.2 və 5.3-cü bəndlərdə göstərilən hallar baş verdikdə və xxxx mənzili yeni qiymətlə almaqdan imtina etdikdə, müqavilə MTK tərəfindən birtərəfli qaydada ləğv olunur, mənzilin ümumi dəyərinin 20% dəbbə pulu və hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra qalan məbləğ xxxxya qaytarılır və mənzil azad edilir. Müqavilənin şərtlərinə əsasən, ödənişlərin 2 ay müddətində aparılmaması kooperativə müqavilədən birtərəfli qaydada imtina etmək və xxxxnın üzvlüyünə xitam vermək hüququ verir. İş materiallarına əlavə edilmiş çıxarışdan Cavabdeh tərəfindən ##.##.2022-ci il tarixində 10.000 manat ilkin ödəniş olunmaqla, ##.##.2025-ci il tarixədək ümumilikdə 84.782 manat məbləğində ödəniş edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, ödənişi 2 aydan artıq müddətə gecikdirmişdir. Bu hal müqavilədən birtərəfli imtina üçün nəzərdə tutulmuş şərtlərin baş verdiyini təsdiq edir. Çünki öhdəliyin əsas predmetini təşkil edən pul öhdəliyinin icra edilməməsi müqavilənin məqsədinə çatmasını qeyri-mümkün edir və qarşı tərəfi müqavilədən gözlədiyi nəticədən məhrum edir. İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehə ##.##.2025-ci il tarixdə pretenziya (xəbərdarlıq) göndərilmiş, gecikmiş ödəniş və cərimələrin 10 gün müddətində ödənməsi tələb olunmuş, əks halda müqavilənin ləğv ediləcəyi, mənzilin dəyərinin 20% məbləğində “dəbbə pulu”, mənzildə yaşadığı hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə xəbərdar edilmiş, ##.##.2026-cı il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. “Ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə sözügedən müqavilələrin ləğv edilməsi barədə pretenziya (xəbərdarlıq) göndərilmiş, iddiaçı müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini digər tərəfə bildirmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddiaçının 23.750 manat cərimənin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Dəbbə pulunun əsas funksiyası mümkün zərərinin kompensasiyası və öhdəliyin icrasının təmin edilməsidir, əsassız varlanma vasitəsi deyildir. Məhkəmə hesab etmişdir ki, tələb olunan 23.750 manat məbləğində dəbbə pulu öhdəliyin pozulmasının nəticələri ilə müqayisədə qeyri-mütənasibdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, lakin qalıq öhdəlik vaxtında icra olunmamış, gecikdirilmişdir. Belə olan halda, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm satıcının, həm də xxxxnın əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalı və 2.800 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının 24 ay müddətinə hesablanmış 19.200 manat kirayə haqqının tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, müqaviləyə əsasən aylıq 800 manat məbləğində istifadə haqqı nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında həmin mənzilə dair ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 5.5-ci bəndinə əsasən 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə və “xxxx” mənzili yeni qiyməti ilə almaqdan imtina etdikdə, müqavilə MTK tərəfindən bir tərəfli qaydada pozulur və mənzilin dəyərinin 20% məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra xxxxya qaytarılır və mənzil azad olunur. Bununla da iddiaçıya məxsus mənzilin cavabdehin istifadəsində olması mübahisəsiz qaydada təsdiq edildiyindən, tərəflər arasında olan müqavilə şərtinə uyğun olaraq iddiaçı mənzilin cavabdehə təhvil verildiyi vaxtdan iddia verilən günə kimi (iddia tələbi həcmində) 24 ay üçün hər aya 800 manat olmaqla, ümumilikdə 19.200 manat (800 manat x 24 ay = 19.200 manat) kirayə haqqını tələb etməkdə haqlıdır, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının mənzildən çıxarılma tələbinə münasibətdə qeyd etmişdir ki, mübahisəli mənzil İddiaçı MTK-ya məxsus olduğundan, cavabdehin isə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən və yaxud həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə artıq mövcud olmadığından və digər qanuni əsas olmadığından, cavabdeh ünvan 1 ünvanında yerləşən 11-ci giriş, 4-cü mərtəbədə 2 otaqlı **** nömrəli mənzildən çıxarılmalıdır. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar pul tələblərinə münasibətdə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 227 manat məbləğində dövlət rüsumunun 156 manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinə ödənilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddiaçı İddiaçı MTK tərəfindən verilmiş iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Mənzil Tikinti Kooperativ arasında ## ### 2022-ci il tarixli **** nömrəli müqavilə imzalanmışdır. Sözügedən müqaviləyə uyğun olaraq İddiaçı MTK Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov B ünvanında inşa edilmiş binanın giriş 11, 4-cü mərtəbə, **** saylı mənzili təhvil verməyi, Cavabdeh isə bunun qarşılığında İddiaçı MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Belə ki Cavabdeh aylıq olaraq ödənişlərini həyata keçirsə də, iddiaçı ödənişləri qəbul etməkdən yayınmışdır. Belə ki, Cavabdeh növbəti ayın aylıq ödənişi etmək üçün yaxınlaşdıqda İddiaçı MTK tərəfindən ödəniş qəbul edilməmişdir. Bunun səbəbini soruşduqda, şirkət tərəfindən əvvəlki aylarda bəzi ödənişlərin gecikdirilərək həyata keçirildiyini, həmçinin maliyyə və mühasibatlıq üzrə əməkdaşların dəyişdiyi bildirilmişdir. Məsələnin həli üçün rəhbər İsfəndiyar Axundov ilə görüşməli olması qeyd edilmişdir. Cavabdeh dəfələrlə keçirilən görüşlərdə iştirak etsə də, məsələ ilə bağlı heç bir nəticə əldə olunmamışdır. Cavabdeh ödənişin qəbul edilmədiyinə görə məcbur olub həmin məbləğdən 9 064.00 (doqquz min altmış dörd) manatı ##.##.2025-ci il tarixində, 6 800.00 (altı min səkkiz yüz) manatını isə ##.##.2025-ci il tarixində İddiaçı MTK-ya poçt vasitəsilə göndərmişdir. Eyni zamanda ##.##.2025-ci il tarixində, ##.##.2025-ci il tarixində poçt vasitəsilə, ##.##.2025-ci il tarixində isə Elektron Məhkəmə sistemi və Dövlət Vergi Xidmətinin sistemi üzərindən ərizə ilə İddiaçı MTK-ya müraciət etmiş və bu ödənişlərin qəbul edilməsini və növbəti aylardakı ödənişlər üçün bank hesabını təqdim etməyi xahiş etmişdir. Həmçinin noyabr ayının ödənişi kimi 2.266 (iki min iki yüz altmış altı) manat pulu ##.##.2025-ci il tarixində yenidən poçt vasitəsilə İddiaçı MTK-ya göndərmişdir. Daha sonra isə, ##.##.2025ci il isə Elektron Məhkəmə sistemi və Dövlət Vergi Xidmətinin sistemi üzərindən, ##.##.2025ci il tarixində isə poçt vasitəsilə ərizə ilə İddiaçı MTK-ya müraciət edərək ##.##.2025-ci il, ##.##.2025-ci il tarixindəki ödənişləri və ##.##.2025-ci il tarixindəki ödənişləri qəbul etməyi və növbəti aylardakı ödənişlər üçün bank hesabını təqdim etməyi xahiş etmişdir. Eyni qayda da ##.##.2025-ci il tarixində dekabr ayı üçün 2.266 (iki min iki yüz altmış altı) manat pulu poçt vasitəsilə İddiaçı MTK-ya göndərmişdir və ##.##.2025-ci il tarixində Elektron Məhkəmə sistemi və Dövlət Vergi Xidmətinin sistemi üzərindən bu ödənişləri qəbul etməyi xahiş etmişdir. Həmçinin yanvar ayı üçün də eyni qaydada 2.266 (iki min iki yüz altmış altı) manat pulu ##.##.2026-cı il tarixində poçt vasitəsilə İddiaçı MTK-ya göndərmişdir. Eyni qaydada fevral ayı üçün də eyni qaydada 2.266 (iki min iki yüz altmış altı) manat pulu ##.##.2026-cı il tarixində poçt vasitəsilə İddiaçı MTK-ya göndərmişdir. Eyni qaydada ##.##.2026-cı il tarixində poçt vasitəsilə 2.266 (iki min iki yüz altmış altı) manat pulu İddiaçı MTK-ya göndərmişdir. Göründüyü kimi, Cavabdeh öz öhdəliklərini icra etsə də, İddiaçı MTK bundan boyun qaçırmış və qəbul etməmişdir. İddiaçı MTK-nın yol verdiyi bu davranışlar tamamilə məqsədli şəkildədir və bu hüquqdan sui-istifadədir. İddiaçı MTK bu yola tərəflər arasında bağlanmış ## ### 2022-ci il tarixli **** nömrəli müqavilənin 5.2 və 5.5-ci bəndləri üzrə “hüquq” əldə etməyə çalışır. Həmçinin, iş materialarına əlavə edilmiş ##.##.2025-ci il tarixli qəbzdən də açıq şəkildə görünür ki, cavabdeh tərəfindən 4.532 manat məbləğində ödəniş edilmiş və həmin ödəniş İddiaçı MTK tərəfindən qəbul olunmuşdur. Qarşı tərəf həm iddia ərizəsində, həm də təqdim etdiyi maliyyə arayışında sonuncu ödənişin ##.##.2025-ci il tarixdə qəbul edildiyini özü də təsdiq etmişdir. Bu halda Azərbaycan Respublikası Mülki Məcələsinin 529.5-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Həmin norma hüquq nəzəriyyəsində və beynəlxalq hüquq sistemlərində “praesumptio solutionis” kimi tanınan hüquqi prezumpsiyanı ifadə edir. Bu prinsip Roma hüququndan etibarən formalaşmış və bir çox ölkələrin qanunvericiliyində təsbit edilmişdir. O cümlədən: Almaniya Mülki Məcələsinin 368-ci maddəsi; Fransa Mülki Məcələsinin 1342-10-cu maddəsi; İsveçrə Mülki Məcələsinin 88-ci maddəsi; X3 104-cü maddəsi; Rusiya Mülki Məcələsinin 408-ci maddəsi eyni hüquqi yanaşmanı qəbul edir. Mülki Məcəllənin 529.5-ci maddəsinin mahiyyətinə görə, əgər borclunun əlində sonuncu ödənişə dair qəbz varsa və bu halda əvvəlki dövrlər üzrə öhdəliklərin də yerinə yetirildiyi ehtimal olunur. Prezumpsiyanın mahiyyəti də məhz ondan ibarətdir ki, həmin hal əlavə sübuta ehtiyac olmadan qəbul edilir. Bu prezumpsiyanı təkzib etmək yükü isə iddiaçının üzərinə düşür. Hazırkı işdə isə iddiaçı bu prezumpsiyanı nə mühasibat sənədləri, nə konkret hesablamalar, nə də digər mötəbər sübutlarla təkzib edə bilməmişdir. Təkcə birtərəfli qaydada tərtib edilmiş maliyyə arayışı belə bir prezumpsiyanı aradan qaldırmaq üçün yetərli hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, uzunmüddətli ödəniş münasibətlərində-xüsusilə ipoteka və mənzil alış-verişi kimi münasibətlərdə-vətəndaşdan illərlə bütün qəbzləri saxlamağı tələb etmək hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. Əgər 20-25 ilik ödəniş münasibətlərində kreditor istənilən vaxt illər əvvəlki hansısa ödənişin edilmədiyini iddia edərək müqavilənin ləğvinə nail ola bilsəydi, bu hüquqi sabitliyi tamamilə aradan qaldırmış olardı. Üstəlik, əgər cavabdehin həqiqətən müəyyən aylarda gecikməsi olmuş olsaydı, iddiaçı həmin dövrdə müqaviləni ləğv etməli və ya heç olmasa xəbərdarlıq, pretensiya məktubu göndərməli idi. Halbuki nə iddia ərizəsində, nə xəbərdarlıq məktublarında, nə də digər sənədlərdə əvvəlki aylardan qalan konkret borc göstərilmişdir. Əksinə, bütün ödənişlər qəbul edilmiş, bundan sonra isə iddia qaldırılmışdır. Bu isə iddiaçının davranışında ciddi ziddiyyət olduğunu göstərir. Çünki guya gecikmənin baş verdiyi dövrdə heç bir tədbir görülməməsi, lakin ödənişlər normal qaydada davam etdikdən sonra birdən-birə müqavilənin ləğvi tələbi ilə çıxış edilməsi nə həyatın adi axarına, nə məntiqə, nə də vicdanlı davranış prinsipinə uyğun gəlir. Digər tərəfdən, hətta əvvəlki dövrlərdə müəyyən gecikmələrin olduğu fərz edilsə belə, Mülki Məcələnin 529.3-cü maddəsinə əsasən, borc hissə hissə ödənildikdə sonuncu hissənin qəbul olunması, əks hal sübuta yetirilmədiyi təqdirdə, əvvəlki hissələrin də ödənilmiş hesab edilməsinə əsas verir. Beləliklə, İddiaçı MTK-nın sonuncu ödənişi qəbul etməsi və bunu rəsmi şəkildə təsdiqləməsi əvvəlki dövrlər üzrə hər hansı borc və ya gecikmənin mövcud olmadığını göstərir. Buna görə də məhkəmənin gecikmə ilə bağlı gəldiyi nəticə həm işin faktiki halarına, həm də Mülki Məcələnin tələblərinə açıq şəkildə ziddir. Ümumiyyətlə isə, iddiaçı tərəfindən ödənişlərin qəbul edilməsindən qəsdən yayınılmışdır. Belə ki, Cavabdeh növbəti aylıq ödənişi həyata keçirmək üçün İddiaçı MTK-ya müraciət etdikdə, ödənişin qəbul edilməsindən imtina olunmuşdur. Bunun səbəbini soruşduqda isə əvvəlki aylarda guya gecikmələrin olduğu bildirilmiş və məsələnin rəhbər İsfəndiyar Axundov ilə müzakirə edilməsinin zəruri olduğu qeyd edilmişdir. Cavabdeh dəfələrlə keçirilən görüşlər zamanı qarşı tərəfin əsas məqsədinin ödənişləri qəbul etməməklə süni şəkildə guya “iki aylıq gecikmə” vəziyyəti yaratmaq olduğunu anladığından, dərhal hərəkətə keçərək müqavilə üzrə öhdəliklərini icra etmək məqsədilə ödənişləri alternativ üsularla həyata keçirməyə məcbur olmuşdur. Belə ki: ##.##.2025-ci il tarixində 9.064 manat; ##.##.2025-ci il tarixində 6.800 manat; ##.##.2025-ci il tarixində noyabr ayı üzrə 2.266 manat; ##.##.2025-ci il tarixində dekabr ayı üzrə 2.266 manat; ##.##.2026-cı il tarixində yanvar ayı üzrə 2.266 manat; ##.##.2026-cı il tarixində fevral ayı üzrə 2.266 manat; ##.##.2026-cı il tarixində mart ayı üzrə 2.266 manat məbləğində pul vəsaitləri poçt vasitəsilə İddiaçı MTK-ya göndərilmişdir. Eyni zamanda, Cavabdeh yalnız ödəniş göndərməklə kifayətlənməmiş, həmin ödənişlərin qəbul olunması və növbəti aylıq ödənişlərin həyata keçirilməsi üçün bank hesabının təqdim edilməsi məqsədilə dəfələrlə rəsmi müraciətlər etmişdir. Belə ki: ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində poçt vasitəsilə; ##.##.2025-ci il tarixində Elektron Məhkəmə sistemi və Dövlət Vergi Xidmətinin elektron sistemi vasitəsilə; ##.##.2025ci il tarixində Elektron Məhkəmə sistemi və Dövlət Vergi Xidmətinin elektron sistemi vasitəsilə; ##.##.2025-ci il tarixində isə poçt vasitəsilə İddiaçı MTK-ya müraciət edilərək həm göndərilmiş ödənişlərin qəbul olunması, həm də növbəti ödənişlər üçün bank rekvizitlərinin təqdim edilməsi xahiş olunmuşdur. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmiş və icranı davam etdirmək üçün bütün mümkün vasitələrdən istifadə etmişdir. Buna baxmayaraq, İddiaçı MTK tərəfindən ödənişlərin qəbul edilməməsi açıq şəkildə məqsədli xarakter daşımış və hüquqdan sui-istifadə formasında həyata keçirilmişdir. Belə ki, iddiaçı müqavilənin ləğvi üçün əsas yaratmaq məqsədilə qəsdən ödənişləri qəbul etməmiş, bununla da sonradan guya “gecikmə” halının mövcud olduğunu iddia etməyə çalışmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin dövrdə mənzillərin bazar qiyməti ciddi şəkildə artmışdır və bu baxımdan İddiaçı MTKnın müqaviləni ləğv etdirərək mənzili daha yüksək qiymətə yenidən satmaq niyyətinin olması istisna edilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcələsinin 446.3-cü maddəsinə əsasən, kreditor icranın qəbulundan imtina etdikdə və ya icranı qəbul etməmək üçün maneələr yaratdıqda, kreditor icranı gecikdirmiş hesab olunur. Belə halda borclu kreditorun icranı gecikdirdiyi müddət üçün məsuliyyət daşımır. Hazırkı iş üzrə də məhz iddiaçı ödənişlərin qəbulundan qəsdən yayınmış, icranı süni şəkildə gecikdirmiş və sonradan həmin vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışmışdır. Buna görə də müqavilə üzrə öhdəliklərin pozulması cavabdehin deyil, məhz iddiaçının davranışlarından irəli gəlmişdir. Məhkəmə heç bir mötəbər sübut və dəlil olmadan iddiaçının iddiasını təmin etmiş, üstəlik qanunvericiliklə müəyyən edilmiş və tam şəkildə cavabdehin lehinə tətbiq edilməli olan prezumpsiyanı da nəzərə almamışdır. Bu isə qətnamənin həm qeyri-obyektiv, həm də qanunsuz olduğunu açıq şəkildə göstərir. Məhkəmə kirayə haqqı və dəbbə pulu ilə bağlı iddianı qismən təmin edərək cavabdehdən 22.000 manat tutulmasını müəyyən etmişdir. Bu zaman məhkəmə müqavilənin 5.2 və 5.5-ci bəndlərinə istinad etmişdir. Həmin bəndlərdə 2 aylıq gecikmə halında həm cərimə tətbiq edilməsi, həm müqaviləyə birtərəfli xitam verilməsi, həm də mənzildən istifadə üçün aylıq 800 manat “kirayə haqqı” tutulması nəzərdə tutulmuşdur. Lakin müqavilənin bu müddəaları bir-biri ilə ziddiyyətlidir və qeyri müəyyəndir. Belə ki, “2 aylıq gecikmə” anlayışının hansı qaydada hesablanacağı, gecikmə halında yalnız cərimə tətbiq ediləcəyi, yoxsa birbaşa müqaviləyə xitam veriləcəyi aydın göstərilməmişdir. Bundan əlavə, cəmi 2 aylıq gecikməyə görə şəxsin mənzil üzərindəki bütün hüquqlarını itirməsi hüquq, ədalət və proporsionalıq prinsiplərinə açıq şəkildə ziddir. Belə çıxır ki, şəxs ümumi borcun böyük hissəsini ödəsə belə, cüzi məbləğdə gecikməyə görə mənzildən tam məhrum edilə bilər ki, bunun hüquqi əsası yoxdur. Bu halda Mülki Məcələnin 419.2-ci maddəsinə əsasən müqavilədəki qeyri-müəyyən və ziddiyyətli şərtlər həmin müqaviləni hazırlayan tərəfin-yəni MTK-nın əleyhinə təfsir edilməlidir. Yəni gecikmə halında ən ağır nəticə olan müqavilənin ləğvi deyil, maksimum cərimə tətbiqi nəzərdən keçirilə bilərdi. Həmçinin müqavilədə eyni anda həm cərimə, həm müqavilənin ləğvi, həm də aylıq “kirayə haqqı” tətbiq edilməsi xxxx üçün həddindən artıq ağır və ədalətsiz şərtlər yaradır. Mülki Məcələnin 420.2-ci maddəsinə görə isə vicdanlılıq və etimad prinsiplərinə zidd olaraq tərəflərdən biri üçün aşkar ağır nəticələr yaradan standart müqavilə şərtləri etibarsız sayılır. Bu baxımdan məhkəmə müqavilə müddəalarını formal şəkildə tətbiq etmək əvəzinə, mübahisəni Mülki Məcələnin ədalət və haqqaniyyət prinsipləri əsasında qiymətləndirməli idi. Buna baxmayaraq, məhkəmə bu halları nəzərə almadan kirayə haqqı və dəbbə pulu ilə bağlı iddianı təmin etmiş, həmçinin cavabdehin mənzildən çıxarılması barədə qərar qəbul etmişdir. Bundan başqa, İddiaçı MTK tərəfindən digər şəxslərə qarşı da oxşar iddialar qaldırılmışdır. Belə işlərdən biri üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi sonradan Bakı Apelyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və iddia tam rədd olunmuşdur. Bu da göstərir ki, hazırkı mübahisədə də birinci instansiya məhkəməsinin mövqeyi hüquqi baxımdan düzgün olmamışdır. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004) ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi iştirak etsə də, sonrakı iclas barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin Məhkəmə Kollegiyasının son iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədənmüqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarından göründüyü kimi, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh arasında ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında İddiaçı MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının **** saylı mənzili ilə bağlı kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanılmış, müqaviləyə əsasən iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş və ya inşa olunmaqda olan yaşayış binasında 11-ci giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 95.0 kv.m olan 2 otaqlı **** saylı mənzili cavabdeh Cavabdeh (xxxx) təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə mənzili qəbul etməli və müqavilədə müəyyən edilmiş dəyəri ilkin ödəniş 10.000 manat olmaqla, qalıq borcu 108.750 manat 48 ay müddətinə aylıq 2.266 manat olmaqla ödəməyi üzərinə götürmüşdür. Hazırda isə iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi cavabdeh Cavabdeh ilə bağlanmış ##.##.2022-ci il tarixinli **** nömrəli müqavilənin ləğv edilməsi, cavabdeh Cavabdeh mənzilin ümumi dəyərinin 20% məbləğində 23.750 manat dəbbə pulu məbləğinin, 19.200 manat kirayə haqqının və 219 manat dövlət rüsumu məbləğinin, cəmi 43.169 manat pul vəsaitinin cavabdehdən tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli *** nömrəli pretenziyaya (xəbərdarlıq) əsasən mənzilin dəyəri olaraq müqavilə bağlanan gün 10.000 (on min) manat ilkin ödəniş edildiyi və 108.750 (yüz səkkiz min yeddi yüz əlli) manat qalıq borcun 48 ay müddətinə aylıq 2.266 (iki min iki yüz altmış altı) manat olmaqla ödənilməsi öhdəliyi razılaşdırılmış, lakin “xxxx” (Cavabdeh) mənzil üzrə müqavilə öhdəliklərini tam yerinə yetirmədiyindən və müqavilə ilə müəyyən edilmiş aylıq ödənişlər tam ödənilmədiyindən, gecikmiş ödəniş və cərimələrin 10 gün müddətində ödənməsi tələb olunmuş, əks halda müqavilənin ləğv ediləcəyi, mənzilin dəyərinin 20% məbləğində “dəbbə pulu”, mənzildə yaşadığı hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə xəbərdar edilmişdir. Cavabdeh isə göstərmişdir ki, o, ödənişləri həyata keçirmək niyyətində olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin ödənişlər qəbul edilməmiş, bu imtina isə qanunsuz olmuşdur. Belə ki, Cavabdeh növbəti ayın aylıq ödənişi etmək üçün yaxınlaşdıqda İddiaçı MTK tərəfindən ödəniş qəbul edilməmişdir. Bunun səbəbini soruşduqda, şirkət tərəfindən əvvəlki aylarda bəzi ödənişlərin gecikdirilərək həyata keçirildiyini, həmçinin maliyyə və mühasibatlıq üzrə əməkdaşların dəyişdiyi bildirilmişdir. Məsələnin həli üçün rəhbər İsfəndiyar Axundov ilə görüşməli olması qeyd edilmişdir. Cavabdeh dəfələrlə keçirilən görüşlərdə iştirak etsə də, məsələ ilə bağlı heç bir nəticə əldə olunmamışdır. Cavabdeh ödənişin qəbul edilmədiyinə görə məcbur olub həmin məbləğdən 9 064.00 (doqquz min altmış dörd) manatı ##.##.2025-ci il tarixində, 6 800.00 (altı min səkkiz yüz) manatını isə ##.##.2025-ci il tarixində İddiaçı MTK-ya poçt vasitəsilə göndərmişdir. Eyni zamanda ##.##.2025-ci il tarixində, ##.##.2025-ci il tarixində poçt vasitəsilə, ##.##.2025-ci il tarixində isə Elektron Məhkəmə sistemi və Dövlət Vergi Xidmətinin sistemi üzərindən ərizə ilə İddiaçı MTK-ya müraciət etmiş və bu ödənişlərin qəbul edilməsini və növbəti aylardakı ödənişlər üçün bank hesabını təqdim etməyi xahiş etmişdir. Həmçinin noyabr ayının ödənişi kimi 2.266 (iki min iki yüz altmış altı) manat pulu ##.##.2025-ci il tarixində yenidən poçt vasitəsilə İddiaçı MTK-ya göndərmişdir. Daha sonra isə, ##.##.2025ci il isə Elektron Məhkəmə sistemi və Dövlət Vergi Xidmətinin sistemi üzərindən, ##.##.2025ci il tarixində isə poçt vasitəsilə ərizə ilə İddiaçı MTK-ya müraciət edərək ##.##.2025-ci il, ##.##.2025-ci il tarixindəki ödənişləri və ##.##.2025-ci il tarixindəki ödənişləri qəbul etməyi və növbəti aylardakı ödənişlər üçün bank hesabını təqdim etməyi xahiş etmişdir. Eyni qayda da ##.##.2025-ci il tarixində dekabr ayı üçün 2.266 (iki min iki yüz altmış altı) manat pulu poçt vasitəsilə İddiaçı MTK-ya göndərmişdir və ##.##.2025-ci il tarixində Elektron Məhkəmə sistemi və Dövlət Vergi Xidmətinin sistemi üzərindən bu ödənişləri qəbul etməyi xahiş etmişdir. Həmçinin yanvar ayı üçün də eyni qaydada 2.266 (iki min iki yüz altmış altı) manat pulu ##.##.2026-cı il tarixində poçt vasitəsilə İddiaçı MTK-ya göndərmişdir. Eyni qaydada fevral ayı üçün də eyni qaydada 2.266 (iki min iki yüz altmış altı) manat pulu ##.##.2026-cı il tarixində poçt vasitəsilə İddiaçı MTK-ya göndərmişdir. Eyni qaydada ##.##.2026-cı il tarixində poçt vasitəsilə 2.266 (iki min iki yüz altmış altı) manat pulu İddiaçı MTK-ya göndərmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda Mülki Məcəllənin müddəalarına əsasən tərəflər üzərlərinə götürdükləri öhdəliklərdən irəli gələn hüquq və vəzifələri vicdanlılıq prinsipi əsasında həyata keçirməli, öhdəlikləri müqavilənin şərtlərinə uyğun olaraq, şərtləşdirilmiş vaxtda və qaydada icra etməlidirlər. Bu tələblər yerinə yetirilmədikdə isə tərəflərin davranışı mülki qanunvericiliyin tələbləri, o cümlədən vicdanlılıq və ədalətlilik prinsipləri baxımından qiymətləndirilməlidir. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə uzunmüddətli xarakter daşımaqla cavabdeh tərəfindən həmin müqavilə üzrə ilkin ödəniş tam ödənilmiş, sonrakı ödənişlərin yəni 2025-ci ildə həyata keçirilməsində qısamüddətli müəyyən gecikmələr olsa da, kollegiyanın iclasında müəyyən edilmişdir ki, ödənişlərin həyata keçirilməsi tam başa çatmışdır. Başqa sözlə, cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsində müəyyən gecikmələrə yol verilməsinə baxmayaraq müqavilə üzrə öhdəliklərini icra etmək niyyətində olması və bu istiqamətdə aktiv hərəkətlər göstərməsi müəyyən olunmuşdur. İş üzrə təqdim edilmiş sübutlardan həmçinin görünür ki, cavabdeh, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etdikdən sonra da öhdəliklərini yerinə yetirmək niyyətində olmuş, ödənişləri həyata keçirmək üçün bir neçə dəfə yazılı qaydada qarşı tərəfə müraciət etmiş, həmçinin ödənişləri təqdim etmək məqsədilə iddiaçının nümayəndələri ilə əlaqə saxlamağa cəhd göstərmiş, hətta müəyyən məbləğdə vəsaiti poçt vasitəsilə iddiaçıya göndərmişdir, başqa sözlə, ödənişlər tam həyata keçirilmişdir. Məhkəmə Kollegiyası iddiaçı tərəfindən ödənişlərin qəbulundan imtina edilməsi, müqavilənin cavabdeh tərəfindən icra edilməsinə iddiaçının maneçilik törətməsi faktını nəzərə alır, öhdəliyin icra edilməməsinin bütün nəticələrinin cavabdehin üzərinə qoyulmasının qanuni olmadığı qənaətinə gəlir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində cavabdehin ödənişləri ##.##.2025-ci il tarixdən sonra həyata keçirmədiyinə istinad etsə də, kollegiya tərəfindən bu hala dair sübutların (gecikmiş sübut olsa da belə) təqdim olunması təklif edilmiş, lakin iddiaçı tərəf belə sübutlar təqdim etməmişdir. İddia ərizəsində həmin tarixədək olan dövr üzrə gecikmələrin müqavilənin ləğvi üçün əsas kimi qiymətləndirilməsi barədə hər hansı əsaslandırma göstərilməmişdir. Qeyd edilənlərlə əlaqədar kollegiya həmçinin nəzərə alır ki, iddiaçı tərəfindən cavabdehin növbəti ödənişlərinin qəbul edilməsi tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilməsi iradəsini göstərmişdir. Bu baxımdan, iddiaçının əvvəlki dövr üzrə gecikmələri müqavilənin dərhal ləğvi üçün əsas kimi qiymətləndirməsi iddiaçının istinad etdiyi qanuni əsasın dispozisiya şərtləri ilə uzlaşmır. Bundan başqa Məhkəmə Kollegiyası qeyd edir ki, müqavilə şərtlərinə əsasən ödənişlərin gecikdirilməsi hallarında cavabdehə qarşı dəbbə pulu tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bu hal onu göstərir ki, tərəflər müqavilə bağlayarkən ödənişlərin gecikdirilməsi ehtimalını nəzərə almış və belə hallarda müqavilənin dərhal ləğvini deyil, maliyyə məsuliyyəti tədbirlərinin tətbiqini məqsədəuyğun hesab etmişlər. Məhkəmə Kollegiyası hesab edir ki, mövcud gecikmələr müqavilə ilə nəzərdə tutulmuş qaydada maliyyə sanksiyaları ilə tənzimlənə biləcəyi halda, müqavilənin ləğvi kimi daha ağır hüquqi nəticənin, eləcə də dəbbə pulunun və digər ödənişlərin tutulması tətbiqi hazırki işin hallarına görə mütənasib hesab edilə bilməz. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, ##.##.2022-ci il tarixinli **** nömrəli müqavilənin ləğv edilməsi hissəsində əsassız olduğundan, həmin tələbdən törəyən iddianın digər-mənzilin ümumi dəyərinin 20% məbləğində 23.750 manat dəbbə pulu məbləğinin, 19.200 manat kirayə haqqı məbləğinin və 219 manat dövlət rüsumu məbləğinin, cəmi 43.169 (qırx üç min bir yüz altmış doqquz) manat pul vəsaitinin cavabdehdən tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması hissələrində də əsassız olmaqla təmin edilə bilməz. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını sadalasa da, nəticə etibarı ilə həmin halları düzgün qiymətləndirməyərək, səhv nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılması ilə razılaşmır və hesab edir ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməsi əsası ilə ləğv edilməlidir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı “Cavabdeh qarşı iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.