Məhkəmə qərarları › İş №e-2(3-6)-2180/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2180/2026

05.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2180/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” X4rşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə (Açar sözlər: işə bərpa və sair) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi X8 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Işin halları 1.

2. Iş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan və epikrizdən görünür ki, ##.##.2016-cı il təvəllüdlü X2 uşaq serebral iflici, sol tərəfli hemiparez, spastik hemiplegiya diaqnozu qoyulmuşdur. Bətndaxili infeksiya (SMV mənşəli), pnevmoniya və sair xəstəliklərdən əziyyət çəkir.

3. Iş materiallarında olan 0028028 epikrizdən görünür ki, İddiaçı qazanılma ürək qüsuru, kombinə olunmuş mitral qapaq qüsuru və sair xəstəliklərdən əziyyət çəkir.

4. Iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh tərəfindən verilmiş */*** saylı ## ###### 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, ADMIU-nun nəzdində X35 Şurasının qərarı və təsdiq olunmuş tədris planları əsasında 2025/2026-cı tədris ili üzrə ümumi dərs yükünün bölgüsü aparılmışdır və digər obyektiv səbəblərə görə bir sıra müəllimlərin dərs saatlarında dəyişiklik yaranmışdır. Bu səbəbdən Solo Ifaçılıq və xalq çalğı alətləri fənn birləşmə komissiyasının müəllimi İddiaçı Tədris planına müvafiq olaraq bölgü nəticəsində 273 saat (0.5 ştat) dərs yükü ayrılmışdır. İddiaçı 1.0 ştat vahidindən 0.5 ştat vahidinə endirilmişdir. Şifahi və yazılı şəkildə məlumat verilməsinə baxmayaraq bu təkliflə əsassız olaraq razılaşmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə və mövcud hüquqmüəyyənedici sənədləri əsas götürərək, Kollecin Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşmə komissiyasında 0.5 ştat vahidi müəllim vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ## ###### 2026-cı il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi nəzərdə tutulmuş əsasla xitam verilməsi, İddiaçı ## ######## 2008-ci il tarixindən ## ###### 2026-cı il tarixinə qədər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi, 77-ci maddənin 7-ci hissəsinin tələblərinə əsasən orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinətin ödənilməsi, işçinin son iş günü olan ## ###### 2026-cı il tarixində son-haqq hesabının ödənilməsinin həyata keçirilməsi və insan resursları və informasiya şöbəsinin müdiri G.Quliyeva və baş mühasib A.Hüseynova bu əmrdən irəli gələn məsələlərin həll edilməsi əmr edilmişdir.

5. Iş materiallarında olan Azərbaycan “Muğam” Assosiasiyası tərəfindən verilmiş diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan “Muğam” Assosiasiyasının hər il keçirdiyi ənənəvi Respublika müğam müsabiqəsinin “Muğam-96” baxış müsabiqəsində xüsusi məharət göstərərək, öz gözəl səsi, fitri istedadı, zəngin xalq milli müsabiqəsinə məhəbbəti və müğam biliyini nümayiş etdirmiş, müsabiqənin II dərəcəli laureatı fəxri adını almışdır. Həmin laureatlıq göstərilən baxış-müsabiqənin məsul münsiflər heyəti tərəfindən qərara alınmışdır. Daimi qüvvədə hesab olunur.

6. Iş materiallarında olan fəxri fərman, diplom və sair sənədlərdən görünür ki, İddiaçı müxtəlif müsabiqələrdə iştirak etmiş və göstərdiyi xidmətlərə görə mükafatlandırılmışdır.

7. Iş materiallarında olan işəgötürən Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, işəgötürən Azərbaycan Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec ilə işçi İddiaçı arasında ## ######## 2010-cu il tarixdə əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq, işçi İddiaçı müəllim vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış və hər ay 243.50 manat əmək haqqının ödənilməsi göstərilmişdir. Iş saatı həftə ərzində 18 saatdan çox olmayan iş qrafiki müəyyən edilmişdir.

8. Iş materiallarında olan tədris hissə müdiri X16, insan resursları və informasiya şöbəsinin müdiri X3, incəsənət şöbəsinin müdiri əvəzi X5, Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşmə komissiyasının sədri X25 və incəsənət şöbəsinin tyutoru X6 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli davamiyyət aktından görünür ki, Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşmə komissiyasının müəllimi İddiaçı ##.##.2025-ci il, 2.2,10.2025-ci il və ##.##.2025-ci il tarixlərində işə gəlməmişdir. Işə gəlməməsi ilə bağlı Insan resursları və informasiya şöbəsinə və tədris hissəsinə məlumat verməmiş, heç bir üzürlü sənəd təqdim etməmişdir, işə gəlmədiyi günlərin qırmızı qələmlə işarələnməsinə baxmayaraq, gəlmədiyi günlərin üzərinə qol çəkərək davamiyyət dəftərini korlamışdır.

9. Iş materiallarında olan Tədris işləri üzrə direktor müavini X36, Tədris hissə müdiri X37, Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin sədri X42, Instrumental ifaçılıq fənn birləşməsinin sədri X1, Incəsənət şöbəsinin müdiri X30, Təcrübə rəhbəri və karyera üzrə mütəxəssis X31, Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimləri X22, X12, Instrumental ifaçılıq fənn birləşməsinin müəllimi X23 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, Vokal sənəti ixtisası üzrə III təhsil ili VSMT-023 qrup tələbəsi X24 ## ###### 2025- ci il tarixindən ## ### 2025-ci il tarixinədək Fikrət Əmirov adına * nömrəli 11 illik Incəsənət Məktəbində Pedaqoji təcrübəyə cəmi bir neçə dəfə getmiş, tələbəyə dəfələrlə təcrübəyə getmək barədə xəbərdarlıq edilsə də, heç bir nəticə verməmişdir. ## ### 2025-ci il tarixdə keçirilən Təcrübə Attestasiyası zamanı Ə.X.Nəsibovun təcrübə rəhbəri İddiaçı da tələbənin təcrübəyə gəlmədiyini təsdiq etməsinə baxmayaraq, təcrübənin davamiyyət jurnalında tələbəyə i/e (iştirak edir) yazmışdır.

10. Iş materiallarında olan Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, 2025-2026-cı tədris ili üzrə ümumi dərs yükünün bölgüsü kollecin pedaqoji şurasının qərarı və təsdiq olunmuş tədris planları əsasında aparılmışdır. 2025- 2026-cı tədris ilində tələbə qəbulu və digər obyektiv səbəblərə görə bir sıra müəllimlərin də saatlarında dəyişiklik yaranmışdır. Həmin bölgü nəticəsində onun dərs yükü əvvəlki 1.0 şt vahidindən 0.5 ştat vahidinə endirilmişdir. Bu dəyişiklik kollecin tədris ehtiyacları və mövcud ştat cədvəli nəzərə alınmaqla həyata keçirilmişdir. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar ona ## ####### 2025-ci il tarixdə poçt vasitəsi ilə, ## ####### 2025-ci il tarixdə isə ƏMAS vasitəsilə rəsmi bildiriş göndərilsə də, bu günə qədər elektron əmək müqaviləsini imzalamaqdan yayınmış, göndərilmiş əmək müqaviləsinə imtina edərək geri qaytarmış, baxmayaraq ki, dərs yükünün ## ######## 2025-ci tarixdə imzalamaqla razılığını bildirmişdir. Bir daha bildiriş göndərməklə bu məsələ ilə bağlı bildirmişlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsin şərtlərinin, o cümlədən iş vaxtının, əmək ödənişinin, əmək funksiyasının və ya digər mühüm şərtlərin dəyişdirilməsi zərurəti yarandıqda işəgötürən bu barədə işçini azı bir ay əvvəl yazılı qaydada xəbərdar etməlidir. Əmək Məcəlləsinə uyğun olaraq işçi yeni əmək şəraitini qəbul edə və ya imtina edə bilər. Bu məktub vasitəsilə əmək müqaviləsinin şərtlərində aşağıdakı dəyişikliklər barədə rəsmi qaydada məlumatlandırılır: 1. Dərs yükü -1.0 ştatdan 0.5 ştata endirilir; 2. Əmək haqqı - tədris yükünə uyğun olaraq yenidən hesablanacaq; 3. Əmək müqaviləsi - yeni şərtlər əsasında yenilənməlidir. Təklif olunan yeni əmək şəraitində fəaliyyət göstərməyə razıdırsa, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı kollecin Insan resursları və informasiya şöbəsinə müraciət edilməsi xahiş olunmuşdur. Əgər yeni əmək şərtləri ilə işləməyə razı deyildirsə, bu barədə yazılı-şəkildə məlumat verilməsi tələb olunmuşdur. Bu halda əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə uyğun olaraq xitam veriləcəkdir. Belə ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu məktuba təqdim edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq rəsmi qaydada münasibət bildirilməsi (Rəsmi münasibət bildirməməsi əmək müqaviləsinin ləğv edilməsini istisna etmir) xahiş edilmişdir.

11. Iş materiallarında olan ##.##.2026-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı *******000107 saylı əmək müqaviləsi bildirişi ləğv edilmişdir.

12. Iş materiallarında olan xəbərnamədən görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən ünvanlanmış məktub ## ###### 2025-ci il tarixdə İddiaçı tərəfindən rəsmi qaydada xəbərnaməyə imza edilməklə qəbul edilmişdir.

13. Iş materiallarında olan ## ####### 2025-ci il tarixli imtina aktından görünür ki, insan resursları və informasiya şöbəsinin müdiri X14, həmin şöbənin mütəxəssisləri X19 və X44 bu aktı təsdiq etmişlər ondan ötrü ki, 2025-2026-cı tədris ili üzrə ümumi dərs yükünün bölgüsü kollecin pedaqoji şurasının qərarı və təsdiq olunmuş tədris planları əsasında aparılmışdır. Tədris planına müvafiq olaraq Kollecin Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşmə komissiyasının 0.5 ştat vahidi müəllimi İddiaçı 273 saat (0.5 ştat) dərs yükü ayrılmışdır. Həmin bölgü nəticəsində İddiaçı ştat vahidi 1.0 ştat vahidindən 0.5 ştat vahidinə endirilmişdir. G.T. Bağıyevaya yuxarıda qeyd edilənlər barədə şifahi və yazılı şəkildə məlumat verilmişdir, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar ona xəbərdarlıq verilməsinə baxmayaraq, bu günə kimi elektron əmək müqaviləsini imzalamaqdan boyun qaçırmış, ## ####### 2025-ci il tarixdə göndərilmiş əmək müqaviləsinə imtina edərək geri qaytarmışdır.

14. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli aktdan görünür ki, tədris işləri üzrə direktor müavini X17, Tədris hissə müdiri X16, insan resursları və informasiya şöbəsinin müdiri X3, Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşmə komissiyasının sədri X25 və Tədris hissənin tyutoru X9 bu aktı ondan ötrü tərtib etmişlər ki, ## ###### 2025-ci il tarixdə Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşmə komissiyasının müəllimi İddiaçı məktub göndərilmişdir. G.T.Bağıyevə məktubla tanış olmasına baxmayaraq şərtlərlə razı olmamış, Əmək müqaviləsini imzalamamışdır. Bununla bağlı İddiaçı Tədris şöbəsinə çağırılaraq imza atması bildirilmişdir. İddiaçı öz etirazını kobud şəkildə bildirmiş və qanuna zidd olaraq telefonu ilə səs yazısı etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 və 79cu maddələrində

15. göstərilən hüquqlara malik olmasına dair məlumatdan görünür ki, İddiaçı ##.##.2021-ci il tarixdə hüquq verən halların adlarının qarşısında bütün kateqoriyalara “xeyr” yazaraq həmin sənədi imzalamışdır.

16. Iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarından görünür ki, “Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” X4 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

17. Iddiaçı İddiaçı cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” X4rşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla, yəni İddiaçı ilə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollec arasında ##.##.2010-cu il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı müddətsiz əmək müqaviləsi əsasında həmin Kollecdə “müəllim” vəzifəsinə təyin olunmuşdur. O, 15 ilə yaxındır ki, həmin Kollecdə çalışır. Özü xəstə olmaqla yanaşı, tənha ana kimi iki sağlamlıq imkanları məhdud uşağı böyüdür. 2025-2026-cı tədris ilinin başlanğıcından kollecin rəhbərliyi tərəfindən ona qarşı təzyiq və haqsızlıqlara yol verilmiş, həmin vaxta qədər tam ştatla (1 ştat) işləsə də, sözügedən tədris ilində ona yarım ştat (0.5) dərs yükü təyin edilmişdir. Bununla razılaşmayaraq, etirazını bildirmişdir. Buna baxmayaraq, kollec rəhbərliyi ##.##.2025-ci il tarixdə verdiyi əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1 və 2-ci hissələrini əsas gətirərək, onunla bağlanan əmək müqaviləsinə ##.##.2026-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68cı maddəsinin 2-ci hissəsinin “c” bəndini, əmək şəraitinin şərtlərinin dəyişdirilməsini bəhanə gətirməklə xitam vermişdir. Lakin ona bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq heç bir yazılı bildiriş verilməmişdir. Kollec rəhbərliyi Elm və Təhsil Nazirliyinə təqdim etdiyi arayışda iddia etmişdir ki, guya o, 2013-cü ildən bu yana yarım ştatda çalışmış, E-Sosial sistemindən çıxarılmış əmək müqaviləsinin surətindən görünür ki, onunla əmək müqaviləsi ##.##.2010-cu il tarixdə bağlanmış, o, 2010-2025-ci illər ərzində əsas iş yeri üzrə, müddətsiz əmək müqaviləsi ilə müəllim vəzifəsində çalışmışdır. Onun 0.5 ştat ilə işlədiyinə dair heç bir hüquqi əsas mövcud deyildir. Göründüyü kimi, o, Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollecdə əsas müəllim kimi çalışmış və 16 ildən artıq pedaqoji staja, ali ixtisas diplomlarına, çoxsaylı konsert çıxışlarına, açıq dərslərə, monitorinqlərə, diplom və fəxri fərmanlara malik müəllimdir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, ötən müddət ərzində müddətsiz əmək müqaviləsi ilə işləmişdir. Buna baxmayaraq, ştat cədvəli tərtib edilərkən ondan daha az stajı (4-5 il stajı) olan, habelə müddətli əmək müqaviləsi və əvəzedici (saat hesabı) əsaslarla işləyən müəllimlərə üstünlük verilmiş, onlar işdə saxlanıldığı halda onun əmək müqaviləsinə xitam verilmişdir. Hətta onların bir çoxunun dərs yükü 1 ştatdan da çoxdur. 2025-ci ilin oktyabr ayında öz ərizəsi ilə işdən çıxan kollecin müəllimi Sara Abdullayevanın 0.5 ştatlıq dərs yükü də, onun 0.5 ştata keçmək istəməməsi ilə bağlı etirazı olsa da, başqa şəxsə verilmişdir. Həmçinin, oktyabrda yeni tələbələr gəlsə də, yenə də yaranan dərs yükü ona verilməmişdir. Bu da onu göstərir ki, dərs bölgüsü zamanı obyektiv meyarlar (təhsil, staj, peşəkarlıq, fəaliyyət göstəriciləri) nəzərə alınmamış, rəhbərlik dərs bölgüsünü ədalətsizlik və ayrı-seçkiliyə yol verməklə tərtib etmişdir. Başqa bir ifadə ilə cavabdeh Kollecin məqsədi hər nə bahasına olursa olsun onu 0.5 ştata keçirmək və daha sonra da onun əmək müqaviləsinə bir bəhanə ilə xitam vermək olmuşdur. Başqa bir ifadə ilə bu proseslərlə cavabdeh Kollec onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan əlavə, onun əmək müqaviləsinə xitam verilən zaman cavabdeh Kollec tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) 1-ci hissənin (öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya 1-ci qrup əlil ailə üzvü olan işçilərin) tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, bu proses zamanı cavabdeh Kollec, onun ağır sosial vəziyyətini də nəzərə almamışdır. Tək ana olaraq, ailənin yeganə dolanışıq mənbəyi olmasını, onun özünün açıq ürək əməliyyatı keçirməsini, övladlarının hər ikisinin gözündə qüsur olmasını, həmçinin ##.##.2016-cı il təvəllüdlü az yaşlı oğlu X2 “serebral iflic xəstəliyindən” əziyyət çəkməsini nəzərə almamışdır. Bu hallar qanunvericiliyə əsasən sosial müdafiə tələb edən vəziyyətlərdir və belə şəraitdə əmək müqaviləsinə xitam verilməsi qanunla yol verilməzdir. O, hesab edir ki, cavabdeh Kollecin, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən ##.##.2026-cı il tarixli əmrlə xitam verməsi Əmək qanunvericiliyinin tələblərinə ziddir, ona görə də həmin əmr ləğv edilməli o, işinə bərpa olunmalıdır. Göründüyü kimi, işəgötürən təkcə bir halda tək tərəfli olaraq “istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda” əmək şəraitinin şərtlərini dəyişdirə bilər. Cavabdeh Kollec birinci növbədə “istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsinin nə üçün zəruri olduğunu, xüsusilə hansı dəyişikliklər edildiyini və bu dəyişikliklərin nə üçün zəruri olduğunu obyektiv, qərəzsiz bir formada əsaslandırmalıdır. Bu dəyişikliklə razı olmayan işçinin əmək müqaviləsinə ƏM-nin 68.2 “c” bəndi ilə xitam verilməlidir. Əks təqdirdə yəni heç bir obyektiv əsas olmadan işəgötürənin “istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsinin nə üçün zəruri olduğu” bəhanəsi ilə “əmək müqaviləsinin şərtlərini dəyişirəm” deyərək işçilərin əmək haqlarını azaltmağa çalışması, bununla razı olmayan işçilərin əmək müqaviləsinə ƏM-nin 68.2 “c” bəndi ilə xitam verilməsi qəbul edilməzdir. Məhz bu kimi hallarda ƏM-nin 68.2 “c” maddəsi məqsədinə xidmət etmir, işəgötürənlər üçün şəxsi qərəzlik səbəbi ilə bəyənmədiyi işçilərdən xilas olma vasitəsinə çeviriləcəkdir. Məhz o, da bu şəxsi qərəzliyə düçar olmuş və əmək şəraitinin şərtlərinin dəyişməsi bəhanəsi ilə cavabdeh Kollec tərəfindən onun əmək müqaviləsinə ƏMnin 68.2 “c” bəndi ilə xitam verilmişdir. O da məlum olur ki, cavabdeh təkcə işçinin əmək şəraitinin şərtlərindən olan əmək haqqını tək tərəfli olaraq, yəni onun razılığı olmadan dəyişmişdir. Qalan şərtlər - iş və istirahət vaxtı, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması kimi şərtlər isə dəyişdirilməmişdir. Qanunun tələbinə görə, ancaq Qanunda göstərilən əmək şəraitinin şərtləri bir tərəfli qaydada dəyişdirilə bilər, digər şərtlərin dəyişməsi üçün isə işçinin də buna razı olması lazımdır. Məhz ƏM-nin 54-cü maddəsinin 2-ci bəndi deyir ki, Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Məlum olduğu kimi, cavabdeh Kollec həm də, ƏM-nin 54-cü maddəsinin 2-ci bəndini pozmuşdur. Bundan başqa ƏM-nin 56-cı maddəsinin 2-ci bədinə görə, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Məlum olduğu kimi, işçiyə heç bir yazılı məlumat verilmədiyi kimi, onun başqa işə keçirilmə imkanları da araşdırılmadan cavabdeh Kollec, işçinin əmək müqaviləsini ləğv etmişdir. O, hesab edir ki, bu kobud qanunvericilik pozuntusudur. Məhkəməyə iddia ərizəsi verilmədən əvvəl onun tərəfindən mediasiyaya müraciət edilmiş və ona Mediasiya arayışı verilmişdir. Onun əmək haqqı 568 manat olduğu halda ona ödənilən son haqq hesab və 2 aylıq müavinət əlavədə olan Bank çıxarışından göründüyü kimi, cəmi 1132.11 manat olmuşdur. O, hesab edir ki, bu məsələ də məhkəmə qaydasında müəyyən olunmalıdır. Göstərilənlər əsasında hesab edir ki, cavabdeh Kollecin, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən ##.##.2026-cı il tarixli əmrlə xitam verməsi Əmək qanunvericiliyinin tələblərinə ziddir, ona görə də həmin əmr ləğv edilməli, o, işinə bərpa edilməlidir.

18. Iddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43, 54, 55, 56, 68, 77 və 79-cu maddələri ilə əsaslandıraraq, cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixli, */*** saylı Əmrinin ləğv edilərək onun, yəni iddiaçı İddiaçı “müəllim” vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddiaçı İddiaçı cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” X4rşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “işə bərpa və sair” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni “Insan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərara, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56, 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 79.1, 83-cü maddənin 1-ci hissəsinə, 83-cü maddənin 2-ci hissəsinə, 83-cü maddənin 3-cü hissəsinə, 84-cü maddənin 1-ci hissəsinə, 84-cü maddənin 2-ci hissəsinə, 84-cü maddənin 3cü hissəsinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ## ###### 2016-cı il tarixli qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə qətnaməsində deyilir ki, “Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, “Azərbaycan Dövlət Mədəniyyətvə Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” X4 İddiaçı arasında ##.##.2010-cu il tarixli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən İddiaçı Lənkəran qrup rəisi vəzifəsinə işə qəbul edilmiş, ##.##.2022-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollecində əsas müəllim vəzifəsinə qəbul edilmişdir. “Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” PublikHüquqi Şəxsi tərəfindən qəbul edilmiş */*** saylı ## ###### 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə təsdiq edilir ki, ADMIU-nun nəzdində X35 Şurasının qərarı və təsdiq olunmuş tədris planları əsasında 2025/2026-cı tədris ili üzrə ümumi dərs yükünün bölgüsü aparılmışdır və digər obyektiv səbəblərə görə bir sıra müəllimlərin dərs saatlarında dəyişiklik yaranmışdır. Bu səbəbdən Solo Ifaçılıq və xalq çalğı alətləri fənn birləşmə komissiyasının müəllimi İddiaçı Tədris planına müvafiq olaraq bölgü nəticəsində 273 saat (0.5 ştat) dərs yükü ayrılmışdır. İddiaçı ştat vahidi 1.0 ştat vahidindən 0.5 ştat vahidinə endirilmişdir. Şifahi və yazılı şəkildə məlumat verilməsinə baxmayaraq bu təkliflə əsassız olaraq razılaşmamışdır”. Göründüyü kimi, məhkəmə bu əsaslandırma ilə Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bədini pozur. Belə ki, həmin normada deyilir ki, “Istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir”. Yəni istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsinin nə üçün zəruri olduğunu, xüsusilə hansı dəyişikliklər edildiyini və bu dəyişikliklərin nə üçün zəruri olduğunu obyektiv, qərəzsiz bir formada əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, dərs yükünün azalması və digər “məlum olmayan” obyektiv səbəblərə görə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti əmələ gəlmişdir. Məhkəmə iclasları zamanı sübut olundu ki, dərs yükünün azaldığı tamamilə yanlışdır. Belə bir azalma yoxdur. Bunu keçən il ki dərs yükü ilə müqayisə zamanı da müəyyən etmək olur. Bundan başqa dərs yükü azalıbsa onda nə üçün saat hesablı müəllimlər işə götürülür? Sualına da cavab tapılmadı. Digər tərəfdən “digər obyektiv səbəblərin” nələr olduğunu izah etmədi. Istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsinin nə üçün zəruri olduğunu, xüsusilə hansı dəyişikliklər edildiyini və bu dəyişikliklərin nə üçün zəruri olduğunu obyektiv, qərəzsiz bir formada cavabdeh əsaslandırmadığı halda məhkəmə cavabdehin dedikləri ilə razılaşraq qanunvericiliyin tələbini pozdu. Bundan başqa məhkəmənin “İddiaçı ştat vahidi 1.0 ştat vahidindən 0.5 ştat vahidinə endirilmişdir. Şifahi və yazılı şəkildə məlumat verilməsinə baxmayaraq bu təkliflə əsassız olaraq razılaşmamışdır” yanaşması da qəbul edilməzdir. Belə ki, iddiaçıya vaxtında belə bir təklif olunmayıb. Bundan başqa məhkəmə qətnaməsində deyilir ki, “Məhkəmə iddiaçı tərəfin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya qərəzli münasibət bəslənilməsi və ya ona qarşı ayrı-seçkiliyə yol verilməsi işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, həmin hallar məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmaqla iş materiallarında olan sənədlər tədqiq edilmiş, 2025-2026-cı tədris ili üzrə ümumi dərs yükünün bölüşdürülməsi ilə 2024-2025-ci tədris ili üzrə ümumi dərs yükünün bölüşdürülməsi müqayisəli şəkildə təhlil edilmişdir”. Hesab edir ki, məhkəmənin bu yanaşması da qəbul edilməzdir. Belə ki, işdə olan sübutlara təsdiq edir ki, dərs yükündə mühüm dəyişiklik olmadığı kimi, saata hesablı müəllimlər işə qəbul edilərək iddiaçının dərs yükü qərəzli şəkildə azaltmağa çalışılıb. Lakin məhkəmə buna məhəl verməyib. Bundan başqa məhkəmənin “Iddiaçı tənha ana, ailənin yeganə dolandıran şəxs, himayəsində iki sağlamlıq imkanları məhdud övladlarının olmasına əsaslanaraq, işdən çıxarılmasını qanunsuz hesab etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan imtiyazlara malik olan şəxslərlə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağan edilmişdir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir”- yanaşması da qəbul edilən deyil. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin (a) hissəsinə görə, “tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər”. Hesab edir ki, bu maddə əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilmənin bütün hallarını əhatə etdiyi kimi, işəgötürənin təşəbbüsü ilə xitam verilməsinin bütün hallarını əhatə edir. Məlum olduğu ƏM-nin 70-ci maddəsində və ƏM-nin 68ci maddəsinin 2-ci bəndinin (c) hissəsində nəzərdə tutulan hallarda işəgötürənin təşəbbüsü ilə xitam verilə bilər. Hesab edir ki, ƏM-nin 79.1-ci maddəsi təkcə ƏM-niin 70-ci maddəsində nəzərdə tutulan hallarda deyil, işəgötərən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilə bilən digər hallarda da, o cümlədən ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin (c) hissəsində nəzərdə tutulan hallarda da tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsi, yəni “qanunun analogiyası” bunu tələb edir. Əks halda ədalətli bir nəticə meydana gəlməz. Belə ki, işəgötərənin işdən hər nə səbəblə olursa olsun çıxarmaq istədiyi lakin ƏM-nin 79.1-ci maddəsində sayılan işçilərdən biri olan işçisini ƏM-nin 68.2-nin (c) bəndi ilə, yəni “Istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduğu” bəhanəsi ilə çıxarda biləcək. Hesab edir ki, bu qəbul edilməzdir. Bundan başqa məhkəmə cavabdehin verdiyi tək tərəfli, əsassız məlumatlara istinad edərək cavabdehin maliyyə böhranı içinə düşdüyünü, burdan çıxması üçün də iddiaçının əmək haqqının azaldılmasının zəruri olduğunu qəbul edib. Hesab edir ki, məhkəmənin bu yanaşması qəbul edilməz olduğu kimi, ƏM-nin 56-cı maddəsinin 1-ci bəndini, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı,“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozur. Göründüyü kimi, işəgötərənlər Əmək Məcəlləsində göstərilən əsaslar ilə qanunun tələblərinə əməl edərək işdən azad edə bilmədiyi işçinin əmək haqqını azaldaraq, bunu maliyyə böhranı içində olduğu ilə qələmə verərək əmək şəraitinin şərtlərinin dəyişməsinə işçi razı olmadı deyərək işdən qova bilər. Hesab edir ki, bu qəbul edilməzdir. Məlum olduğu kimi, həm Konstitusiyanın 60-cı maddəsi, həm də Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi hər kəsin məhkəmədə və ya məhkəmə funksiyalarını həyata keçirən orqanda mülki hüquq və vəzifələri ilə bağlı iddia qaldırmaq hüququnu təmin edir; beləliklə, həmin bənd “məhkəmə araşdırması” hüququnu təsbit edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Insan Hüquqları Məhkəməsinin bir çox qərarında qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək imkanına malik olmaq hüququ, yəni mülki məsələlərlə bağlı məhkəmə prosesinə başlamaq hüququ “məhkəmə araşdırması” hüququnun təkcə bir aspektini təşkil edir. Bundan başqa təbii ki, məhkəmə prosesləri zamanı ədalətli məhkəmə araşdırmasının təmin olunması, məhkəmələr tərəfindən milli qanunvericiliyin maddi və prosessual normalarının düzgün tətbiq edilməsi, onların pozulmaması, sübutlara düzgün qiymət verilməsi, onların təhrif edilməməsi, tərəflərin haqlı vəsatətlərinin təmin olunması, maddi həqiqətin tapılması üçün ekspertizanın təyin olunması, mütəxəssisin işə cəlb olunması, obyektiv, qərəzsiz işə baxması, prosessual müddətlər ərzində apelyasiya və kasasiya şikayətinin verilməsi və sairə “ədalətli məhkəmə araşdırması” hüququnun digər aspektlərini təşkil edir. Məhkəmə Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndini və digər normalarınıpozub. Belə ki, cavabdeh iddiaçıya 1 ay qabaq yazılı qaydada məlumat vermədiyi kimi, ona başqa iş də təklif etməyib. Bununla məhkəmə ƏMnin 56-cü maddəsinin 2-ci bəndini pozub. Məhz həmin normaya görə, “Işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər”. Hesab edir ki, bu qəbul edilməzdir. Iddiaçının başqa heç bir qazanc yeri yoxdur. Yuxarıda göstərilənlərə əsasən qətnamə ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilərək, o işə bərpa olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və iddiaçının bacısı X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

25. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh tərəfindən verilmiş */*** saylı ## ###### 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə İddiaçının əmək müqaviləsinə xitam verilmiş və ona son iş günü olan ## ###### 2026-cı il tarixində son haqq hesabının ödənilməsinin həyata keçirilməsi və insan resursları və informasiya şöbəsinin müdiri G.Quliyeva və baş mühasib A.Hüseynova bu əmrdən irəli gələn məsələlərin həll edilməsi əmr edilmişdir. Iddia ərizəsində texniki yanlışlığa yol verilərək cavabdeh Cavabdeh ## ###### 2026-cı il tarixli, */*** saylı Əmri ləğv edilərək iddiaçı İddiaçı "müəllim” vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin texniki yanlışlığa düzəliş edərək xahiş edir ki, "cavabdeh Cavabdeh ## ###### 2025-cı il tarixli, */*** saylı Əmrinin ləğv edilərək iddiaçı İddiaçı “müəllim” vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi" barədə qətnamə qəbul edilsin.

26. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat təqdim edərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

28. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

29. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

30. “Insan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.

31. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə ## #### 2008-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

32. 55.1-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

33. 56-ci maddəsinin 1-ci hissəsinə görə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

34. 56-ci maddəsinin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı, qərarı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

35. 56-ci maddəsinin 3-cü hissəsinə görə Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

36. 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

37. 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən: - hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; - yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; - işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; - həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; - öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; - məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.

38. 83-cü maddənin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

39. 83-cü maddənin 2-ci hissəsinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

40. 83-cü maddənin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

41. 84-cü maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinə xitam verilməsinin əsası; - həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsinə xitam verilən gün, ay və il; - əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

42. 84-cü maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

43. 84-cü maddənin 3-cü hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

44. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ## ###### 2016-cı il tarixli qərardadında məhkəmə vurğulamışdır ki, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68- 76-cı maddələrini əhatə edir və əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri müəyyən edən 76-cı maddə ilə tamamlanır. Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam verilməsinin əsasları, sonra əmək müqaviləsini işçi tərəfindən ləğv edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində verilmişdir.

45. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

46. Maddə 4.1 bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Maddə 385 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

53. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Cavabdeh tərəfindən verilmiş */*** saylı ## ###### 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, iddiaçı İddiaçı “müəllim” vəzifəsinə işə bərpa edilməli və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı ödənilməlidir.

55. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətinin onunla əsaslandırmışdır ki, “Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” X4 ilə İddiaçı arasında ##.##.2010-cu il tarixli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən İddiaçı Lənkəran qrup rəisi vəzifəsinə işə qəbul edilmiş, ##.##.2022-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollecində əsas müəllim vəzifəsinə qəbul edilmişdir. “Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” X4 tərəfindən qəbul edilmiş */*** saylı ## ###### 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə təsdiq edilir ki, ADMIU-nun nəzdində X35 Şurasının qərarı və təsdiq olunmuş tədris planları əsasında 2025/2026-cı tədris ili üzrə ümumi dərs yükünün bölgüsü aparılmışdır və digər obyektiv səbəblərə görə bir sıra müəllimlərin dərs saatlarında dəyişiklik yaranmışdır. Bu səbəbdən Solo Ifaçılıq və xalq çalğı alətləri fənn birləşmə komissiyasının müəllimi İddiaçı Tədris planına müvafiq olaraq bölgü nəticəsində 273 saat (0.5 ştat) dərs yükü ayrılmışdır. İddiaçı ştat vahidi 1.0 ştat vahidindən 0.5 ştat vahidinə endirilmişdir. Şifahi və yazılı şəkildə məlumat verilməsinə baxmayaraq bu təkliflə əsassız olaraq razılaşmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini və mövcud hüquqmüəyyənedici sənədləri əsas götürərək, Kollecin Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşmə komissiyasında 0.5 ştat vahidi müəllim vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ## ###### 2026-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi nəzərdə tutulmuş əsasla xitam verilməsi, İddiaçı ## ######## 2008-ci il tarixindən ## ###### 2026-cı il tarixinə qədər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi, 77-ci maddənin 7-ci hissəsinin tələblərinə əsasən orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinətin ödənilməsinin, işçinin son iş günü olan ## ###### 2026-cı il tarixində son-haqq hesabının ödənilməsinin həyata keçirilməsi əmr edilmişdir. ##.##.2026-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə təsdiq edilir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı *******000107 saylı əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Hazırda İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43, 54, 55, 56, 68, 77 və 79-cu maddələrinə əsaslanaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu iddia etsə də, iş materiallarında olan sənədlərlə təsdiq edilir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir.

56. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya qərəzli münasibət bəslənilməsi və ya ona qarşı ayrı-seçkiliyə yol verilməsi işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, həmin hallar məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmaqla iş materiallarında olan sənədlər tədqiq edilmiş, 2025-2026-cı tədris ili üzrə ümumi dərs yükünün bölüşdürülməsi ilə 2024-2025-ci tədris ili üzrə ümumi dərs yükünün bölüşdürülməsi müqayisəli şəkildə təhlil edilmişdir.

57. Məhkəmə eyni zamanda iddiaçının tənha ana, ailənin yeganə dolandıran şəxs, himayəsində iki sağlamlıq imkanları məhdud övladlarının olmasına əsaslanaraq, işdən çıxarılması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, istinad olunan imtiyazlara malik olan şəxslərlə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağan edilmişdir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

58. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

59. Belə ki, işin faktiki hallarından görünür ki, “Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” X4 ilə İddiaçı arasında ##.##.2010-cu il tarixli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən İddiaçı Lənkəran qrup rəisi vəzifəsinə işə qəbul edilmiş, ##.##.2022-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollecində əsas müəllim vəzifəsinə qəbul edilmişdir. İddiaçı ##.##.2010-cu il tarixli əmək müqaviləsinə cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” X4 tərəfindən ##.##.2025-ci il tarixli */*** saylı Əmrlə Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

60. Kollegiya hesab edir ki, cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin nəzdində Humanitar Kollec” X4 Əmək Məcəlləsinin 56.1-cı maddəsinin “Istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir” – tələbini pozub. Belə ki, Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin ə) hissəsinə görə, işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması daxildir.

61. Əmək Məcəlləsinin 54-cü maddəsinin 2-ci bəndinə görə, “Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz”.

62. Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə görə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir”.

63. Istinad edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi, işəgötürən təkcə bir halda tək tərəfli olaraq “istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda” əmək şəraitinin şərtlərinin dəyişdirə bilər.

64. Hazırkı işin halları baxımından cavabdeh tərəf birinci növbədə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsinin nə üçün zəruri olduğunu, xüsusilə hansı dəyişikliklər edildiyini və bu dəyişikliklərin nə üçün zəruri olduğunu obyektiv, qərəzsiz bir formada əsaslandırmalıdır. Bundan sonra isə bu dəyişiklik ilə razı olmayan işçi ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “c” bəndi ilə xitam verməlidir. Əks təqdirdə, yəni heç bir obyektiv əsas olmadan işəgötürənin istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsinin nə üçün zəruri olduğu mülahizəsi ilə əmək müqaviləsinin şərtlərini dəyişməklə birtərəfli qaydada işçinin əmək haqlarının məhdudlaşdırması, bununla razı olmayan işçilərin əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “c” bəndi ilə xitam verməsi qəbul edilməzdir.

65. Kollegiya hesab edir ki, cavabdeh tərəfin həm birinci istansiya icraatı zamanı, həm də apellyasiya icraatı zamanı istinad etdiyi hallar ƏM-nin 68.2-ci maddəsinin “c” bəndi məqsədinə xidmət edə bilməz.

66. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəf işçinin əmək şəraitinin şərtlərini tək tərəfli olaraq, yəni iddiaçının razılığı olmadan dəyişsə də, qalan şərtlər olan iş və istirahət vaxtı, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması kimi şərtləri isə dəyişməyib. Həmçinin cavabdeh tərəfindən istehsalın və əməyin təşkilində dəyişikliklər zəruriliyinin yalnız dərs yükünün azalması ilə bağlı olduğunu bildirsə də, nə birinci instansiya məhkəməsi zamanı, nə də apellyasiya icraatı zamanı bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.

67. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 56.2-ci maddəsinin 2-ci bədinin tələbləri də pozulmuşdur. Belə ki, həmin normaya görə, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

68. Hazırkı işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçiyə yazılı məlumat verildiyinə dair sübut təqdim etməmiş, həmçinin iddiçının başqa işə keçirilmə imkanları da ümumiyyətlə araşdırılmamışdır. Kollegiya həmçinin hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 79.1ci maddəsinin

69. tələbləri də pozulmuşdur. Belə ki, cavabdeh Kollec iddiaçının ağır sosial vəziyyətini də nəzərə almayıb. Tək ana olaraq, ailənin yeganə dolanışıq mənbəyi olmasını, iddiaçının özünün açıq ürək əməliyyatı keçirməsini, övladlarının hər ikisinin gözündə qüsur olmasını, həmçinin iddiaçının ##.##.2016-cı il təvəllüdlü az yaşlı oğlu X2 “serebral iflic xəstəliyindən” əziyyət çəkməsini nəzərə almayıb. Birinci instansiya məhkəməsi isə qanunvericilyin qeyd edilən normasını dar mənada təfsir edərək hesab etmişdir ki, istinad olunan imtiyazlara malik olan şəxslərlə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağan edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən qənaəti qəbul edilən deyil.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia təmin edilsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş */*** saylı ## ###### 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin. Iddiaçı İddiaçı “müəllim” vəzifəsinə işə bərpa edilsin və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar