Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2252/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər "X8 Xidməti" X2 və X12 Sistemlərinin Istismarı Idarəsinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X13 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 X2 və cavabdeh1 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Əmək kitabçasına əsasən İddiaçı ##.##.2007-ci il tarixdən cavabdeh1 maşinist vəzifəsinə işə qəbul edilmişdir.
2. Biləsuvar rayon, Günəşli kəndi 13№-li nasos stansiyasının işçiləri tərəfindən tərtib olunmuş ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli aktlardan görünür ki, 13№-li nasos stansiyasının maşinisti X9 ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində bütün iş günü ərzində növbəsi olmasına baxmayaraq, iş günü ərzində iş yerinə gəlməmişdir.
3. Biləsuvar SMSII-nin rəisi Ə.Babayevə həmin idarənin baş mühəndisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli təqdimatdan görünür ki, ** saylı nasos stansiyasının maşinisti X9 ##.##.2025 və ##.##.2025-ci il tarixlərində işə çıxmamışdır. Bu barədə qeyd edilmiş tarixlərə aid olan iki ədəd akt tərtib olunaraq ona təqdim olunmuşdur. Bu barədə hazırkı təqdimatla müraciət edərək qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir.
4. Biləsuvar SMSII-nin rəisi Ə.Babayevə 13№-li nasos stansiyasının maşinisti X9 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli izahatdan görünür ki, 2007-ci ilin aprel ayından idarədə maşinist vəzifəsində işləmişdir. Hazırda isə 13№-li nasos stansiyasında maşinist vəzifəsində işləyir. Bir gün işdə olduqdan sonra iki gün evdə istirahət edir. 14 və 17-si sentryabr tarixlərində işdə olmaq şərtilə işdən çıxanda tabelə imza atmaq xəyalından çıxmışdır. Işdə olduğunu baş maşinist də təsdiq edə bilər. Şəkər xəstəsi olduğundan yadından çıxmışdır. Bu hal bir neçə dəfə olmuşdur. Və sonradan bərpa etmişdir. Xahiş edir, bunu nəzərə alıb qeyd etdikləri nəzərə alınsın. Ona verilən suallara o bu şəkildə cavab vermişdir: 1.işə girməklə çıxmağı bir yerdə çəkdiklərinə görə yadından çıxmışdır və yuxarıda qeyd etdiyi kimi baş maşinist işdə olduğunu təsdiq edə bilər. 2. yuxarıda qeyd etdiyi kimi baş maşinist təsdiq edə bilər ki, o işdə olmuşdur. 3. baş maşinist şahiddir ki, o işdə olmuşdur və tabelə qol çəkmək yadından çıxmışdır və bunu da qeyd edir ki, onun bu 18 il müddətində heç bir töhməti və şikayət ərizəsi olmayıb. Işində nizam-intizamı pozmamışdır.
5. Biləsuvar SMSII-nin X6 Komitəsinin ##.##.2025-ci il tarixli 10 № li protokolundan görünür ki, idarənin sürücüsü X10 və qardaşı – ** nömrəli nasos stansiyada maşinist işləyən İddiaçı barəsində tərtib edilmiş akt, təqdimatlar və bütün sənədlərin nəzərə alınması, bu işçilərin əmək intizamını kobud şəkildə pozmasının qeyd edilməsi və onların ##.##.2025-ci il tarixdən AR ƏM 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi qərara alınmışdır.
6. cavabdeh2 X2 cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** nömrəli əmri əsasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Xitam əsası kimi onun 14 və ## ######## 2025-ci il tarixlərində heç bir üzürlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsi və idarənin balansında olan ** nömrəli nasos stansiyada 113.104,31 manat dəyərində olan əmlakı nəzarətsiz saxlaması göstərilmişdir.
7. İddiaçı ##.##.2025-ci il tarixdə akta imza etməklə, əmək kitabçasını və əmrin surətini təhvil almışdır.
a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 X2 və cavabdeh1 qarşı "işə bərpa və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Günəşli kəndində yaşayır. 2007-ci ildən Biləsuvar rayon Suvarma Sistemləri idarəsində maşinist (yəni çöldə olan su matoruna baxan) işləmişdir. 2024-cü ildə idarə yenidən təşkil olunmaqla üç idarə birləşdi, hazırkı idarə olan Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi tabeliyində X7 Xidməti X2in X11 Sistemlərinin Istismarı Idarəsində həmin vəzifədə işləmişdir. 2025-ci ilin iyul ayının 24-25-də sosial şəbəkələrində idarə maşının nömrəsinin idarə rəisinin müavinin şəxsi maşına bağlanmasına görə videogörüntülər yayıldı. Belə ki, müavin Elsevər Həsənov idarənin müdiri Ədalət Babayevin yaxın qohumu olduğundan və bəzi idarə işçilərini Ədalər Bayev işdən çıxardığı üçün narazı qalan adamlar bu görüntüləri yaymışdılar. Bu hadisədən sonra rəhbərlik bu məsələnin sosial şəbəkələrdə paylanmasında ondan şübhələnməklə onu Biləsuvar RPŞnə verdilər. Biləsuvar RPŞ-da barəsində araşdırma aparıldı və müəyyən oldu ki, onun bu işdə heç bir günahı yoxdur. Onun işi növbəlilik əsasında olduğundan o hər növbəmdə işdə olmuşdur. Belə ki, ##.##.2025-ci il tarixdə növbəni ondan əvvəlki gün növbədə olan işçi Elçin Yarıyevdən təhvil almışdır. Növbəti növbəsi ##.##.2025-ci il tarixdə olmuşdur və yenə növbəni iş yoldaşı Eıçin Yarıyevdən təhvil almışdır. ##.##.2025-ci il tarixdə idarənin kadrlar şöbə rəisi Zəka Şirinli onu idarəyə çağırdı. Sosial Şəbəkə məsələsinə görə ondan izahat aldılar. Ona bildirdi ki, rəhbərlik deyir işdən çıxmalısan. Iddiaçı bildirdiki ki, onun heç bir günahı yoxdur. Işdən çıxmayacaq. ##.##.2025-ci il tarixdə iş növbəsi olmaqla iş yerinə gedərkən baş maşinist Talıbov Elnar ona telefon edərək bildirdi ki, iş yerindən tabel kitabını götürüb idarəyə gəlməyib. O, iş yerinə baxarkən gördü ki, tabel yoxdur. Bu barədə baş maşinistə bildirdi. O, iddiaçıya bildirdi ki, idarəyə gəlsin. Iddiaçı idarəyə gələndən sonra araşdırıb gördülər ki, ondan qabaqkı gün növbədə olan adamla bağlıdır kitabın tapılmır. Ondan bununla bağlı izahat alındı və o, yazdı ki, 14 və ## ######## 2025-ci il tarixlərdə işdə olmuşdur. Bunu növbəni təhvil aldığı adamlar da təsdiq edə bilərlər. 2025 ci ilin sentyabr 22-də onu kadrlar şöbəsinə çağırdılar. Ona bildirdilər ki, guya o, ##.##.2025-ci il tarixdə və ##.##.2025-ci il tarixlərdə işdə olmamışdır. O, bildirdi ki, işdə olmuşdur. Bunu baş maşinist şahid2 və onu növbəni qəbul etdiyi şahid1 təsdiq edə bilərlər. Lakin ona bildirdilər ki, nömrə məsələsini sosial şəbəkələrdə sənin qohumun yayıb. O, etiraz edərək bildirdi ki, qohumundan ona nə, axı o cəmi bu idarədən 400 manat əmək haqqı alıb ailəsini dolandırır. Lakin ona bildirdilər ki, idarənin rəisi Ə.Babayev ondan şübhələndiyi üçün onu və qardaşını işdən çıxarılmağını göstəriş verib. Beləliklə yalandan rəsmiləşdirdilər ki, guya o, 14 və ## ######## 2025-ci il tarixlərdə işdə olmamışdır. Halbuki, o, hər günlər işdə olmuş bunu əməkdaşlar da təsdiq edə bilərlər. Buna gərə o Mediasiyaya müraciət edərək mediasiyadan keçdi. Cavabdeh təşkilat Mediasiyaya gəlmədi. Hesab edir ki, cavabdeh təşkilatın barəsində verdiyi ##.##.2025-ci il tarixli *-**-*-*-**/*-***/**** saylı əmri qanunsuz və əsassızdır. Belə ki, cavabdeh təşkilat onu işdən çıxarmaya dair əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad etməklə xitam vermişdir. Əvvəla o, əmrdən başa düşə bilmir ki, hansı gün işdə olmamış və hansı gün işdə olmamağına görə işdən azad olunmuşdur. Çünki o, bütün günlər işdə olmuş və bunu təsdiq edən şahidləri də vardır. Əmrdə göstərilir ki, guya o ##.##.2025-ci il tarixdə və ##.##.2025-ci il tarixlərdə işdə olmamışdır. Yəni 2 növbədə işdə olmamışdır. Halbuki, o, işdə olmuşdur. Əgər olmamışsa ondan 14 sentyabrdan və 17 sentyabrdan əvvəlki günlər kimdən qəbul etmiş və sonrakı günlər kimə təhvil vermişdir. Əgər o, olmamışsa yerinə bu 2 gündə kim təyin olunub və bu 2 gündə matora kim baxıb? Nəyə görə maraqlanmırdılar ki, o, haradadır. Əmrdə göstərilir ki, həmkarlar təşkilatının ##.##.2025-ci il tarixli ** saylı protokolu əmrə əlavə edilmişdir. Əvvəla Əmək Məcəlləsinin 80.2-ci maddəsinə görə Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi qanunun tələbinə görə həmkarlar təşkilatının protokolu deyil Qərarı əsasında işdən azad oluna bilər. Əmrdə isə protokol göstərilmişdir. Göründüyü kimi sifarişli əsasla o işdən çıxarılarkən həmkarlardan qərar belə alınmayıb. Həmkarlara verilən təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilməlidir. Həmkarlar onu çağırmadığından və onun iştirakı olmadan bu qanunsuz məsələni əğər araşdırmışdırsa belə bu müvafiq əsaslandırma sənədləri nə olan sənədlərdir belə iddiaçı bilmir? Qanun göstərir ki, Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanundan görünür ki, əgər o, həqiqətən də ##.##.2025-ci il tarixdə və ##.##.2025-ci il tarixədə işdə olmamışdırsa, buna görə təqdimat məntiqlə ##.##.2025-ci il tarixdən sonra verilmişdir. O isə ##.##.2025-ci il tarixdə saat 9.30da kadrlar şöbəsinə çağırılmış və həmin vaxt da bildiriblər ki, idarənin rəisi bildirir ki o, işdən çıxmalıdır. Burada belə bir sual ortaya çıxır. Işəgötürən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatını nə vaxt vermiş, təqdimata müvafiq hansı əsaslandırma sənədləri əlavə etmiş, Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını nə vaxt qəbul etmiş və işəgötürənə təqdim etmişdir. Halbuki, qərar qəbul olunarkən bunun araşdırılması və onun iştirakı ilə bağlı hansısa vaxt lazımdır. Göründüyü kimi onun işdən çıxarılmağıyla bağlı sənədləşdirmə işləri də saxta tərtib olunmuşdur. Ona həmkarlar təşkilatı tərəfindən heç bir məlumat verilməmiş, qərar qəbul olunmayıb, əgər qərar qəbul olunurdusa o, iştirak edib fikrimi belə bildirməli idi. Belə bir hal isə olmamışdır. Guya onun işdə olmamağı heç yerdə müzakirə olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi tabeliyində X7 Xidməti X2in X11 Sistemlərinin Istismarı Idarəsinin onun işdən çıxarılmağına dair ##.##.2025-ci il tarixli *-**-*-*-**/*-***/**** saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməklə əvvəlki maşinist vəzifəsinə bərpa edilməyinə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.E.Heydərova) iddia təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi onun əmək intizamını kobud şəkildə pozması– iş günləri ərzində üzrsüz səbəbdən iş yerinə gəlməməsi ilə əsaslandırılmışdır. Iş materiallarında olan ##.##.2025-ci və ##.##.2025-ci il tarixli aktlardan aydın görünür ki, iddiaçı İddiaçı qeyd olunan tarixlərdə tam iş günü ərzində iş yerində olmamışdır. Həmin aktlar bir neçə işçi tərəfindən tərtib edilmiş, rəsmi sənəd kimi rəsmiləşdirilmiş və işəgötürənə təqdim olunmuşdur. Eyni hal baş mühəndisin ##.##.2025-ci il tarixli təqdimatı ilə də təsdiq edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, göstərilən aktlar və təqdimat iddiaçının işə çıxmaması faktını təsdiq edən ilkin və yetərli yazılı sübutlardır. Iddiaçı isə həmin günlərdə işdə olmasını təsdiq edən hər hansı obyektiv və inandırıcı sübut təqdim etməmişdir. Onun yalnız öz izahatlarında və ehtimal xarakterli ifadələrində “işdə olması”, “baş maşinistin bunu təsdiq edə biləcəyi” kimi qeydlər yer alsa da, bu hallar məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunmamışdır. Şahidlərin dindirilməsi və ya digər sübut vasitələri ilə bu iddialar dəstəklənməmişdir.
13. Bundan əlavə, iddiaçının öz izahatlarında ziddiyyətli mövqelər sərgilədiyi müəyyən olunur. Belə ki, o bir tərəfdən işdə olduğunu bildirsə də, digər tərəfdən tabelə imza atmağı “yadından çıxardığını” etiraf etmiş, bu halın əvvəllər də baş verdiyini qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, işçinin əmək funksiyasını yerinə yetirməsi yalnız faktiki işdə olması ilə deyil, həm də müəyyən edilmiş uçot və nəzarət qaydalarına riayət etməsi ilə qiymətləndirilməlidir. Tabel uçotunun aparılması əmək intizamının mühüm elementi olmaqla, işçinin işdə olub-olmamasının müəyyən edilməsində əsas vasitələrdən biridir. Bu baxımdan, iddiaçının öz səhlənkarlığı nəticəsində uçot qaydalarına əməl etməməsi onun xeyrinə şərh edilə bilməz.
14. Məhkəmə həmçinin nəzərə almışdır ki, iddiaçının işə gəlməməsi nəticəsində idarənin balansında olan əmlakın nəzarətsiz qalması riski yaranmışdır ki, bu da onun vəzifə öhdəliklərinin mahiyyəti baxımından mühüm əhəmiyyət kəsb edir və əmək intizamının kobud pozuntusu kimi qiymətləndirilə bilər. Iddiaçının işdən çıxarılmasının guya başqa səbəblərlə – sosial şəbəkələrdə yayılan video ilə əlaqələndirilməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu iddialar fərziyyə xarakteri daşıyır və hər hansı obyektiv sübutlarla təsdiq olunmur. Əksinə, iş materiallarında işdən çıxarılmanın konkret olaraq işə çıxmama faktları ilə əsaslandırıldığı açıq şəkildə görünür.
15. Həmkarlar ittifaqı ilə bağlı dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən həmkarlar ittifaqı orqanına müraciət edilmiş, məsələ həmin orqanın iclasında müzakirə olunmuş və nəticədə işçinin əmək müqaviləsinin ləğvinə razılıq verilmişdir. Həmkarlar Təşkilatının iclasında işçinin iştirakının təmin olunması isə imperativ tələb kimi əmək qanunvericiliyində təsbit edilməmişdir. Iddiaçının “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr”də Biləsuvar SMSII-nin X6 Komitəsinin ##.##.2025-ci il tarixli ** nömrəli protokoluna istinad edilməsi, lakin qərara istinad edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə hesab etmişdir ki, qeyd olunan hal əmrin qanunsuz sayılması üçün əsas ola bilməz. Belə ki, təqdim olunmuş protokoldan iclasın keçirildiyi, məsələyə baxıldığı və müvafiq qərarın qəbul edildiyi aydın görünür. Yəni formal olaraq sənədin “protokol” adlandırılması onun hüquqi mahiyyətini dəyişdirmir və həmin sənəddə əks olunan nəticə – razılığın verilməsi faktını aradan qaldırmır.
16. Eyni zamanda məhkəmə hesab etmişdir ki, həmkarlar ittifaqı tərəfindən qərarın qəbul edilmə müddəti və proseduru ilə bağlı iddiaçının irəli sürdüyü arqumentlər də öz təsdiqini tapmır. Iş materiallarında təqdimatın verilməsi, baxılması və nəticə üzrə razılığın alınması faktı mövcuddur və bu hal işəgötürənin prosedur qaydalarına ümumilikdə riayət etdiyini göstərir.
17. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının 14 və ## ######## 2025-ci il tarixlərində üzrsüz səbəbdən işə çıxmaması iş materialları ilə sübuta yetirilmiş, işəgötürən tərəfindən bu faktlara əsaslanaraq əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. Iddiaçı isə əksini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir.
18. Məhkəmə həmçinin iddianın digər hissələri olan işə bərpa edilmə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissələri isə iddia tələbinin əsasını təşkil edən əmrin ləğv edilməsi hissəsi rədd edildiyindən iddia tələbi bu hissələrdə də prosessual qənaət prinsipini nəzərə alaraq təmin edilməməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 11-ci maddəsinin “a”, “b”, “c”, “d” bəndlərinə, 68-ci maddəsinin 1ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin“b” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddə, 2-ci hissəsinə, 72-ci maddə, “c” bəndinə, 80-ci maddəsinin 1-ci hissəsinə, 80-ci maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 2-ci hissəsinə, 186.2-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsindən, məhkəmə iclasında toplanmış sübutlardan və qətnamədən də görmək olur ki, iddiaçı və qardaşı əmrdə göstərilənlərə görə deyil, məhz sosial şəbəkədə yayıma görə qərəzli olaraq işdən çıxarılmışdır. Ikincisi, məhkəmə qətnamədə onun iddiasını, prokurorluğun qərarını və uzun-uzadı qanunvericilik maddələrini sadalamış və sonda bir cümlə ilə göstərmişdir ki, iddia əsassızdır. Halbuki, məhkəmə bunları araşdırmalı idi. Onun işdən çıxarılma əmrinin əsas faktorlarından biri kimi, guya o, işdə olmamışdır. Birinci instansiya məhkəməsində işdə olmamğıyla bağlı saxta aktı imzalamış növbə yoldaşlarının dindirilməsini tələb etsə də, cavabdeh təşkilat buna imkan vermədi və məhkəmə də buna göz yumdu. Çünki onun iş yeri idarə deyil, idarədən 20-30 km məsafədə yerləşən torpaq sahələrinin suvarılmasına xidmət edən motorlara quluq etməkdən ibarətdir. Bu motorlara cəmi 3 nəfər işçi baxır. Bundan başqa orada heç kim olmur. Onların dindirilməsi ilə bağlı vəsatət qaldırdı və məhkəmə bunu qəbul etsə də, həmin şəxslər dindirilmədi. Çünki həmin şəxslər belə bir aktdan məlumatsız olduqlarını ona bildirmişlər. Bundan başqa, əmrdə göstərilir ki, guya o, 14 və ## ######## 2025-ci il tarixlərdə işdə olmamışdır. Halbuki o, hər gün işdə olmuşdur. Məhkəmədə növbə yoldaşları dindirilərsə, onlar bunu təsdiq edə bilər. Əmək qanunvericiliyinə görə işçi 1 iş günü üzürsüz səbəbdən işdə olmasa o, işdən çıxarıla bilər. Bu 2 gün idarə nəyi gözləyirdi? Bu 2 günün birində idarə onu çağırıb soruşmalıydı ki, “ölmüsən, itmisən və ümumiyyətlə haradasan?” Idarəni başa düşür, saxta akt tərtib edir. Lakin məhkəmənin bu xüsusatını araşdırmamasını başa düşə bilmir! Qanunun tələbinə görə həmkarlar təşkilatının protokolu deyil, qərarı əsasında o, işdən azad oluna bilər. Əmrdə isə protokol göstərilmişdir. Göründüyü kimi o, sifarişli əsasla işdən çıxarılarkən həmkarlardan qərar belə alınmayıb. Məhkəmədə bu məsələnin araşdırılmasını tələb etsə də, əhəmiyyəti olmadı. Hesab edir ki, məhkəmə protokoldan qərarın fərqini bilməyə bilməz. Göründüyü kimi, onun işdən çıxarılmağıyla bağlı sənədləşdirmə işləri də saxta tərtib olunmuşdur. Məhkəmə araşdırmadan əsassız, qanunsuz və absurd qərar qəbul etmişdir. Məhkəmə tərəfindən iddiası ümumiyyətlə araşdırılmamış, məhkəmə Konvensiyanın tələbini kobud surətdə pozmaqla ədalətli araşdırmanın qarşısını almış, sadəcə qanunsuz əmrə qanun donu geydirmişdir. Iddiaçı kimi tərəfindən tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübut təqdim edilsə də, məhkəmə əsassız olaraq qənaətə gəlir ki, iddia əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 23.
24. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəsatəti əsasında şahid1 və şahid2 şahid qismində dindirilmişlər.
26. Şahid şahid1 bildirmişdir ki, iddiaçını tanıyır, iş yoldaşı olubdur. Sentyabrın 13-ü işdə olmuşdur. Işi heç kəsə təhvil verməmişdir. Işi bitirdikdən sonra baş maşinistin gəlməyini gözləyir, o gəldikdən sonra özü işdən çıxır. Onun növbəsi səhər saat 8-də bitir. Təxmini səhər saat 9-un yarısına qədər gözləyir. Işi iddiaçıya təhvil verməli idi. O, işdə olan zaman iddiaçı gəlməmişdir. Iş yerini səhər saat 9-un yarısında tərk etmişdir. Həmin tarixdə baş maşinistə zəng etmiş və evə gedəcəyini, onların da işə gəlməli olduqlarını qeyd etmişdir. Iddiaçının bütün günü işdə olmadığını baş maşinist ilə əlaqə saxlayaraq öyrənmişdir. Əlaqə saxlayıb öyrənməkdə məqsədi o idi ki, işi ona təhvil verməli idi. Özü şəxsən iddiaçının işdə olubolmamasını müşahidə etməmişdir, sadəcə baş maşinist ilə əlaqə saxlamışdır. Həmin gün işdə iddiaçının yerinə baş maşinist olmuşdur. Baş maşinist həmişə işin başında olur, yəni növbəsi olduqda da işdə olur. Bugünkü gündə də həmçinin motor işləyir. Yəni baş maşinist həmişə gəlir və ** nömrəli motoru işlədir. Növbəni dəyişdirdikdə, yəni işi başqa işçiyə təhvil verdikdə baş maşinist də iştirak edir. Ayın 17-də də bu proses belə olmuşdur.
27. Şahid şahid2 bildirmişdir ki, iddiaçı onun iş yoldaşı olmuşdur. Ayın 14-ü Yarıyev Elçin ona zəng edib iddiaçının işə gəlmədiyini demişdir. O da iddiaçının yerinə işə çıxmışdır. Ayın 17-də işə iddiaçı işə çıxmalı idi, onun yerinə özü işə çıxmışdır. X1 zəng edib iddiaçının işə gəlmədiyini dedi və o da həmin gün işdə iddiaçını əvəz etdi. Onun növbəsi iddiaçının növbəsindən sonra olmalı idi. Bir gün qabaq gəlib onu əvəz etmişdir. Belə ifadə verməyi ilə bağlı ona heç bir təzyiq olunmamışdır.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; Maddə 11. 1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək; d) işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; Maddə 70.ç. Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186.2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası iddiaçını və şahidləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Işdən müəyyən olunur ki, iddiaçı ##.##.2007-ci il tarixdən cavabdeh1 maşinist vəzifəsinə işə qəbul edilmiş, cavabdeh cavabdeh2 X2 cavabdeh1 ##.##.2025-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
34. Əmrdə iddiaçının 14 və ## ######## 2025-ci il tarixlərində heç bir üzürlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsi və idarənin balansında olan ** nömrəli nasos stansiyada 113.104,31 manat dəyərində olan əmlakı nəzarətsiz saxlaması göstərilmişdir.
35. Əmək qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və daxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifələrinə aiddir. Işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
36. Işçi bu vəzifəsinilərini pozduqda və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Işdə olan Biləsuvar rayon, Günəşli kəndi 13№-li nasos stansiyasının işçiləri tərəfindən tərtib olunmuş ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli aktlardan görünür ki, 13№li nasos stansiyasının maşinisti X9 ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində bütün iş günü ərzində növbəsi olmasına baxmayaraq, iş günü ərzində iş yerinə gəlməmişdir.
38. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə iddiaçının vəsatəti təmin edilərək aktları imza edən şəxslərdən maşinistlər şahid1 və şahid2 şahid qismində məhkəmə iclasına dəvət olunmuş, şahidlər iddiaçının ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində bütün iş günü ərzində iş yerində olmadığını təsdiq etmişlər.
39. Göründüyü kimi, iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması və üzərinə düşən əmək funksiyasını lazımınca icra etməməsi məhkəmə iclasında tədqiq olunan şahid ifadələri ilə də müəyyən olunmuşdur.
40. Işdən həmçinin müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı əldə olunmuş, bununla bağlı qərar həmin təşkilatın ##.##.2025-ci il tarixli protokolunda əks olunmuş, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əsaslandırılmış, əmrin verilməsi üçün əsas hesab olunan sənədlər qeyd edilmişdir.
41. Kollegiyanın qənaətinə görə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı pozuntuya yol verilməmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.