Məhkəmə qərarları › İş №e-2(3-6)-2276/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2276/2026

24.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2276/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İlkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh qarşı ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi üzrə QƏTNAMƏ İş № e-2(3-6)-2276/2026 (Açar sözlər: mənzildən çıxarılma, əldən çıxmış fayda üzrə zərərin ödənilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma və dəymiş ziyanının ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh Cavabdeh çıxarılması və 1000 manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17.25 manat xidmət haqqının və 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq, iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. ##.##.2025-ci ildə ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ilk iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh Cavabdeh çıxarılması, ##.##.2025-ci ildən iş üzrə yekun məhkəmə aktı icra edilən günədək, yəni cavabdehin faktiki olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarıldığı günədək hər ay 450 manat kirayə haqqı hesablanaraq cavabdehdən iddiaçını xeyrinə tutulması və 1000 manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17.25 manat xidmət haqqının və 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq, iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı-Cavabdeh və onun himayəsində olan ## ###### 2008-ci il təvəllüdlü oğlu Rəsul Abbasovun və ## #### 2011-ci il təvəllüdlü qızı X5 Sabunçu rayonu, ünvan 9 ünvana köçürülməklə istifadə hüququnun tanınması, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı qarşılıqlı iddia ərizəsi verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə iddiaçının oğlu X2 arasında ##.##.2005-ci il tarixdə rəsmi nikaha bağlanmışdır. Birgə nikahdan ## ###### 2008-ci ildə X3 və ## #### 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan olan uşaqlar cavabdehin himayəsində saxlanılmışdır. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı keçmiş gəlinidir. Birgə nikah dövründə iddiaçının oğlu Artur Abbasov, cavabdeh və uşaqları ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 5 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Nikah pozulduqdan Artur Abbasov başqa ünvana köçsə də, cavabdeh Cavabdeh evdən çıxmamışdır. Hal-hazırda iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində iddiaçı və onun ailəsi ilə birlikdə yaşayır. İddiaçının qeyd edilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ##.##.2001-ci il tarixində verilmiş ÖM seriyalı ****** nömrəli “Qeydiyyat Vəsiqəsi” ilə qeydiyyata alınmışdır. Cavabdeh Cavabdeh iddiaçı və onun ailə üzvləri ilə daimi mübahisələr yaradır, əsassız səs-küy salır, evdə psixoloji gərginlik yaradır, ailə üzvlərini təhdid edir və mənzili yandırmaqla hədələyir. İddiaçı və onun ailə üzvlərinin təhlükəsizliyi daim təhdid altındadır. Cavabdehin qeyd olunan mənzildə yaşamaq üçün heç bir hüquqi əsası yoxdur, çünki o, nə mülkiyyətçi, nə də kirayəçi statusuna malik deyildir. Qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Cavabdeh Cavabdeh iddiaçı və onun ailə üzvləri ilə daimi mübahisələr yaradır, əsassız səsküy salır, evdə psixoloji gərginlik yaradır, ailə üzvlərini təhdid edir və mənzili yandırmaqla hədələyir. İddiaçı və onun ailə üzvlərinin təhlükəsizliyi daim təhdid altındadır. Cavabdehin qeyd olunan mənzildə yaşamaq üçün heç bir hüquqi əsası yoxdur, çünki o, nə mülkiyyətçi, nə də kirayəçi statusuna malik deyildir. Qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız və həqiqətə uyğun deyildir. Belə ki, Cavabdeh ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı oğlu Artur Abbasov ##.##.2005-ci il tarixdə rəsmi nikaha daxil olandan sonra qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı gəlini Cavabdeh xüsusi mülkiyyətində olan mübahisəli yaşayış sahəsinə köçürmüşdür. Cavabdeh bütün cehiz əşyaları və digər əmlakları ilə həmin evə köçmüşür. Mülkiyyətçi İddiaçı ilkin iddia üzrə cavabdeh - Cavabdeh ## ###### 2008-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəs, AB Y/S, ev 153, mənzil 61-də xüsusi mülkiyyətində olan digər mənzilinə qeydiyyata aldırmışdır. Həmin mənzildə oğlu Artur Abbasov və onların birgə nigahdan doğulan uşaqları ## ###### 2008-ci il təvəllüdlü X1 və ## #### 2011ci il təvəllüdlü X5 da qeydiyyata salınmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanındakı mənzili 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş şəxslər tərəfindən zəbt edildiyindən oğlu Artur və ailəsini hal-hazırda mübahisələndirdiyi yaşayış sahəsinə köçürmüşdür. Cavabdeh bu günə kimi həmin evdə ailəsi və qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı ailəsi ilə birgə yaşayır. Birgə nigahdan doğulan ## ###### 2008-ci il təvəllüdlü X1 və ## #### 2011-ci il təvəllüdlü X5 həmin ünvanda doğulmuşlar. Qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı oğlu X8 rayon məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən boşandıqdan sonra başqa qadınla rəsmi nikaha daxil olaraq hal-hazırda Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev 1 D, mənziı 70 ünvanında yaşayır. Qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı ilkin iddia üzrə cavabdeh - Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh keçmiş həyat yoldaşı Artur Abbasova qarşı aliment tələbi barədə 2025-ci ilin iyul ayında Suraxanı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsidir. Tərəflər arasında nikah Suraxanı rayon məhkəməsinin ##.##.2024-cü il tarixli 2(010)-5190/ **** saylı qətnaməsinə əsasən pozulmasına baxmayaraq yalnız Cavabdeh aliment tələbindən sonra qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı bu iddia tələbini irəli sürmüş və iddia ərizəsində göstərmişdir ki, guya cavabdeh - Cavabdeh iddiaçı və onun ailə üzvləri ilə daim mübahisə yaradır, əsassız səs-küy salır, evdə psixoloji gərginlik yaradır, ailə üzvlərini təhdid edir və mənzili yandırmaqla hədələyir. Əksinə, İddiaçı oğlu Artur Abbasov başqa qadınla ailə qurması ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev 1D, mən.70 ünvanında yaşamasına baxmayaraq atası Yusiflə birlikdə Cavabdeh iddia tələbini geri götürməsi üçün təzyiq və zorakılıq edirlər. Belə ki, Artur Abbasovun yaşadığı ünvana gədərək ona qarşı zorakı hərəkətləri barədə Cavabdeh DİN-nin 102 qaynar xidmətinə şikayəti əsasında Sabunçu rayon Pİ-nin 13-cü polis bölməsinə dəvət edilərkən orada tabeçilik göstərməməsi əməlinə görə barəsində inzibati protokol tərtib edilmiş, Sabunçu rayon məhkəməsinin ##.##.2025-ci il tarixli 3(008)- ****/**** saylı qərarına əsasən Artur Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bundan sonra Artur Abbasov təzyiqlərini daha da artıraraq Cavabdeh yaşadığı ünvanda döyərək ona xəsarət yetirmiş və bununla bağlı aparılmış təhqiqat materiallari Sabunçu rayon Pİ-nin İstintaq şöbəsinə göndərilmiş və hal-hazırda araşdırma mərhələsindədir. Daha sonra Suraxanı rayon məhkəməsinin ## ###### 2024-cü il tarixli 2(010)-5190/ **** saylı qətnaməsinə əsasən nikahın pozulması ilə bağlı hər iki uşaq anaları Cavabdeh himayəsinə verilməsinə baxmayaraq Artur Abbasov ## ###### 2008-ci il təvəllüdlü Rəsul Abbasovu və ## #### 2011-ci il təvəllüdlü X5 məktəbdən yayındıraraq öz yaşadığı ünvana aparmaqla Cavabdeh psixoloji gərginlikdə saxlayırlar. Bundan başqa qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı son günlər Cavabdeh və uşaqların mənzildən zorla çıxmaları üçün mənzilin kommunal şəraitini (suyu, qazı və işığı kəsməklə) məhdudlaşdırır və bununla bağlı müvəqqəti təminat tədbiri ilə bağlı tərəflərindən məhkəməyə ərizə verilmişdir. İddia tələbində daha sonra qeyd edilir ki, mənzilin mülkiyyətçisi İddiaçı ilə cavabdeh Cavabdeh arasında heç bir notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmadağından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun fərdi yaşayış evinə istifadə hüququ yaranmamışdır. Göründüyü kimi, mülkiyyətçi - İddiaçı oğlu Artur Abbasovla Cavabdeh 2005-ci ildə nikaha daxil olmasından sonra hər ikisini ailə üzvü kimi mübahisəli yaşayış sahəsinə köçürmüş, onların birgə nikahdan doğulan 2 uşağı da ailə üzvü kimi bu günə kimi həmin ünvanda yaşayır. Mülkiyyətçi - İddiaçı Cavabdeh ## ###### 2008-ci ildə Bakı şəhəri ,Suraxanı rayonu, Y/Günəşli qəs, AB Y/S, ev 153, mən.61- də xüsusi mülkiyyətində olan digər mənzilinə qeydiyyata aldırmaqla onun ailə üzvü kimi mənzildə yaşamasını rəsmiləşdirmidir. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəs, AB Y/S, ev 153, mən.61-də məcburi köçkünlər yaşadığından həmin mənzilə qeydiyyatında olan oğlu Artur Abbasovu və Cavabdeh hal-hazırda yaşadığı və mülkiyyətçisi olduğu Sabunçu rayonu, ünvan 8 ünvanına ilə üzvü kimi köçürərək bu günə kimi birgə yaşayırlar.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) ilkin iddia tələbinin qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanından məcburi qaydada çıxarılması, 500 manat vəkil xərci və 50 (əlli) manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət etmişdir.

7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.5, 157.2, 157.4, 157.5, 228.1, 228.3, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1, 216-220, 242-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kirayə haqqının tutulması hissəsini rədd edərkən iddiaçının həmin mənzili kirayəyə verərək gəlir əldə etməsinin mümkün olmamasını əsas götürmüşdür. Lakin bu yanaşma hüquqi baxımdan əsassızdır. Çünki mülkiyyətçinin öz əmlakından istifadə etmək, o cümlədən onu kirayəyə vermək hüququ qanunla qorunur. Cavabdehin qanunsuz olaraq həmin mənzildə qalması nəticəsində iddiaçı öz mülkiyyət hüquqlarını həyata keçirə bilməmişdir. Bu isə iddiaçının kirayə gəlirindən məhrum olması ilə nəticələnmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halı yanlış müəyyən etmişdir. Belə ki, məhkəmə iddiaçının Suraxanı rayonu ərazisində yerləşən digər yaşayış sahəsinin məcburi köçkünlər tərəfindən zəbt edildiyini qeyd etmiş və bu halı öz mövqeyinin əsaslandırılması üçün istifadə etmişdir. Halbuki bu hal iş materialları ilə təsdiq olunmur və həqiqətə uyğun deyildir. Əslində, iddiaçının həmin ünvanda yerləşən digər yaşayış sahəsi mövcuddur və həmin mənzil boş vəziyyətdədir, orada heç bir şəxs, o cümlədən məcburi köçkünlər yaşamır. Bu hal birbaşa olaraq məhkəmənin kirayə haqqının tutulmasından imtina etməsi ilə bağlı nəticəsinə təsir etmişdir. Belə ki, məhkəmə iddiaçının guya başqa yaşayış yerinin olmamasını əsas götürərək onun mənzili kirayəyə vermək imkanının olmadığını qeyd etmişdir. Vəkil xərcləri ilə bağlı isə məhkəmə heç bir əsaslı hüquqi meyar göstərmədən məbləği öz mülahizəsinə əsasən azaltmışdır. Halbuki iş materiallarında göstərilən hüquqi yardım xərci sənədlərlə (hüquqi yardım haqqında müqavilə, ödəniş qəbzi) təsdiq edilmişdir. Məhkəmə bu xərclərin hansı əsasla “ağlabatan” hesab edilmədiyini əsaslandırmamışdır.

10. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Şikayətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbində mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmasını tam əsaslandırmışlar. Məhkəmənin ilk iddia üzrə Mülki Məcəllənin 21.1 və 21.2-ci maddəsinə istinad edərək iddiaçı İddiaçı hüquq xidməti göstərilməsi üçün vəkil Nümayəndə 1000 manat məbləğində ödənilmiş xidmət haqqının tələb edilməsi hissəsini qismən təmin edərək 500 manat vəkil xərci tutulması barədə qərar vermişdir. Hesab edirlər ki, məhkəmə bu hissədə də ədalətsiz qərar qəbul etmiş, ilk iddia üzrə cavabdeh Cavabdeh ailədə yeganə işləyən şəxs olmaqla iddiaçını və onun oğlu olan keçmiş həyat yoldaşı Artur Abbasovun banka olan kredit borcunu, habelə himayəsində olan 2 uşağını saxlamasını və xərclərini ödəməsini, 2005-ci ildən bəri kommunal xərclərin ödənilməsində iştirakını belə nəzərə almamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

13. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə öz apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, qarşı tərəfin şikayətini isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəf məhkəmə iclasına gəlməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili vəkil1 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir.

15. İşin halları, iclasın təxirə salınmasını xahiş edən nümayəndə və vəkilin iştirak edə bilməməsinə dair səbəblərin üzrlü olmasını təsdiq edən dəlillər təqdim edilməməsi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

26. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

27. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki iş üzrə hər iki tərəf apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

39. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ilkin iddianın mənzildən çıxarılmaya dair hissəsi və qarşılıqlı iddia üzrə iddialar bir-biri ilə bağlılıq təşkil etdiyindən və onlardan birinin təmini digərini istisna etdiyindən apelyasiya baxışı zamanı hər iki tələbə dair hüquq münasibətinə bütövlükdə qiymət verilməsi məqsədəuyğundur.

40. Belə ki, mənzildən çıxarılma və mənzildən istifadə hüququnun tanınmasına dair iddialar həll edilərkən araşdırılmalı olan məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrumetmə ilə bağlı nəticələrə yol verən şəxsin mübahisəli mənzil üzərində mülkiyyət və ya ondan irəli gələn digər hüquqları (istifadə və s.) olsun, lakin məhrum edilən şəxs bu hüquqlara sahib olmasın və qanunvericiliklə də təsbit edilməsin. Əgər məhrum edən şəxsin belə bir hüququ yoxdursa və ya məhrum edilən də onunla birlikdə eyni hüquqlara sahibdirsə, bu halda məhrumetmə qanunsuz sayılır.

41. Mülki işin hallarından məlum olur ki, ilk iddia üzrə cavabdeh Cavabdeh ilk iddia üzrə iddiaçının keçmiş gəlinidir. İddiaçının oğlu ilə cavabdeh Aygün Abbbasova ##.##.2005-ci il tarixdə ailə qurmuş və tərəflərin birgə nikahından hazırda yetkinlik yaşına çatmayan iki övladları vardır. Tərəflər arasında bağlanmış nikah ##.##.2024-cü il tarixli qətnamə ilə pozulmuş və tərəflərin birgə nikahından doğulmuş hər iki uşağ ananın himayəsində saxlanılmışdır. Mülki iş üzrə mübahisə olunmayan hal ondan ibarətdir ki, ilkin iddia üzrə iddiaçının oğlu ilə ilkin iddia üzrə cavabdeh ailə qurduğu gündən bu günədək ilkin iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdırlar. Hazırki apelyasiya baxışının predmeti ondan ibarətdir ki, ilkin iddia üzrə iddiaçı oğlu ilə keçmiş gəlini arasında bağlanmış nikah pozulduğu vaxtdan gəlinin mənzildə əsassız olaraq qalması səbəbindən ona dəymiş ziyan qismində aylıq 450 manat pulun ödənilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli mənzildən istifadə hüququnun tanınmalı olduğunu bildirir.

42. Hazırki işin yuxarıda göstərilən hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçının oğlu ilə ailə həyatı qurduğu vaxtdan, yəni ##.##.2005-ci ildən mübahisəli mənzildə yaşamışdır.

43. Kollegiya hesab edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti ## ####### 2009-cu ilədək yarandığından və qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan hazırkı mübahisə üzrə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

45. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır.

46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

47. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” ## ####### 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar...”.

48. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı ****** nömrəli ##.##.2001-ci il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanının mülkiyyətçisi İddiaçıdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Nəticə etibarilə işin mübahisəsiz halıdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi ev 34 ünvanında yerləşən * saylı mənzil ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir və cavabdeh 2005-ci ildən etibarən orada yaşayır. İş materiallarından o da müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən X2 ilə Cavabdeh arasında ##.##.2005-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 363 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2011-ci il təvəllüdlü X5 anası Cavabdeh yanında qalması qət edilmişdir.

49. Göründüyü kimi tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, Cavabdeh istifadə hüquqları reyestrdə qeydə alınmamış, mülkiyyətçinin isə bu hüququn davam etdirilməsinə razılığı olmamışdır. Digər tərəfdən işin halları, o cümlədən hazırkı mübahisənin xüsusiyyətləri və tərəflərin izahatları nəzərə alınmaqla müəyyən edilmişdir ki, tərəflər arasında münaqişələr mövcud olmuş, mülkiyyətçi qismində ilkin iddia üzrə iddiaçı bu münaqişələrin zəmnində evi tərk etməyə məcbur qalmış, nəticədə tərəflər arasında heç bir etibarlı ailə münasibətləri qalmamışdır.

50. Buna görə də kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli mənzilə istifadə hüququ qalmamışdır. Belə olduğu təqdirdə onun mübahisəli mənzildən mülkiyyyətçinin iradəsinin ziddinə istifadə etməklə sonuncunun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməsi üçün heç bir qanuni və hüquqi əsaslar mövcud deyildir.

51. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya * saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

52. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya * saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

53. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının məhkəmə xərclərinin bir hissəsinin ondan tutulmasının əsassızlığına dair şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işdən də göründüyü kimi ilkin iddia üzrə iddiaçının 2 tələbi olmuş və birinci instansiya məhkəməsi onlardan birini təmin, digərini rədd etmişdir. Buna görə də vəkilə ödənmiş 1000 manat pulun və dövlət rüsumu kimi ödənmiş 100 manat pulun yarısının qarşı tərəfdən tutulmasını qət etmişdir. Nəticə etibarilə işə baxan məhkəmə xərclərin bölüşdürülməsini ədalətli formada apararaq hər hansı pozuntuya yol verməmişdir.

54. Kollegiya ilkin iddia üzrə iddiaçının əldən çıxmış faydanın ödənilməsinə dair iddia tələbinə münasibətdə isə aşağıdakıları qeyd edir.

55. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Normanın tələblərindən göründüyü kimi, zərərin mövcudluğu üçün bir sıra tələblərin vəhdətdə mövcud olması şərtləşdirilmişdir.

56. İlk növbədə mübahisələndirilən əmlakın, cavabdehin qanunsuz istifadəsində olması sübuta yetirməli, cavabdeh qeyd olunan əmlakı qaytarmaqdan imtina etməli və məhrum olma nəticəsində real, yəni faktiki daşınmaz əmlaka dəymiş zərər və ya hüququ pozulmasaydı, həmin şəxsin əldə edəcəyi ehtimal edilən gəlirlərin mövcudluğu müəyyənləşdirilməlidir.

57. Artıq yuxarıda da münasibət bildirildiyi kimi mübahisəli mənzilin ilkin iddia üzrə iddiaçının mülkiyyətində olması və cavabdehin həmin mənzilfən müəyyən müddət ərzində qanunsuz istifadə etməsi işin mübahisəsiz halıdır. Hazırda isə aydınlaşdırılmalı məsələ apelyatora cavabdehin bu qanunsuz istifadəsi nəticəsində zərər dəyib-dəyməməsinin aydınlaşdırılmasından ibarətdir.

58. Mülki Məcəllənin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.

59. Qanunvericiliyin tələblərindən də göründüyü kimi mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını tələb etdiyi halda qarşı tərəfin vicdanlı yaxud vicdansız sahib olmasından asılı olmayaraq dəymiş ziyanı tələb edərkən zərərin hesablanması götürdüyü və ya götürməli olduğu gəlirlərə münasibətdə hesablanmalıdır. Hazırki işə münasibətdə isə ilkin iddia üzrə iddiaçı bu qanunsuz sahiblik dövründə nə götürdüyü, nə də götürməli olduğu gəlirlərin mövcudluğuna dair sübutlar (keçmişdə bağlanmış kirayə müqaviləsi, yaxud kirayə münasibətlərinə dair ilkin müqavilə və s.) təqdim edə bilməmiş, həmin mənzili boş olacağı halda kirayə verə biləcəyini yalnız ehtimallara söykənərək iddia etmişdir. Apelyator mübahisəli mənzilin yeganə yaşayış sahəsi olmadığını və həmin mənzilin boş qalacağını qeyd etsə və buna dair dolayı dəlillər təqdim etsə də, bu faktların doğru olması halında belə həmin mənzildən hər hansı gəlir etdiyi sübut olunmamışdır və hazırki məzmunlu mübahisələrdə ən mühüm məqam da bu halların sübuta yetirilməsindən ibarətdir.

60. Nəticə etibarilə yuxarıda da qeyd edildiyi kimi mülki hüquq pozuntusunun mövcudluğu ilə bağlı 3 vacib ünsürdən biri də həmin əməlin nəticəsində şəxsə faktiki zərərin vurulması olsa da, hazırki işdən də göründüyü kimi iddiaçıya real zərərin dəyməsi hansısa mötəbər sübutlarla öz əksini tapmamış, öz çatmağa ümid etdiklərindən məhrum olmamış və həmin dövr aralığında götürə biləcəyi hər hansı fayda qarşı tərəfin hərəkətləri ucbatında əlindən çıxmamışdır (sübut olunmamışdır).

61. Belə olan halda kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdehin əməlləri hüquqazidd və təqsirli olsa da, həmin təqsirlilik dərəcəsinə uyğun olaraq qanunamüvafiq addımlar atılmışdır və şəxsin mənzildən çıxarılması qərara alınmışdır. Lakin məhz bu əməllər nəticəsində iddiaçıya maddi zərərin dəyməsi halı isə yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapmamışdır.

62. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və hər iki apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

64. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

66. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği onu ödəmiş tərəflərin özünə aid edilməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçı İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar