Məhkəmə qərarları › İş №e-2(3-6)-2193/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2193/2026

08.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2193/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə qızının cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və övladının Bakı şəhəri ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia ərizəsi ## ######## 2025-ci il tarixində icraata qəbul edilmişdir.

3. Cavabdeh Cavabdeh ## ###### 2025-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 19,9 kv.m, ümumi sahəsi 46,6 kv.m olan 1 otaqlı mənzildən payların naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiyanın ödənilməsi, mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən qarşlılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir.

5. Qərardad onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmamışdır. O cümlədən qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə mövcud deyildir. Bundan başqa iddiaçı X4 cavabdehlər Qanuni nümayəndə və Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi, mümkün olmadıqda hərracın satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və əmlakın qiymətləndirilməsinin aparılması qərara alınmışdır. Göründüyü kimi hazırda cavabdehin qarşılıqlı iddia tələbi ilə eyni iddia ona qarşı irəli sürülmüş və həmin iddia tələbinə məhkəmədə baxılır.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadına əsasən cavabdeh Cavabdeh şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır.

7. Bundan sonra ## ###### 2026-cı il, ## #### 2026-cı il tarixlərində keçirilmiş məhkəmənin hazırlıq iclasları təxirə salınmışdır.

8. Cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə yenidən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı 1/3 hissədə və X4 1/3 hissədə olan mülkiyyət hüquqlarına kompensasiya verilməklə xitam verilməsi, X5 müalicəsi və dəfni ilə bağlı çəkilmiş 30000 manat məbləğində xərclərdən cavabdehlərdən hər birindən 10000 manat pulun X4 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən cavabdeh Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

10. Qərardadın əsaslarına görə, hazırki qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmamışdır. O cümlədən qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə mövcud deyildir. Bundan əlavə qarşılıqlı iddia tələbində cavabdeh iddiaçıya qarşı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Belə ki, iddia tələbinin mübahisəli mənzilə paylara uyğun 1/3 hissədə olan mülkiyyət hüquqlarına kompensasiya verilməklə xitam verilməsi hissəsi ilə X5 müalicəsi və dəfni ilə bağlı çəkilmiş ümumi 30000 manat məbləğində xərclərdən cavabdehlərin hər birindən 10000 manat pulun X4 və İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tutulması hissəsi bir-birləri əlaqəli deyildir və bir iddia tələbində baxılmamalıdır.

11. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsi cavabdehin hüquqlarını məhdudlaşdırır.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 154.1. Işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir; Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Maddə.156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Maddə 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Işin hallarından görünür ki, cavabdeh Cavabdeh ilk dəfə ## ###### 2025-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 19,9 kv.m, ümumi sahəsi 46,6 kv.m olan 1 otaqlı mənzildən payların naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiyanın ödənilməsi, mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən qarşlılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir.

16. Birinci instansiya məhkəməsi imtina barədə qərardadını onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmamışdır. O cümlədən, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə mövcud deyildir. Bundan başqa iddiaçı X4 cavabdehlər Qanuni nümayəndə və Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi, mümkün olmadıqda hərracın satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və əmlakın qiymətləndirilməsinin aparılması qərara alınmışdır. Göründüyü kimi hazırda cavabdehin qarşılıqlı iddia tələbi ilə eyni iddia ona qarşı irəli sürülmüş və həmin iddia tələbinə məhkəmədə baxılır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən cavabdeh Cavabdeh şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır.

18. Bundan sonra ## ###### 2026-cı il, ## #### 2026-cı il tarixlərində keçirilmiş məhkəmənin hazırlıq iclasları təxirə salınmışdır.

19. Cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixində yenidən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı 1/3 hissədə və X4 1/3 hissədə olan mülkiyyət hüquqlarına kompensasiya verilməklə xitam verilməsi, X5 müalicəsi və dəfni ilə bağlı çəkilmiş 30000 manat məbləğində xərclərdən cavabdehlərdən hər birindən 10000 manat pulun X4 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Göründüyü kimi cavabdeh Cavabdeh əvvəlki ərizəsində paya uyğun kompensasiyanın ödənilməsi tələbini irəli sürmüş, həmin ərizənin icraata qəbulundan imtina barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olduğu halda yenidən həmin tələbə kosmetik dəyişiklik edərək “mənzildə İddiaçı 1/3 hissədə və X4 1/3 hissədə olan mülkiyyət hüquqlarına kompensasiya verilməklə xitam verilməsi” tələbini irəli sürmüş, həmçinin, ilkin iddiaya heç bir aidiyyatı olmayan “müalicə və dəfnlə bağlı çəkilmiş xərclərin ödənilməsi” tələbini də iddiaya əlavə etmişdir.

21. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından verilən şikayətdə ümumiyyətlə əsaslandırma aparmadan yalnız “qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsinin cavabdehin hüquqlarını məhdudlaşdırdığı”na istinad olunması da şikayətin formal olaraq verildiyini təsdiq edir.

22. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə qarşılıqlı iddia, iddia ilə eyni qaydada verilməlidir. Həmçinin, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün iddia ərizəsinin surətini aldıqdan sonra 20 günlük prosessual müddət müəyyənləşdirilmişdir.

23. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

24. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar