Məhkəmə qərarları › İş №e-2(3-6)-2383/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2383/2026

02.09.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2383/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı mülki iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2383/2026 (Açar sözlər: işə bərpa və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi Nümayəndə və Bakı şəhəri Cavabdeh nümayəndəsi-vəkili Əliyev İlqar Kamil oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili Əliyev İlqar Kamil oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, müəyyən etdi, İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri *** saylı tam orta məktəbdə ingilis dili müəlliməsi vəzifəsinə işə bərpa olunmağı və iş vaxtını buraxmağa görə ona əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri *** nömrəli tam orta məktəbdə “İngilis dili” müəllimi vəzifəsində işləmişdir. ##.##.2025-ci il tarixli,OU**********/e nömrəli əmrə əsasən onunla bağlanmış *******000200nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” bəndinə -(işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam vermişlər. İşlədiyi müddətdə məktəbdə müəyyən islahatlar aparmış və bir sıra lahiyələr hazırlayıb həyata keçirmişdir. Gördüyüm tədbirlər nəticəsində məktəb üzrə əmək intizamının möhkəmləndirilməsi, şəffaflığın təmin edilməsi, şagirdlərin dərsə davamiyyətlərinin yaxşılaşdırılması, dərs keyfiyyətinin yüksəldilməsi və digər sahələr üzrə müəyyən uğurlar əldə etmişdir. Bakı şəhəri *** nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən xanım Nümayəndə Gülməmməd qızı əmək müqaviləsində onun özbaşına işi buraxaraq ciddi pozuntu etdiyimə və bundan başqa üzrlü səbəb olmadan işə gəlməməyimi qeyd etmişdir. Bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində X8 verilməsi qadağan edilən işçilər və hallar hissəsində qeyd olunmuş əmək qabiliyyətini müvəqqəti itirən işçiləri işdən azad etmək qadağadandır. O ##.##.2025-ci il tarixədək “TOUR MED” Klinikasında ambulator müalicə almışdır. ##.##.2025-ci il tarixdə isə onunla bağlanmış X8 verilmişdir. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə görə işçi ilə bağlanmış əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən intizam tənbehinin verilməsi qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinə görə isə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən, işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Lakin onunla bağlanmış əmək müqaviləsi intizam tənbehinin verilməsi qaydasında ləğv edilməmişdən əvvəl ondan heç bir izahat tələb edilməmiş və alınmamışdır. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinə görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu qaydada ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Hər şeydən əvvəl üzvü olduğu Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar ittifaqı təşkilatında onun iştirakı əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsinə baxılmamış və əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 188-ci maddəsinə görə intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Əgər bu qaydaların əksinə olaraq belə tənbeh işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan əmr hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinə görə intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinə görə əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinə görə İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Lakin iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrlə tanış edilməmişdir. Həmin əmr nəinki elektron informasiya sistemindəki elektron kabinetinə yerləşdirilməmiş və ya sonuncu iş günü əmək kitabçamla birlikdə mənə təqdim olunmamışdır, həmçinin rəsmi qaydada tələb etdikdən də çox sonra ##.##.2025-ci il tarixli məktubla birlikdə verilmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəb ilə İddiaçı arasında *******000200 nömrəsi ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmrin ləğv edilməsi, İddiaçı Bakı şəhər Ramiz Qasımov adına *** nömrəli tam orta məktəbdə əvvəlki tutduğu vəzifəyə (ingilis dili müəllimi) bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının xəstəlik vərəqələrindən görünür ki, iddiaçı 2025-ci ilin may ayından müxtəlif vaxtlarda ambulator müalicə almış və həmin dövrlərdə əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşdən çıxarma ilə bağlı əmr imzalanarkən elektron sistemdə iddiaçının xəstəlik vərəqəsi aşkar edilməsə də, iddiaçı ##.##.2025-ci il tarixdə xəstəxanaya müraciət etmiş və ona ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək (3 təqvim günü) əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi (bülleten) açılmışdır. Eyni zamanda işəgötürən tərəfindən iddiaçının bir gün ərzində işə gəlməməsi səbəbindən ona hansı formada ziyanın vurulduğu, iş ahənginin pozulması ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Faktiki olaraq cavabdeh xəstəliyi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməmiş və X8 verilə bilməsi ilə bağlı yuxarıda qeyd olunan əsas yaranmamışdır. Beləliklə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi qanunsuz olmuşdur və həmin əmr ləğv edilməlidir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80, 186, 187, 189 cə 300-cü maddəsilərinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

4. Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi-vəkili Əliyev İlqar Kamil oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi-vəkili Əliyev İlqar Kamil oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia təmin edərək göstərmişdir ki, iddiaçı 2025-ci ilin may ayından müxtəlif vaxtlarda ambulator müalicə almış və həmin dövrlərdə əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşdən çıxarma ilə bağlı əmr imzalanarkən elektron sistemdə iddiaçının xəstəlik vərəqəsi aşkar edilməsə də, iddiaçı ##.##.2025-ci il tarixdə xəstəxanaya müraciət etmiş və ona ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək (3 təqvim günü) əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi (bülleten) açılmışdır. Eyni zamanda işəgötürən tərəfindən iddiaçının bir gün ərzində işə gəlməməsi səbəbindən ona hansı formada ziyanın vurulduğu, iş ahənginin pozulması ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Faktiki olaraq cavabdeh xəstəliyi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməmiş və X8 verilə bilməsi ilə bağlı yuxarıda qeyd olunan əsas yaranmamışdır. Hesab edirəm məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli , * nömrəli qərarı ilə təsdiq edilmiş "Təlimat"a əsasən: Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi yalnız elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqəsi ilə təsdiq olunur. Təlimatın 1-ci hissəsinə görə, xüsusi halar istisna olmaqla, əmək qabiliyyətinin itirilməsi haqqında arayışın verilməsi qadağandır. Xəstəlik vərəqəsi əmək qabiliyyətinin itirildiyi həmin gündən elektron qaydada tərtib edilməlidir. İddiaçı məhkəməyə qanunvericiliklə müəyyən edilmiş qaydada elektron xəstəlik vərəqəsi təqdim etməmiş, yalnız ambulator müalicə barədə məlumat vermişdir. Bu isə Əmək Məcələsinin 79-cu maddəsinin tətbiqi üçün hüquqi əsas yaratmır. Bundan başqa, “X8 Verilməsi ilə X4 bildirişindən” açıq aydın görünür iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə saat 09:05 işdən azad edilmişdir ( bildiriş apellyasiya şikayətinə əlavə olunur). Həmin tarixdə yəni ##.##.2025-ci il tarixdə saat 09:05-də iddiaçı İddiaçı əmək qabiliyyətini itirməsi barədə işəgötürəndə rəsmi elektron bildiriş (xəstəlik vərəqəsi) olmamışdır. İddiaçı məhkəməyə təqdim etdiyim Sığortaolunanların xəstəlik vərəqəsindən görünür ki, tərtib edilmə tarixi ##.##.2025-ci il saat 17:26 göstərilmişdir. Həmçinin mülki iş materialarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili vəkil3 Baş X1 tərəfindən ##.##.2026-cı il tarixli, **V*-**/** nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixində saat 12:30-da xəstəxanamıza müraciət etmişdir. Göründüyü kimi xəstəlik vərəqəsi və ümumiyyətlə xəstəxanaya müraciət yalnız əmr veriləndən sonra olmuşdur. Bu o deməkdir ki, iddiaçı sonradan aldığı hər hansı sənədlə xitam tarixini (##.##.2025 saat 09:05) üzrlü hesab edə bilməz. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş XƏSTƏLİK VƏRƏQƏSİNDƏ göstərilmişdir ki, əmək funksiyasının icrasından ##.##.2025 17:26-dan ##.##.2026 10:26-dək azad edilir. Əmr isə ##.##.2025 saat 09:05 də verilmişdir. Yəni əmr verilən zamanı İddiaçı əmək qabiliyyətli olmuşdur. Məhkəmə iddiaçının üzrlü səbəb olmadan işə gəlməməsi faktını (Əmək Məcələsinin 70-ci maddəsinin "ç" bəndi) düzgün araşdırmamışdır. İddiaçının iddia etdiyi "islahatlar" və "uğurlar" onun konkret əmək vəzifələrini yerinə yetirməməsi faktını aradan qaldırmır. Maddi hüquq norması olan 'Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında Təlimat'ın tələbləri pozulmuşdur. Məhkəmə elektron sistemdə mövcud olmayan və gecikmiş qaydada tərtib olunmuş məlumatı qanuni sübut kimi qəbul etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan halardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Xəzər rayon *** nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatı sədri X16 həmin məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə tərəfindən ## ###### 2025ci il tarixində verilmiş təqdimatda qeyd olunmuşdur ki, “ Məktəbin ingilis dili müəllimi İddiaçı "Müəllimin etik davranış qaydaları"nın 2.4.1, 2.7.1, 2.7.2. 2.3.1, 2.3.2, 2.4.2, 4.3, və 4.4-cü bəndlərinin tələblərini dəfələrlə pozduğuna və AR ƏM 186-cı maddəsinin 2-ci hissəsinin “B” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət almış X6 analoji hadisələri təkrar törətdiyi üçün( Pedaqoji şuranın 1№-li iclasının * №-li Protokolu) ƏM 70-ci maddəsinin “Ç” bəndi ilə ləğv edilməsinə münasibət bildirməyiniz xahiş edirəm. Həmin vaxtı yenəd ə indiki üsül kimi X6 xəstəlik vərəqəsi gətirərək həmkarlar təşkilatının iclasından yayınmışdır. Sonradan Xəzər rayon *** nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatı sədri X16 həmin məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə tərəfindən ## ###### 2025-ci il tarixində təqdimat verilmişdir. Təqdimatda qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixində məktəbin ilk həmkarlar təşkilatına məktəb rəhbərliyi tərəfindən rəsmi müraciət edilmişdir. Həmin müraciətə İddiaçı müxtəlif vasitələrlə işdən yayındığı üçün ##.##.2025-ci il tarixədək baxılmamışdır. ##.##.2025-ci il tarixdə S.Babyeva adına açılan xəstəlik vərəqi ##.##.2025-ci il tarixdə bağlanmışdır. Vərəqdə qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixi iş günü hesab edilsin. Həmin tarixdən sonra İddiaçı pedaqoji şuranın * nömrəli qərarı ilə təstiqlənmiş dərs cədvəlinə uyğun olaraq ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixədək rəsmi iş günü olduğu halda məktəbə gəlməyib. İşə gəlməyəcəyi ilə bağlı nə məktəb rəhbərliyinə, nə də digər həmkarlarına məlumat verməmişdir. S.Babyeva ƏM-nin 72-ci maddəsinin “A” bəndini kobud şəkildə pozaraq 3 iş günü müddətində ardıcıl olaraq işdən yayınmışdır. ƏM 70-ci maddəsinin “Ç” bəndi ilə ləğv edilməsinə münasibət bildirməsini xahiş etmişdir. Xəzər rayon *** nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatı sədri X16 tərəfindən ##.##.2025-ci il tarixdə müsbət qərar verilmişdir. Belə ki, ilk həmkarlar ittifaqının ##.##.2025-ci il tarixli 5№-li protokoldan Çıxarışdan görünür ki, məktəbi ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Lakin məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, eyni zamanda işəgötürən tərəfindən iddiaçının bir gün ərzində işə gəlməməsi səbəbindən ona hansı formada ziyanın vurulduğu, iş ahənginin pozulması ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Hesab edilir ki, məhkəmə düzgün hüquqi qiymət verməmişdir. İşçi tərəfindən üzrlü səbəb olmadan iş gününü tamamilə buraxması Əmək Məcələsinin 72-ci maddəsinin "a" bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır. İddiaçı İddiaçı müntəzəm olaraq işə gəlməmiş, etik davranış qaydalarını pozmuş və bu barədə dəfələrlə aktlar tərtib edilmişdir. Həmçinin üçüncü şəxs olan Elm və Təhsil Nazirliyinin nümayəndəsi də iddiaçının illərdir ki, etik davranışlarına riayət etmədiyini, pedaqoji fəaliyyətə uyğun gəlmədiyini, göstərişlərə tabe olmadığını, idarənin nüfuzuna xələl gətirdiyini təsdiq etmişdir. Mülki iş materialarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova tərəfindən ##.##.2025-ci il tarixli *-**-**-**-****/* nömrəli Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktor əvəzi Nümayəndə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup valideyn və müəllimləri tərəfindən həmin məktəbin ingilis dili müəllimi İddiaçı haqqında ##.##.2025-ci il tarixli *-**-**/*-KOL-****-*/**** nömrəli və ##.##.2025-ci il tarixli 3-29- 59/1-KOL-1817 */**** nömrəli şikayət xarakterli müraciətlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. Bildirmişlər ki, rəhbərlik edilən məktəbin ingilis dili müəllimi İddiaçı barəsində müraciətləri nəzərə alaraq qeyd olunan xüsusatlarla bağlı araşdırma aparılmasını təmin etməyiniz və hər hansı tədbir görüldüyü haqqında məlumatları Bak Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunması xahiş edilmişdir. Qeyd olunan müraciətlər qoşma olaraq əlavə edilir. Mülki iş materialarında olan Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəb üzrə ##.##.2025-ci il tarixində Direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə tərəfindən İddiaçı barəsində "İntizam tənbehinin verilməsi barədə" OU**********/e nömrəli əmrlə rəhbərliyə məlumat vermədən işə gəlmədiyi üçün ona, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin "a" bəndinə əsasən töhmət verilmişdir. Mülki iş materialarında olan Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəb üzrə Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktor əvəzi Nümayəndə tərəfindən ##.##.2025-ci il tarixində OU**********/e nömrəli "İntizam tənbehinin verilməsi barədə" əmrlə işçinin davranışlarının pedaqoji mühitə və məktəb nüfuzuna mənfi təsir etdiyini nəzərə alaraq məktəbin ingilis dili müəllimi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əsas kimi Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli məktubu, ƏM-nin 186 cı maddəsinin 2-ci hissəsinin “b” bəndi və məktəbin texniki işçilərinin ərizəsi, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində rəhbərliyə məlumat vermədən özbaşına işə gəlməməsi barədə tərtib edilmiş aktlar. Göründüyü kimi bu qədər aktlara və tənbehlərə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

6. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Məhkəmə tərəfindən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları pozulmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: “a” töhmət vermək; “b” sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; “c” kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; “ç” əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Göstərilənləri nəzərə alaraq bildiririk ki, əmək qanunvericiliyində işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi seçmək və onu tətbiq etmək hüququ verilmişdir. İşəgötürən olan cavabdeh məktəb də hüququndan istifadə edərək bu seçimi etmişdir. İşçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə işəgötürən tərəfindən başqa intizam tənbehi tətbiq edilmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmağıdır. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsidir. İş materiallarından göründüyü kimi İddiaçı 02-## ###### 2025ci il tarixində rəsmi olaraq işdə olmasına baxmayaraq, 3 gün işə gəlməmişdir. Məhkəmə qətnaməsindən görünür ki, məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Cavabdehin dəlillərini nəzərə almamış, iddiaçının özünümüdafiə xarakterli şifahi sözlərini sübut hesab etmişdir. Məhkəmə qətnaməsinin üslubundan göründüyü kimi, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə yanaşmamışdır. Həmin maddəyə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hesab edirik ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamə mülki prosessal qanunvericiliyinin yuxarıda göstərilən hüquq normalarının tələblərinin heç birinə cavab vermir. Belə ki, tərəfimizdən məhkəməyə iddiaçının ərizəsinin əsassız olmasına dair yetəri qədər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutlara və cavabdehlərin nümayəndələrinin izahatlarına qiymət vermədən əsassız qərar qəbul etmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. Məhkəmə qətnamədə yekun qənaətə gələrkən bir sıra halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki, iddiaçının müqaviləsinə xitam verilən zaman onun aktiv xəstəlik vərəqi olmuşdur, lakin məhkəməyə bunun əksini təsdiq edən videogörüntü və sistemdən çıxarış təqdim edilmişdir. Belə ki, iddiaçının X8 verilən saatda iddiaçının aktiv xəstəlik vərəqəsi olmamışdır. İddiaçı X8 veriləndən sonra muayinə üçün xəstəxanaya müraciət etmişdir. Bundan əlavə, məhkəmə öz qətnaməsində cavabdeh tərəfindən təqdim edilən çox saylı videogörüntülərə münasibət bildirməmişdir. Belə ki, İddiaçı dəfələrlə etik-davranış qaydalarını pozaraq, məktəbdə dava salmışdır, qışqıraraq özünə xəsarət yetirmişdir.

8. Apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

9. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi və nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmuna uyğun izahat verərək, həmçinin əvvəlki məhkəmə iclaslarında verdikləri izahatları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.

10. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəbin ## ###### 2025ci il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

13. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili vəkil3 Baş X1 tərəfindən ##.##.2026-cı il tarixli, 19V8 **/** nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixində saat 12:30-da xəstəxanamıza müraciət etmişdir. Pasiyent həkim - otorinolarinqoloq və həkim-kardioloq tərəfindən müayinə olunmuş, EKQ və EXO müayinələrindən keçirilmiş və 120.0 (qeyri-stabil stenokardiya, şiddətlənən stenokardiya) diaqnozu qoyulmuşdur. Pasiyentin vəziyyətinin ciddiliyi nəzərə alınaraq, aparılmış müayinələrin nəticəsinə asasan, ona ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək (3 təqvim günü) əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi (bülleten) açılmışdır. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 1993-cü il tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş "Xəstəlik vərəqələrinin verilməsi və müalicəsağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydaları"na dair * nömrəli və * nömrəli əlavələri olan təlimata əsasən, sosial sığorta haqları ödəyən vətəndaşlara verilən xəstəlik vərəqələri təqvim günləri əsasında hesablanır.

14. Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəb üzrə ##.##.2025ci il tarixində Direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə tərəfindən İddiaçı barəsində "İntizam tənbehinin verilməsi barədə" OU**********/e nömrəli əmrlə rəhbərliyə məlumat vermədən işə gəlmədiyi üçün ona, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin "a" bəndinə əsasən töhmət verilmişdir.

15. Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəb üzrə ##.##.2025ci il tarixində Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə, Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkiatçı Veysəlova İlhamə Vaqif qızı, Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəbin riyaziyyat müəllimi X16 iştirakı ilə akt tətib olunmuşdur. Bu aktda qeyd olunmuşdur ki, Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəbin ingilis dili müəllimi İddiaçı ##.##.2025-ci il tarixində rəhbərliyə heç bir məlumat vermədən özbaşına işə gəlməmişdir. Aktın doğru olduğunu Nümayəndə, Veysəlova İlhamə Vaqif qızı,X16 imzası ilə təsdiq etmişdir.

16. Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəb üzrə ##.##.2025ci il tarixində tərtib olunmuş akt əsasında verilmiş OU**********/e nömrəli ##.##.2025-ci il tarixində Direktor salahiyyətlərini müvəqqəti icra edən Nümayəndə tərəfindən verilmiş "Əmək intizamının pozulması barədə" məktəbin ingilis dili müəllimi X9 ##.##.2025-ci il tarixində rəhbərliyə məlumat vermədən işə gəlmədiyi üçün həmin tarixdə müəllimin əmək haqqı tutulmuşdur.

17. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova tərəfindən ##.##.2025-ci il tarixli *-**-**-**-****/* nömrəli Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktor əvəzi Nümayəndə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup valideyn və müəllimləri tərəfindən həmin məktəbin ingilis dili müəllimi İddiaçı haqqında ##.##.2025-ci il tarixli *-**-**/*-KOL-****-*/**** nömrəli və ##.##.2025-ci il tarixli 3-29- **/*-KOL-****-*/**** nömrəli şikayət xarakterli müraciətlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. Bildirmişdirlər ki, rəhbərlik edilən məktəbin ingilis dili müəllimi İddiaçı barəsində müraciətləri nəzərə alaraq qeyd olunan xüsusatlarla bağlı araşdırma aparılmasını təmin və hər hansı tədbir görüldüyü haqqında məlumatları Bak Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunması xahiş edilmişdir.

18. Bakı şəhəri Ramiz. Qasımov adına *** nömrəli tam orta məktəb üzrə Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktor əvəzi Nümayəndə tərəfindən ##.##.2025ci il tarixində OU**********/e nömrəli "İntizam tənbehinin verilməsi barədə" məktəbin ingilis dili müəllimi İddiaçı barəsində əmr verilmişdir.

19. Xəzər rayon *** nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatı sədri X16 həmin məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə tərəfindən verilmiş təqdimatda qeyd olunmuşdur ki, “ Məktəbin ingilis dili müəllimi İddiaçı davamlı olaraq "Müəllimin etik davranış qaydaları"nın 2.1.2; 2.1.3; 2.1.4; 2.1.5; 2.1.6; 2.1.7; 2.1.8; 3.8; 3.10; 3.12; 3.14; 4.1.1; 4.1.3; 4.1.8; 4.1.9; 4.2.1.; 4.2.3.; 4.2.5; 4.2.6; 4.3.1; 4.3.4; 4.3.5; 4.4.2, 4.5.2, 5.2.-ci bəndlərini dəfələrlə kobud şəkildə pozduğu üçün ##.##.2025-ci il tarixində məktəbin ilk həmkərlar təşkilatına məktəb rəhbərliyi tərəfindən rəsmi müraciət edilmişdir. Həmin müraciətə İddiaçı müxtəlif vasitələrlə işdən yayındığı üçün ##.##.2025-ci il tarixədək baxılmamışdır. ##.##.2025-ci il tarixdə İddiaçı adına açılan xəstəlik vərəqi ##.##.2025-ci il tarixdə bağlanmışdır. Vərəqdə qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixi iş günü hesab edilsin. Həmin tarixdən sonra İddiaçı pedaqoji şuranın * nömrəli qərarı ilə təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixədək rəsmi iş günü olduğu halda məktəbə gəlməyib. İşə gəlməyəcəyi ilə bağlı nə məktəb rəhbərliyinə, nə də digər həmkarlarına məlumat verməmişdir. Yalnız ##.##.2025-ci il tarixdə İddiaçı ilə əlaqə saxlamaq mümkün olmuş və işə gəlməməsi ilə bağlı heç bir tutarlı səbəb bildirməyib. Beləliklə də, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndini (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günıl işə gəlməməsi) kobud şəkildə pozaraq 3 iş günü müddətində ardıcıl olaraq işdən yayınmışdır.” ##.##.2025-ci il tarixli müraciətə əlavə olaraq qəbul edilməyini və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinə münasibət bildirərkən yuxarıda göstərilənləri nəzərə almağını xahiş etmişdir.

20. Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəb ##.##.2025-ci il tarixində qəbul edilmiş aktda qeyd olunmuşdur ki, “Bu aktı imza edənlər ETİHİ Xəzər rayon həmkarlar təşkilatının təlimatçısı Sevda Nəsirova, Bakı şəhəri Ramiz Qasımov adına *** nömrəli tam orta məktəbin ilk həmkarlar komitəsinin sədri X16, məktəbin biologiya müəllimi X3, məktəbin ibtidai sinif müəllimi X5, məktəbin texnologiya müəllimi X18, məktəbin ibtidai sinif müəllimi X10 iştirakı ilə bu aktı ondan ötrü tərtib edirik ki, ##.##.2025-ci il tarixində saat 15:00da baş tutan iclasda məktəbin ingilis dili müəllimi İddiaçı üçüncü dəfə iştirak etməmişdir. İclasın başlamasına az qalmış İddiaçı bacısı Könül xanım məktəbin katibəsi Könül Əsgərovaya 14:30da zəng edərək bildirdi ki, bu günə təyin edilən iclasda İddiaçı iştirak edə bilməyəcək Səbəb olaraq xəstəlik vərəqinin olduğunu dedi və sənədin şəklini Könül Əsgərovaya göndərdi. Sənədlə tanış olarkən aydın oldu ki, sənədin ##.##.2025-ci il tarixı üçün heç bir hüquqi əsası yoxdur. Saat 15:00-da Nümayəndə elektron İmzası ilə ƏMAS sisteminə video çəkilişlə baxış keçirilərkən məlum oldu ki, həmin saata heç bir xəstəlik vərəqəsi açılmamışdır. (iclas bitəndən sonra da eyni qayda ilə video çəkiliş aparılaraq ƏMAS sistemində xəstəlik vərəqəsinin aktivliyi yoxlanılmışdır. Həmin gün üçün ƏMAS sistemində heç bir xəstəlik vərəqəsinin açıq olmadığı aşkar olunmuşdur) Bu səbəbdən də öncədən planlaşdırılan iclas İddiaçı iştirakı olmadan keçirilmişdir.” Son olaraq bu aktın doğru olduğunu öz imzaları ilə Sevda Nəsirova, Ramazanova Mehriban, Bağırova Günel, Aydınova Lalə,Quliyeva Günel, Nəcəfquliyeva Əfsaləddin, Əsgərova Könül təsdiq etmişdirlər.

21. Ramiz Qasımov adına *** nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatının ## ###### 2025-ci il tarixli iclasının * nömrəli protokolunda qeyd olunmuşdur ki, iclasda rayon həmkarlar təlimatçısı Sevda Nəsirova, məktəbin ilk həmkarlar təşkilatının sədri Ramazanova Mehriban, məktəbin ilk həmkarlar təşkilatırın üzvü Aydınova Lalə, məktəbin ilk həmkarlar təşkilatının üzvü Bağırova Günel, məktəbin ilk həmkarlar təşkilatının üzvü Quliyeva Günel, məktəbin ilk həmkarlar təşkilatının üzvü Nəcəfquliyev Əfsaləddin iştirak etmişdirlər.

22. İclasın gündəliyində *** nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə ##.##.2025-ci il tarixli müraciətinə yenidən baxılması məsələsi olmuşdur. Həmin iclasın yekun olaraq ##.##.2025-ci il tarixli Komissiya üzvlərinin yekdil qərarı ilə Ramiz Qasımov adına *** nömrəli tam orta məktəbin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM 186-cı maddəsinin 2-ci hissəsinin "c" bəndinə əsasən xitam verilmişdir. Həmin qərar rayon həmkarlar təşkilatının təlimatçısı Sevda Nəsirova, məktəbin ilk həmkarlar təşkilatının sədri Ramazanova Mehriban, məktəbin ilk həmkarlar təşkilatının üzvü Aydınova Lalə, məktəbin ilk həmkarlar təşkilatının üzvü Bağırova Günel, məktəbin ilk həmkarlar təşkilatının üzvü Quliyeva Günel tərəfindən imzalanmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

26. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri *** nömrəli tam orta məktəbdə “İngilis dili” müəllimi vəzifəsində işləyib və ##.##.2025-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X8 verilib. Hazırda isə iddiaçı ##.##.2025-ci il tarixli əmri mübahisələndirir. İddiaçı tələbində məhkəmədən cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, iş yerinə bərpa olunmağı, buraxılmış iş günlərinin əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir.

27. Mübahisələndirlən Bakı şəhəri *** nömrəli tam orta məktəbin “X8 verilməsi” haqqında ##.##.2025-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, İddiaçı tutduğu vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının xəstəlik vərəqələrindən görünür ki, iddiaçı 2025-ci ilin may ayından müxtəlif vaxtlarda ambulator müalicə almış və və həmin dövrlərdə əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşdən çıxarma ilə bağlı əmr imzalanarkən elektron sistemdə iddiaçının xəstəlik vərəqəsi aşkar edilməsə də, iddiaçı ##.##.2025-ci il tarixdə xəstəxanaya müraciət etmiş və ona ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək (3 təqvim günü) əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi (bülleten) açılmışdır. Eyni zamanda işəgötürən tərəfindən iddiaçının bir gün ərzində işə gəlməməsi səbəbindən ona hansı formada ziyanın vurulduğu, iş ahənginin pozulması ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Faktiki olaraq cavabdeh xəstəliyi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməmiş və X8 verilə bilməsi ilə bağlı yuxarıda qeyd olunan əsas yaranmamışdır.

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi (xəstəlik vərəqəsində olduğu) dövrdə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

30. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. Birinci əsasla bağlı qeyd edilməlidir ki, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin.

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4- 1-ci hissəsi).

33. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.

34. Belə ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

35. Hazırda mübahisələndirilən əmrdə isə cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edib kifayətlənməklə, əmri lazimi qaydada əsaslandırmamışdır. Cavabdeh iddiaçı ilə bağlanmış X8 verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, əmək intizamının hər bir pozuntusu avtomatik olaraq 70-ci maddənin “ç” bəndi ilə X8 verilməsi üçün əsas yaratmır. İşəgötürən konkret pozuntunu, onun işçi tərəfindən törədilməsini, pozuntunun xarakterini və xitamın zəruriliyini əsaslandırmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçının müxtəlif tarixlərdə əmək intizamını pozması barədə sənədlər mövcuddur. Belə ki, ## #### 2025-ci il tarixində işə gəlməməsi ilə əlaqədar onun barəsində akt tərtib edilmiş və sonradan həmin hal üzrə töhmət intizam tənbehi verilmişdir. Bu hal ayrıca nəzərə alınmalıdır. Belə ki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər. Buna görə həmin pozuntunun artıq intizam tənbehi ilə nəticələndiyi halda eyni hadisənin sonrakı xitam üçün müstəqil əsas kimi təkrar qiymətləndirilməsi yolverilməzdir.

37. İş materiallarında iddiaçının 02–## ###### 2025-ci il tarixlərində işə gəlməməsi ilə bağlı da məlumatlar vardır. Lakin bu halların hər birinin üzrsüz səbəbdən törədilməsi, iddiaçı tərəfindən törədilməsi, işəgötürən tərəfindən vaxtında və qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi və məhz 70-ci maddənin “ç” bəndi ilə xitam üçün kifayət etməsi işəgötürən tərəfindən lazımi səviyyədə sübuta yetirilməlidir. Digər tərəfdən, iş materiallarında iddiaçının ## ###### 2025-ci il tarixində xəstəxanaya müraciət etdiyi, müayinələrdən keçirildiyi və həmin tarixdən ## ###### 2025-ci ilədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xəstəlik vərəqəsinin açıldığı müəyyən edilir.Eyni zamanda X8 verilməsi barədə əmr də ## ###### 2025-ci il tarixində qəbul edilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə işəgötürənin 70-ci maddədə nəzərdə tutulan əsaslarla əmək müqaviləsini ləğv etməsi qadağandır. Bu səbəbdən xitam əmri qəbul edilərkən iddiaçının əmək qabiliyyətini müvəqqəti itirmiş şəxs olub-olmaması X8ın qanuniliyi üçün həlledici əhəmiyyət daşıyır. İşəgötürən tərəfindən isə xitam əmrinin verildiyi ## ###### 2025-ci il tarixində Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş qadağanın tətbiq edilməməsinə əsas verən mötəbər sübut təqdim edilməmişdir.

38. Həmçinin iş materiallarından görünür ki, iddiaçı həmkarlar ittifaqının üzvü olmuş və X8 verilməsi ilə əlaqədar həmkarlar ittifaqının iştirakı ilə müvafiq qərar qəbul edilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən 70-ci maddənin “ç” bəndi ilə həmkarlar ittifaqı üzvünün X8 verilməsi üçün müvafiq həmkarlar ittifaqının qabaqcadan razılığı tələb olunur. Lakin həmkarlar ittifaqının razılığının mövcudluğu X8ın maddi-hüquqi əsasının mövcudluğunu əvəz etmir. Başqa sözlə, həmkarlar ittifaqının razılıq verməsi işəgötürənə 70-ci maddənin “ç” bəndində nəzərdə tutulmayan halda X8 vermək hüququ yaratmır.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işəgötürənin təqdim etdiyi aktları, intizam tənbehlərini, həmkarlar ittifaqının sənədlərini, xəstəlik vərəqəsini, tərəflərin izahatlarını və digər sübutları ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsində düzgün qiymətləndirmişdir. İşəgötürənin istinad etdiyi hallar içərisində əvvəlki intizam tənbehi ilə nəticələnmiş pozuntular olduğu kimi, xitam tarixi ilə bağlı xəstəlik vərəqəsi də mövcuddur. Bu halların məcmusu işəgötürənin məhz ## ###### 2025-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X8 verməsini qanuni hesab etməyə imkan vermir. X8 verilməsi işçinin əmək hüququna birbaşa müdaxilə olduğundan, xitamın qanuniliyini şübhə doğurmayacaq şəkildə əsaslandırmaq və sübut etmək işəgötürənin üzərinə düşür. 40.Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən X8 verilməsi əsaslarını və ya qanunda müəyyən edilmiş qaydaları pozaraq, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən əmək münasibətlərinə xitam vermişdirsə, məhkəmə işçinin vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edir.

41. Beləliklə, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğundur. Apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas yaradan yeni hüquqi və faktiki hallar müəyyən etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi: -xitam əmrinin qanuniliyini düzgün qiymətləndirmiş; -Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi şərtlərini düzgün müəyyən etmiş; - işəgötürənin xitamın zəruriliyini əsaslandırmaq vəzifəsini nəzərə almış; - ## ###### 2025-ci il tarixində mövcud olan xəstəlik vərəqəsinə hüquqi qiymət vermiş; - işçinin əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini düzgün hesab etmişdir. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətlərində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 43.Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 44.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar