Məhkəmə qərarları › İş №e-2(3-6)-2378/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2378/2026

30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2378/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh oğluna qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı IByə vurulmuş 3584.47 (üç min beş yüz səksən dörd manat 47 qəpik) manat məbləğində zərərin və 55,85 (əlli beş manat 85 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3640.32 (üç min altı yüz qırx manat 32 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı IB-nın bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Istehsalat Birliyi ilə abonent Cavabdeh arasında ##.##.2024-ci il tarixində ***** nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı IB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı IB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - 2023- ci ilin avqust tarixli akta əsasında 181,44 manat; - 2023-ci ilin sentyabr tarixli akta əsasında 181,44 manat -2023-ci ilin oktyabr tarixli akta əsasında 246,24 manat - 2023-ci ilin noyabr tarixli akta əsasında 302.40 manat; - 2024-ci ilin yanvar tarixli akta əsasında 367.20 manat; - 2024-ci ilin fevral tarixli akta əsasında 367.20 manat; - 2024- ci ilin mart tarixli akta əsasında 367.20 manat; - 2024-ci ilin may tarixli akta əsasında 362.88 manat; - 2025-ci ilin fevral tarixli akta əsasında 351 manat cəmi 3029.40 (üç min iyirmi doqquz manat qırx qəpik) manat . O cümlədən 2025-ci ilin mart ayında 22.52 manat limitdən kənar sərfiyatı var. Beləliklə hal-hazırda ümümlikdə 555.07 manat sərfiyyat borcu cavabdehin yaranmaqdadır. İddiaçı IB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh 3594.47 manat zərədən cavabdeh 10 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı IB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 3584.47 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı IB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində texniki səhv olaraq ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 302.40 manat zərəri qeyd etməsə də, cəmi 3029.40 manat dəymiş zərərin məbləğində həmin aktın hesaba alındığını qeyd etmiş, habelə 532.55 manat debitor borcun da mövcudluğunu nəzərə alaraq ümümlikdə 3561.95 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı IB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində texniki səhv olaraq ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 302.40 manat zərəri qeyd etməsə də, cəmi 3029.40 manat dəymiş zərərin məbləğində həmin aktın hesaba alındığını qeyd etmiş, habelə 532.55 manat debitor borcun da mövcudluğunu nəzərə alaraq ümümilikdə 3561.95 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı IB-nın bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.

5. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli əlavə qətnaməsi ilə iddia debitor borc hissədə təmin edilmiş, cavabdeh Cavabdeh 532.55 manat debitor borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Istehsalat Birliyinin bank hesabına ödənilməsi müəyyən edilmişdir.

6. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh əlavə qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:

7. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən balans və istismarda olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehin yaşadığı ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Cavabdeh qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə qaz paylayıcı tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermədiyini, iddiaçının təbii X1nın pozulmasına dair akta əsasən dəymiş zərər kimi cavabdehin istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması məhz qeyd edilmiş qərarlar əsasında müəyyən edilməli olduğunu və yalnız bundan sonra, məhkəmə qanunsuz qoşulma etməklə qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğunu və hazırkı işdə isə məhkəməyə cavabdehin təqsirini təsdiq edən belə bir sübut təqdim edilmədiyini göstərərək iddia tələbi üzrə təqdim edilən sübutları araşdırmadan iddianın qismən təmin edilməsi qərarına gəlmişdir. Mülki iş materiallarında mövcud olan abonent saldoları araşdırılmamış, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə, o cümlədən müqavilə öhdəlikləri nəzərə alınmadan mövcud qətnamə qəbul edilmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. İddiaçı Istehsalat Birliyi ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli ***** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. Istehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

11. Təbii X1nın pozulması haqqında ##.##.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

12. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın həcmi 1512 kubmetr müəyyən edilmişdir.

13. Təbii X1nın pozulması haqqında ##.##.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

14. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın həcmi 1512 kubmetr müəyyən edilmişdir.

15. Təbii X1nın pozulması haqqında ##.##.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

16. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın həcmi 2052 kubmetr müəyyən edilmişdir.

17. Təbii X1nın pozulması haqqında ##.##.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur .

18. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın həcmi 2520 kubmetr müəyyən edilmişdir .

19. Təbii X1nın pozulması haqqında ##.##.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh mamverdi oğluna məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

20. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın həcmi 2520 kubmetr müəyyən edilmişdir.

21. Təbii X1nın pozulması haqqında ##.##.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

22. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın həcmi 3060 kubmetr müəyyən edilmişdir.

23. Təbii X1nın pozulması haqqında ##.##.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

24. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın həcmi 3060 kubmetr müəyyən edilmişdir.

23. Təbii X1nın pozulması haqqında ##.##.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

24. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın həcmi 3060 kubmetr müəyyən edilmişdir.

25. Təbii X1nın pozulması haqqında ##.##.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

26. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın həcmi 3024 kubmetr müəyyən edilmişdir.

27. Təbii X1nın pozulması haqqında ##.##.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı CavabdehImamverdi oğluna məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

28. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın həcmi 1404 kubmetr müəyyən edilmişdir.

29. Iş materiallarında olan ##.##.2024-cü il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən fərdi yaşayış evində ##.##.2024-cü il tarixdə sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qoşularaq 351 manat məbləğində təbii qazın talanması aşkar edilmiş və Cavabdeh inzibati xəta törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

30. Abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246.24 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 302.40 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 302.40 manat, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat, 2025-ci ilin fevral tarixli aktı əsasında 351 manat, cəmi 3029.40 manat zərər hesablanmışdır. 31.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı IB-nin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Sabunçu Rayon Məhkəməsinin 2(008)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh sayğacdankənar təbii qazdan istifadəyə görə 3068 manat və 142,41 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3210,41 manat (üç min iki yüz on manat, qırx bir qəpik) alınaraq iddiaçı İddiaçı Istehsalat Birliyinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (2023-cü ilin iyul ayı daxil olmaqla).

32. Abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə iddia ərizəsində qeyd olunan aktlar əsasında cəmi 3029.40 manat zərər hesablanmışdır. Həmçinin cavabdehin ödənilməmiş 2023-cü ilin avqust ayından 2025-ci ilin oktyabr ayı daxil olmaqla 542.55 manat sərfiyyat borcu qalmışdır. Cavabdeh 2025-ci ilin sentyabr ayında 10 manat məbləğində ödəniş etmişdir. Hazırda cavabdeh Cavabdeh sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 532.55 manat debitor borcu da qalmışdır. Ümumi borc 11052.83 manat qeyd edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

29. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

30. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu

31. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

33. Maddə 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər X1 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»

34. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

35. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə

36. uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

37. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır.

38. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

39. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.

40. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

45. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

46. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

47. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

50. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

54. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

55. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

56. Rayon məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixli qətnamə ilə iddia tələbi təmin edilməsə də, ##.##.2026-cı il tarixli əlavə qətnamə ilə iddia tələbi debitor borca dair hissədə təmin edilmişdir.

57. Hazırda iddiaçı qətnaməni mübahisələndirərək, iddia tələblərinin tam təmin edilməsini xahiş edir.

58. Rayon məhkəməsi “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbini təmin etməyərək qeyd etmişdir ki, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı iddiaçı tərəfindən cavabdehin barəsində təbii X1nın pozulması haqqında aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8- 1-ci maddəsi qüvvəyə mindikdən sonra tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən ##.##.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşka edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin iddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur.

59. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi iddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinin tələblərini pozmuşdur. Hazırkı halda fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, cavabdehin sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən, cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədiyindən rayon məhkəməsi tərəfindən iddiaçı tərəfin təqdim etdiyi materiallar kifayət qədər araşdırılaraq, düzgün hüquqi qiymət verilmiş və mahiyyət etibarilə düzgün nəticəyə gələrək iddia tələbləri dəymiş maddi zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilməmişdir.

60. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla əsassızdır və təmin edilə bilməz.

61. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

63. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

64. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

65. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

66. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəldiyindən, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

68. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

69. Hazırkı iş üzrə iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

70. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

71. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı İddiaçı IB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar