Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2400/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər: X2 (sədrlik edən və məruzəçi), Abdıyev Fuad Vilayət oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı Səfərov İkram Xıdır oğlunun cavabdeh Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, # ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səfərov İkram Xıdır oğlu cavabdeh Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ##.##.2025-ci il tarixli, 066 K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, onunla bağlanmış əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən bəndin etibarsız hesab edilməsi, həmin əmək müqaviləsinin müddətsiz hesab edilməklə onun əvvəlki işinə bərpa olunması, məcburi buraxılmış iş günləri üçün əmək haqqının, habelə 2017–2024-cü illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə məzuniyyət haqqının cavabdeh Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar ödənilmiş 500 manatın, mediasiya xərcləri üzrə ödənilmiş 50 manat, eləcə də vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Cavabdeh MMC arasında bag lanmış əmək mu qaviləsi ilə o, ##.##.2008-ci il tarixində sürücü vəzifəsinə işə qəbul olunmuş, işəgötürənin ##.##.2008-ci il tarixli, B3-LC/***/** №-li əmri ilə rəsmiləşdirilmişdir. Cavabdeh MMC-nin ##.##.2012-ci il tarixli, “09” saylı kadr əmri ilə onunla bağlanmış əmək müqaviləsinə ##.##.2012-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (öz təşəbbüsü ilə) xitam verilmişdir. TərəIlər arasında bağlanmış əmək müqaviləsi ilə o, ##.##.2012-ci il tarixində sürücü vəzifəsinə işə qəbul olunmuş, işəgötürənin ##.##.2008-ci il tarixli, B3-LC/***/** №-li əmri ilə rəsmiləşdirilmişdir. Cavabdeh MMC-nin ##.##.2021-ci il tarixli, 280 K saylı əmri onunla bağlanmış əmək müqaviləsinə ##.##.2021-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. TərəIlər arasında bağlanmış əmək müqaviləsi ilə o, ##.##.2021-ci il tarixində sürücü vəzifəsinə işə qəbul olunmuş, işəgötürənin ##.##.2021-ci il tarixli, B3-LC***/**/** №-li əmri ilə rəsmiləşdirilmişdir. Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli, 066 K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsi müddətinin başa çatması) xitam verilmişdir. Göründüyü kimi, o, ##.##.2008 - ##.##.2012-ci il, ##.##.2012 - ##.##.2021ci il, ##.##.2021 - ##.##.2025-ci il olmaqla, 17 il 9 aydan çox müddətdə eyni vəzifədə Cavabdeh MMC-də işləmişdir. İşlədiyi müddət ərzində barəsində heç bir şikayət daxil olmamış, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş və əmək müqaviləsinin şərtlərini pozmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, # ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək “xxxx" QSC-nin “Əmək müqaviləsinə xitam verilməsi barədə” ##.##.2025-ci il tarixli, ***K nömrəli əmrinin ləğv edilməsi; “xxxx" QSC ilə Səfərov İkram Xıdır oğlu arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinin 2.3cü bəndinin etibarsız hesab edilməsi; həmin əmək müqaviləsinin müddətsiz hesab edilməsi; iddiaçı Səfərov İkram Xıdır oğlunun “İnzibati işlər departamenti” bölməsində “sürücü” vəzifəsinə bərpa edilməsi; iddiaçı Səfərov İkram Xıdır oğlu tərəfindən ödənilmiş hüquqi xidmətə görə 500 (beş yüz) manat və 50 (əlli) manat mediasiya xərci olmaqla, cəmi 550 (beş yüz əlli) manat məbləğində pulun cavabdeh “xxxx" QSCdən tutularaq iddiaçı Səfərov İkram Xıdır oğluna ödənilməsi; iddiaçı Səfərov İkram Xıdır oğluna işdən çıxarıldığı ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (tərkib hissəsinə daxil olan ödənişlərlə birlikdə) hesablanaraq ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Səfərov İkram Xıdır oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli # ##### 2026-cı il tarixli qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Həmçinin həmin qətnamədən cavabdeh Cavabdeh QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli # ##### 2026cı il tarixli qətnaməsinin qismən – iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı Səfərov İkram Xıdır oğlu və cavabdeh Cavabdeh QSC arasında bağlanmış ## ###### 2026-cı il tarixli barışıq sazişini məhkəməyə təqdim etməklə hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişlər. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. İddiaçı öhdəsinə götürür ki, cavabdehə qarşı hazırkı əmək mübahisəsinə dair iddia tələblərindən tamamilə imtina edir; hazırkı əmək mübahisəsi ilə bağlı və həmçinin bütün dövr əmək münasibətlərinə dair cavabdehə qarşı başqa heç bir şikayəti, pretenziyası və iddia tələbi yoxdur.
2. Cavabdeh öhdəsinə götürür ki, bu Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi gün iddiaçıya 13.000,0 (on üç min) manat məbləğində pul vəsaitini onun şəxsi hesabına köçürmə yolu ilə ödəyir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddələr 52.3 və 52.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370); Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2.); Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5.); İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. (maddə 262.1 və 262.4); Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.0.5.); Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. (maddə 114.1.4). Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddiaçı Səfərov İkram Xıdır oğlu ilə cavabdeh Cavabdeh QSC-nin direktoru X1 arasında ## ###### 2026-cı il tarixində bağlanmış, iş üzrə mübahisənin həlli ilə bağlı müvafiq şərtləri özündə əks etdirən barışıq sazişi qanuna zidd olmadığından, habelə və ya hər hansı bir şəxsin hüquq və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, # ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı Səfərov İkram Xıdır oğlu və cavabdeh Cavabdeh QSC-nin direktoru X1 arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən ## ###### 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı öhdəsinə götürür ki, cavabdehə qarşı hazırkı əmək mübahisəsinə dair iddia tələblərindən tamamilə imtina edir; hazırkı əmək mübahisəsi ilə bağlı və həmçinin bütün dövr əmək münasibətlərinə dair cavabdehə qarşı başqa heç bir şikayəti, pretenziyası və iddia tələbi yoxdur.
2. Cavabdeh öhdəsinə götürür ki, bu Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi gün iddiaçıya 13.000,0 (on üç min) manat məbləğində pul vəsaitini onun şəxsi hesabına köçürmə yolu ilə ödəyir.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, # ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Səfərov İkram Xıdır oğlunun cavabdeh Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Rəna Qafarova