Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2316/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində verdiyi şikayətinə dair toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
2. Fotoşəkillərdən görünür ki, Max ~ By Movsum adlı şəxsin profilində telefon nömrəsi +************ kimi qeyd olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən olunur ki, 554700440 Cavabdeh mobil telefon nömrəsidir.
3. ##.##.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən Dövlət vergi xidmətinə 140 manat pul ödənilmişdir.
4. ##.##.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh Etibar oğluna məxsus ************ nömrəli leobank kartına 2000 manat pul köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh şəriklik müqaviləsi üzrə 5080 manat, əldən çıxmış faydaya görə 4400 manat və vurulmuş mənəvi ziyana görə 3000 manat, ümumilikdə 12480 manat pul vəsaitinin və tərəfindən ödənilmiş 128 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh anası Nura Babayeva vasitəçiliyi ilə tanımışdır. Nura Babayeva saç və makiyaj ustasıdır və onun müştərisi olmuş, uzun müddət yanına getmişdir. Nura Babayevaya bizneslə məşğul olmaq istədiyni bildirdikdə, o, oğlu Cavabdeh kafe biznesindən anlayışı olduğunu və bununla məşğul olmaq istədiyini bildirmişdir. Ona onunla şərik olmağını təklif etdi. Belə ki, o və cavabdeh Cavabdeh 2023-cü ilin yanvar ayında birgə şərik kimi “Dönər” yeri (bundan sonra kafe) açmaq barədə razılaşmışdılar. Razılığa əsasən qeyri-yaşayış sahəsinin icarə haqqının ödənilməsi, avadanlıqların alınması və kafenin fəaliyyəti zamanı yaranacaq bütün xərclərin hər birinə mütənasib olaraq 50 faiz nisbətində qarşılamaq öhdəliyi götürmüşdür. Məhz bu səbəbdən, sahibkarlıq fəaliyyəti dövlət vergi reyestrində cavabdeh Cavabdeh adına qeydə alındı (VÖEN nömrəsi: 1806210992). İlkin olaraq o, kafenin açılması üçün Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində qeyri-yaşayış sahəsi tapmış və o, cavabdeh ilə kafeni həmin ünvanda açmaq qərarına gəlmişdir. Qeyri-yaşayış ahəsinin aylıq icarə haqqı 1500 (min beş yüz) manat təşkil etdi və mülkiyyətçi icarə pulunun ilk 2 ayını birdən tələb etdi, yəni ilkin olaraq qeyri-yaşayış sahəsinin icarəsi üçün 3000 (üç min) manat tələb etdi. O, cavabdehə hər birinin 1500 (min beş yüz) manat olmaqla ödəməli olduğunu bildirmişdir, cavabdeh isə hazırda pulunun olmadığını bildirərək həmin məbləği ödəməyini xahiş etdi. Nuranə Babayeva isə cavabdehin sözünü doğruldmaq üçün həqiqətən cavabdehin üzərin düşən pul məbləğini ödəyəcklərini, güya bu ödəməni sığortalamaq ona məxsus torpaq sahəsini satıb cavabdehin öhdəliyinə düşən pul vəsaitini ona ödəyəcəyini bildirmişdi. O, Nuranə Babayevanı uzun müddətdir tanıdığından onlara inanmışdı və 3000 manat məbləğində icarə haqqını ödəçişdir. Kafenin fəaliyyəti 2023-cü ilin mart ayında başladı. Bundan sonra kafenin stol-stulun və dönər avadanlıqlarının alınması mərhələsinə gəldikdə, cavabdeh yenə pulunun olmadığını bildirdi və lazım olan pul məbləğinin onun tərəfindən ödənilməsini xahiş etmişdi və onun ödəməli olduğu pul vəsaitini ona geri qaytaracağına vəd vermişdir. O, həmin şəxsə inandığından, artıq icarə haqqını ödədiyindən və işi yarımçıq qoymaq istəmədiyindən hissə-hissə bu xərclərə ümumilikdə 8000 manat pul vəsaiti xərcləmişdir. Bundan əlavə olaraq, məhsulların alınması, qab yuyulması üçün ləvazimatların alınması və digər xərclər üçün ümumilikdə 1000 manat pul vəsaiti xərcləmişdır. Ümumilikdə mən 12000 (on iki min) manat pul vəsaiti xərcləmişdir. Cavabdeh yenidən ona pul lazım olduğu üçün müraciət etdikdə, o, artıq pulunun olmadığını və şərik olduğunu bildirərək artıq cavabdeh tərəfindən fəaliyyət üçün lazım olan məbləğdə pul vəsaitinin ödənilməsini tələb etmişdir. Lakin cavabdeh imtina etdi və bu səbəbdən kafe 2 ay sonra 2023-cü ilin may ayında bağlandı. O, cavabdehdən ona ödənilməli olan 6000 manat pul vəsaitini ödəməsini xahiş etmişdir. Qeyd edir ki, cavabdeh ona hissə-hissə, ümumilikdə 980 manatı geri qaytarmışdırı. Bundan sonra, cavabdeh minimum 5000 manat pul vəsaitini qaytaracağına vəd verdi, bu fakt və cavabdeh arasında olan whatsapp səs yazışmasında öz təsdiqini tapır. Lakin cavabdeh vəd verdikdən sonra, geriyə qalan 5080 manat pul vəsatini bugünədək geri qaytarmamışdır. Qeyd edir ki, cavabdeh ona geriyə qalan borcunu ödəmədiyindən ondan avadanlıqların geri qaytarılmasını tələb etmişdir, o, isə avadanlıqları nisyə satdığını bildirdi. O, avadanlıqları geri qaytarmasını tələb etmişdir, cavabdeh isə avadanlıqları geri qaytarmaqdan imtina etdi. Bildirir ki, onun anası 2024-cü ilin fevral ayında rəhmətə getmişdir. O, həmin zaman yenidən Nura Babayeva və cavabdehlə əlaqə saxlamışdır və yas xərclərinin qarşılamağı üçün ona pulunu geri qaytarmalarını tələb etmişdir. Onlar isə ona nə pul, nə də avadanlıqlarını geri qaytarmayacaqlarını bildirdilər. Bundan sonra, ümumiyyətlə nə Nura Babayeva, nə də cavabdeh onunla əlaqə saxlamadılar, o, isə onlarla əlaqə saxlamaq istədikdə onun zənglərinə cavab vermədilər. Məhkəmənin nəzərinə çatdırdı ki, o, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək, Cavabdeh barəsində tədbir görülməsini xahiş etmişdir. Nəsimi RPİ-nin 22-ci PŞ-nin ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, mübahisənin mülki xarakterli olduğu qeyd edildi (cinayət işinin rədd qərarı iş materiallarına əlavə edilir). Həmin qərarda cavabdeh Cavabdeh izahatında qeyd edilmişdir ki, guya o, şərik olmağa razılıq verməmiş və ona bir kişi kimi bizneslə məşğul olmağı üçün kömək göstərəcəyini və onun görəcəyi işlər əvəzində ona müəyyən faiz ödəyəcəyini bildirmişdir. Cavabdehin həmin izahatı aşağıda qeyd etdiyi səbəblərdən tamamilə cəfəngiyyatdır və qanunsuz əməllərini ört-basdır etmək niyyəti ilə uydurulmuşdur. İlkin olaraq qeyd etdim ki, kişinin köməyinə ehtiyyacı olsa idi, öz qohumlarına müraciət edərdi. İkinci məsələ odur ki, o, cavabdehə faiz ödəyəcəkdimsə onu işçi kimi DSMFdə qeydiyyatdan keçirdərdi. Üçüncü məsələ, cavabdehin onunla şərik olmasını təsdiq edən fakt odur ki, o VÖEN-i öz adına qeydiyyata almışdır. Dördüncü və ən əsas məsələ, cavabdehin ona wotsap vasitəsi ilə göndərdiyi səsli mesajlarında özü qəbul edir ki, ona minimum 5000 manat pul məbləği geri qaytarmalıdır və şərik olduğu da etiraf edir. Bu səbəbdən cavabdehdən 5080 manat pul vəsaiti tutularaq ona ödənilməlidir. Həmçinin qeyd edir ki, cavabdeh bugünədək həmin avadanlıqların geri qaytarmaması nəticəsində də ona əlavə maddi ziyan dəymişdir. Belə ki, o, cavabdehdən avadanlıqları geri tələb etdiyi vaxt onlar qaytarılmış olsa idi, o, yeni qeyri-yaşayış sahəsi icarəyə götürərək, gəlir əldə edə bilər və ya hər hansı obyekt yiyəsinə avadanlıqları icarəyə versəydi gəlir əldə edə bilərdi. Belə olduqda isə 2023-cü ilin iyul ayından ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilənədək, yəni 22 ay ərzində hər ay minimum 200 manat olmaqla 4400 manat (22x2000=4400) qazanc əldə edə bilərdi. Bu səbəbdən əldən çıxmış faydaya görə cavabdehdən 4400 manat pul vəsaiti tutularaq ona ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmuşdur. Belə ki, o, maddi vəziyyəti yaxşı olmayan zaman gəlir əldə etmək istəmişdi, cavabdehin şərikliklə bağlı vədlərinə inanmışdı, cavabdehə inanaraq öz cibindən bütün xərcləri qarşıladı və sonda cavabdehin yalan vədləri ucbatında sahibkarlıq fəaliyyəti dayandı. Burada böyük mənəvi iztirab çekmişdir, illərlə tanıdığı Nura Babayeva və cavabdeh ona aldatdılar və pulunu geri qaytarmadılar. Hələ bu azmış kimi onun zənglərini açmadılar, bu isə ona güclü stress verdi. Buna səbəb isə odur ki, onun 2 övladı var və o, onlara baxmaq üçün gəlir əldə etmək istəyirdi, cavabdeh isə ona verməli olduğu pul məbləğini hər zəngində verəcəyinə vəd verərək aldadıb onu pis vəziyyətə qoyurdu. O, həmin pul vəsaitini alıb ən azından 5 ay dolana bilərdi, lakin cavabdeh pulunu geri qaytarmırdı. 2024-cü ilin fevralayında anası rəhmət getdi və ona yas xərclərinin qarşılamaq üçün pul lazım oldu, yenə cavabdehə zəng etmişdir və pulunu geri qaytarmasın tələb etmişdir. Cavabdeh isə ona pul verməyəcəyini bildirdi. Həm valideyni, həm də övladları qarşısında borcunu yerinə yetirə bilməməyi mənəvi olaraq ona çox ağır zərbə vurdu və o, uzun müddət bu vəziyyətin təsirindən çıxa bilməmişdir. Ona görə də cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərə görə 3000 manat pul vəsaiti ödənilməlidir. Beləliklə cavabdeh öz üzərinə düşən öhdəliyin icra etməməsi səbəbindən şəriklik müqaviləsi üzrə onun üzərinə düşən 5080 manat, həmçinin əldən çıxmış faydaya görə 4400 manat və vurulmuş mənəvi zərərə görə 3000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh Cavabdeh 11520 manat, əldən çıxmış faydaya görə 4400 manat və vurulmuş mənəvi ziyana görə 3000 manat, ümumilikdə 18920 manat pul vəsaitinin və tərəfindən ödənilmiş 147 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, pul tələbi və avadanlıqlarla bağlı iddiaçı tərəfindən irəli sürülən iddialar əsassızdır və faktiki hallarla uyğun gəlmir, odur ki, iddianın tam rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ##.##.2025-ci ildə elektron məhkəmə sisteminə daxil olmuş iddia tələbinin artırılmasına dair ərizəsinə əsasən, iddiaçı cavabdeh Cavabdeh 11520 manat, əldən çıxmış faydaya görə 4400 manat və vurulmuş mənəvi ziyana görə 3000 manat, ümumilikdə 18920 manat pul vəsaitinin və tərəfindən ödənilmiş 147 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı 11520 manat pulu cavabdehdən tələb edilməsini hansı hüquqi əsaslarla tələb etdiyini qeyd etməmişdir. İddianın mahiyyətindən yalnız o görünür ki, iddiaçı 11520 manat pulu cavabdehdən ona verilmiş borc kimi tələb edir. Lakin tərəflər arasında borc münasibətlərini, borcun məbləğini, verilməsi, qaytarılması şərtlərini, müddətini təsdiq edən heç bir yazılı müqavilə, rəsmi sənəd təqdim edilməmişdir. Tərəflər arasında borc münasibətləri deyil, birgə sahibkarlıq münasibətləri olmuşdur. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh birgə sahibkarlııq fəaliyyəti barədə razılığa gələrək 2023-cü ildə birgə şərik kimi "Dönər" yeri - kafe açmaq barədə razılaşıblar. Razılıqlarına əsasən, kafenin fəaliyyətindən əldə olunan gəlirlər hərəyə 50 faiz nisbətində bölüşdürülməlidi idi. Birgə sahibkarlıq fəaliyyəti üçün dövlət vergi xidmətində cavabdeh Cavabdeh 1806210992 nömrəsi ilə qeydiyyata alınmışdır. Bu halları iddiaçı özü də iddia ərizəsində qeyd edir. İddiaçı uzun müddət cavabdehin anası Nura Babayevanın çalışdığı gözəllik salonunun müştərisi olmuşdur. Görüşlər zamanı iddiaçı bildirmişdir ki, ailə həyatı ilə bağlı problemləri vardır, boşanmaq niyyətindədir və gələcəkdə öz maddi müstəqilliyini təmin etmək məqsədilə obyektinin (kiçik kafe/burger evi) açılmasını planlaşdırır. Cavabdehin anası ona dəfələrlə yaxın qohumlarından kömək istəməsini tövsiyə etsə də, Kəmala xanım qohumlarının bu işdən xəbərdar olmasını istəmədiyini, xüsusilə də həyat yoldaşı ilə boşanma və əmlak bölgüsü səbəbilə bu məsələni gizli saxlamaq niyyətində olduğunu bildirmişdir. O, biznes məsələlərində anasına müraciət etsə də, anas bu sahədə təcrübəsinin olmadığını açıq şəkildə qeyd etmişdir. Bundan sonra iddiaçı xahiş etmişdir ki, cavabdeh ona kömək etsin. İşlərin icrası ilə cavabdeh məşğul olsun, çünki iddiaçı öz qohumlarını bu işlərə cəlb etmək istəməmişdir, bildiyini və iddiaçı onunla görüşməsini xahiş etmişdir. Bu xahiş əsasında bir neçə dəfə üçtərəfli görüşlər (iddiaçı, cavabdeh və anası) keçirilmiş, fikir mübadiləsi aparılmışdır. Görüşlər zamanı cavabdeh iddiaçıya bildirmişdir ki, bu işdən anlayışı yoxdur. Lakin ətraflı araşdırdırıb, biznesinin riskləri və real imkanları barədə ətraflı iddiaçıya izahat verib. İddiaçı ilkin mərhələdə 30-40 min manat məbləğində vəsait xərcləməyi planlaşdırdığını, böyük obyekt açmaq istədiyini bildirmişdir. Cavabdeh isə ona bu qədər böyük məbləğlə riskə getməməyi, kiçik formatdan başlamağın daha məqsədəuyğun olduğunu tövsiyə etmişdir. Cavabdehin apardığı təxmini hesablamalara əsasən: aylıq icarə haqqı: təqribən 500-700 manat, avadanlıq, sənədləşmə və ilkin fəaliyyət xərcləri daxil olmaqla, 3-4 aylıq icarə ehtiyatı ilə birlikdə ümumi başlanğıc xərclərin 14-15 min manat təşkil edəcəyi bildirilmişdir. Eyni zamanda iddiaçıya açıq şəkildə izah edilmişdir ki, fəaliyyət uğursuz olacağı təqdirdə yalnız avadanlığa xərclənən vəsaitin bir hissəsini geri qaytarmaq mümkün ola bilər, digər xərclər isə risk hesab olunur. İddiaçı bu riskləri tam şəkildə qəbul etdiyini bildirmişdir. Daha sonra iddiaçı cavabdehə müraciət edərək, biznesin daha böyük formada qurulması üçün cavabdehin də maliyyə vəsaiti qoymağını təklif etmişdir. Cavabdeh isə maddi imkanı olmadığını və biznesə pul yatırmaq niyyətində olmadığını açıq şəkildə bildirmişdir. Bunun ardından iddiaçı cavabdehə başqa bir təklif irəli sürmüşdür: biznesə bütün maliyyə vəsaitini özünün yatıracağı, cavabdehin isə biznesin tam təşkilati və idarəetmə işləri ilə məşğul olacağı, fəaliyyət gəlir gətirdikdən sonra təmiz mənfəətin 50%-nin ona ödəniləcəyini bildirmişdir. Bu razılaşmaya əsasən cavabdehin öhdəlikləri bunlardan ibarət olmuşdur: obyektin tapılması, işçi heyətinin seçilməsi, avadanlıqların müəyyən edilməsi, sənədləşmə prosesləri, obyektin gündəlik idarə olunması və nəzarət. Yəni cavabdeh faktiki olaraq menecer və idarəçi funksiyalarını icra etməli idi. Xüsusilə qeyd edir ki, cavabdeh tərəfindən heç bir maliyyə vəsaiti yatırılması nəzərdə tutulmamışdır, cavabdeh iddiaçıdan şəxsi məqsədləri üçün heç bir pul almamışdır, hər hansı vəsaitin geri qaytarılması öhdəliyi olmamışdır, bütün maliyyə xərcləri iddiaçının öz təşəbbüsü və razılığı ilə həyata keçirilmişdir. Bütün bu proseslərin başlanğıc təşəbbüskarı iddiaçı olmuşdur. İlkin razılaşmadan sonra təxminən iki ay ərzində Bakı şəhəri üzrə müxtəlif ünvanlarda qeyri-yaşayış sahələrinin axtarışı ilə şəxsən cavabdeh məşğul olmuşdur. Baxılan obyektlərin əksəriyyətində aylıq icarə haqqı 1000 manatdan yuxarı olmuşdur. Cavabdeh iddiaçıya dəfələrlə bildirmişdir ki, başlanğıc mərhələdə maksimum 800 manat icarə haqqı olan obyekt seçmək daha məqsədəuyğundur ki, aylıq xərclər biznesi çətin vəziyyətə salmasın. Nəticədə isə obyektin seçimi iddiaçının öz təşəbbüsü ilə həyata keçirilmişdir. İddiaçı xanım Bakı şəhəri, 28 May küçəsində yerləşən obyektə üstünlük vermişdir. Cavabdeh bu obyektin yerləşmə baxımından pis olmadığını, lakin icarə haqqının yüksək (1500 manat) olduğunu dəfələrlə qeyd etmişdir və alternativ olaraq Balaxanı, Razin və şəhər kənarı əraziləri təklif etmişdir. Həmin ərazilərdə icarə haqqı daha aşağı olduğu üçün risklərin də az olacağını izah etmişdir. Lakin iddiaçı bu təklifləri qəbul etməmiş, obyektin yaşayış yerinə yaxın olmasını əsas gətirərək məhz həmin obyekti seçmişdir. Qeyd etmək istəyir ki, icarə haqqının ödənilməsi və notarial qaydada verilməsi də iddiaçı tərəfindən həyata keçirilmişdir. Belə ki, iddiaçı icarəyə götürülən obyekt üçün 3000 manat (iki aylıq icarə haqqı) məbləğində vəsaiti şəxsən özü icarədara təqdim etmiş, əlavə olaraq 280 manat məbləğində icarə vergisi ödəmişdir. İcarə müqaviləsinin cavabdehin adına rəsmiləşdirilməsinin səbəbi isə ondan ibarət olmuşdur ki, VÖEN onun adına açılmışdı və bütün sənədləşmə, dövlət qurumları ilə əlaqə, icazələrin alınması və digər bürokratik proseslərlə iddiaçının xahişi ilə cavabdeh məşğul olurdu. İcarədar tərəfindən obyektin əvvəlcədən hazırlanması üçün əlavə vaxt verilmədiyindən, işlərə dərhal başlanılmışdır. Bu mərhələdə cavabdeh, ustalarla əlaqə saxlamış, elektrik, ventilyasiya və digər texniki məsələləri həll etmiş, avadanlıqların və işçi heyətinin axtarışı ilə məşğul olmuşdur. Avadanlıq və obyektlə bağlı dəqiq plan əvvəlcədən müəyyən edilməmişdi, bütün məsələlər iddiaçı ilə birgə müzakirə olunurdu. Xərclər başladıqdan sonra iddiaçı tez-tez qərarlarını dəyişir, ilkin razılaşmalara baxmayaraq xərcləri azaltmağa çalışırdı. Nəticədə iddiaçının öz sözlərinə əsasən, icarə, avadanlıq, inventar və digər xərclər daxil olmaqla ümumi xərclər təxminən 11.000 manat təşkil etmişdir. Məsələn, obyekt üçün reklam lövhəsinin quraşdırılması üçün bazar qiyməti 1000-2000 manat arasında idi. Cavabdeh isə 200 manatlıq banner tapmış, hərflərin dəyişdirilməsi üçün 400 manat ödənilməsinə razılaşmış və quraşdırma işlərini öz əllərilə həyata keçirmişdir. Bunun səbəbi iddiaçının əvvəlcədən razılaşdırılmış 15.000 manatlıq büdcədən imtina edərək xərcləri 11.000 manatla məhdudlaşdırması olmuşdur. Halbuki ilkin razılaşmaya əsasən bu məbləğə növbəti iki ayın icarə haqqı da daxil idi. Maliyyə çatışmazlığı səbəbindən bir çox texniki məsələlər həliolunmamış qalmışdır. Məsələn, obyektin damı axmağa başladıqda usta çağırmaq üçün vəsait olmadığından, həmin problemi də şəxsən özü aradan qaldırmışdır. Digər xırda, lakin zəruri işlərin də əksəriyyəti cavabddeh tərəfindən görülmüşdür. Fəaliyyətin ilk dövrlərində kuryerə əmək haqqı ödəmək üçün də vəsait olmadığından, sifarişləri şəxsən özü şəhər daxilində çatdırmışdır. Halbuki bu, cavabdehin ilkin öhdəliklərinə daxil deyildi. Ümumilikdə, obyektin hazırlanmasına təxminən 15 gün, faktiki fəaliyyətə isə təxminən 40 gün (orucluq ayı dövründə) vaxt sərf olunmuşdur. Bu müddət ərzində cavabdeh eyni zamanda idarəçi, ofisiant, kuryer funksiyalarını yerinə yetirmişdir. Fəaliyyətin ilk günlərindən iddiaçı tərəfindən "pul qalmayıb” bildirildi. Qalan 800-1000 manat vəsait ərzaq alınmasına, gündəlik xırda xərclərə və işçinin ilk həftəlik əmək haqqına sərf olunmuşdur. Yeni açılmış obyekt olduğu üçün dövriyyə zəif idi, gündəlik gəlir yalnız cari xərcləri qarşılayırdı, lakin icarə haqqını ödəmək üçün gündə 30-60 manat çatışmırdı. Qeyd etmək istəyir ki, bu iki ay ərzində cavabdeh əvvəlki iş yerindən çıxmış, bütün vaxtını və enerjisini bu obyektə sərf etmişdir. Hər gün səhər saat 9:00-dan gecə 23:00-a qədər obyektin içində olmuşdur. Maddi vəziyyət tamamilə ağırlaşdıqda, kuryer üçün velosiped və digər xırda xərclər məqsədilə 500 manat borc götürmüşdür, əlavə olaraq öz cibindən təxminən 800 manat xərcləmişdir. Hətta şəxsi qida xərclərini belə kassaya daxil edərək şəffaflıq yaratmışdır. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, heç olmasa həftə sonları qohumlarından biri obyektə nəzarət etsin ki, cavabdeh qısa müddətlik başqa işdə çalışaraq gündəlik xərclər üçün vəsait əldə etsin. Lakin iddiaçı bunun mümkün olmadığını bildirmişdir. Nəhayət, cavabdeh iddiaçıya bildirmiş ki, ilkin razılaşmaya uyğun olaraq icarə haqqının növbəti aylar üçün ödənilməsi vaxtı çatmışdır və fəaliyyət artıq demək olar ki, "0” nöqtəsinə yaxınlaşırdı. Lakin iddiaçı əvvəlcədən razılaşdırılmış şərtlərdən imtina edərək, üçüncü şəxslərlə məsləhətləşdikdən sonra ondan növbəti ayın icarə haqqını ödəməyini tələb etmişdir. Cavabdeh isə buna etiraz edərək, əvvəldən heç bir maliyyə vəsaiti yatırmaq fikiri olmadığını və bütün bu işi yalnız gələcəkdə əldə ediləcək mənfəət hesabına qəbul etdiyini xatırlatmışdır. Bundan sonra iddiaçı yeni şərtlər irəli sürərək, guya xərclərin 50/50 bölünməli olduğunu bildirmişdir. Bu isə ilkin razılaşmalara tamamilə zidd olmuşdur. Cavabdeh iddiaçıya iki ay ərzində gördüyü bütün işləri sadaladıqda, o, bunların guya “öz marağı üçün” edildiyini bildirmişdir. Halbuki obyektin fəaliyyəti ərzində bütün fiziki və təşkilati yük tam şəkildə cavabdehin üzərində olmuşdur. Sonda cavabdeh iddiaçıdan açıq şəkildə soruşmuşdur ki, icarə haqqı ödəniləcəkmi və fəaliyyət davam edəcəkmi? İddiaçı isə "xeyr, bağla” cavabını verdi. Bu səbəbdən obyektin fəaliyyəti dayandırılmışdır. Qeyd edir ki, tərəflər arasında əmək bölgüsü aydın idi: cavabdeh tərəfindən əmək, vaxt və idarəetmə, iddiaçı tərəfindən isə maddi vəsait qoyulmalı idi. Əgər yalnız cavabdehin bu müddət ərzində sərf etdiyi əmək və vaxtın dəyəri hesablanarsa, bu məbləğ minimum 5.000 manat təşkil edər. Lakin iddiaçı bu əməyin heç birini nəzərə almamışdır. Obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməzdən əvvəl iddiaçı cavabdehə müraciət edərək soruşmuşdur: “ona nə qədər pul qaytara biləcək?” Cavabdeh ona əvvəlcədən də bildirdiyi kimi izah etmişdir ki, obyekt bağlanacağı təqdirdə mövcud avadanlıqlar satılmalı, yalnız bu halda müəyyən məbləğin geri qaytarılması mümkün ola bilər. Təxmini hesablamasına əsasən, bütün avadanlıqlar satılarsa, təxminən 4.000- 5.000 manat məbləğində vəsait əldə edilə bilərdi. İddiaçı bu izahatla razılaşmışdır. Obyekt bağlandıqdan sonra avadanlıqların sökülməsi və daşınması üçün 300 manat məbləğində xərci öz, satılan dönər aparatının pulundan ödənmişdir. Bundan sonra cavabdeh iddiaçı ilə əlaqə saxlayaraq avadanlıqların hara aparılmalı olduğunu soruşmuşdur. İddiaçı isə avadanlıqların onda qalmasını, tədricən satılmasına kömək etməyini və satıldıqca əldə olunan vəsaitin ona verilməsini xahiş etmişdir. Cavabdeh bu xahişi qəbul etmiş və avadanlıqları dayısının qarajında müvəqqəti olaraq saxlamışdır. Sonrakı 2-3 ay ərzində avadanlıqların yalnız kiçik bir hissəsi satıla bilmişdir. Bazar şəraitinə görə bəzi avadanlıqlar alınma qiymətindən təxminən 30% aşağı qiymətə satılmış, ümumilikdə təxminən 980 manat məbləğində vəsait əldə edilmişdir. Həmin məbləğ tam şəkildə idiaçıya təqdim edilmişdir. Satış prosesi zamanı cavabdeh iddiaçı ilə dəfələrlə əlaqə saxlayaraq bildirmişdir ki, avadanlıqlara maraq var, lakin alıcılar yalnız daha aşağı qiymət təklif edirlər. Cavabdeh ondan soruşmuş ki, avadanlıqları bazar qiymətindən ucuz satsın, yoxsa gözləsin. İddiaçı isə "ucuz satma” deyərək buna razılıq verməmişdir. Cavabdeh də onun bu tələbinə əməl etmişdir. Nəticədə avadanlıqlar təxminən altı ay ərzində satışda qalmış, lakin iddiaçının tələb etdiyi qiymətə alıcı tapılmamışdır. Bu müddət ərzində cavabdeh 4-5 dəfə iddiaçıya müraciət edərək avadanlıqları şəxsən götürməsini və istədiyi şəkildə satmasını təklif etmişdir. Lakin iddiaçı hər dəfə bundan imtina etmiş, avadanlıqları götürməyəcəyini bildirərək ondan pul tələb etməyə davam etmişdir. Cavabdeh ona dəfələrlə izah etmiş ki, avadanlıqları alındığı qiymətə satmaq real deyil, avadanlıqlar cavabdehin mülkiyyəti deyil, istədiyi halda avadanlıqları götürüb özü sata bilər. Buna baxmayaraq, iddiaçı avadanlıqları götürməkdən imtina etmişdir. Hazırda həmin avadanlıqlar təxminən üçüncü ildir ki, cavabdeh tərəfindən müvəqqəti saxlanılmaqda davam edir, iddiaçı isə onları təhvil almaq üçün heç bir addım atmır. Daha sonra iddiaçı cavabdeh barəsində polis orqanlarına müraciət etmişdir. Lakin aparılan araşdırma nəticəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Belə ki, o, avadanlıqları sataraq mənimsəməmiş, oğurluq etməmiş, avadanlıqları gizlətməmiş, əksinə, dəfələrlə iddiaçıya "gəlib götür" deyə müraciət etmişdir. Bu səbəbdən polis orqanları tərəfindən cinayət işinin başlanmasından imtina edilmişdir, çünki avadanlıqlar iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən yalnız müvəqqəti saxlanılmışdır. Qeyd olunanlar bir daha onu göstərir ki, avadanlıqlarla bağlı iddiaçı tərəfindən irəli sürülən iddialar əsassızdır və faktiki hallarla uyğun gəlmir. Qeyd etmək istəyir ki, dəfələrlə cavabdeh iddiaçı ilə telefon əlaqəsi saxlayaraq avadanlıqları gəlib aparmasını xahiş etmişdir. Lakin iddiaçı bu zənglərə ya cavab verməmiş, ya da əlaqədən yayınmışdır. İddiaçının ərizəsində göstərilənlərin əksinə olaraq, avadanlıqların qaytarılmaması cavabdehin imtina etməsi ilə deyil, iddiaçının özü tərəfindən təhvil alınmaması ilə bağlı olmuşdur. Cavabdeh hər zaman avadanlıqları təhvil verməyə hazır olduğunu bildirmişdir və hazırda da bu mövqe qüvvədədir. Bu hal bir daha onu təsdiq edir ki, iddiaçının avadanlıqların guya qaytarılmaması ilə bağlı irəli sürdüyü iddialar reallığa uyğun deyil və əsassızdır. Bundan başqa, birgə sahibkarlıq fəaliyyəti zamanı iddiaçının tələb etdiyi 11520 manat pulu cavabdehə birbaşa olaraq verməmişdir, cavabdeh həmin məbləği almamışdır. İddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı birgə sahibkarlıq fəaliyyəti məqsədlərində xərclənməsi üçün yalnız 2000 manat pulu ##.##.2023-cü ildə birbaşa cavabdehin bank kartına köçürmüşdür. Bundan başqa, "Dönər" yeri - kafenin icarə haqqı üçün vergi ilə birlikdə 3300 manat da cavabdehə deyil, notariusda obyekt sahibinə ödənilmişdir, bunu da iddiaçı özü iddia ərizəsində etiraf edir. Bundan başqa, kafenin ləvazimatlarına, avadanlıqlarına xərclənmiş digər vəsaitlər də iddiaçı cavabdehə verilməmiş, həmin ləvazimatların, avadanlıqların satıcılarına ödənilmişdir, bu halları iddiaçı özü iddia ərizəsində qeyd edir. Bununla belə iddiaçı qeyd edir ki, guya birgə sahibkarlıq fəaliyyətinə sərf edilmiş bütün vəsaitləri cavabdeh ona qaytaracağına söz vermişdir. Lakin yuxarıda qeyd edildiyi kimi bunu təsdiq edən heç bir sübut yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş səs yazılarında yalnız birində cavabdeh qeyd edir ki, birgə fəaliyyət zamanı alınmış avadanlıqları satdıqdan sonra, satışdan əldə olunan pulu iddiaçıya qaytaracaqdır. Burada hər hansı borcun alındığı etiraf edilmir və yalnız avadanlıqların satışından sonra pulu qaytarmaq mümkün olduğu bildirilir. Bu da tamamilə məntiqlidir və ədalətlidir, çünki cavabdeh iddiaçıdan hər hansı borc almamışdır. Cavabdehin iddiaçıya qaytardığı 980 manat da məhz avadanlığın satışından əldə edilmiş pul vəsaiti hesabına olmuşdur. Məlumat üçün qeyd edir ki, avadanlıqlar cavabdehin qohumunun qarajında Balaxanı qəsəbəsində saxlanılır, hələ də satılmamışdır, manqal, masa, ara bölmə (perqorodka), soyuducu, kassa aparatı, havalandırma, nəzarət telefonu, asan imza üçün telefon, reklam. Həmin avadanlıqlar dəfələrlə iddiaçının özünə də təklif edilmişdir, lakin iddiaçı həmin avadanlıqları qəbul etməmişdir. Avadanlıqların satılmaması səbəbi isə iddiaçının həmin avadanlıqların baha satılmasını tələb etməsidir. Əldən çıxmış fayda tələbi tamamilə əsassızdir. İddiaçı tərəfindən tələb edilən 4400 manat əldən çıxmış fayda hüquqi baxımdan tamamilə absurd və sübutsuzdur. Belə ki, hər hansı icarə müqaviləsi yoxur, gəlir əldə ediləcəyini təsdiq edən real razılaşma, bazar qiymətlərinə dair ekspertiza, gəlirin "minimum 200 manat" olacağına dair heç bir hüquqi əsas yoxdur. İddiaçının təqdim etdikləri isə sadəcə ehtimallar və arzu olunan rəqəmlərdir. Bu tələb tam şəkildə rədd edilməlidir. Mənəvi zərər tələbi qanunsuzdur. Tərəflər arasında mülki-hüquqi münasibətlər mövcud olmuşdur. Belə münasibətlərdə mənəvi zərərin ödənilməsi yalnız qanunla birbaşa nəzərdə tutulmuş hallarda mümkündür. İddiaçı tərəfindən mənəvi zərərin mövcudluğunu təsdiq edən tibbi və ya psixoloji sübutlar təqdim edilməmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixl qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X1).
10. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarında yalnız birində cavabdeh qeyd edir ki, birgə fəaliyyət zamanı alınmış avadanlıqları satdıqdan sonra, satışdan əldə olunan pulu iddiaçıya qaytaracaqdır. Burada hər hansı borcun mövcudluğu etiraf edilmir və yalnız avadanlıqların satışından sonra pulu qaytarmağın mümkün olduğu bildirilir. Bu da tamamilə məntiqlidir və ədalətlidir, çünki cavabdeh iddiaçıdan borc almamış, avadanlıqlar iddiaçının vəsaiti hesabına alınmış və sonuncuya məxsusdur. İddiaçı ona qaytarılmadığı təqdirdə cavabdehdən həmin avadanlıqları və ya onların dəyərini tələb edə bilər. Hazırda iddiaçının öz etirafına əsasən yeri olmadığından həmin avadanlıqların bir müddət cavabdehdə saxlanılmasını özü xahiş etmişdir. Cavabdehin iddiaçıya qaytardığı 980 manat pul da məhz bəzi avadanlıqların satışından əldə edilmiş pul vəsaiti hesabına olmuşdur. Məhkəmə, iddia tələbinin əldən çıxmış faydaya görə 4400 manat və vurulmuş mənəvi ziyana görə 3000 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının ziyanına cavabdehin onun göstərişlərindən kənara çıxması, habelə məhz cavabdehin təqsiri üzündən iddiaçıya zərərin vurulması sübuta yetirilməmişdir. Hazırkı mübahisədə cavabdehin əməli nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 21-ci, 777-ci, 778-ci, 779-cu, 782-ci, 783-cü, 784-cü, 786-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli * saylı qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 88-ci, 213-cü, 217.4cü, 218-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
12 Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, iş materiallarında tərəflər arasında tapşırıqmüqaviləsinin mövcudluğunu təsdiq edən hər hansı yazılı və ya etibarlı sübut mövcud deyildir. Əksinə, cavabdehin səs yazısı mövcuddur ki, həmin səs yazısında, o, qeyd edir ki, “Dönərxanalar” yerinin olması hər bir zaman onun xəyalı olmuşdur və o çox sevinclidir ki, bu işə birgə başladıq, gələcəkdə bir neçə “Dönərxanada” açarıq. Yəni dolayısı yolla cavabdeh qəbul etmişdir ki, həmin“Dönər” yeri həmçinin ona məxsusdur. Cavabdehin müstəqil qərar qəbul etməsi, vergi qeydiyyatını mənim məlumatım olmadan həyata keçirməsi və fəaliyyətin məqsədyönlü şəkildə öz adına qurulması tapşırıq münasibətlərini istisna edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işi hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.4. Vəkalət alanın ödəmə qabiliyyətinin olmadığı halda vəkalət verən saxlama hüququnu vəkalət alan üçün saxlamaqla, ondan öz adından, lakin vəkalət verənin hesabına əldə etdiyi daşınar əşyaları verməyi tələb edə bilər. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. 786.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa və ya tapşırığın xarakterindən ayrı şərt irəli gəlmirsə, vəkalət verən və ya vəkalət alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə tapşırıq müqaviləsinə xitam verilir. 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
e) Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Hazırkı işin faktiki hallarına əsasən tərəflər arasında biznes qurmaq məqsədilə şifahi razılaşma olmuşdur. İddiaçı şərikli biznes qurarkən xərclərin aralarında bölündüyünü və bərabər şəkildə 50 faiz olmaqla hər iki tərəfin pul qoymalı olmasını iddia edir. Cavabdeh isə biznesə bütün maliyyə vəsaitini iddiaçının yatıracağını, cavabdehin biznesin tam təşkilati və idarəetmə işləri ilə məşğul olacağını, fəaliyyət gəlir gətirdikdən sonra təmiz mənfəətin 50%nin ona ödəniləcəyini, cavabdeh tərəfindən maliyyə vəsaitinin yatırılmasının nəzərdə tutulmadığını, iddiaçıdan şəxsi məqsədlər üçün pul alınmadığını, hər hansı vəsaitin geri qaytarılması öhdəliyinin olmadığını, bütün maliyyə xərclərinin iddiaçının öz təşəbbüsü və razılığı ilə həyata keçirildiyini bildirir.
25. İşin məhkəmə iclasında tədqiq edilən halları ilə şərikli biznes qurularkən xərclərin tərəflər arasında bölündüyü və bərabər şəkildə 50 faiz olmaqla hər iki tərəfin pul qoymalı olması müəyyən edilməmişdir. Bu fakt səs yazıları və fotoşəkillərlə də sübuta yetirilmir.
26. İddiaçı tərəfindən təqdim edilmiş səs yazılarında yalnız birində cavabdeh qeyd edir ki, birgə fəaliyyət zamanı alınmış avadanlıqları satdıqdan sonra, satışdan əldə olunan pulu iddiaçıya qaytaracaqdır. Burada hər hansı borcun mövcudluğu etiraf edilmir və yalnız avadanlıqların satışından sonra pulu qaytarmağın mümkün olduğu bildirilir. Bu da tamamilə məntiqlidir və ədalətlidir, çünki cavabdeh iddiaçıdan borc almamış, avadanlıqlar iddiaçının vəsaiti hesabına alınmış və sonuncuya məxsusdur. İddiaçı ona qaytarılmadığı təqdirdə cavabdehdən həmin avadanlıqları və ya onların dəyərini tələb edə bilər. Hazırda iddiaçının öz etirafına əsasən yeri olmadığından həmin avadanlıqların bir müddət cavabdehdə saxlanılmasını özü xahiş etmişdir. Cavabdehin iddiaçıya qaytardığı 980 manat pul da məhz bəzi avadanlıqların satışından əldə edilmiş pul vəsaiti hesabına olmuşdur.
27. Belə olan halda da kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.