Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2248/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından Maraqlı şəxs şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən ** saylı ünvanında yerləşən istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan evin boşaldılaraq “AA MONOLİT-TİKİNTİ” MTK-ya təhvil verilməsi qət edilmişdir. Qətnamədən Maraqlı şəxs (nümayəndəsi və vəkili X1) apellyasiya şikayəti verib ləğv edilməsini xahiş edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə Maraqlı şəxs apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınıb. Məhkəmə qənaətində göstərib ki, Maraqlı şəxs iş üzrə tərəf və ya üçüncü şəxs deyildir. Odur ki, həmin şikayət MPM-in 357.1-ci maddəsinin tələbləri baxımından apellyasiya şikayəti vermək hüququ olmayan şəxsin şikayəti hesab olunduğundan geri qaytarılmalıdır. Maraqlı şəxs (nümayəndəsi-vəkili X1) şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 363.1.1 və 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşin mübahisəsiz halıdır ki, Maraqlı şəxs tərəfindən mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsindəki ** saylı ünvandakı evin boşaldılaraq MTK-ya təhvil verilməsi barədə qətnamə ilə hər hansı bir qərar qəbul edilməyib. Başqa sözlə, mübahisələndirilən qətnamənin Maraqlı şəxs üçün heç bir məcburi qüvvəsi ola bilməz. Ancaq Maraqlı şəxs hesab edir ki, həmin qətnamə onun hüquq və vəzifələrinə toxunduğu üçün ondan apellyasiya şikayəti vermək üçün subyektiv hüququ yaranmışdır. Qətnamənin onun hüquq və vəzifələrinə hansı hissədə toxunduğunu apellyasiya şikayətində göstərib. Birinci instansiya məhkəməsi qətnamənin onun hüquq və vəzifələrinə toxunubtoxunmamasını yoxlayıb razılaşmayıb, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edib. Maraqlı şəxs isə qəradadla razılaşmayıb şikayət verib, apellyasiya şikayətində göstərdiklərini şikayətində də göstərib. Məhkəmə tərkibi qeyd edir ki, şikayətdə göstərilənlər ilk baxışdan açıq-aşkar əsassız görünməyə bilər. Ancaq hazırkı vəziyyətdə mübahisələndirdiyi qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə bilavasitə toxunduğu məyyən edilmir yaxud təsdiq olunmur. Demək ki, birinci instansiya məhkəməsi MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyi üçün geri qaytarmaqda haqlı olub. Əks halda belə vəziyyət yarana bilər ki, cavabdehlərə qarşı gələcəkdə də təmin edilən iddiası olacaq istənilən şəxs eyni əsaslarla məhz qeyd olunan qətnaməni mübahisələndirə bilər. Bu cür vəziyyət isə “qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslərin” dairəsinin süni surətdə artırılmasına səbəb ola bilər. Bir də ki, mübahisələndirilən qətnamə üzrə iddiaçı tərəfindən yekun olaraq konkret cavabdeh şəxslərə qarşı iddia qaldırılıb və onlara münasibətdə iddia təmin edilib. Bu halın özü də qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmadığına dəlalət edir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinə baxılarkən Maraqlı şəxs üçüncü şəxs kimi işə cəlb olunmasını məhkəmə tərkibindən xahiş edə bilər və vəsatəti təmin edildiyi halda hazırkı şikayətdə göstərilən dəlillərə dair tam və hərtərəfli hüquqi dəyərləndirmə aparılması üçün geniş hüquqi mexanizm mövcud ola bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2248/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2248/2026
08.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver