Məhkəmə qərarları › İş №e-2(3-6)-2344/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2344/2026

05.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2344/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI xxxx İddiaçı cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh qarş iş üzrə (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, xxxx İddiaçı iştirakları ilə, Işin halları 1.

2. Iş materiallarında olan ASC Cavabdeh Idarə Heyətinin sədri-Baş icraçı direktor vəzifə səlahiyyətlərini icra edən cənab K.N.Məcidova Bankın Kredit Idarəsinin Korporativ kreditlərin təhlili şöbəsinin böyük mütəxəssisi İddiaçı ərizə ilə müraciət edərək, onun ## ###### 2025-ci il (son iş günü) tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

3. Iş materiallarında olan Cavabdehəhmdar Cəmiyyəti Cavabdehn ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən "ASC "xxxx" Bankı/Baş Idarə/Kredit Idarəsi/Korporativ kreditlərin təhlili şöbəsi" bölməsində "Bankın Kredit Idarəsinin Korporativ kreditlərin təhlili şöbəsinin böyük mütəxəssisi" vəzifəsində işləyən İddiaçı Fizuli oğlu ilə bağlanmış *******000200 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən ##.##.2025-ci il tarixindən xitam verilməsi və işçinin ##.##.2018 tarixindən ##.##.2025 tarixinə qədər istifadə edilməmiş 35 məzuniyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə Idarəsinə həvalə edilməsi əmr edilmişdir.

4. Iş materiallarında olan Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli, BO-XO-##.##.****-*** nömrəli müraciətin cavablandırılması haqqında məktubuna əsasən, onunla Bank arasında bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində Banka təqdim edilmiş “işdən azad olunmaq barədə” yazılı ərizə, habelə Bankın Əmək və X13 (ƏMAS) kabinetinə daxil olmuş müvafiq müraciət əsasında xitam verildiyi bildirilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin dördüncü cümləsinə əsasən əmək müqaviləsi istinad edilən maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsinin olmaması barədə məlumat verilmişdir.

5. Iş materiallarında olan ##.##.2025-ci il tarixli ASC Cavabdeh “Sumqayıt” filialının direktoru v.m.i.e və KKK-nin sədri vəzifəsini icra etdiyi müddətdə verilmiş kreditlə bağlı Audit zamanı yaranmış suallara X4 cavab protokoluna əsasən, X4 müştərinin iş yerindən sorğusunun ona təqdim edilmədiyini, borcalan X5 krediti rəsmiləşdirən və sifarişi qəbul edən İddiaçı vasitəsi ilə gəlməsinin təxmini yadında olduğunu, Komitə iclasından 3 gün əvvəl edilmiş dəyişikliyə dair İddiaçı tərəfindən məlumatlandırılmadığını bildirmişdir.

6. Iş materiallarında olan ASC Cavabdeh Idarə Heyətinin sədri-Baş icraçı direktor vəzifə səlahiyyətlərini icra edən cənab K.N.Məcidova Bankın Kredit Idarəsinin Korporativ kreditlərin təhlili şöbəsinin böyük mütəxəssisi İddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli izahatda qeyd olunmuşdur:

7. “Yazıb sizə bildirmək istəyirəm ki, ##.##.2024-cü il tarixində ASC Cavabdehn “Sumqayıt” filialında “Hər kəsə” kredit kampaniyası çərçivəsində 48 ay müddətinə borcalan X5 (birgə borcalan həyat yoldaşı X1) illik 12% olmaqla, 35000 AZN kredit rəsmiləşdirmişəm. Ilkin sifariş üzrə sənədlər KKK-nın üzv və katibi olan kredit şöbə rəisinə təqdim edilmişdir. Müştəri ilə sifariş qəbulundan sonra şöbə rəisi özü ilkin analiz prosesini aparmışdır. Müştəri filiala heç bir tanışlıq və vasitəçilik olamadan müraciət edib. Bütün sənədlər “dosye” şəklində şöbə rəisinə təqdim edilir və o da öz növbəsində kredit barədə qərarın qəbul edilməsi üçün dosyeni KKK-nə çıxarır. Bütün sifarişlərdə olduğu kimi müştəri müraciət edərkən və DKM-ə əlavə edilən bütün işlər dosye şəklində şöbə rəisinə təqdim edilir. (AKB, ASAN finans, arayış və digər sənədlər). Yenilənməsi də tələb edildikdə yenilənir və yenisi təqdim edilir. Birgəborclaanın ASAN finans arayışında olan ilkin və son dəyişikliyə baxmamışam. Əmək haqqısının artırılması və azaldılması ilə bağlı məlumatlı deyiləm. Bu nöqsanla bağlı diqqəsizlik və bilməyərəkdən baş verməsini üzrlü sayılmasını xahiş edirəm. 8 ilə yaxın bankda işlədiyim dövrdə öz şəxsi nömrəmi belə (halbuki, şöbə rəisinin israrlı olmasına baxmayaraq) müştərilərə təqdim etməmişəm (Filial əməkdaşları bunun şahidi olub). Bankın strategiyasına uyğun olaraq sağlam portfelin formalaşması üçün çalışmışam. Sumqayıt filialının kredit şöbəsinin iş yükünün həll edilməsində maksimum çalışmışam. Xahiş edirəm, qeyd olunanları nəzərə alasınız.”

8. Iş materiallarında olan ASC Cavabdeh Idarə Heyətinin sədri-Baş icraçı direktor vəzifə səlahiyyətlərini icra edən cənab Kamran Məcidova “Sumqayıt” filialının direktor müavini X4 tərəfindən verilmiş izahata əsasən o, X5 ##.##.2024-cü il tarixdə filiala yaxınlaşdığını və onu kredit şöbəsinin aparıcı mütəxəssisi İddiaçı qəbul etdiyini, ##.##.2024- cü il tarixində iş yerinin sorğu edildiyini və 100 AZN əmək haqqı aldığının göründüyünü, ona ##.##.2024-cü il tarixli iş yeri arayışı əsasında 1475 AZN əmək haqqı olmaqla kredit verildiyini, əməkdaş İddiaçı ##.##.2024-cü il tarixli arayış barəsində heç bir məlumat vermədiyini bildirmişdir.

9. Iş materiallarında olan ASC Cavabdehn “Sumqayıt” filialında aparılmış audit zamanı aşkarlanmış tapıntılara dair audit subyektinin qeydlərinə əsasən X5 - 35000 AZN, ##.##.2024-cü il, Annuitet - ASC İ Cavabdeh Zaminliklə və ya təminatsız verilən istehlak krediti götürmüş, birgə borcalanın Asan finans iş yerinə dair arayışa əsasən nəzərə alınmış əmək haqqı gəliri kreditin verilməsindən 3 gün əvvəl (##.##.2024) 100 AZN-dən 1475 AZN-ə dəyişdirilmişdir. Müştəri həmin MMCnin icraçı direktoru qeyd olunmuşdur. Audit zamanı yenidən asan finans iş yerindən arayış yoxlanıldı, krediti götürüldükdən 1 gün sonra əmək haqqının 1475 AZN-dən 100 AZN dəyişdirildiyi aşkarlandı. Bu da müştərinin vəzifə səlahiyyətlərindən istifadə etməklə öz əmək haqqısını kredit götürmək məqsədilə artırdığını və real əmək haqqının 1475 AZN olmadığı fikrinə gəlməklərin əsas verdiyindən bu barədə müvafiq əmədaşlardan izahatlar alınmış və tədbir görülmüşdür.

10. Iş materiallarında olan Cavabdeh Cavabdehəhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh Cavabdehəhmdar Cəmiyyəti borcalan İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 81000 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 360 ay müddətinə ipoteka krediti vermişdir.

11. Iş materiallarında olan Cavabdeh Cavabdehəhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Satıcı ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ## #### 2017-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi 1117019827 və reyestr nömrəsi 007011000162-05101-093049 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Alıcı-Ipoteka qoyanın mülkiyyətinə verir.

12. Iş materiallarında olan Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh üzrə ##.##.2025ci il tarixli, XB-K1-##.##.****-*** nömrəli “Bankın “Sumqayıt” filialının (bundan sonra – Filial) direktor müavini X6 xəbərdarlıq edilməsi məqsədilə” əmrdən çıxarışa əsasən Filialda ##.##.2024-cü il tarixində verilmiş kredit üzrə müştərinin maliyyə vəziyyəti və ödəmə qabiliyyəti düzgün müəyyən edilməmişdir. Beləliklə, R.D.Hüseynov Filial direktrou vəzifələrini icra etdiyi müddətdə Filialın Müştəri xidməti şöbəsinin işinə düzgün və lazımi qaydada nəzarət edə bilmədiyi üçün ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, xəbərdarlıq edilməsi əmr edilmişdir.

13. Iş materiallarında olan İddiaçı təqdim olunmuş sertifikata əsasən İddiaçı 17 iyun – ## #### 2023-cü il tarixlərində keçirilən biznes ünsiyyət və danışıqaparma vərdişləri mövzusunda kursu müvəffəqiyyətlə bitirmişdir.

14. Iş materiallarında olan sertifikata əsasən İddiaçı 20 may – ## ### 2023-cü il tarixlərində keçirilən daşınmaz və daşınar əmlakın girov məqsədilə qiymətləndirilməsi mövzusunda kursda iştirak etmişdir.

15. Iş materiallarında olan sertifikata əsasən İddiaçı 1C/Mühasibatlıq uçotu kursunu bitirmişdir.

16. Iş materiallarında olan sertifikata əsasən İddiaçı ##.##.2016-##.##.2016-cı il tarixlərində keçirilən “Müştəri Məmnuniyyəti: Konfliktlərin idarə olunması, stressin idarə olunması, bədən dili” təlimini uğurla başa vurmuşdur.

17. Iş materiallarında olan sertifikata əsasən İddiaçı 29 aprel – ## ##### 2023- cü il tarixlərində keçirilən müştəriyə yönəlmiş yanaşmanın əsasları mövzusunda kursu müvəffəqiyyətlə bitirmişdir.

18. Həmçinin iş materiallarına “WhatsApp” mobil tətbiqi vasitəsilə olan yazışmaları əks etdirən müvafiq ekran görüntüləri əlavə edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

19. xxxx İddiaçı cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh “Əmək müqaviləsinə xitam verilməsi barədə” XB-K1-##.##.****-*** nömrəli, ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı "ASC "xxxx" Bankı/Baş Idarə/Kredit Idarəsi/Korporativ kreditlərin təhlili şöbəsi" bölməsində "Bankın Kredit Idarəsinin Korporativ kreditlərin təhlili şöbəsinin böyük mütəxəssisi" vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı işdən çıxarıldığı ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) hesablanaraq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh mediasiya sessiyası üçün ödənilmiş 60 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı (bundan sonra “xxxx”) ilə cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış ##.##.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh bankda Kredit Idarəsinin Korporativ kreditlərin təhlili şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləmişdir. Işlədiyi dövrdə hər hansı intizam tənbehi almamış və daim nümunəvi fəaliyyət ilə seçilmişdir. 2025-ci ilin noyabr ayının əvvəllərində iddiaçı işini davam etdirərkən bankın Kredit Idarəsinin rəisi X2 onu çağıraraq rəhbərliyin fəaliyyətində qüsur aşkarladığını və buna görə ərizə yazmağının tələb olunduğunu bildirmişdir. xxxx hər hansı qüsura yol vermədiyini bildirərək ərizə yazmaqdan imtina etmişdir. Daha sonra Işlər idarəsinin əməkdaşı Anar Mustafazadə ərizə yazmağını tələb etmiş və bildirmişdir ki, rəhbərlik deyib yazmalısan. Səbəbi soruşanda, o bildirmişdir ki, səbəbi demirlər, sadəcə ərizəni yazmalı olduğu bildirilibdir. xxxx rəhbərliyin tapşırığı olduğundan və imtina edərsə bir bəhanə ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam veriləcəyindən ehtiyat etdiyindən təzyiq altında konkret tarix (##.##.2025) göstərməklə işdən öz xahişi ilə azad olma barədə ərizə yazmışdır. Həmin ərizə əsasında iddiaçının əmək müqaviləsinə ##.##.2025-ci il tarixli, XB-K1- ##.##.****-*** nömrəli əmrlə ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə tam qanunsuz xitam verildiyindən, o cümlədən başqa işi olmadığından, ipoteka və işçi krediti olmaqla iki krediti olduğundan və əmək müqaviləsinə bu formada xitam verilə bilməyəcəyi barədə vəkillə məsləhətləşdikdən sonra Cavabdehə ərizənin etibarsız sayılması və işə bərpa barədə ##.##.2025- ci il tarixli ərizə ilə müraciət etmişdir. Eyni tarixdə - ##.##.2025-ci il - Bakı 11 X10na da müraciət etmişdir. Müraciət ilə bağlı Cavabdehin əməkdaşları onu qəbul edib problemi həll edəcəklərini bildirsələr də, nəticə olmamış və mediasiya sessiyası da müsbət nəticələnməmişdir. Bundan sonra, Bakı 11 X10 tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixli prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. xxxx işdən çıxarılmağını tam qanunsuz hesab edir. Belə ki, faktiki olaraq onun işi olmadığından, iki krediti olduğundan anidən konkret tarix göstərməklə ərizə yazmağı adi məntiqi mülahizə ilə də onun işdən azad edilmə barədə ərizə yazmağa məcbur edildiyinin göstəricisidir. Həmçinin, iddiaçı ərizəni yazdığı tarixdən 1 ay keçməmiş Cavabdehə yenidən ərizə verərək işdən azad olunma barədə ərizənin etibarsız sayılmasını və işə bərpa edilməyini xahiş etsə də qanunun tələblərinə əməl edilməmişdir. Bundan əlavə, Cavabdeh xəbərdarlıq müddətini gözləmədən onunla bağlanmış əmək müqaviləsinə dərhal xitam vermişdir. Halbuki, ərizədə əmək müqaviləsinə dərhal xitam verilməsini əsaslandıran hər hansı dəlil göstərilməmişdir.

21. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyinin * saylı Ixtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika Idarəsinin X8 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi ##.##.2025-ci il tarixli **-*-*/*-*K-***/**** saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün X8 əmək haqqı ödənilməklə onun, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyinin * saylı Ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika Idarəsinin * saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsinin sementləyici aqreqatın motorçusu vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin «Azneft» Istehsalat Birliyindən dövlət rüsumunun əvəzi kimi X8 xeyrinə 60 (altmış) manatın, dövlət nəfinə 40 (qırx) manat məbləğində pulun tutulması qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə, 69-cu maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 7-ci hissəsinə, 83-cü maddəsinə, 292-ci maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2023-cü il Qərarına, Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 360-cı maddələrinə, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdehn nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək münasibətlərinin əsas təməl prinsiplərindən biri “könüllülük” prinsipidir. Bu prinsip əmək hüququnun mahiyyətindən irəli gəlir və əmək münasibətlərinin yaranmasında, davam etdirilməsində, həm də onlara xitam verilməsində tərəflərin sərbəst iradəsinin əsas olduğunu ifadə edir. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin“a” bəndində əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilməsinin nəzərdə tutulması da məhz bu prinsipin hüquqi ifadəsidir. Qanunverici bu norma ilə əmək münasibətlərinin könüllülük prinsipi əsasında qurulduğunu təsbit etmiş və həm işçiyə, həm də işəgötürənə qanunda nəzərdə tutulan qaydada əmək münasibətlərinə xitam vermək hüququ tanımışdır. Hazırkı iş üzrə əmək müqaviləsinə xitam verilməsi məhz iddiaçının yazılı ərizəsi əsasında həyata keçirilmişdir. Iş materiallarında iddiaçının yazdığı və imzaladığı ##.##.2025-ci il tarixli ərizə mövcuddur. Həmin ərizə işəgötürən tərəfindən qəbul edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq əmr verilmiş və əmək münasibətlərinə xitam rəsmiləşdirilmişdir. Iş üzrə xüsusilə mühüm hal ondan ibarətdir ki, iddiaçı da etiraf etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni şəxsən özü yazmışdır. Bu fakt artıq ərizənin işçinin təşəbbüsü ilə təqdim olunduğunu mübahisəsiz şəkildə təsdiq edir. Hüquqi baxımdan yazılı ərizə işçinin iradəsini ifadə edən rəsmi sənəd hesab olunur və belə iradənin etibarsız sayılması yalnız onun məcburetmə, hədə-qorxu, aldatma və ya digər hüquqazidd təsir altında verildiyi sübutlarla təsdiq edildiyi halda mümkündür. Belə bir sübut isə mövcud deyildir. Məhkəmə iddiaçının kredit öhdəlikləri mövcud olduğundan könüllü şəkildə işdən çıxmasının “real həyat şəraitinə uyğun olmaması” kimi qiymətləndirmişdir. Lakin bu yanaşma hüquqi deyil, daha çox mülahizə xarakteri daşıyır. Şəxsin kredit borcunun olması onun əmək münasibətlərinə xitam verməsini mümkünsüz edən hal kimi qiymətləndirilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş əsas üzrə əmək müqaviləsinə xitam verilməsi hər hansı əlavə şərtin, səbəbin və ya xüsusi halların mövcudluğu ilə əlaqələndirilməmişdir. Şəxsin işdən çıxmaq üçün ərizə verməsinin maddi baxımdan məntiqli və ya məqsədəuyğun hesab olunmaması onun nəticəsini dəyişmir. Lakin, məhkəmə hüquqi faktları deyil, şəxsin gələcək davranışına dair ehtimalları və fərdi həyat seçimlərini nəzərə almışdır. Halbuki əmək mübahisələrində əsas meyar işçinin işdən çıxma barədə qərarının əsaslandırılmış olub-olmaması deyil, işəgötürənin qanuna uyğun davranıb-davranmamasıdır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “iş materiallarından görünür ki, əmək müqaviləsinə xitam verilməsi işçinin ərizəsində göstərilən tarixdə dərhal həyata keçirilmiş, bu zaman əmək qanunvericiliyində nəzərdə tutulmuş xəbərdarlıq müddətinə riayət edilməmişdir.” xxxx tərəfindən təqdim edilmiş ərizədə əmək münasibətlərinə xitam verilməsinin konkret tarixi göstərilmiş və əmək müqaviləsinə xitam məhz işçinin müəyyən etdiyi tarixdə rəsmiləşdirilmişdir. Bu səbəbdən məhkəmənin “xəbərdarlıq müddətinə əməl edilməməsi” barədə nəticəsi qanunun tələblərinə ziddiyyət təşkil edir. Əksinə, işçinin ərizəsində müəyyən etdiyi tarixdə əmək münasibətlərinə xitam verilməsi onun iradəsinə uyğun davranış olmaqla Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğundur. Hazırkı iş üzrə məhkəmənin gəldiyi nəticə iş materiallarında mövcud olan faktiki halların tam və obyektiv qiymətləndirilməsinə, eləcə də əmək qanunvericiliyinin mahiyyət və məqsədinə uyğun deyildir. Məhkəmə nəticə etibarilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin “guya” onun həqiqi və sərbəst iradəsini əks etdirmədiyi qənaətinə gəlmiş, lakin bu nəticə obyektiv sübutlardan deyil, əsasən ehtimal, fərziyyə və subyektiv qiymətləndirmələrdən çıxış edilərək formalaşdırılmışdır. Məhkəmə kredit əməliyyatı ilə bağlı iddiaçıdan ##.##.2025-ci il tarixində izahat alınmasını və bundan 4 gün sonra onun əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmasını əsas götürərək işçiyə təzyiq göstərilməsi ehtimalını gücləndirən hal hesab etmişdir. Daxili araşdırma aparılması işəgötürənin qanunla müəyyən edilmiş idarəetmə və nəzarət funksiyasının tərkib hissəsidir. Qeyd edilməlidir ki, istənilən təşkilatda müəyyən əməliyyat və ya hadisə ilə bağlı əməkdaşlardan izahat alınması normal xidməti prosedur hesab olunur və işçiyə qarşı təzyiq, hədə-qorxu və ya məcburetmə kimi dəyərləndirilə bilməz. Həmçinin, həmin araşdırma sadəcə iddiaçı barəsində aparılmamış, Filial üzrə həyata keçirilmiş kredit əməliyyatları üçün nəzərdə tutulmuşdur. Bu zaman, həmin əməliyyatlarla bağlı məsul şəxslərdən izahatın alınması bank daxili prosedur qaydasıdır. Əgər məhkəmə iddiaçının subyektiv fikirləri əsasında cavabdehin təzyiq göstərdiyi qənaətinə gəlirsə, bu halda gələcəkdə hər bir əməkdaş tərəfindən könüllü şəkildə ərizə yazıla, sonradan “məcburetmə və təzyiq” kimi təqdim edilə bilər ki, bu da əmək münasibətlərində hüquqi sabitlik prinsipini ciddi şəkildə zədələyər. Məhkəmə əsas arqumentlərdən biri kimi hadisələrin qısa zaman intervalında baş verməsini göstərmişdir. Lakin, xronoloji yaxınlıq hadisələr arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq etmir. Hüquqda səbəbli əlaqənin müəyyən edilməsi üçün hadisələr arasında sadəcə zaman uyğunluğu deyil, bir hadisənin digərini obyektiv, birbaşa və qaçılmaz şəkildə doğurduğu müəyyən olunmalıdır. Lakin, indiki vəziyyətdə belə bir bağlılıq mövcud deyildir. Belə ki, iddiaçının aparılan araşdırma ilə bağlı təqsiri müəyyən edilməmiş, ona qarşı intizam icraatı başlanmamış, hər hansı intizam tənbehi tətbiq edilməmiş, 70-ci maddə ilə əmək müqaviləsinə xitam verilməsi proseduru başladılmamışdır. Ümumiyyətlə, iddiaçıya “işdən çıxarılacaqsan”, “70-ci maddə tətbiq ediləcək” və ya buna bənzər məzmunlu hər hansı rəsmi bildiriş, yazılı xəbərdarlıq və ya göstəriş olmamışdır. Bu səbəbdən sadəcə araşdırma ilə ərizənin yaxın tarixlərdə baş verməsi məcburetmənin mövcudluğunu sübut edən hal deyil. Məhkəmə həmçinin digər əməkdaş – X6 münasibətdə yalnız xəbərdarlıq tətbiq olunmasını iddiaçıya qarşı dolayı təzyiqin göstəricisi kimi qiymətləndirmişdir. Halbuki, işəgötürən araşdırma nəticəsində hər bir əməkdaşın davranışını ayrıca qiymətləndirmiş, təqsir müəyyən etdiyi şəxsə münasibətdə intizam tədbiri tətbiq etmiş, iddiaçıya münasibətdə isə heç bir tədbir görməmişdir. Əmək qanunvericiliyinə əsasən işəgötürənin intizam tədbiri tətbiq edib-etməmək məsələsində sərbəst seçim səlahiyyəti mövcuddur. Yəni işəgötürən konkret halın xarakterini, pozuntunun ağırlıq dərəcəsini, işçinin əvvəlki əmək fəaliyyətini, nəticələri və digər halları qiymətləndirərək intizam tənbehi tətbiq edə, daha yüngül tədbir görə və ya ümumiyyətlə heç bir intizam tədbiri tətbiq etməyə bilər. Iş materiallarından görünür ki, həmin araşdırma nəticəsində iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi müəyyən edilməmiş və barəsində tədbir görülməmişdir. Bu baxımdan, iddiaçıdan izahatın alınması onun mütləq şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılacağı anlamına gəlmir. Əmək müqaviləsinə xitam verilməsi işəgötürənin istifadə edə biləcəyi mümkün tədbirlərdən yalnız biridir, bu məsələdə işəgötürənin qiymətləndirmə və seçim hüququ vardır. Deməli, iddiaçının guya “işdən çıxarılmaq qorxusu” altında ərizə yazdığı barədə nəticə yanlız ehtimala əsaslanır. Əmək mübahisələrində məhkəmə ilk növbədə işəgötürənin qanunla nəzərdə tutulmuş prosedur qaydalarına əməl edibetmədiyini araşdırmalıdır. xxxx ilə mövcud olan əmək müqaviləsinə xitam işçinin yazılı ərizəsi əsasında rəsmiləşdirilmiş, müvafiq əmr verilmiş, xitamın əsası əmrdə düzgün göstərilmiş və prosedur qaydalarına riayət olunmuşdur. Həmçinin, işçi ilə son haqq-hesab aparılmışdır. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki,“Yəni eyni hadisə üzrə məsuliyyət daşıyan digər vəzifəli şəxsə qarşı daha yüngül tədbir görülmüş, iddiaçı ilə bağlı isə əmək münasibətlərinə xitam verilməsinə səbəb olan “ərizə yazdırılması” yolu seçilmişdir.” Nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən aparılmış daxili araşdırma bu iş üzrə mübahisənin predmeti deyildir. Həmin araşdırmanın düzgün, ədalətli aparılıb-aparılmaması, işçilərə münasibətdə ədalətli tədbir görülüb görülməməsi hazırkı məhkəmə prosesi çərçivəsində araşdırıla bilməz. Aparılmış araşdırma o halda məhkəmə tərəfindən araşdırıla bilərdi ki, iddiaçı həmin əsaslarla işdən azad edilmiş olardı. Sözügedən mübahisə isə əmək müqaviləsinə xitam verilməsinin qanuniliyinə aid olmaqla, məhkəmə araşdırmasının predmeti iddiaçının təşəbbüsü ilə verdiyi ərizənin qüvvəsi və həmin ərizənin sərbəst iradəni əks etdirib-etdirməməsi ilə məhdudlaşır. xxxxnın iradə ifadəsinin mövcudluğunu istisna edən hər-hansı mötəbər sübut isə mövcud deyildir. Şərhedilənlər birinci instansiya məhkəməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsasların olduğuna dəlalət edir. xxxx əmək müqaviləsinə xitam verilməsinin onun sərbəst iradəsini ifadə etmədiyini iddia edir. Buna görə də məhz iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğunolaraq həmin təzyiqin və məcburetmənin mövcudluğunu təsdiq edən sübutlar təqdim etməlidir. Lakin iddiaçı irəli sürdüyü dəlillərini əsaslandıra bilməmiş, işəgötürənin iddiaçını “ərizə yazmağa məcbur etdiyini” göstərən hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, işəgötürən tərəfindən təqdim olunmuş sənədlər — işçinin yazdığı və imzaladığı ərizə, həmin ərizə əsasında verilmiş əmrlə əmək müqaviləsinə xitam verilməsi — işəgötürənin mövqeyini təsdiq edən rəsmi sübutlardır. Beləliklə, sübutetmə yükünün bölüşdürülməsi baxımından iddiaçının irəli sürdüyü tələblər sübut olunmadığından, məhkəmənin həmin iddialara əsaslanaraq nəticəyə gəlməsi Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Qətnamədən görünür ki, məhkəmə hadisələrin xronoloji yaxınlığına, daxili araşdırmanın aparılmasına və ümumi ehtimal mülahizələrinə istinad etməklə kifayətlənmişdir. Məhkəmə işin faktiki hallarını və sübutları tam araşdırmamış, iş üzrə mövcud sübutları lazımi qaydada qiymətləndirməmişdir. Bununla da, iş üzrə səhv nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə ## ###### 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki: məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Hazırki işdə məhkəmənin qətnaməsi yol verilmiş pozuntular səbəbindən qanuni və əsaslı hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. xxxx İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti tamamilə formal xarakter daşıyır və məhkəmənin gəldiyi nəticəni inkar etmək üçün heç bir mötəbər dəlil şikayətdə qeyd edilməmişdir. Birinci instansiya məhkəməsində və iddia ərizəsində bildirdiyi kimi, əmək müqaviləsinə xitam verilməsinin əsasını təşkil etmiş ərizə rəhbərliyin tələbi və ona edilmiş hədə-qorxu əsasında məcburiyyətdən yazılmışdır və iradəsini ifadə etməmişdir. Iş materiallarından göründüyü kimi, ##.##.2025-ci il tarixdə ərizə alınmış və elə həmin tarixli əmr ilə də əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Bununla da AR Əmək Məcəlləsinin 69.7-ci maddəsi pozulmuşdur. Əmək müqaviləsinə tam qanunsuz xitam verildiyindən, o cümlədən başqa işi olmadığından, ipoteka və işçi krediti olmaqla iki krediti olduğundan və əmək müqaviləmə bu formada xitam verilə bilməyəcəyi barədə vəkillə məsləhətləşdikdən sonra cavabdehə ərizənin etibarsız sayılması və işə bərpa barədə ##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmiş və eyni tarixdə - ##.##.2025-ci il - Bakı 11 X10na da müraciət etmişdir. Cavabdeh hər şeyi formallığa bağlamaqla və qanunvericiliyin müddəalarına əlaqəsiz formada istinad etməklə məsuliyyətdən yayınmağa və həqiqəti gizlətməyə çalışır. Faktiki olaraq işi olmadığından, iki krediti olduğundan anidən konkret tarix göstərməklə ərizə yazmağı adi məntiqi mülahizə ilə də işdən azad edilmə barədə ərizə yazmağa məcbur edildiyinin göstəricisidir. Birinci instansiya məhkəməsində təqdim edilmiş araşdırma materialları da bunu bir daha təsdiq etdi. Həmçinin, ərizəni yazdığı tarixdən 1 ay keçməmiş cavabdehə yenidən ərizə verərək işdən azad olunma barədə ərizənin etibarsız sayılmasını və işə bərpa edilməyini xahiş etsə də, qanunun tələblərinə əməl edilməmişdir. Cavabdeh xəbərdarlıq müddətini gözləmədən bağlanmış əmək müqaviləsinə dərhal xitam vermişdir. Halbuki, ərizədə əmək müqaviləsinə dərhal xitam verilməsini əsaslandıran hər hansı dəlil göstərilməmişdir. Əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə xitam verilməsi üçün əsas olmamışdır və AR Əmək Məcəlləsinin 69.4-cü maddəsinə uyğun olaraq xəbərdarlıq müddətində ərizəni geri götürmüşdür. Yəni cavabdeh bu hissədə də qanunu pozmuşdur. Belə ki, qanunvericilik işçinin əmək müqaviləsinə ərizədə göstərildiyi gün xitam verilməsinə yol verilən halların məhdud dairəsini müəyyən etmişdir və yalnız həmin şərtlər olduqda işəgötürən tərəfindən əmək müqaviləsinə ərizədə göstərilən tarixdə xitam verilə biləcəyini nəzərdə tutmuşdur. Indiki halda iddiaçı ərizəni hədə-qorxu və təzyiq altında yazdığından və işdən çıxmaq onun iradə ifadəsini əks etdirmədiyindən cavabdehin əməkdaşları tərəfindən diqtə edilmiş tarixi hər hansı səbəb göstərmədən ərizədə yazmağa məcbur olmuşdur. Işəgötürən də hər hansı səbəb olmamasına baxmayaraq dərhal əmək müqaviləsini ləğv etmişdir. Ərizə hədə-qorxu ilə yazıldığından və iddiaçı tərəfindən 1 aylıq müddət ötmədən ərizədən imtina edildiyindən iddiaçı işə bərpa edilməli idi. Iş materiallarına əlavə olunmuş yazışmalar, izahatlar, araşdırma materialları ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmağa məcbur edildiyi birmənalı təsdiqini tapır. Belə ki, ondan audit tərəfindən aparılan araşdırma çərçivəsində ##.##.2025-ci il tarixdə izahat alınmış və bundan cəmi 3 gün sonra rəhbərliyin tapşırığı ilə əməkdaşların təzyiqi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni yazmışdır. Auditin iş materiallarında olan aktından göründüyü kimi, məndən də izahatın alındığı araşdırma “yüksək riskli” olaraq qiymətləndirilmiş və aktın sağ sütununda “əməkdaşlardan izahatlar alınmış və tədbir görülmüşdür” formasında qeyd edilmişdir. Digər işçilər barədə intizam tənbehi olsa da, barəsində görülmüş tədbir ərizəsi alınaraq əmək müqaviləsinin ləğv edilməsindən ibarət olmuşdur. Hadisələrin xronoloji ardıcıllığı və yazışmalar da bu faktı bir daha təsdiq edir. Birmənalı olaraq heç bir halda ərizə ilə işdən çıxmaq istəməmiş və bunun üçün heç bir ağlabatan əsası da olmamışdır. Işəgötürən tərəfindən əmək müqaviləsinin dərhal ləğv edilməsi də adi əmək münasibətləri şəraitində və kifayət qədər iş yükünün olduğu halda ağlabatan deyildir. Bütün bu edilənlər əmək müqaviləsinin digər əsasla ləğvi üçün əsas olmadığından və cavabdeh əmək müqaviləsini problemsiz ləğv etmək istədiyindən cavabdeh tərəfindən hədə və təzyiq altından ərizənin alınmasını və əmək müqaviləsinin ləğvinin qanunazidd həyata keçirilməsini təsdiq edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdehin apellyasiya şikayətini tamamilə əsassız hesab edir, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir.

c) Proses iştirakçılarının izahatı

26. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 məhkəməyə ərizə ünvanlayaraq ölkə hüdudlarından kənarda olacağı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

28. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

29. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

30. 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

31. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.

32. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır.

33. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq- hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

34. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

35. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

36. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

37. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. Işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.

39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən) Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh arasında ##.##.2018-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh Kredit Idarəsinin Korporativ kreditlərin təhlili şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin olunmuş, daha sonra İddiaçı öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə ərizəsi əsasında ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

49. xxxx tutduğu vəzifədən azad edilməsi haqqında ərizəni könüllü şəkildə deyil, işəgötürənin göstərişi və təsiri ilə yazıldığını, iddiaçının həqiqi və azad iradəsini ifadə etmədiyini, cavabdeh isə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunauyğun olduğunu bildirmişdir.

50. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixində konkret kredit əməliyyatı ilə bağlı izahat alınmışdır. Bu hal işəgötürən tərəfindən artıq müəyyən araşdırma aparıldığını və iddiaçının bu araşdırmanın subyekti olduğunu təsdiq edir. Lakin diqqətəlayiq hal ondan ibarətdir ki, izahat alındıqdan cəmi 4 gün sonra – ##.##.2025-ci il tarixində iddiaçıdan işdən çıxmaq barədə ərizə alınmış və dərhal növbəti gün – ##.##.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. Bu qədər qısa zaman intervalında işçinin qəfil şəkildə öz təşəbbüsü ilə əmək münasibətlərinə son qoyması məntiqə uyğun hesab edilə bilməz. Əksinə, bu ardıcıllıq işəgötürən tərəfindən aparılan daxili araşdırmanın nəticəsi olaraq işçiyə təzyiq göstərilməsi ehtimalını gücləndirir. Bundan başqa iş materiallarında olan digər sübutlarla müəyyən edilmişdir ki, həmin kredit əməliyyatı ilə bağlı araşdırmaya cəlb edilmiş digər əməkdaş – X6 barəsində yalnız intizam tənbehi tədbiri kimi xəbərdarlıq tətbiq edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixli əmrə əsasən X6 vəzifələrini icra etdiyi müddətdə Filialın Müştəri xidməti şöbəsinin işinə düzgün və lazımi qaydada nəzarət edə bilmədiyi üçün ona xəbərdarlıq edilməsi əmr edilmişdir. Yəni eyni hadisə üzrə məsuliyyət daşıyan digər vəzifəli şəxsə qarşı daha yüngül tədbir görülmüş, iddiaçı ilə bağlı isə əmək münasibətlərinə xitam verilməsinə səbəb olan “ərizə yazdırılması” yolu seçilmişdir. Bu hal onu göstərir ki, işəgötürən tərəfindən iddiaçıya qarşı birbaşa intizam icraatı aparmaq əvəzinə, onu “öz xahişi ilə işdən çıxma” ərizəsi yazmağa məcbur etməklə daha sadə və mübahisəsiz görünən hüquqi mexanizmdən istifadə olunmuşdur. Işəgötürən tərəfindən işçiyə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmasının tələb edilməsi, habelə alternativ olaraq onun barəsində intizam tədbirlərinin görüləcəyi ilə bağlı ehtimalların yaradılması işçinin sərbəst seçim hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələblərinə ziddir. Həmin normaya əsasən, işəgötürən tərəfindən hər hansı üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə məcbur edilməsi qadağandır.

51. Bundan əlavə məhkəmə nəzərə almışdır ki, iddiaçının mövcud maliyyə öhdəlikləri, o cümlədən kredit öhdəlikləri şəraitində onun qəfil və əsaslandırılmış səbəb olmadan öz təşəbbüsü ilə əmək münasibətlərinə xitam verilməsi barədə ərizə ilə müraciət etməsi real həyat şəraitinə uyğun gəlmir və bu hal ərizənin iddiaçının sərbəst və həqiqi iradəsinin ifadəsi olmadığını göstərən mühüm hal kimi qiymətləndirilir.

52. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır.

53. Əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarılma haqqında ərizənin verilməsi onun öz iradəsinin könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsini bir başa nəticəsi olmalıdır. Işçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcburi etmək isə qanunvericiliklə qadağandır.

54. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla hesab edir ki, iddiaçı tərəfindən yazılmış ərizə işçinin həqiqi iradə ifadəsini əks etdirmir. Buna baxmayaraq, işəgötürən tərəfindən həmin ərizə əsasında işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilmişdir. xxxx İddiaçı öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəsi könüllü şəkildə deyil, işəgötürənin göstərişi və təsiri ilə yazılmış, iddiaçının həqiqi və azad iradəsini ifadə etməmişdir. Belə ərizə könüllü verilmiş iradə ifadəsi kimi qiymətləndirilə bilməz və bu əsasla əmək münasibətlərinə xitam verilməsi qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyildir. Belə ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəf, işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici

55. səlahiyyətlərə malikdir. Işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətləri mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması sübutların qiymətləndirilməsi zamanı prioritet təşkil etməlidir.

56. Işçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımından daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“AR Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2011-ci il tarixli qərarı)

57. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilmədiyindən birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvinə əsas ola bilməz. Hazırki işin halları baxımından məhkəmənin qənaəti ağlabatan və ədalətli hesab edilir.

58. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində əmək qanunvericiliyində nəzərdə tutulmuş xəbərdarlıq müddətinə riayət edilmədən əmək müqaviləsinə işçinin ərizəsində göstərilən tarixdə dərhal xitam verilməsi qeyd edilmişdir.

59. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır, buna baxmayaraq qeyd olunan halı birinci instansiya məhkəməsinin qanuni və mahiyyətcə düzgün qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işəgötürənin əmrinin ləğv edilməsi və işçinin işə bərpa edilməsi nəticəsinə gələrkən mövqeyini məhz həmin əsasla deyil, iddiaçı tərəfindən yazılmış ərizənin onun həqiqi iradəsini əks etdirməməsi bununla da, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin qanunsuz olması ilə əsaslandırmışdır.

60. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının işdən çıxma barədə ərizəsinin onun iradəsinin ziddinə yazılması halı işin fatiki halları ilə öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının işə bərpa edilməsi barədə tələbi və buna əsasən, məcburi işburaxmaya görə əmək haqqının tutulması tələbini də əsaslı hesab edərək təmin edilməsinə dair nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

61. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

64. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdehn apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar