Məhkəmə qərarları › İş №e-2(3-6)-2414/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2414/2026

22.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2414/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin tabeliyində xxxx X1 və Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1 X1ə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, ğlunun katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, Cavabdeh cavabdeh1n nümayəndəsi nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin tabeliyində xxxx X1 və Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1 X1ə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü ərzində əmək haqqının və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1xxxxapellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı ##.##.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən “xxxx” X1 Maliyyə şöbəsində mühasib vəzifəsinə işə qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il ## ###### tarixli Fərmanının 1ci hissəsinə əsasən Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin və Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin tabeliyində “xxxx” X1 əsasında Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1 X1 yaradılması qərara alınmışdır.

3. Fərmanın 3.2-ci hissəsinə əsasən Agentlik bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

4. cavabdeh1 X1 hüquqi şəxslərin Dövlət reyestrində ##.##.2025-ci il tarixində qeydiyyata alınmışdır.

5. “xxxx” X1 ##.##.2025-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il ## ###### tarixli Fərmanına əsasən iddiaçı onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən altı təqvim həftəsi sonra xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, razı olacağı təqdirdə altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1.4 misli məbləğində əməkhaqqının bir dəfəyə ödəməklə əmək müqaviləsin xitam verilə biləcəyi təklif edilmişdir.

6. “xxxx” X1ə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizəsində iddiaçı xəbərdarlıq müddətinin saxlanılmaması şərtilə müavinətin ödənilməsini qəbul etdiyini, lakin bu sənədin işdən könüllü razılıq, əmək müqaviləsinə xitam verilməsinin əsaslarını qəbul etmək, yeni yaradılmış publik hüquqi şəxsə işə qəbul edilməməyi ilə bağlı mövqeyindən imtina və yaxud hər hansı hüquqi tələb və ya iddia qaldırmaq hüququnun məhdudlaşdırılması kimi şərh edilə bilməyəcəyini bildirmişdir.

7. “xxxx” X1 ##.##.2025-ci il tarixli, **/Ş nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin Tabeliyində xxxx X1ə və Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1 X1ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” X1 ##.##.2025-ci il tarixli, **/Ş nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrinin ləğv edilməsi; iddiaçının cavabdeh Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin tabeliyində “xxxx” X1 hüquqi varisi olan cavabdeh cavabdeh1 X1 əvvəlki vəzifəsi üzrə işə bərpa olunması; cavabdeh “xxxx” publik hüquqi şəxs və hüquqi varis olan cavabdeh cavabdeh1 X1 tərəfindən ##.##.2025-ci il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək müddət ərzində məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanaraq ona müştərək şəkildə birdəfəlik ödənilməsi; mediasiya prosesi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinin təmin edilməsi; qanunsuz və əsassız işdən çıxarılması ilə əlaqədar iddiaçıya vurulmuş mənəvi zərərə görə cavabdeh “xxxx” X1 və cavabdeh cavabdeh1 X1 kompensasiya kimi 1.000 manat pul məbləğinin müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan müəssisədə çalışdığı bütün dövr ərzində öz vəzifə öhdəliklərini vicdanla, əmək intizamına riayət etməklə yerinə yetirmiş, peşə fəaliyyəti ilə bağlı ona qarşı hər hansı intizam tənbehi, rəsmi xəbərdarlıq, töhmət və ya irad irəli sürülməmişdir. Ixtisar prosesi aparıldığı dövrdə maliyyə sahəsi üzrə faktiki boş (vakant) vəzifə mövcud olmuş, həmin boş (vakant) vəzifəyə yeni işçilər qəbul edilmiş, lakin eyni zamanda ixtisar edilən və uzun illər həmin funksiyaları icra etmiş, yüksək peşə hazırlığına malik işçi olan iddiaçıya alternativ iş təklif edilməmişdir. Buna baxmayaraq, işəgötürən tərəf həm yazılı mövqelərində, həm də mediasiya görüşü zamanı “hazırda maliyyə departamentində vakant vəzifənin olmadığı” barədə bəyanat vermişdir. Bu mövqe obyektiv faktlarla açıq-aşkar ziddiyyət təşkil edir və hüquqi baxımdan əsassızdır. Əgər vakant vəzifə yox idisə, ixtisar dövründə yeni işçinin işə qəbulu hansı hüquqi əsasla həyata keçirilmişdir; vakant vəzifə mövcud idisə, bu halda Əmək Məcəlləsinin 71.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin vəzifə hansı səbəbə əsaslanaraq ixtisar edilən işçiyə təklif edilməmişdir. Işəgötürənin zamanda həm “boş (vakant) vəzifə yoxdur” bəyanatı verməsi, həm də boş (vakant) vəzifəyə yeni işçi qəbul etməsi məntiqi, hüquqi və faktiki baxımdan mümkün olmayan, ziddiyyətli və əsassız bir mövqedir və ixtisarın formal xarakter daşıdığını bir daha sübut edir. Lakin əmrin məzmununa diqqət yetirilsə, müvafiq iş yerində işçilərin say və ştat ixtisarının aparılmasına əsas hesab olunacaq heç bir sənəd adı çəkilməmişdir ki, bu isə öz növbəsində ştat ixtisarının qeyri-qanuni, məhz müəyyən şəxslərə münasibətdə qərəzli şəkildə həyata keçirildiyini müəyyən etməyə əsas verir. Belə ki, realda təşkilatda heç bir ştat ixtisarı aparılmamışdır, bunu təsdiq edən mərkəzləşmiş qaydada müəssisə tərəfindən qəbul edilmiş heç bir akt yoxdur. Eyni zamanda ştat ixtisarı zamanı riayət edilməli olan bir sıra tələblər də gözlənilməmişdir. Yəni təşkilat işdən kənarlaşdırmaq istədiyi bir neçə nəfər şəxsə münasibətdə real olmayan “ixtisar” adı altında əmək müqavilələrini xitam etmişdir.

10. AR Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında DövlətMülki Aviasiya Agentliyi (bundan sonra “DMAA”) ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə iddiaya qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il ## ###### tarixli *** nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin və Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin tabeliyində “xxxx” X1 əsasında Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1 publik hüquqi şəxs yaradılmışdır. DMAA 2025-ci il ## #### tarixində dövlət qeydiyyatına alınaraq nizamnaməsi üzrə fəaliyyətinə başlamışdır. Yuxarıda adıçəkilən Fərmanın 3.2-ci bəndinə əsasən DMAA bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı DMAA-ya keçir. Qanunvericiliklə müəyyən edilmiş hüquqi varislik DMAA-nın yuxarıda qeyd olunan qurumların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar üzrə müəyyən edilmiş hüquq və vəzifələrini əhatə edir. Qeyd olunan Fərmanda və müvafiq normativ aktlarda əmək münasibətlərinin davam etdirilməsi və ya bütün işçilərin işə qəbulu ilə bağlı hər hansı öhdəlik nəzərdə tutulmamışdır. Bildiririk ki, iddiaçı ilə DMAA arasında heç vaxt əmək müqaviləsi bağlanmamış, əmək münasibətləri yaranmamış və işəgötürən-işçi hüquqi əlaqəsi olmamışdır. Eyni zamanda DMAA tərəfindən işə qəbul prosesi müddətində İddiaçı DMAA-da işə qəbul edilməsi ilə bağlı heç bir müraciəti daxil olmamışdır. Göstərilən əsaslara görə DMAA-nın iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı cavabdehliyi istisna edilməlidir. Qeyd edilənlərlə yanaşı nəzərə alınmalıdır ki, DMAA tərəfindən təsis edildiyi andan cari tarixədək işçilərin hər hansı say və ştat ixtisarı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci və 3-cü hissəsinin tələblərinə uyğun olaraq, əmək fərdi və ictimai rifahın əsasıdır və heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmişdir ki, əmək müqavilələri sərbəst bağlanılır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Diqqətinizə çatdırırıq ki, qanunvericiliyin tələbləri gözlənilməklə iş yeri qismində DMAA istənilən şəxsə münasibətdə işçi qəbulu prosesində konstitusion hüquqlara uyğun əmək müqavilələri bağlanılmasında sərbəstdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Yuxarıda qeyd edilənlərə əsasən DMAA tərəfindən iddiaçı İddiaçı hüquqi varis qismində mütləq işə qəbul edilməsi ilə bağlı hər hansı qanuni tələb mövcud olmadığından, eyni zamanda iddiaçının bu barədə müraciəti daxil olmadığından DMAA tərəfindən işə qəbul prosesinə münasibətdə iddiaçıya hər hansı maddi və ya mənəvi zərər vurulmamışdır və hazırki mübahisədə DMAA cavabdeh qismində tərəflər sırasından çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən DMAA-nın cavabdeh qismində tərəflər sırasından çıxarılmasını və İddiaçı DMAA-ya qarşı işə bərpa və məcburi iş buraxma dövrü ərzində əmək haqqının, mediasiya rüsumunun və vurulmuş mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi üzrə iddia tələblərinin DMAA-ya münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

11. Daha sonra cavabdeh xxxx ##.##.2026-cı il tarixdə yeni bir etiraz təqdim etmiş və əlavə olaraq qeyd etmişdir ki, “xxxx” X1 (bundan sonra - Müfəttişlik) 2017-ci il # ###### tarixində dövlət qeydiyyatına alınaraq Nizamnaməsi üzrə fəaliyyətə başlamışdır. Iddiaçı İddiaçı 2017-ci il ## ###### tarixli ərizəsi ilə Müfəttişliyin Maliyyə şöbəsinə mühasib vəzifəsinə işə qəbul edilməsi məqsədilə müraciət etmiş və Müfəttişliyin 2017-ci il ## ###### tarixli **/ş nömrəli əmri ilə qeyd olunan vəzifəyə işə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının qeyd olunan vəzifəyə işə qəbulu şəxsi ərizəsi əsasında və öz təşəbbüsü ilə rəsmiləşdirilmişdir. DMAA tərəfindən işə qəbul prosesi anoloji formada həyata keçirilmişdir. Buna baxmayaraq, iddiaçının DMAA-ya hər hansı vəzifə üzrə işə qəbul edilməsi məqsədilə rəsmi qaydada təşəbbüsü müəyyən edilməmişdir. Müfəttişliyin ştat cədvəlində baş vermiş dəyişikliklərə nəzər saldıqda aydın olur ki, iddiaçının Müfəttişlikdə işlədiyi dövr ərzində Müfəttişliyin Maliyyəiqtisadiyyat idarəsində altı dəfə ştat dəyişikliyi baş vermiş, lakin xeyli müddət işləməsinə baxmayaraq, 2017-2026-cı illər ərzində iddiaçının vəzifə artımına münasibətdə hər hansı dəyişiklik həyata keçirilməmişdir. DMAA tərəfindən işə qəbul prosesi işçilərin ləğvetmədə olan və ləğv edilmiş qurumlarda çalışdığı dövrlərdə göstərdiyi peşəkarlıq səviyyəsi, işinin keyfiyyəti, vəzifədə yüksəlişi və xüsusilə həmin dövr üzrə mövcud vəzifələri nəzərə alınmaqla həyata keçirilmiş və vəzifələrə təyin olunarkən yüksək vəzifədə çalışan şəxslərə üstünlük verilməsinə diqqət yetirilmişdir. Hazırki vəziyyətdə 2025-ci il # #### tarixli “xxxxnin Aparatının strukturu”na əsasən DMAA-nın Maliyyə departamenti üzrə 8 ştat vahidi təsdiq edilmişdir və hazırda vakant ştat mövcud deyil. Eyni zamanda bildirir ki, Müfəttişlik tərəfindən iddiaçıya 2025-ci il ## ###### tarixli *-**-***/*-****/**** nömrəli məktubla xəbərdarlıq verilmişdir. Iddiaçı xəbərdarlıq məktubu ilə tanış olmuşdur və həmin tarixdə - 2026-cı il ## ######da ərizə ilə müraciət edərək xəbərdarlıq müddəti gözlənilmədən ödənişin həyata keçirilməsini istəmişdir. Eyni zamanda iddiaçı öz ərizəsində razılığının yalnız ödəniş hissəsinə aid olduğunu qeyd etsə də, xəbərdarlıq müddətinin gözlənilməməsi və ödənişin dərhal həyata keçirilməsini tələb etməsi ilə xitam prosesinin sürətləndirilməsinə şüurlu şəkildə razılığını ifadə etmişdir və hüquqi nəticəni qəbul etmişdir. Iddiaçı xitamı əsassız hesab etdiyi halda, xəbərdarlıq müddətinin gözlənilməsindən imtina etməsi, ödənişin dərhal icrasına şəxsən təşəbbüs göstərməsi və hüquqi nəticələri qəbul etdiyini bildirməsi onun xitamla faktiki razılaşdığını göstərir. Belə olan halda, iddiaçının öz hərəkətləri ilə xitamı qəbul etməsi və sonradan həmin nəticəni mübahisələndirməsi ziddiyyətli hal hesab edilir. Nəzərə alınmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdə onun işdənçıxarma müavinəti üzrə 11.114,14 manat (o cümlədən, xitamı qəbul etməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş 6.399,05 manat təşkil edir və son haqq-hesabı üzrə 4.095,04 manat mühasib qismində özü tərəfindən icra edilmiş və ümumilikdə 15.209,18 (vergilər daxil) manat məbləğində ödəniş həyata keçirilmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı, DMAA tərəfindən təhvil alınmış sənədlər və məlumatlar əsasında iddiaçı İddiaçı əmək fəaliyyəti müddətində nöqsanlara yol verdiyi aşkar edilmişdir. Belə ki, yenidən təşkil prosesi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin 2025-ci il ## #### tarixli *-**-***/*-*- **/*/**** nömrəli əmri ilə ləğvetmə komissiyası yaradılmış, Müfəttişliyin baş mühasibi vəzifəsində işləyən işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi səbəbindən iddiaçı Gülbacı Rzayeva DMAA-nın 2025-ci il ## ####### tarixli *-**-***/*-**-**/*/**** nömrəli əmri ilə ləğvetmə komissiyasına daxil edilmişdir. Ləğvetmə komissiyası üzrə fəaliyyəti çərçivəsində iddiaçı tərəfindən mühasib vəzifəsi üzrə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2025-ci il ## ###### tarixli yazılı məlumata əsasən DVX-nə ƏDV bəyannaməsi, icarə və ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi (ÖMV), əmlak vergisi bəyannaməsi və mənfəət vergisi bəyannaməsinin hazırlanması və təqdim edilməsi iddiaçının mühasib qismində gördüyü işlər siyahısında olmuşdur. Eyni zamanda iddiaçı və Müfəttişlik arasında 2018-ci il ## ###### tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmış və Müfəttişliyin maliyyə vəsaitinin qorunması, eləcə də maliyyə vəsaitinə ziyan gətirməmək qeyd olunan işçinin öhdəliyi olmuşdur. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, iddia tələbinin cavabdehlərə münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

12. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Natiq Əsgərov) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin Tabeliyində xxxx”xxxx“İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi” haqqında ##.##.2025ci il tarixli, **/Ş nömrəli əmrin ləğv olunması, iddiaçının Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1 X1 əvvəlki vəzifəsi üzrə işə bərpa edilməsi, ##.##.2025-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1 X1 tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ilkin mediasiya prosesi üçün ödənilmiş 50 AZN (əlli manat) rüsumun məbləğinin Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1 X1 tutularaq iddiaçıya, iddia ərizəsinin verilməsi üçün ödənilməmiş 100 AZN məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1 X1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

13. Məhkəmə hesab etmişdir ki, cavabdeh qurum tərəfindən müəssisədə ümumiyyətlə ştatların və ya işçilərin ixtisar edilməsinin zərurliyini əsaslandıran, bu barədə müvafiq qərar qəbul edildiyini və buna uyğun tədbirlər görüldüyünü təsdiq edən heç bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Həmçinin, xxxxnin ##.##.2026-cı il tarixli məktubunda da qeyd olunur ki, DMAA tərəfindən hər hansı formada işçilərin say və ştat ixtisarı nəzərdə tutulmamışdır. Iddiaçının peşəkarlığına, ixtisasına uyğun başqa müvafiq işə keçirilməsi imkanları ümumiyyətlə araşdırılmamış və ona heç bir iş təklif edilməmişdir. Əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, əvvəla əmrdən iddiaçının (işçinin) ştatların ixtisarı, yoxsa işçilərin ixtisarı əsası ilə işdən çıxarıldığı məlum olmur. Belə ki, əmrdə sadəcə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin rəhbər tutulduğu qeyd edilmiş və əmrin əsasına da sadəcə xəbərdarlıq məktubu və işçinin ərizəsi əlavə edildiyi qeyd edilmişdir. Ancaq işçinin konkret olaraq hansı əsasla və hansı zərurətdən irəli gələrək ixtisar edildiyi və bunu təsdiq edən hansı qərarın olduğu əmrdə qeyd olunmayıb. Əmr səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il ## ###### tarixli Fərmanı ilə iddiaçının işlədiyi həmin X1 əsasında yeni bir qurum cavabdeh1 X1 yaradılmış, həmin qurumun bütün hüquq və öhdəlikləri yeni yaranmış Agentliyə keçmiş və yeni yaranmış Agentlik ##.##.2025-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Həmin Fərmanla təsdiq edilmiş cavabdeh1 X1 Nizamnaməsinin 4.10.1. və 4.10.11ci bəndlərinə əsasən, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edilməsi səlahiyyəti X10 sədrinə məxsusdur. Mübahisələndirilən əmrdən isə görünür ki, o ##.##.2025 ci il tarixində qəbul edilmiş, “xxxxnin Tabeliyində xxxx” PHŞ-nin adından verilmiş və həmin qurumun (Müfəttişliyin) Idarə Heyətinin sədri, ləğvedici Ramil Məmmədov tərəfindən imzalanmışdır. Iddiaçının çalışdığı əvvəlki qurum – “xxxxnin Tabeliyində xxxx” PHŞ ləğv edilməmiş, sadəcə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçməklə yenidən təşkil edilmişdir ki, belə olan halda da hər hansı ləğv edilmədən və ləğvedicidən söhbət gedə bilməz. Bununla yanaşı iş materiallarına əlavə edilmiş cavabdeh1 X1 ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli əmrlərindən görünür ki, cavabdehin qeyd etdiklərinin əksinə, məhz cavabdeh cavabdeh1 X1 Maliyyə iqtisadiyyat idarəsinin mühasibi İddiaçı münasibətdə əmr verərək, onu ləğvetmə komissiyasının üzvləri sırasına daxil etmişdir. Əmək münasibəti olmayan şəxslə bağlı həmin qurumun əmr verməsi isə mümkün ola bilməzdi.

14. Xəbərdarlıq məktubu yuxarıda qeyd edilənlərə əsasən, səlahiyyətsiz şəxs - “xxxxnin Tabeliyində xxxx” PHŞ-nin adından (həmin qurumun Idarə Heyətinin sədri, ləğvedici Ramil Məmmədoun imzası ilə) verilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən imzalanmış ərizədən görünür ki, razılıq xəbərdarlıq müddətinin saxlanılmaması şərtilə müavinətin ödənilməsi ilə bağlı verilmişdir. Habelə ərizədə açıq şəkildə qeyd edilmişdir ki, bu sənəd işdən çıxarılmağa könüllü razılıq, əmək müqavilsinə xitam verilməsinin əsaslarını qəbul etmək, yeni yaradılmış publik hüquqi şəxsə işə qəbul edilməməyilə bağlı mövqeyindən imtina və yaxud hər hansı hüquqi tələb və ya iddia qaldırmaq hüququnun məhdudlaşdırılması kimi şərh edilə bilməz. Məhkəmə hesab etmişdir ki, işçinin razılıq verməsi, işəgötürənin (cavabdehin) işçinin hüquqlarının pozulmasına razılıq verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi tələblərin və qaydaların pozula biləcəyi mənasına gələ bilməz.

15. Cavabdeh tərəfin iddiaçının işlədiyi dövrdə ciddi nöqsanlara, kobud pozuntulara yol verdiyi və ona görə də onunla işləmək istəmədikləri üçün əmək müqaviləsinin ləğv edilməli olduğu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi, əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə işdən çıxarılması əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin başqa bir əsasını (Əmək Məcəlləsinin 70-ci madddəsinin “ç” bəndini) təşkil edir. Hazırkı əmrdən görünür ki, iddiaçı həmin əsasıa deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, yəni işçilərin sayının və ştatlarının ixtisarı əsası ilə işdən çıxarılmışdır. Əmək Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla xitam verilə bilməz. Ona görə də cavabdehin həmin dəlili əmrin qanunliyinə dəlalət etmədiyi kimi, iş üzrə hər hansı əhəmiyyət də kəsb etmir.

16. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən qanunvericliyin tələbləri pozulmuşdur və bu səbəbdən iddia tələbi əmrin ləğv edilməli olması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində əsaslıdır.

17. Mənəvi zərərə görə kompensasiya kimi 1.000 manat pul məbləğinin cavabdehlərdən müşətərək qaydada tutulub iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı həmin halları təsdiq edən mümkün və mötəbər sübutlarını təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mənəvi zərər tələbi hissəsində təmin edilməməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 12, 68.1, 70-ci maddəsinin “b” bəndinə, 71.1, 71.3, 76.2, 78.1, 86.2, 290.3, 300.1, Mülki Məcəllənin 55.1, 55.4, 59.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh cavabdeh1 X1 qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən etirazda qeyd olunan faktlar, işçinin fəaliyyətində yol verilmiş nöqsanları təsdiq edən sənədlər, struktur və ştat dəyişikliklərini göstərən materiallar, işçiyə ödənilən müavinət, işçinin verilmiş əmrə faktiki iradəsini ifadə etməsi, həmçinin icraat müddətində verilmiş izahatlar lazımi qaydada araşdırılmamış, eyni zamanda təqdim edilən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. DMAA birləşmə şəklində yenidən təşkil olunmuşdur. Hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş digər şəxs Müfəttişlik DMAA-nın idarə, filial və nümayəndəliyi, habelə tabeliyindəki digər qurum kimi qiymətləndirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olmayan Müfəttişliyin Nizamnaməsinin 7.3.5-ci bəndinə əsasən Idarə Heyətinin sədri Müfəttişliyin departament, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini Administrasiyanın razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir, habelə digər Müfəttişlik işçilərinin işə qəbul edilməsi, onların digər vəzifələrə təyin və işdən azad olunması, habelə onlara qarşı həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir. “Publik hüquqi şəxslər” haqqında Azərbaycan Respublikasının Qanununun 6.2.3-cü maddəsinə əsasən X1 hüquq və vəzifələri onun nizamnaməsində göstərilir. DMAA-nın nizamnaməsi üzrə müəyyən edilmiş hüquq və vəzifələrində birləşməsi təşkil edilmiş qurumların işçilərinin öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı belə bir hal nəzərdə tutulmamışdır. Əmək müqaviləsinə xitam verildiyi tarixdə iddiaçının işəgötürəni Müfəttişlik olmuşdur, yenidən təşkil olunma faktı avtomatik olaraq bütün cari idarəetmə funksiyalarının dərhal yeni quruma keçməsi demək deyildir. Məhkəmə isə normativ aktın (Fərman və Nizamnamə) müddəalarını konkret hüquqi münasibətə tətbiq edərkən keçid dövrünün hüquqi xüsusiyyətlərini və faktiki işəgötürən statusunu nəzərə almamışdır. Qeyd olunmalıdır ki, işçinin əmək müqaviləsini xitam verildiyi dövrdə Müfəttişlik müstəqil publik hüquqi şəxs qismində mövcud idi və fəaliyyətini davam etdirirdi. Sözügedən əmr DMAA tərəfindən Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin hüquqi varisi qismində verilmişdir. Beləliklə, sözügedən əmrlər yalnız hüquqi varislik çərçivəsində texniki-idarəetmə xarakteri daşıyır. Məhkəmənin “əmr verilibsə, deməli əmək münasibəti var” məntiqi hüquqi baxımdan yanlışdır, çünki hər bir inzibati akt əmək münasibətinin mövcudluğunu təsdiq etmir, hüquqi varislik çərçivəsində verilən qərarlar əmək münasibətinin tərəfi olmaq anlamına gəlmir. Iddiaçı xəbərdarlıq müddətindən imtina etmiş, kompensasiyanın dərhal ödənilməsini tələb etmiş, müvafiq ödənişləri qəbul etmişdir. Bu davranış xitamın hüquqi nəticələrinin şüurlu şəkildə qəbul edildiyini göstərir, sonradan xitamın əsassız olduğunu iddia etməsi ilə ziddiyyət təşkil edir (venire contra factum proprium prinsipi). Məhkəmə bu mühüm hüquqi halı ümumiyyətlə qiymətləndirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, əgər hüquqi şəxs yenidən təşkil olunmaqla yalnız əmlakını, maliyyə resurslarını, nizamnamə fondunu və digər hüquqlarını əldə edib, əvvəlki hüquqi şəxsin öhdəliklərini qəbul etməsəydi, bu, hüquqi varislik institutunun əsas məqsədini və hüquqi məntiqini tamamilə mənasız edərdi. Belə bir yanaşma hüquqi şəxslərin sadəcə təşkilatihüquqi21. formasını dəyişməklə mövcud öhdəliklərdən yayınmasına şərait yaradardı ki, bu da hüquqi müəyyənlik, qanunun aliliyi, vicdanlı davranış və hüquq münasibətlərinin sabitliyi prinsipləri ilə qəti surətdə ziddiyyət təşkil edir. Qeyd edilməlidir ki, hüquqi varislik institutunun əsas məqsədi məhz hüquqi şəxsin yenidən təşkil olunması nəticəsində üçüncü şəxslərin hüquqlarının pozulmasının qarşısını almaqdan, yaranmış hüquq münasibətlərinin fasiləsizliyini təmin etməkdən və əvvəlki hüquqi şəxsin bütün hüquq və öhdəliklərinin yeni hüquqi şəxs tərəfindən davam etdirilməsini təmin etməkdən ibarətdir. Bu səbəbdən hüquq varisi əvvəlki hüquqi şəxsin yalnız hüquqlarını deyil, eyni zamanda bütün öhdəliklərini də daşıyır. Cavabdehin irəli sürdüyü mövqenin qəbul edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56-cı maddəsinin tətbiqini faktiki olaraq mümkünsüz edər, hüquqi varislik institutunu formal xarakterə çevirər və hüquqi şəxslərin yenidən təşkil olunmaq adı altında mövcud öhdəliklərdən yayınması üçün təhlükəli presedent yaradardı. Halbuki, nə Mülki Məcəllədə, nə də cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin Fərmanında hüquq varisinin əvvəlki hüquqi şəxsin öhdəliklərindən azad edilməsini nəzərdə tutan hər hansı norma mövcud deyildir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşı tərəf ləğvetmə müddəti qoymuşdur və bu müddət də dekabr ayında bitmişdir. Əgər hüquqi varis deyildisə, işçini nə üçün ixtisar edib və ya işçiyə əlavə pul ödəyirdi?! Işçinin pulu götürməsi o demək deyil ki, onun barəsində istənilən qərar və ya hər cür əmr verilə bilər. Bu davranış Məcəllənin imperativ normalarına açıq-aşkar ziddir. Işçinin ixtisarı ilə bağlı bir qərar, əsaslandırma olmalıdır, bu da Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndində göstərilib. Iş materiallarında Müfəttişliyin ixtisarla bağlı əmrini görməmişdir. Belə əmr yoxdur, əgər olsa idi, çoxdan təqdim edərdilər.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, qarşı tərəf digər cavabdehin heç bir prosesdə iştirak etmədiyini iddia edir, ancaq 2025-ci ilin iyul ayında cavabdeh1n sədrinin vəzifələrini müvəqqəti icraatçısı Bəhruz Məlikov, hansı ki hal-hazırda da vəzifələrin müvəqqəti icraçısı odur və Rəmalə xanımın da özünün şəxsən iştirak etdiyi görüşdə onu dəvət elədilər və ona şifahi şəkildə əmək müqaviləsinə xitam veriləcəyini öncədən bildirdilər. Müavinatı götürməyi ilə bağlı izahı ondan ibarətdir ki, övladı xəstə olub, hüquqi anlamda isə yalnız bir açıqlaması var, o, sadəcə 6 həftə xəbərdarlıq müddətinin gözlənilməməsi üçün o pulu qəbul etmişdir. Ancaq bu o demək deyil ki, əmək müqaviləsinə qanununsuz şəkildə xitam verilməsinə razıdır. Yeganə işçi o qalmışdı, ona görə də sədr qalmışdı və Nazirliyin səlahiyyətli nümayəndələri hər gün sədrə bəlkə də haqlı şəkildə təzyiq göstərirdilər ki, nəyi gözləyirsiniz?! Hazırda nizamnamə qüvvədən düşmüş, hesablar isə bağlanılmışdır.

25. Işə baxılması ilə bağlı hazırki məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 11. Işəgötürənin: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. Maddə 12. Işəgötürənin: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifələri vardır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. “b” bəndi. Işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.1. Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 86.2. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə əmək müqavilələri yeni işəgötürənə təhvil verilir. Maddə 300.1-ci maddəsinə əsasən Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.

27. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.4. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Maddə 5.1. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və X1 hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Maddə 9. X1 ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə, “Publik hüquqi şəxslər haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Maddə 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə iddia qismən təmin edildiyindən, qətnaməni yalnız cavabdeh mübahisələndirdiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası proses iştiakçılarını dinləyib, apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Işdən müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il ## ###### tarixli Fərmanı ilə Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin və Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin tabeliyində “xxxx” X1 əsasında Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh1 X1 yaradılması qərara alınmışdır.

34. Fərmana əsasən yeni yaradılan Agentlik həm iddiaçının əmək müqaviləsi əsasında işlədiyi “xxxx” X1, həm də Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında xxxxnin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

35. cavabdeh1 X1 hüquqi şəxslərin Dövlət reyestrində ##.##.2025-ci il tarixində qeydiyyata alınmışdır.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına və Prezidentin 2025-ci il ## ###### tarixli Fərmanına əsasən artıq ##.##.2025-ci il tarixində cavabdeh1 X1 iddiaçının işlədiyi təşkilatın hüquqi varisi olmaqla onun vəzifələrini daşımağa başlamışdır.

37. Cavabdeh qeyd olunan Fərmanda və müvafiq normativ aktlarda əmək münasibətlərinin davam etdirilməsi və ya bütün işçilərin işə qəbulu ilə bağlı hər hansı öhdəlik nəzərdə tutulmadığını bildirsə də, məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır.

38. Belə ki, sözügedən Fərmanda iddiaçının işlədiyi təşkilatın öhdəliklərinin cavabdeh1 X1ə keçdiyi göstərilmişdir ki, həmin öhdəliklər işçilərlə münasibətdə işəgötürənin əmək müqavilələri üzrə öhdəliklərini də ehtiva edir. Fərmanda da işçilərin sayının azaldılmalı və ya ştatların ixtisar edilməli olması ilə bağlı hər hansı bənd nəzərdə tutulmamışdır.

39. Əmək Məcəlləsinin 86.2-ci maddəsində də göstərilmişdir ki, müəssisə yenidən təşkil olunduqda əmək müqavilələri yeni işəgötürənə təhvil verilir.

40. Işdən o da görünür ki, “xxxx” X1 ##.##.2025-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il ## ###### tarixli Fərmanına əsasən iddiaçı onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən altı təqvim həftəsi sonra xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.

41. Halbuki, həmin publik şəxsin artıq ##.##.2025-ci il tarixindən sonra işçilərə münasibətdə hər hansı qərar qəbul etmək hüququ olmamışdır.

42. Bundan başqa, Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən işçilərin sayının azaldılması və ya ştatların ixtisarı müvafiq qərar əsasında həyata keçirilməli olduğu halda, cavabdehlər tərəfindən ümumiyyətlə belə qərar qəbul edilməmiş, cavabdeh cavabdeh1 X1 tərəfindən də hər hansı formada işçilərin say və ştat ixtisarı nəzərdə tutulmadığını bildirmişdir.

43. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçı imzaladığı ərizədə xəbərdarlıq müddətinin saxlanılmaması şərtilə ona müavinətin ödənilməsi ilə bağlı razılığını ifadə etmişdir. Ərizədə bu sənədin işdən çıxarılmağa könüllü razılıq, əmək müqaviləsinə xitam verilməsinin əsaslarını qəbul etmək, yeni yaradılmış publik hüquqi şəxsə işə qəbul edilməməyilə bağlı mövqeyindən imtina və yaxud hər hansı hüquqi tələb və ya iddia qaldırmaq hüququnun məhdudlaşdırılması kimi şərh edilə bilmədiyi xüsusi qeyd edilmişdir.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci madddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsasdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar