Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2243/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan, lakin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş mənzildən – Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində iş üzrə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan 16 mərtəbəli yaşayış binasının “D” blokunda 9-cu mərtəbədə yerləşən 104,39 kv.m olan, 2 otaqlı, *** saylı mənzildən cavabdehin əşyalarla birlikdə çıxarılması, mənzilin boşaldılması, cavabdehin bu kimi qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK arasında ##.##.2019-cu il tarixdə bağlanmış *** saylı müqaviləyə əsasən yuxarıda qeyd edilən mənzili MTK-dan almış və mənzilin dəyərini MTK-ya tam olaraq ödəmişdir. MTK binanın inşasını başa çatdırmış və ##.##.2020ci il tarixli “Təhvil-təslim aktına” əsasən mənzili iddiaçıya təhvil vermişdir. İddiaçı tərəfindən həmin mənzilin hissə-hissə təmirinə başlanılmış, lakin cavabdeh, 2023-cü ildə, mənzili zəbt etmiş və mənzilin giriş qapısının kilidlərini özbaşına dəyişdirmişdir. İddiaçı mənzilin boşaldılmasını cavabdehdən dəfələrlə tələb etsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zamanı iddiaçının vəkili (nümayəndəsi) Vəkil vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, hazırkı mülki iş üzrə icraatın Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(*-**)-**/**** saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmasını xahiş etmişdir. Rayon Məhkəməsi qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla hazırkı iş üzrə icraatı vəsatətdə qeyd edilən iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehin mübahisəli mənzilə köçürülməsi məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilmiş, hazırda isə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(*- **)-**/**** saylı iş üzrə həmin icra hərəkətlərinin qanuniliyi mübahisələndirilir. Göründüyü kimi həmin mülki işin nəticələri hazırkı işin nəticələrinə təsir göstərə bilər. Buna görə də, hazırkı iş üzrə icraat qeyd edilən iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə növbəti prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş üzrə icraatın dayandırılması ilə bağlı iddiaçı tərəfindən verilmiş ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 254-cü maddəsinin tələblərinə görə, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə (maddə 254.1.1); tərəf fəaliyyət qabiliyyətini itirərsə (maddə 254.1.2.); iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda (maddə 254.1.3.); Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa (maddə 254.1.4.); Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa (maddə 254.1.5.); məhkəmə bu məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etdikdə (maddə 254.1.6.); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda (maddə 254.1.7.) hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandırır. Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi hazırkı iş üzrə icraatı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(*-**)-**/**** saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırmışdır. Lakin həmin iş məhkəmə qərarlarının icrası qaydasında baxılan iş olmaqla, MPM-in 254.1.4-cü maddəsində sadalanan hallar sırasına daxil deyildir. MPM-in 254.1.4-cü maddəsində iş üzrə icraatın dayandırılmasına səbəb olan hallar konkret və məhdud şəkildə müəyyən edilmişdir. Həmin normanın geniş təfsir olunması və ya analoji qaydada tətbiqi nəticəsində qanunvericidə nəzərdə tutulmayan yeni dayandırma əsaslarının yaradılması yolverilməzdir. Çünki iş üzrə icraatın dayandırılması mülki proses iştirakçılarının məhkəməyə çıxış hüququnu və işə ağlabatan müddətdə baxılması hüququnu məhdudlaşdıran prosessual institutdur. Buna görə də məhkəmə qərarlarının icrası qaydasında baxılan *(*-**)-**/**** saylı işin mövcudluğu hazırkı mülki iş üzrə icraatın dayandırılması üçün müstəqil prosessual əsas hesab edilə bilməz. Bu baxımdan qəbul edilməlidir ki, hazırkı iş üzrə icraatın yuxarıda qeyd edilən iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması üçün zərurət yoxdur. Şikayət əsaslıdır. Rayon Məhkəməsinin nəticəsi səhvdir. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad ləğv edilsin. İddiaçı İddiaçı verdiyi “iş üzrə icraatın dayandırılması haqında” vəsatəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2243/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2243/2026
05.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver