Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2199/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki üzrə (Açar sözlər: göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli “Tibbi Baxım və Müalicəyə dair” müqavilədən görünür ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə və/və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə Qiymət Cədvəlinə əsasən fakturada müəyyənləşdirilmiş məbləği ödəyir və tərəflər müqavilədə göstərilən məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər.
2. “X1” Hospital tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli “Xidmət Çıxarış”dan görünür ki, göstərilən tibbi xidmətlərə dair 48138,16 manat ödəniş həyata keçirilməlidir.
3. “X1” Hospital tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X5 ##.##.2025-ci il tarixli “Tibbi Baxım və Müalicəyə dair’’ müqaviləyə əsasən “X1 Hospital”da tibbi xidmətlər göstərilmiş, göstərilən tibbi xidmətlərin cəmi dəyəri 48138 manat olmuş, həmin məbləğdən 32000 manat ödəniş olunmuş, maliyyə arayışı verilən tarixə, yuxarıda qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə 16138,16 manat ödənilməmiş borc məbləği qalmışdır.
4. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh, göstərilən tibbi xidmətlərin qarşılığı olaraq hesablanmış 16138,16 manat borcun 5 gün müddətinə ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişlər.
5. ##.##.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı MMCtərəfindən məhkəməyə müraciət etmək üçün 140 manat dövlət rüsumu ödənilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh göstərilmiş tibbi xidmətlərə görə 16138,16 (on altı min yüz otuz səkkiz manat on altı qəpik) manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 140 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdir ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə, xəstə X5 tibbi xidmətlərin göstərilməsi üçün “X1 Hospital”a müraciət edib, Cavabdeh ilə İddiaçı MMC arasında ##.##.2025-ci il tarixli “Tibbi baxım və müalicəyə dair” müqavilə bağlanaraq, həmin müqaviləyə əsasən X5 şəraitdə müvafiq tibbi xidmətlər göstərilib. Həmçinin Cavabdeh ilə İddiaçı MMC arasında X5 tibbi xidmətlərin göstərilməsinə görə yaranmış borc məbləğinin ödənilməsini nəzərdə tutan, ##.##.2025 ci il tarixli “Borc Müqaviləsi” də bağlanıb. Tərəflərin qarşılıqlı razılığına və “Tibbi baxım və müalicəyə dair” müqavilənin şərtlərinə əsasən “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə fakturada müəyyənləşdirilən məbləği ödəyir. “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasındaxxxxsonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstəxxxxxəstə yaxını tərəfindən 3.1də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən "Xəstə"xxxx"Xəstə yaxını" hazırki müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci bəndində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən "Xəstə"xxxx"Xəstə yaxını" əməliyyat, müalicə, müdaxilə zamanıxxxxondan sonra xəstənin sağlamlığında gözlənilməz hallar baş verdikdə, müalicə həkiminin zəruri hesab etdiyi müqavilə ilə nəzərdə tutulmayan əlavə müdaxilələr/müalicələr tətbiq etmək lazım olduqda, eləcə də zəruri hesab edilən müvafiq ixtisaslar üzrə mütəxəssislər əməliyyat/müalicə/ müdaxilədə iştiraka cəlb edildikdə, xidmət paketinə daxil olmayan protez, implant, stent balon, qreft kimi xüsusi tbbi sərflər, qan, xüsusi dərman və preparatlar istifadıolunduqda xidmətlərin qarşılığı olaraq Xəstəxana tərəfindən müəyyənləşdiriləcək məbləğin xəstəni xidmətə göndərən “Təşkilat”xxxx“Sığorta Şirkəti”tərəfindən ödənilməyən hissəsini fakturanın təqdim edildiyi gündən etibarən 7 (yeddi) təqvim günü ərzində ödəməyi özöhdəsinə götürür. Beləliklə, xəstə X5 “X1 Hospital”da tibbi xidmətlər göstərilib və göstərilmiş tibbi xidmətlərin ümumi məbləği 48138,16 manat (qırx səkkiz min yüz otuz səkkiz manat on altı qəpik) təşkil edib. Lakin göstərilən bu məbləğdən 32000 manat (otuz iki min manat) məbləğində ödəniş olunub, geri qalan 16138,16 manat (on altı min yüz otuz səkkiz manat on altı qəpik) borc məbləği rəsmi qaydada xəbərdarlıqlara baxmayaraq bu günə qədər ödənilməyib. Onu da məhkəmənin nəzərinə çatdırırlar ki, “X1 Hospital” son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərilən tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. “X1 Hospital” vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi yardımın qarşılığı olan məbləğin xəstə və xəstə yaxınları tərəfindən vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən də gecikdirilməsinə səbəb ola bilir. Qeyd olunan hal xəstəxananı əlverişsiz nəticə ilə üz-üzə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur. Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh arasında müqavilələr bağlanmış, tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olub. Cavabdeh göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, müqaviləni bağlamaq iradəsini öz rəftarı ilə məlum edib və göstərilmiş tibbi xidmətlərə görə yaranan borc məbləğini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürüb. Nəzərə alınsa ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, İddiaçı MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirib. Belə ki, İddiaçı MMC tibb müəssisəsi kimi sözü gedən müqavilədə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürüb və həmin öhdəliyi icra edib. Ancaq cavabdeh göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə olan halda hesab edirik ki, “X1 Hospital” tərəfindən göstərilmiş tibbi xidmətlərə görə, cavabdeh tərəfindən bu günə kimi ödənilməmiş qalan 16138,16 manat pul məbləği, məhkəmə qaydasında onlardan tutularaq, İddiaçı MMC-yə ödənilməlidir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(007)-4287/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh göstərilmiş tibbi xidmətə görə 16138,16 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 140 manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim – Qumru Əliyeva) .
9. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq iddiaçı ilə cavabdeh Cavabdeh arasında qeyd edilən “xidmət müqaviləsi” bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh Cavabdeh iddiaçı qarşısında yuxarıda göstərilən öhdəlikləri götürmüşdür. Həmçinin yazılı müqavilənin kim tərəfindən imzalanmasından asılı olmayaraq iddiaçı tərəfindən cavabdehin ailə üzvünə müvafiq tibbi xidmət göstərilmiş, yəni cavabdeh Cavabdeh iddiaçı qarşısında onun ailə üzvünə göstərilən tibbi xidmətlərin dəyərini ödəmək öhdəliyi yaranmışdır. Lakin cavabdeh Cavabdeh iddiaçı qarşısında müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmişdir. Iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh tibbi xidmətlərin göstərilməsi və göstərilən tibbi xidmətlərə görə iddiaçı qarşısında borcun yaranması işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh göstərilmiş tibbi xidmətə görə 16138,16 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 140 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 442, 443.1, 448.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77, 217.3, 218.3, 119.1, 107 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi iddiaçının əsassız varlanma niyyətini görməzdən gələrək onun heç bir əsası olmadan qaldırdığı mülki iddianı tamamilə təmin edərək onun konstitusion və konvension hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi bu işə fərdi yanaşmamış, şikayət edilən vəziyyətin realıqlarını araşdırmamış, şablon şəkildə işə baxaraq qeyri-obyektiv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iş üzrə xüsusi bilik tələb edən haların mövcud olmasına baxmayaraq, cavabdehin təqdim etdiyim məhkəmə-tibbi qiymətləndirmə ekspertizası vəsatəti əsassız olaraq təmin edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, müalicə xəstənin səhhətinə və tibbi normalara uyğun təyin edilmiş və aparılmışdır. Göstərilmiş tibbi xidmətlərin qiymətinin şişirdilməsi barədə qeyd edilənlər də tamamilə əsassızdır. Göstərilən tibbi xidmətlərin qiymətləri tibbi xidmətin növünə uyğun olaraq, müraciət edən bütün xəstələr üçün eynidir, qiymət cədvəlinə uyğundur və heç bir halda şişirdilə bilməz. “Diğer Hizmet”lər barədə cavabdehin qeyri-müəyyən deməsinə cavab olaraq bildirir ki, göstərilən tibbi xidmətlər barədə iş materiallarında iki çıxarış var. Geniş olan - yəni 109 səhifəlik tibbi xidmətlər barədə Çıxarışda xəstə Kifayət Mirzəyevaya göstərilmiş bütün tibbi xidmətlərin, dərman vasitələrinin adları, qiymətləri və sair ayrı-ayrılıqda qeyd edilmişdir.
b) Proses iştirakçılarının izahatı
14. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.xxxxmüəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanmaxxxxbu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulmasıxxxxlazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarlaxxxxöhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədəxxxxmüqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 115.0.1.Işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünəxxxxdolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdəxxxxapellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 19.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının şikayətin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli “Tibbi Baxım və Müalicəyə dair” müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirir, xəstə və/və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə Qiymət Cədvəlinə əsasən fakturada müəyyənləşdirilmiş məbləği ödəyirlər və tərəflər müqavilədə göstərilən məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər.
22. Müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuşdur ki, xəstəxxxxxəstə yaxını, hazırki müqavilə ilə nəzərdə tutulmayan xidmətlərdən əlavə-yanaşı xidmətlərin göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür.
23. Həmçinin, tərəflərin arasında bağlanmış ##.##.2025-ci il tarixli borc müqaviləsinə əsasən cavabdeh ##.##.2025-ci il tarixədək 16138 manat borc məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
24. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış tibbi xitmələrin göstərilməsinə dair müqavilə üzrə iddiaçı müqavilə üzrə üzərinə düşən vəifələri icra etməsinə baxmayaraq cavabdeh öz üzərinə düşən vəzifələri lazımı qaydada icra etməmiş, xidmətlərin dəyərini lazımı qaydada ödəmədiyindən iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
25. Belə ki, “X1” Hospital tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli “Xidmət Çıxarış”dan görünür ki, göstərilən tibbi xidmətlərə dair 48138,16 manat ödəniş həyata keçirilməli idi.
26. “X1” Hospital tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X5 ##.##.2025-ci il tarixli “Tibbi Baxım və Müalicəyə dair’’ müqaviləyə əsasən “X1 Hospital”da tibbi xidmətlər göstərilmiş, göstərilən tibbi xidmətlərin cəmi dəyəri 48138 manat olmuş, həmin məbləğdən 32000 manat ödəniş olunmuş, maliyyə arayışı verilən tarixə, yuxarıda qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə 16138,16 manat ödənilməmiş borc məbləği qalmışdır.
27. Göründüyü kimi iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında tibbi xidmətlərin göstərilməsinə dair müqavilə münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək tibbi xidmətləri göstərmiş, həmin xidmətlərin dəyəri təqdim edilmiş xidmət çıxarışları, maliyyə arayışı və tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli borc müqaviləsi ilə təsdiq edilmişdir.
28. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya hesab edir ki, cavabdeh göstərilən xidmətlərin həcmi, dəyərixxxxhesablanmasının düzgün aparılmamasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində göstərilən tibbi xidmətlərin əsassız təyin edilməsi, qiymətlərin şişirdilməsi, habelə iddiaçının əsassız varlanmaq niyyətində olması barədə dəlillər ehtimal xarakterli olmaqla hər hansı obyektiv sübutlarla təsdiq edilməmişdir. MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşdüyundan, cavabdeh bu prosessual vəzifəsini yerinə yetirməmişdir.
29. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin məhkəmə-tibbi qiymətləndirmə ekspertizasının təyin edilməməsi ilə bağlı dəlili də qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, iş üzrə mövcud yazılı sübutlar mübahisənin düzgün həlli üçün kifayət etmiş, cavabdeh isə ekspertiza təyin edilməsini zəruri edən, xüsusi bilik tələb edən və işin nəticəsinə təsir göstərə biləcək konkret halları əsaslandıra bilməmişdir.
30. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikyəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməasinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamədən tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov