Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2398/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 katibliyi, cavabdeh Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı və Cavabdeh ilə ## ###### 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan övladları yoxdur.
2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, qətnamə qanuni qüvvəyə minmiş, bu barədə nikahın pozulması haqqında akt qeydlər kitabında ## ##### 2026-cı il tarixdə qeydiyyat aparılmışdır.
3. ünvan 1 Cavabdeh tam payda xüsusi mülkiyyəti kimi ## ####### 2020-ci il tarixdə qeydə alınmışdır.
4. İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır.
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş ünvan 1 ünvanına istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, evlilikdən sonra ər-arvad kimi cavabdehin adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş ünvan 1 ünvandakı mənzilində birgə yaşamışlar. Nikah dövründə ailənin məişət və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə iddiaçı və onun valideynləri tərəfindən cehiz və digər əşyalar alınaraq həmin mənzilə yerləşdirilmiş, həmçinin iddiaçının şəxsi maaş vəsaiti hesabına götürülmüş bank krediti uzun müddət ödənilmişdir. Lakin ailə münasibətlərində yaranmış münaqişələr nəticəsində cavabdeh iddiaçını mənzildən çıxarmış, hazırda iddiaçı qanuni nikah münasibətləri davam etməsinə baxmayaraq ər-arvadın ortaq yaşayış yerinə – yəni cavabdehin adına olan mənzilə daxil ola bilmir.
7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə evlənəndən sonra onun valideynlərinin evinə gəlin köçmüş, sonra isə iddiaçı ilə birlikdə mübahisə predmeti olan mənzilə köçərək orada yaşamışlar. Evləndikdən sonra münasibətləri yaxşı olmuş, lakin son vaxtlar münasibətləri pozulmuşdur. Artıq xeyli vaxtdır ki, İddiaçı ayrı yaşayır, həmin şəxs ## #### 2025-ci il tarixdə özünə aid şəxsi əşyaları, o cümlədən qızıl-zinət və geyim əşyalarını da götürüb xəbər vermədən birlikdə yaşadıqları, cavabdehə məxsus mənzili tərk edib başqa ünvana getmiş, xeyli müddətdir ki, həmin ünvanda yaşamır. Bununla da, İddiaçı ilə barışıb ailəni bərpa etmək mümkün deyil, onunla ər-arvad münasibətləri kəsilmişdir, ailə münasibətlərinə son qoyulmuşdur. Iddiaçı İddiaçı özünün iddia ərizəsində qeyd etmişdir ki, guya aralarında yaranmış ailə münaqişəsi zamanı onu mənzildən çıxarmışdır. Bu, tamamilə yalandır, çünki, yuxarıda qeyd etdiyi kimi, həmin şəxs mənzildən çıxarılmamış, əksinə evə qayıtdıqda həmin şəxsin xəbərsiz özünün şəxsi əşyalarını da götürüb mənzili tərk etdiyini aşkar etmişdir. Əksinə həmin şəxslə övladlarının olmadığına görə valideynlərinin yardımı ilə onu müalicə etdirmişdir, lakin nəticəsi olmamışdır. Odur ki, iddiaçının bu barədə dedikləri həqiqətə uyğun deyil, iddiaçının özünün uydurmasıdır. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ailə hüquq münasibətləri davam edir, buna baxmayaraq mənzilə buraxılmır. Bu da yalan dəlildir, əvvəla iddiaçı ilə ailə hüquq münasibətləri mövcud deyil, faktiki olaraq 3 aydan artıqdır ki, ayrılmışlar, onunla aralarında hər hansı ailə hüquq münasibəti qalmamışdır. Iddiaçının ona məxsus mənzildən istifadə hüququ mövcud deyil, ona görə də, onun hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
9. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər 2021-ci ildə nikah münasibətlərinə daxil olduğundan və iddiaçı mübahisəli mənzilə gəlin olaraq 2021-ci ildə köçdüyündən, eləcə də hazırda tərəflər arasında olan ailə münasibətlərinə xitam verildiyindən mübahisəyə halhazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Hazırki iş üzrə iddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Qeyd olunduğu kimi, hazırkı iş üzrə iddiaçı qeydiyyatda olduğu evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Həmçinin mübahisəli mənzil nikahdan əvvəl cavabdehin xüsusi mülkiyyətində olmuşdur. Eyni zamanda iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bununla da məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvandakı mənzilə istifadə hüququ olmadığından, iddia tələbi iddiaçının həmin mənzilə köçürülmə hissəsində də əsassız olmuşdur. Beləliklə, iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının mövcud olması müəyyən edilmir. Iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə iddiaçı cavabdehin xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və mövcud vəziyyətdə onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ####### 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə, hazırkı işdə iddiaçının uzun illər ərzində istifadə etdiyi yaşayış sahəsinə daxil olmasının qarşısının alınması onun qanunla qorunan istifadə hüququnun pozulmasıdır. Cavabdeh öz xüsusi mülkiyyət hüququndan istifadə edərkən digər şəxsin qanuni mənafelərini nəzərə almağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuracaq şəkildə istifadədir. Cavabdeh ailə münasibətləri dövründə iddiaçının mənzildə yaşamasına razılıq vermiş, onu ailə üzvü kimi qəbul etmiş, sonradan isə həmin şəxsin yaşayış hüququnu tamamilə inkar etmişdir. Bu isə mülkiyyət hüququndan vicdansız istifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin hüququnun pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi isə iddiaçının alternativ yaşayış yerinin olub-olmamasını, maddi vəziyyətini, yaşayış sahəsinə ehtiyacının davam edib-etmədiyini ümumiyyətlə araşdırmamışdır. Məhkəmə bu hallarla bağlı heç bir sübut toplamamış, tərəflərə əlavə suallar verməmiş, işin faktiki hallarını tam araşdırmadan yekun nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə cavabdehin “iddiaçı evi könüllü tərk edib” arqumentini əsas götürsə də, həmin halı təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Nə şahid ifadələri, nə video görüntülər, nə də digər sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə cavabdehin birtərəfli izahatını əsas götürərək iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə həmçinin iddiaçının mənzildə qeydiyyatda olmasını formal hesab etmişdir. Halbuki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən qeydiyyat şəxsin həmin yaşayış sahəsi ilə hüquqi bağlılığını təsdiq edən mühüm hallardan biridir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci hissəsinin tələblərinə baxmayaraq iddiaçının maddi vəziyyətini, yaşayış sahəsinə ehtiyacını, alternativ yaşayış yerinin olub-olmamasını, sosial durumunu və diqqətəlayiq digər halları araşdırmamışdır. Halbuki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə belə, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ onun maddi vəziyyəti və diqqətəlayiq digər hallar nəzərə alınmaqla müəyyən müddətə məhkəmə tərəfindən saxlanıla bilər. Hazırkı işdə isə iddiaçının Bakı şəhərində başqa yaşayış yerinin olmaması, kirayədə yaşaması, maddi imkanlarının məhdud olması, müəllim kimi aşağı və sabit əmək haqqı ilə çalışması, habelə onun valideynlərinin və yaxın qohumlarının Qusar rayonunda yaşaması mühüm əhəmiyyət kəsb edən hallar olduğu halda məhkəmə bunları ümumiyyətlə araşdırmamışdır. İ ddiaçının Bakı şəhərində ona dəstək olacaq yaxın qohumları yoxdur, valideynləri və ailə üzvləri Qusar rayonunda yaşayırlar. Onun Bakı şəhərində ayrıca mənzil əldə etmək və ya daimi yaşayış yeri ilə təmin olunmaq imkanları məhduddur. Bu hallar iddiaçının mübahisəli yaşayış sahəsinə real ehtiyacının davam etdiyini açıq şəkildə göstərir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh Cavabdeh və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
15. Iddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ####### 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. Iddiaçının apellyasiya şikayətinin dəlillərini mübahisə predmeti olan evdə qeydiyyatda olması, yaşamaq üçün digər yaşayış yerinin olmaması, iddiaçı tərəfindən götürülmüş kreditin birgə nikah dövründə sərf olunması təşkil edir.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları, eyni zamanda sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqe baxımından qeyd olunmalıdır ki, şəxsin qeydiyyatda olması faktı özlüyündə həmin ünvana dair hər hansı hüquq əldə etməyinə əsas ola bilməz. Belə ki, şəxsin yaşayış yeri qeydiyyata alınması dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məqsədi daşımaqla dövlətlə vətəndaş arasındakı çatımlılığı təmin edən vasitədir. Elə buna görə də, bu cür qeydə alınma məhdud əşya hüququ mənasında istifadə oluna bilməz.
23. Istər iş materialları, istərsə də cavabdehin etirazları ilə təsdiq olunmuşdur ki, iddiaçı qeyd olunan mənzildə yaşamışdır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən nikahın pozulması ilə əlaqədar ailə münasibətlərinə xitam verildiyindən iddiaçının həmin mənzildən istifadə hüququ mövcud deyildir.
24. Evin təmirinə birgə nikah dövründə vəsaitin sərf olunması dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hallar hazırkı iddianın təmin olunması üçün əsas ola bilməz. Bundan başqa İddiaçı tərəfindən birgə nikah dövründə əldə olunmuş əmlak və ümumi borcların ödənilməsi barədə iddia qaldırılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq ## ####### 2024-cü il tarixli kredit müqaviləsi üzrə ## #### 2025-ci il tarixdən sonra yaranmış öhdəliklərin ½ hissəsi üzərində Cavabdeh aid edilmişdir.
25. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ## ###### 2015-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətini müəyyən edərkən, işin faktiki halları araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq digər halları nəzərə almalıdır.
26. Apellyasiya şikayətinin müəyyən müddətə istifadə hüququnun saxlanılması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2025-ci ilin iyul ayından əyşalarını və ona aid olan əmlakları da həmin mənzildən çıxardığından, tərəflərin birgə nikahdan uşaqları olmadığından və onların birgə yaşayışı qeyri – mümkün olduğundan bu əsaslar da mövcud deyildir.
27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.