Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2166/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutuna qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnistutuna qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutuna qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Genetik Ehtiyatlar İnstitutunun iddiaçının vəzifəsindən azad edilməsi barədə ##.##.2025-ci il tarixli əmrinin qanunsuz hesab edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün tam həcmdə əmək haqqı ödənilməsi, 60 manat mediasiya xərcinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu tərəfindən iddia tələbinə qarşı etiraz daxil olmuşdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun ##.##.2025-ci il tarixli, ***/K nömrəli əmri ləğv edilmiş, iddiaçı İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi (0,5 ş.v. əvəzçiliklə) vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının ##.##.2025-ci il tarixli iclasının protokolundan çıxarışda İddiaçı 2010-2025-ci illər ərzində elmi tədqiqat işlərinin nəticələrinin olmadığı və heç bir məqalə təqdim etmədiyi qeyd edilmişdir. Məhkəmə isə hesab edir ki, bu qeyd institut ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas təşkil edə bilməzdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinin konkret şərtləri həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuşdur: işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndində qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa İddiaçı elmi fəaliyyəti barədə məlumatı məhkəməyə təqdim etmiş, cavabdeh isə bununla bağlı heç bir etiraz bildirməmişdir. Bundan başqa, Elmi Şuranın sədri və həmin İnstitutun direktoru Z.İ.Əkpərov tərəfindən İddiaçı barədə verilmiş ##.##.2017ci il tarixli, **-*/*** nömrəli arayışda sonuncunun institutdakı elmi fəaliyyəti sadalanaraq müsbət qiymətləndirilmiş və sonda “Hazırda İddiaçı institutda elmi fəaliyyətini uğurla davam etdirir” qeyd edilmişdir. Bu xüsusat özlüyündə Elmi Şuranın iclas protokolunda qeyd olunan “İddiaçı tərəfindən 2010-2025-ci illər ərzində elmi tədqiqat işlərinin nəticələrinin olmadığı və heç bir məqalə təqdim etmədiyi” barədə qeyd ilə ziddiyət təşkil etməklə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin işəgötürən tərəfindən əsaslandırılmadığına dəlalət edir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80, 186, 187, 189, 300–cü, “Elm haqqında” Azərbaycan Respublikasının Qanunun 13 və 32-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
4. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnistutunun nümayəndəsi X1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. ##.##.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən çıxarışdan görünür ki, İddiaçı əlavə iş yeri kimi Azərbaycan Milli Elmlər X17 İnstitutunun kompüter genomikası beynəlxalq laboratoriyasının aparıcı elmi işçisi vəzifəsinə təyin edilmiş. Onunla əmək müqaviləsi ##.##.2018-ci il tarixdə müddətsiz olaraq bağlanmışdır.
12. Azərbaycan Milli Elmlər X17 İnstitutunun direktoru Z.İ.Əkpərov tərəfindən imzalanmış ##.##.2017-ci il tarixli, **-*/*** nömrəli AMEA Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru İddiaçı institutdakı elmi fəaliyyəti haqqında arayışda göstərilmişdir ki, biologiya üzrə fəlsəfə doktoru İddiaçı institutdakı elmi tədqiqatçı fəaliyyətinə ##.##.2010-cu il tarixində "Beynəlxalq Əlaqələr, Koordinasiya və İnformasiya" şöbəsində aparıcı elmi işçi kimi başlamışdır. Həmin dövrdən "Azərbaycanın bitki genetik ehtiyatlarının tədqiqi və idarə olunmasında informasiya texnologiyalarından istifadənin elmi əsasları", "İnformasiya sistemləri vasitəsilə aqrobiomüxtəlifliyin mühafizəsi və istifadəsinin yaxşılaşdırılması" mövzuları çərçivəsində müxtəlif mərhələlər üzrə elmi-tədqiqat işlərində aparıcı alim kimi iştirak etmişdir. O, kompüter biologiyasının bilicisi kimi son illər ərzində institutda yerinə yetirilən digər müvafiq mövzuların, institutun iştirakçısı olduğu beynəlxalq proqram və layihələrin yerinə yetirilməsində də əlindən gələn köməyi əsirgəməmişdir. İddiaçı İnstitutda çalışdığı müddətdə beynəlxalq elmi əlaqələrin gücləndirilməsində, o cümlədən, ABŞın Kaliforniya ştatının DoE Joint Genom İnstitutunun aparıcı alimi prof. Asəf Salamovla, X11 Universitetinin Molekulyar Biologiya laboratoriyasının "Hesablama Kristalloqrafiyası" qrupunun rəhbəri prof. Qərib Mürşüdovla, Almaniya Federasiyasında genom tədqiqatları mərkəzi kimi tanınmış GeneXplain kompaniyasının elmi işlər üzrə rəhbəri Dr. Alexander Kel və onların təmsil etdikləri təşkilatlarla bu cür əlaqələrin yaradılmasında və inkişafında mühüm rol oynamışdır. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantını almış "X18 statistik analizi: təkrar olunan obrazların tanınması, təşkili və istifadəsi" (# #### 2011 # #### 2013) beynəlxalq layihəsinin hazırlanması, təqdimatı və mərhum akademik Cəlal Əliyevlə birgə idarə olunaraq yüksək səviyyədə yerinə yetirilməsi onun adı ilə bağlıdır. Bu layihənin yerinə yetirilməsi zamanı İddiaçı Milli Elmlər Akademiyasının müxtəlif təşkilatlarını təmsil edən gənc alimləri komanda halında toplayaraq, onların gələcək elmi inkişafına ciddi təkan verə bilmişdir. İddiaçı Ukrayna Elm və Texnologiya Mərkəzinin (STCU) bir neçə qrant layihəsində rəhbər (Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına keçid və yeni biotexnologiyaların tətbiqi problemləri - 5913, Yeni mobil genetik elementlərin aşkar edilməsində "maşın-öyrənmə alqoritmləri"nin tətbiqi 6295) və iştirakçı (Eksperimental mutagenez tətbiqi yolu ilə ipəkqurdunun yeni, yüksək effektivli və tez yetişən formalarının yetişdirilməsi və öyrənilməsi - 5782, İnformasiya və genomika texnologiyalarının inteqral tətbiqi ilə bitki genetik ehtiyatlarının səmərəli istifadəsinin gücləndirilməsi 6156) kimi səmərəli fəaliyyət göstərmiş, bir sıra mühüm elmi nəticələrin alınmasına nail olmuşdur. Qeyd edək ki, **** saylı layihə İddiaçı rəhbərliyi ilə ## ###### 2017-ci il tarixindən icra olunmağa başlamışdır. Vaqif müəllim bütün bu layihələrin icrası zamanı da bir sıra müasir elm sahələri üzrə (molekulyar biologiya, kompüter biologiyası, bioinformatika və s.) gənc alim və mütəxəssislərin hazırlanması işində xüsusi nailiyyətlər əldə etmişdir. Son illərdə alim həmçinin institutun magistraturasında pedaqoji fəaliyyətlə məşğul olaraq, gənclərə müasir elmi biliklərin aşılanmasında iştirak etmişdir. B.ü.f.d. İddiaçı əldə etdiyi elmi nəticələri bir neçə beynəlxalq və respublika səviyyəli elmi konfranslarda (2011 3rd Conference on Control Optimization with Industrial Applications, Ankara, Bilkent University, International Conference "Photosynthesis Research for Sustainability", Baku, Azerbaijan, 2013 – 4th Conference on Control Optimization with Industrial Applications, Borovets, Bulgaria) uğurla məruzə etmişdir. Hazırda da İddiaçı institutda elmi fəaliyyətini uğurla davam etdirir.
13. İddiaçı tərəfindən təqdim edilmiş “İddiaçı 2010-2025-ci illər ərzində Genetik Ehtiyatlar İnstitutundakı elmi fəaliyyətinin nəticəsi” barədə siyahıda aşağıdakılar göstərilmişdir: Elmi əsərlərin siyahısı: Elmi əsərlərin siyahısı:
1. Amikishiyev V.G., G.N.Ibrahimova, U.A.Shahmaliev, A.A.Salamov Detection of potential regulatory sites in genomes of Ph.sojae and Ph.ramorum using comparative analysis, "IV Congress of the Turkic world mathematical society", Baku, July 1-3, 2011, p.493
2. Amikishiyev V.G., G.N.Ibrahimova, A.A.Salamov Motifs of potential regulatory sites of genomes of Ph.Sojae & Ph.ramorum, 3rd Conference on Control Optimization with Industrial Applications, Ankara, Bilkent University, August 22-24, 2011
3. Amikishiyev, V.G., Mehdiyev, T., Shabiyev J., Murshudov G.N., Recognition and organization of repeated polypeptide chain patterns from the protein data base, 4th Conference on Control Optimization with Industrial Applications, Borovets, Bulgaria, July 10- 12, 2013
4. Masmaliyeva R.Ch., Murshudov G.N., V.G.Amikishiyev, Comparative analysis of three- dimensional structure of protein classes, X20, Lecce, Italy, May 15-18, 2014
5. Amikishiyev, V.G., Mehdiyev, T., Shabiyev. J., Murshudov G.N., A Search for a Fragment Space: Organisation and use of X12, X22 CMC İ, Tbilisi, Georgia, September 5-6, 2014
6. Amikishiyev, V.G., Qasimli, B.A. Environment and Biodiversity, KarabakhIII. International Ongress ofapplied sciences "Year of Shusha-20022", yune 7-10, 20022 Karabagh/Azerbaijan. Kitab və kitabçalar:
1. Biomüxtəliflik haqqında populyar dildə, Bakı, 2018, 2525;
2. Ekoloji təmiz kənd təsərrüfatı istehsalı və genetik modifikasiya olunmuş bitkilər, Bakı, 2019, 50s;
3. Aqrokimyəvi analizlər və torpaqların yaxşılaşdırılması, Bakı, 2020, 58s;
4. "Ətraf mühitin qorunmasının dəyərləri və biomüxtəlifliyin möcüzəli aləmi", Bakı, 2022, 117s.;
5. "Qarabağın biomüxtəlifliyi, Bakı, 2024, 96s;
6. "Yaşıl dünya" anlayışları", Bakı, 2025, 48s. Bu müddət ərzində İddiaçı rəhbərliyi və iştirakı ilə həyata keçirilmiş beynəlxalq layihələr
1. "X18 statistik analizi: təkrar olunan obrazların tanınması, təşkili və istifadəsi" beynəlxalq layihəsi, Elmin İnkişafı Fondu, ##.##.2011-##.##.2013, Bakı ş., layihənin həmrəhbəri (əsas rəhbər akademik Cəlal Əliyev olmuşdur);
2. "Создание и исследование новых высоко-производительных и рано созревающих форм тутового шелкопряда с применением экспериментального мутогенеза", Ukrayna Elmi-Texnoloji Mərkəzi (STCU), ##.##.2013 - 01.04. 2015 Bakı ş., elmi tədqiqatçı;
3. "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına keçid və yeni biotexnologiyaların tətbiqi problemləri", Ukrayna Elmi-Texnoloji Mərkəzi (STCU), ##.##.2014- ##.##.2016 Bakı ş., layihə rəhbəri;
4. "İnformasiya və genomika texnologiyalarının inteqral tətbiqi ilə bitki genetik ehtiyatlarının səmərəli istifadəsinin gücləndirilməsi", Ukrayna Elmi-Texnoloji Mərkəzi (STCU), Bakı ş., elmi tədqiqatçı; "Yeni mobil genetik elementlərin aşkar edilməsində "maşın-öyrənmə alqoritmləri"nin tətbiqi", Ukrayna Elmi-Texnoloji Mərkəzi (STCU), Bakı ş., ##.##.2017- ##.##.2019, layihə rəhbəri. Tədris: Genetik Ehtiyatlar İnstitutunda işlədiyi müddət ərzində İddiaçı həm də məhz bu İnstitutun magistrlərinə "Hüceyrənin molekulyar biologiyası" və "Bioinformatika" fənlərini tədris etmişdir. Elmi əlaqələr: Bu müddət ərzində İddiaçı X11 şəhərində yerləşən "MRC Laboratory of Molecular Biology" İnstitutunda fəaliyyət göstərən məşhur həmyerlimiz Dr. Qərib Mürşüdov və ABŞ-ın Berkeley Universitetində artıq 30 ildən çox fəaliyyət göstərən Dr. Asəf Salamovla elmi əlaqələr yaratmışdır. Vaqif m. əvvəlcə, Qərib Mürşüdovla birlikdə AMEA-nın "Biotexnologiya və Molekulyar Biologiya" İnstitutunda Q.Mürşüdovun rəhbərlik etdiyi "Struktur Biologiyası" Beynəlxalq Labaratoriyasını yaratmış, sonra isə məhz özünün əvəzçiliklə yarım ştat fəaliyyət göstərdiyi Genetik Ehtiyatlar İnstitutunda Asəf Salamovun rəhbərliyi ilə münaqişəli "Kompüter Genomikası" Beynəlxalq Labaratoriyasını yaratmışdır.
14. ## ###### 2025-ci il tarixli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu Elmi Şuranın ** №-li iclasının protokolundan çıxarışın surətindən görünür ki, B.ü.f.d. İddiaçı tərəfindən 2010-2025-ci illər ərzində elmi-tədqiqat işlərinin nəticələrinin olmadığı və heç bir məqalə təqdim etmədiyi nəzərə alaraq fəaliyyət göstərməsinin məqsədəuyğun hesab edilməməsi və onun əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.
15. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutundan Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, **-**/*** nömrəli məktubda göstərilmişdir ki, Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının ## ###### 2025-ci il tarixində keçirilən növbəti iclasında Beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi (0,5 ş.v. əvəzçi) b.ü.f.d. İddiaçı 2010-2025-ci illər üzrə elmi fəaliyyəti barədə hesabatı dinlənilib, müzakirə edilmişdir. O hesabatında heç bir elmi nəticə və elmi məqaləsi barədə məlumat verə bilməmişdir. Ona görə də iclasda onun elmi fəaliyyətsizliyi ilə bağlı Elmi Şuranın üzvləri öz fikir və təkliflərini bildirmişdir. İddiaçı təkrar izahatında öz fəaliyyətsizliyini heç bir əsaslı sənəd və faktlarla izah edə bilməmişdir. Elmi Şurada səsvermə zamanı İddiaçı bu institutda elmi fəaliyyətinin davam etdirilməsinin məqsədə müvafiq olmaması barədə yekdilliklə Qərar qəbul edilmişdir. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq onun əmək müqaviləsinə həmin məcəllənin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsinin münasibət bildirməsi xahiş edilmişdir.
16. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elmi X26 İttifaqının Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin ##.##.2025-ci il tarixdə keçirilmiş */** nömrəli protokolundan çıxarışda göstərilir ki, gündəlik Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Z.İ.Əkpərovun institutun əməkdaşı İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ## ###### 2025-ci il tarixli **-**/*** nömrəli təqdimatına münasibət bildirilməsi barədə olmuş və Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) maddəsinin "ç" (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə...) bəndinə əsasən xitam verilməsinin əmək qanunvericiliyinə uyğun hesab edilməsi qərara alınmışdır.
17. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (direktor Z.İ.Əkpərov) ## ###### 2025-ci il tarixli, ***/K nömrəli əmrində göstərilmişdir ki, Beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi (0,5 ş.v. əvəzçiliklə) İddiaçı əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilsin. Mühasibatlığa tapşırılsın ki, İddiaçı istifadə edilməmiş əmək məzuniyyəti üzrə ##.##.2025-##.##.2026-cı il tarixinədək olan iş ili üçün 35 t.g. son haqqhesabı edilsin. Əsas: İnstitutun Elmi Şurasının ** nömrəli ## ###### 2025-ci il tarixli protokolunun çıxarışı və Həmkarlar İttifaqı Komitəsinin razılığı. Cavabdeh İddiaçı əmrin surəti ilə ##.##.2025-ci il tarixdə tanış olmuşdur.
18. Genetik Ehtiyatlar İnstitutun Kadrlar şöbəsindən Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi (0,5 ş.v. əvəzçi) b.ü.f.d. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən əsas iş yerindən razılıq sənədi təqdim etməmişdir.
19. Bakı Dövlət Universitetindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, S/** nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də Universitetin SABAH qruplarının Biologiya, Biologiya müəllimliyi və Biotexnologiya ixtisaslarında 2023/2024-cü tədris ilindən etibarən bu günədək “Bioinformatika və məlumatların təhlili”, “Molekulyar biologiya” fənlərinin tədrisinə saathesabı qaydada cəlb olunmuşdur. İddiaçı tədris illəri üzrə dərs yükü aşağıdakı kimi olmuşdur: 2023/2024-cü tədris ilində - 75 saat; 2024/2025-ci tədris ilində - 75 saat, 45 saat; 2025/2026-cı tədris ilində - 45 saat
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sistemindən əldə edilmiş ##.##.2026-cı il tarixli iş yerinə dair arayışdan görünür ki, İddiaçı ##.##.2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində elektron təhsil şöbəsinin müdiri vəzifəsində çalışır, əmək müqaviləsi müddətsiz bağlanmışdır.
21. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ##.##.2017-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarından çıxarışda aparıcı elmi işçinin əmək funksiyası aşağıdakı kimi göstərilmişdir: elm və texnikanın müəyyən bir problemi (mövzusu, tapşırığı) üzrə tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirir, bu tədqiqatlarla məşğul olan işçilər qrupuna başcılıq edir, yaxud elmi texniki proqramın ayrı-ayrı tapşırıqlarının məsul icraçısı olur. Daha mürəkkəb problemlərin elmitexniki həlli yollarını, tədqiqat və işlərin aparılması metodlarını işləyib hazırlayır. Yeni elmi tədqiqatların və işlərin istiqamətlərini və onların yerinə yetirilməsi metodlarını əsaslandırır. İşlərin proqram tərtibatını təsdiq edir, başqa təşkilatlarla birgə tapşırıqların yerinə yetirilməsində iştirak edən icraçıların fəaliyyətini əlaqələndirir, alınmış nəticələri ümumiləşdirir. Elmi tədqiqatların və işlərin nəticələrinin tətbiq olunma sahələrini müəyyənləşdirir və bu nəticələrin təcrübədə həyata keçirilməsini təşkil edir. Elmi kadrların hazırlanmasında və onların ixtisaslarının artırılmasında iştirak edir. Bilməlidir: "Elm haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını; elm və texnika sahələrinin elmi problemlərini; müvafiq məsələlər üzrə ölkədaxili və xarici nailiyyətləri; elmi tədqiqat işlərinin proqnozlaşdırılması, proqramların tərtib olunması və tətbiqinin yeni metodlarını, vasitələrini, təcrübəsini (qiymətləndirmə, patentməlumat təminatı, elmi texniki sənədlərin buraxılışı və s.); işçilərin həvəsləndirilməsi və maddi mükafatlandırılması formalarını; əməyin təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
22. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi (0,5 ş.v. əvəzçiliklə) vəzifəsində işləmişdir. Onunla sonuncu dəfə işəgötürən arasında ##.##.2024-cü ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. 23.Həmin İnstitutun direktoru tərəfindən cavabdeh İddiaçı institutdakı elmi fəaliyyəti barədə müsbət xarakterizə edici məzmunda ##.##.2017-ci il tarixli, **-*/*** nömrəli arayış verilmişdir.
24. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurası tərəfindən ##.##.2025-ci il tarixdə keçirilən iclasda İddiaçı 2010-2025-ci illər ərzində elmi tədqiqat işlərinin nəticəsi olmadığı və heç bir məqalə təqdim etmədiyi nəzərə alınaraq fəaliyyət göstərməsinin məqsədəuyğun hesab edilməməsi və müqaviləsinə xitam verilməsi qərara alınmışdır. 25.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar İttifaqı Komissiyasının ##.##.2025-ci il tarixdə keçirdiyi iclasda İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyinə uyğun hesab edilmişdir.
26. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun ## ###### 2025-ci il tarixli, ***/K nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunmaması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
29. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Maddə 71. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər.
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması Maddə 80. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı razılaşmalar.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 189. İntizam tənbehinin verilməsi şərtləri.
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Maddə 300. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
31. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Elmi tədqiqat institutu 13.2. Elmi tədqiqat institutunun əsas hüquqları və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə müəyyən olunur. 13.3. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir: 13.3.1. elmi tədqiqat institutunun strukturunu müəyyən edir, səlahiyyətli orqanlar qarşısında vəsatət qaldırır; 13.3.2. elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir; 13.3.3. elmi inkişaf ilə bağlı müxtəlif problemlərin müzakirəsini keçirir, tövsiyələr hazırlayır; 13.3.4. elmi tədqiqat müəssisəsinin fəaliyyətinin illik hesabatını və ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir; 13.3.5. elmi işçilərin fəaliyyətinin stimullaşdırılması üçün qərarlar qəbul edir; 13.3.6. elmi işçilərin attestasiyasını və işə qəbulu üzrə müsabiqələrin keçirilməsini təşkil edir; 13.3.7. hər il öz iş planını və reqlamentini təsdiq edir; 13.3.8. yüksəkixtisaslı elmi kadrların hazırlanması və əlavə təhsili sahəsində qərarlar qəbul edir; 13.3.9. ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır; 13.3.10. elmi tədqiqat institutunun nizamnaməsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir. Maddə 32. Elmi işçilərin vəzifələri 32.1. Elmi işçilərin vəzifələri aşağıdakılardır: 32.1.1. elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 32.1.2. Azərbaycançılıq ideyalarını təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri, milli ənənələri dəstəkləmək və inkişaf etdirmək; 32.1.3. elmi fəaliyyəti həyata keçirərkən dövlət mənafeyini qorumaq, insanların hüquq və azadlıqlarına, onların həyatına və sağlamlığına, habelə ətraf mühitə zərər vurmamaq; 32.1.4. elmi bilikləri və ölkənin sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən prosesləri və əldə edilən nəticələri elmi cəhətdən əsaslandıraraq təhlil və təbliğ etmək; 32.1.5. elmi proqram və layihələrin, elmi nəticələrin, eksperimental tədqiqatların ekspertizasını obyektiv həyata keçirmək; 32.1.6. elmi etikaya riayət etmək, plagiata yol verməmək, yaradıcı, ləyaqətli, məsuliyyətli, müstəqil və təşəbbüskar olmaq; 32.1.7. daim öz elmi səviyyəsini, bilik və təcrübəsini yüksəltmək, elmi araşdırmalara yaradıcı (kreativ) yanaşmaq, innovasiyaları dəstəkləmək, elmi məqalələr nəşr etdirmək; 32.1.8. attestasiyadan keçmək; 32.1.9. məxfi qrif altında yerinə yetirilən elmi işlərin mövzu və nəticələrini yaymamaq; 32.1.10. bu Qanuna uyğun olaraq digər vəzifələri yerinə yetirmək. 32.2. Elmi işçilərin vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun, elmi müəssisə və təşkilatların nizamnaməsi və işəgötürənlə elmi işçi arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir.
32. İşin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi (0,5 ş.v. əvəzçiliklə) vəzifəsində işləyən İddiaçı İnstitutun ##.##.2025-ci il tarixli, ***/K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsasla (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
33. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə bu əmrin əsası İnstitutun Elmi Şurasının ** nömrəli ## ###### 20265-ci il tarixli protokolundan çıxarışa və Həmkarlar İttifaqı Komitəsinin razılığına istinad edilmişdir. İnstitutun Elmi Şurasının qeyd olunan iclas protokolundan çıxarışda B.ü.f.d. İddiaçı tərəfindən 2010-2025-ci illər ərzində elmi tədqiqat işlərinin nəticələrinin olmadığını və heç bir məqalə təqdim etmədiyini nəzərə alaraq fəaliyyət göstərməsinin məqsədəuyğun hesab edilməməsi və onun müqaviləsinə xitam verilməsinin qərara alınması göstərilmişdir. Həmkarlar İttifaqı Komissiyasının ##.##.2025-ci il tarixdə keçirdiyi iclasda İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyinə uyğun hesab edilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, İnstitut tərəfindən məhz bu istinadlarla İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilsə də, xitam proseduru qanunvericiliyə uyğun olmamışdır. Belə ki, İnstitutun Elmi Şurasının hüquq və vəzifələri İnstitutun nizamnaməsi və “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Nizamnamə və X4 elmi işçilərin əmək müqaviləsinə xitam verilməsi və ya bununla bağlı hər hansı bir qərar qəbul etmək səlahiyyəti müəyyən edilməmişdir. Lakin buna baxmayaraq faktiki olaraq Elmi Şuranın ##.##.2025-ci il tarixli iclasında İddiaçı əmək müqaviləsinə xitam verilməsi qərara alınmış və yalnız bundan sonra, ##.##.2025-ci il tarixdə həmin məsələ ilə bağlı Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilmiş, sonuncu Komitənin qeyd olunan məsələ ilə bağlı iclası ##.##.2025-ci il tarixdə keçirilmişdir. Yəni İnstitutun Ali İdarəetmə orqanı olan Elmi Şura tərəfindən faktiki olaraq İddiaçı əmək müqaviləsinə xitam verilməsinin qərara alınması Həmkarlar ittifaqı Komitəsinin razılığının alınmasından əvvəl baş vermişdir. Bu fakt yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci bəndində qeyd edilən “bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.” tələbin pozulmasına dəlalət edir. Hazırkı işdən isə görünür ki, cavabdeh institut tərəfindən bu qaydaya düzgün riayət edilmədən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.
35. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının ##.##.2025-ci il tarixli iclasının protokolundan çıxarışda İddiaçı 2010-2025-ci illər ərzində elmi tədqiqat işlərinin nəticələrinin olmadığı və heç bir məqalə təqdim etmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu qeyd institut ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas təşkil edə bilməzdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinin konkret şərtləri həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuşdur: işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndində qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa İddiaçı elmi fəaliyyəti barədə məlumatı məhkəməyə təqdim etmiş, cavabdeh isə bununla bağlı heç bir etiraz bildirməmişdir. Bundan başqa, Elmi Şuranın sədri və həmin İnstitutun direktoru Z.İ.Əkpərov tərəfindən İddiaçı barədə verilmiş ##.##.2017-ci il tarixli, **-*/*** nömrəli arayışda sonuncunun institutdakı elmi fəaliyyəti sadalanaraq müsbət qiymətləndirilmiş və sonda “Hazırda İddiaçı institutda elmi fəaliyyətini uğurla davam etdirir” qeyd edilmişdir. Bu xüsusat özlüyündə Elmi Şuranın iclas protokolunda qeyd olunan “İddiaçı tərəfindən 2010-2025-ci illər ərzində elmi tədqiqat işlərinin nəticələrinin olmadığı və heç bir məqalə təqdim etmədiyi” barədə qeyd ilə ziddiyət təşkil etməklə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin işəgötürən tərəfindən əsaslandırılmadığına dəlalət edir.
36. Beləliklə, Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddianın təmin edilməsi barədə qanuni və əsaslandırılmış nəticəyə gəlmişdir.
37. İş materiallarına əsasən cavabdeh iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyini, elmi fəaliyyətinin qənaətbəxş olmadığını, üç iş yerində çalışdığını və elmi şuranın onun fəaliyyətinə mənfi qiymət verdiyini əsas gətirərək əmək müqaviləsinə xitam verilməsinin qanuni olduğunu bildirmişdir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin həmin əsasla ləğvi yalnız işçinin əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini təqsirli surətdə yerinə yetirməməsi qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə mümkündür. Həmin Məcəllənin 186 və 187-ci maddələrinin mənasına görə intizam məsuliyyəti konkret intizam xətasının mövcudluğu, həmin xətanın sənədlərlə təsdiq edilməsi və işçinin təqsirinin müəyyən olunması ilə tətbiq edilə bilər. 38.İş materiallarından görünür ki, cavabdeh iddiaçının hansı konkret əmək vəzifəsini, hansı tarixdə və hansı formada pozmasını təsdiq edən aktları, xidməti araşdırma sənədlərini, izahatları və ya digər obyektiv sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçıya xəbərdarlıq edilməsi faktı özlüyündə əmək müqaviləsinə xitam verilməsi üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. Əksinə, iş materiallarında olan ## ######## 2017-ci il tarixli arayışla müəyyən edilir ki, iddiaçı uzun illər institutda müxtəlif elmi layihələrin icrasında iştirak etmiş, beynəlxalq elmi proqramların həyata keçirilməsinə töhfə vermiş, elmi fəaliyyəti rəhbərlik tərəfindən müsbət qiymətləndirilmişdir. Cavabdeh həmin qiymətləndirmənin sonradan hansı əsaslarla dəyişdiyini və iddiaçının peşə fəaliyyətində hansı ciddi nöqsanların yarandığını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. 39.Həmçinin cavabdehin “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad etməsi də hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Həmin norma elmi şuraların fəaliyyətinin təşkilini tənzimləyir və onların elmi məsələlər üzrə səlahiyyətlərini müəyyən edir. Lakin bu norma işəgötürənə əmək qanunvericiliyində nəzərdə tutulmuş əsaslar olmadan əmək müqaviləsinə xitam vermək səlahiyyəti vermir. Elmi şuranın rəyi əmək münasibətlərinə xitam verilməsi üçün müstəqil hüquqi əsas təşkil etmir. 40.İddiaçının əvəzçilik qaydasında digər iş yerlərində işləməsinə dair dəlillər də əmək müqaviləsinin ləğvi üçün kifayət edən əsas hesab edilə bilməz. Əmək qanunvericiliyi əvəzçilik üzrə işləməyi qadağan etmir. Cavabdeh iddiaçının bu səbəbdən əmək funksiyalarını yerinə yetirmədiyini və ya iş vaxtı rejimini pozduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Cavabdeh isə əmək müqaviləsinə xitamın qanuni əsaslarını kifayət qədər sübuta yetirməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əmək hüququ təmin edilir və heç kəs qanunda nəzərdə tutulmuş əsaslar olmadan əmək hüququndan məhrum edilə bilməz. Əmək münasibətlərinə müdaxilə yalnız qanuni məqsəd güddükdə, qanunla müəyyən olunmuş prosedura əməl edildikdə və mütənasib olduqda hüquqi cəhətdən əsaslı hesab edilə bilər. Bu yanaşma Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X13 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması prinsipi, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeləri ilə də uzlaşır. Avropa Məhkəməsi dəfələrlə vurğulamışdır ki, məhkəmələr tərəflərin əsas arqumentlərini araşdırmalı, işəgötürənin irəli sürdüyü iddiaların kifayət qədər sübut olunubolunmadığını qiymətləndirməli və qəbul edilən qərarların adekvat əsaslandırılmasını təmin etməlidirlər. Bundan başqa, Avropa Sosial Xartiyasının 24-cü maddəsində hər bir işçinin əsaslı səbəb olmadan işdən çıxarılmamaq hüququ təsbit edilmişdir. Həmin norma əmək münasibətlərinə xitam verilərkən işəgötürənin qanuni və obyektiv səbəbləri sübuta yetirməsini, işçiyə münasibətdə tətbiq edilən tədbirin isə mütənasib olmasını tələb edir. Eyni zamanda, X16 *** nömrəli “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinə xitam verilməsi haqqında” Konvensiyasında ifadə olunan beynəlxalq əmək hüququ prinsiplərinə görə əmək münasibətlərinə yalnız işçinin davranışı, peşə bacarığı və ya müəssisənin fəaliyyətindən irəli gələn həqiqi və əsaslı səbəblər mövcud olduqda xitam verilə bilər. Belə səbəblərin mövcudluğunu sübut etmək vəzifəsi isə işəgötürənin üzərinə düşür.
42. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyini təsdiq edən kifayət qədər, mötəbər və qarşılıqlı uzlaşan sübutlar təqdim edilmədiyindən, əmək müqaviləsinə xitam verilməsi qanunilik və mütənasiblik meyarlarına cavab vermir. 43.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 45.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov